Mürtədin öldürülməsi

Dəyərli oxuyucu! Bu yazımızda, 

I. Mürtədin öldürüləcəyinə dair İslamın hökmü

ll. Mürtədin öldürülməsindəki hikməti

lll. Mürtədin öldürülməsinə dair Qurandan gətirilən etirazları

ələ alacağıq.

----------------------------------------

I. Mürtədin öldürüləcəyinə dair İslamın hökmü

4275. İkrimə'dən belə rəvayət edilir:

Əli (radiyallahu anh)'a bir neçə zındıq gətirildi. O da, bunları yandırdı. (Bu xəbər) ibn Abbas'a çatdığında, ibn Abbas belə dedi: "Mən olsaydım, Allah rəsulu (sallallahu aleyhi və səlləm) 'Allahın əzabı ilə əzab etməyin.' deyə nəhy etdiyi üçün, onları yandırmazdım. Onun, 'Dinini dəyişdirəni, öldürün!' sözündən dolayı, onları öldürərdim." dedi.

Xəbəri, Buxari rəvayət etmişdir (bax: "İstitabətu'l-Murtədin", 2). Hakim, bu xəbərə istidrak edərkən (haşiyə) yanılmışdır. Xəbəri, ibn əbi ŞeybəAbdu'r-Razzəq, "Musannəf"lərində, qissəyə yer vermədən rəvayət etmişlərdir. (Zeylai, "Nasbu'r-Rayə", ll, 157)

-------------------------

(Haşiyə:

Lüğətdə "əskiklərini tamamlamaq, xətalarını düzəltmək" mənasındakı istidrak məsdərindən meydana gələn "müstədrək" kəliməsi, hədis elmində: "bir şeyin davamını gətirmək; ona zeyl/əlavə yazmaq; tətimmə/tamamlayıcı meydana gətirmək" mənasında, ilk dövrlərdən etibarən istifadə edilərək gəlmişdir. Zaman içində, "rəvayətlərdəki yalnışlıq və ya əskiklikləri düzəltmək; bir müəllifin şərtlərinə uyğun olduğu halda kitabına almadığı hədisləri toplamaq surətilə, onun əskiklərini tamamlamaq" şəklində, daha geniş bir məna qazanmışdır.

Yandıraraq cəzalandırmaq:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/yandiraraq-c%C9%99zalandirma...)

------------------------------

------------------------------

4276. Bəhz b. Hakim'in atası vasitəsilə babası Muaviyə b. Haydə'dən nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Kim dinini dəyişdirərsə, onu öldürün. Şübhəsiz Allah, müsəlman olduqdan sonra kafir olan qulun tövbəsini qəbul etməz." buyurmuşdur.

Xəbəri, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (XlX, 419) nəql etmişdir. (Zeylai, "Nasbu'r-Rayə", ll, 157)

Bu hədisi, hafiz ibn Həcər, "Təlxisu'l-Habir"ində (ll, 349), haqqında sükut edərək zikr etmişdir. Bu halda, hədis, həsən və ya səhihdir.

Deyirəm:

"əl-Hidayə" müəllifi Mərğinani, dindən dönənə (mürtədə) vaxt verməyin vacib olmadığına, yuxarıdakı xəbərlə dəlil gətirmişdir. Mərğinani, Şafi'nin bu görüşünü nəql etdikdən sonra, belə deyir:

Dövlət başçısının, mürtədə 3 gün vaxt verməsi lazımdır. Bu müddətdən əvvəl onu öldürməsi, halal olmaz. Çünki açıqdır ki, bir müsəlman, dindən, duyduğu bir şübhə nəticəsində dönər. Bu halda, ona, düşünmək üçün vaxt vermək lazımdır. Biz, bu müddəti, 3 gün olaraq təqdir etdik.

(Mərğinani), belə deyir:

Bizim dəlilimiz, Allah Taala'nın, "Müşrikləri öldürün." (Tövbə/5) ayətidir.

Burda, hər hansı bir möhlət qeydi yoxdur. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, (möhlət qeydi gətirmədən): "Kim dinini dəyişdirərsə, onu öldürün." buyurmuşdur.

Səbəbinə gəlincə:

Dindən dönən şəxs, özünə dəvət çatmış hərbi (daru'l-harbda yaşayan) bir kafir (kimi) olmuşdur. Dolayısı ilə, özünə möhlət verilmədən, dərhal öldürülər. Belə ki, bir vacibi, vəhm (zənn)'ə söykənən bir iş (və ya görüş) səbəbilə ertələmək, caiz deyildir. (Bunun gərəyi, mürtədə, 3 gün və bənzəri bir müddət ilə möhlət verməyin, məkruhluğudur. Lakin biz, bunu, səhabə felləri (tətbiqatları) və sözlərindən öyrənmişik.) Dolayısı ilə, burdan başa düşülən, belə bir müddət verməyin, məkruh olmadığı və ya vaciblik deyil, müstəhəb olduğudur. Çünki, belə bir müddəti verməyin vacib olduğu söyləndiyi təqdirdə, Şari'nin ifadəsi ilə zidd düşmüş olur. Bu da ki, caiz deyildir. Beləcə, mühəqqiq ibnu'l-Hümam'ın "Fəthu'l-Qadir"də (V, 308) iləri sürmüş olduğu etirazların bu (yəni, bizim verdiyimiz) açıqlama cəhətindən varid olmaması (yəni, gəlməməsi) üçün, ifadəni bu şəkildə təfsir etmək, uyğun düşür.

ibnu'l-Hümam, belə deyir:

Şafi'nin 2 görüşündən səhih olanına görə, mürtəd dərhal tövbə edərsə, nə xoş; etməzsə, Muaz hədisindən dolayı qətl edilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, gözləmə qeydi gətirmədən "Kim dinini dəyişdirərsə, onu öldürün." şəklindəki ifadəsi, bunu gərəkdirir. ibnu'l-Munzir'in ixtiyar etdiyi də, budur. ("Fəthu'l-Qadir", V, 308)

Bəzi Şafii'lər, bir küfr dinindən digər bir küfr dininə keçən kimsənin öldürülməsində, bu xəbərə istinad etmişlərdir. Burda, şəxsin cizyə verməyə əhil olub-olmadığı arasında, hər hansı bir fərq yoxdur.

Bəzi Hənəfilər, hədisdəki ümumiliyin, "təbdil=dəyişdirmə" deyil; "mübdəl=dəyişdirilən, yəni İslam" kəliməsində olduğu şəklində cavab vermişlərdir. Təbdilə gəlincə, bu, mütləqdir və ümumiliyi də yoxdur. Təbdilin ümumiliyinin olduğunu bir an üçün qəbul etsək belə, ifadənin zahiri, alimlərin ittifaqı ilə, kafir haqqında tərk edilmişdir. (Məsələn):

Bir kafir, Müsəlman olsa, dinini dəyişdirməsi səbəbilə, o xəbərin ümumiliyinə daxil olur. Halbuki, xəbərdə qəsd edilən, bu deyil.

Alimlərin bir digər dəlili, budur:

Küfr, tək millətdir. Buna görə, bir yəhudi, xristiyan olsa; və ya bir bütpərəst, yəhudi olsa, küfr dinindən çıxmış deyildir. Burdan başa düşülür ki, məqsəd, "Kim İslam dinini başqa bir dinlə dəyişdirərsə, onu öldürün." deməkdir. Çünki, həqiqətdə, din, yalnız İslamdır. Allah Taala, "Allah nəzdində din, İslamdır." (Al-i İmran/19) buyurmaqdadır. Bunun xaricindəki dinlər, müddəi (iddiaçı)'nın iddiasıdır.

Xəbərdəki "din" kəliməsinin "İslam" kəliməsilə təxsis edilməsini dəstəkləyən xüsuslardan biri də, hədisin rəvayət yollarından bəzilərində keçən bu ifadədir:

Bu xəbəri, Taberani, bir başqa təriqdən, İkrimə vasitəsilə ibn Abbas (radiyallahu anh)'dan mərfu olaraq belə nəql etmişdir:

"Kim dinə, yəni İslam dininə müxalifət edərsə, boynunu vurun."

Hafiz ibn Həcər, bu xəbərə, "Fəthu'l-Bari"də (Xll, 240) yer vermişdir.

Deyirəm:

Yuxarıdakı görüşü, Bəhz b. Hakim'in babasından nəql etdiyi xəbərdəki, "Kim dinini dəyişdirərsə, onu öldürün. Şübhəsiz Allah, müsəlman olduqdan sonra kafir olan qulun tövbəsini, qəbul etməz." buyurmuşdur. Bu ifadə, dindən məqsədin, İslam dini olduğu xüsusunda, açıqdır. Allah Taala, ən doğrusunu bilir...

Bununla, ibn Hazm'ın "əl-Muhalla"da mövzu ilə bağlı saldığı haray-həşir, batil olur. ibn Hazm, bir küfrdən çıxıb digər küfrə girən kimsə haqqında, belə deyir:

"Bir kimsənin, bir küfr dinindən çıxıb digər bir küfr dininə girməsinə, icazə verilməz. Əksinə, ondan, sadəcə İslam qəbul edilər. Bunu qəbul etməzsə, qılınc (işə düşər)."

Biz, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Kim dinini dəyişdirərsə, onu öldürün." şəklindəki ifadəsinin, sadəcə və xüsusi olaraq İslamın başqa bir dinlə dəyişdirilməsi xüsusunda varid olduğunu; yoxsa, mütləq dəyişdirmə xüsusunda gəlmədiyini, bəyan etmişdik. Bir küfrdən bir başqa küfrə girən kimsənin öldürülməsinin vacib olduğunu söyləyən şəxsin, buna açıq bir dəlil gətirməsi, qaçılmazdır. Bu məsələdə ibn Hazm'ın zikr etdiyi və Hənəfi'lərə cavab verdiyi dəlillər xaricində özlərini dəstəkləyən dəlillər, iləridə gələcəkdir.

Müvəffəq (yəni, ibn Qudamə), əsəri "əl-Muğni"də (X, 74) belə deyir:

"Alimlər, mürtədin öldürülməsinin vacib olması xüsusunda, icma etmişlərdir. Bu (görüş), əbu Bəkr, Ömər, Osman, Muaz, əbu Musa, ibn Abbas, Xalid (radiyallahu anhum) və başqalarından nəql edilmiş; və heç kim də, buna etiraz etməmişdir. Dolayısı ilə, bu mövzuda, icma meydana gəlmişdir."

Deyirəm:

Burdan çıxan, budur: Mürtəd, nökər edilməz; üzərinə cizyə (mükəlləfiyyəti) qoyulmaz; özündən sülh razılaşması qəbul edilməz. Çünki bunlar, onun mürtədliyini qəbul etmək mənasına gəlir. Halbuki, alimlərin icması ilə, mürtədliyi iqrar etmək, caiz deyildir. (Bununla bərabər, bu), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onun öldürülməsinin vacib olduğunu ifadə edən "Kim dinini dəyişdirərsə, onu öldürün." şəklindəki əmrinə də, müxalifdir.

----------------------------

----------------------------

4277. Abdu'r-Rahmən b. Muhamməd b. Abdu'l-Qari'nin, atasından nəqlinə görə,

Ömər (radiyallahu anh), Bən-u Sevr (Sevr oğulların)'dan yanına gələn bir heyətdən: "Uzaq diyarlardan bir xəbər varmı?" deyə soruşdu.

- (Heyət), belə cavab verdi: "Bəli. Ərəblərdən Müsəlman olduqdan sonda küfr edən bir nəfəri ələ keçirdik və gətirib boynunu vurduq."

- Ömər (radiyallahu anh), onlara belə dedi: "Kaş ki onu, bir evin içinə daxil edərdiniz (saxlayardınız); özünə 3 gün müddətlə gündə bir çörək verərdiniz; və tövbə etməsini istəyərdiniz. Bəlkə tövbə edər və ya Allah(ın dininə) dönərdi."

(Sonra Ömər, belə dedi): "Allahım! Mən, şahid olmadım; əmr etmədim. Xəbəri mənə çatdığında da, razı olmadım."

 

~ Xəbəri, (imam) Malik, "Muvatta"da ("Əqdiyə", 16) rəvayət etmişdir. (Zeylai, "Nasbu'r-Rayə", ll, 159). Eyni xəbəri,

~ imam əbu Yusuf, "əl-Xarac" (s. 34) adlı əsərində, mürsəl olaraq rəvayət etmişdir. Bu xəbəri,

~ Abdu'r-Razzəq, Ma'mər'dən; ibn əbi Şeybə, ibn Uyeynə'dən; və hər ikisi, Muhamməd b. Abdu'l-Qari vasitəsilə, atasından nəql etmişlərdir. Buna görə, xəbər, muttəsil (bitişik)'dir. Çünki, Abdu'r-Rahmən b. Abd, xəbəri, Ömər (radiyallahu anh)'dan eşitmişdir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", ll, 173)

--------------------------

--------------------------

4278. Eyni xəbəri, Beyhaqi, Ənəs (radiyallahu anh)'dan belə nəql edir:

Tüstər'ə enib ora yerləşdiyimizdə, bu yerdə, Ömər'in yanına gəldik.

- O, (məndən): "Ey Ənəs! İrtidad edib (dindən dönüb) müşriklərə qatılan Bəkr b. Vail qəbiləsindən 6 nəfərlik heyətə, nə oldu?" deyə soruşdu.

- Mən, Ona: "Ey möminlərin əmiri! Döyüşmə əsnasında öldürüldülər." dedim.

- O, (buna təəssüflənərək): "İnnə lilləhi və innə iləyhi raciun." dedi.

- Mən, (Ömər'dən): "Onların öldürülməkdən başqa bir yolları vardımı?" deyə soruşdum.

- O, belə cavab verdi: "Bəli. Mən olsaydım, onlara, yenidən müsəlman olmalarını təklif edərdim. Əgər üz çevirsəydilər, onları həbsə atardım."

 

~ Xəbəri, hafiz ibn Həcər (Asqalani), "Təlxisu'l-Habir"ində (ll, 35), (haqqında) sükut edərək nəql etmişdir. Xəbər, həsən və ya səhihdir.

~ ibn Hazm, "əl-Muhalla"da (Xl, 191), bu xəbərin isnadını belə verir:

Abdullah b. Rəbi ---> Abdullah b. Muhamməd b. Osman ---> Əli b. Əbdü'l-Əziz ---> əl-Haccac b. Minhal ---> Hammad b. Sələmə ---> Davud b. əbi Hind ---> Şabi ---> Ənəs b. Malik (radiyallahu anh).

ibn Hazm, xəbərin səhih olduğunu bildirmişdir.

Deyirəm:

Bəzi alimlər, mürtədə sonuna qədər tövbə təklif ediləcəyi; öldürülməyəcəyi; həbsə atılacağına, bu xəbərlə istidlal etmişlərdir. Çünki Beyhaqi'nin rəvayətində, "Əgər üz çevirərlərsə, onları həbsə atardım." şəklində bir ifadə keçməkdədir.

Ancaq bu xəbər, buna dəlil ola bilməz. Muhamməd b. Abdullah b. Abd əl-Qari'nin, imam Malik'in "Muvatta"sında keçən mürsəl xəbərində, dindən dönən kimsənin həbsinin, 3 gün müddətlə məhdudlaşdığı görülməkdədir. Hədisin rəvayət yollarından bəziləri, bəzilərini təfsir etməkdədir. Dolayısı ilə, Beyhaqi və başqa əsərlərdə yer alan, mütləq olaraq həbsə atılacağı şəklindəki ifadəni, (bu mənaya) həml etmək lazımdır. Çünki, mütləq hədisin çıxış nöqtəsi eyni olduğu təqdirdə, müqəyyəd yönündə açıqlanır. İmam Malik'in mürsəl rəvayətləri, bu əsərin ("İ'lau's-Sünən"in) Müqəddimə qismində keçdiyi üzərə, mövsul və dəlil olmağa əlverişli qəbul edilir.

~ Bu xəbəri, Tahavi, "Məani'l-Asar"ında (ll, 120) mövsul olaraq rəvayət etmiş və belə demişdir:

Yunus'un, ibn Vehb'dən nəqlinə görə, imam Malik, ona, bu xəbəri,

Abdu'r-Rahmən b. Muhamməd b. Abdullah b. Abd əl-Qari ---> atası ---> babası

isnadı ilə belə nəql etmişdir:

"Ömər'in yanına, əbu Musa tərəfindən göndərilən bir adam girdi."

Tahavi, bundan sonra, hədisi, bənzər ifadələrlə nəql edir. Tahavi'nin bu isnadı, səhih və mövsul'dur. Çünki, dindən dönən mürtədin öldürülməsi, üzərində icma edilmiş bir xüsusdur.

ibn Qudamə, "əl-Muğni"də, belə deyir:

"Alimlər, mürtədin öldürülməsinin vacibliyində, icma etmişlərdir. İcmaya mövzu olan hökm, əbu Bəkr, Osman, Əli, Muaz, əbu Musa, ibn Abbas, Xalid (radiyallahu anhum) və başqalarından nəql edilmişdir və bu görüşə, heç bir səhabə etiraz etməmişdir. Dolayısı ilə, bu görüşdə, icma meydana gəlmişdir.

İbrahim ən-Nəxai, belə deyir: 'Mürtədə sonuna qədər tövbə təklif edilər.'

Bu, onun, sonuna qədər öldürülməyəcəyi nəticəsini doğurur. Bu görüş, sünnət və icmaya müxalifdir." ("əl-Muğni", X, 74, 77 -müxtəsər-)

ibnu'l-Hümam, bizim qatılmadığımız şəkildə, "Fəthu'l-Qadir"də, bu Ömər hədisinin, mürtədə müddət verməyin vacib olduğunu göstərdiyini söyləyir və sonra da, belə deyir: "Hər halda, O, ona, müddət verilməsini tələb etdi." ("Fəthu'l-Qadir", V, 308)

Doğrusu, Tahavi'nin "Məani'l-Asar"dakı (ll, 121) bu ifadəsidir:

"Bunda, Sa'd və əbu Musa (radiyallahu anhuma)'nın, mürtədə tövbə təklif edilməyəcəyi qənaətində olduqlarını görürük. Ömər isə, ona tövbə təklif edilməsini xoş görmüşdür. Bunun səbəbi, mürtədin tövbə edəcəyinə dair daşımış olduğu ümid ola bilər. Ancaq, bunu, onlara, bir vaciblik olaraq görməmişdir. Çünki onlar, imamlarının görüşünə müxalif olsa belə, uyğun gördükləri feli (tətbiqatı) etmişdilər."

Yuxarıdakı ifadənin, mürtədə tövbə təklif etməyin vacib olduğunu göstərdiyini bir an üçün qəbul etsək belə, bu, ona, sonuna qədər müddət verməyin vacib olduğu mənasına gəlməz. Əksinə, səbəbi, daru'l-harb'da miqdarı şəran təyin edilmiş cəzaları (hədləri) yerinə yetirmə xüsusundakı qadağa ola bilər. Beyhaqi'də yer alan Ənəs rəvayətində, mürtədlərin döyüşdə öldürüldükləri; Ömərin də, buna etiraz edərək, belə dediyi qeyd edilməkdədir:

"Onları sülh tərəfdarı olan bir şəkildə ələ keçirmək, Mənə, bundan-bundan daha sevimli gəlir."

Bu, Davud b. əbi Hind'in, Şabi vasitəsilə Ənəs'dən nəql etdiyi rəvayətin ifadəsidir.

Bu rəvayət, Tahavi'də ("Məani'l-Asar", ll, 120) də yer almaqdadır. Xəbərin isnadı, səhihdir.

Müvəffəq (ibn Qudamə), "əl-Muğni"də, belə deyir:

Bir mürtədə, 3 dəfə, onun tövbə etməsi təklif edilmədikcə, öldürülə bilməz. Elm əhlinin əksəriyyətinin görüşü də, budur. Bunların arasında, Ömər, Əli, Ata, İbrahim ən-Nəxai, imam Malik, Sevri, İshaq, rey əshabı (Hənəfilər) vardır. İmam Şafi'nin 2 görüşündən biri də, budur.

Əhməd b. Hənbəl'dən isə, başqa bir görüş nəql edilmişdir. Buna görə:

Mürtədə tövbə təklif edilməsi, vacib deyil; lakin, müstəhəbdir.

Bu ikinci görüş, Şafi'dən də rəvayət edilmişdir. Ubeyd b. Umeyr və Tavus'un görüşü də, budur. əl-Həsən'dən də bu görüş rəvayət edilmişdir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Dinini dəyişdirəni, öldürün!" buyurmuşdur. Digər tərəfdən, mürtədə 3 gün müddətlə tövbə təklif ediləcəyi görüşünü iləri sürənlər, imam Malik'in rəvayət etdiyi və az əvvəl nəql etdiyimiz Ömər hədisini əsas almışlardır.

Görüldüyü üzərə, "əl-Hidayə" müəllifi Mərğinani və Tahavi'nin zikr etdiyinin əksinə, Hənəfilərin tövbə təklif etməyin vacib olduğu görüşündə olduqları iləri sürülmüşdür.

ibn Qudamə, məsələni belə açıqlayır:

Müctəhidlər, İslamdan dönən kimsəyə tövbə təklif edilib-edilməyəcəyi xüsusunda, ixtilaf etmişlərdir. (Belə ki, onlardan):

~ Bəziləri, belə demişlərdir: "Dövlət başçısı, ona tövbə təklif edərsə, bu, daha gözəldir. Özü tövbə edərsə, nə gözəl; etməzsə, öldürülər." Bu görüşdə olanlar arasında, imam əbu Hənifə, imam əbu Yusuf, imam Muhamməd (rahmətullahi aleyhim) vardır.

~ Başqaları isə, belə deyirlər: “Mürtədə tövbə təklif edilməz." Bunlar, mürtədin halını, özünə dəvətin çatdığı hərbilərin halına bənzətmişlərdir. Biz, bu məsələni zikr etmişdik. Onlar, belə deyirlər: Tövbə təklifi, ancaq, İslamdan bəsirətsiz (yəni, şüursuz, düşünmədən) çıxanlara vacibdir. Buna müqabil olaraq, bir başqa dinə bəsirətlə girən kimsə isə, öldürülər və özünə, tövbə təklif edilməz. imam əbu Yusuf'un "Kitabu'l-İmla"dakı görüşü, budur. O, belə deyir: "Belə birini öldürərəm və ona, tövbə təklif etmərəm. Ancaq özlüyündən tövbə edərsə, onu buraxaram. Artıq işi, Allaha qalmışdır." (Tahavi, "Məani'l-Asar", ll, 120)

Deyirəm:

Lakin imam əbu Yusuf'un "əl-Xarac" adlı əsərindəki ifadəsi, mürtədə mütləq olaraq tövbənin təklif edilməsinin vacib olduğunu göstərməkdədir. Çünki O, belə deyir:

"İslamı tərk edib küfrə girən mürtədə gəlincə, onun haqqında ixtilaf edilmişdir. Bəziləri, ona tövbə təklif ediləcəyini söyləyərkən; bəziləri bu görüşdə deyillər."

imam əbu Yusuf, mürtədə tövbə təklif etməyin vacib olduğunu söyləyənlərin dəlillərini zikr etdikdən sonra, belə deyir:

"Fəqihlər -ki, bunlar, əksəriyyətdir- bu hədisləri, mürtədə tövbə təklif etməyin vacib olduğuna dəlil olaraq gətirmişlərdir.

Allah, ən doğrusunu bilir, eşitdiyimiz ən gözəl görüş, mürtədlərə tövbə təklif ediləcəyi görüşüdür. Buna görə əgər tövbə edərlərsə, nə gözəl; etməzlərsə, məşhur hədislər və -özlərinə çatdığımız fəqihlərin görüşləri yönündə-, boyunları vurular." (imam əbu Yusuf, "əl-Xarac", s. 213-215)

imam əbu Yusuf, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Kim dinini dəyişdirərsə, onu öldürün." şəklindəki ifadəsini, "dinini dəyişdirmə xüsusunda israrlı olan kimsələri" öldürün şəklində təvil etmişdir.

İmam Muhamməd, "əl-Muvatta"dakı (s. 369) rəvayətində, belə deyir:

"Dövlət başçısı, mürtədin tövbə edəcəyi ümidini daşıyırsa; və ya mürtəd, özündən bir müddət tələb edərsə, istədiyi təqdirdə, ona 3 günlük müddət verər. Belə bir ümid içində deyilsə; və ya mürtəd, özündən bir müddət tələb etməzsə, öldürülməsində bir beis yoxdur."

İmam Muhamməd'in bu ifadəsi, mürtədə tövbə təklif etməyin vacib olmadığı xüsusunda, çox açıqdır. Məzhəbdə, zahiru'r-rivayə'yə uyğun olan görüş də, budur. Ən doğrusunu, Allah Taala bilir.

----------------------------

----------------------------

4279. Ma'mər'in,

Zühri ---> Ubeydullah b. Utbə b. Məsud ---> atası (Utbə)'dən

nəqlinə görə,

ibn Məsud (radiyallahu anh), İraq əhlindən olub İslamdan dönmüş olan bir qövm (topluluq) ələ keçirir. Onlar haqqında, Osman (radiyallahu anh)'a bir məktub yazır.

Osman, Ona belə cavab verir:

"Onlara, haqq dini və lə iləhə illəllahı ərz (təklif) et. Əgər qəbul edərlərsə, onları burax; qəbul etməzlərsə, onları öldür."

Bunun üzərinə, o qövmün bəziləri haqq dini qəbul edincə, ibn Məsud (radiyallahu anh), onları buraxdı Bəziləri qəbul etməyincə, onları öldürdü.

Xəbəri, Abdu'r-Razzəq nəql etmişdir. (ibn Hazm, "əl-Muhalla", Xl, 190). Xəbərin isnadı, səhihdir.

--------------------------

--------------------------

4280. ibn Cureyc'in, Süleyman b. Musa'dan bəlağ (yəni, "Mənə çatdığına görə") ləfzilə nəql etdiyinə görə,

Osman (radiyallahu anh), iman etdikdən sonra küfrə girən bir kimsəni, 3 gün müddətlə İslama dəvət etdi. Adam İslama girməyi rədd edincə, onu öldürdü.

Xəbəri, Abdu'r-Razzəq nəql etmişdir. (ibn Hazm, "əl-Muhalla", Xl, 190).

Yuxarıdakı xəbər, mürsəl-səhihdir. Bu xəbəri, imam əbu Yusuf, "əl-Xarac" adlı əsərində (s. 214), bu isnadla, Osman (radiyallahu anh)'dan belə nəql edir:

"Mürtədə, 3 gün müddətlə tövbə təklif edilər."

Mürtədə 3 gün müddətlə tövbə təklif ediləcəyi görüşündə olmayanlar, Osman (radiyallahu anh)'ın bu ifadəsini, dəlil olaraq gətirmişlərdir: "Onlara, haqq dini ərz et. Əgər qəbul etməzlərsə, onları öldür." Burda, Osman (radiyallahu anh), müəyyən bir müddət gözləmə qeydi gətirməmişdir. Bu qeydin gətirilməməsinin səbəbi, məktubun və cavabının gəlib-getməsi cəhətində verilən müddətin keçmiş olması ola bilər. Dolayısı ilə, Osmanın, məktubun gəlmə və getmə müddətilə kifayətlənmə ehtimalı ola bilər. Osman'ın, -mətndə zikr etdiyimiz üzərə- mürtədə tövbə təklif edilməsi görüşündə olduğu, həm felən, həm də qövlən rəvayət edilmişdir. Lakin bu xəbər, məvqufdur. Muttəsil və mərfu olan bir rəvayətlə zidd düşməz. Dolayısı ilə, tövbə təklif etmə hökmü, məndubluq mənasına həml edilir.

---------------------------

---------------------------

4281. Əşas'ın, Şabi'dən nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Mürtədə, 3 gün müddətlə tövbə təklif edilər. Əgər tövbə edərsə, nə gözəl; etməzsə, öldürülər."

Xəbəri, imam əbu Yusuf, "əl-Xarac" (s. 214) adlı əsərində rəvayət etmişdir. Bu xəbər, mürsəl-həsən'dir.

Əşas b. Səvvar, -Muslim və əbu Davud xaric- "Kütübü Sittə" müəlliflərindən 4-ünün ravilərindəndir.

~ ibn Main, onu, rəvayət cəhətindən siqa olaraq görmüşdür.

~ əl-Bəzzar, "Rical xüsusunda elmi az olanlar xaric, hədisini tərk edən olduğunu bilmirik." demişdir. "ət-Təhzib"də də belə keçir.

Başqaları isə, onu zəif olaraq görmüşlərdir. Bəziləri də, onun rəvayətini məqbul saymışlardır.

Bu xəbərin zahiri, mürtədə 3 gün müddətlə tövbə təklif etməyin vacib olduğunu göstərməkdədir. Lakin, mürsəl xəbər, mərfu, muttəsil və səhih xəbərə, müxalif sayıla bilməz. Bəhsi keçən xəbər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Dinini dəyişdirəni, öldürün!" şəklindəki əmridir. Bu əmr, mürtədə tövbə təklif etmədən onu öldürməyin caiz olduğunu göstərməkdədir. Dolayısı ilə, mürsəl xəbərdəki ifadə, məndubluq (mənası)'na həml edilir. "əl-Hidayə"də, belə deyilir:

"imam əbu Hənifə və imam əbu Yusuf'dan nəql edilən bir görüşə görə, mürtəd müddət tələb etsin və ya etməsin, özünə 3 günlük bir müddət tanımaq, müstəhəbdir."

----------------------------

Dövlət başçısının əmrini gözləmədən mürtədi öldürməyin hökmü:

"əl-Hidayə"də, belə deyilir:

Dövlət başçısı mürtədə tövbə təklif etmədən biri onu öldürəcək olsa, bu, məkruhdur. Qatilə də, bir şey yoxdur. Burda məkruhluğun mənası, müstəhəbliyin tərki və təzminatın mövcud olmaması deməkdir. Çünki küfr, qətli mübah qılan bir şeydir. Dəvətin çatmasından sonra tövbə təklif etmək, vacib deyildir.

ibnu'l-Hümam, "Fəthu'l-Qadir"də belə deyir:

Burda bəhsi edilən məkruhluq, tənzihən məkruhluqdur. Tövbə təklif etməyi vacib qəbul edənlərə görə isə, təhrimən məkruhdur.

Tahavi şərhində, belə deyilir:

"Bir kimsə, dövlət başçısının icazəsi olmadan mürtədi öldürəcək olarsa, tədib edilər." (Tahavi, "Məani'l-Asar", V, 310)

Deyirəm:

Mürtədə tövbə təklif etmədən onu öldürməyin caiz olmasının dəlili, əbu Musa və Sad (radiyallahu anhuma)'nın daha əvvəl keçən felidir. Ömər, bunların etdikləri felə, hər hansı bir şey (yəni, mükəlləfiyyət) gətirməmişdi. Bu, bizə, təzminatın olmadığını göstərməkdədir. Bil!

-----------------------

-----------------------

4282. Osman'ın,

Səid b. əbi Arubə ---> əbu'l-Ələ ---> əbu Osman ən-Nəhdi

isnadı ilə nəqlinə görə,

Əli (radiyallahu anh), müsəlman olduqdan sonra kafir olan bir adama, 1 ay müddətlə tövbə təklif etdi. Adam İslamdan üz döndərincə, onu öldürdü.

Xəbəri, Abdu'r-Razzəq nəql etmişdir. (ibn Hazm, "əl-Muhalla", Xl, 191) ibn Hazm, bu xəbərin hər hansı bir illəti olduğunu bildirməmişdir.

Bu xəbər, mürtədə 3 gündən çox vaxt veriləcəyinə dəlildir.

--------------------------

--------------------------

4283. Ma'mər'in,

Əyyub ---> Humeyd b. Hilal isnadı ilə əbu Burdə'dən nəqlinə görə,

əbu Musa əl-Əşari'nin yanına, Yəmən'dən, Muaz b. Cəbəl gəldi. Bu vaxt, yanında bir adam var idi.

- Muaz (radiyallahu anh), Ondan, "Bu, nədir?" deyə soruşdu.

- əbu Musa (radiyallahu anh): "Bu adam, yəhudi idi. Müsəlman oldu; sonra da təkrar yəhudi oldu. Biz, onun, -ravi: 'Zənn edirəm, 2 aydan bəri.' deyir- İslama girməsini istəyirik."

- Bunun üzərinə, Muaz b. Cəbəl, belə dedi: "MaazAllah (Allah qorusun)! Bunun boynunu vurmadıqca, oturmayacam."

Bunun üzərinə, adamın boynu vuruldu. Sonra Muaz, belə dedi: "Allahın və rəsulunun qəzası (hökmü), budur."

 

Xəbəri, Abdu'r-Razzəq nəql etmişdir. (ibn Hazm, "əl-Muhalla", Xl, 191)

Xəbərin bütün raviləri, siqadırlar. Bu xəbərin əsli, Buxari və Muslim'də, 2 aylıq bir tövbə təklif müddəti zikr edilmədən yer almaqdadır. Xəbəri, əbu Davud, bir neçə təriqdən rəvayət etmişdir. Bu rəvayət yollarından birinə görə, o şəxs, daha əvvəl, özünə tövbə təklif edildikdən sonra öldürülmüşdür. Bəzilərində isə, əbu Musa (radiyallahu anh), onu, İslama dəvət etmiş və 20 gecə və ya buna yaxın bir müddətlə İslamı qəbul etməyincə, Muaz (radiyallahu anh) gəlib, onu dəvət etmiş; Muaz'ın təklifini rədd edincə, boynu vurulmuşdur. əbu Davud, belə deyir:

Bu xəbəri, Abdu'l-Məlik b. Umeyr, əbu Burdə'dən nəql etməkdədir. Ancaq o, tövbə təklif etməkdən bəhs etmir.

ibn Fudayl'ın, Şeybani'dən etdiyi nəql də, belədir. əl-Məsudi, bəhsi keçən hadisəni, əl-Qasım b. Abdu'r-Rahmən'dən belə nəql edir:

Muaz, o adamın boynu vuruluncaya qədər, yerə enmədi. Özünə, tövbə də təklif edilmədi.

"Fəthu'l-Bari"(Xl, 243) də belədir.

Hafiz ibn Həcər, tövbə təklif etməkdən bəhs edən xəbərləri, bəhs etməyənlərə tərcih etməkdədir. Eyni şəkildə, bunu, tövbə təklif etməkdən bəhs etməyən Məsudi'nin rəvayətinə də tərcih edir.

 

Mürtədə, 3 gündən çox möhlət verilərmi?

Məzhəbin (yəni, Hənəfi məzhəbinin) zahirinə görə, mürtədə bu müddətdən daha çox möhlət, verilməz. Çünki, öyrəndik ki, mürtədə möhlət vermək, əslə müxalifdir. Veriləcək müddət xüsusunda rəvayətlər fərqli olunca, qəti olanı, yəni, 3 günlük müddəti əsas götürmək, münasib olar. Çünki, bəhsi keçən zaman dilimi, üzrləri bildirmək üçün təyin edilmiş olan bir müddətdir.

~ Bunun dəlili, muxayyərlik (tərcihdə sərbəstlik) xüsusunda rəvayət edilən Hibban b. Munqiz hədisidir. Bu hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Hibbana, aldanmasını əngəlləmək üçün, 3 günlük bir düşünmə müddəti gətirmişdir.

~ Bir başqa dəlil isə, Musa (əleyhissəlam) ilə saleh qul (Xızır) arasındakı hekayədir. Quranda, Musa'nın bu sözünə yer verilir:

تُصَـٰحِبْنِى ۖ قَدْ بَلَغْتَ مِن لَّدُنِّى عُذْرًا

"Musa dedi: 'Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən, artıq Mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın." (Kəhf/76)

(Dolayısı ilə, özünə 3 günlük müddət verilən şəxs, üzrlərin sonuna çatmış, deməkdir.)

Bu xəbər, Ömər (radiyallahu anh)'dan nəql edilmişdir. (Yəni, Osmandan, bundan da əlavə, mürsəl olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəql edilmişdir.)

Bu, mühəqqiq (yəni, ibnu'l-Hümam) tərəfindən də, "Fəthu'l-Qadir"da (V, 308) ifadə edilməkdədir.

Bu, bizə, 3 gündən daha çox müddət verməyə ehtiyac olmadığını göstərir.

Digər tərəfdən, rəvayətlərdə, Əli və əbu Musa (radiyallahu anhuma)'nın, mürtədə tövbə təklif edib, İslama girməsini istədikdən sonra, 1 və ya 2 ay müddət verdikləri (məlumatı), mövcud deyildir. Mürtədə bu qədər müddət verilməsi, ona nisbət edilən bu şeyi (yəni, küfrü) təsbit etmək və incələmək səbəbilə olma ehtimalı vardır. Bu mövzuda, hər hansı bir ixtilaf yoxdur. Bizim üzərində durduğumuz, insanın, mürtədliyi, öz iqrarı ilə və ya adil bir bəyyinə ilə sabit olması halında bəhs mövzusudur. Bu halda, dövlət başçısı, onu gətirər, özünə İslamı təklif edər. Əgər qəbul etməzsə, 3 gün müddət verilər.

Geriyə, cavablanması lazım gələn bir xüsus qalır. O da, budur:

Dövlət başçısı və ya onun naibi, mürtədə, 1 və ya 2 ay kimi 3 gündən çox müddət verdiyində, İslama geri dönəcəyi ümidini daşıdığında, özünə bu qədər müddət verilə bilərmi, verilə bilməzmi?

Mən, bu sualın cavabını, müctəhidlərimizin kitablarında, açıq olaraq görə bilmədim. Qaydalar gərəyi, belə bir müddətin tanınmasının müsəlmanlara xeyri toxunacaqsa, dövlət başçısının belə bir səlahiyyəti olduğu yönündədir. Çünki, məsələni 3 günlə təqyid etmək, daha çoxuna ehtiyac olmadığından dolayıdır. Belə bir ehtiyac gerçəkləşdiyi təqdirdə, əlavə müddət caiz olar.

Elə başa düşülür ki, bu rəvayətlərdə yer alan 1 və ya 2 ay ertələmə, alimlərimiz nəzdində, bunda müsəlmanların faydası varsa və ya mürtədin İslama dönmə ümidi mövcuddursa, caizlik mənasına həml edilmişdir. Allah Taala, ən doğrusunu bilir.

---------------------------

---------------------------

Zındığa tövbə təklif edilməyəcəyi:

Bu babda, küfrünü gizləyib müsəlman görünən zındığa tövbə təklif edilməyəcəyi ələ alınacaqdır.

4284. Sevri'nin, əbu İshaq'dan nəqlinə görə,

Harisə b. Mudarrib, Abdullah b. Məsud (radiyallahu anh)'ın yanına gəlib, "Məndə, heç bir ərəbə qarşı düşmənlik yoxdur. Hənifə oğullarının məscidinə getdim. Bu vaxt (gördüm ki), müseylimə'yə iman edirlər." dedi. Bunun üzərinə, ibn Məsud, (hüzuruna gətirilmələri üçün) onlara xəbər göndərdi. (Qısa bir müddət sonra), onların hamısı, (ibn Məsudun yanına) gətirildilər.

- Abdullah b. Məsud, ibn Nəvvaha'dan başqa, hamısından tövbə etmələrini istədi və ibn Nəvvaha'ya dönərək, "Sən, müseylimə'nin elçisi olaraq gəldiyin vaxt, Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, (sənə xitabən): 'Əgər sən, elçi olmasaydın, boynunu vurardım.' deyərkən eşitdim. Sən, bu gün, (artıq) elçi deyilsən. 'Zahir etdiyin İslamın harda qaldı?" dedi.

- ibn Nəvvaha, "Onunla, sizə qarşı təqiyyə edirdim." deyincə,

ibn Məsud, Qaraza b. Ka'b'a, (ibn Nəvvaha'nı öldürməsi üçün) əmr verdi. (Qaraza da), küçədə onun boynunu vurdu. Sonra (ibn Məsud və ya Qaraza): "Kim, ibn Nəvvaha'nı küçədə ölü olaraq görmək istəyirsə, (getsin onu küçədə ölü olaraq görsün)." dedi.

 

Bu xəbəri, Cəssas (əl-Hənəfi), "Əhkamu'l-Quran"ında (ll, 287) rəvayət etmişdir. Burda zikr edilən isnad, səhihdir. Bir mühəddis, isnad əhlindən, sağlam olmayan ravidən başqasını isqat etməz (salmaz, düşürməz). Bu xəbərin əsli, əbu Davud'un "Sünən"ində ("Cihad", 154) yer almaqdadır. Ancaq, "İzhar etdiyin İslamın harda qaldı?" cümləsilə, "Onunla, sizə qarşı təqiyyə edirdim." cümləsi, yer almamaqdadır.

Xəbəri, əl-Əsrəm, öz isnadı ilə, Zabyan b. Umara'dan, belə nəql edir:

Sa'd oğullarından biri, Hənifə oğullarının məscidinə gedir...

Zabyan b. Umara, bundan sonra hədisi zikr edir.

Bu rəvayətdə, belə bir cümlə vardır:

Onlar, ibn Məsud'un yanına gətirilincə, tövbə edirlər. İbn Məsud, onları buraxır. Ancaq içlərindən, adı ibn Nəvvaha olanı buraxmır. ibn Məsud, ona:

"Bir dəfə səni gətirtdiyimdə, tövbə etdiyini iddia edirdin. Görürəm ki, ondan dönmüsən." deyir və onu öldürür.

ibn Qudamə'nin "əl-Muğni"sində (l, 79) də, belədir.

Bu xəbəri, Tahavi (ll, 121) və Darimi, ibn Mair əs-Sa'di'dən "Məcmau'z-Zəvaid"də bildirdiyi üzərə, bundan daha geniş olaraq nəql etmişdir. "Məcmau'z-Zəvaid"də, xəbər, Əhməd b. Hənbəl'ə nisbət edilmişdir. Heysəmi, belə deyir:

"ibn Mair'in, kim olduğunu bilmirəm. Rəvayətin digər raviləri, siqadırlar."

Cəssas, "Əhkamu'l-Quran" adlı əsərində (təfsirində), belə deyir:

Zındığın tövbəsinin qəbul edilməyəcəyi görüşündə olanların dəlili, bu rəvayətdir. Səbəbinə gəlincə, Abdullah (radiyallahu anh), inkarlarını izhar etməkdə olan kimsələr hüzuruna gəldiklərində, onlara tövbə təklif etmiş; ibn Nəvvaha'ya isə etməmişdir. Çünki o, küfrünü gizlədiyini və təqiyyə olsun deyə imanlı göründüyünü iqrar etmişdir. ibn Məsud, onu, səhabələrin qarşısında öldürmüşdür. Çünki hədisdə, ibn Məsud'un, bunlar haqqında, səhabələrlə istişarə etdiyi ifadə edilməkdədir.

Tahavi, "Məani'l-Asar"da (ll, 121), belə deyir:

"ibn Məsud, ibn Nəvvaha'nı öldürmüş, tövbəsini də qəbul etməmişdi. Çünki bilirdi ki, onun əxlaqı, belədir: ələ keçdiyində, tövbəsini izhar edir; buraxıldığında isə, əvvəl gizlədiyinə (yəni, küfrünə) qayıdır."

Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir:

Zındıqların tövbə təklif edilmədən öldürüləcəkləri xüsusuna, Əli (radiyallahu anh) hədisi, dəlil olaraq gətirilmişdir. Ancaq bu rəvayət, bəzi rəvayət yolları cəhətindən, tənqid edilmişdir. Necə ki, daha əvvəl, Əli (radiyallahu anh)'ın, onlara tövbə təklif etdiyi keçmişdi.

(Deyirəm:

Lakin, tövbə təklifi məsələsi, ibn Məsud'un burdakı rəvayətində, mövcud deyildir.)

Daha əvvəl onların tövbələrinin mütləq olaraq qəbul ediləcəyi şəklində keçən hökmdə olduğu kimi, imam Şafi'nin görüşü, bu yöndədir. Şafi, belə deyir:

"Bir mürtədə tövbə təklif ediləcəyi kimi; zındığa da edilər."

Əhməd b. Hənbəl və imam əbu Hənifə'dən, bu mövzuda 2 rəvayət nəql edilir. Bunlardan:

~ birinci görüşə görə, zındığa tövbə təklif edilməz;

~ ikinci görüşə görə, (günahı) təkrarlanmışsa, tövbəsi qəbul edilməz. Leys və İshaq'ın görüşü də, budur.

Birinci görüş, Maliki'lərdən məşhur olaraq nəql edilən görüşdür. Rəvayət edildiyinə görə, Malik, "Zındıq tövbə edərək gələrsə, qəbul edilər. Əks təqdirdə, edilməz." demişdir. İmam əbu Yusuf'un görüşü də, budur.

Ustad əbu İshaq əl-İsfəraini, əbu Mansur əl-Bağdadi də, bunu tərcih etmişlərdir. Digər Şafii alimlərdən, zikr edilən görüşlər kimi, fərqli görüşlər də nəql edilmişdir.

"Zındığın tövbəsi qəbul edilməz." deyənlər, Allah Taala'nın bu ayəsilə istidlal etmişlərdir:

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ وَأَصْلَحُوا۟ وَبَيَّنُوا۟ فَأُو۟لَـٰٓئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

"Yalnız tövbə edənlər, əməllərini islah edənlər və haqqı bəyan edənlər, istisnadır. Mən, onların tövbəsini qəbul edərəm. Mən, Təvvab (tövbələri qəbul edən)'əm, Rahim'əm!" (Bəqərə/160)

Bu görüşdə olanlar, belə deyirlər:

Zındığın islah olduğundan xəbərdar olunmaz. Çünki fəsad, onun gizlədiyindədir. Onun bu halından xəbərdar olunduğunda və fəsadından vaz keçdiyini ortaya qoyduğunda, o, öz halı haqqında, ortaya çox şey qoymuş olmaz. İmam Malik, zındığın tövbəsinin bilinməyəcəyi hökmünü çıxararaq, belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, münafiqləri öldürməməsinin səbəbi, qəlblərini İslama isindirmək üçün idi. Çünki, onları öldürsəydi, Öz biliyinə istinad edərək öldürmüş olacaqdı. Bu halda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onları başqa bir səbəblə öldürdüyünü söyləyənlərin çıxmayacağından əmin ola bilməzdi."

Onlara tövbə təklif ediləcəyi görüşünün dəlili isə, Allah Taala'nın, bu sözüdür:

... ٱتَّخَذُوٓا۟ أَيْمَـٰنَهُمْ جُنَّةً

"Andlarını qalxan edənlər..." (Münafiqun/2)

Bu, bizə, imanı ortaya qoymağın, insanı ölümdən qurtaracağını göstərir.

Biz isə, deyirik:

Bir kimsənin, imandan sonra mürtəd olduğundan xəbərdar olmadığımız müddətcə, buna qatılarıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm), münafiqlərdən şəxsən müəyyən bir şəxsin, imandan sonra mürtəd olduğundan xəbərdar ola bilməmişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), aralarından müəyyən olaraq bəlli olmayan top yekun və qeyr-i müəyyən bir qrupun münafiq olduğunu öyrənmişdi. Çünki Allah Taala, belə buyurur:

وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَـٰفِقُونَ ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ ۖ مَرَدُوا۟ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ

"Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar münafiqlikdə inadkarlıq göstərir, Sən isə, onları tanımırsan. Onları, Biz tanıyırıq." (Tövbə/101)

Bu mövzuda, ibn Hazm, əsəri "əl-Muhalla"da (Xl, 201), sözü çox uzatmışdır. Bütün müctəhidlər, dünya əhkamının, zahirə görə olduğu; və işin iç üzünü, sadəcə Allah'ın biləcəyi xüsusunda, icma etmişlərdir.

(Deyirik:

Bir kimsənin gizlicə kafir olduğunu öyrənsək və bunu gizlədiyinə adil bir dəlil mövcud olsa, onun zındıq olduğu ortaya çıxar. Belə bir kimsənin küfrü, ancaq Allah Taala'nın bilə biləcəyi sirlərdən olmaz. Çünki, "sərair/sirlər"in ölçüsü, heç kimin xəbərdar ola bilməyəcəyi şeylərdir. Bil!)

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Usamə (radiyallahu anh)'a: "Onun qəlbini yarıb baxdınmı?" demişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), birini öldürən adamdan, "O, namaz qılmırdımı?" deyə soruşmuş; adam, "Bəli." deyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Özlərini öldürməyin qadağan edilənlər, onlardır." demişdir.

əbu Səid (radiyallahu anh) hədisinin rəvayət yollarından biri isə, "Mən, insanların qəlbini açmaqla əmr olunmadım." demişdir. (Muslim, "Zəkat", 144) (ibn Həcər, "Fəthu'l-Bari", Xll, 241)

Deyirik:

Bütün bunlar, -xəbərlərin siyaqında baş sındıran kimsələrin açıqca başa düşəcəyi üzərə-, mürtədliyi təkrarlanmayan və imandan sonra küfrünü gizlədiyindən xəbərdar ola bilmədiyimiz kimsələr haqqındadır.

~ "əd-Durru'l-Muxtar"da, belə deyilir:

"Zındıqlıq səbəbilə küfrə girən şəxs haqqında da, hökm belədir. Yəni, onun tövbəsi yoxdur."

"Fəthu'l-Qadir"də, bu görüşün, zahiru'l-məzhəb olduğu ifadə edilməkdədir.

(ibn Abidin, belə deyir:

"Tövbəsi yoxdur.' sözündən məqsəd, -Peyğəmbərə söyəndə olduğu kimi- özündən, ölüm cəzasının qaldırılması xüsusunda tövbəsi qəbul edilməz, deməkdir.”)

~ Lakin, "əl-Fətəva əl-Xaniyyə"də (lll, 458), belə deyilir:

"Lakin bu kimsə, tövbə etməmişdən əvvəl tutulduğu və sonradan tövbə etdiyi təqdirdə, tövbəsi qəbul edilməz və öldürülər. Tövbə etdikdən sonra tutulduğunda, tövbəsi qəbul edilər."

~ Cəssas, "Əhkamu'l-Quran"da belə deyir:

Fəqihlər, mürtəd və zındığa tövbə təklif edilib-edilməyəcəyi xüsusunda, ixtilaf etmişlərdir. İmam əbu Hənifə, imam əbu Yusuf, imam Muhamməd və imam Züfər, "əl-Asl"da, belə deyirlər:

Mürtəd, özünə tövbə təklif edilmədikcə, öldürülməz. Bir kimsə, tövbə təklif etmədən bir mürtədi öldürəcək olsa, bir şey təzmin etməsi lazım gəlməz. Bişr b. Vəlid'in nəqlinə görə, imam əbu Yusuf, zahirən müsəlman görünən zındıq haqqında, imam əbu Hənifə'nin bu görüşünü nəql etmişdir:

"Zındığa, eynilə mürtəd kimi tövbə təklif edilər. Müsəlman olarsa, sərbəst buraxılar; olmazsa da, öldürülər."

İmam əbu Yusuf, "Bir vaxtlar, belə idi." demişdir. Lakin imam əbu Yusuf, zındıqların etdiyini görüb dindən döndüklərinə şahid olunca, belə dedi: "Görüşüm, budur: Mənə bir zındıq gətirildiyi təqdirdə, boynunun vurulmasını əmr edərəm. Özünə tövbə təklif etmərəm; ancaq mən, ölüm cəzasını yerinə yetirmədən; özü tövbə edəcək olsa, onu buraxaram."

Süleyman b. Şuayb'ın, atasından nəqlinə görə, imam əbu Yusuf, belə demişdir:

"Bir zındıq tövbə etdiyini iddia etsə, tövbəsini öyrənincəyə qədər, onu həbsə ataram." (Cəssas, "Əhkamu'l-Quran", ll, 286)

Burda, belə deyilə bilər:

ibn Məsud'un, ibn Nəvvaha'nı tövbə təklif etmədən öldürmə şəklindəki görüşü, elə görünür ki, ibn Məsud, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Əgər sən, elçi olmasaydın, boynunu vurardım." hədisindən hökm çıxararaq qətlinə hökm etmişdir.

Onu ələ keçirdiyində, elçilik illəti də ortadan qalxdığından dolayı, ölüm cəzasını yerinə yetirmişdir. Onun haqqında, digər mürtədlərə verdiyi hökmü vermədi. "Avnu'l-Mə'bud"da zikr edildiyi üzərə (lll, 39), Xattabi'nin də görüşü, budur.

Deyirik:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Əgər sən, elçi olmasaydın, boynunu vurardım." şəklindəki ifadəsi, ibn Nəvvaha'nın, müseylimətu'l-kəzzab'ın risaləti və peyğəmbərliyi haqqındakı ifadəsindən dolayıdır. Bu hal, tövbəsi və İslama girməsilə ortadan qalxar. ibn Məsud, ibn Nəvvaha'nın imandan sonra onu rədd etdiyinə dair dəlilləri görmədən əvvəl, sırf Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu sözü səbəbilə öldürməsi, mümkün deyildir. Əks təqdirdə, şahidlərin, özü əleyhinə şahidlik etmələrindən əvvəl, onu, özünün öldürməsi və qətlinə bir yol tapması, bəhs mövzusu olardı. Lakin ibn Məsud, ona, illərlə toxunmamışdı. Onun İslamı rədd etdiyindən xəbərdar olunca, özünün zındıq olması və ilk başdan qətl edilməyə haqq qazanmış olduğunu ortaya qoyması səbəbilə, onu tövbə etmədən öldürmüşdür. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in onu buraxması, elçi olmasından qaynaqlanırdı. Halbuki bu gün o, elçi deyildir; zındıqlığı sabit olmuşdur. Dolayısı ilə, buraxılmaz. Bil!

-------------------------

-------------------------

4285. Əli (radiyallahu anh)'ın yanına, xristiyan olmuş bir ərəb gətirildi. Əli, ondan, tövbə etməsini istədi. Adam tövbə etməyincə, onu öldürdü. Sonra Özünə, zındıqlardan namaz qılan bir qrup gətirildi. Zındıq olduqlarına, adil şahidlər şahidlik edib özləri də inkar edib: "Bizim, İslamdan başqa dinimiz yoxdur." dedilər. Əli (radiyallahu anh), onlara tövbə təklif etmədi, sonra isə, belə dedi: "Xristiyanlığa girənə, niyə tövbə təklif etdiyimi, bilirsinizmi? Ona tövbə təklif etdim. Çünki, dinini, açıqca ortaya qoydu. Əleyhlərinə dəlil olan zındıqlara gəlincə, onları öldürdüm. Çünki, əleyhlərinə dəlil olduğu halda, inkar etdilər."

Xəbəri, öz isnadı ilə, əl-Əsrəm rəvayət etmişdir. ibn Qudamə, "əl-Muğni"də, bu xəbərlə ihticac etmiş (hüccət gətirmiş)'dir.

Yuxarıdakı xəbər, zındıqlara tövbə təklif edilməyəcəyinə; tövbələrinin qəbul edilməyəcəyinə, açıq bir dəlildir. Bu xəbərdə, bir mürtədin irtidadını inkar etməsini tövbə olaraq qəbul edən və kəlime-i şəhadət söyləmədiyi müddətcə inkarından dönməsini məqbul saymayan ibn Qudamə'ni dəstəkləyəcək hər hansı bir tərəf yoxdur. Çünki xəbər, sırf zındıqlar haqqındadır. Onların hökümləri, digər mürtədlərin hökmlərindən fərqlidir. Digər tərəfdən, onun, imam əbu Hənifə'nin bəzi əshabından nəql etmiş olduğu "mürtədin irtidadını inkarının, İslama dönməkdə kifayət edici olduğu" şəklindəki görüşünə gəlincə, burda qəsd edilən, kəlime-i şəhadəti iqrarla bərabər, küfrü inkardır. Necə ki, bu hökm, əl-Hakim'in "Kafi"si ilə "Əşbah"la bərabər nəşr edilmiş "əl-Biri"də, açıqca ifadə edilməkdədir. (ibn Abidin, "Raddu'l-Muhtar", lll, 462)

-------------------------

-------------------------

Mürtədin İslam (a girməs)'i(nin necə olduğu); və tövbəsinin, digər dinlərdən və ya hansı dinə keçdisə, ondan bəri olduğunu söyləməsilə mümkün olduğu; və kəlime-i şəhadət gətirməsinin, (tövbə edib müsəlman olması) üçün kifayət etməyəcəyi babı:

4286. Zühri'nin, Ubeydullah b. Abdullah'dan nəqlinə görə,

Kufə'də, müseylimətu'l-kəzzab'a iman etmiş bəzi kimsələr ələ keçirildilər. Abdullah bunlar haqqında, Osman (radiyallahu anh)'a bir məktub yazdı. Osman (radiyallahu anh), Ona, belə cavab yazdı:

"Onlara, haqq dini və 'lə iləhə illəllah, Muhammədun rasulullah' şəhadətini ərz (təklif) et. Bunu və müseylimə'nin dinindən bəri olduğunu söyləyəni, öldürmə! Müseylimə'nin dinindən ayrılmayanı isə, öldür!"

Bunun üzərinə, onlardan bəzi adamlar, bunu qəbul etdilər və qurtuldular. Bəziləri isə, müseylimə'nin dinindən ayrılmadılar və öldürüldülər.

Xəbəri, Cəssas, "Əhkamu'l-Quran" adlı təfsirində nəql etmişdir. Yuxarıda isnadı keçən hədis, mürsəl-səhihdir.

Abdu'r-Razzəq, bu xəbəri,

Ma'mər ---> Zühri ---> Ubeydullah b. Abdullah ---> Atası ---> ibn Məsud (radiyallahu anh)

isnadı ilə, -bundan əvvəlki babda keçdiyi üzərə- mövsul olaraq nəql etmişdir.

Osman (radiyallahu anh)'ın, "Bunu və müseylimə'nin dinindən bəri olduğunu söyləyəni" şəklindəki ifadəsi, kəlime-i şəhadətlə bərabər bəri olduğunu söyləməyin, şərt olduğuna açıq bir dəlildir.

---------------------------

---------------------------

4287. əbu Bəkr b. əbi Şeybə'nin,

əbu Usamə ---> Bəhz b. Hakim ---> Atası ---> Babası

isnadı ilə nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Müsəlman olduqdan sonra Allaha şərik qoşan bir müşrik, kafirlərdən ayrılıb Müsəlmanlar (arasın)'a qatılmadıqca, Allah, onun heç bir əməlini qəbul etməz."

Xəbəri, ibn Macə ("Hüdud", 2) rəvayət etmişdir. Xəbərin isnadı, səhihdir.

Bəzi imamlar, bu əsərin Müqəddimə qismində keçdiyi üzərə, Bəhz'in, atası vasitəsilə babasından nəql etdiyi rəvayətləri, səhih qəbul etmişlərdir. Yuxarıdakı xəbəri, Tahavi, bu isnadla rəvayət etmişdir:

ibn Mərzuq'un,

Abdullah b. Bəkr ---> Bəhz b. Hakim ---> Atası

isnadı nəqlinə görə, Babası, belə demişdir:

"Dedim: 'Ey Allahın rəsulu! İslamın əlaməti, nədir?'

- O, belə buyurdu: 'Əsləmtu vəchi lilləhi və təxalləytu = Özümü, Allaha təslim etdim və (ona, yəni, İslama müxalif olan hər şeydən) ayrıldım.' deməyin və namaz qılmağın, zəkatı verməyin və müşriklərdən ayrılıb müsəlmanlar (arasın)'a qatılmağındır."

Xəbərin isnadı, səhihdir.

Bəziləri, hədisdəki "mufaraqa=ayrılma" kəliməsini, müşriklərin yurdundan Müsəlmanların yurduna hicrət etmə şəklində təfsir etmişlərdir. Lakin bu, uzaq bir ehtimaldır. Çünki, hicrətin vacibliyi, insanın, daru'l-harb'da dinini yaşamaq imkanı tapa bilmirsə, Müsəlman və mürtəd hər kəs üçün bəhs mövzusudur. Bu halda, burdakı "mufaraqa" kəliməsini, mürtədə dair xüsusi bir mənaya həml etmək lazımdır. Bu da, mürtədin, kafirlərin dinindən bəri olub; onların inanclarından, geyimlərindən ayrılıb İslam əqidəsinə və Müsəlmanların geyimlərinə girməklə mümkün olur. Tahavi, belə deyir:

"Muaviyə b. Haydə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən İslamın əlamətini soruşduğunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona: 'Özümü, Allaha təslim etdim və (ona, yəni İslama müxalif olan hər şeydən) ayrıldım.' deməsini əmr etmişdir. Burdakı 'ət-təxəlli = ayrılmaq' kəliməsi, dinləri tərk edərək, Allaha qayıtmaq mənasındadır. Beləcə, İslamdan başqa hər cür dindən ayrıldığını ifadə etməyən kimsənin, İslama girdiyinin bilinməyəcəyi sabit olur. İmam əbu Hənifə, əbu Yusuf və Muhamməd'in görüşləri də, budur." (Tahavi, "Məani'l-Asar", ll, 124)

"əl-Hidayə" adlı əsərdə, belə deyilir:

Mürtədin tövbə şəkli, -İslam xaric- bütün dinlərdən bəri və uzaq olduğunu ifadə etməsidir. Çünki, onun dini yoxdur. Mürtəd, keçdiyi inancdan bəri olduğunu ifadə etdiyi təqdirdə, məqsəd hasil olduğu üçün, bu da kifayət edir. ibnu'l-Hümam, "Fəthu'l-Qadir"də (V, 309), belə deyir:

~ Bəziləri, "Mürtədin 'Tövbə etdim və İslam dininə döndüm. Mən, İslam xaric hər cür dindən bəriyəm.' deməsi lazımdır." deyərkən;

~ Bəziləri də, belə demişlərdir: "Lakin bu, onun, kəlime-i şəhadət gətirməsindən sonra bəhs mövzusudur. Öldükdən sonra dirilmə və axirət inancını iqrarı isə, müstəhəbdir."

3 imamın görüşü də, budur. ("Fəthu'l-Qadir", V, 309)

Deyirəm:

Mürtədin başqa dinlərdən bəri olduğunu ifadə şərti, sadəcə İslama girməsi halında lazımdır. Əvvəldən bəri kafir olan bir kimsənin Müsəlman olması halında isə, "lə iləhə illəllah" deməsi, kifayət edir.

~ "Muhammədun, Rasulullah" deməsi; və ya

~ "Mən, müsəlmanam." ;və ya

~ "Muhammədin dininə girdim."

deməsi də, kifayət edir. Necə ki, "Fəthu'l-Qadir", "Raddu'l-Muhtar", "əl-Bəhru'r-Raiq"də, bu məsələ, daha çox açıqlamağa ehtiyac qalmayacaq şəkikdə, təfsilatı ilə ifadə edilmişdir. ibn Qudamə, "əl-Muğni" adlı əsərində, belə deyir:

"Mürtədin başqa dinlərdən bəri olduğunu ifadə şərti, küfrü, Allahın vahdaniyyətini (birliyini) və ya Muhamməd (sallallahu aleyhi və səlləm)'in risalətini inkar xaricində və ya hər ikisini inkar şəklində olduğunda bəhs mövzusudur. Buna müqabil olaraq, küfrü, bunlardan birini və ya hər ikisini inkar şəklində olduğunda, 'lə iləhə illəllah, Muhammədun rasulullah' deyə kəlime-i şəhadət gətirdiyində, əleyhinə gətirilən şəhadətin sihhətini izhar etməyə ehtiyac yoxdur, buraxıla bilər." ("əl-Muğni", X, 100)

Deyirəm:

Elə başa düşülür ki, məzhəbimizə görə, insanın başqa dinlərdən bəri olduğunu ifadə etmə şərti, başqa bir din mənimsədiyi halda bəhs mövzusu olur. Başqa bir din mənimsəməmişdirsə, yəni, küfrü, dilində cərəyan edən inkar kəliməsini tələffüz etmə şəklindədirsə, o vaxt, təbərriyə ehtiyac yoxdur. Çünki, təbərri şərti, başqa bir dinə keçən kimsə ilə bağlı olaraq gətirilmişdir. Bu da, o kimsəyə, dünya hökmlərini tətbiq etmək üçün şərtdir. Axirət hökmləri cəhətində, qısaca kəlime-i şəhadət gətirməsi, kifayət edir. (ibn Abidin, "Raddu'l-Muhtar", lll, 442)

Mətndə zikr etdiyimiz xəbərlərin hamısı, çox açıqdır, ki, bu, başqa bir dini mənimsəyək kimsələr haqqındadır. Ən doğrusunu, Allah Taala bilir.

-----------------------------

-----------------------------

Not: Daha sonra, şeyximiz Təhanəvi, burda, irtidad edən qadınların öldürülməyəcəyini, həbs ediləcəklərini və sadəcə İslama girməyə məcbur ediləcəklərini ifadə edən hədislərə yer verməkdədir. Biz, bu qismi keçirik.

-----------------------------

-----------------------------

Not: Bundan sonra, şeyx, "Zimmi'nin, batil bir dindən yenə batil digər bir dinə keçməsi halında öldürülməyəcəyi" adı altında bir başlıq açır və məzhəbimizin dəlillərini zikr edir. Biz, bu qismi də keçirik.

-----------------------------

-----------------------------

Not: Bundan sonra, şeyx, "Bir mürtəd öldürüldüyündə; və ya öldüyündə; ya da daru'l-harb'a qatıldığında, malının necə bölüşdürüləcəyi" babı altında, məzhəbin dəlillərini zikr edir.

Haşiyə:

Mürtədin mirası, müsəlman uşaqlarına aiddir.

------------------------

------------------------

Mürtədlərdən, ancaq İslam'ın qəbul ediləcəyi:

Bu babda, mürtədlərdən, ancaq İslamın qəbul ediləcəyi; etmədikləri təqdirdə qılıncdan keçiriləcəkləri; döyüşə qatıldıqları təqdirdə, qadınlarının və uşaqlarının əsir alınacağı ələ alınacaqdır.

4310. ibn Abbas (radiyallahu anh)'ın mərfu olaraq rəvayət etdiyi xəbərə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Dinini dəyişdirəni, öldürün!"

Bu xəbəri, Buxari nəql etmişdir. Daha əvvəl, bu xəbər haqqında keçdi.

-----------------------

-----------------------

4311. Muaz (radiyallahu anh)'ın, əbu Musa (radiyallahu anh)'ın yanına gəldiyindən bəhs edən hədisdə, belə bir hadisə keçir:

əbu Musa, Muaz'ın ayağı altına bir (yastıq) qoyur və ona: "Miniyindən en və (otur)!" deyir. əbu Musa'ın yanında, sıxca bağlanmış bir adam olur. Muaz, əbu Musa'dan: "Bu, nədir?" deyə soruşur. əbu Musa: "O, yəhudi idi. İslama girdi, sonra da yenə yəhudi oldu." deyir. əbu Musa, Muaza: "Otur!" deyir. Muaz isə, 3 dəfə, "Allah və rəsulunun hökmünü qəza etməyincə, oturmaram." deyir. Bunun üzərinə, əbu Musa, onunla bağlı əmrini verir, o mürtəd də öldürülür.

Xəbər, muttəfəqun aleyh'dir. (Buxari, "İstitabətu'ı-Mürtəddin", 2)

Əhməd b. Hənbəl'in rəvayətinə görə, Muaz, "Allah və rəsulunun hökmü olaraq, dinindən dönəni öldürün." demişdir.

Yuxarıdakı 2 xəbər, mürtədin öldürüləcəyinə, açıq bir dəlildirlər. Əsir almaq və cizyə qoymaq, onun yaşadılmasını gərəkdirir. Bu isə, əmrə müxalif olduğu üçün, caiz deyildir. Bundan dolayı, dövlət başçısının mürtədlərlə sülh razılığı etməsi, caiz deyildir. Ancaq, müsəlmanların gücü və qüvvəti yoxdursa, onlarla sülh razılığı etməkdə, hər hansı bir beis yoxdur. Bu hökmü, imam Muhamməd, "Siyəru'l-Kəbir"ində (lV, 3) zikr etmişdir. Siyər alimlərinin zikr etdikləri bu hadisə, məhz bu mənaya həml edilir.

Huzeyfə və İkrimə b. əbu Cəhil, Osman tərəfdarları ilə, irtidad edində döyüşür və onları məğlubiyyətə uğradırlar. Sonra onlar, Duba şəhərinə girir və burda, özlərini qoruma altına alırlar. Bu mühasirə, özlərini gücdən saldığınsa, onlarla sülh razılığı istəyirlər. Huzeyfə, onlara, şəhərdən silahsız olaraq çıxmaları şərtini gətirincə, bunlar tabe olurlar. "Nasbu'r-Rayə"də (ll, 155), belə qeyd edilmişdir.

əl-Əş'as b. Qays əl-Kindi'nin həya etməsinə gəlincə, o, irtidad etdiyi üçün deyil, malına düşgün olduğu üçün belə etmişdir. Özü əsir olaraq gətirildiyində, belə deyir:

"Ey Allah rəsulunun xəlifəsi! Mən, müsəlman olduqdan sonra, küfrə girmədim. Lakin, malım haqqında paxıllıq etdim."

Bunun üzərinə, əbu Bəkr (radiyallahu anh), onu buraxdı; tövbəsini qəbul etdi; və onu, bacısı ümmü Fərvə binti əbu Quhafə ilə evləndirdi.

Bu hadisəyə, Vaqidi, "Tarix"ində yer vermişdir. ("Nasbu'r-Rayə", ll, 154)

Qısacası, mürtəd, -ibn Qudamə'dən daha əvvəl nəql etdiyimiz üzərə- müsəlmanların icması ilə, öldürülər. Bəzi fəqihlərimiz, onların əsir alınmasının caiz olmadığına, Allah Taala'nın bu ayəsilə istidlal etmişlərdir:

قُل لِّلْمُخَلَّفِينَ مِنَ ٱلْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُو۟لِى بَأْسٍ شَدِيدٍ تُقَـٰتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ

 ۖ"Geri qalan bədəvilərə de: 'Siz çox qüvvətli bir tayfaya qarşı döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar." (Fəth/16)

Bəziləri, ayədəki "yuslimun" kəliməsinin mənasını, "müsəlman oluncaya qədər" mənasına həml etmişlərdir. Bunlar, ibnu'l-Munzir və Taberani'nin, əz-Zühri'dən nəqlinə görə, Bənu Hənifə, müseylimə və qövmü; və Yəmamə əhlidirlər. Alimlər, bu xüsusda ittifaq etmişlərdir. Ondan nəql edilən bir rəvayətə görə isə, bunlar, mürtəddirlər.

Xəbərin bir bənzəri, Kəlbi'dən də nəql edilmişdir. Rafi b. Xadic'eın belə rəvayət edilir:

Biz, əvvəllər, bu ayəni oxuyar; ancaq qəsd edilənlərin kim olduqlarını, əbu Bəkr, Bənu Hənifə ilə döyüşüməyə dəvət edənə qədər, bilməzdik. Sonra öyrəndik ki, qəsd edilənlər, bunlardır.

Bu kimsələrin kim olduqlarına dair iləri sürülən görüşlərin ən məşhuruna görə, bunlar, Bənu Hənifə'dir. "Ruhu'l-Məani"də (lX, 93-94) belə qeyd edilmişdir.

Ayətin mənasına gəlincə, bunlar üçün, 2 şey mümkündür:

1. Ya özlərilə döyüşmək;

2. Ya da müsəlman olmaları.

Bununla bərabər 3-cü bir görüşə yer yoxdur.

Ərəb dilində, "əv/və ya" ətf hərfi, şübhə ifadə etmək üçün deyil; fərqlilik və hasr ifadə etmək üçündür. Ubeyy və Zeyd b. Əli'nin "nun" hərfini gizləyərək "əv yuslimu" şəklindəki qiraətləri də, bunu göstərir. Çünki "nun" hərfinin düşməsi, nasb edici bir ədatdan dolayıdır. Bu da, orda, "ən" və ya "illə" kəliməsinin mövcud olmasını gərəkdirir. Buna görə, məna, "illə ən yuslimu = müsəlman olmaları xaric" demək olur ki, bu, hasr ifadə edir; ya da "ilə" mənasındadır ki, "ilə ən yuslimu = müsəlman olana qədər" demək olur. Bir üçüncü ehtimala da, "ğayə" mənasını ifadə edir ki, bu da, "döyüşün, müsəlman olmadıqca bitməməsini" gərəkdirir. Bu da, -ifadə edildiyi üzərə- hasr mənasına gəlir.

Buna görə, o kimsələrin, mürtəd və ya ərəb müşrik olmaları, açıq hala gəlir. Çünki, özlərindən, İslamdan başqa bir şeyin qəbul edilmədiyi; müsəlman olmadıqları təqdirdə, qılıncın işə düşdüyü; və bununla hərabər, üçüncü bir həll yolunun olmadığı kimsələr, mürtədlərlə ərəb müşriklərdir. Bunların xaricindəki kafirlərin əsir alınması caiz olduğu kimi; özlərinə cizyə də qoyula bilər. Ayədəki "İslam" kəliməsini, "boyun əymək""əl-qövm" kəliməsini, rum və fars şəklində təfsir edənlər, ayənin ilk ağla gələn zahiri mənasına müxalifdirlər. Allah Taala, ən doğrusunu bilir.

---------------------

---------------------

4312. Vaqidi'nin, Riddə babında nəqlinə görə,

Xalid b. Vəlid (radiyallahu anh), Hənifə oğullarının qadınları və uşaqlarını əsir aldı. Ümmü Muhamməd b. əl-Hənifə və ümmü Zeyd b. Abdullah b. Ömər, bu əsirlər arasında idilər.

Siyər kitablarında, Əbu Bəkr (radiyallahu anh)'ın, dindən dönənləri öldürdüyü; qadınlarını əsir aldığı və öldürmədiyi, məşhurdur. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", ll, 173)

Bütün bunlar, "Dindən dönən qadının öldürülməyəcəyi" babında, -daha əvvəl- keçmişdi.

Yuxarıdakı xəbər, mürtədlərin qadınlarının və uşaqlarının öldürülməyəcəyinə, açıq dəlildir.

(Təhanəvi, "İ'lau's-Sünən")

-----------------

-----------------

-----------------

ll. Mürtədin öldürülməsindəki hikmətlər

Ustad Bədiüz-zaman Said Nursi'nin bəyanları:

Malûmdur ki, âlâ birşey bozulsa, ednâ birşeyin bozulmasından daha ziyade bozuk olur. Meselâ, nasıl ki süt ve yoğurt bozulsalar yine yenilebilir. Yağ bozulsa yenilmez, bazan zehir gibi olur. Öyle de, mahlûkatın en mükerremi, belki en âlâsı olan insan, eğer bozulsa, bozuk hayvandan daha ziyade bozuk olur. Müteaffin maddelerin kokusuyla telezzüz eden haşarat gibi ve ısırmakla zehirlendirmekten lezzet alan yılanlar gibi, dalâlet bataklığındaki şerler ve habis ahlâklarla telezzüz ve iftihar eder ve zulmün zulümatındaki zararlardan ve cinayetlerden lezzet alırlar, adeta şeytanın mahiyetine girerler. Evet, cinnî şeytanın vücuduna kat'î bir delili, insî şeytanın vücududur. (Ləmalar, 13-cü Ləma, s. 83)

Yəni:

Məlumdur ki, ən üstün bir şey xarab olsa, ən aşağı bir şeyin pozulmasından daha çox xarab olar. Məsələn, necə ki, süd və qatıq xarab olsalar, yenə də yeyilə bilərlər. (Lakin) yağ xarab olsa, yeyilməz; bəzən də zəhər kimi olar. Elə də, məxluqatın ən mükərrəmi (yəni, özünə ən çox ikram ediləni), hətta ən üstünü olan insan, əgər xarab olsa, xarab heyvandan daha çox xarab olar. Çürümüş maddələrin qoxusu ilə ləzzətlənən həşəratlar və dişləməklə zəhərləndirməkdən ləzzət alan ilanlar kimi, dəlalət bataqlığındakı şərlər və xəbis əxlaqlarla ləzzətlənər və iftixar edər və zülmün zülmətindəki zərərlərdən və cinayətlərdən, ləzzət alar, sanki şeytanın mahiyyətinə girərlər. Bəli, cinni (yəni, cinlərdən olan) şeytanların varlığına qəti bir dəlil, insi (insanlardan olan) şeytanların varlığıdır.

-----------------------------

İslâmiyet sair dinlere kıyas edilmez. Bir Müslüman, İslâmiyetten çıksa ve dinini terk etse, daha hiçbir peygamberi kabul edemez. Belki Cenâb-ı Hakkı dahi ikrar edemez ve belki hiçbir mukaddes şeyi tanımaz; belki kendinde kemâlâta medar olacak bir vicdan bulunmaz, tefessüh eder. Onun için, İslâmiyet nazarında harbî kâfirin hakk-ı hayatı var. Hariçte olsa, musalâha etse; dahilde olsa, cizye verse İslâmiyetçe hayatı mahfuzdur. Fakat mürtedin hakk-ı hayatı yoktur. Çünkü vicdanı tefessüh eder, hayat-ı içtimaiyeye bir zehir hükmüne geçer. Halbuki, Hıristiyanın bir dinsizi, yine hayat-ı içtimaiyeye nâfi bir vaziyette kalabilir. Bazı mukaddesâtı kabul eder ve bazı peygamberlere inanabilir ve Cenâb-ı Hakkı bir cihette tasdik edebilir. (Məktubat, 29-cu Məktub, s. 420-421)

Yəni:

İslam, sair dinlərə qiyas edilməz. Bir müsəlman İslamdan çıxsa və dinini tərk etsə, daha heç bir peyğəmbəri qəbul edə bilməz. Hətta, Cənabu'l-Haqq'ı (yəni, Allahı) da iqrar etməz; və hətta, heç bir müqəddəs şeyi tanımaz; hətta, özündə, kamilliyə səbəb olacaq bir vicdan mövcud olmaz, çürüyər. Onun üçün, İslam nəzərində, hərbi kafirin həyat haqqı vardır. (Hərbi kafir):

~ xaricdə (yəni, daru'l-İslam'ın xaricində) olsa, (müsəlmanlarla) barışsa (yəni, sülh razılaşması əldə etsə);

~ daxildə (yəni, daru'l-İslam'da) olsa, cizyə versə,

onun (yəni, hərbi kafirin) həyatı, məhfuz (qorunmuş) olacaqdır.

Lakin, mürtədin, həyat haqqı yoxdur. Çünki, vicdanı çürüyər, ictimai həyata bir zəhər hökmünə keçər.

Halbuki, xristiyanın bir dinsizi, yenə ictimai həyata faydalı bir vəziyyətdə qala bilər. Bəzi müqəddəs şeyləri qəbul edər və bəzi peyğəmbərlərə inana bilət və Cənabu'l-Haqq'ı bir cəhətdə təsdiq edə bilər.

---------------------------

Ey nefis! Ehl-i dünyaya, hususan ehl-i sefahete, hususan ehl-i küfre bakıp, surî ziynet ve aldatıcı gayr-ı meşru lezzetlerine aldanıp taklit etme. Çünkü sen onları taklit etsen, onlar gibi olamazsın. Pek çok sukut edeceksin. Hayvan dahi olamazsın. Çünkü senin başındaki akıl, meş'um bir âlet olur; senin başını daima dövecektir.

Meselâ, nasıl ki bir saray bulunsa, büyük bir dairesinde büyük bir elektrik lâmbası bulunur. O elektrikten teşa'ub etmiş ve onunla bağlı küçük küçük elektrikler, küçük menzillere taksim edilmiş. Şimdi, birisi o büyük elektrik lâmbasının düğmesini çevirip ziyayı kapatsa, bütün menziller derin bir karanlık içine ve bir vahşete düşer.

Ve başka sarayda, büyük elektrik lâmbasıyla merbut olmayan küçük elektrik lâmbaları, her menzilde bulunuyor. O saray sahibi büyük elektrik lâmbasının düğmesini çevirerek kapatsa, sair menzillerde ışıklar bulunabilir, onunla işini görebilir; hırsızlar istifade edemezler.

İşte, ey nefsim! Birinci saray, bir Müslümandır. Hazret-i Peygamber aleyhissalâtü vesselâm, onun kalbinde o büyük elektrik lâmbasıdır. Eğer onu unutsa, el'iyâzü billâh, kalbinden onu çıkarsa, hiçbir peygamberi daha kabul edemez. Belki hiçbir kemâlâtın yeri ruhunda kalamaz. Hattâ Rabbini de tanımaz. Mahiyetindeki bütün menziller ve lâtifeler karanlığa düşer. Ve kalbinde müthiş bir tahribat ve vahşet oluyor. Acaba bu tahribat ve vahşete mukabil hangi şeyi kazanıp ünsiyet edebilirsin? Hangi menfaati bulup, o tahribat zararını onunla tamir edersin?

Halbuki, ecnebiler o ikinci saraya benzerler ki, Hazret-i Peygamber aleyhissalâtü vesselâmın nurunu kalblerinden çıkarsalar da, kendilerince bazı nurlar kalabilir—veya kalabilir zannederler. Onların mânevî kemâlât-ı ahlâkiyelerine medar olacak, Hazret-i Mûsâ ve İsâ Aleyhimesselâma bir nevi imanları ve Hâlıklarına bir çeşit itikatları kalabilir. (Sözlər, 24-cü Söz, s. 353)

Yəni:

Ey nəfs! Dünya əhlinə, xüsusilə də səfahət əhlinə, xüsusilə kafirlərə baxıb, suri (zahiri) bir zinət və aldadıcı qeyr-i məşru ləzzətlərinə aldanıb, (onları) təqlid etmə. Çünki sən, onları təqlid etsən, onlar kimi ola bilməzsən. (Mənən) çox düşərsən. Heyvan da ola bilməzsən. Çünki, sənin başındakı ağıl, məşum (uğursuz) bir alət olar, sənin başını daim döyər.

Məsələn:

Necə ki, (fərz et ki), bir saray mövcuddur, (və bu sarayın) böyük bir dairəsində, böyük bir elektrik lampası vardır. O elektrikdən şöbələrə ayrılmış və onunla bağlı kiçik-kiçik elektriklər, kiçik mənzillərə bölünmüşdür.

İndi, bir nəfər, o böyük elektrik lampasının düyməsini çevirib işığı söndürsə, bütün mənzillər, dərin bir qaranlıq içinə və bir vəhşətə düşər.

Və (fərz et ki), başqa sarayda, böyük elektrik lampası ilə rabitəli olmayan kiçik elektrik lampaları, hər mənzildə mövcuddur. O saray sahibi, böyük elektrik lampasının düyməsini çevirərək söndürsə, sair mənzillərdə işıqlar mövcud ola; onunla işini görə bilər; oğrular istifadə edə bilməzlər.

Bax, ey nəfsim! Birinci saray, bir müsəlmandır. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun qəlbində, o böyük elektrik lampasıdır. Əgər Onu unutsa, -Allaha sığınırıq bundan- qəlbindən Onu çıxarsa, heç bir peyğəmbəri də qəbul edə bilməz. Hətta, ruhunda, heç bir kamilliyin yeri qalmaz. Hətta Rəbbini da tanımaz. Mahiyyətindəki bütün mənzillər və lətifələr (hisslər), qaranlığa düşər. Və qəlbində dəhşətli bir təxribat və vəhşət olar.

Görəsən, bu təxribat və vəhşətə müqabil, hansı şeyi qazanıb onunla ünsiyyət edə bilərsən?! Hansı mənfəəti qazanıb, o təxribat zərərini, onunla təmir edərsən?!

Halbuki, əcnəbilər, o ikinci saraya bənzəyirlər ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in nurunu qəlblərindən çıxarsalar da, özlərincə, bəzi nurlar qala bilər -və ya qaldığını zənn edə bilərlər. Onların mənəvi əxlaqi kamilliklərinə səbəb olacaq, Musa və İsa (əleyhiməssalam)'a bir növ imanları və Xaliqlərinə bir növ etiqadları qala bilər.

---------------------------------

...Ecnebî dinsizleri gibi de olamaz. Çünkü onlar Peygamberi inkâr etseler, diğerlerini tanıyabilirler. Peygamberleri bilmeseler de Allah'ı tanıyabilirler. Allah'ı bilmeseler de, kemâlâta medar olacak bazı güzel hasletler bulunabilir.

Fakat bir Müslüman, hem enbiyayı, hem Rabbini, hem bütün kemâlâtı Muhammed-i Arabî aleyhissalâtü vesselâm vasıtasıyla biliyor. Onun terbiyesini bırakan ve zincirinden çıkan, daha hiçbir peygamberi tanımaz ve Allah'ı da tanımaz ve ruhunda kemâlâtı muhafaza edecek hiçbir esasatı bilemez. Çünkü, peygamberlerin en âhiri ve en büyükleri ve dini ve daveti umum nev-i beşere baktığı için ve mucizatça ve dince umuma faik ve bütün nev-i beşere bütün hakaikte üstadlık edip on dört asırda parlak bir surette ispat eden ve nev-i beşerin medar-ı iftiharı bir zatın terbiye-i esasiyelerini ve usul-ü dinini terk eden, elbette hiçbir cihette bir nur, bir kemâl bulamaz. Sukut-u mutlaka mahkûmdur. (Sözlər, 13-cü Söz, s. 137-138)

Yəni:

...(İslamdan çıxan bir müsəlman), əcnəbi dinsizləri kimi də ola bilməz. Çünki onlar, Peyğəmbəri inkar etsələr (də), digərlərini tanıya bilərlər. Peyğəmbərləri bilməslər də, Allahı tanıya bilərlər. Allahı bilməsələr də, kamilliyə səbəb olacaq bəzi gözəl xislətləri mövcud ola bilər.

Lakin bir müsəlman, həm peyğəmbərləri; həm Rəbbini; həm bütün kamilliyi, Muhamməd Arabi (aleyhissəlatu vəssəlam) vasitəsilə bilməkdədir. Onun tərbiyəsini tərk edən və zəncirindən çıxan, daha heç bir peyğəmbəri tanımaz və Allahı da tanımaz və ruhunda kamilliyi qoruyacaq heç bir əsası bilə bilməz. Çünki,

~ peyğəmbərlərin ən axırı, ən böyüyü;

~ dini və dəvəti ümum bəşər növünə baxdığı üçün; və

~ möcüzələri və dini, ümumdan üstün; və

~ bütün bəşər növünə bütün həqiqətlərdə ustadlıq edib 14 əsrdə parlaq bir surətdə isbat edən; və

~ bəşər növünün iftixar səbəbi

(olan) bir Şəxsin tərbiyə əsaslarını və dinin əsllərini tərk edən, əlbəttə, heç bir nur, bir kamal tapa bilməz. Mütləq düşüçə məhkum olar.

 

Dəyərli oxuyucu! İslamın, tövhid (Allahın birliyi), nübüvvət (peyğəmbərlik), haşr (axirət həyatı) və ibadət əsaslarında gətirdiklərini oxuyub öyrənən bir müsəlman İslamdan çıxsa, digər təhrif edilmiş dinlərin bu əsaslarda danışdıqları ilə tətmin olmaz.

---------------------------

---------------------------

---------------------------

lll. Mürtədin öldürülməsinə dair Qurandan gətirilən etirazlar:

1. Bəqərə surəsi 217-ci ayə:

وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِۦ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُو۟لَـٰٓئِكَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۖ وَأُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ

"...Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar."

Bu ayə ilə gətirilən etiraz budur ki, ayədə "ölərsə" mənasına gələn fel tərcih edilmişdir. Əgər onlar İslam dövləti tərəfindən öldürülsəydilər, ayədə, "öldürülərsə" şəklində gətirilərdi.

Cavab:

Diqqət edilsə, bu ayədə, mürtədin dünya ilə cəzasından, yəni, irtidadından dolayı ona verilən ölüm hökmündən bəhs edilmir. Burda, sonunda imansız ölüb gedənin -ki, bu, istər öldürülmək surətilə olsun, istərsə də öz əcəli ilə olsun-, axirətdəki aqibətinə diqqət çəkilir və cəhənnəmdə əbədi qalacağına dair bir hökm bildirir. Ayədə, bunun hansı səbəb ilə olduğu, açıq bir şəkildə qeyd edilmir.

Dolayısı ilə bu, mürtədin öldürülməyəcəyinə dəlil deyil.

İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirində, belə deyir:

Ayədəki "əməllərin dünyada puça çıxması":

~ irtidad edən kimsənin, ələ keçirildiyində öldürülməsi;

~ ələ keçirilincəyə qədər onunla döyüşülüb mücadilə edilməsi;

~ möminlərdən hər hansı bir dostluq, kömək və gözəl bir tərifə layiq görülməməsi;

~ mömin olan zövcəsinin, ondan, bain talaqla ayrılması; və

~ müsəlman qohum-əqrəbalarının mirasına varis ola bilməməsidir.

Müfəssir ibn Aşur isə, "ət-Təhrir və't-Tənvir" adlı təfsirində, bu ayətin təfsirində, deyir:

Ayədəki "fə" ətf hərfi ilə "fə-yəmut" felinin istifadə edilməsi, dindən döndükdən sonra, dərhal ölümün gerçəkləşəcəyinə işarətdir. Çünki ərəb dilində bu ədat, sürətli bir keçid ifadə edir. Dolayısı ilə, ayə, mürtədin həyat haqqı olmadığına dəlildir.

----------------------------

2. Bəqərə surəsi 256-cı ayə:

لَآ إِكْرَاهَ فِى ٱلدِّينِ

"Dində məcburiyyət yoxdur."

Bu ayə ilə gətirilən etiraz budur ki, əgər insan dindən çıxmaqla öldürülərsə, bu, ayətin zahirinə müxalif olacaqdır. Çünki, dinini dəyişdirəni iman etmədiyindən dolayı öldürmək, dində məcburiyyət demək olur.

Bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/dind%C9%99-m%C9%99cburiyy%C9...

------------------------

3. Al-i İmran surəsi 86-cı ayə:

كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًا كَفَرُوا۟ بَعْدَ إِيمَـٰنِهِمْ وَشَهِدُوٓا۟ أَنَّ ٱلرَّسُولَ حَقٌّ وَجَآءَهُمُ ٱلْبَيِّنَـٰتُ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ

"İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz."

Bu ayə ilə gətirilən etiraz budur ki, ayədə mürtəd olanların öldürülməsindən söz keçmir.

Cavab:

Ayətin nüzul/eniş səbəbi haqqında, bu görüşlər iləri sürülmüşdür:

a. ibn Abbas (radiyallahu anh), belə deyir:

Bu ayə, ilk əvvəl inanıb, sonra irtidad edərək qaçıb Məkkəlilərə sığınaraq, Peyğəmbərin başına zamanın bəlalarının gəlməsini gözləməyə başlayan 10 nəfərlik bir qrup haqqında nazil olmuşdur. Haqq Taala, onlar haqqında, bax bu ayəni endirmişdir.

b. Yenə, ibn Abbas'ın belə dediyi rəvayət edilmişdir:

Bu ayə, Qureyza, Nadir və onların dinində olan yəhudilər haqqında nazil olmuşdur ki, onlar, Muhamməd (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərilmədən əvvəl, Ona inanıb nübüvvətinə şəhadət etdikdən sonra, Onu inkar etmişdilər. O, şəxsən peyğəmbər olaraq göndərilib onlara açıq dəlil və möcüzələr gətirincə, sırf həsəd və qısqanclıqlarından dolayı, Onu inkar etmişdilər.

c. Bu ayə, Hars b. Suveyd haqqında nazil olmuşdur. Hars, ənsardan biri idi. Mürtəd olduğuna peşman olunca, qövmünə, "Mənim tövbəm qəbul olunarmı?" deyə Peyğəmbərdən soruşmaları üçün xəbər yollayır. Qardaşı, ona, haqqında ayə nazil olduğunu bildirincə, bunun üzərinə, o da qalxıb Mədinəyə gələrək, Peyğəmbərin hüzurunda tövbə edir. Peyğəmbər də, onun tövbəsini qəbul edir.

Bu nəqllər, imamımız Razi'nin təfsirindən verilmişdir.

Dəyərli oxuyucu! Göründüyü kimi, bu ayədən, mürtədin öldürülməyəcəyinə dair hökm çıxarmaq, batildir. Çünki:

~ Əgər ayənin yəhudilər haqqında nazil olduğunu qəbul etsək, zatən heç bir müşkül qalmır;

~ Yox əgər, irtidad edən 10 nəfər adam haqqında qəbul etsək, bu adamlar, zatən, irtidad edib Mədinə'dən qaçmışdılar. Məkkə isə, həmin vaxt, müşriklərin əlində idi. Elə isə, "Nə üçün irtidad hökmü tətbiq edilmədi?" deyə etiraz, mənasız olur;

~ Əgər bu ayənin Hars b. Suveyd haqqında nazil olduğunu qəbul etsək, bu adam, irtidadından peşman olmuş, daha sonra Mədinəyə tövbə üçün gəlmişdi. Yuxarıda, biz, mürtədə İslamın yenidən təklif ediləcəyi, tövbə etdiyi halda öldürülməyəcəyi haqqında dəlilləri zikr etdik. Ora baxılsın.

--------------------------------

4. Al-i İmran surəsi 106-cı ayə:

يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ ۚ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَـٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

"O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: 'İman gətirdikdən sonra inkarmı etdiniz? Elə isə, küfrünüzə görə dadın əzabı!'– deyiləcəkdir."

İmandan sonra küfrə girən kimsələrdən murad, kimlərdir?

İmamımız Razi, ayətin təfsirində belə deyir:

a. Ubeyy b. Ka'b (radiyallahu anh), belə demişdir:

"Bütün insanlar, Haqq Taala'nın, özlərini, Adəm'in sülbündən çıxardığı vaxt, iman etmişlərdir. Bundan dolayı, dünyada ikən inkar edən hər kəs, imanından sonra küfrə girmiş olur."

Vahidi, "əl-Bəsit" adlı əsərində, bu sözü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatan bir sənədlə rəvayət etmişdir.

b. Bundan murad, budur:

"İman etməyinizi gərəkdirən şeylər sizə bəyan olduqdan sonra, inkarmı etdiniz?" Bu şeylər də, Haqq Taala'nın tövhidinə və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in nübüvvətinə dair gətirdiyi dəlillərdir. Bu təfsirin sihhətinin dəlili isə, bu ayədən əvvəl gələn,

يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ

"Ey Kitab əhli! Haqqa şahid olduğunuz halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?" (Al-i İmran/70) ayətidir.

Beləcə, Haqq Taala, onları, bu qədər açıq ayət və möcüzələrdən sonra inkar etmələrindən dolayı qınamış və möminlərə,

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ تَفَرَّقُوا۟ وَٱخْتَلَفُوا۟ مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْبَيِّنَـٰتُ

"Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın..." (Al-i İmran/105) buyurmuşdur.

Verilən bu 2 izaha görə, ayə, bütün kafirlər haqqında ümumidir.

İkrimə, Əsamm və Zəccac, bu ayədən muradın, kitab əhli olduğunu; çünki, onların, Peyğəmbər, peyğəmbər olaraq göndərilmədən əvvəl, Ona inandıqlarını; peyğəmbər olaraq göndərilincə də, Onu inkar etdiklərini söyləmişlərdir.

-------------------------------

5. Nisa surəsi 137-ci ayə:

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًا لَّمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًۢا

"Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir."

İmam Razi, bu ayətin təfsirində, belə deyir:

~ Bəzi alimlər, belə demişlərdir:

Yəhudilər, Tövrata və Musaya iman etdilər, sonra Üzeyrə inanmadılar. Daha sonra Davuda iman edib İsanı inkar etdilər. Sonra, Muhamməd (sallallahu aleyhi və səlləm)'in gəlişilə, küfrlərini daha da artırdılar.

~ Bəzi alimlər də, belə demişlərdir:

Bunlardan murad, münafiqlərdir. Buna görə:

• ayədə bəhs edilən birinci iman: onların, müsəlman olduqlarını izhar etmələri; bundan sonrakı küfrləri isə: münafiqlikləri və qəlblərinin, sözlərinə uyğun olmamasıdır;

• ayədə bəhs edilən ikinci iman isə: müsəlmanlardan bir qrupla qarşılaşdıqları vaxt, "Biz, inandıq." demələri; ikinci küfrləri isə, öz başçılarının yanına gəldiklərində də, "Biz, sizinləyik. O müsəlmanlarla istehza edirik." demələridir.

~ Alimlərin bir qismi də, belə demişlərdir:

Burda qəsd edilənlər, müsəlmanları şübhəyə salmaq istəyən, beləcə də Haqq Taala'nın,

وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ ءَامِنُوا۟ بِٱلَّذِىٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَجْهَ ٱلنَّهَارِ وَٱكْفُرُوٓا۟ ءَاخِرَهُۥ لَعَلَّهُمْ يَرْجِعُونَ

"Kitab əhlindən bir zümrə dedi: 'Möminlərə nazil edilənə (yəni, Qurana), günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə onlar (yəni, müsəlmanlar), öz dinlərindən dönələr." (Al-i İmran/72)

deyə bəyan etdiyi üzərə, bəzən iman etmiş kimi görünən və bəzən inkarlarını açıqca söyləyən bir qrup kitab əhlidir.

--------------------------------

6. Maidə surəsi 54-cü ayə:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِۦ فَسَوْفَ يَأْتِى ٱللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَـٰفِرِينَ يُجَـٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَآئِمٍ ۚ ذَ‌ٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَ‌ٰسِعٌ عَلِيمٌ

"Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah, Vasi (hər şeyi əhatəedən)'dir, Alimdir."

Bu ayədə də, mürtədin dünyəvi cəzasına yer verilməmişdir. Ayədə, dindən dönənlərə bir xəbərdarlıq vardır. Allahın, mövcud insanlarla dinini qorumağa möhtac olmadığını; dini tərk edəcəklərin yerinə, səmimi, güclü, Allah yolunda cihad etməkdən çəkinməyən möminlər gətirə biləcəyi vurğulanmışdır.

-------------------------------

7. Muhamməd surəsi 25-ci ayə:

إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَـٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى ۙ ٱلشَّيْطَـٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ

"Hidayət yolunu tanıdıqdan sonra haqdan dönüb geriyə üz tutanlara şeytan günah işləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi."

İmam Fəxrəddin ər-Razi əl-Əşari, ayətin təfsirində belə deyir:

Bu ifadə:

~ ya Muhamməd (sallallahu aleyhi və səlləm)'in sifətlərilə və peyğəmbər olaraq göndərilməsilə bağlı olan həqiqətin, Tövratda özləri tərəfindən anlaşılmasından sonra mürtəd olan kitab əhlinə;

~ yaxud da özlərinə dəlillər açıqlandıqdan, onları eşidib iman etməyən hər kəsə

bir işarətdir ki, bunlar da, Onun bir haqq olduğunu bilə-bilə, rəislik sevdalarının, özlərini, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə tabe olmaqdan uzaq qoyduğu bir camaatdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Read 18 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR