Dirhəm miqdarı qədər nəcasətin bağışlandığı

392. Aişə (radiyallahu anha)'nın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Sizdən biri, ayaq yoluna getdiyi vaxt, özü ilə 3 daş götürsün. Bunlar, ona kifayət edər."

"Nəylu'l-Əvtar"da (l, 88) zikr edildiyi üzərə, hədisi:

~ əbu Davud ("Təharət", 21);

~ Nəsai ("Təharət", 7);

~ Əhməd b. Hənbəl ("Müsnəd", Vl, 38); və

~ Daraqutni

rəvayət etmişlərdir.

Daraqutni, hədisin, həsən-səhih olduğunu söyləmişdir.

Aişə (radiyallahu anha)'nın rəvayət etdiyi hədis, tualet ehtiyacını gördükdən sonra, təmizlənmək üçün daş istifadə etməyin kifayət etdiyinə; və su ilə təmizlik etməyin vacib olmadığına dəlalət etməkdədir. Sələf və xələf alimlərinin cumhuru və fərqli diyarlardakı müftilər, tualet ehtiyacını gördükdən sonra, təmizliyin, həm daş, həm də su ilə edilməsinin daha fəzilətli olacağında, icma etmişlərdir. Bədruddin əl-Ayni (əl-Hənəfi) də, "Umdətu'l-Qari şərh-u Sahihi'l-Buxari"də (l, 720), su ilə yuyunmağın vacib olmadığını bildirməkdədir. "Raddu'l-Muhtar"da (l, 326) nəql edildiyinə görə, mövzu ilə bağlı "Şərhu'l-Munyə"dəki açıqlama, belədir:

"...bizə görə, az nəcisin bağışlandığında, icma vardır. Necə ki, tualet ehtiyacını gördükdən sonra daşla təmizlənməyin kifayət etdiyində icma varsa..."

Nəcisi tamamilə təmizləmədiyi; azaldıb qurutmasını təmin etdiyi bilinməsinə baxmayaraq, daşla təmizlənməyin kifayət etməsi, təmizlik edilən yer miqdarınca qalan nəcasətin bağışlandığını göstərməkdədir. Bu qədər miqdardakı nəcasətlə, namaz qılınar. Təmizlənən yer, 1 dirhəm miqdarı qədərdir.

"əl-Kifayə"də (l, 177) nəql edildiyinə görə, İbrahim ən-Nəxai (rahiməhullah), belə demişdir:

"(Mövzunu açıqlamaq üzərə) 'maqad yeri (anus dəliyi) qədər' deməyi çirkin gördükləri üçün, onun yerinə, 'dirhəm miqdarı' deməyi uyğun görmüşlərdir."

"Rahmətu'l-Ummə"də (s. 7) rəvayət edildiyinə görə, əbu Hənifə, belə demişdir:

"Bir kimsə, tualet ehtiyacını gördükdən sonra təmizlənmədən dəstəmaz alıb namazını qılsa, namazı səhih olar."

Beləcə, O, maqad məhəllini, digər nəcasətlər üçün də bağışlanan miqdarın ölçüsü olaraq təyin etmişdir. Bu isə, 1 dirhəm-u bağali (haşiyə) qədərdir. əbu Hənifə, ətrafa daşması və 1 dirhəmdən artıq olması halında, nəcasətin təmizlənməsinin vacib olduğunu söyləmişdir.

----------------------------

(Haşiyə:

Dirhəm-u bağali: 3.776 qram ağırlığında olan dirhəmdir.)

-----------------------------

Deyirəm:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Bunlar, ona kifayət edər." ifadəsi, 3 daşla təmizlənməyin, taabbudi (dini bir əmr) deyil; tövsiyyə olduğuna dəlalət etməkdədir. Eyni zamanda, bu (yəni, hədisdəki: "ona kifayət edər" sözü), (burdakı) əsas ölçünün, kifayətlilik olduğunu da göstərməkdədir. (Bizim) adət(imiz isə), 3 daşdan aşağısı ilə lazım gələn təmizliyin, edilə bilməyəcəyini göstərməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Bunlar, ona kifayət edər." sözünə görə, 1 və ya 2 daşla təmizlənə bilirsə, bu qədərlə (yəni, 3 ilə) də kifayət edilə bilər. Bunda, Hənəfilərin, işin incəliklərini həqiqətən çox yaxşı qavradıqlarını zikr etməliyik.

Tənbeh:

"Təlxisu'l-Habir"də (l, 108), belə bir hədis yer alır:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"1 dirhəm miqdarı qan axması halında, namaz, təkrar qılınar."

Hədisi,

~ Daraqutni;

~ Beyhaqi ("əs-Sünənu'l-Kubra", ll, 404);

~ Uqayli, "əd-Duafa"sında;

~ ibn Adiyy də, "əl-Kamil"ində,

əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etmişlərdir.

(ibn Adiyy və digərlərinin bildirdiyinə görə), hədisin isnadında, əbu Hureyrə'dən rəvayətdə tək qalan Ravh b. Ğutayf vardır. Uqayli'nin nəqlinə görə, onun haqqında:

~ Abdullah b. Mübarək, belə deyir: "1 dirhəm miqdar qanla bağlı hədisi rəvayət edən Ravh b. Ğutayf'ı gördüm. Onun məclisində iştirak etdim. Lakin, tələbələrimin, Məni onunla birlikdə görmələrindən utandım."

~ Hədis haqqında, Zuhli, "Hədisin uydurma olduğundan qorxuram." demişdir.

~ Buxari: "Batil hədis";

~ ibn Hibban: "Uydurmadır."

demişlərdir.

~ Bəzzar isə: "Hədis alimləri, bu hədisin münkər olduğunda, icma etmişlərdir." demişdir.

Deyirəm:

ibn Adiyy, onu, "əl-Kamil"ində, fərqli bir isnadla da rəvayət etmişdir. Ancaq onun isnadında da, yalançılıqla ittiham edilən əbu İsmə mövcuddur. "Nasbu'r-Rayə"də nəql edildiyinə görə, ibn Hibban'ın açıqlaması, belədir:

"Onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm) söyləməmiş; Kufəlilər uydurmuşdur. Ravh b. Ğutayf, uydurma rəvayətləri, siqa ravilərə nisbət edərdi."

Bunu, ibnu'l-Cevzi də, "əl-Məvduat"ında zikr etməkdədir.

Deyirəm:

Bu rəvayətin isnadında yer alan əbu İsmə (adlı ravi), alimlərin, tərk edilməsində icma etdikləri bir ravi deyildir. Necə ki, "Təhzibu't-Təhzib"də (X, 487) bildirildiyi üzərə, Şu'bə b. Haccac, ondan hədis rəvayət etmişdir. O, bilindiyi kimi, sadəcə özünə görə siqa olan ravilərdən hədis rəvayət edən bir mühəddisdir. "Təhzibu't-Təhzib"də (X, 487) nəql edildiyinə görə, ibn Adiyy də, onun haqqında: "Zəif olmasına baxmayaraq, rəvayətləri yazıla biləcək bir ravidir." demişdir. Belə bir ravinin hədisləri haqqında, uydurma hökmü verilə bilməz! Bu halda, onun haqqında, -ən yuxarısı- zəif deyilə bilər. Qaldı ki, alimlərin mövzu ilə bağlı verdikləri fətvalar da, onu dəstəkləməkdədir. Necə ki, Muhamməd b. Həsən əş-Şeybani, "əl-Asar"ında (s. 28), əbu Hənifə ---> Hammad isnadı ilə nəql etdiyinə görə, İbrahim ən-Nəxai: "Qan, sidik və bənzəri nəcislər, dirhəm qədərdirsə, namazını təkrar qıl. Bundan daha azdırsa, namazını təkrar qılmağa ehtiyac yoxdur." demişdir.

Burda, "İbrahim ən-Nəxai'nin fətvası, dirhəm qədərinin deyil; ondan daha az miqdarının bağışlandığına dəlalət etməkdədir. Halbuki, Hənəfi'lərə görə, dirhəm qədər miqdar, bağışlanmışdır." deyə etiraz edilə bilər.

Buna, belə cavab verirəm:

Mövzu ilə bağlı hədislərdə, tualet sonrası təmizlikdə, daşlarla təmizlənmənin kifayət etdiyinin bildirilməsi, dirhəm miqdarı qədərinin bağışlandığını göstərməkdədir. Çünki, -daha əvvəl də zikr edildiyi üzərə- tualet ehtiyacı görülərkən təmizlənən yer, dirhəm miqdarı qədərdir. Bu hal, əbu İsmə rəvayəti və İbrahim ən-Nəxai'nin bəhsi keçən fətvası ilə zidd düşməkdədir. Biz, bu ziddiyyəti, "Dirhəm miqdarı qədəri, ibadəti pozmaz. Ancaq bu, onun, təhrimən məkruh olmasını əngəlləməz." şəklində ortadan qaldıra bilərik. Necə ki, Tahtavi'nin "Məraqi'l-Fəlah haşiyəsi"ndəki (s. 90) açıqlaması da, bu yöndədir. O, belə deyir:

"Dirhəm miqdarı, Şari (dini qoyan) tərəfindən bağışlanmışdır. Burda, bağışlanma ilə qəsd edilən, bu şəkildə edilən ibadətin, pozulmamasıdır. Yoxsa, nəcasətin dirhəm miqdarınca olmasının, təhrimən; daha az olmasının isə, tənzihən məkruh olduğu, icma ilə sabitdir. Alimlər, nəcasəti, 2 qismə ayıraraq, incələmişlərdir. Çünki, bir kimsə, namazda, üzərindəki nəcasətin dirhəm miqdarında olduğunu bildiyi vaxt, camaatla namazı qaçırmaq olsa belə, namazı qoyub nəcasəti təmizləməsi lazımdır. Çünki, camaatla namaz qılmaq, sünnət; nəcasəti təmizləmək isə, fərzdir."

Deyirəm:

Onun bu görüşləri, belə başa düşülməlidir:

~ Birincisi: üzərindən fərz qalxsa belə, bu halda insan, namazı tərk etməzsə, namazı təkrar qılması lazımdır.

~ İkincisi: camaatla namazı qaçırmaq bəhs mövzusu deyilsə, belə etməsi (yəni, təmizləyib gəlməsi), daha fəzilətlidir. Çünki, namazı qaçırmaq halında, namazını tək başına da qıla bilər. Halbuki, -daha əvvəl də zikr edildiyi üzərə- camaatla qılınan namaz, daha fəzilətlidir. Ancaq vaxtın çıxması bəhs mövzusudursa, üzərindəki (bəhsi keçən) miqdardakı nəcasətlə namazını qılar. Çünki, vaxtı keçirmək, haramdır. Hələbi və digər alimlərin də bildirdiyi üzərə, bu halda məkruh olanı tərkə müqabil, haram işlənməz.

(Nəticə etibarı ilə), Hənəfi'lərin dirhəm miqdarınca olan nəcisin təmizlənməsi, bu halda qılınan namazın təkrar qılınması və bu miqdardakı nəcasəti təmizləməməyin təhrimən məkruh olduğu görüşünü mənimsədikləri sabit olmaqdadır. ibn Abidin'in görüşünə müxalif olsa da, mənim tərcihim, budur. Çünki mən, Tahtavi'nin etdiyi nəql və açıqlamaların, mövzu ilə bağlı rəvayətlərə daha uyğun olduğunu düşünürəm.

Allah, ən doğru biləndir...

(Təhanəvi, "İ'lau's-Sünən")

------------------------------------

------------------------------------

Əlavələr:

Dəyərli oxuyucu! Son zamanlarda, zındıqlar, daşla təmizlənməyə istehza etməkdədirlər. "Din təmizlikdirsə, daşla təmizlənmək necə təmizlik ola bilər?" deyə iddia da gətirirlər.

Cavab olaraq deyirik ki:

İstinca (yəni, tualet ehtiyacını gördükdən sonra təmizlənmək)'in Allah nəzdindəki qiymət və əhəmiyyəti, böyükdür. Məsələn bu rəvayət, buna misaldır:

"Qubalılar haqqında, 'Orda, təmizlənməyi sevən insanlar vardır.' (Tövbə/108) ayəti nazil olduğunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə soruşur:

'Allah, sizi, nə üçün tərifləyir?'

- Onlar da: 'Biz, tualet ehtiyacımızı gördükdən sonra, su ilə təmizlənir; istinca edirik." cavabını verirlər.

İstinca, su ilə edilə biləcəyi kimi; su olmadığı təqdirdə, xırda daşlarla da edilə bilər. Ancaq, sümük, şüşə parçası, yazılı kağızlar, ipək kimi bahalı parçaları və zəmzəm suyu ilə təmizlənməsi, məkruhdur. Təmiz, boş kağıza da, hörmət lazımdır

Daşla təmizlənmək, suyun çox az olduğu və ya heç olmadığı yerlərdə, adət edilərək gəlmişdir. Heyvanların qidası olan yarpaq, kağız və bənzəri şeylərlə təmizlənmək məkruh olduğuna; suyun da olmadığına görə, tualet ehtiyacını görən şəxs, nə ilə təmizlənməlidir? Bir zındıq, özü bu suala nə cavab verə bilər? Və ya özü bu halda, nə edərdi? Başqa vasitələr olmadığına görə, təbii ki, daşla təmizlənmək, təmizlənmək üçün ən uyğunudur. Bu, şəriətin, insanlar üçün gətirdiyi bir asanlıqdır. Əks halda, necə çətin olacağını izah etməyə, ehtiyac belə yoxdur.

-----------------------

Nəcasətin hökmü:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/islamda-n%C9%99cas%C9%99tin-...

 

 

Read 14 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR