Fəth surəsi 29-cu ayə
مُّحَمَّدٌ رَّسُولُ ٱللَّهِ ۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلْكُفَّارِ رُحَمَآءُ بَيْنَهُمْ ۖ تَرَىٰهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًا ۖ سِيمَاهُمْ فِى وُجُوهِهِم مِّنْ أَثَرِ ٱلسُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِى ٱلتَّوْرَىٰةِ ۚ وَمَثَلُهُمْ فِى ٱلْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسْتَغْلَظَ فَٱسْتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعْجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلْكُفَّارَ ۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًۢا
"Muhəmməd, Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir." (Fəth/29)
------------------------
Təfsiri:
Ayədəki "Əlamətləri isə, üzlərində olan səcdə izidir." cümləsilə bağlı olaraq, bu 2 izah verilə bilər:
a. Bu əlamətlər, qiyamət günü gerçəkləşəcəkdir. Necə ki, Haqq Taala,
...يَوْمَ تَبْيَضُّ وُجُوهٌ
"O gün, neçə-neçə üzlər ağaracaqdır." (Al-i İmran/106); və
...يَوْمَ تَرَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَـٰنِهِم
"O gün Sən, mömin kişilərin və mömin qadınların nurunun, onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən..." (Hədid/12) buyurmuşdur.
Buna görə, deyirik ki:
Onların üzlərindəki nurları, Haqqa yönəlmələri səbəbilə olmuşdur. Necə ki, İbrahim (əleyhissəlam),
...إِنِّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ حَنِيفًا
"Doğrudan da Mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim..." (Ənam/79) demişdir.
Kim, günəşin qarşısında durarsa, günəşin işıqları, onun üzünə düşər və bu işıq, onun üzündə yayılmış bir şəkildə üzə çıxar. Lakin, günəşin işığı arizi olub, yox ola bilən cinsdəndir. Allah Taala isə, göylərin və yerin həqiqi nurudur (haşiyə). Bundan dolayı, kim, Onun üzünə (yəni, Zatına) yönələrsə, o kimsənin üzündə, bütün işıqları örtəcək bir nur meydana gələr.
--------------------
(Haşiyə:
Nur isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nur-isminin-s%C9%99rhi)
--------------------
b. Bu əlamətlər, dünyada olacaqdır. Belə olmasına görə, bu xüsusda, 2 izah verilə bilər:
1. Bununla, çox səcdə etmələri səbəbilə, möminlərin alınlarında meydana gələn hal qəsd edilir.
2. Haqq Taala'nın, gecələri namaz qılan və səcdə edənlərin üzlərində yaratdığı, gözəllik nurudur. Bu, ağlı olanlar üçün, inkarı mümkün olmayan bir şeydir. Çünki, gecə oyaq qalan 2 nəfərdən biri, içki içmək, oyun oynamaq ilə; digəri isə, namaz qılıb, Quran oxuyaraq və elm tələbilə vaxt keçirsin. Ertəsi gün, bütün insanlar, içki içib qumar oynadığı üçün yuxusuz qalan ilə Allahı zikr və şükr üçün yuxusuz qalanın fərqini görər.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
-------------------
-------------------
Əlavələr:
Fəth surəsi 27-28-29-cu ayələr:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99th-sur%C9%99si-27-28-...
