Rəhman surəsi 33-34-35-36-cı ayələrin təfsiri

يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَـٰنٍ • فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ • يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ • فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

"Ey cin və insan topluluğu! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sizin üstünüzə atəşdən yalın bir alov və ərimiş mis (kimi) tüstü (duman) göndəriləcək və siz, bir-birinizə kömək edə bilməyəcəksiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rahmən/33-36)

----------------------------

Təfsiri:

Haqq Taala, bir əvvəlki ayədə, nemətlərə şükür etməyən cin və insi, şiddətlə təhdid etdi. Bu ayələrdə də, belə bir təhdidə məruz qalan cin və insə qarşı meydan oxuyub onları aciz buraxmaqdadır.

• Əvvəla: Mülkünün (yəni, səmalar və yerin) hüdudlarından çıxıb getmələri xüsusunda, onlara bir yol verir.

• Sonra: Mülkünün hüdudlarından çıxa bilməyəcəklərini, ancaq bir hüccət və qüvvət ilə çıxa biləcəklərini; özlərində isə, belə bir qüvvət olmadığından, mülkünün hüdudlarından əsla çıxa bilməyəcəklərini bildirir. Bununla, onların, acizlik və zəifliklərini ortaya qoyur.

• Sonra da: Ya əmrinə itaət edəcəklərini; ya da felən əzaba məruz qalacaqlarını, inzar (qorxutma) yolu ilə, onlara təlim edir.

----------------------

Ayələrin təfsiri:

Ayət, bu xitabın, harda:

~ yəni, dünyadamı;

~ yoxsa axirətdəmi

olduğunu, izah etməmiş; mütləq buraxmışdır. Ta ki, məna, ümumi və külli olsun.

يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ

"Yə mə'şəra'l-cinni və'l-ins = ey cin və insan topluluğu." xitabının, harda və nə məqsəd üçün gətirildiyini, 10 cəhətlə izah edəcəyik. Belə ki:

• Birinci cəhət: Bu xitab, məhşər meydanındadır. Buna görə, ayələrin mənası, belə olur:

Haqq Taala, məhşər meydanında, bütün cin və insi, əməllərinin mühasibəsi üçün bir araya gətirər və məhşər meydanının hər tərəfini və səmasını da, mələklərlə mühasirə etdirər. Sonra, onlara, o gün, belə xitab edər:

"Ey cin və ins topluluğu! Əgər bu mühasibədən qurtulmaq istəyirsinizsə, gücünüz çatırsa, mülkümün hüdudundan qaçın! Lakin, bunu, edə biləcək qüdrət, sizdə yoxdur. Əgər belə bir işə təşəbbüs etsəniz, ətrafınızı əhatə etmiş olan növbətçi mələklər, atəşli güllələrlə sizi zəcr edərlər. Bu gün, heç bir güc, sizə kömək etməz."

Bu mənaya görə, bu ayələrin, əvvəlki ayələr (Rahmən/31-32) ilə münasibəti, belə olur:

Əvvəlki ayədə, Haqq Taala, cin və insə bu dünyada möhlət verdiyini, lakin, onların mühasibəsi üçün, zaman və məkanı bir gün boşaldacağını və əməllərinin qarşılığını verəcəyini bəyan etdikdən sonra, bu və bundan sonra gələn ayələrlə, o mühasibənin necə ediləcəyini bəyan etməkdədir.

Həm bu ayələr, əvvəlki ayədə ifadə edilən bu möhlətin, hikmətini izah etməkdədir. Çünki, bu ayə ifadə etməkdədir ki, cin və ins, Allahın mülkünün hüdudlarından çıxıb qaça bilməzlər ki, Allah, onların mühasibəsi üçün tələssin.

Bu mənaya görə, xitab, sura ikinci üfürülüşdən sonra olacaq.

• İkinci cəhət: Bu xitab, sura birinci üfürülüşdən sonra, yəni, aləmin xarab olub ulduzların düşdüyü qiyamət vaxtında olacaq.

Ayə, kafirlərin, qiyamətin dəhşətindən qaçıb qurtula bilməyəcəklərini və səmavi daşların və ulduzların, bombalar kimi atılacağını ifadə etməkdədir. Buna görə, ayələrin mənası, belə olur:

"Ey cin və ins! Bir gün, sizin mühasibənizi görmək üçün, qiyaməti qoparacam. Əgər bu mühasibədən qurtulmaq istəyirsinizsə, əlinizdən gəlirsə, o qiyamət vaxtında, səmalar və yerin hüdudundan qaçıb qurtulun! O gün, üzərinizə, səmavi güllələr göndəriləcək; kimsə, əsla sizə yardım etməyəcəkdir."

Bu mənaya görə, xitab, sura birinci üfürülüşdən sonradır.

• Üçüncü cəhət: Bu xitab, dünyadadır.

Asi cin və ins, mühasibədən qaçıb qurtulmaq istəyirlərsə, bu anda, Allahın mülkünün hüdudlarından çıxıb getmələrini, cin və insə təklif etməkdədir. Bu cəhətdə, ayələr, sanki belə deyirlər:

"Ey cin və ins! Mənim əzabımdan qaçıb qurtulmaq üçün, qiyamətə qədər, sizə möhlət verirəm. Əgər qiyamətdəki mühasibədən qaçıb qurtulmaq istəyirsinizsə, əlinizdən gəlirsə, mülkümün hüdudlarından çıxın. Əgər çıxmağa çalışsanız, səmalarda elə mələklər düzülmüşdür ki, əllərinə, ulduzları vermişəm. Sizləri qovarlar və sizə, heç kim kömək etməz. Demək, sizin, mülkümün hüdudlarından çıxmağınız üçün elə bir qüvvət lazımdır ki, o qüvvət, ancaq bir İlahda mövcuddur. Ya siz, bir ilah olacaqsınız; və yaxud Allahdan başqa bir ilaha istinad edəcəksiniz. Halbuki, Məndən başqa, ilah yoxdur. Dolayısı ilə, mülkümün hüdudundan çıxmağa da, gücünüz yoxdur. O halda, nə üçün əmrlərimə itaət etməyib üsyan edirsiniz?"

Xülasə:

Bu 3 cəhətin əsası, budur ki:

Əgər cin və ins, mühasibədən qurtulmaq istəyərlərsə, Allahın mülkünün hüdudlarından qaçıb getmələri lazımdır. Bu qaçışları isə, ya dünyada; ya qiyamətdə; və yaxud da məhşər meydanında olur. Bax, yuxarıda zikr edilən ayələr, bu 3 cəhəti də nəfy edərək, cin və insin, dünyada da, qiyamətdə də, məhşər meydanında da qaçmalarının mümkün olmadığını ifadə etməkdədir.

• Dördüncü cəhət: Bu xitab, yenə dünyadadır.

Lakin, murad olunan, mühasibədən qaçıb qurtulmaq cəhətindən deyil; əksinə, Allahın mülkündə oturub, Onun nemətlərindən istifadə etdiyi halda, Ona üsyan edən cin və insi, bu üsyandan zəcr üçün, mülkündən qovmaq və nemətlərindən istifadə etməkdən əngəlləməkdir. Yəni:

"Əgər Mənim mülkümdə Mənə üsyan edəcəksinizsə, mülkümü tərk edib gedin! Çünki, bu məmləkət, Mənimdir. Mənim məmləkətimdə, Mənim təkvini və təklifi qanunlarım (haşiyə) caridir. Əgər Mənim bu qanunlarımı bəyənmirsinizsə, mülkümün hüdudlarından çıxıb başqa bir məmləkət qurun və orda, xoşunuza gələcək təkvini və təklifi qanunları qoyun və o qanunları, öz diyarınızda və öz aləminizdə, icra və tətbiq edin." deməkdədir.

-------------------

(Haşiyə:

Təkvini və təklifi qanunlar üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir

--------------------

Haqq Taala, surənin başından etibarən, təkvini və təklifi ayələrini və nemətlərinə sayıb iman və itaətə, əmr; küfr və üsyandan zəcr etdikdən sonra, bu ayələrlə, Onun mülkündə oturub Onun nemətlərindən istifadə etdikləri halda, Onun göndərdiyi Qurana iman və itaət etməyib küfrlə qarşılıq verən cin və insə mülkünü və nemətlərini tərk etmələrini təklif etməkdədir. Bu cəhətdə, ayələrin mənası, belə olur:

"Ey cin və ins! Əgər Quranla göndərdiyim təklifi əmrlərimə itaət etməyəcəksəniz, o halda, əlinizdən gəlirsə, təkvini olaraq mülkümün hüdudundan çıxın; nemətlərimdən istifadə etməyin. Çünki, Mənim mülkümdə oturub nemətlərimdən istifadə etdiyiniz halda, Mənə üsyan etməyinizə, razı olmaram. Əgər çıxmağa gücünüz çatarsa, mülkümün hüdudundan çıxın; orda, istədiyiniz kimi hərəkət edin. Lakin, mülkümün hüdudundan çıxmağa, gücünüz çatmaz. Fərz edək ki, çıxacaq olsanız, səmalarda elə növbətçi mələklər vardır ki, əllərində ulduzlar vardır. Sizləri qovarlar və kimsə, sizə kömək edə bilməz. Sizin mülkümün hüdudundan çıxmağınız üçün elə bir qüvvətinizin olması lazımdır ki, o qüvvət, ancaq bir ilahda mövcuddur. Ya siz bir ilah olacasınız; yaxud da Allahdan başqa bir ilaha istinad edəcəksiniz. Halbuki, Məndən başqa ilah yoxdur. Dolayısı ilə, mülkümün hüdudundan çıxmağa da gücünüz yoxdur. O halda, nə üçün əmrlərimə itaət etməyib üsyan edirsiniz? Həm mülkümün hüdudunun xarici yoxdur ki, ora qaçıb qurtulasınız."

Ustad Bədiü'z-zaman Said Nursi (rahiməhullah), bu ayələri, belə təfsir edir:

Beşer ve cin, nihayetsiz şerre ve cühuda müstaid olduklarından, nihayetsiz bir temerrüd ve bir tuğyan yaparlar. İşte, bunun için, Kur'ân-ı Hakîm öyle i'cazkâr bir belâğatle ve öyle âli ve bâhir üslûplarla ve öyle gàli ve zahir temsiller ve mesellerle ins ve cinni isyandan ve tuğyandan zecreder ki, kâinatı titretir.

Yəni:

Bəşər və cin, nəhayətsiz şərr və cuhuda (bilə-bilə inkara) istedadlı olduqlarından, nəhayətsiz bir inad və bir tüğyan (azğınlıq) edərlər. Bax bundan dolayıdır ki, hikmətli Quran, elə i'cazvari (möcüzəvi bir) bir bəlağat; elə ali və açıq üslublar; və qiymətli və zahir təmsillər və məsəllərlə, insan və cinləri, üsyandan və tüğyandan çəkindirir, ki, (bu üslub) kainatı titrədir.

Meselâ,

~ "Ey ins ve cin! Emirlerime itaat etmezseniz, haydi, hudud-u mülkümden, elinizden gelirse çıkınız" meseline işaret eden

يَا مَعْشَرَ الْجِنِّ وَاْلاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوا مِنْ اَقْطَارِ السَّمٰوَاتِ وَاْلاَرْضِ فَانْفُذُوا لاَ تَنْفُذُونَ اِلاَّ بِسُلْطَانٍ فَبِاَىِّ اٰلاَءِ رَبِّكُمَا تُكَذِّبَانِ يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلاَ تَنْتَصِرَانِ

âyetindeki azametli inzara ve dehşetli tehdide ve şiddetli zecre dikkat et. Nasıl ins ve cinnin gayet mağrurâne temerrüdlerini, gayet mucizâne bir belâğatle kırar. Aczlerini ilân eder. Saltanat-ı Rububiyetin genişliği ve azameti nisbetinde ne kadar âciz ve biçare olduklarını gösterir."

Yəni:

"Ey insan və cin! Əmrlərimə itaət etməzsəniz, gəlin, mülkümün hüdudundan, -əlinizdən gəlirsə- çıxın." məsəlinə işarət edən: "Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sizin üstünüzə atəşdən yalın bir alov və ərimiş mis (kimi) tüstü (duman) göndəriləcək və siz, bir-birinizə kömək edə bilməyəcəksiniz." (Rahmən/33-34-35) ayələrindəki əzəmətli inzar (qorxutmağ)'a və dəhşətli təhdidə və şiddətli zəcr (çəkindirmə)'yə diqqət et. İnsan və cinlərin məğrur inadlarını, necə çox möcüzəvi bir bəlağat ilə qırır. Aciz (olduqları)'nı elan edir. "Rububiyyət səltənəti"nin genişliyi və əzəməti nisbətində, (onların), nə qədər aciz və çarəsiz olduqlarını göstərir.

 

Güya şu âyetle, hem وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ  âyetiyle böyle diyor ki:

"Ey hakareti içinde mağrur ve mütemerrid, ey zaaf ve fakrı içinde serkeş ve muannid olan cin ve ins! Nasıl cesaret edersiniz ki, isyanınızla öyle bir Sultan-ı Zîşânın evamirine karşı geliyorsunuz ki, yıldızlar, aylar, güneşler emirber neferleri gibi emirlerine itaat ederler."

"Hem tuğyanınızla öyle bir Hâkim-i Zülcelâle karşı mübareze ediyorsunuz ki, öyle azametli mutî askerleri var; faraza şeytanlarınız dayanabilseler, onları dağ gibi güllelerle recmedebilirler."

"Hem küfranınızla öyle bir Mâlik-i Zülcelâlin memleketinde isyan ediyorsunuz ki, ibâdından ve cünudundan öyleleri var ki, değil sizin gibi küçücük âciz mahlûkları, belki farz-ı muhal olarak dağ ve arz büyüklüğünde birer adüvv-ü kâfir olsaydınız, arz ve dağ büyüklüğünde yıldızları, ateşli demirleri, şuvazlı nuhasları size atabilirler, sizi dağıtırlar."

"Hem öyle bir kanunu kırıyorsunuz ki, o kanunla öyleler bağlıdır; eğer lüzum olsa arzınızı yüzünüze çarpar, gülleler gibi küreniz misillü yıldızları üstünüze yağdırabilirler."

Yəni:

Sanki, bu (yəni, Rahmən/33-34-35) ayətləri və bu (Mülk surəsindəki 5-ci) ayət ilə, belə deyir:

~ Ey həqirliyi içində, məğrur və inadçı; ey zəiflik və möhtaclığı içində, sərkəş və inadçı olan cin və ins! Necə cəsarət edərsiniz ki, üsyanınızla, elə bir şanlı Sultan'ın əmrlərinə qarşı gəlirsiniz ki, ulduzlar, aylar, günəşlər, (Onun) əmrə hazır əsgərləri kimi, (Onun) əmrlərinə itaət edərlər...

(yəni, səmalar və yerin sərhədlərini aşmağa gücünüz çatmadığı halda; səmalar və yerin şanlı Sultanının qanunlarına, yəni əmrlərinə qarşı gəlirsiniz. Ki, Onun qanunlarına, yəni, əmrlərinə ulduzlar, aylar, günəşlər itaət edirlər...)

~ Həm tüğyanınız ilə, elə bir cəlal sahibi Hakim (hökm edən)'ə qarşı mübarizə edirsiniz ki, elə əzəmətli, itaətkər əsgərləri var; -fərz edək- şeytanlarınız (qarşı) dura bilsələr, onları, dağ kimi güllələrlə rəcm edə bilərlər...

(yəni, səmalar və yerin sərhədlərini aşmağa gücünüz çatmadığı halda; səmalar və yerin Hakiminə qarşı mübarizə aparırsınız. Ki, Onun, hökmü altında, elə əzəmətli, itaətkar əsgərləri var ki, dağ kimi güllələrlə, sizi rəcm edə, daşlaya bilərlər...)

~ Həm küfrünüz ilə, elə bir cəlal sahibi Malik'in məmləkətində üsyan edirsiniz ki, qullarından və əsgərlərindən elələri vardır ki, deyil sizin kimi kiçik aciz məxluqları, hətta, -olmasa belə fərz edək- dağ və yer böyüklüyündə kafir düşmənlər olsaydınız, yer və dağ böyüklüyündə (olan) ulduzları, odlu dəmirləri, atəşdən yalın bir alov və ərimiş mis (kimi) tüstü (və ya duman)'ları, sizə ata, sizi pərən-pərən sala bilərlər.

~ Həm elə bir qanunu qırırsınız ki, o qanunla elələri bağlıdırlar ki, əgər lüzum olsa, yerinizi, üzünüzə çarpar, güllələr kimi, -kürəniz kimi olan- ulduzları, üstünüzə yağdıra bilərlər.

 

• Beşinci cəhət:

Yuxarıda zikr edilən 4 cəhət, təkvini idi. Bu 5-ci cəhət isə, təklifidir və murad, Quranın i'caz (möcüzəliliyi)'ni isbat etməkdir. Belə ki:

Quran ayələrinin sarahatı (açıq bir şəkildə bildirməsi) ilə, şeytanlar, qeybi xəbərləri oğurlamaq üçün, səmalara çıxmağa çalışdıqlarında, səmavi güllələrlə qovulmaqdadırlar. Quran isə, başda İlahi həqiqətlər və kainatdakı sirr olmaq üzərə, qiyamət, məhşər, cənnət, cəhənnəm, mizan, lövh-i məhfuz, ərş, kürsi, mələkut aləmi, ruhlar aləmi kimi elə qeybi işlərdən və aləmlərdən və Allahın marziyyatı (razı olduğu şeylər) olan şəriətin hökmlərindən xəbərlər verməkdədir ki, onları bilə bilmək üçün, ancaq, səmalar və yerin hüdudlarından çıxıb, əzəldən əbədə qədər bütün aləmləri müşahidə etmək və bunlardan xəbərdar olmaq lazım gəlir. Bundan dolayı, cin və insin, Qurana nazirə (yəni, Onun bənzərini) gətirə bilməsi və Allahın kəlamını təqlid edə bilməsi üçün, ancaq, maddi və mənəvi olaraq, səmalar və yerin hüdudlarından çıxıb əzəldən əbədə qədər, hər şeyi bilmələri lazımdır. Halbuki, nə insanın və nə də cinnin, nə fərdi olaraq, nə də cəm halda, buna gücü çatmaz. Çünki, səmalarda düzülmüş olan növbətçi mələklər, səmaya çıxmağa çalışan oğruları, səmavi daşlarla qovarlar.

Demək, cin və insin, Allahın kəlamını təqlidə, gücləri çatmaz. Allahın kəlamı, ancaq inzal edilir. Bu həqiqətdən zahir olur ki, Quran, bəhs etdiyi mövzuların və ehtiva etdiyi elmin şəhadətilə, şübhəsiz, Allahın kəlamıdır ki, Haqq Taala, Onu, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə inzal etmişdir.

Bax, Haqq Taala, bu ayələrlə, bu həqiqətlərə işarət edərək, mənən, sanki belə buyurur:

"Ey cin və ins! Bu Qurana itaət etməməyinizin səbəbi, əgər Onu bəyənməməyiniz və ya Allahın kəlamı olduğunu qəbul etməməyinizdirsə, gücünüz çatırsa, səmalar və yerin hüdudlarından çıxın və yeni bir kitab gətirin! Halbuki, buna, gücünüz çatmaz. Çünki, səmalarda düzülmüş olan mələklər, sizləri odlu güllələrlə qovarlar. Sizin buna qadir olmamağınızdan zahir olur ki, əgər Muhamməd (sallallahu aleyhi və səlləm), Allahın peyğəmbəri olmasaydı, O da, belə bir Quran gətirməyə qadir ola bilməzdi. Demək O, Allahın haqq peyğəmbəridir. O halda, nə üçün bu Qurana iman edib itaət etmirsiniz?"

Bu mənaya görə, ayədə keçən "sultan" kəliməsi, "elm və hüccət" mənasındadır.

Bu cəhətdə, bu ayələrin, əvvəlki ayələrlə münasibəti, zahirdir. Hətta, bütün bu Rahmən surəsi, bu ayədə təmərküz edir, deyilə bilər. Haqq Taala, surənin başından etibarən, İlahi və kövni həqiqətlər, uxrəvi hadisələr kimi qeybi işləri xəbər verib, təkvini və təklifi ayələri və nemətləri izhar edərək, iman və itaətə əmr edib üsyan və küfrdən zəcr etdikdən sonra, bu ayə ilə, Quranın i'caz'ını isbat etdi. Bütün cin və insi, Quranın bir bənzərini gətirmək xüsusunda, aciz buraxdı. Sanki, Quran, mənən belə buyurur:

"Ey cin və ins! Baxın, Quran, belə qeybi işlərdən bəhs etməkdədir. Belə işlərdən bəhs etmək, ancaq və ancaq, Allah Taala'ya məxsusdur. Əgər siz, bu Quranı bəyənmirsinizsə, o halda, gücünüz çatırsa, səmalar və yerin hüdudlarından çıxıb bu kəlamın bənzərini gətirin. Madam ki, buna qadir deyilsiniz, o halda, bu Qurana itaət etmək məcburiyyətindəsiniz. Əgər itaət etməzsəniz, dünyəvi və uxrəvi (axirətə aid) əzabı gözləyin. O əzab gəldiyində, sizə kömək edəcək heç bir səbəb tapa bilməzsiniz. Həm sizlər, bir-birinizə də köməkçi ola bilməzsiniz."

Quranın mənəvi təfsiri olan "Risale-i Nur"un "Sözlər" adlı əsərində (s. 133-134), Quranın bəyanlarının muhit bir elmə istinad etdiyi, bir bəşərin cüzi elminə, xüsusilə, oxuma-yazması olmayan Birinin elminə istinad edə bilməyəcəyi, dolayısı ilə, Quranın, möcüzə olduğu, belə izah edilmişdir:

"Kur'ân-ı Mu'cizü'l-Beyanın en yüksek bir derece-i i'câzına bakmak istersen, şu temsil dürbünüyle bak. Şöyle ki:

Gayet yüksek ve garip ve gayetle yayılmış acip bir ağaç farz edelim ki, o ağaç bir perde-i gayb altında, bir tabaka-i mestûriyet içinde saklanmış. Malûmdur ki, bir ağacın, insanın âzâları gibi, onun dalları, meyveleri, yaprakları, çiçekleri gibi bütün uzuvları arasında bir münasebet, bir tenasüp, bir muvazenet lâzımdır. Herbir cüz'ü, o ağacın mahiyetine göre bir şekil alır, bir suret verilir. İşte, hiç görünmeyen—ve halen görünmüyor—o ağaca dair, biri çıksa, bir perde üstünde onun herbir âzâsına mukabil birer resim çekse, birer hudut çizse, daldan meyveye, meyveden yaprağa, bir tenasüple bir suret tersim etse ve birbirinden nihayetsiz uzak mebde' ve müntehâsının ortasında uzuvlarının aynı şekil ve suretini gösterecek muvafık tersimatla doldursa, elbette şüphe kalmaz ki, o ressam o gaybî ağacı gayb-âşinâ nazarıyla görür, ihata eder, sonra tasvir eder."

Yəni:

Bəyanı möcüzə olan Quranın ən yüksək i'caz dərəcəsinə baxmaq istəyirsənsə, bu "təmsil durbini" ilə bax. Belə ki:

Çox yüksək, qeyr-i adi və çoxluqla yayılmış qeyr-i adi bir ağac fərz edək ki, o ağac, bir qeyb pərdəsi altında, bir gizlilik təbəqəsi altında gizlənmişdir. Məlumdur ki, bir ağacın, insanın əzaları kimi, onun budaqları, meyvələri, yarpaqları, çiçəkləri kimi bütün üzvləri arasında, bir münasibət, bir tənasüb, bir müvazinə lazımdır. Hər bir cüz (parça)'sı, o ağacın mahiyyətinə görə bir şəkil alar, bir surət verilər.

Bax, heç görünməyən -və hələ də görünmür- o ağaca dair biri çıxsa, bir pərdə üstündə onun hər bir əzasına müqabil bir rəsm çəksə, bir hüdud cızsa, budaqdan meyvəyə, meyvədən yarpağa, bir tənasüb ilə bir surət rəsm etsə və bir-birindən sonsuz (dərəcədə) uzaq (olan) başlanğıc və sonunun ortasında, üzvlərinin eyni şəkil və surətini göstərəcək müvafiq rəsmlərlə doldursa, əlbəttə, şübhə qalmaz ki, o rəssam, o qeybi ağacı, qeybdən xəbəri olan bir nəzərilə görür, əhatə edir, sonra təsvir edir.

"Aynen onun gibi, Kur'ân-ı Mu'cizü'l-Beyanın dahi, hakikat-i mümkinata dair—ki o hakikat, dünyanın iptidasından tut, ta âhiretin en nihayetine kadar uzanmış ve ferşten Arşa ve zerreden şemse kadar yayılmış olan şecere-i hilkatin hakikatine dair—beyanat-ı Furkaniyesi, o kadar tenasübü muhafaza etmiş ve herbir uzva ve meyveye lâyık birer suret vermiştir ki, bütün muhakkikler, nihayet-i tahkikinde, Kur'ân'ın tasvirine "Maşaallah, bârekâllah" deyip, "Tılsım-ı kâinatı ve muammâ-yı hilkati keşif ve fetheden yalnız sensin, ey Kur'ân-ı Hakîm!" demişler."

Yəni:

Eynilə bunun kimi, bəyanı möcüzə olan Quran'ın da, mümkinat (Allahdan başqa hər şey)'in həqiqətinə dair

-ki, o həqiqət, dünyanın başlanğıcından tut, ta axirətin ən sonuna qədər uzanmış; və yerdən ərşə və zərrədən günəşə qədər yayılmış olan yaradılış ağacı (kainat)'ın həqiqətinə dair-

furqani bəyanları, o qədər tənasübü mühafizə etmiş və hər bir üzvə və meyvəyə layiq bir surət vermişdir ki, bütün mühəqqiqlər, təhqiqlərinin sonunda, Quranın təsvirinə, "maşallah, bərəkallah" deyib, "Kainatın tilsimini və yaradılışın müəmmasını kəşf və fəth edən, yalnız Sənsən, ey hikmətli Quran!" demişlərdir.

 

• Altıncı cəhət:

Həm bu ayələr, ölümə məhkum olan fani cin və insə xitab edib, sanki belə deyir:

"Ey cin və ins! Əgər ölümdən qaçıb qurtulmaq istəyirsinizsə və əgər buna gücünüz də varsa, səmaların 7 təbəqəsindən və yerin ətrafından keçib gedin. Ölümsüz bir yer axtarın. Belə bir yer, tapa bilməyəcəksiniz. Diyarınızda (yəni, dünyada) qaldığınız müddətcə, ölüm, mütləq sizə gəlib çatacaqdır. Ölmək istəmirsinizsə, səmaların və yerin hüdudlarından çıxıb gedin. Əgər çıxmağa çalışsanız, səmalarda düzülmüş olan növbətçi mələklər, sizləri, atəşli güllələrlə qovarlar. Madam ki, çıxmaq, mümkün deyildir. Elə isə, mütləq öləcəksiniz. Madam öləcəksiniz, elə isə, ölümə hazır olun."

• Yeddinci cəhət:

Həm bu ayələr, tək başına, ağlı ilə kainatın həqiqətini başa düşmək və kainatın tilsimini həll etmək istəyən cin və insə xitab edib sanki belə deyir:

"Ey cin və ins! Əgər kainatın həqiqətini başa düşmək, və 'Aləm, nədir? Hardan gəlmişdir? Hara getməkdədir?' kimi suallara cavab tapmaqla kainatın tilsimini/sirrini həll etmək istəyirsinizsə və buna da gücünüz çatırsa, aləmin hardan gəlib hara getdiyini başa düşmək üçün, səmaların və yerin hüdudlarından çıxmağınız lazımdır. Bunu, edə bilməzsiniz. Fərz edək, çıxmağa çalışsanız, səmalarda düzülmüş olan mələklər, sizləri atəşli güllələrlə qovarlar. Madam ki, çıxmaq, mümkün deyildir. Elə isə, kainatın həqiqətini, öz başına başa düşə bilməzsiniz. Ancaq Peyğəmbərlər, İlahi vəhyə istinad edərək, kainatın həqiqətini başa düşə və kainatın sirrini həll edə bilərlər. Madam ki, peyğəmbər deyilsiniz. O halda, ancaq peyğəmbərlərə tabe olmaqla kainatın həqiqətini başa düşüb kainatın tilsimini həll edə bilərsiniz."

• Səkkizinci cəhət:

Həm bu ayələr, İlahi vəhyə şübhə buraxmaq və Nübüvvət nurunu söndürmək istəyən aciz və zəif olan cin və insə xitab edərək, sanki belə deyir:

"Ey cin və ins! Əgər İlahi vəhyə şübhə buraxmaq və Nübüvvət nurunu söndürmək istəyirsinizsə və əgər buna gücünüz də çatırsa, səmaların 7 təbəqəsindən və yerin ətrafından çıxıb gedin. Əgər çıxmağa çalışsanız, səmalarda düzülmüş olan növbətçi mələklər, sizlər atəşli güllələrlə qovarlar. Madam ki, çıxmaq, mümkün deyildir. Elə isə, İlahi vəhyə şübhə buraxa və Nübüvvət nurunu da, söndürə bilməzsiniz. O halda, səmavi vəhyi dinləyin və Nübüvvət həqiqətinə iman və itaət edin."

• Doqquzuncu cəhət:

Həm bu ayələr, tövhidi ibtal etmək istəyən aciz və zəif olan cin və insə xitab edib sanki belə deyir:

"Ey cin və ins! Əgər tövhidi ibtal etmək istəyirsinizsə və əgər gücünüz də çatırsa, səmalar və yerdən çıxın. Hara getsəniz, orda, tövhidin dəlilləri mövcud olduğunu görəcəksiniz. O dəlillər, qarşınıza çıxıb sizi məğlub edər, atəş kimi başınıza yağıb sizi qovar. Elə isə, tövhidi bütün mərtəbələrilə qəbul edin. Yəni, Haqq Taala'nın, Zatında, sifətlərində, isimlərində, fellərində, hökmlərində, şəriki, misli olmadığını təsdiq edin."

• Onuncu cəhət:

Həm bu ayələr, qəza və qədərin hökmündən qurtulmaq istəyən aciz və zəif olan cin və insə xitab edib sanki belə deyir:

"Ey cin və ins! Əgər qəza və qədərimin hökmündən qurtulmaq istəyirsinizsə və əgər buna da gücünüz çatırsa, səmalar və yerin hüdudlarından çıxın. Buna, gücünüz çatmaz. Fərz edək ki, çıxmağa çalışsanız, səmalarda düzülmüş olan mələklər, sizləri, atəşli güllələrlə qovarlar. Madam ki, çıxmaq, mümkün deyildir. Elə isə, qəza və qədərimə təslim olun!"

----------------------------

Ayədə, cinlərin insanlardan əvvəl zikr edilməsinin səbəbini, bir neçə maddədə sıralaya bilərik. Belə ki:

~ Birincisi:

Cinlərin, (maddi olaraq) xiffətlərindən dolayı uçmaq qabiliyyətlərinin olmasındandır. Səmalara çıxmaq xüsusunda, onlar, daha istedadlıdırlar. Aləmin ətrafından çıxıb qaçmaq mümkün olsa, cinlərin halı, qaçmağa, insanların hallarından daha çox əlverişli olmasından dolayı, bu ayədə, cinlər, təqdim olunmuş (əvvəl gətirilmiş)'lərdir.

~ İkincisi:

Ayədə, ilk əvvəl, cinlər zikr edildi. Çünki, yaradılış qayəsini pozan əsas təməl, cinlərdir. Əzəmətindən dolayı deyil, fəsadlarının əzəmətindən dolayı, cinlər, insanlardan əvvəl zikr edilmişlərdir.

~ Üçüncüsü:

Həm cinlərin insanlardan əvvəl yaradılmış olmalarından dolayıdır. Yaradılış cəhətilə, cinlər, insanlardan əvvəl gəlirlər.

~ Dördüncüsü:

Cinlər, lətif cisimləri və qeyr-i adi güclərilə, edilməsi mümkün olan işləri, insanlardan daha rahat və daha asan edə bildikləri üçündür.

~ Beşincisi:

İmtahana ilk tabe tutulan və Allaha qarşı ilk mükəlləf varlıq cinlər olduğu üçün, xitabda ilk əvvəl zikr edilməsi, daha münasibdir.

----------------------

----------------------

Quranın möcüzəlilik yönünü isbat edən bəzi üsul və üslublarla ayələrin təfsiri:

• Birinci üslub:

Quranın adətidir ki, bəzən təkvini qanunları, yəni, kainatdakı fitri şəriət deyilən qanunları zikr edər. Sonra, o təkvini qanunlar üzərinə, təklifi qanunları bina edər. Bəzən də əvvəl təklifi qanunları zikr edər; sonra onu qüvvətləndirmək üçün, təkvini qanunlardan bəhs edər. Nəticədə, təkvin və təklifin nəticəsi olaraq, təklifi qanunlara itaət etməyənləri, dünyəvi və uxrəvi əzab ilə zəcr və təhdid edər. İtaət edənləri də, dünyəvi və uxrəvi nemətlərlə müjdələyər.

Quran, bu surənin əvvəlində, ilk əvvəl təklifi qanunları (yəni, "Rahmən olan Allah, Quranı öyrətdi." ayələrində, təklifi qanunları) nəzərə verdi. Daha sonra, təkvini (Rahmən 3-dən 32-yə qədər bax), onun üzərinə bina etdi. Bu ayələrdə isə, təklifi qanunlara itaət etməyənlərə, səmalar və yerdən çıxıb getmələrini əmr etdi. Səmalar və yerdən qaçıb qurtula bilməyəcəklərini bildirməklə, onların acizliklərini elan etdi. Fərz edək ki, səmalar və yerdən çıxmağa çalışsalar, atəşli güllələrlə qovulacaqlarını bildirmək surətilə, asi cin və insi təhdid etdi; onları, küfr və üsyandan zəcr və Allahın əmrlərinə itaət etməyə dəvət etdi.

Demək, Quranın təhdidləri, cin və insanı irşad üçündür.

------------------------

• İkinci üslub:

Bəyanı möcüzə olan Quran, bir çox ayətində, qeybi olan İlahi həqiqətdən və uxrəvi işlərdən bəhs etməklə, Quranın, möcüzə və kəlamullah (Allahın kəlamı) olduğunu isbat edər.

Bax, bu ayələrdə də, qeybi olan İlahi həqiqətlərdən, yəni, qeybi olan Vacibu'l-Vücud'dan və Onun qeyr-i adi olan fellərindən xəbər verilməkdədir.

Muhamməd (sallallahu aleyhi və səlləm) kimi, ümmi (oxuma-yazması olmayan) bir Bəşərin, bu ayələrlə, həqirliyi içində məğrur və inadçı, zəiflik və möhtaclığı içində inadçı olan kafirlər və asiləri təhdid edən qeybi bir Zat'dan və Onun qeyr-i adi fellərindən xəbər verməsi, bir möcüzədir. Çünki bu məsələ, Peyğəmbərə nisbətlə qeybdir.

Demək, Muhamməd, Rasulullahdır. Quran isə, Kəlamullah.

----------------------------

• Üçüncü üslub:

"Evet, Kur'ân'da bazı mühim tahşidat vardır ki, düşmanların kuvvetli olduğundan ileri gelmiyor. Belki haşmetin izharı ve düşman şenaatinin teşhiri gibi sebeplerden ileri geliyor. Hem bazan kemâl-i intizamı ve nihayet adli ve gayet hilmi ve kuvvet-i hikmeti göstermek için, en büyük ve kuvvetli esbabı, en küçük ve zayıf birşeye karşı tahşid eder ve üstünde tutar; düşürtmez, tecavüz ettirmez."

Yəni:

Bəli, Quranda, bəzi mühim təhşidlər vardır ki, (bu təhşidlər), düşmənlərin qüvvətli olduğundan iləri gəlmir. Əksinə:

~ Ehtişamın izharı və düşmən pisliyinin təşhiri kimi səbəblərdən iləri gəlir.

~ Həm bəzən də, mükəmməl intizam, nəhayətsiz ədalət, hilm (yumşaqlıq) və hikmətin qüvvətini göstərmək üçün, ən böyük və qüvvətli səbəbləri, ən kiçik və zəif bir şeyə qarşı təhşid edər, üstündə tutar, düşürməz, təcavüz etdirməz.

 

Müəllifimiz Nursi (rahmətullahi aleyh), burda, Qurandakı bu təhşidlərin 3 hikmətinə diqqət çəkdi. Belə ki, onlardan:

1. Şiddətli təhdid və təhşidlərin, ehtişamın izharı üçün olması;

2. Şiddətli təhdid və təhşidlərin, düşmən pisliyinin təşhirindən dolayı olması;

3. Şiddətli təhdid və təhşidlərin, mükəmməl intizam, nəhayətsiz ədalət, hilm və hikmətin qüvvətini göstərməkdən dolayı olması.

 

İzahları:

1. Şiddətli təhdid və təhşidlərin, ehtişamın izharı üçün olması: 

Müəllifimiz, bu xüsusu, bir risaləsində ("Ləmalar", 28-ci Ləma, 28-ci Nöqtə, s. 294), belə izah edir:

"...bazan da büyük tahşidat, düşmanın kuvvetine karşı değil, belki izhar-ı haşmet için yapılır. Meselâ, hadise-i Muhammediye (a.s.m.) ve vahy-i Kur'ân'ın hadise-i kudsiyesi, umum semâvat memleketinde, hattâ o memleketin her köşesinde en mühim bir hadise olduğundan, doğrudan doğruya çok uzak ve çok yüksek olan koca semâvâtın burçlarına nöbettarlar dizilip, yıldızlardan mancınıkları atarak casus şeytanları tard ve def ediyorlar vaziyetinde göstermek ve ifade etmekle, vahy-i Kur'ânînin derece-i haşmetini ve şâşaa-i saltanatını ve hiçbir cihette şüphe girmeyen derece-i hakkaniyetini ilâna bir işaret-i Rabbâniye olarak, o vakitte ve o asırda daha ziyade yıldızlar düşürülüyormuş ve atılıyormuş. Kur'ân-ı Mu'cizü'l-Beyan dahi, o ilân-ı tekvîniyeyi tercüme edip ilân ediyor ve o işaret-i semâviyeye işaret eder.

Yəni:

...bəzən də, böyük təhşidlər, düşmənin qüvvətinə qarşı deyil; əksinə, ehtişamın izharı üçün edilir. Məsələn:

Muhamməd (sallallahu aleyhi və səlləm) hadisəsi (yəni, Onun, peyğəmbərliyi) və Quran vəhyinin müqəddəs hadisəsi, ümum səmalar diyarında, hətta, o diyarın hər küncündə ən mühim bir hadisə olduğundan, doğrudan-doğruya çox uzaq və çox yüksək olan böyük səmaların bürclərinə nöbətçilər düzülüb, ulduzlardan mancanaqlar ataraq, casus şeytanları qovur və dəf edirlər vəziyyətində göstərmək və ifadə etməklə, Quran vəhyinin ehtişamındakı dərəcəsini və səltənətinin dəbdəbəsini və heç bir cəhətdə şübhə girməyən doğruluq dərəcəsini elana Rabbani bir işarət olaraq, o vaxtda, o əsrdə, daha çox ulduzlar düşürülürmüş və atılırmış. Bəyanı möcüzə olan Quran da, o təkvini elanı tərcümə edib, elan edir və o səmavi işarətə işarət edir.

 

Not:

• Vəhyin nə olduğu üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/k%C9%99lam-sif%C9%99ti-uz%C9...

https://archive.org/details/ilham1_202305/page/n36/mode/1up

 

Bununla bərabər, müəllifimiz, bir çox risaləsində, Quranı, "Bu böyük kainat kitabının əzəli tərcüməsi" olaraq tərifi vardır. Qəsdi budur ki: Kainat, sanki başqa dildə yazılmış bir kitabdır. Dili, anlaşılmır. Onu, Quran bizə tərcümə etməkdədir.

Kainat və içindəki əşyanın özünə məxsus danışığı və Quranın, bunu necə tərcümə etdiyi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...

-----------------

Müəllifimiz, belə davam edir:

Evet, bir melâikenin üfürmesiyle uçurulabilir olan casus şeytanları böyle bir işaret-i azîme-i semâviye ile, melâikelerle mübareze ettirmek, elbette o vahy-i Kur'ânînin haşmet-i saltanatını göstermek içindir. Hem bu haşmetli olan beyan-ı Kur'ânî ve azametli tahşidât-ı semâviye ise, cinnîlerin, şeytanların, semâvat ehlini mübarezeye ve müdafaaya sevk edecek bir iktidarları, bir müdafaaları bulunduğunu ifade için değil, belki kalb-i Muhammedîden (a.s.m.) tâ semâvat âlemine, tâ Arş-ı Âzama kadar olan uzun yolda, hiçbir yerde cin ve şeytanın müdahaleleri olmamasına işaret için, vahy-i Kur'ânî, koca semâvatta, umum melâikece medar-ı bahis olan bir hakikattir ki, bir derece ona temas etmek için, şeytanlar tâ semâvâta kadar çıkmaya mecbur olup, hiçbir şeye muvaffak olamayarak recmedilmesiyle işaret ediyor ki, kalb-i Muhammedîye (a.s.m.) gelen vahiy ve huzur-u Muhammediyeye (a.s.m.) gelen Cebrail ve nazar-ı Muhammedîye (a.s.m.) görünen hakaik-i gaybiye, sağlam ve müstakimdir, hiçbir cihetle şüphe girmez diye, Kur'ân-ı Mu'cizü'l-Beyan, mucizâne haber veriyor.

Yəni:

Bəli, mələklərin (hətta) üfürməsilə uçurula biləcək olan casus şeytanları, belə səmavi əzəmətli bir işarət ilə, mələklərlə mübarizə etdirmək, əlbəttə, o "Quran vəhyi səltənəti"ndəki ehtişamı göstərmək üçündür. Həm bu ehtişamlı olan Quranın bəyanı və səmavi əzəmətli təhşidlər isə, cinnilərin, şeytanların, səma əhlini mübarizəyə və müdafiəyə sövq edəcək bir iqtidarları, bir müdafiələri olduğunu ifadə üçün deyil; əksinə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in qəlbinin, ta səma aləminə, ta əzəmətli ərşə qədər olan uzun yolda, heç bir yerdə, cin və şeytanın müdaxilələri olmamasına işarət üçün, Quran vəhyi, böyük səmalarda, ümum mələklərcə bəhs mövzusu olan bir həqiqətdir ki, bir dərəcə ona təmas etmək üçün, şeytanlar, ta səmalara qədər çıxmağa məcbur olub, heç bir şeyə müvəffəq olmayaraq rəcm edilmələrilə işarət edir ki:

~ Muhamməd (sallallahu aleyhi və səlləm)'in qəlbinə gələn vəhy;

~ Muhamməd (sallallahu aleyhi və səlləm)'in hüzuruna gələn Cəbrail; və

~ Muhamməd (sallallahu aleyhi və səlləm)'in nəzərinə görünən qeybi həqiqətlər,

sağlam və müstəqim (istiqamətli)'dir. Ona, heç bir cəhətlə şübhə girə bilməz deyə, bəyanı möcüzə olan Quran, möcüzəvi bir şəkildə xəbər verir. ("Ləmalar", 28-ci Ləma, 28-ci Nöqtə, s. 294)

------------------------

2. Şiddətli təhdid və təhşidlərin, düşmən pisliyinin təşhirindən dolayı olması:

Müəllifimiz, bunu, "Ləmalar" adlı əsərinin 13-cü Ləma'sı olan: "Hikmətu'l-İstiazə" adlı risaləsində, belə açıqlayır:

"Ekseriyet-i mutlaka ile dalâlet ve şer, menfidir ve tahriptir ve ademîdir ve bozmaktır. Ve ekseriyet-i mutlaka ile hidayet ve hayır, müsbettir ve vücudîdir ve imar ve tamirdir. Herkesçe malûmdur ki, yirmi adamın yirmi günde yaptığı bir binayı, bir adam bir günde tahrip eder. Evet, bütün âzâ-yı esasiyenin ve şerâit-i hayatiyenin vücuduyla vücudu devam eden hayat-ı insan Hâlık-ı Zülcelâlin kudretine mahsus olduğu halde, bir zalim, bir uzvu kesmesiyle, hayata nisbeten ademî olan mevte o insanı mazhar eder. Onun için, "et-tahrîbü eshel" durub-u emsal hükmüne geçmiş." (1-ci İşarət, s. 71-72)

Yəni:

Mütləq əksəriyyətlə, dəlalət və şər, mənfidir, təxribdir, adəmi (yoxluğa aid bir iş) və pozmaqdır. Mütləq əksəriyyət ilə, hidayət və xeyir, müsbətdir, vücudi (varlığa aid bir iş)'dir, imar və təmirdir. Hər kəscə məlumdur ki, 20 adamın 20 gündə tikdiyi bir binanı, 1 adam 1 gündə təxrib edər. Bəli, bütün əsas əzaların və həyat şərtlərinin varlığı ilə varlığı davam edən insan həyatı, cəlal sahibi Xaliq'in qüdrətinə məxsus olduğu halda; bir zalımın bir üzvü kəsməsilə, -həyata nisbətən adəmi (yoxluğa aid bir iş) olan ölümə, o insanı mazhar (yəni, ölümün, üzərində zahir olduğu bir yer) edər. Bunun üçündür ki, "Təxrib, daha asandır." (sözü), atalar sözü hökmünə keçmişdir.

...Şeytanlar ve şeytanlara uyanlar, dalâlete sülûk ettikleri için, küçük bir hareketle çok tahribat yapabilirler. Ve çok mahlûkatın hukukuna, az bir fiil ile çok hasâret veriyorlar. Nasıl ki, bir sultanın büyük bir ticaret gemisinde, bir adam az bir hareketle, belki küçük bir vazifeyi terk etmekle, o gemiyle alâkadar bütün vazifedarların semere-i sa'ylerinin ve netice-i amellerinin mahvına ve iptaline sebebiyet verdiği için, o geminin sahib-i zîşânı, o âsiden, o gemiyle alâkadar olan bütün raiyetinin hesabına azîm şikâyetler edip dehşetli tehdit ediyor. Ve onun o cüz'î hareketini değil, belki o hareketin müthiş neticelerini nazara alarak ve sahib-i zîşânın zâtına değil, belki raiyetinin hukuku namına dehşetli bir cezaya çarpar.

Öyle de, Sultan-ı Ezel ve Ebed dahi, küre-i arz gemisinde ehl-i hidayetle beraber bulunan, ehl-i dalâlet olan hizbüşşeytanın zâhiren cüz'î hatîatlarıyla ve isyanlarıyla pek çok mahlûkatın hukukuna tecavüz ettikleri ve mevcudatın vezâif-i âliyelerinin neticelerinin iptal etmesine sebebiyet verdikleri için, onlardan azîm şikâyet ve dehşetli tehdidat, ve tahribatlarına karşı mühim tahşidat etmek, ayn-ı belâgat içinde mahz-ı hikmettir ve gayet münasip ve muvafıktır. Ve mutabık-ı mukteza-yı haldir ki, belâgatin tarifidir ve esasıdır. Ve israf-ı kelâm olan mübalâğadan münezzehtir. (3-cü İşarət, s. 73)

Yəni:

Şeytanlar və şeytanlara uyanlar, dəlalətə süluk etdikləri (yəni, dəlalət yolunda getdikləri) üçün, kiçik bir hərəkətlə, çox təxribat edə bilərlər. Və çox məxluqatın hüququna, az bir fel ilə, çox xəsarət verirlər. Necə ki, bir sultanın böyük bir ticarət gəmisində, bir adam, az bir hərəkət ilə, hətta kiçik bir vəzifəni tərk etməklə, o gəmi ilə əlaqəli bütün vəzifəlilərin səylərinin səmərələrinin və əməllərinin nəticələrinin məhvinə və ibtalına səbəbiyyət verdiyi üçün, o gəminin şanlı sahibi, o asidən (üsyankardan), o gəmilə əlaqəli olan bütün rəiyyətinin hesabına, əzəmətli şikayətlər edib dəhşətli təhdid edir. Və onun o cüzi hərəkətini deyil; əksinə, o hərəkətin dəhşətli nəticələrini nəzərə alaraq və şanlı sahibin zatına deyil, əksinə, rəiyyətinin hüququ naminə dəhşətli bir cəzaya çarpar.

Elə də, əzəl və əbəd Sultanı (olan Allah) da, "yer kürəsi gəmisi"ndə, əhl-i hidayət ilə bərabər olan dəlalət əhli olan şeytan tərəfdarlarının, zahirən cüzi xətaları və üsyanları ilə bir çox məxluqatın hüququna təcavüz etdikləri; və mövcudatın ali vəzifələrinin nəticələrinin ibtal etməsinə səbəbiyyət vetdikləri üçün, onlardan, əzəmətli şikayət və (onlara) dəhşətli təhdidlər etmək; və təxribatlarına qarşı mühim təhşidlər etmək, bəlağat içində hikmətin məhz özüdür və çox münasib və müvafiqdir. Və (bu), halın gərəyinə uyğundur ki, bəlağatın (da) tərifi və əsasıdır. (Və bu), kəlam israfı olan mübaliğədən, münəzzəhdir. (haşiyə)

----------------

(Haşiyə:

Məxluqatın vəzifəsi, nədir?

Hər bir varlığın, xüsusilə həyat sahibinin fitri (yəni yaradılışından gələn) ibadəti, Allahın o həyat sahibinə yükləmiş olduğu vəzifədir. O vəzifəni yerinə yetirməklə, Allaha ibadət etmiş sayılır. Çünki o vəzifəni ifa etməklə, Allahın əmrinə riayət etmiş olur. Allahın əmrinə riayət etmək isə, ibadətdir.

Məsələn, həyat sahibi bir varlıq olan arı, bal verməklə, ortaya bir fel qoymuşdur. Əslində bu fel və felin nəticəsi olan bal, arının əsəri deyildir. Allahın, onu bu işdə istixdam etməsi (çalışdırması)'dır. Geniş izah üçün bax:

İsra surəsi 44-cü ayə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...

Rahmən surəsi 6-ci ayə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-6-ci...)

--------------------

...Adem şerr-i mahz, ve vücud hayr-ı mahz olduğunu, ehl-i tahkik ve ashâb-ı keşif ittifak etmişler. Evet, ekseriyet-i mutlaka ile, hayır ve mehâsin ve kemâlât, vücuda istinad eder ve ona râci olur. Sureten menfi ve ademî de olsa, esası sübutîdir ve vücudîdir. Dalâlet ve şer ve musibetler ve mâsiyetler ve belâlar gibi bütün çirkinliklerin esası, mayası ademdir, nefiydir. Onlardaki fenalık ve çirkinlik, ademden geliyor. Çendan suret-i zâhirîde müsbet ve vücudî de görünseler, esası ademdir, nefiydir.

Yəni:

Yoxluq, mütləq şər; və vücud (yəni, var olmaq), xeyrin məhz özü olduğu (xüsusu)'nda, təhqiq əhli və kəşf sahibləri, ittifaq etmişlərdir. Bəli, xeyir(lər), gözəlliklər və kamilliklər, mütləq əksəriyyət ilə, vücuda (yəni, var olmağa) istinad edər və ona raci olar (yəni, ona qayıdar). Surətən mənfi və adəmi (yoxluğa aid) də olsa, əsası, sübuti (sabit olmaqla bağlı)'dır və vücudi (var olmağla bağlı)'dır. Dəlalət, şər, müsibətlər, günahlar və bəlalar kimi bütün çirkinliklərin əsası, mayası isə, adəm (yoxluq)'dur, nəfydir. Onlardakı pislik və çirkinlik(lər), adəm (yoxluq)'dan gəlməkdədir. Hərçənd, zahiri surətində müsbət və vücudi də görünsələr, əsası, adəmdir, nəfydir.

Hem bilmüşahede sabittir ki, bina gibi birşeyin vücudu, bütün eczasının mevcudiyetiyle takarrur eder. Halbuki onun harabiyeti ve ademi ve in'idâmı, bir rüknün ademiyle hasıl olur. Hem vücut, herhalde mevcut bir illet ister, muhakkak bir sebebe istinad eder. Adem ise, ademî şeylere istinad edebilir; ademî birşey, mâdum birşeye illet olur.

Yəni:

Həm müşahidə ilə sabitdir ki, bina kimi bir şeyin vücudu (yəni, var olması), bütün cüzləri (yəni, parçaları)'nın mövcud olması ilə qərar qılır. Halbuki, onun (yəni, bina kimi hər hansı bir şeyin) xarab olması, adəmi, yox olması, bir rüknün yox olması ilə hasil olur.

Həm vücud (yəni, var olmaq), hər halda, mövcud bir illət (yəni, səbəb) istər, şübhəsiz (yəni, qəti) bir səbəbə istinad edər. Adəm (yoxluq) isə, adəmi (yoxluğa aid) şeylərə istinad edə bilər; adəmi (yoxluğa aid) bir şey (isə), mədum (yoxluğa düşən) bir şeyə illət olar.

İşte bu iki kaideye binaendir ki, şeytan-ı ins ve cinnin kâinattaki müthiş âsâr-ı tahripkârâneleri ve envâ-ı küfür ve dalâlet ve şer ve mehâliki yaptıkları halde zerre miktar icada ve hilkate müdahaleleri olmadığı gibi, mülk-ü İlâhîde bir hisse-i iştirakleri olamıyor. Ve bir iktidar ve bir kudretle o işleri yapmıyorlar; belki çok işlerinde iktidar ve fiil değil, belki terk ve atâlettir. Hayrı yaptırmamakla şerleri yapıyorlar, yani şerler oluyorlar. Çünkü mehâlik ve şer, tahribat nev'inden olduğu için, illetleri, mevcut bir iktidar ve fâil bir icad olmak lâzım değildir. Belki bir emr-i ademî ile ve bir şartın bozulmasıyla koca bir tahribat olur. (4-cü İşarət, s. 73-74)

Yəni:

Bax bu 2 qaydadan dolayıdır ki, insi və cinni (yəni, insanlardan və cinlərdən olan) şeytanlar, kainatdakı dəhşətli təxribkar əsərlər, müxtəlif küfr (növləri), dəlalət, şər və həlak edici şeyləri etdikləri halda, zərrə miqdar icada və yaratmağa müdaxilələri (yoxdur.) Müdaxilələri olmadığı kimi; Allahın mülkündə, şəriklikdən bir hissələri də ola bilmir. Və (bunlar), bir iqtidar, bir qüdrətlə o işləri görmürlər. Əksinə, çox işlərində, iqtidar və fel deyil; əksinə, tərk və ətalət (var)'dır. Xeyri etdirməməklə şərləri edirlər; yəni, şər olurlar. Çünki, həlak edici şeylər və şər, təxribat növündən olduğu üçün, illətlərinin, mövcud bir iqtidar və fail bir icad olması, lazım deyildir. Əksinə, yoxluğa aid bir iş və bir şərtin pozulması ilə, böyük bir təxribat olur.

 

Ustad Nursi (rahiməhullah), "Sözlər" adlı əsərinin 14-cü Söz'ündə (s. 161-162), belə deyir:

"​...Ezel, Ebed Sultanı, şu âciz ve nihayetsiz zayıf ve nihayetsiz fakir ve nihayetsiz muhtaç ve yalnız cüz'î bir ihtiyarla, icada kabiliyeti olmayan zayıf bir kisble mücehhez benî Âdeme karşı şedid şikâyât-ı Kur'âniyesi ve azîm tehdidatı ve müthiş vaidleri ne hikmete binaendir ve ne vech ile tevfik edilir, ne suretle münasip düşer, demek olan derin ve yüksek hakikate kanaat getirmek için, şu gelecek iki temsile bak."

Yəni:

"Əzəl və əbəd sultanı (olan Allahın), bu aciz, sonsuz zəif, nəhayətsiz möhtac və yalnız, cüzi bir ixtiyar (yəni, iradə) ilə, icada qabiliyyəti olmayan zəif bir kisb (yəni, işə, sadəcə təşəbbüs edə bilmək) ilə mücəhhəz (yəni, sanki, sadəcə iradə ilə təchiz edilmiş) Adəm oğluna qarşı, şiddətli Quran şikayətləri və əzəmətli təhdidləri və dəhşətli vaid (qorxutmaları), nə hikmətdən dolayıdır? Və hansı cəhət ilə araları uzlaşdırıla bilər? Və nə surətlə münasib düşər?" demək olan dərin və yüksək həqiqətə qənaət gətirmək üçün, bu gələcək 2 təmsilə bax:

Birinci temsil: Meselâ, şahane bir bağ var ki, nihayetsiz meyvedar ve çiçektar masnular, içinde bulunuyorlar. Ona nezaret etmek için pek çok hademeler tayin edilmiş. Bir hizmetkârın vazifesi dahi, yalnız o bağa yayılacak ve içilecek suyun mecrâsındaki deliğin kapağını açmaktır. Ve şu hizmetkâr ise tenbellik etti, deliğin kapağını açmadı. O bağın tekemmülüne halel geldi veyahut kurudu. O vakit, Hâlıkın san'at-ı Rabbâniyesinden ve sultanın nezaret-i şahanesinden ve ziya ve hava ve toprağın hizmet-i bendegânesinden başka, bütün hademelerin o sersemden şekvâya hakları vardır. Zira hizmetlerini akim bıraktı veya zarar verdi.

Yəni:

• Birinci təmsil: Məsələn, şəhanə (şaha yaraşan) bir bağ vardır ki, içində, nəhayətsiz meyvəli və çiçəkli masnu (sənət əsərləri), mövcuddur. Ona nəzarət etmək üçün, bir çox xidmətçilər təyin edilmişdir. Bir xidmətçinin vəzifəsi də, yalnız, o bağa yayılacaq və içiləcək suyun məcrasındakı dəliyin qapağını açmaqdır. Bu xidmətçi isə, tənbəllik etdi, dəliyin qapağını açmadı. O bağın təkamülünə xələl gəldi və yaxud da (bağ) qurudu. O vaxt,

~ Xaliqin Rabbani sənətindən (başqa);

~ Sultanın şəhanə nəzarətindən (başqa);

~ Ziya, hava və torpağın nökərcəsinə xidmətindən (başqa); (bir də),

~ Bütün o xidmətçilərin,

o sərsəm (başı zəhərli adam)'dan şikayətə, haqları vardır. Çünki, xidmətlərini, nəticəsiz buraxdı və ya zərər verdi.

İkinci temsil: Meselâ, cesîm bir sefine-i sultaniyede, âdi bir adam cüz'î vazifesini terk etmesiyle, bütün gemideki vazifedarların netâic-i hidematına halel getirdiğinden ve bazı da mahvettiğinden, bütün o vazifedarlar namına gemi sahibi ondan şedit şikâyet eder.

Yəni:

• İkinci təmsil: Məsələn, sultanın iri bir gəmisində, adi bir adam, cüzi vəzifəsini tərk etməsilə, gəmidəki bütün vəzifəlilərin xidmətlərinin nəticələrinə xələl gətirdiyindən və bəzən də məhv etdiyindən, bütün o vəzifəlilər naminə, gəmi sahibi, ondan şikayət edər.​

Kusur sahibi ise diyemez ki, "Ben bir âdi adamım; ehemmiyetsiz ihmalimden şu şiddete müstehak değilim."

Yəni:

Qüsur sahibi isə, (belə) deyə bilməz: "Mən, adi bir adamam. Əhəmiyyətsiz ehmalımdan (dolayı), bu şiddətə haqq sahibi deyiləm."

Çünkü, tek bir adem, hadsiz ademleri intaç eder. Fakat vücut kendine göre semere verir. Çünkü birşeyin vücudu bütün şerâit ve esbabın vücuduna mütevakkıf olduğu halde, o şeyin ademi ve intıfâsı, tek bir şartın intıfâsıyla ve tek bir cüz'ün ademiyle, netice itibarıyla mün'adim olur. Bundandır ki, "tahrip, tamirden pek çok defa eshel olduğu" bir düstur-u müteârife hükmüne geçmiştir.

Yəni:

Çünki, tək bir adəm (yoxluq), hədsiz yoxluqları nəticə verir. Lakin vücud (var olmaq), özünə görə səmərə verir. Çünki, bir şeyin var olması, bütün şərtlər və səbəblərin var olmasına bağlı olduğu halda; o şeyin yoxluğu və intifa (yox olma)'sı, tək bir şərtin yox olması və tək bir cüzün yoxluğu ilə, nəticə etibarı ilə yox olur. Bundan dolayıdır ki, "Təxrib, təmirdən çox dəfə asan olduğu", bilinən bir düstur hökmünə keçmişdir.

Madem küfür ve dalâlet, tuğyan ve mâsiyet, esasları inkârdır ve reddir, terktir ve adem-i kabuldür. Suret-i zahiriyede ne kadar müsbet ve vücutlu görünse de, hakikatte intıfâdır, ademdir. Öyle ise cinayet-i sâriyedir. Sair mevcudatın netâic-i amellerine halel verdiği gibi, esmâ-i İlâhiyenin cilve-i cemâllerine perde çeker.

Yəni:

Madam ki, küfr, dəlalət, tüğyan və masiyyət (asiliklər, günahlar)'ın əsasları, inkardır və rəddir, tərkdir və qəbulsuzluqdur. Zahiri surətində nə qədər müsbət və vücudlu görünsə də, həqiqətdə, yox olmaqdır, yoxluqdur. Elə isə, (başqalarına da) sirayət edən cinayətdir. Sair mövcudatın əməllərinin nəticələrinə xələl verdiyi kimi; Allahın isimlərinin gözəl camallarına (da) pərdə çəkər.

İşte bu hadsiz şikâyete hakları olan mevcudat namına, o mevcudatın Sultanı, şu âsi beşerden azîm şikâyet eder. Ve etmesi ayn-ı hikmettir. Ve o âsi, şiddetli tehdidata elbette müstehaktır ve dehşetli vaidlere, bilâşüphe sezâdır.

Yəni:

Bax, bu hədsiz şikayətlərə haqları olan mövcudat naminə, o mövcudatın Sultanı, bu üsyankar bəşərdən, əzəmətli şikayət edər. Və etməsi də, hikmətin məhz özüdür. Və o asi (üsyankar şəxs), şiddətli təhdidlərə, əlbəttə haqq sahibidir və dəhşətli vaid (qorxutma)'lara, şübhəsiz layiqdir.

-------------------------------

3. Şiddətli təhdid və təhşidlərin, mükəmməl intizam, nəhayətsiz ədalət, hilm və hikmətin qüvvətini göstərməkdən dolayı olması.

Müəllfimiz, buna, belə bir misal verir:

Meselâ şu âyete bak:

وَاِنْ تَظَاهَرَا عَلَيْهِ فَاِنَّ اللهَ هُوَ مَوْلٰيهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلٰۤئِكَةُ بَعْدَ ذٰلِكَ ظَهِيرٌ    

Ne kadar Nebî hakkına hürmet ve ne kadar ezvâcın hukukuna merhamet var. Şu mühim tahşidat, yalnız hürmet-i Nebînin azametini ve iki zaifenin şekvâlarının ehemmiyetini ve haklarının riayetini rahîmâne ifade etmek içindir.

Yəni:

Məsələn, bu ayətə bax:

"Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər, Onun dostu və yardımçısıdır. Bunlardan başqa, mələklər də Onun yardımçılarıdır." (Təhrim/4)

Nə qədər Nəbi haqqında hörmət; və nə qədər zövcələrin hüquqlarına mərhəmət vardır. Bu mühim təhşidlər, yalnız Nəbinin hörmətinin əzəmətini və 2 zəif qadının şikayətlərinin əhəmiyyətini və haqqlarının riayətini, mərhəmətli bir şəkildə ifadə etmək üçündür.

 

Yəni, Müəllifimizin qəsdi, budur:

Kainatın hər tərəfində cərəyan edən:

~ mükəmməl intizam;

~ sonsuz ədalət;

~ geniş hilm (yumşaqlıq);

~ qüvvətli hikmət (yəni, əbəssizlik),

vardır. Heç bir şey, hətta insanların cüzi felləri belə, bunun xaricində deyildir. Bu 4 şeyin hər şeydə, hətta insanların cüzi fellərində belə mövcud olduğunu göstərmək üçün, ən böyük və qüvvətli səbəbləri, ən kiçik şeylərə qarşı təhşid etməkdədir.

Allah qatında, bu intizam, bu ədalət, bu hilm və hikmətin, böyük və kiçiyi yoxdur. Bunlar, kainatda əzəmətli şəkildə cərəyan edən bu 4 şey, insanlar arasında da cərəyan etməlidir.

Təhrim surəsi 4-cü ayənin əvvəli isə, belədir:

إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا

"Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir."

Ayətin bu qismi də, Allahın, bu 2 xanıma qarşı necə mərhəmətli olduğunu ifadə etməkdədir.

----------------------

----------------------

• Dördüncü üslub:

Quranın, muhtəva cəhətindən, 4 əsas ünsürü vardır. Bunlar:

1. Tövhid;

2. Nübüvvət;

3. Haşr;

4. İbadət və ədalət'dir.

Quran, davamlı surətdə, bu 4 ünsürü dərs verməkdədir. Hər bir surə, bəzən bir tək ayə, bu 4 əsas ünsürü ehtiva etməkdədir.

Quranın bu 4 əsas ünsürü, bu ayələrdə də mövcuddur. Belə ki:

1. Bu ayələr, səmalar və yerdə təsərrüf edən və mülkünün hüdudu olmayan qeybi bir Zat'dan xəbər verməsilə, tövhidi isbat etməkdədir.

2. Təklifi əmrlərə riayət etməyənlərin cəzalandırılacağını xəbər verməklə, haşrı isbat edir.

3. Tövhid və haşr kimi əhəmiyyətli məsələlərin cin və insə dərs verilməsi isə, Peyğəmbərlərin varlığını gərəkdirir.

4. Peyğəmbərlərin göndərilməsi isə, ədalət və ibadəti ehtiva edir.

--------------------------

• Beşinci üslub:

Quranın bəhs etdiyi kövni işlərin hər biri, bir fənnin mövzusu olmaqla bərabər, Quran, o fənlərin təhsil və tətbiqinə əmr və təşviq edir.

Bax bu ayələrdə də, maddi bir alətlə səmalara çıxıla biləcəyinin mümkün olduğuna işarət edilməkdədir.

---------------------------

• Altıncı üslub:

Quran, gah olur ki, Haqq Taala'nın, axirətdə qeyr-i adi fellərini qəlbə qəbul etdirmək üçün, fikri buna hazırlamaq üçün, dünyadakı qeyr-i adi fellərini zikr edir.

Bax bu ayələrdə də, dünyada kafirlər və müşriklərin üzərinə atılacaq atəşli güllələrin bir nümunəsi olaraq, mələklərin əllərilə şeytanlara atılan şihabları nəzərə verməkdədir. Dünyada vəhyə şübhə buraxmaq üçün səmalara xəbər oğurlamaq üzərə yüksəlmək istəyən şeytanları, atəşli ulduzlarla rəcm edən qüdrət və cəlal sahibi Allah, əlbəttə məhşər meydanında, asi cin və ins üzərinə, atəşli güllələr göndərə bilər.

--------------------------------

"Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"

"Ey cin və ins! Haqq Taala'nın, hələ baş vermədən əvvəl axirət əzabını sizə bəyan etməsi və axirət günü üçün hazırlanmağınız xüsusunda sizə bunları xatırlatması, sizin üçün bir nemət olduğu kimi; fərmanında (yəni, Quranda), itaət edənlərin mükafatlarını və üsyan edənlərin cəzalarını ayrı-ayrı bildirməsi də, bir nemətdir. İndi, Rəbbinizin bu nemətlərindən hansını təkzib edirsiniz?"

 

 

 

 

 

Read 31 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR