Qələm surəsi 10-cu ayə

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ

Və lə tuti' kullə həlləfin məhinin.

Yəni:

İtaət etmə, hər "həlləf"ə, "məhin"ə. (Qələm/10)

-----------------------

Təfsiri:

Bil ki, Allah Taala, peyğəmbər (sallallahu aleyhi və səlləm)'i yalançılara itaət etməkdən nəhy edincə (bax: Qələm/8), bu, bütün kafirlərə boyun əyməyi də qadağan edər. Lakin, Haqq Taala, küfrün fövqündə, sayılan pis sifətləri daşıyan kimsələrə boyun əyməkdən də nəhy etmişdir. Bu pis sifətlər, bunlardır:

✓ Birinci sifət: Həlləf.

Həlləf: "insanın, olan-olmayan (hər şey)ə and içən olması" deməkdir. Çünki "həlləf", "doğru-yalnış, haqq-batil hər xüsusda, çoxca and içən olması"dır. Andı adət halına gətirənlər üçün, əngəlləyici və çəkindirici olması cəhətindən, bu ayə kifayət edir. Bunun bir bənzəri də,

...وَلَا تَجْعَلُوا اللّٰهَ عُرْضَةً لِاَيْمَانِكُمْ

Yəni:

"Andlarınızdan dolayı, Allahı, yaxşılıq etməyinizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir əngəl (maneə) qılmayın." (Bəqərə/224) ayətidir. (haşiyə)

 

✓ İkinci sifət: Məhin.

Bu xüsusda, 2 izah verilə bilər:

1. (Məhin kəliməsinin özündən meydana gəldiyi "muhanət") məsdəri, "azlıq, dəyərsizlik, qiymətli bir görüşə sahib olmamaq, ilərini görə bilməmək" mənasındadır.

2. Bu kimsəyə, "məhin" deyilmişdir. Çünki, bununla, yalan yerə and içənlər qəsd edilmişdir. Yalan yerə and içənlər isə, insanlar nəzdində, "məhin" (xor, həqir) olarlar.

Mən (Razi) deyirəm ki:

Bu kimsənin "həlləf" olması, Allahın əzəmət və cəlalını tanımadığını göstərir. Çünki, əgər bu, Allahın əzəmət və cəlalını tanımış, təqdir etmiş olsaydı, hər zaman, əslsiz hər şey üçün, Allahın adını və sifətlərini şahid gətirib, and içməyə cəsarət edə bilməzdi. Allahın əzəmətini bilməyən; qəlbi, həmişə dünyalıq əldə etməyə ilişib qalan hər insan, "məhin/rəzil-rüsvay" olar. Bax bu,

~ insanın şərəfinin, özünü qulluq ilə tanıyan kimsələr üçün meydana gələcəyinə;

~ insanın xor və həqirliyinin isə, qulluq sirrindən qafil olanlar üçün bəhs mövzusu olduğuna

dəlalət edər.

--------------------------

(Haşiyə:

İmam Fəxrəddin ər-Razi əl-Əşari, Bəqərə surəsi 224-cü ayədə belə deyir:

Müfəssirlər, bu ayə haqqında, çox şey danışmışlardır. Lakin, söylədiklərinin ən gözəli, bu 2 izahdır:

1. əbu Muslim əl-İsfahani'nin zikr etdiyi ən gözəl görüşə görə,

Bu təbir, Allah adına çox and içmək cürətindən nəhy etməkdir. Çünki, hər hansı bir şey üçün bir ləfzi çoxca söyləyən, o ləfzi, o şey üçün, bir əngəl halına gətirmiş olur. Necə ki, insan,

قد جعلتنى عرضة للومك

Qad cəaltəni urdətən li ləvmikə.

Yəni:

"Sən, qınanmağına məni əngəl qıldın." deyir.

Şair də, "Məni, qınamalara məruz qoyma." demişdir.

Allah Taala da, çoxca and içənləri, Qələm surəsi 10-cu ayədə qınamışdır.

Və yenə, "Andlarınızı qoruyun." (Maidə/89) buyurmuşdur.

Ərəblər də, az and içən insanları tərifləmişlərdir.

Az and içməyi əmr etməyin hikməti, budur:

Əhəmiyyətli-əhəmiyyətsiz hər xüsusda Allaha and içənin dili, and içməyə alışır. Dolayısı ilə, qəlbində, andın ağırlığı qalmır. Bundan ötürü də, yalan yerə and içməyə cürət edib-etmədiyindən, əmin oluna bilmir. Beləcə də, anddakı əsl məqsəd, zərər görür.

--------------------------------

--------------------------------

Əlavələr:

Allahın Quranda and içməsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-niy%C9%99-and-icir

 

Read 31 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR