Hökm nədir?

✓ Hökm:

Bu: "haqqında nass və ya icmanın varid olduğu şey"dir.

Bunun əsl'dən fər'ə keçməsi üçün, bu şərtlər mövcud olmalıdır:

1. Hökm, şər'i və əməli olmalıdır. Fiqhi qiyas, ancaq əməli hökmlərdə olur. Çünki, ümumi olaraq, fiqhin mövzusu, əməli hökmlərdir.

2. Hökmün mənası, ağıl ilə qavranılan olmalıdır. Yəni, onun məşru olduğunu, ağıl qavramalıdır və ya nass, bu səbəbə işarət etməlidir. Məsələn:

İçki, qumar, murdar heyvan əti və başqasının malını yemək, aldatma və rüşvət, haram qılınmışdır. Ağıl, bu hökmlərin məşru hikmətini qavramaqdadır. Əgər hökmün mənası ağıl ilə bilinməzsə, -təyəmmüm və namazın rükətlərinin sayı və ya şəkli kimi- qiyas mövzusu ola bilməz.

Bu etibarla, alimlər, hökmləri 2 qismə ayırmaqdadırlar:

a. Təabbudi hökmlər:

Bunlarda, qiyas cərəyan etməz. Çünki, qiyasın əsası, hökmün illətinin bilinməsidir. Təabbudi hökmlərdə isə, illəti bilməyin imkanı yoxdur. Məsələn: Həcc ilə bağlı ibadətlər, belədir. Bu, o demək deyildir ki, məşru olma səbəbi ağıl ilə qavranılmayan ibadət və ya hökmlərin, bir hikmət və faydası yoxdur. Şübhəsiz, bunların, hikmət və faydaları vardır. Ancaq ağıl, bənzəri hadisələri eyni hökmə bağlamaq üçün, onların cüzi illətlərini qavraya bilmir.

b. Mənası, ağıl ilə qavranılan hökmlər:

Bunlarda, qiyas cərəyan etməkdədir. Çünki, insan ağlı, onların illətlərini qavraya bilir.

əbu Hənifə (radiyallahu anh)'a görə, dini nass'ların hamısının mənası, ağıl ilə qavrana bilər və illətləri də, başa düşülə bilər. Ancaq, təabbudi olduğu haqqında dəlil olanlar, bundan müstəsnadır. əbu Hənifə'nin müasiri Osman əl-Bətti də: "Nass'ların tə'lili (yəni, illətini göstərmək), ancaq nass ilə olur." demişdir. Ona görə, nasslar, tə'lil edilə bilməz. Ancaq, tə'lil edildiyi haqqında nass olanlar, bundan xaricdir. Məsələn: içkinin haram qılınması və aldatmağın nəhy edilməsinin illətini bildirən nasslar vardır.

...3. Hökm, əsas etibarı ilə, qiyasa müxalif olmamalıdır. Məsələn:

~ Səfəri olma halı, oruc tutmamağı mübah qılmaqdadır. Lakin, çətin işləri səfərə qiyas etmək (yəni, orucu bundan dolayı tərk etmək), caiz deyildir.

~ Yenə, məst üzərinə məsh etmək üçün, icazə verilmişdir. Lakin, buna qiyas edilərək corab üzərinə məsh ediləcəyi, iləri sürülə bilməz.

Belə hökmlər, istisnai şeylərdir və qiyasa müxalif olaraq sabit olmuşdur. Demək ki, qiyasa müxalif olaraq sabit olan hökmlər üzərinə, başqaları qiyas edilə bilməz. Məsələn: oruc ikən unudaraq yeyib-içməyin hökmü, qiyas xaricidir. Cəhl və xəta, bunlara qiyas edilə bilməz. (haşiyə)

---------------------------

(Haşiyə:

Hənəfi fəqihləri, qiyasa müxalif olan hökmləri, 4 qismə ayırırlar:

1. Xüsusi olduğu sabit olan hökmlər.

Məsələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xanımlarının sayı ilə bağlı hökmlər, belədir.

2. Təabbudi olduğu və illətlərinin ağıl ilə qavranılmayacağı sabit olan hökmlər.

3. Amm (ümumi) olan hökmdən ruxsat olmaq üzərə varid olduğu sabit olan hökmlər.

Amm olan bir hökmə, ancaq, eyni qüvvətdə olan bir hökm muaraza edə bilər. Qiyas isə, əzimət ifadə edən amm bir hökmün qüvvətində deyildir.

4. Ümumi qaydadan istisna edilən hökmlər.

İstisnanın, özünə məxsus bir mənası vardır və bu, qiyasa mane olmaz. Çünki, bu məna, qiyasın illətini təşkil edir. Bu halda, 2 qiyas olar və fəqih, bunlardan təsircə daha qüvvətli olanı tərcih edər ki, Hənəfilər, buna, "istihsən" adını vermişlərdir.

------------------------------

Lakin, istisnai hökmlərdə, bəzən, qiyasa imkan verən illət mövcud ola bilər. Məsələn: evlərin icarəyə verilməsini ifadə edən hökm üzərinə tarlaların icarəyə verilə biləcəyi, qiyasla sabit olmuşdur. Bu vaxt, səmavi bir bəla nəticəsində, məhsul tələf olarsa, icarənin düşəcəyi də, qiyasla sabit olmuşdur. Bu, mustə'cir (kirayəşin)'in, icarə mövzusu olan şeyi təslim almaqdan əngəllənməsi halına qiyas edilmişdir.

Əslində, bu hökmlər, qiyasa müxalif olaraq varid olmuşdur. Ancaq, qiyas üçün illət ola biləcək şər'i bir məna daşıdıqlarından, qiyasa daxil olmuşlardır.

4. Əslin bildirdiyi hökmün xüsusi olduğu, sabit olmamalıdır. Məsələn: Xuzeymə'nin şəhadətinin, 2 nəfərin şəhadətinə bərabər olması; və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, 4 qadından çox qadın ilə evlənməsi, belə xüsusi hökmlərdir.

Bax bunlar, hökmün, əsl'dən fər'ə keçməsinin şərtləridir.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

------------------------------

------------------------------

Əlavələr:

Əsl və fər nə deməkdirlər?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99sl-v%C9%99-f%C9%99r-n%...

Read 35 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR