Nisa surəsi 3-cü ayə
وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا۟ فِى ٱلْيَتَـٰمَىٰ فَٱنكِحُوا۟ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ
Və in xiftum əllə tuqsitu fi'l-yətəmə fənkihu mə tabə ləkum minə'n-nisəi məsnə və suləsə və rubəə.
Yəni:
"Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi və üçü və dördü ilə evlənin." (Nisa/3)
----------------------
A. Alimlərin əksəriyyətinə görə, Nisa surəsi 3-cü ayə, kişilər üçün evliliyi, 4 qadınla məhdudlaşdırmaqdadır. Bu görüşü mənimsəyənlərə görə, ayədə yer alan "məsnə və suləsə və rubəə" ləfzləri, çox evlilikdə ən son həddin 4 olduğuna dəlalət etməkdədir. (əbu Bəkr ər-Razi Cəssas əl-Hənəfi, "Əhkamu'l-Quran", 2/347)
B. Azlıqda olan bir qrupa görə də, ayədə keçən "məsnə və suləsə və rubəə" ləfzləri, bir kişinin, 9 qadınla evlənə biləcəyini göstərməkdədir.
~ Ayrıca, bir-birinə zidd bu 2 görüş xaricində, az adam tərəfindən mənimsənən bir üçüncü görüş də vardır ki, bunlara görə, bir kişi, 18 qadın ilə evlənə bilər.
~ Hətta, ayədə keçən "məsnə və suləsə və rubəə" ləfzləri, evləniləcək qadınlarla bağlı hər hansı bir məhdudiyyət ehtiva etmir. Dolayısı ilə, kişi, istədiyi sayda qadınla nikah kəsib evlənmək haqqına sahibdir.
-------------------------
A. Nisa surəsi 3-cü ayətin, 4-dən çox evliliyə dəlalət etdiyi görüşünü müdafiə edənlər:
Nisa surəsi 3-cü ayətin, bir kişinin 9 qadınla evlənə biləcəyinə dəlalət etdiyini iləri sürənlərə görə, ayədə keçən "məsnə və suləsə və rubəə" ləfzlərinin hər biri, başlı-başına evlənilə biləcək qadın sayını bildirməkdədir. Bunun rəqəmləşdirilmiş şəkli, belədir:
2+3+4=9.
Bu görüşdə olanlar, dəlil olaraq, bu ifadələr arasında yer alan ətf hərfi olan و/vav-ı (yəni, dilimizdəki və ədatını), riyazi olaraq toplamaq mənasında olduğunu qəbul etməkdədirlər. Bununla bərabər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, eyni anda 9 qadınla evli olmasını da, bu görüşlərinə dəlil göstərməkdədirlər.
Nisa surəsinin bu ayətinin 18 qadınla evlənilə biləcəyini göstərdiyini qəbul edənlərə görə, ətf hərfi olan vav, mütləq cəmi; əsl sayların mədulu olan "məsnə və suləsə və rubəə" ləfzləri isə, təkrarı ifadə etməkdədir. Buna görə:
~ məsnə: 2+2;
~ suləsə: 3+3;
~ rubəə: 4+4'ə
dəlalət etməkdədir. Rəqəmlə ifadə etsək:
2+2+3+3+4+4=18.
-----------------------------
Nisa surəsi 3-cü ayətin, 4-dən çox evliliyə dəlalət etdiyinə qarşı olanlar:
Bir çox müfəssirə görə, bu ayədə zikr edilən "məsnə və suləsə və rubəə" ləfzlərindən yola çıxaraq, 4-dən çox qadınla evlənməyin caiz olduğunu söyləmək, ərəb dilinin ifadə tərzinə uyğun deyildir. Məsələn, ərəb dili və təfsir alimlərindən biri olan əbu Cəfər ən-Nəhhas, bu ləfzlərdən hərəkətlə 4-dən çox qadınla evlənməyin caiz olduğu görüşünə, bu səbəblə qarşı çıxmaqdadır:
"Ərəb dilinin xüsusiyyətlərindən biri, kəlamda ixtisardır. Əgər iddia edildiyi kimi, bu ləfzlərdən məqsəd 9 qadınla evlənmək olsaydı, kəlamda ixtisar gərəyi, bu ifadələr yerinə, bir başa 9 deyilməsi lazım gələrdi. Dolayısı ilə, bu ləfzlərin mənası, 9 ola bilməz!" ("Məani'l-Quran", 2/13-14)
Ayədə keçən "و/vav" hərfinin, "او/əv/və ya" mənasında olduğunu bildirən imam əbu Mansur əl-Maturidi'yə görə, bir kişinin 4-dən çox qadınla evləndiyini söyləmək, isabətli deyildir. İmam, "Təvilatu'l-Quran" adlı təfsirində, belə deyir:
"Təfsirini verdiyimiz bu ayədə, 2-2, 3-3, 4-4 (görüşünə) istinad edərək, 9 xanımla evlənməyi mübah görən kimsələr də vardır. Çünki, 2+3+4 saylarının cəmi, 9 edir. Bizə görə, ayədən bu hökmün çıxarılması, mümkün deyildir. Çünki, Allah Taala'nın, məsnə və suləsə və rubəə bəyanının mənası, 2 və ya 3 və ya 4 şəklindədir. Çünki, ayənin davamında, '...Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə kifayətlənin...' sözü yer almaqdadır. Ayədə, kişinin, öz xanımları arasında ədaləti icra edə bilməməkdən qorxması halında, tək qadınla kifayətlənmək vurğusu vardır. Əgər (məsnə və suləsə və rubəə)'yə 9 mənası verilərsə, bunlardan 1-ini istisna etməyin bir mənası qalmazdı və bu halda, (Allah) belə buyurardı:
'Əgər 9 qadın arasında ədalətli ola bilməyəcəyinizdən qorxursunuzsa, 8 və ya 7 və ya 6 qadınla evlənin.'
Haqq Taala'nın, zikr edilən saylardan sadəcə 1 xanımı istisna etməsi, ayətin təvilinin, zikr etdiyimiz şəkildə toplanaq surətilə deyil; ayrı olaraq, 2-2, 3-3, 4-4 olduğunu göstərməkdədir.
(Yenə onların görüşünə) 2-ci müxalif dəlil, budur:
Əvvəlki dövrlərdə, adamın nikahı altında, 10, ondan daha çox və ya daha az sayda qadın olurdu. (Tabəri, "Camiu'l-Bəyan", lV, 233-234. ibn Abbas'dan və başqalarından nəql edildiyinə görə, cahiliyyədə, kişinin, 10 və ya 10-dan daha az qadını olurdu.)
Bu rəvayət də, 4-dən ibarət olan məşru sayı, dəstəkləməkdədir.
Yenə rəvayət edildiyinə görə, 1 kişi, müsəlman oldu. Nikahı altında isə, 8 qadın vardı. Onlar da, müsəlman oldular. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Bu xanımlardan 4-ünü seç, digərlərindən isə ayrıl." (ibn Macə, "Nikah", 40; əbu Davud, "Talaq", 25)
Nəql edilən bu xəbər də, halal olan sayın, ən son rəqəmini təyin etməklə bağlıdır. Yoxsa, cahiliyyədə nikah altında olmaq deyil, son sayı açıqlamağa dairdir.
Quran-i Kərim'in ən fasih dillə ərəblərə xitab etdiyini ifadə edən Vahidi'yə görə, "məsnə və suləsə və rubəə" ləfzlərinin 9 mənasında olduğu görüşü, dil cəhətdən çox yoxsul mənadır. Çünki, bəlağatlı bir şəxs, 9 rəqəmini ifadə etmək üçün, hər hansı bir adama, "2, 3 və 4 ver." deməz. Belə bir cümlə, sağlam olmadığı kimi; ifadə cəhətindən də kifayət etmir. (Vahidi, "əl-Vəsit fi Təfsiri'l-Qurani'l-Məcid", 2/8)
Yenə, məsələn bu ayədə də, mələklərin və ya hər birinin, 9 qanada sahib olduğu qəsd edilməməkdədir:
...جَاعِلِ ٱلْمَلَـٰٓئِكَةِ رُسُلًا أُو۟لِىٓ أَجْنِحَةٍ مَّثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ...
Cəili'l-mələikəti rusulən uli əcnihətin məsnə və suləsə və rubəə.
Təni:
"...Mələkləri, 2 və 3 və 4 qanadlı elçilər qılan..." (Fatir/1)
--------------
Fatir/1 təfsiri üçün bax:
https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kl%C9%99rin...
--------------
Ayədən də göründüyü kimi, mələklərin bəziləri, 2; bəziləri, 3; bəziləri də, 4 qanadlıdır. Bu Nisa surəsi 3-cü ayədə də belədir. (Qurtubi, "əl-Mufhim", 7/327-328)
Ayətə dair bu açıqlamalar, Peyğəmbərin, Cəbraili, 2 dəfə; vəhyin gəlişi ilə İsra-Mirac gecəsində, öz surətində, 600 qanadlı olaraq gördüyünü ifadə edən rəvayətlərlə zidd düşmədiyi kimi; Nisa surəsi 3-cü ayəti, 4-dən çox evliliyə dəlil göstərənləri də, dəstəkləməməkdədir. Çünki, mələklərin 4-dən çox qanad sahibi ola biləcəkləri xüsusu, Fatir surəsi 1-ci ayədə keçən "məsnə və suləsə və rubəə" ləfzlərindən deyil; eyni ayətin davamındakı bu ifadədən əldə edilməkdədir:
"Və yəzidu fi'l-xalqi mə yəşə = O, xəlq etdiklərindən istədiyini artırır." (Fatir/1)
əbu Həyyan, "əl-Bahru'l-Muhit"də (3/171), belə deyir:
اقسم الدراهم بين الز يددين درهمين درهمين و ثلاثة ثلاثة و اربعة اربعة
Əqsim əd-dərahimə bəynə'z-Zeydeyni dirhəməyni dirhəməyni və sələsətə sələsətə və ərbəətə ərbəətə.
Yəni:
"Dirhəmləri, 2 Zeyd arasında, 2-2, 3-3 və 4-4 bölüşdür." sözü, bölgünün, sadəcə bu şəkildə olması lazımdır. Bu səbəblə, özünə dirhəmlərdən verilənlərə, 5 dirhəm verilməz.
Çünki, dilə görə, məsələn, "Bu almaları, bu camaata, 2-2, 3-3 və 4-4 payla." deyildiyi vaxt, burdan qəsd olunan, onların bir qisminə, yalnız 2; bir qisminə, yalnız 3; bir qisminə də, 4 alma düşəcəyi başa düşülür.
----------------------
Əlavələr:
Çox evlilik məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cox-evlilik-v%C9%99-nok%C9%9...
