Ruxsat və əzimət nə deməkdirlər?
Bu bab (yəni, ruxsat və əzimət babı), təklifi hökmlərə tabedir (yəni, onunla sıx münasibəti vardır). Çünki, bunlara görə,
~ haram bir şey, mübah olmaqda; və ya
~ vacib (yəni, edilməsi, qəti olaraq istənilən şey), müəyyən bir vaxta qədər caiz sayılmaqda;
və beləcə, təklifi bir hökmdən, başqa bir hökmə keçilməkdədir.
Əsasən, şər'i təkliflər,
~ bəzi fellərin mükəlləflər tərəfindən edilməsini;
~ bəzi fellərin də, tərk edilməsini
istəməkdədir.
Bəzən, hər hansı bir arizi (gəlib-keçici) bir səbəbdən ötürü, mükəlləf üçün edilməsi lazım gələn bir qisim təklifi yerinə yetirmək, çətin və hətta imkansız ola bilər. Lakin bunlar, ümumiyyətlə yerinə yetirilə bilərlər. Bu etibarla, Allah Taala, edilməsini istədiyi şeydə, quluna asanlıq göstərməkdədir. Xəstə bir insan, -sağalınca qəza etmək şərtilə- ramazan orucunu tutmaya bilər. Belə edən bir insan, Allahın vermiş olduğu ruxsata tabe olmuş olur. İlk olaraq əmr edilən şey də, "əzimət"dir.
(Fiqh) üsulu alimləri,
~ "əzimət"i: "İlk olaraq məşru qılınan və edilməsinin səbəbi arizi olmayan bir təklifdir." şəklində;
~ "ruxsat"ı da: "əsli hökmü yerinə yetirməməyi caiz qılan bir səbəbdən dolayı, məşru qılınan ikinci bir təklifdir." deyə tərif etməkdədirlər.
Buna görə:
~ Əzimət, əsl və ümumi olan hökmdür. Hər kəslə bağlıdır və hər mükəlləf, buna tabe olmağa məcburdur;
~ Ruxsat isə, əsli hökm deyildir. Bu, əsli hökmü yerinə yetirmək imkansız olduğu üçün, ikinci dərəcədə gələn bir hökmdür.
Əksəriyyətlə, əsl hökm, vacibdən mübah'a; mübahdan da vacib keçməkdədir. Bununla, əsli hökm, tamamilə düşür.
Ruxsatın səbəbləri çoxdur. Onlardan biri, zərurətdir. İnsan, zərurət içində qalar və məsələn:
~ Ölüm təhlükəsindən qorxarsa, murdar əti yeməsi lazımdır;
~ Məşəqqət və çətinliklə qarşılaşarsa, orucunu poza bilər;
~ Müalicə məqsədilə, həkim, bir qadının məhrəm yerinə baxa bilər.
• Ruxsat, 2 qismə ayrılır:
1. Fel (etmək) ruxsatı;
2. Tərk (etmək) ruxsatı.
Bu təqsim (bölgü), əzimətin muhtəvasından iləri gəlməkdədir. Əzimət(in hökmü):
~ bir şeyin tərk edilməsini ehtiva edirsə, bu ruxsata, "etmək ruxsatı";
~ bir işin edilməsini gərəkdirirsə, bu ruxsata, "tərk etmək" ruxsatı
deyilir.
• Fel (etmək) ruxsatı, əsli hökmün bir şeyi haram qıldığı yerlərdə olur. Zərurət, ehtiyac, məşəqqət və çətinlik qarşısında haram olan şeyləri etmək, caiz olur. Zərurət üçün, 2 misal verəcəyik:
a. Əzimətlə hərəkət etmək, canın tələfinə səbəb ola bilər. Lakin, əzimətə tabe olmaq da, caiz görülə bilər. Bu xüsusu, Quran:
مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعْدِ إِيمَـٰنِهِۦٓ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُۥ مُطْمَئِنٌّۢ بِٱلْإِيمَـٰنِ وَلَـٰكِن مَّن شَرَحَ بِٱلْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ ٱللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
"Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır." (Nəhl/106) ayətilə bəyan etmişdir.
Məsələn, Ammar b. Yasir (radiyallahu anh), müşriklərin ağır işgəncələri altında küfrü gərəkdirən sözlər söyləmişdi. (Peyğəmbərə gəlib bu halı ərz edincə),
- Nəbi (sallallahu aleyhi və səlləm): "Ey Ammar! Arxanda nə var idi?" deyə soruşmuş;
- Ammar da: "Şərr var idi. Səni, pisliklə; onların ilahlarını da, xeyirlə anmadıqca, Məni buraxmadılar." deyə cavab vermişdi.
- Nəbi (sallallahu aleyhi və səlləm): "Qəlbini necə tapdın?" deyə soruşmuş;
- Ammar da: "(İmanla) mutməin olaraq." cavab vermişdi.
- Bunun üzərinə, Nəbi (sallallahu aleyhi və səlləm): "Onlar, Sənə eyni şeyi edərlərsə; Sən də eyni şeyi təkrarla." buyurmuşdur.
Başqa bir hadisə də, budur:
İki Müsəlmanı, müşriklər ölümlə təhdid etmişdilər. Birini, küfr söyləməkdən imtina etdiyi üçün (öldürmüş); digərini də, küfr söylədiyindən dolayı (buraxmışdılar). (Bu xəbər Peyğəmbərə çatdığında), O, belə buyurmuşdu:
"(Küfr söyləməkdən) imtina edən, şəhidlərin ən üstünü və cənnətdə, Mənim dostumdur." (Əbdü'l-Əziz əl-Buxari, "Haşiyətu'l-Buxari alə Usuli Fəxru'l-İslam Pəzdəvi", 2-ci cild, s. 636-637)
Bunlar göstərir ki, əzimətin hökmü, əbədi olmaqla bərabər, ruxsat da vardır. Və bu, Allah Taala'nın, darda qalan qullarına bir sədəqəsidir.
Yaxşılığı əmr edib pislikdən çəkindirmək (haşiyə) də, bəzən yerinə yetirilə bilmir. Yaxşılığı xatırladan və pislikdən çəkindirən kimsələri, zalım hökmdarlar öldürərlərsə, həqiqəti söyləməmək, susmaq ruxsatı vardır. Burda əzimət isə, həqiqəti deməkdir. Allah Taala, Quranda,
لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَـٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةً ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ
"Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır." (Al-i İmran/28) buyurmuşdur.
-----------------------
(Haşiyə:
Yaxşılığı əmr edib pislikdən çəkindirmək:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/yaxsiligi-%C9%99mr-edib-pisl...)
-----------------------
Demək ki, belə bir halda, qorxub susmaq, caizdir. Lakin əzimət isə, susmaq və doğru yolu göstərməkdir. İstərsə, sonu ölüm olsun. Necə ki, Nəbi (sallallahu aleyhi və səlləm), buyurur:
"Şəhidlərin seyyidi, Abdu'l-Muttalib'in oğlu Həmzə ilə, (həqiqəti söylədiyi üçün), zalım sultan tərəfindən öldürülən adamdır." (haşiyə)
---------------------
(Haşiyə:
Sözlə cihad:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sozl%C9%99-cihad-vardirmi)
-------------------------
b. Zərurətdən dolayı, şəxs, əsl hökm (yəni, əzimət) ilə ikinci hökm (yəni, ruxsat) arasında, muxayyər olmaz. Aclıq və susuzluqdan dolayı, ölüm təhlükəsinə düşən kimsənin donuz əti yeməsi və ya şərab içməsi, vacib olur. Belə haram şeylər, ağıl və nəfsi ifsad edəcəksə də, bunları yeyib-içmək, ölməkdən daha yaxşıdır. Dolayısı ilə, bu halda, insan, səbr edərək ölərsə, savab qazanmış olmaz. Belə bir vaciblik qarşısında, iş, ruxsat həddini aşmışdır. Çünki ruxsat, 2 cür davranmağın caiz olmasıdır. Bu səbəblədir ki, fəxru'l-İslam əl-Pəzdəvi, "Üsul" kitabında, belə halların ruxsat deyə adlandırılmasının, məcaz qəbilindən olduğunu söyləyir. Çünki, bunlardan 2 şey arasındakı muxayyərlik qalxmaqda və tək şeyin edilməsi gərəkməkdədir.
Bəzi alimlər, ruxsatda, 2 şeydən 1-inin edilməsini şərt qoşmazlar. Onlara görə, əsli hökmün bir üzr və ya əngəldən dolayı ikinci bir hökmə keçməsilə də, ruxsat sabit olur. Bu etibarla, zərurətdə qalan kimsənin murdar əti yeməsi, ruxsatdır. Bu alimlər, ruxsatı,
a. İsqat ruxsatı;
b. Tərfih (rahatlatma) ruxsatı
deyə, ikiyə ayırırlar.
~ Birincisində, ruxsata tabe olmaq, vacibdir. Çünki əzimət, saqit olmuş (düşmüş)'dür.
~ İkincisində isə, həm ruxsata, həm də əzimətə görə hərəkət edilə bilər.
Fəqihlər, başqasının malını yeməklə murdar əti yemək arasındakı izdirar (çarəsizlik) halını da, bir-birindən ayırırlar. Muztar (zərurət qarşısında qalan), başqasının malını yeməz və səbr edərək ölərsə, günah işləmiş olmaz. Əgər murdar ət və bənzəri şeylər yeməyib səbr edərək ölərsə, günahkar olar. Çünki, birinci halda, ruxsat da, əzimət də, sabit; ikinci halda isə, yalnız ruxsat vardır.
Tərk etmə ruxsatına gəlincə, bunun misalları çoxdur. Ramazanda orucu yemək, yaxşılı əmr edib pislikdən çəkindirməyi tərk etmək, üzrlü kimsələrdən cümə namazının qalxması və s.
Üsul alimləri, 2 növ ruxsat haqqında da danışırlar:
1. Əvvəlki ümmətlərə vacib olan çətin təklifləri isqat ruxsatı.
Ğazzali, "əl-Mustasfa" adlı əsərində, bu mövzuda, belə deyir:
"Bizdən əvvəlki millətlərə (yəni, dinlərə) vacib olan çətin təkliflərin bizim üçün xəfiflədilməsinə ruxsat adının verilməsi, məcaz qəbilindəndir."
2. Qiyasa müxalif olaraq varid olan istihsəni əqdlər.
Bunlara misal olaraq, "sələm" əqdini (pul, hazır; mal isə, borc olmaq üzərə edilən bir növ alış-verişi) verə bilərik. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir kimsənin yanında mövcud olmayan bir şeyi satmasını nəhy etmiş; sələm əqdinə isə, ruxsat vermişdir.
Fəxru'l-İslam Pəzdəvi'yə görə, burdakı ruxsat təbiri də, məcazdır. Hətta ruxsat olmaq cəhətindən, bu, əvvəlkindən də uzaqdır. Çünki, sələm və bənzərləri kimi istihsən qəbilindən olan əqdlərdə, 2 hökm yoxdur ki, biri ibahə, digəri də mən (əngəlləyən) olsun. Bunlarda, bir hökm vardır. O da, ibahədir. Bunlar, insanları, asanlıq olsun deyə bənzərlərindən istisna edilərək, ayrı bir hökmə bağlanmışdır.
Ruxsatın hökmü, ümumi olaraq ibahədir. Mükəlləf, istərsə ruxsata, istərsə də əzimətə görə hərəkət edər. Məsələn, səfəri bir şəxs, ramazanda əzimətə tabe olaraq orucunu tuta biləcəyi kimi; ruxsata tabe olaraq tutmaya da bilər. Quran və hədislərdə keçən nass'lar, ruxsatın, muxayyərlik ifadə etdiyinə dəlalət etməkdədir. Asanlıq göstərmə, İslam şəriətinin məqsədləri arasındadır. Allah Taala da,
وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍ ۚ
"O, bu dində də, sizin üçün heç bir çətinlik yaratmadı." (Həcc/78)
يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلْعُسْرَ
"Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir." (Bəqərə/185) buyurmaqdadır.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
