Fəth surəsi 27-28-29-cu ayələr
لَّقَدْ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءْيَا بِٱلْحَقِّ ۖ لَتَدْخُلُنَّ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا۟ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًا
"Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. İnşallah, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama girəcəksiniz. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir." (Fəth/27)
------------------------------
Təfsiri:
Ayədəki "inşallah" ifadəsinə gəlincə, bu xüsusda, bu izahlar verilə bilər:
a. Allah Taala, bu ifadəni, qullarına ədəbi öyrətmək; və bir də,
• وَلَا تَقُولَنَّ لِشَا۟ىْءٍ إِنِّى فَاعِلٌ ذَٰلِكَ غَدًا • إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ وَٱذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰٓ أَن يَهْدِيَنِ رَبِّ لِأَقْرَبَ مِنْ هَـٰذَا رَشَدًا
"Heç bir şey barəsində: 'Mən onu sabah edəcəyəm!'– demə! Ancaq: 'Əgər Allah istəsə!' ('inşallah'– de!) Unutduğun zaman Rəbbini yada salıb: 'Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin'– de." (Kəhf/23-24) ayətini təkid üçün gətirmişdir.
b. Bu Məscidu'l-Haram'a girmə işi, Hudeybiyyə ilində olmayıb, möminlər də (o il) Məscidu'l-Haram'a mütləq girmək istəyib, sülh istəməyincə, Haqq Taala, "Girəcəksiniz. Lakin, sizin qüvvətiniz və öz iradəniz ilə deyil. Siz, ora, ancaq, Mənim məşiət və istəməyim ilə girəcəksiniz." buyurdu.
c. Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə enən vəhyində, "girəcəksiniz..." buyurunca, bu girməyin, Öz məşiətilə olduğunu ifadə etmişdir. Çünki bu, Özünə bir borc və vacib olmadan, Onun tərəfindən edilmiş bir vəddir. Bir şeyi vəd edən şəxs isə, onu, ancaq, Allahın məşiəti (diləməsilə) edə bilər. Əks halda, heç kim, bu vədi öz öhdəsinə götürə bilməz. Bundan dolayı Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in oyaq halında açıq bir şəkildə vəhy vasitəsilə vəd edilən şey, belə olunca; sizin, yuxu ilə olan vəhy haqqındakı zənniniz, necə olmalıdır?! Bu, digərindən daha çox təvilə möhtacdır. Elə isə, (yuxuda görülmək surətilə) bildirilən bu görmə işi gecikincə, onlar, nə üçün istehza edirlər?!
d. Bu, o girmə işinin gerçəkləşəcəyini bildirən bir ifadədir. Bu, belədir. Çünki, Məkkəlilər, "Sizlər, ora, ancaq, bizim istəməyimiz halında girə bilərsiniz. Biz isə, bu il, sizin girməyinizi istəmirik və sizin, ancaq, gələcək il girməyinizi tərcih edirik." demişdilər. Möminlər isə, eyni il, Məkkəyə girmək istəmiş, ancaq bu, gerçəkləşməmişdi. Bu halda, hər hansı bir kimsə, "Bu iş, Məkkəlilərin istəməsinə bağlandı. Əgər bizə, gələcək il girmə icazəsi verərlərsə, ancaq o vaxt ora girə biləcəyik. Əgər istəməzlərsə, ora girə bilməyəcəyik..." demək istəmiş; bunun üzərinə, Haqq Taala, "Onların məşiət və istəmələri, şərt deyildir. Tam əksinə, şərtin hamısı, Mənim istəməyim ilə gerçəkləşəcəkdir." buyurmuşdur.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
----------------------------
----------------------------
Müfəssirlər, belə demişlərdir:
Allah, rəsuluna, yuxusunda, həqiqəti göstərmişdir. Yəni Allah, rəsuluna göstərmiş olduğu yuxunu, gerçəkləşdirmişdir. O yuxunun gerçəkləşməsini, ehmal etməmişdir.
Bu cümlə, "Allah, insanlara verdiyi xəbərdə, Peyğəmbərini, onların nəzərində, doğru çıxarmışdır." mənasına da gələ bilər. Yəni, O, bu mövzuda, həqiqəti görmüşdür.
İlk təvil, daha uyğun görsənir.
"İnşallah, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama girəcəksiniz."
Bu ayə, 2 mənaya gəlir:
1. Hər nə qədər, cümlə, xəbər kimidirsə də, əmr mənasına gələ bilər. Yəni, "Məscidu'l-Haram'a girin!" Necə ki, İbrahim (əleyhissəlam) da, "Yuxumda, səni qurban etdiyimi gördüm." demiş; sonra da, Allah Taala'nın ayədə bildirdiyi kimi, "Atacan! Sənə buyurulanı et." (Saffat/102) demişdir. Bu ayə, İbrahim (əleyhissəlam)'ın yuxuda görmüş olduğu oğlunu qurban etməsi felinin, İlahi bir əmr olduğuna; Onun, bunu etməklə əmr olunduğuna işarət edir. Bu təvilə görə, yuxarıda keçən Peyğəmbəriminizin yuxusunun dərhal arxasında, "inşallah" istisna ədatının zikr edilməsi, sanki bunu ifadə etməkdədir:
"Başlarınızı qırxdıraraq, bəziləriniz də saçlarını qısaldaraq, Məscidu'l-Harama girməyinizi, Allah, qorxmadığınız (yəni, özünüzü əmin-amanlıqda hiss etdiyiniz) zaman diləmişdir. Əgər özünüzü əmin-amanlıqda hiss etməzsəniz, Allah, sizin ora girməyinizi diləməmişdir."
"Məscidu'l-Harama girəcəksiniz." kəlamı, vəd mənasına da gələ bilər. Bu halda, ayədəki "in" istisna ədatı, 2 mənaya gəlir:
a. Təbərrük və lütf mənası. Necə ki, bir iş görülərkən, bərəkət diləyərək, Allahın adı ilə başlanır.
b. Hər kəs üçün, öz şəxsilə bağlı olaraq əmr mənası. Birinə bir şeyi edəcəyini xəbər verdiyində "inşallah" deməsi əmr edildiyi kimi; insan, başqa birinə, bura girəcəyini xəbər verdiyində də, "inşallah" deyər. Necə ki, Allah, belə buyurur:
وَلَا تَقُولَنَّ لِشَا۟ىْءٍ إِنِّى فَاعِلٌ ذَٰلِكَ غَدًا
"Heç bir şey barəsində: 'Mən onu sabah edəcəyəm!'– demə!" (Kəhf/23)
"Məscidu'l-Harama girəcəksiniz." sözündəki vəd, hər nə qədər, zahirdə ümumilik ifadə edirsə də, "inşallah" sözü ilə, bəzi şəxslər üçün istisna mənası murad edilmiş də ola bilər. Bəlkə də, Hudeybiyyə səfərinə qatılan hər kəs deyil; bəziləri qəsd edilmişdir. Çünki, bu səfərə qatılanlardan bəziləri, Məscidu'l-Harama giriş zamanına qədər, ölmüş ola bilərlər. Bu halda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəd etdiyi hadisədə bir təzad olmasın deyə; ayədə, "inşallah" deyə bir istisna gətirilmişdir.
(İmam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)
------------------------
------------------------
لَقَدْ صَدَقَ اللهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ اِنْ شَۤاءَ اللهُ اٰمِنِينَ مُحَلِّقِينَ رُؤُسَكُمْ وَمُقَصِّرِينَ لاَتَخَافُونَ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِنْ دُونِ ذٰلِكَ فَتْحًا قَرِيبًا هُوَ الَّذِۤي اَرْسَلَ رَسُولَهُ بِالْهُدٰي وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَكَفٰى بِاللهِ شَهِيدًا مُحَمَّدٌ رَسُولُ اللهِ وَالَّذِينَ مَعَهُۤ اَشِدَّۤاءُ عَلَى الْكُفَّارِ رُحَمَۤاءُ بَيْنَهُمْ تَرٰيهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلاً مِنَ اللهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِى وُجُوهِهِمْ مِنْ اَثَرِ السُّجُودِ ذٰلِكَ مَثَلُهُمْ فِى التَّوْرٰيةِ وَمَثلُهُمْ فِى اْلاِنْجِيلِ كَزَرْعٍ اَخْرَجَ شَطْئَهُ فَاٰزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوٰي عَلٰى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللهُ الَّذِينَ اٰمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُمْ مَغْفِرةً وَاَجْرًا عَظِيمًا
"Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. İnşallah, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama girəcəksiniz. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir.
İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.
Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı şiddətli, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir." (Fəth/27-28-29)
--------------------
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanları:
Sure-i Feth'in bu üç âyetinin çok vücuh-u i'câzı vardır. Kur'ân-ı Mu'cizü'l-Beyânın on vücuh-u külliye-i i'câziyesinden ihbar-ı bilgayb veçhi, şu üç âyette, yedi sekiz vecihle görünüyor.
Yəni:
Fəth surəsinin bu 3 ayətinin, çox i'caz (möcüzəlilik) cəhətləri vardır. Bəyanı möcüzə olan Quran'ın 10 külli möcüzə cəhətindən biri olan qeybdən xəbər vermə cəhəti, bu 3 ayədə, 7-8 cəhətlə görünməkdədir. (Belə ki):
--------------------
✓ Birincisi:
لَقَدْ صَدَقَ اللهُ رَسُولَهُ الرُّؤْيَا ilâ âhir...
Feth-i Mekke'yi, vukuundan evvel kat'iyetle haber veriyor. İki sene sonra, haber verdiği tarzda vuku bulmuştur.
Yəni:
"Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi..." (ayəti),
Məkkə'nin fəthini, (fəthin) vaqe olmasından əvvəl, qətiyyətlə xəbər verir. 2 il sonra, xəbər verdiyi tərzdə vaqe olmuşdur.
Not:
Dəyərli oxuyucu! Bildiyimiz kimi, dinsizlər, Quranın möcüzə olduğunu qəbul etmirlər. Halbuki, ayənin bu qismi belə, gələcəkdən xəbər verməklə, bir möcüzə göstərməkdədir. Ayə, eyni zamanda, Peyəmbərin də haqq olduğuna dəlildir. Çünki, 2 il sonra baş verəcək hadisə haqqında heç bir tərəddüd göstərmədən fikir bildirməsi, Onun, bu məsələdə necə yəqinliyi olduğunu göstərir. İllər sonra xəbər verdiyi kimi hadisənin gerçəkləşməsinə, möcüzədən başqa nə ad verilə bilər?! Çünki, xəbər gerçəkləşməsəydi, digər danışdıqları da sual altında qalacaqdı. Qətiyyətlə xəbər verməsi və ayənin Qurana daxil edilməsi, vəhydən başqa nə ilə açıqlana bilər?!
----------------------
✓ İkincisi:
فَجَعَلَ مِنْ دُونِ ذٰلِكَ فَتْحًا قَرِيبًا
ifade ediyor ki: Sulh-u Hudeybiye, çendan zâhirî İslâm aleyhinde görülmüş ve Kureyşîler bir derece galip görünmüş olduğu halde, mânen, Sulh-u Hudeybiye mânevî büyük bir fetih hükmünde olacak ve sair fütuhatın da anahtarı olacak diye ihbar ediyor.
Filhakika, Sulh-u Hudeybiye ile, çendan maddî kılıç kılıfına muvakkaten konuldu. Fakat Kur'ân-ı Hakîmin bârika-âsâ elmas kılıcı çıktı; kalbleri, akılları fethetti. Musalâha münasebetiyle birbiriyle ihtilât ettiler. Mehâsin-i İslâmiyet, envâr-ı Kur'âniye, inat ve taassubât-ı kavmiye perdelerini yırtarak hükmünü icra ettiler. Meselâ, bir dâhiye-i harp olan Halid bin Velid ve bir dâhiye-i siyaset olan Amr ibnü'l-Âs gibi, mağlûbiyeti kabul etmeyen zatlar, Sulh-u Hudeybiye ile cilvesini gösteren seyf-i Kur'ânî onları mağlûp edip, Medine-i Münevvereye kemâl-i inkıyad ile İslâmiyete gerdendâde-i teslim olduktan sonra, Hazret-i Hâlid, bir seyfullah şekline girdi ve fütuhat-ı İslâmiyenin bir kılıcı oldu.
Mühim bir sual: Fahrü'l-Âlemîn ve Habib-i Rabbü'l-Âlemîn Hazret-i Resul-i Ekrem Aleyhissalâtü Vesselâmın Sahabelerinin, müşrikîne karşı Uhud'un nihayetinde ve Huneyn'in bidâyetinde mağlûbiyetinin hikmeti nedir?
Elcevap: Müşrikler içinde, o zamanda saff-ı Sahabede bulunan ekâbir-i Sahabeye istikbalde mukabil gelecek Hazret-i Hâlid gibi çok zatlar bulunduğundan, şanlı ve şerefli olan istikballeri nokta-i nazarında bütün bütün izzetlerini kırmamak için, hikmet-i İlâhiye, hasenât-ı istikbaliyelerinin bir mükâfât-ı muaccelesi olarak mazide onlara vermiş, bütün bütün izzetlerini kırmamış. Demek mazideki Sahabeler, müstakbeldeki Sahabelere karşı mağlûp olmuşlar—tâ, o müstakbel Sahabeler, berk-i süyuf korkusuyla değil, belki bârika-i hakikat şevkiyle İslâmiyete girsin ve o şehâmet-i fıtriyeleri çok zillet çekmesin.
Yəni:
İkincisi:
"O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl, sizə) yaxın bir qələbə də bəxş edəcəkdir." (ayəti) ifadə edir ki:
Hudeybiyyə sülhünün zahiri, hərçənd, İslam əleyhində və Qureyşi'lər, bir dərəcə qalib görünmüş olduqları halda; Hudeybiyyə sülhü, mənən, mənəvi böyük bir fəth hökmündə olacaq və sair fəthlərin də açarı olacaq deyə, (ayə) xəbər verməkdədir.
Doğrusu, Hudeybiyyə sülhü ilə, hərçənd maddi qılınc, müvəqqəti olaraq öz qınına qoyuldu. Lakin, hikmətli Quranın şimşək kimi almaz qılıncı çıxdı; qəlbləri, ağılları fəth etdi. Barışıq səbəbilə, bir-birilə qarışdılar. İslamın gözəllikləri, Quranın nurları, inad və qövmi təəssüb pərdələrini cıraraq, öz hökmlərini icra etdilər. Məsələn, Hudeybiyyə sülhü ilə öz cilvəsini göstərən Qurani qılınc, bir hərb dahisi olan Xalid b. Vəlid və bir siyasət dahisi olan Amr b. əl-As kimi məğlubiyyəti qəbul etməyən şəxsləri, məğlub etdi. Mədine-i Münəvvərə'yə (gəlib), tam inqiyad (boyun əymə) ilə İslama boyun əyərək təslim olduqdan sonra, hz. Xalid, bir "seyfullah/Allahın qılıncı" şəklinə girdi və İslam fəthlərinin bir qılıncı oldu.
Mühim bir sual:
Aləmin fəxri və aləmlərin Rəbbi'nin həbibi Peyğəmbər (aleyhissəlatu vəssələm)'in səhabələrinin, müşriklərə qarşı,
~ Uhud'un sonunda;
~ Huneyn'in başlanğıcında
məğlubiyyətinin hikməti, nədir?
Cavab:
Müşriklər içində, o zamanda, səhabə səfində yer alan böyük səhabələrə gələcəkdə müqabil gələcək hz. Xalid kimi çox şəxslər mövcud olduğundan, şanlı və şərəfli olan gələcəkləri nəzərində, bütün-bütün izzətlərini qırmamaq üçün, İlahi hikmət, gələcək yaxşılıqlarının təcili bir mükafatı olaraq, keçmişdə onlara (bu mükafatı) verdi, bütün-bütün izzlətlərini qırmadı. Demək, keçmişdəki səhabələr, gələcəkdə səhabələrə məğlub olmuşlardır. Ta, o gələcək səhabələr, qılınc parıltısı qorxusu ilə deyil; əksinə, həqiqət işığı şövqü ilə İslama girsinlər və o fitri cəsarətləri, çox zillət çəkməsin. (haşiyə)
-------------------------
(Haşiyə:
Hudeybiyyə sülhünün şərtləri:
1. Müsəlmanlar, bu il Kəbəni ziyarət etməyib geri qayıdacaqlar;
2. İkinci il, Kəbəni ziyarət edəcəklər, lakin, Məkkədə 3 gündən çox qalmayacaqlar;
3. Məkkədə yaşayan müsəlmanları, Mədinəyə aparmayacaqlar;
4. Məkkədə olan müsəlmanlardan hər hansı biri Mədinəyə gedərsə, geri qaytarılacaq;
5. Ərəb qəbilələri, istədikləri qəbilələrlə sülh edə biləcəklər.
-------------------------
✓ Üçüncüsü:
لاَ تَخَافُونَ
kaydıyla ihbar ediyor ki: "Sizler emniyet-i mutlaka içinde Kâbe'yi tavaf edeceksiniz." Halbuki, Ceziretü'l-Arabdaki bedevî akvam, çoğu düşman olmakla beraber, Mekke etrafı ve Kureyş kabilesi kısm-ı âzamı düşman iken, "Yakın bir zamanda, hiç havf hissedilmezken Kâbeyi tavaf edeceksiniz" ihbarıyla, Ceziretü'l-Arabı itaat altına ve bütün Kureyşi İslâmiyet içine ve emniyet-i tâmme vaz' edilmesine delâlet ve ihbar eder. Aynen haber verdiği gibi vukua gelmiştir.
Yəni:
"Qorxmadan" qeydilə xəbər verir ki: "Sizlər, mütləq əmin-amanlıq içində, Kəbə'ni tavaf edəcəksiniz."
Halbuki, Ərəb yarımadasındakı bədəvi qövmlərin çoxu, Məkkə ətrafı və Qureyş qəbiləsinin böyük qismi düşmən ikən, "Yaxın bir zamanda, heç qorxu hiss edilməzkən, Kəbəni tavaf edəcəksiniz." ixbarı (xəbər verməsi) ilə, Ərəb yarımadasını, itaət altına; və bütün Qureyş'i, İslam içinə; tam əmin-amanlıq yerləşdirilməsinə dəlalət edir və (bunlardan) xəbər verir. Eynilə xəbər verdiyi kimi vaqe olmuşdur.
Not:
Dəyərli oxuyucu! Müəllifin "qorxmadan" kəliməsindən çıxarığı işarət budur ki, ayə "qorxmadan" deməklə, iləridə, o yerlərin tamamilə fəth ediləcəyinə, insanların böyük əksəriyyətlə İslama daxil olacağına işarət edir. Çünki, az sayda müsəlmanın, böyük əksəriyyəti müşriklərdən ibarət olan bir yerdə həcc ibadətini yerinə yetirməsi, asanlıqla, qorxusuz bir şəkildə baş tutmayacaqdı. İləridə hadisələrin belə cərəyan edəcəyi, Peyğəmbər üçün, bir qeyb hökmündə idi.. Heç bir insan, bunları, görmədən bu qədər asanlıqla iddia edə bilməzdi. Dolayısı ilə, ayədəki bir tək "qorxmadan" kəliməsi də, möcüzədir.
Müəllifin bura qədər göstərdiyi ayənin gələcəkdən verdiyi 3 xəbər, sadəcə Fəth surəsi 27-ci ayəyə aiddir. Bunda sonra isə, Müəllifimiz, Fəth surəsi 28-ci ayədən çıxaracağı gələcəyə dair işarəti zikr edəcəkdir. Belə ki:
------------------
✓ Dördüncüsü:
هُوَ الَّذِۤى اَرْسَلَ رَسُولَهُ بِالْهُدٰى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ
kemâl-i kat'iyetle ihbar ediyor ki, "Resul-i Ekrem Aleyhissalâtü Vesselâmın getirdiği din, umum dinlere galebe çalacak." Halbuki, o zamanda yüzer milyon tebaası bulunan Nasârâ ve Yahudi ve Mecusî dinleri ve Roma, Çin ve İran hükûmeti gibi yüzer milyon tebaası bulunan cihangir devletlerin edyân-ı resmîleri iken, kendi küçük kabilesine karşı tam galebe edemeyen bir vaziyette bulunan Muhammed-i Arabî Aleyhissalâtü Vesselâmın getirdiği din, umum dinlere galip ve umum devletlere muzaffer olacağını ihbar ediyor. Hem gayet vuzuh ve kat'iyetle ihbar ediyor. İstikbal, o haber-i gaybîyi, Bahr-i Muhit-i Şarkîden Bahr-i Muhit-i Garbîye kadar İslâm kılıcının uzamasıyla tasdik etmiştir.
Yəni:
"İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir." (ayəti),
mükəmməl qətiyyətlə xəbər verir ki, "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gətirdiyi din, ümum dinlərə qalib gələcək."
Halbuki, o zamanda, 100 milyonlarla təbəəsi olan xristiyan, yəhudi və məcusi dinləri, Roma, Çin və İran hökümətləri kimi 100 milyonlarla təbəəsi olan cahangir dövlətlərin rəsmi dinləri ikən; Öz kiçik qəbiləsinə qarşı tam qələbə qazana bilməyən bir vəziyyətdə olan Muhamməd Arabi (aleyhissəlatu vəssələm)'in gətirdiyi din, ümum dinlərə qalib və ümum dövlətlərə müzəffər olacağını xəbər verir. Həm, çox açıqlıq və qətiyyətlə xəbər verir. Gələcək, o qeybi xəbəri, Hind okeanından Atlantik okeanına qədər, İslam qılıncının uzanması ilə təsdiq etmişdir.
Not: Bundan sonra isə, Müəllifimiz Nursi (rahiməhullahu Taala), Fəth surəsi 29-cu ayədən çıxardığı işarətləri zikr edəcək. Belə ki:
------------------------
✓ Beşincisi:
مُحَمَّدٌ رَسُولُ اللهِ وَالَّذِينَ مَعَهُۤ اَشِدَّۤاءُ عَلَى الْكُفَّارِ رُحَمَۤاءُ بَيْنَهُمْ تَرٰيهُمْ رُكّعًا سُجَّدًا ilâ âhir...
Şu âyetin başı, Sahabelerin enbiyadan sonra nev-i beşer içinde en mümtaz olduklarına sebep olan secâyâ-yı âliye ve mezâyâ-yı galiyeyi haber vermekle, mânâ-yı sarihiyle, tabakat-ı Sahabenin istikbalde muttasıf oldukları ayrı ayrı mümtaz has sıfatlarını ifade etmekle beraber, (ayet), mânâ-yı işarîsiyle, ehl-i tahkikçe vefat-ı Nebevîden sonra makamına geçecek Hulefâ-i Râşidîne hilâfet tertibiyle işaret edip, herbirisinin en meşhur medar-ı imtiyazları olan sıfât-ı hassayı dahi haber veriyor.
Şöyle ki:
~ وَالَّذِينَ مَعَهُ
maiyet-i mahsusa ve sohbet-i hassa ile ve en evvel vefat ederek yine maiyetine girmekle meşhur ve mümtaz olan Hazret-i Sıddık'ı gösterdiği gibi;
~ اَشِدَّۤاءُ عَلَى الْكُفَّارِ
ile, istikbalde küre-i arzın devletlerini fütuhâtıyla titretecek ve adaletiyle zalimlere sâika gibi şiddet gösterecek olan Hazret-i Ömer'i gösterir.
Ve
~ رُحَمَۤاءُ بَيْنَهُمْ
ile, istikbalde en mühim bir fitnenin vukuu hazırlanırken, kemâl-i merhamet ve şefkatinden, İslâmlar içinde kan dökülmemek için ruhunu feda edip teslim-i nefis ederek Kur'ân okurken mazlumen şehid olmasını tercih eden Hazret-i Osman'ı da haber verdiği gibi;
تَرٰيهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلاً مِنَ اللهِ وَرِضْوَانًا
saltanat ve hilâfete kemâl-i liyakat ve kahramanlıkla girdiği halde ve kemâl-i zühd ve ibadet ve fakr ve iktisadı ihtiyar eden ve rükû ve sücudda devamı ve kesreti herkesçe musaddak olan Hazret-i Ali'nin (r.a.) istikbaldeki vaziyetini ve o fitneler içindeki harpleriyle mes'ul olmadığını ve niyeti ve matlubu fazl-ı İlâhî olduğunu haber veriyor."
Yəni:
"Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı şiddətli, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən." ila axir...
Bu (Fəth surəsi 29-cu ayə)'nin başı (yəni, yuxarıda zikr edilən qismi), səhabələrin, nəbilərdən sonra bəşər növü içində ən seçkin olduqlarına səbəb olan uca əxlaqi dəyərlər və yüksək məziyyətlərini xəbər verməklə, sarih (açıq) mənası ilə, səhabə təbəqəsinin, gələcəkdə vəsflənəcəyi ayrı-ayrı seçkin xas sifətlərini ifadə etməkdədir. Bununla bərabər, işari mənası ilə də, mühəqqiqlərcə, Peyğəmbərin vəfatından sonra məqamına keçəcək rəşidi xəlifələrə, xilafət tərtibilə işarət edib, hər birinin ən məşhur imtiyaz səbəbi olan xüsusi sifətini də xəbər verir. Belə ki:
• وَٱلَّذِينَ مَعَهُۥٓ
"Onunla bərabər olanlar."
Ayətin bu kəliməsi, xüsusi bərabərlik və xas söhbət ilə və ən əvvəl vəfat edərək, yenə Peyğəmbərlə bərabər olmaqla məşhur və mümtaz olan əbu Bəkr əs-Siddiq'ə işarət etməkdədir. (haşiyə)
----------------------
(Haşiyə:
Bilindiyi kimi, Quran, Tövbə surəsi 40-cı ayətdə də, əbu Bəkr (radiyallahu anh)'ı, ikinin ikincisi deyə vəsf etmişdir.)
-----------------------
• أَشِدَّآءُ عَلَى ٱلْكُفَّارِ
"Kafirlərə qarşı şiddətli."
Ayətin bu kəliməsi, gələcəkdə, dünya dövlətlərini fəthlərilə titrədəcək; və ədalətilə zalımlara ildırım kimi şiddət göstərəcək olan Ömər b. əl-Xattab'a işarət etməkdədir.
• رُحَمَآءُ بَيْنَهُمْ
"Öz aralarında mərhəmətli."
Ayətin bu kəliməsi, gələcəkdə ən mühim bir fitnənin baş verməsi hazırlanarkən, mükəmməl mərhəmət və şəfqətindən, Müsəlmanlar arasında qan tökülməsin deyə ruhunu fəda edib canını tapşıraraq Quran oxuyarkən məzlum olaraq şəhid olmasını tərcih edən Osman b. Affan (radiyallahu anh)'a işarət etməkdədir.
• تَرَىٰهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًا
"Sən onları, çoxca rüku edən, çoxca səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən."
Ayətin bu ifadəsi isə, səltənət və xilafətə tam layiq və qəhrəmanlıqla girdiyi halda və mükəmməl zühd və ibadət və yoxsulluq və iqtisadı ixtiyar edən; və rüku və səcdədə davamı və bunları çoxca etməsi hər kəscə doğrulanmış olan Əli b. əbu Talib (radiyallahu anh)'ın gələcəkdəki vəziyyətini və o fitnələr içindəki hərblərlə məsul olmadığını və niyyəti və tələbi, sırf Allahın fəzli olduğuna işarət etməkdədir.
----------------------------
✓ Altıncısı:
ذٰلِكَ مَثَلُهُمْ فِى التَّوْرٰيةِ fıkrası, iki cihetle ihbar-ı gaybîdir:
• Birincisi: Hazret-i Peygamber Aleyhissalâtü Vesselâm gibi ümmî bir zâta nisbeten gayb hükmünde olan Tevrat'taki evsâf-ı Sahabeyi haber veriyor. Evet, Tevrat'ta, On Dokuzuncu Mektupta beyan edildiği gibi, âhirzamanda gelecek Peygamberin Sahabeleri hakkında Tevrat'ta bu fıkra var: "Kudsîlerin bayrakları beraberlerindedir." Yani, onun Sahabeleri ehl-i taat ve ibadet ve ehl-i salâhat ve velâyettirler ki, o vasıfları "kudsîler," yani "mukaddes" tabiriyle ifade etmiştir. Tevrat'ın pek çok ayrı ayrı lisanlara tercüme edilmesi vasıtasıyla o kadar tahrifat olduğu halde, şu Sûre-i Feth'in مَثَلُهُمْ فِى التَّوْرٰيةِ hükmünü müteaddit âyâtıyla tasdik ediyor.
• İkinci cihet ihbar-ı gaybî şudur ki: مَثَلُهُمْ فِى التَّوْرٰيةِ fıkrasıyla ihbar ediyor ki, "Sahabeler ve Tâbiînler, ibadette öyle bir dereceye gelecekler ki, ruhlarındaki nuraniyet yüzlerinde parlayacak ve cephelerinde kesret-i sücuddan hâsıl olan bir hâtem-i velâyet nev'inde, alınlarında sikkeler görünecek." Evet, istikbal bunu vuzuhla ve kat'iyetle, parlak bir surette ispat etmiştir. Evet, o kadar acip fitneler ve dağdağa-i siyaset içinde, gece ve gündüzde Zeynelabidin gibi bin rekât namaz kılan ve Tâus-u Yemenî gibi kırk sene yatsı abdestiyle sabah namazını edâ eden çok mühim pek çok zatlar مَثَلُهُمْ فِى التَّوْرٰيةِ sırrını göstermişlerdir.
Yəni:
"(Əlamətləri, üzərində olan səcdə izidir.) Bu, onların Tövratdakı vəsfidir." cümləsi, 2 cəhət ilə qeybdən xəbər vermədir. (Belə ki):
• Birincisi: Peyğəmbər (aleyhissəlatu vəssələm) kimi ümmi (oxuma-yazması olmayan) bir Şəxsə nisbətən qeyb hökmündə olan Tövrat'dakı səhabə vəsflərini xəbər verir.
Bəli, Tövrat'da, -19-cu Məktub'da (bax: s. 159-160) bəyan edildiyi kimi- axır zamanda gələcək Peyğəmbərin səhabələri haqqında, bu cümlə var: "Qüdsilərin bayraqları, bərabərindədir." Yəni, Onun səhabələri, əhl-i itaət və ibadət və saleh və vəlidirlər ki, o vəsfləri, "qüdsilər", yəni, "müqəddəs" təbirilə ifadə etmişdir.
Tövratın bir çox ayrı-ayrı dillərə tərcümə edilməsi vasitəsilə o qədər təhrifatı olduğu halda, bu Fəth surəsinin "Bu, onların, Tövratdakı vəsfidir." hökmünü, fərqli ayələrilə təsdiq edir.
• Qeybi xəbər verməyin ikinci cəhəti budur ki: "(Əlamətləri, üzərində olan səcdə izidir.) Bu, onların Tövratdakı vəsfidir." cümləsilə, xəbər verir ki:
"Səhabələr və tabiun (səhabəni görənlər), ibadətdə elə bir dərəcəyə gələcəklər ki, ruhlarındakı nuraniyyət, üzlərində parlayacaq; və cəbhələrində (alınlarında), səcdə etməyin çoxluğundan hasil olan vəlayət (vəlilik) möhrü növündə, alınlarında sikkələr görünəcək."
Bəli, gələcək, bunu, vazehlik və qətiyyət ilə, parlaq bir surətlə isbat etmişdir. Bəli, o qədər qeyr-i adi fitnələr və siyasət çalxantıları içində, gecə və gündüzdə Zeynəlabidin kimi 1000 rükət namaz qılan və Yəmənli Tavus kimi 40 il işa namazı dəstəmazı ilə sübh namazını əda edən çox mühum bir çox şəxslər, "(Əlamətləri, üzərində olan səcdə izidir.) Bu, onların Tövratdakı vəsfidir." sirrini, (öz üzərlərində) göstərmişlərdir.
Not:
Dəyərli oxuyucu! Bu qisimdə zikr edilənləri, belə xülasə etmək, mümkündür:
Tövratın "Qudsilərin bayraqları bərabərindədir." ayəti, Quranın da eyni mənada olan "Əlamətləri, üzərində olan səcdə izidir." ayəti:
1. Səhabələrin, çoxca ibadət edən, saleh və vəli kimsələr olduğuna işarət edir. Çünki alındakı səcdə izi, ibadətin çoxluğunun, ibadətin çoxluğu da ---> salehlik və vəliliyin əlamətidir.
2. Səhabələrin ruhlarındakı nuraniliyin, üzlərində görünəcəyinə işarətdir.
Tövratın ayəti, belədir:
تقلد ايها الجبار سيفك فان ناموسك و شرائعك مقرونة بهيبة يمينك
Təqalləd əyyuhə'l-cabbar səyfəkə, fə innə nəmusəkə və şəraiəkə məqrunətun biheybəti yəminikə.
Yəni:
"Ey Cabbar (yəni, hökm sahibi)! Qılıncını bağla (yəni, tax)! Şübhəsiz, sənin qanunun və şəriətin, sağındakıların heybətilə bağlıdır."
------------------------
✓ Yedincisi:
وَمَثلُهُمْ فِى اْلاِنْجِيلِ كَزَرْعٍ اَخْرَجَ شَطْئَهُ فَاٰزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوٰي عَلٰى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ fıkrası, iki cihetle ihbar-ı gaybîdir:
• Birincisi: Nebiyy-i Ümmîye nisbeten gayb hükmünde olan İncil'in Sahabeler hakkındaki ihbarını ihbardır.
Evet, İncil'de, âhirzamanda gelecek Peygamberin (a.s.m.) vasfında مَعَهُ قَضِيبٌ مِنْ حَدِيدٍ وَاُمَّتُهُ كَذٰلِكَ gibi âyetler var. Yani, Hazret-i İsâ (a.s.) gibi kılıçsız değil, belki sahibüsseyf bir Peygamber gelecek, cihada memur olacak ve onun Sahabeleri dahi kılıçlı ve cihada memur olacaklardır. O kadîb-i hadid sahibi, Reis-i Âlem olacak. Çünkü, İncil'in bir yerinde der: "Ben gidiyorum, tâ Âlemin Reisi (a.s.m.) gelsin." Yani, Âlemin Reisi geliyor.
Demek oluyor ki: İncil'in bu iki fıkrasından anlaşılıyor ki, Sahabeler çendan mebde'de az ve zayıf görünecekler; fakat çekirdekler gibi neşvünemâ bularak yükselip, kalınlaşıp kuvvetleşerek, küffârın gayzlarını onlara yutkundurup boğduracak vakitte, kılıçlarıyla nev-i beşeri kendilerine musahhar edip, reisleri olan Peygamberin (a.s.m.) ise âleme reis olduğunu ispat edecekler. Aynen şu Sûre-i Feth'in âyetinin meâlini ifade ediyor.
Yəni:
"İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin" cümləsi, 2 cəhətlə qeybdən xəbər verməkdir. (Belə ki):
• Birincisi: ümmi Nəbiyə nisbətən qeyb hökmündə olan İncil'in, səhabələr haqqındakı xəbərini, xəbər verməkdir.
Bəli, İncil'də, axır zamanda gələcək Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəsfində, "Onun, dəmirdən bir əsa'sı vardır. Və ümməti də, Onun kimidir." kimi ayələr vardır. Yəni, İsa (əleyhissəlam) kimi qılıncsız deyil; əksinə, qılınc sahibi bir peyğəmbər gələcək, cihada məmur olacaq və Onun səhabələri də, qılınclı və cihada məmur olacaqlardır. O dəmir əsa sahibi, aləmin rəisi olacaq. Çünki, İncil'in bir yerində, deyir: "Mən gedirəm. Ta aləmin rəisi gəlsin." (İohan incili, 16-cı bab, 7-ci ayə). Yəni, aləmin rəisi gəlməkdədir.
Demək olur ki, İncil'in bu 2 cümləsindən başa düşülür ki, səhabələr, hərçənd başlanğıcda az və zəif görünəcəklər; lakin çəyirdəklər kimi böyüyüb-inkişaf edərək yüksəlib, qüvvətlənərək, kafirlərin qəzəblərini onlara uddurub boğduracaq bir vaxtda, qılıncları ilə bəşər növünü özlərinə boyun əydirib, rəisləri olan Peyğəmbər (aleyhissəlatu vəssələm)'in də aləmə rəis olduğunu isbat edəcəklər. Eynilə, Fəth surəsinin bu ayətinin mənasını ifadə etməkdədir.
✓ İkinci vecih: Şu fıkra ihbar ediyor ki, Sahabeler çendan azlığından ve zaafından Sulh-u Hudeybiyeyi kabul etmişler; elbette, herhalde az bir zamandan sonra sür'aten öyle bir inkişaf ve ihtişam ve kuvvet kesb edecekler ki, rû-yi zemin tarlasında dest-i kudretle ekilen, nev-i beşerin o zamanda gafletleri cihetiyle kısa, kuvvetsiz, nâkıs, bereketsiz sümbüllerine nisbeten gayet yüksek ve kuvvetli ve meyvedar ve bereketli bir surette çoğalacaklar ve kuvvet bulacaklar ve haşmetli hükûmetleri gıptadan, hasetten ve kıskançlıktan gelen bir gayz içinde bırakacaklar. Evet, istikbal bu ihbar-ı gaybîyi çok parlak bir surette göstermiştir.
Yəni:
Bu cümlə, xəbər verir ki: Səhabələr, hərçənd azlıqları və zəifliklərindən dolayı, Hudeybiyyə sülhünü qəbul etmişlərdir. Əlbəttə, hər halda az bir zamandan sonra, sürətən elə bir inkişaf və ehtişam və qüvvət qazanacaqlar ki, yer üzü tarlasında, (Allahın) qüdrət əli ilə əkilən, bəşər növünün o zamanda qəflətləri cəhətilə qısa, qüvvətsiz, naqis, bərəkətsiz sünbüllərinə nisbətən çox yüksək, qüvvətli, meyvəli və bərəkətli bir surətdə çoxalacaqlar və qüvvət qazanacaqlar; və ehtişamlı hökümətləri, qibtədən, həsəddən və qısqanclıqdan gələn bir qəzəb içində buraxacaqlar. Bəli, gələcək, bu qeybi xəbəri, çox parlaq bir surətdə göstərmişdir.
Müəllifin qəsdi, budur:
Yer üzü tarlasında, Allahın qüdrət əlilə əkilən sümbül misal (kimi olan) bəşər, 2 növdür:
1. Bir növ (səhabə xaricində olan o dövrün bütün insanları), qəflətləri cəhətilə qısa, qüvvətsiz, naqis, bərəkətsiz;
2. Digər növ (səhabələr), yüksək, qüvvətli, meyvəli və bərəkətlidir.
Müəllif demək istəyir ki, ayə, bu ikinci növ bəşərin (yəni, səhabələrin), yüksək, qüvvətli, meyvəli və bərəkətli bir surətdə çoxalacağına və qüvvət qazanacağına; və ehtişamlı hökümətləri qibtədən, həsəddən və qısqanclıqdan gələn bir qeyz içində buraxacağına işarət edir.
Şu ihbarda hafî bir ima daha var ki: Sahabeyi tavsifât-ı mühimme ile senâ ederken, en büyük bir mükâfâtın vaadi makamca lâzım geldiği halde, مَغْفِرَةً kelimesiyle işaret ediyor ki, istikbalde Sahabeler içinde fitneler vasıtasıyla mühim kusurlar olacak. Çünkü mağfiret kusurun vukuuna delâlet eder. Ve o zamanda Sahabeler nazarında en mühim matlup ve en yüksek ihsan, mağfiret olacak. Ve en büyük mükâfat ise, af ile, mücâzât etmemektir.
مَغْفِرَةً kelimesi nasıl bu lâtif imayı gösteriyor; öyle de, sûrenin başındaki لِيَغْفِرَ لَكَ اللهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَاَخَّرَ cümlesiyle münasebettardır. Sûrenin başı—hakikî günahlardan mağfiret değil; çünkü ismet var, günah yok—belki makam-ı nübüvvete lâyık bir mânâ ile Peygambere müjde-i mağfiret ve âhirinde Sahabelere mağfiret ile müjde etmekle, o imaya bir letâfet daha katar.
Yəni:
Bu ixbarda (xəbər vermədə), gizli bir ima (işarət) daha vardır. (Belə ki):
Səhabəni mühim vəsf ilə tərifləyərkən, ən böyük bir mükafatın vədi məqamca lazım gəldiyi halda, "bağışlanma" kəliməsilə işarət edir ki, gələcəkdə, səhabələr içində fitnələr vasitəsilə mühim qüsurlar olacaq. Çünki, (ayədəki) "məğfirət/bağışlanma", qüsurun vaqe olmasına dəlalət edir. Və o zamanda, səhabələr nəzərində ən mühim mətlub və ən yüksək ehsan, məğfirət olacaq. Və ən böyük mükafat isə, əfv ilə cəzalandırmamaqdır.
"Məğfirət/bağışlanma" kəliməsi, necə bu (yuxarıdakı) lətif imanı göstərir; elə də, surənin başındakı, "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın." cümləsilə münasibətdardır. Surənin başı, -həqiqi günahlardan bağışlama deyil, çünki, ismət var, günah yoxdur- əksinə, Nübüvvət məqamına layiq bir məna ilə Peyğəmbərə məğfirət müjdəsi; və axirində səhabələrə məğfirət ilə müjdə etməklə, o imaya bir lətiflik daha qatar.
Bax, Fəth surəsinin axırındakı məzkur (zikr edilən) 3 ayəni, 10 möcüzəlik cəhətindən yalnız qeybdən xəbər vermə cəhətinin çox cəhətindən yalnız 7 cəhətini bəhs etdik.
(Said Nursi, "Ləmalar", 7-ci Ləma, s. 29-34)
----------------------
----------------------
Əlavələr:
• Fəth surəsi 29-cu ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99th-sur%C9%99si-29-cu-...
• Peyğəmbərlərin günahları olmadığı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rl%C9%99r-...
• İşari təfsir:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isari-t%C9%99fsir-haqqinda-m...
