Bəqərə surəsi 213-cü ayə
كَانَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّۦنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ لِيَحْكُمَ بَيْنَ ٱلنَّاسِ فِيمَا ٱخْتَلَفُوا۟ فِيهِ ۚ وَمَا ٱخْتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَـٰتُ بَغْيًۢا بَيْنَهُمْ ۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَا ٱخْتَلَفُوا۟ فِيهِ مِنَ ٱلْحَقِّ بِإِذْنِهِۦ ۗ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
"İnsanlar, tək bir ümmət idi. Allah, onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında, onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər, özlərinə açıq-aydın dəlillər gəldikdən sonra, aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Allah isə, Öz icazəsi ilə, iman gətirənləri, ixtilafda olduqları məsələlərdə, haqqa yönəltdi. Allah, istədiyini düz yola yönəldər." (Bəqərə/213)
---------------------------------
Təfsiri:
Bil ki, Allah Taala, əvvəlki ayədə, o kafirlərin küfrdə israrlarının səbəbinin, dünya sevgisi olduğunu bildirincə, bu ayədə də, bu şeyin, sadəcə bu zamana xas deyil; əksinə, bütün keçmiş zamanlarda var olduğunu bəyan etmişdir. Çünki insanlar, başlanğıcda, haqq üzərə tək bir ümmət olub, daha sonra ixtilafa düşmüşlərdir. Onların ixtilafları isə, dünya malı uğrundakı azğınlıq, həsəd və çəkişmələri səbəbilə olmuşdur. Bu ayələr arasındakı münasibətin izahı, budur.
Ayə ilə bağlı, bir neçə məsələ vardır:
• Birinci məsələ:
Qaffal (əş-Şaşi əş-Şafii), "Ümmət, bir qismi, bir qisminə tabe olan, eyni şey üzərində ittifaq edən bir topluluqdur. Bu kəlimə, 'əl-i'timəm/tabe olmaq' məsdərindən alınmışdır." demişdir.
• İkinci məsələ:
Ayə, insanların bir tək ümmət olduqlarını göstərir. Lakin, haqq üzərəmi, yoxsa batil üzərəmi olduqlarına dəlalət etməz.
Bu xüsusda, müfəssirlər ixtilaf edərək, bu 3 görüşü söyləmişlərdir:
✓ Birinci görüş: "İnsanlar, iman və haqq olan bir tək din üzərə idilər."
Bu görüş, əksər mühəqqiq alimlərin görüşüdür. Bunun belə olduğuna isə, bunlar dəlalət etməkdədir:
a. Qaffal'ın söylədiyi bu xüsus:
Bunun dəlili, bu ifadədən sonra, "Allah, onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında, onların ixtilafa düşdükləri şeylərə dair hökm versin." ayətinin gəlmiş olmasıdır. Bu ayə, Peyğəmbərlərin, ancaq, ixtilaf əsnasında göndərildiklərinə dəlalət edir. Bu xüsus,
...وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةً وَٰحِدَةً فَٱخْتَلَفُوا۟
"İnsanlar, vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər..." (Yunus/19) ayətilə qüvvət qazanır (Yunus/18-ə də bax).
Və yenə, ibn Məsud (radiyallahu anh)'dan nəql edilən bu qiraəti ilə də, bu məna, qüvvət qazanır:
كَانَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً فَٱخْتَلَفُو ا فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّ
Kənənnəsu ummətən vəhidətən fəxtələfu fəbəəsallahu'n-nəbiyyin.
Yəni:
"İnsanlar, bir tək ümmət idilər. İxtilaf etdilər. Bunun üzərinə, Allah, peyğəmbərlər göndərdi."
Sən, bunu yaxşıca qavradığın zaman, biz deyirik ki:
Haqq Taala'nın, "fəbəəsallahu'n-nəbiyyin / bunun üzərinə nəbiləri göndərdi" cümləsinin başındakı "fə = bunun üzərinə, bundan sonra" hərfi, peyğəmbərlərin, insanlar arasında ixtilaf çıxmasından sonra peyğəmbər olaraq göndərilmələrini gərəkdirir.
Əgər insanlar, peyğəmbərlər gəlmədən əvvəl küfr üzərə tək bir ümmət olsaydılar, peyğəmbərlərin, onlar ixtilafa düşmədən əvvəl göndərilmələri daha əvla olardı. Çünki, peyğəmbərlər, insanların bir qismi haqq üzərə, bir qismi də batil və küfr üzərə olduqları bir sırada peyğəmbər olaraq göndərildiklərinə görə; bütün insanların batil və küfr üzərə olduqları bir sırada peyğəmbər olaraq göndərilmələri, daha da əvla olar.
Qaffal (rahiməhullah)'ın söylədiyi bu görüş, bu xüsusda, çox gözəl bir görüşdür.
b. Allah Taala, insanların tək bir ümmət olduqlarını söyləmişdir. Sonra biz, bu araya, buna dəlalət edən bir dəlildən və ibn Məsud'dun qiraətindən dolayı, "fəxtələfu/onlar, ixtilaf etdilər" ifadəsini daxil etdik.
Daha sonra, Allah Taala, "Halbuki kitab verilmiş şəxslər, özlərinə açıq-aydın dəlillər gəldikdən sonra, aralarındakı həsəd üzündən ixtilafa düşdülər." buyurmuşdur. Görünən budur ki, bu ixtilafdan məqsəd, "İnsanlar, tək bir ümmət idilər." təbirilə işarət edilən ittifaq dövründən sonra meydana gələn ixtilafdır. Daha sonra, Allah Taala, bu ixtilafın, "həsəd" səbəbilə olduğunu bildirmişdir. Bu vəsf isə, ancaq batil olan din və məzhəblərə yaraşır. Beləcə, ayə, batil yolların, (ayədəki) "bəğy/həsəd" səbəbilə meydana gəldiyinə dəlalət edər. Bu da, bu ixtilaf meydana gəlmədən əvvəl mövcud olan ittifaqın, batil üzərində deyil; haqq üzərində olduğuna dəlalət edər. Bundan dolayı, insanların, batil bir din deyil; haqq din üzərində tək bir ümmət olduqları ortaya çıxmış olur.
c. Allah Taala, Adəm (əleyhissəlam)'ı, soyuna peyğəmbər olaraq göndərdiyində, hamısı, Allaha itaət edən bir müsəlman idilər. Həsəd və azğınlıq (bəğy) səbəbilə, Qabil, Habil'i öldürüncəyə qədər, aralarında, dini cəhətdən bir ixtilaf meydana gəlməmişdi. Bu hal, mütəvatir bir nəql ilə sabitdir ki ayə də, eynilə, birəbir buna uyğun gəlməkdədir. Çünki insanlar, Adəm ilə Onun qız-oğlan uşaqlarından ibarət və haqq üzərə tək bir ümmət idilər. Daha sonra, Allah Taala'nın da, Adəmin 2 oğlu ilə bağlı olaraq nəql etdiyi kimi; həsəd və azğınlıq səbəbilə, onlar, ixtilafa düşmüşdülər. Necə ki, Haqq Taala,
...إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ ٱلْءَاخَرِ قَالَ لَأَقْتُلَنَّكَ
"O zaman, ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu, öz qardaşına demişdi: 'Səni hökmən öldürəcəyəm!" (Maidə/27) buyurmuşdur.
Bu öldürmə və inkar işi, Allaha azğınlıq və həsəd səbəbilə olmuşdu. Bu, mütəvatir xəbər ilə sabit olmuşdur. Ayə də, buna uyğundur.
d. Yer üzü, Nuh tufanı səbəbilə sular altında qalınca, geriyə, sadəcə Nuh (əleyhissəlam)'ın gəmisindəki insanlar qalmışdı. Bunların hamısı da, haqq və doğru din üzərə idilər. İnsanlar, bundan sonra ixtilaf etmişlərdir. Tufan hadisəsi, varlığı qəti dəlil və mütəvatir xəbərlərlə bilinən xüsuslardandır. İnsanlar, bu tufandan sonra, ixtilafa düşmüşlərdir. Beləcə, insanların haqq din üzərə tək bir ümmət olduqları, bundan sonra ixtilafa düşdükləri sabit olmuşdur. Onların, batil və küfr üzərində ittifaq etmiş (tək bir ümmət) olduqları isə, qəti bir dəlil ilə sabit olmamışdır. Belə olunca, ləfzi, dəlil ilə sabit olan mənaya həml etmək, haqqında dəlil olmayana həml etməmək lazımdır.
e. İnsanların haqq din üzərə (tək bir ümmət) halında olduqları, ancaq təfəkkür ilə tapıla bilər. Təfəkkürün isə, nəticəyə çatmaq üçün müqəddimələrin sıralanmasından başqa bir mənası yoxdur. Bu müqəddimələr, əgər nəzəri (teorik) olarlarsa, başqa müqəddimələrə möhtac olarlar. Beləcə də, fasid dövr, yaxud da təsəlsül lazım gəlir ki, hər ikisi də, batildir. Bundan dolayı, tez və ya gec, nəzəri müqəddimələrin də, zəruri müqəddimələrə istinad etməsi lazımdır. Müqəddimələrin, zəruri olanlara istinad etməsi gərəkdiyi kimi; sıraya qoyulmalarının da, doğruluğu əqlən qəti olaraq bilinən bir tərtibə görə olması lazımdır. Nəzəri şeylər, doğruluqları əqlən qəti olaraq bilinən bəzi məqam və tərtibə (sıraya) söykəndiyi zaman, əgər onun üçün xarici bir səbəb ariz olmazsa, səlim ağlın xəta etməyəcəyinə qəti hökm etmək lazımdır. Lakin səlim ağıla, xarici bir səbəb ariz olarsa, o, bu halda, yanıla bilər. Beləcə, zati olan şeyin, doğru; arizi olan şeyin isə, xəta olduğu ortaya çıxmış olur. Gərək layiq olmaq, gərəksə də zaman etibarı ilə, zati şey, arizi şeydən daha əvvəl gəlir. Bax, ən açıq olan hal, budur. Bundan dolayı, belə deməyin əvla olduğu ortaya çıxmış olur:
"İnsanlar, haqq din üzərə tək bir ümmət idilər. Daha sonra, arizi və xarici bir səbəb olan bəğy və həsəd səbəbindən, ixtilaf etdilər."
Bax bu, əqli bir dəlildir. Quranın ləfzi də, buna uyğundur. Bundan dolayı, bu nəticəyə çatmaq lazımdır.
İndi əgər, "Haqq Taala'nın,
• وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةً وَٰحِدَةً ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ
'Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar, elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı.' (Hud/118-119) ayətindən murad edilən, nədir?" deyə soruşularsa, belə deyərik:
"Məna: Allah, onlara mərhəmət etmək üçün onları yaratmışdır." şəklindədir.
f. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hər doğan, (İslam) fitrəti üzərə doğar. Lakin, ata-anası, onu, ya yəhudi, ya xristiyan, ya da məcusi edər." buyurmuşdur. (Buxari, "Qədər", 3)
Bu hədis, doğan hər uşağın, əsli fitrəti üzərə tərk edilməsi halında, heç bir batil dinə girməyəcəyinə; batil dinlərə, ancaq, ata-anasının o xüsusdakı səyləri ilə azğınlıq və həsəd kimi xarici səbəblərlə girəcəyinə dəlalət edir.
g. Allah Taala, "Mən, sizin Rəbbiniz deyiləmmi?' (dedi). Onlar da: 'Bəli.' dedilər." (Əraf/172) buyurmuşdur.
Allah, insanların ruhlarına belə xitab etdiyi anda, hamısı, haqq üzərə idilər.
Bu görüş, Ubeyy b. Ka'b və bəzi müfəssirlərdən rəvayət edilmişdir.
Lakin, bu hadisə ilə bağlı kəlam alimlərinin, uzun izahları vardır.
Bildirdiyimiz bu 6 vəch/cəhətdən sonra, bu görüşü dəstəkləmək üçün, kəlam alimlərinin görüşlərini burda zikr etməyə, ehtiyac yoxdur.
Birinci görüşün (yəni, insanların, haqq din üzərə tək bir ümmət olduqları görüşünün) izahı xüsusunda söylənəcəklər, bundan ibarətdir.
------------------------------
✓ İkinci görüş: "İnsanlar, batil din üzərə tək bir ümmət idilər."
Bu, müfəssirlərdən:
~ Həsən əl-Basri;
~ Ata; və
~ ibn Abbas (radiyallahu anh)
kimi bəzilərinin görüşüdür.
Bunlar, bu görüşlərinə, ayə və hədislərdən dəlil gətirmişlərdir.
• Ayədən dəlilləri:
...فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّۦنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ...
"...Və Allah, onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi..." (Bəqərə/213) ayətidir.
Bu ayə, ancaq, bu söylənən ehtimala uyğun düşür.
• Hədisdən dəlilləri:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən bu hədisdir:
"Allah Taala, yer üzü xalqına, onların ərəb və ərəb olmayanlarına baxdı və kitab əhlindən artıq qalanlar xaric, onlara peyğəmbər göndərdi."
Bunların bu görüşlərinə, bu şəkildə cavab veririk:
Bu görüşün ziddinin (yəni, insanların, haqq din üzərə tək bir ümmət olduğu görüşünün), ayəyə daha uyğun düşəcəyini, bu şəkildə açıqlamışdıq:
İxtilaf çıxıb (yəni, insanların bir qismi, inanıb; bir qismə də, küfrə girdiyində), peyğəmbər göndərmək gərəkdiyinə görə; daha əvvəl, insanlar arasındakı ittifaqın küfr xüsusunda olması halında, o vaxt peyğəmbər göndərmək, daha əvla olur. Bu halda, (hələ) peyğəmbər göndərilmədiyinə görə, ayədə bəhs edilən ittifaqın (yəni, tək bir ümmət olmağın), batil üzərə deyil, haqq din üzərə olduğunu başa düşmüşdük.
Sonra, bu görüşü müdafiə edənlər, insanların küfrdə ittifaq etdikləri zaman xüsusunda ixtilaf etmişlərdir. Məsələn, Adəm (əleyhissəlam)'ın vəfatından Nuh (əleyhissəlam)'ın zamanına qədər, bütün insanların kafir olduğu söylənmişdir. Sonra, bu görüşdəkilər, özlərindən, "Onların arasında, Habil, Şit və İdris kimi möminlər yox idimi?" sualı soruşulmuş və onlar da, bu cavabı vermişlərdir: "Ümumi olan küfr halı idi. Hökm, əksəriyyətə görə verilir. Əksəriyyət içərisində, azlığa etibar edilməz. Necə ki, dənələrinin çoxu buğda olan taxıl içindəki tək-tük arpaya, etibar edilməz. Bəzən bir yerə, içində tək-tük qeyr-i müsəlmanlar da olsa, daru'l-İslam; yenə içində tək-tək müsəlman olsa da, daru'l-harb deyilir."
-------------------------------
✓ Üçüncü görüş: İnsanlar, ağıl qanunlarına söykənmək xüsusunda, tək bir ümmət idilər. Bu qanunlar da, Yaradıcının varlığını və sifətlərini qəbul edib; Ona xidmət və nemətlərinə şükr ilə məşğul olub; zülm, yalan, cəhalət, əbəs və bənzəri çirkin olan şeylərdən çəkinməkdir.
əbu Muslim və Qadi'nin tərcihidir.
Qadi (Abdu'l-Cabbar əl-Mötəzili), bu görüşün doğruluğuna, bu şəkildə istidlal etmişdir:
Ayədə keçən "nəbiyyun/peyğəmbərlər" ləfzi, ümumiliyi və istiğraqı (yəni, hamısını ehtiva etməyi) ifadə edir. "Fəbəasəllahu'n-nəbiyyin / peyğəmbərlər göndərdi" cümləsinin başındakı "fə" hərfi, tərahi (yəni, bir az fasilə ilə ardından gəlməyi) ifadə edir. Buna görə, bu ifadə, Haqq Taala'nın, bütün peyğəmbərləri, insanlar tək bir ümmət olduqdan sonra peyğəmbər olaraq göndərdiyinə dəlalət edər. Bundan dolayı, şəri qanunların hamısının göndərilməsindən əvvəl olan bu tək ümmət olmağın, mütləq, peyğəmbərlər vasitəsilə əldə edilməyən bir şəriət üzərində olması lazımdır. Bunun, ağıldan çıxardılan bir şəriət üzərində olması lazımdır. Bu da, bizim söylədiyimiz şeydir. Yenə, nemət verənə şükr etməyin, Yaradıcıya ibadət etməyin və məxluqata yaxşılıq edib onlara qarşı adil davranmağın gözəl olduğunu, hər kəs bilir. Yenə, yalanın, zülmün, cahilliyin və əbəsin (boş şeylərin) çirkin olduğunu da, hər kəs bilir. Buna görə, görünən odur ki, insanlar, başlanğıcda belə bir tək ümmət idilər. Daha sonra, fərqli xarici və arizi səbəblərdən dolayı ixtilafa düşmüşlərdir.
Daha sonra, Qadi, öz-özünə: "(Bəs yaxşı), insanların ilki, Adəm deyilmiydi? Və O, bir peyğəmbər deyilmiydi? Elə isə, peyğəmbərlər göndərilmədən əvvəl də, insanların mükəlləf olduqlarını söyləmək, necə doğru ola bilər?" deyir və buna da, belə cavab verir:
"Möhtəməldir ki, Adəm (əleyhissəlam), zürriyyətilə bərabər ilk əvvəl, əqli şəriətə sarılmaq xüsusunda ittifaq içində idilər. Daha sonra, Allah Taala, Adəmi, Öz soyuna peyğəmbər olaraq göndərmişdir. Yenə möhtəməldir ki, daha sonra, Adəmin şəriəti bitmiş; beləcə, insanlar, yenə əqli qanunlara sarılmışlardır."
Bil ki, bu görüş, ancaq, ağlın gözəl və çirkin görməsini əsas görərək qəbul etdikdən sonra doğru ola bilər. Bu xüsusdakı söz, (yəni, hüsn-qubh məsələsi), kəlam kitablarında məşhur bir bəhsdir. (haşiyə)
---------------------
(Haşiyə:
Hüsn və qubh məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/husn-v%C9%99-qubh-m%C9%99s%C...
----------------------
✓ Dördüncü görüş: Ayə, insanların, tək bir ümmət olduğuna dəlalət etməkdədir. Ayədə, onların, iman və ya küfr üzərində olduqlarına hər hansı bir dəlil yoxdur. Bu məsələ də, dəlilə söykənməkdədir (yəni, buna dəlil lazımdır, dəlil də yoxdur).
------------------------
✓ Beşinci görüş: Ayədəki "insanlar" sözündən məqsəd, Musaya iman edənlərdən olan kitab əhlidir.
Bu, belədir. Çünki biz, bu ayətin, daha əvvəl keçən
...يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱدْخُلُوا۟ فِى ٱلسِّلْمِ كَآفَّةً
"Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin..." (Bəqərə/208) ayətilə bağlı olduğunu və müfəssirlərdən bir çoxunun, bu ayənin, yəhudilər haqqında nazil olduğunu iddia etdiklərini söyləmişdik. Buna görə, Haqq Taala'nın,
...كَانَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً
"İnsanlar, tək bir ümmət idilər." ayətinin mənası, "Musaya iman edənlər, eyni din və eyni məzhəb üzərə bir ümmət idilər. Daha sonra, bəğy və həsədləri səbəbilə, ixtilaf etdilər. Beləcə də Allah, peyğəmbərlərini göndərmişdir." şəklində olur. Bu peyğəmbərlər də, Musa'dan sonra gələn və özlərilə bərabər Allahın kitab endirdiyi kimsələrdir. Necə ki Allah, o kitabları, onların ixtilaf etdikləri xüsuslarda onlara hökm versin deyə,
~ Zəbur'u, Davud'a;
~ Tövrat'ı, Musa'ya;
~ İncil'i, İsa'ya;
~ Furqan'ı, Muhamməd'ə
göndərmişdir.
Bu görüş, ayətin nəzminə uyğun və özündən əvvəlki və sonrakı ayələrin mənasına da müvafiqdir.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)
------------------------------
------------------------------
Əlavələr:
"...Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız, sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın..." (Maidə/48)
Əhl-i sünnət və'l-camaatın əqidə imamlarından biri olan imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" adlı təfsirində (Maidə/48), belə deyir:
Bu ayə haqqında, fərqli görüşlər iləri sürülmüşdür.
~ Deyildi ki: "Əgər Allah istəsəydi, sizi", başqa bir şəriət tərəfindən nəsx edilməyən tək bir şəriətə bağlayardı. Ancaq O, imtahan etmək üçün bir şəriəti, başqa bir şəriətlə nəsx etmişdir. Uca Allah, istədiyi şəkildə və fərqli yollarla qullarını imtahan etmək haqqına sahibdir.
~ Belə də deyildi: "Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi." Yəni, hamınızı, tək bir dinə, İslam dininə bağlayardı; kimsəni də, (öz iradələrinin sərfindən sonra) kafir və müşrik etməzdi. Nə var ki, O, sizin tərcihinə və seçdiklərinizə görə, müxtəlif dinlərlə sizi imtahan etməkdədir.
"Yaxşı işlər görməkdə, bir-birinizlə yarışın."
~ Belə deyildi: Ey Muhamməd ümməti! Xeyir işlərdə, digər bütün ümmətlərlə yarışın.
~ Başqa bir təvil də, belədir: Bağışlanmağı gərəkdirən şeylər üçün yarışın.
--------------------------
--------------------------
İnsanların bir tək ümmət altında toplanılmamasındakı hikmətlər:
1. Hər ümmətin və topluluğun, fərqli bir şəriətə muxatab olması, aralarındakı müsbət rəqabət/yarışmağın gerçəkləşməsi üçündür.
2. İnsanların yaşadığı zaman dilimi, iqamət etdikləri coğrafiyanın fərqli təsirlərilə, fərqli bir imtahan şəklinin meydana gəlməsinə vəsilə olmaqdır.
3. İnsanlar, fitri olaraq, inkişaf etməyə, təchizatları etibarı ilə genişləməyə əlverişlidirlər. Hər əsrdəki ümmətlərin imtahanlarının, öz adət və ənənələrinə uyğun bir dərs ehtiva etməsi, imtahanın ədalətlə cərəyan etməsini təmin edir.
4. Allah, bu ayrı zamanlarda, əsaslarda eyni, lakin füru məsələlərdə fərqli dinləri göndərməklə, insanları imtahan etmişdir. Məsələn, İsa (əleyhissəlam), İncil kitabını vəhy olaraq aldığı halda, bir çox şəri hökmləri, Tövratdan götürməklə mükəlləf tutuldu. Onun ümməti də, bununla imtahan edildi, yəni, görəsən öz dinlərinə təəssüb edib Allahın Tövratdakı bu əmrinə riayət edəcəklərmi, yoxsa bu hökmləri tətbiq etməyəcəklərmi?
Yenə, bizim peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm)'ə endirilən vəhy və İslam dininə, köhnə dinlərin sahibi olan kitab əhlinin də iman etmələri məcburi qılındı. Ancaq yəhudi və xristiyanların böyük əksəriyyəti, bu təəssüblə, Allahın əmrini göz ardı edib, İslam dinini qəbul etmədilər.
5. Xüsusilə, kainatda cari olan "təkamül" prinsipi gərəyincə, vəhylərin də getdikcə təkamül etmələri lazımdır. Son din olan İslam dininin bütün insanlara gəlməsi; bütün əsrlərə xitab etməsi; (anlayışca bir-birindən fərqli olan) bütün insan təbəqələrinə dərs verməsi; qiyamətə qədər insanların inkişafı; texnika və texnologiyanın inkişafı nəticəsində meydana gələn yeni suallara, yeni problemlərə, yeni ehtiyaclara və yeni ağıl, fikir və idrak qabiliyyətlərinə müvafiq bir üslub izləməsinin gərəyi, ortadadır. Bu son dinin və qaynağı olan Quranın, bütün zamanlara xitab etməsi, bütün həqiqətləri, əxlaqi kriteriyaları, fəzilət əsasları və kamillik kimi əsli ünsürləri ehtiva etmiş olması, onu, digərlərindən ayıran mümtaz (ayırıcı) bir vəsfdir.
Dəyərli oxuyucu! Burdan, "Elə isə, İslamdan əvvəlki haqq dinlər, nöqsan idimi?" nəticəsi çıxarılmamalıdır! Çünki, Ustad Bədiü'z-zaman Said Nursi'nin də dediyi kimi:
"Geçmiş peygamberler, ümmetlerine, Kur'an gibi izahat vermediklerinin sebebi, o devirler beşerin bedeviyet ve tufuliyet devri olmasıdır. İbtidaî derslerde izah az olur." ("Şüalar", 11-ci Şüa: "Meyvə risaləsi", 7-ci Məsələ, s. 189)
Yəni:
Keçmiş peyğəmbərlərin, Öz ümmətlərinə Quran kimi izah vermədiklərinin səbəbi, o dövrlərin, bəşərin bədəviyyət və tufuliyyət (yəni, uşaqlıq) dövrləro olmasıdır. İbtidai dərslərdə isə, izah az olur.
