Ənam surəsi 145-ci ayə

قُل لَّآ أَجِدُ فِى مَآ أُوحِىَ إِلَىَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُۥ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۚ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ

"De: 'Mənə gələn vəhylər içərisində,

~ ölü heyvan;

~ axar qan;

~ murdar sayılan donuz əti; və

~ Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan

başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində, haram buyurulan bir şey görmürəm.'

Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah, Ğafur (bağışlayan)'dır, Rahim (rəhmli)'dir." (Ənam/145)

------------------------------

Təfsiri:

Bil ki, Allah Taala, cahiliyyədəki (haşiyə) insanların bəzi yeməkləri halal və ya haram qılmaları xüsusundakı metod və yollarının xarab olduğunu bəyan edincə (bax: Ənam/144), bundan sonra, bu mövzuda ən doğru açıqlamanı gətirərək, "De: 'Mənə gələn vəhylər içərisində..." buyurdu.

--------------------------

(Haşiyə:

Cahiliyyə, nədir?

https://suallarlaislam.com/.../cahiliyy%C9%99-n%C9%99-dem...)

--------------------------

Bu ayə ilə bağlı, bir neçə məsələ vardır:

✓ İkinci məsələ:

Haqq Taala, bir şeyi haram və ya halal qılmağın, ancaq vəhy yolu ilə təsbit ediləcəyini bəyan etmək üzərə, "De: 'Mənə gələn vəhylər içərisində..." buyurmuşdur.

Daha sonra, Haqq Taala, bu 4 şeyi zikr etmişdir:

1. Ölü heyvan;

2. Axar qan;

3. Donuz əti;

4. Allahdan başqası adına kəsilən heyvanlar.

O halda, ayədəki, "De: 'Mənə gələn vəhylər içərisində, ölü heyvan; axar qan; murdar sayılan donuz əti; və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində, haram buyurulan bir şey görmürəm." ifadəsi, sadəcə bu 4 şeyin haram qılınmış olduğunu bəyan etmək xüsusunu, tam və mükəmməl bir şəkildə bildirməkdədir.

Bu, belədir. Çünki:

~ Haram və halal olan şeyləri öyrənməyin yolunun, ancaq vəhy olduğu;

~ Allah qatından olan vəhyin də, sadəcə Muhamməd (sallallahu aleyhi və səlləm)'ə gəldiyi; və

~ Allah Taala'nın da, ona, "...ölü heyvan; axar qan; murdar sayılan donuz əti; və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində, haram buyurulan bir şey görmürəm." deməsini əmr etdiyi

sabit olunca, bu, sadəcə bu 4 şeyin haram qılındığını bəyan etmək xüsusunda, tam və mükəmməl bir izah olmuş olur.

Bil ki, bu surə, Məkki (Məkkə'də nazil olmuş)'dur. Beləcə, Haqq Taala, bu Məkki surədə, haram qılınanların bu 4 şey olduğunu bəyan etmiş; sonra da, bunu, Nəhl surəsində,

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۖ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

"O, sizə, ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Həqiqətən, Allah, Ğafur (bağışlayan)'dır, Rahim (rəhmli)'dir!" (Nəhl/115) ayətilə də təkid etmişdir.

Bu ayədəki "innəmə", ancaq demək olub, hasr ədatıdır. O halda, bizim üçün haram qılınanların bu 4 şeyə həsr edildiyinə dəlalət edən 2 Məkki ayə mövcuddur. Haqq Taala, Bəqərə surəsində də, -ki, bu surə, Mədəni (Mədinə'də nazil olmuş)'dur- haram qılınan şeylərin, sadəcə bu 4 şey olduğunu bəyan edərək,

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ بِهِۦ لِغَيْرِ ٱللَّهِ ۖ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَآ إِثْمَ عَلَيْهِ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

"O, sizə, ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah, Ğafur (bağışlayan)'dır, Rahim (rəhmli)'dir." (Bəqərə/173) buyurmuşdur.

Bu ayədəki "innəmə", hasr ifadə edir. O halda, Mədəni olan bu ayə, Məkki olan Nəhl/115 ayətinə müvafiqdir. Çünki, bu ayələrdə yer alan "innəmə" kəliməsi, hasr ifadə edir...

-----------------------------

(Haramların bu 4 şeyə həsr edildiyinin [yəni, bunlarla məhdudlaşdırıldığının] dəlilləri):

İndi, əgər biri: "Bu hasrı mənimsəməyiniz və iləri sürməyinizdən dolayı, sizin, nəcis və pis olan şeyləri, içkini halal saymış olmağınız; yenə, Allah Taala'nın, haram olduqlarına hökm etməsinə baxmayaraq, sizin, boğulmuş, döyülərək öldürülmüş, yuxarıdan aşağı yuvarladılmış olan və ya təpəsi üstə atılaraq öldürülmüş olan heyvanları da halal saymağınız (yəni, bu ayədə, 4 haram şeydən başqa hər haramın, halal sayılması) nəticəsi ortaya çıxır..." deyərsə, belə deyərik:

Biz, bunlardan dolayı, bunu söyləmiş olmarıq. (Belə ki):

a. Allah Taala, "mundar sayılan donuz əti" buyurmuşdur ki, bu, "Allah, donuz bir nəcis və murdar olduğu üçün, onun ətini haram qıldı." mənasındadır. Bax bu ifadə, pis olmağın, onu yeməyin haram olmasının səbəbi olmasını gərəkdirir. Bundan dolayı, hər nəcis, pis olanın yeyilməsinin haram olması lazım gəlir. Bu, ayədə zikr edilmiş olunca, bu sual, özlüyündən düşür.

b. Haqq Taala, bir başqa ayədə, "...O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər..." (Əraf/157) buyurmuşdur. Bu da, hər nəcis olanın haram qılınmış olmasını gərəkdirir. Nəcis olan şeylər, eyni zamanda pisdirlər. Bundan dolayı, nəcis olan şeylərin də haram qılınmış olduqlarına hökm etmək lazımdır.

c. İslam ümməti, nəcis olan şeylərin alınmasının, yeyilməsinin haram olduğu xüsusunda, ittifaq etmişlərdir. Fərz et ki, biz, Muhamməd (sallallahu aleyhi və səlləm)'in dinində, nəcis şeylər xüsusunda, mütəvatir olan nəqllərin dəlalətilə, bu surənin təxsis gördüyünü qəbul etdik. Bundan dolayı, buna görə, bu surənin, nəcis şeylər xaricində, gərək Məkki, gərəksə də Mədəni ayələrdəki ifadələrə söykənərək, əslinə uyğun olaraq qalmış olması lazımdır. Bax bu, haram və halal qılınmış olan yeməklər xüsusunda, yaxşıca yerləşmiş olan mükəmməl bir qaydadır.

İçkiyə gəlincə, buna cavab olaraq deyirik:

İçki də, nəcisdir! Dolayısı ilə, o, rics (pislik, mundar)'dan sayılır. Beləcə də, Haqq Taala'nın "bir murdar" ifadəsilə, "və onlara mundar şeyləri haram qılır" ifadəsinin hökmünə girmiş olur. Həm içkinin, həm də Muhamməd (sallallahu aleyhi və səlləm)'in dinində haram qılındığına dair mütəvatir nəql ilə, həm də Haqq Taala'nın, "...bundan çəkinin..." (Maidə/90); və "Günahları isə, faydalarından böyükdür." (Bəqərə/219) ayələrilə təxsis edilmiş olduğu, sabitdir. Təxsis edilən ümumi ifadə, təxsis edildiyi yerin xaricində, bir hüccətdir, bir dəlildir. Bundan dolayı, bu ayə, təxsis məhəllinin xaricində də hüccət və dəlil olmağa davam edər.

Sual verənin, "Sizin, boğulmuş, döyülərək öldürülmüş, yuxarıdan yuvarlanmış və təpəsi üstə atılaraq öldürülmüş olan heyvanları da halal saymağınız nəticəsi ortaya çıxar." şəklindəki sualına cavab olaraq da, bunları deyə bilərik:

a. Bunların hamısı, meytə/ölüdür. Bundan dolayı, bunlar da, bu ayətin hökmünə daxil olurlar.

b. Biz, bu ayətin ümumiliyini, o ayə ilə təxsis edirik.

c. Biz, belə deyə bilərik: Bunlar, əgər meytə/ölüdürlərsə, bu ayətin hökmünə daxil olurlar. Yox əgər ölü deyillərsə, biz, bu ayəti, o ayət ilə təxsis edərik.

------------------------------

(Haramlar, necə olur ki, bu ayədə bildirilənlərə məxsus olur)?

İndi, əgər biri: "Haram qılınan yeməklər, bu ayədə bəhs edilənlərdən daha çoxdur. O halda, bu, necə izah edilə bilər?" deyərsə, alimlər, buna da, bu şəkillərdə cavab vermişlərdir:

a. Bu ayətin mənası, "Cahiliyyə insanlarının, bəhirə, saibə (haşiyə) və s. şeylər kimi haram qılmış olduqları şeylərdən (bax: Maidə/103), ancaq bu ayədə zikr edilən şeylərin haram olduğunu görürəm..." şəklindədir.

--------------------------

(Haşiyə:

مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٍ وَلَا سَآئِبَةٍ وَلَا وَصِيلَةٍ وَلَا حَامٍ ۙ وَلَـٰكِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

"Allah, müşriklərin bəhirə, saibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır." (Maidə/103)

• Cahiliyyədə, ərəblər, əgər bir dişi dəvə, 5 dəfə doğar və beşincisi erkək olarsa, onun qulağını kəsər və buraxarlardı. Artıq, onu nə sağar, nə minik kimi istifadə edər, nə də hər hansı bir şeydə istifadə edərdilər. Bu, "bəhirə"dir.

• Bir adam, başına bir bəla gəldiyi və məsələn, xəstə olduğu vaxt, "Sağalaramsa, dəvəm, saibə olsun." deyə əhd edər və bəhirə kimi, o dəvəni buraxar, artıq, ondan istifadə etməyi, özünə haram edərdi.

• Qoyun, dişi doğarsa, özlərinin; erkək doğarsa da, ilahlarının olardı. Əgər ikisini birdən doğarsa, "Qardaşına çatdı." deyərdilər. Bu dişidən dolayı, erkəyini də qurban etməzlərdi. "Vəsilə" də, budur.

• Bir erkək dəvənin dölündən 10 qarın (dəvə) doğulardısa, onun arxasını haram sayar və heç bir sudan və otlaqdan əngəlləməzdilər. "Onun zahrı/kürəyi, arxası qadağan edildi." deyərdilər ki, "Ham" da, budur.

-------------------------------

b. Bundan murad, budur:

"Bu ayə nazil olduğunda, bu ayədə zikr edilənlərdən başqa heç bir şey, haram qılınmamışdı. Bundan sonra digər şeylər haram qılındı."

c. Fərz et ki, bu ləfz, ümumi bir ləfzdir. Ancaq nə var ki, Quranın ümumi ifadəsini, xəbər-i vahid ilə təxsis etmək (bir şeyə xas qılmaq), caizdir. Bax biz də, bu ümum olan ifadəni, əhəd xəbərlərlə təxsis edirik.

d. Bu ayətin muqtəzası (gərəyi), bizi, bunu söyləməyə aparır:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Quranda, bunlardan başqa haram qılınmış şey tapa bilməmişdir. Ancaq, Haqq Taala'nın, bu 4 şeyin xaricində qalanları, Peyğəmbərin sünnətində haram qılmış olması, caizdir.

(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihul-Ğeyb" təfsiri, -müxtəsər-)

------------------------

------------------------

Əlavələr:

Sünnət, vəhydirmi?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sunn%C9%99t-v%C9%99hydirmi-m...

Read 33 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR