Yandıraraq cəzalandırmaq olarmı? -1

 

6922- İkrimə belə demişdir:

Əli (radiyallahu anh)'a, bir neçə zindiq gətirildi, o da, bunları yandırdı. Bu hadisə, ibn Abbas'ın qulağın çatınca, belə dedi:

"Mən olsaydım, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

'Allahın əzabı ilə əzab etməyin.'

qadağasından dolayı, onlara yandırma cəzası tətbiq etməzdim. Onları, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

'Dinini dəyişdirən kimsəni öldürün!'

əmrindən dolayı, öldürərdim."

----------------------------------

İzahı:

"Əliyə gətirildi..."

Əbu'l-Müzəffər əl-İsfərayini, "əl-Miləl və'n-Nihəl" adlı əsərində, Əli (radiyallahu anh)'ın yandırdığı kimsələrin, ilah olduğunu iddia edən Rafizi'lərdən olduğunu iləri sürmüşdür.

Bəhsi keçən qrup, sabii'lər olub liderləri yəhudi olan Abdullah b. Səbə idi. Bunlar, ilk əvvəl, müsəlman olaraq görünmüş və yuxarıdakı sözü uydurmuşdular.

Bu xəbərin əsli, üçüncü cilddə əbu Tahir əl-Muxlis, Abdullah b. Şərik əl-Amiri və atası vasitəsilə nəql etdiyimiz bu xəbər ola bilər:

Əli (radiyallahu anh)'a, məscidin qapısında:

"Sənin rəbb olduğunu iddia edən bir topluluq var." deyildi.

Əli (radiyallahu anh), onları çağırdı və belə dedi:

"Veyl olsun sizə! Nə söyləyirsiniz?"

Onlar:

"Sən bizim rəbbimiz, yaradanımız və ruzimizi verənsən!"

dedilər. Əli (radiyallahu anh):

"Veyl olsun sizə! Mən də, sizin kimi bir qulam. Sizin yediyiniz kimi yemək yeyirəm, içdiyiniz kimi içirəm. Allaha itaət etdiyim təqdirdə, diləyərsə, mənə savab verər; üsyan etdiyimdə də, mənə əzab edəcəyindən qorxuram. Allahdan qorxun və geri dönün!"

Adamlar, geri dönmədilər.

Ertəsi gün, təkrar Əli (radiyallahu anh)'a gəldilər. Bu arada Qənbər gəldi və belə dedi:

"And olsun Allaha, yenə eyni şeyi söyləyirlər."

Əli (radiyallahu anh):

"Onları içəri al."

dedi. Adamlar içəridə yenə eyni şeyləri söyləyirdilər. Üçüncü gün olduğunda, Əli (radiyallahu anh), onlara:

"Yenə eyni şeyləri söyləyəcək olarsanız, sizi ən iyrənc bir şəkildə qətl edəcəm."

dedi. Ancaq onlar, sözlərindən geri dönmədilər. Bunun üzərinə, Əli:

"Qənbər! Onlara qarşı mənim üçün, özlərini silib-süpürəcək (yəni yox edəcək) bir şey et!"

dedi. Bunun üzərinə, Qənbər, məscidin qapısı ilə, saray arasında onlar üçün bir çuxur qazdı və:

"Çuxuru qazın və ordan uzaqlaşın!"

dedi. Əli (radiyallahu anh), odun gətirib çuxurdakı atəşin üzərinə atdı və belə dedi:

"Ya bu sözünüzdən dönərsiniz, ya da sizi oda atacam."

Adamlar sözlərindən dönməyi qəbul etmədilər. Bunun üzərinə Əli (radiyallahu anh), onları çuxura atdı və onlar, orda yandılar.

Əli (radiyallahu anh), bu beyti oxudu:

"Gördünmü dinə zidd işlənən bir münkəri,

Yandıraram atəşi, çağıraram Qənbəri!"

Bu xəbərin isnadı, həsəndir.

--------------------------

İbn əbi Şeybə'nin nəqlinə görə, Qatadə belə demişdir:

"Əli (radiyallahu anh)'a, Zut qəbiləsindən bütə ibadət edən bəzi insanlar gətirildi və o, bu adamları, yandıraraq cəzalandırdı."

Bu xəbərin isnadı, münqatı'dır (qopuqdur).

---------------------------------

"Zindiqlər gətirildi..."

• İmam Malik (rahmətullahi aleyh) belə deyir:

"Zindiqlər, münafiqlərin etiqadını daşıyan kimsələrdir."

• Eyni şəkildə, Şafi məzhəbindən bir qrup fəqih də, bu görüşü iləri sürmüşlərdir.

• Bunların xaricindəki alimlərə görə:

"Zindiq: zahirən müsəlman görünüb, daxilən kafir olan kimsədir."

• Nəvəvi, "Lüğatu'r-ravda" adlı əsərində belə deyir:

"Zindiq, hər hansı bir dinə mənsub olmayan kimsədir."

• Muhamməd b. Mə'n, "ət-Tənqib alə'l-Muhəzzəb" adlı əsərində belə deyir:

"Zindiqlər, bütə ibadət edən kimsələr olub, zamanın əbədi olduğunu söyləyərək, tənasuha (reankarnasiyaya) inanırlar."

İslamın ilk dövrlərində, Ca'd b. Dirhəm, zindiqliklə məşhur oldu və Xalid əl-Qasri, bir qurban bayramı günü, onu boğazından kəsdi. Sonra (xəlifə) Mənsurun dövründə, zindiqlər çoxaldılar. Bunların içərisindən bəziləri, etiqadlarını Mənsura bildirincə, Mənsur onları qətl edərək, köklərini kəsdi. Sonra Mənsurun oğlu əl-Mehdi, onları izlədi və daha çox qətl etdi. Bunun ardından, Məmun dövründə, Babək əl-Xürrəmi çıxdı və əl-Cəbəl məntəqəsinə hakim olub, bir çox müsəlmanı qətl etdi və orduları məğlubiyyətə uğratdı. Nəhayət, əl-Mutəsim, onu ələ keçirib asaraq edam etdi. Babəkin, əl-Xürrəmiyyə adında ətbaaları vardır. Bunların tarix kitablarındakı hekayələri, məşhurdur.

------------------------------

"Bu hadisə, ibn Abbasın qulağına çatınca..."

İbn Abbas, o vaxt, Əli (radiyallahu anh)'dan əvvəl, Basra valisi idi.

-----------------

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

'Allahın əzabı ilə əzab etməyin.' qadağasından dolayı..."

Yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

'Allahın əzabı ilə əzab etməyin.'

deyərək, öldürməyi qadağan etmişdir.

Əbu Davud'un Sünən'ində, ibn Məsud, bir başqa qissədən bəhs edərkən, belə deyir:

"Atəşin Yaradıcısı xaric, atəşlə əzab etmək uyğun bir yol deyildir." (Əbu Davud, Cihad/112)

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 88-ci bölmə: "Mürtədlərin və haqqa qarşı inad edən kafirlərin tövbə etmələrini istəmək, onlarla döyüşmək babı", 2-ci bab: "Kişi ilə qadın mürtədin hökmü və özlərinə tövbə təklif edilməsi"

Read 10 times
In order to make a comment, please login or register