Tövbə surəsi 102-103-cü ayələrin təfsiri
وَءَاخَرُونَ ٱعْتَرَفُوا۟ بِذُنُوبِهِمْ خَلَطُوا۟ عَمَلًا صَـٰلِحًا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ • خُذْ مِنْ أَمْوَٰلِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٌ لَّهُمْ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
"Digərləri isə, yaxşı bir işə, bir də pis bir qarışdırmış olaraq günahlarını etiraf etdilər. Ola bilsin ki, Allah, onların tövbələrini qəbul edər. Şübhəsiz, Allah, Ğafur (bağışlayan)'dır, Rahim (rəhmli)'dir. Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki Sənin duan, onlar üçün bir təskinlikdir. Allah, Səmi (eşidən)'dir, Alim (bilən)'dir." (Tövbə/102-103)
----------------------------------
Təfsiri:
Tövbə/102:
"Digərləri isə, günahlarını etiraf etdilər. Onlar, yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar."
Müfəssirlərin əksəriyyəti, belə demişlərdir:
Ayə, əbu Lubabə və dostları haqqında nazil olmuşdur. Onlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i tərk edib Təbuk döyüşünə qatılmamışlardı. Sonra onlar, bundan peşman olmuş; xətalarını etiraf edib bu etdiklərindən dönmüş və tövbə etmişdilər. Allah da, onların tövbələrini qəbul etmiş və "Ola bilsin ki, Allah, onların tövbələrini qəbul edər. Şübhəsiz, Allah, Ğafur və Rahim'dir." ayətilə də, onları bağışlacayağını vəd etmişdir.
Bəzi rəvayətlərdə bildirildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu döyüşdən qayıtdığında, Onu tərk edib geridə qalanlar (yəni, döyüşə qatılmayanlar), mallarını Ona gətirmiş və belə demişdilər:
"Ey Allahın rəsulu! Bunlar, bizi, Səndən geri qoyan mallarımızdır. Bunları götür və bizim adımıza sədəqə olaraq payla."
Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunları götürmək istəməmiş və "Mənə, bu əmr edilmədi." buyurmuşdu. Bunun üzərinə, "Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et." ayəti nazil olmuşdu.
Bu vəd, imandan çıxarmayan bir günah işləyən; sonra bu etdiyindən peşman olan; və tövbə edən bütün müsəlmanlar üçündür. Allah, ən doğrusunu bilir...
Belə bir kimsənin, bu ayətin vədi muhtəvasında olması umulur. Çünki, Haqq Taala, möminləri və onların olduqları halı; münafiqləri və onların olduğu halları bildirmişdir. Sonra O, yaxşı işlərinə pis bir qarışdırmış; sonra da, bu etdiklərindən peşman olmuş və tövbə etmiş kimsələri bildirmişdir. Dolayısı ilə, Haqq Taala, belə kimsələrin tövbələrini qəbul edəcəyini və onları bağışlayacağını vəd etmişdir.
------------------------------
Tövbə/103:
"Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan."
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, onların mallarından götürməsini əmr əmr etdiyi bu sədəqə haqqında, fərqli görüşlər iləri sürülmüşdür. (Belə ki, onlardan):
✓ Bəziləri, belə demişlərdir: Bu, "malların zəkatına dair bir fərz"dir.
✓ Bəziləri də: Bu, "günahlarının kəffarətinə dair bir fərz"dir. Buna görə:
Təbuk döyüşündə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i tərk edib geridə qalanlar, geridə qalmaları üçün peşman olmuş; Allah rəsulu (sallallahu aleyhi və səlləm) döyüşdən qayıtdığında da, mallarını gətirib belə demişdilər: "Ey Allahın rəsulu! Mallarımızı, bizim adımıza sədəqə olaraq payla. Çünki, bizim, Səni tərk edib geridə qalmağımıza səbəb olan, mallarımızdır." Dolayısı ilə, Allah, rəsuluna, bunları onlardan götürməsini və işləmiş olduqları günaha kəffarət olsun deyə sədəqə olaraq paylamasını əmr etmişdir.
Bunun, "malların zəkatına dair bir fərz olduğu" görüşündə olanların dəlili, əbu Umamə'dən rəvayət edilən hadisədir. Buna görə, o, belə demişdir:
- Saləbə, Allah rəsulunun yanına gəlir və: "Ey Allahın rəsulu! Mənə mal bəxş etməsi üçün, Allaha dua et." deyir.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona, belə deyir: "Veyl olsun sənə, ey Saləbə! Şükrünü əda etdiyin az mal, şükrünü əda etməyə gücün çatmadığı maldan, daha xeyirlidir."
- Sonra, o, yenə Peyğəmbərin yanına gəlib: "Ey Allahın rəsulu! Mənə mal bəxş etməsi üçün, Allaha dua et." deyir.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm) isə, ona, belə buyurur: "Veyl olsun sənə, ey Saləbə! Allahın elçisi kimi olmaq istəmirsənmi? Əgər Mən, dağların qızıl olaraq üzərimə axmasını istəsəm, bunu tələb edərdim və o da olardı."
- Sonra o, təkrar Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəlib: "Ey Allahın rəsulu! Mənə mal bəxş etməsi üçün, Allaha dua et. Allaha and olsun ki, Allah mənə mal bəxş edərsə, hər haqq sahibinə haqqını verərəm." deyir.
Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) dua edir və 3 dəfə: "Allahım! Saləbəyə mal bəxş et." deyir.
Bildirildiyinə görə, o, qoyun əldə etmiş; bunun üzərinə, qoyunları, ipək qurdlarının çoxalması kimi çoxalmışdır. Elə ki, Mədinənin küçələri, ona kifayət etməmiş; o da, şəhər mərkəzindən ayrılmışdır. O, daha əvvəl bütün namazlarını Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər qılır və ora çıxırdı. Sonra, Mədinə'nin otlaqları da ona dar gəlir və o, bunun üzərinə, burdan da uzağa köçür. Bu vaxt, o, zöhr və əsr namazlarını Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər qılır; sonra da ayrılırdı. Beləliklə, sadəcə cümə namazlarını Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər qılır, sonra da ayrılırdı. Sonunda, bu halı, cümə və camaatı bütünü ilə tərk etməyə qədər çatdı. Beləliklə, tamamilə uzaqlaşmış oldu. O, artıq, karvanlarla qarşılaşdığında, xəbərləri və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə endirilənləri soruşurdu. Bunun üzərinə, Allah, "...onların mallarından sədəqə götür..." ayətini endirmişdi.
Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, sədəqə toplamaq üzərə, 2 adam göndərmiş; onlara sədəqələrinin nisab miqdarlarını yazmış və insanlar arasında dolaşmalarını və sədəqələrini almalarını əmr etmişdi. Ayrıca, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu 2 adama, Saləbə və Süleym oğullarından bir adama da baş çəkmələrini və bu ikisinin sədəqələrini də almalarını əmr etmişdi. Bunun üzərinə, bu 2 adam, insanlardan sədəqələrini almaq üzərə çıxmış və Süleym oğullarından olan adama baş çəkmişdilər. Onlar, bu adama, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in məktubunu oxumuş və adam da, bu sədəqənin verilməsinə itaət etmişdi. Yenə onlar, Saləbə'yə baş çəkmiş və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in məktubunu, ona oxumuşdular. Bunun üzərinə, o, "Allaha and olsun ki, bilmirəm. Bu, ancaq bir cizyədir və ya cizyənin bənzəridir. Gedin, işinizi bitirdikdən sonra gəlin; ta ki, mən də, bir qərar vermiş olum." demişdir. Bu 2 adam, digər insanlarla olan işlərini bitirdikdən sonra, təkrar onun yanına gəlmiş; o (yəni, Saləbə), ilk söylədiklərini, onlara təkrarlaşmışdı. O, bu 2 adama: "Gedin, mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə görüşəcəm." demişdir. Bunun üzərinə, Allah,
"Onlardan: 'Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!'– deyə Allaha əhd edənləri də vardır. Allah Öz lütfündən onlara verdikdə isə simiclik edərək üz çevirib getdilər. Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə, Allah da onların qəlblərinə, Onunla qarşılaşacaqları günədək nifaq saldı." (Tövbə/75-76-77) ayələrini endirdi.
Müfəssirlərin əksəriyyəti, ayətin Saləbə haqqında endiyini söyləmişlərdir.
Onların bir qismi də, bildirdiyimiz üzərə, ayətin, Təbuk döyüşündə, Allah rəsulunu tərk edib geridə qalanlar haqqında endiyini söyləmişlərdir.
✓ Onlardan, belə deyənlər də vardır:
Allahın, rəsuluna, insanlardan götürməsini əmr etdiyi sədəqə, "könüllü bağışlamaq mənasındakı sədəqə"dir. Bu, bunu ifadə etməkdədir: Allah rəsulu (sallallahu aleyhi və səlləm), Təbuk döyüşündə, insanları, xeyir yolunda xərcləməyə təşviq edirdi. O, "Abdu'r-Rahmən b. Avf, bunu gətirdi. Filankəs, bunu gətirdi." deyərək, təşviq edirdi. Dolayısı ilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunu, onlardan götürmüşdür. "Möminlərdən könüllü surətdə sədəqə verənlərə..." (Tövbə/79) ayəti bu xüsusda enmişdir.
✓ Bunun, "istər az, istər çox olsun, könüllü olaraq verilən bütün sədəqələr" olduğunu söyləyənlər də vardır. Haqq Taala, rəsuluna, öz görüşünə görə, onların mallarından götürməsini əmr etmiş; hamısını götürməsini isə, əmr etməmişdir. Çünki, malın hamısının götürülməsi, onları möhtac qılacaq və bütün itaət və ibadətlərdən uzaq tutacaqdır. Əksinə, Haqq Taala, ondan, bu mallardan bir miqdar və bir qrupdan işləmiş olduqları günahlara kəffarət olacaq ölçüdə götürməsini əmr etmişdir.
"...bununla onları pak edib təmizə çıxarasan..."
Əgər zəkat mənasındakı sədəqədirsə, bu, onların günahlarını təmizləməkdə və əxlaqlarını paklaşdırmaqdadır, ta ki, sədəqənin çıxarılması və haqq sahiblərinə verilməsi, onlar üçün asan olsun.
Əgər Təbuk döyüşündən geri qalanlar üçün kəffarət sədəqəsidirsə, bu, (bəhsi keçən) davranışla, onların günahlarına kəffarət olar.
Deyildi ki: Onları islah etmək üzərə. Bu, açıq bir haldır.
Əgər könüllü vermə sədəqəsidirsə, onları təmizləyən və paklaşdıran bir şeydir ki, onlarda, paxıllığı sonlandırar və onları, comərdliyə sövq edər. Məgər görmürsənmi ki, Haqq Taala, bu ayə ilə, sədəqə verəni, tərifləməkdə; paxıllıq edəni isə, pisləməkdədir:
فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ • وَصَدَّقَ بِٱلْحُسْنَى • فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ • وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ • وَكَذَّبَ بِٱلْحُسْنَىٰ • فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ
"Kim haqqını verər və Allahdan qorxarsa və ən gözəl olanı təsdiq edərsə, Biz, onu, ən asan olana nail edəcəyik. Və ən gözəl olanı, yalan hesab edərsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik." (Leyl/5-10) (haşiyə)
(imam əbu Mansur əl-Maturidi, "Təvilatul-Quran" təfsiri, müxtəsər)
-------------------------
(Haşiyə:
Kəffarət məsələsindəki hikmət:
Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali əl-Əşari, belə deyir:
Heç bir insan, orqanları ilə günah işləməkdən yaxasını qurtara bilməz. Çünki gərək Quranda və gərəksə də, hədislərdə, peyğəmbərlərin belə bundan özlərini qurtara bilmədikləri, xətalar işlədikləri, günahlarına ağladıqları bildirilməkdədir.
~ İnsanlar bəzi hallarda fiziki orqanlarının günahlarından əmin-amanlıq tapsalar belə;
~ Qəlblərilə günahlara təmayül göstərməkdən qurtula bilmirlər. Yenə bəzi hallarda, qəlblərilə günahlara niyyətdən uzaq dursalar belə;
~ Bu dəfə də, şeytanın Allahın zikrindən uzaqlaşdıran xatirələrlə verdiyi vəsvəsələrdən qurtula bilmirlər. Bundan da qurtulsalar,
~ Allahı, sifətlərini və fellərini bilmə xüsusundakı qüsur və qəflətdən salamat qala bilmirlər.
Bütün bunlar, bir nöqsanlıqdır və bunun səbəbləri vardır. Səbəblərini tərk etməklə və səbəblərin zidlərilə məşğul olmaqla, izlənilən yolun tam ziddinə dönmək mümkündür. Bax tövbə ilə güdülən qayə də, budur. Dönmək!
İnsan oğlunun bu əskiklərindən tamamilə qurtulması düşünülə bilməz. Nöqsanlıq nisbətində, bir-birilərindən fərqlilik göstərirlər.
Yoxsa əsasda, hər kəsin bir qüsuru vardır. Bunun üçündür ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Şübhəsiz, qəlbimi bəzən elə şeylər bürüyür ki, (bu səbəblə), gecə və gündüz, 70 dəfə istiğfar edirəm (Allahdan bağışlanma diləyirəm)."
Yenə bunun üçün, Allah Taala, ona:
لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ...
"Allah, (sənin) keçmiş və gələcək günahını, bağışlasın..." buyuraraq, ehsan etmişdir.
Onun halı bu olduğuna görə, başqasının halı, görəsən necə olar?!
Tövbənin fərziyyətindəki izafilik (nisbilik):
Sual:
"Qəlbə doğan düşüncə və xatirələrin hər biri, nöqsanlıq əlamətidir. Mükəmməllik isə, bunlardan uzaq durmağa bağlıdır. Yenə, Allahın cəlalının künhünü tam anlamamaq da, bir qüsurdur, mərifət artdıqca, kamillik də artır. Nöqsanlıq səbəblərindən mükəmməllik mərhələlərinə keçid, bir dönüşdür, dönüş də, bir tövbədir. Ancaq bunlar, fərz deyil, fəzilətdir. Halbuki sən: "Hər bir halda tövbə etmək, fərzdir." şəklində, tövbənin hər bir halda fərz olduğunu ifadə etdin. İşarət edildiyi kimi, bu xüsuslardan tövbə etmək, fərz DEYİL'dir. Çünki kamal mərtəbəsinə çatmaq, şəriətdə vacib deyil. Elə isə, sənin: "Hər halda tövbə fərzdir." sözlərinlə məqsədin nədir? Nəyi qəsd edirsən?"
Cavab:
Daha əvvəl keçdiyi kimi, insan, yaradılışının ilk mərhələsində, şəhvətlərinin əsiri olmaqdan yaxasını qurtara bilmir. Tövbə isə, yalnız şəhvətlərdən uzaqlaşmaq, onları tərk etmək deyildir. Tam tövbə, keçmişin nöqsanlıqlarını ortadan qaldırmağı da ehtiva edir.
İçinə düşdüyü hər şəhvətdən, insanın qəlbinə doğru bir zülmət yüksəlir. Necə ki, aynanın üzünə doğru üfləyən insanın nəfəsindən ayna bulandığı kimi, şəhvətlərin zülməti də, üst-üstə yığılıb qatılaşınca, qəlb, pas təbəqələrilə örtülür. Allah Taala, belə buyurur:
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ
"Xeyr! Əksinə, qazanmaqda olduqları şeylər (günahlar), qəlblərinin üzərində pas bağlamışdır." (Mutaffifin/14)
Bu paslar üst-üstə yığılınca, təbiət halını alırlar, qəlbi tamamilə əhatə edirlər. Eynilə, aynanın üzündə toplanan kirlərin uzun müddət qalıb aynanı xarab etdikləri və aynanı bir daha parlatma imkanı ortadan qalxdığı kimi, pisliklər də, qəlbə yerləşir, təbii hala gəlirlər.
Şəhvətlərin arxasından getməmək üçün, yalnız gələcəkdə onları tərk etmək, kifayət deyildir. Qəlbdə yerləşmiş kirləri silmək, yox etmək də gərəkdir. Necə ki, kirlərə bulaşmış bir aynanın göstərə bilməsi üçün aynaya üfləməyin və qara dumanların özündən (aynadan) uzaqlaşdırılmarı kifayət etmir, üzərindəki kirlərin yox edilməsi də lazımdır.
Elə də, günahlardan və şəhvətlərdən qəlbə doğru bir zülmət yüksəldiyi kimi, itaətlərdən və şəhvətləri tərk etməkdən də qəlbə doğru bir nur yüksəlir. İtaət nuruyla günahın zülməti ortadan qalxır. Bu həqiqətə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu hədisilə işarət etmişdir:
"Pisliyin arxasından, dərhal onu yox edəcək bir yaxşılıq et."
Bu halda, qul, heç bir halda, qəlbində mövcud olan pisliyin izlərini, nəticələri bu günahlara zidd olan yaxşılıqlara sarılmaq surətilə yox etməkdən, müstağni (tox, zəngin) qala bilməz.
Bu hökm, ilk əvvəl parlaqlığı, duruluğu gerçəkləşmiş, sonra da arizi (sonradan hasil olan) bəzi səbəblərdən ötürü, qaralmış qəlblər üçün varılmış bir hökmdür. Yoxsa, qəlbin parladılması, bir xeyli davam edir. Çünki aynanın üzərində toplanmış pası silmək surətilə aynanı parlatmağa çalışmaq, ayna düzəltmək kimi deyildir. Bunlar, ardı-arası kəsilməyən məşğuliyyətlər tələb edir və hamısı da, tövbə ilə bağlıdır...
...(Günahından tövbə edən), Allah Taala'nın,
إِنَّ ٱلْحَسَنَـٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ
"Həqiqətən, yaxşı işlər, pis əməlləri silib aparır." (Hud/114) ayətilə,
Allah rəsulunun, "Harda olursan ol, Allahdan qorx və pisliyin ardınca, onu siləcək yaxşılıq et." sözlərindən istifadə edərək, fərqli yaxşılıqlarla, keçmiş qüsurlarını ortadan qaldırmağa çalışar. Məsələn:
~ Qulaq asdığı mahnı günahını, Quran dinləmək, zikr məclislərinə davam etmək surətilə ortadan qaldırmağa çalışar.
~ Məsciddə qüslsuz olaraq oturmuşdursa, bunu da, məsciddə etiqafa girib özünü ibadətə verməklə bağışlanma yoluna girər...
...Təbii ki, bütün günahları tək-tək saymağa, imkan yoxdur. Qayə, günahın ziddi olan yola girməyə işarətdir. Çünki xəstəlik, ziddilə müalicə edilir. Günah səbəbindən qəlbdə meydana gələn zülmət, ancaq, yaxşılıq nuru ilə ortadan qaldırılar. Ziddlər, mütənasib müalicə metodlarıdır. Bu cəhətdən, hər pisliyin, eyni cinsdən, lakin tam ziddi yaxşı bir əməllə ortadan qaldırılması lazımdır. Bəs necə?! Ağlıq, hərarət və soyuq ilə deyil; qara ilə ortadan qalxar.
Bu mərhələli təhqiq metodu, günahları silmək xüsusunda baş vurulan incə bir metod olub, təsiri, bir cür ibadətə davam etməkdən daha çoxdur. Bəli, ibadətlərdən yalnız birini mütəmadi etmək də, günahların təsirlərini yoxu edirsə də, işarət etdiyim metod, daha sağlamdır.
Bir şeyin ziddi ilə bağışladılması təsbitinin isabətliliyini, "Dünya sevgisi, bütün xətaların başıdır." hədisi də ortaya qoymaqdadır. Dünyanı izləməyin qəlbdə meydana gətirdiyi təsir, dünya ilə sevinmək, dünyaya bağlanmaqdır. Bu, bir həqiqətdir ki: Bir müsəlman, başına gələn və kədərlənməsinə səbəb olub dünyadan soyumasını təmin edən hər müsibət, günahları üçün bir kəffarət sayılır. Çünki qəlb, kədər və sıxıntılardan ötürü, kədərlər yurdu olan dünyadan uzaqlaşır. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Elə günahlar vardır ki, onları, yalnız kədərlər bağışladar."
...İnsanlara edilən zülm və haqsızlıqlar da, Allaha qarşı işlənmiş bir günah, bir cinayətdir. Burda da, Allah haqqı vardır. Çünki, Allah Taala, insanlara zülm edilməsini qadağan etmişdir. Allah haqları ilə bağlı qüsurların ortadan qaldırılması, peşmanlıqla, gələcəkdə eyni şeyləri etməməklə, (bu günaha) zidd davranışlar sərgiləməklə, yaxşı işlərə girişməklə gerçəkləşdirilir. Məsələn:
~ insanlara pislik etmişdirsə, bu dəfə yaxşılıq edər;
~ mallarını qəsb etmişdirsə, halal qazancından sədəqə verər;
~ ar və namuslara dil uzatmış, qiybət etmişdirsə, bu dəfə də, insanları, onların arxasınca tərifləməyə başlayar, onların yaxşılıqlarını sayar;
~ bir can həlak etmişdirsə, nökərlər azad edər. Çünki, nökər azad etmək, ona (yəni nökərə), can vermək deməkdir. Bəs necə?! Nökər, ağası üçün vardır. Onun azadlığını təmin etmək isə, özü üçün var etmək mənası daşıyır. Bu cəhətdən, qıydığı cana qarşılıq, bir başqasını "var edərək" günahını bağışlatmağa çalışar.
Günahları sildirib izlərini yox etməkdə zidd davranışlar sərgiləməyin isabətliliyinə, şəriətin özü də şahiddir. Çünki şəriət, qətl hadisəsində, kəffarət olaraq, bir nökər azad etməsini buyurmuşdur. Təbii ki, tövbə edən şəxs, bütün bunları etdiyində, qullara qarşı etdiyi zülmləri ödəmədikcə, yaxasını qurtara bilməyəcək...
(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "İhya'u-Ulum'id-din", 4-cü cild, 1-ci kitab: "Tövbə")
Mövzumuza qayıdacaq olarsaq, belə deyərik:
"Təmizlik" mənasına gələn zəkat, insandakı paxıllıq kimi pis xislətləri ortadan qaldıraraq, onların yerinə, comərdlik, yaxşılıq və s. kimi gözəl xislətlər gətirir. Əli bağlı şəxsi, əli açıq; tamahkar insanı da, comərd qılır. İnsanı, əli açıq olmağa və yaxşılıq etməyə alışdırır.
Zəkat, mənəvi təmizlənmək demək olan "təzkiyə" ilə eyni kökdən gəlir. Bunu, malın təmizlənməsi deyə başa düşmək, yalnışdır. Qazanılan mal kirli deyil ki, təmizlənsin. Təmizlənəcək olan, insanın özüdür. Tövbə surəsi 103-cü ayədə, bu hal, açıqca bildirilməkdədir. Ayətdə keçən "tathir" və "təzkiyə", "insanın mənəvi tərəfini təmizləmək" deməkdir. Zəkat, sədəqə, varlını, paxıllıq xəstəliyindən, ifrat mal sevgisindən qurtarar; ona, comərdlik və şükr etmə xisləti qazandırar. Qarşılıqsız bir mal vermək, insana çətin gəlməkdədir. Bunu bir ibadət adı altında yerinə yetirmək, insanın, maddəyə, pula ibadət etməsini əngəlləyər. Şübhəsiz, mal, maddə sərvət, fərqli dünya nemətləri, çox cazibəli və şirindir. Sanki maqnit kimi insanı özünə çəkər. Yəni insan, pula düşgündür. Onun üçün, əksəriyyətlə, Allaha deyil, pula "qul" olmaq meylindədir.
Hərisliklə kirlənən zehn:
Maddənin aşağıya çəkib özünə bağladığı insan, mənəvi olaraq yüksələ bilməz. Mal hərisliyilə kirlənən ruh, qaralan qəlb və zehn, mənəvi və əxlaqi həqiqətləri görə bilməz. İlahi sirləri və hikmətləri, qavraya bilməz. Bunun üçün, bir zehn təmizliyi, ruh paklaşdırılması və qəlb təsfiyəsinə tabe tutulması lazımdır.
Hər xəstəlik isə, öz cinsindən bir şeylə müalicə edilə bilər. Maddə və mal düşgünlüyündən gələn xəstəlik, yenə, eyni yolla müalicə edilə bilər. Bax bu səbəblə, əldə olan malın və ya pulun, müəyyən bir qisminin ehtiyac sahiblərinə verilməsi əmr edilmişdir.
Bununla bərabər, qarşılıqsız ehsan edən Allahı, bu sifətlə idrak etməkdə, zəkat və sədəqə, böyük bir yoldur. Zəkat verən və ya yardımda edən kimsə, bir zəifliyindən uzaqlaşıb, Allahın bu sifətinə yaxınlaşar. Beləcə, "Allahın əxlaqı ilə əxlaqlanaraq", yüksək kamal sahibi olar.
--------------------------
--------------------------
Əlavələr:
Hud surəsi 114-cü ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hud-sur%C9%99si-114-cu-ay%C9...
Təvvab isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vvab-isminin-s%C9%99rhi
