Hucurat surəsi 12-ci ayə
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱجْتَنِبُوا۟ كَثِيرًا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعْضَ ٱلظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا۟ وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ تَوَّابٌ رَّحِيمٌ
"Ey iman edənlər! Zənnin bir çoxundan çəkinin. Çünki, bəzi zənn (vardır ki), günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biri, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah, Təvvab'dır, Rahim'dir." (Hucurat/12)
-----------------------------
Təfsiri:
(Haqq Taala, belə buyurmuşdur), çünki, zənn, daha əvvəl keçmiş olan şeylərə də səbəb ola bilər. Pisliklər, zənnə söykənir. Kinli düşmənlik, zənndən doğur. Bir söz danışan kimsə, danışdığı şeyləri qəti elmə/biliyə istinad edərsə, çox az olaraq, bir kimsədə qəti olaraq bir eyb tutar, onu eybləyə bilər. Çünki fel, -onu edən yanıla biləcəyi; onu görən, yalnış görə biləcəyi üçün- bəzən şəklən çirkin olduğu halda; əslində belə olmaya da bilər.
Ayədəki "kəsiran/bir çoxu" ifadəsi, xeyir və gözəl şeylərin özünə istinad etdiyi zənnləri xaric buraxmaq üçün gətirilmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Mömin haqqında, yaxşı zənndə olun." buyurmuşdur.
Xülasə, yəqinliyə və qətiliyə istinad etməyən hər işdə zənnə düşmək, qaçılmazdır. Bunun misalı, hakimin, şahidlərin şəhadətinə görə hökm etməsi; şahidlər olmadığı halda isə, "zimmət bəraətinin əsl olması"na (günahı isbatlanana qədər ittiham edilənin günahsız sayılması) və s. görə hökm etməsidir.
O halda, ayədəki "Zənnin bir çoxundan çəkinin." və "Çünki bəzi zənnlər, günahdır." ifadələri, ehtiyatlı olana sarılmağa bir işarət olub; bu, eynilə belədir:
Qorxulan, güvənilən olmayan bir yolda, hər dəfəsində, yol kəsən quldura rast gəlinməz...Nə var ki, sən, 1 dəfə və ya 2 dəfə orda quldura rast gəlindiyi üçün, o yola girmək istəməzsən...Ancaq keçmək lazımdırsa, bir dostunla bərabər o yola girərsən...
Bax, eynilə bunu kimi, zənnə də, tam bir cəhd və üstün bir səy göstərildikdən sonra müraciət edilməlidir.
--------------------------------
Daha sonra, Haqq Taala, əvvəlki mənaları tamamlamaq üçün, "və lə təcəssəsu = bir-birinizi güdməyin" buyurmuşdur. Çünki, Haqq Taala, "Zənnin çoxundan çəkinin..." buyurunca, bundan, nəzərə alınması lazım gələn şeyin, yəqinlik, qətilik halı olduğu başa düşülmüşdür. Bundan dolayı, bir kimsə, "Mən, filankəsi kəşf edə bilərəm...Yəni, onu, yəqinliklə tanıyır; qüsurlarını gözümlə görür; buna görə də, onu eybləyirəm...Beləcə də, zənndən çəkinmiş oluram..." deyə bilər. Bax bunun üzərinə, Haqq Taala da, sanki: "Zənnə qapılmayın. İnsanların qüsurlarını yəqinliklə görmək xüsusunda da, səy göstərməyin..." buyurmuşdur.
-----------------------------
Daha sonra, Haqq Taala, möminin olmadığı yerdə, şərəfinin qorunmasının vacib olduğuna işarət etmək üçün də, "وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا / və lə yəğtəb bə'dukum bə'dan / bir-birinizin qeybətini etməyin" buyurmuşdur.
Ayədəki, "Sizdən biri, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?" ifadəsi, qadağan edilən qiybətin, kafirinki deyil; möminin qiybətinin edilməsinin olduğunun dəlilidir. Çünki, Haqq Taala, qiybəti, qardaşın ətinin yeyilməsinə təşbih etmiş və bundan əvvəl də, "Möminlər, ancaq qardaşdırlar." (Hucurat/10) buyurmuşdur. Halbuki, qardaşlıq, ancaq möminlər arasında bəhs mövzusudur. Və (burda), qardaşın ətini yeməyə təşbih edilən şeydən əngəlləmədən başqa da heç bir şey bəhs mövzusu deyildir. Bundan dolayı, bu ayədə, kafirin deyil; möminin qiybətini nəhy/qadağa vardır.
"Bu təşbihin hikməti" nədir deyə soruşsan, belə deyərik:
Bu, insanın namus və şərəfinin, eynilə əti və qanı kimi olduğunun bir işarəti olub; bu, "cəli/açıq qiyas" qəbilindəndir. Çünki, insanın namus və şərəfi, ətindən də qiymətlidir. Bundan dolayı, insan, insanın ətini yeməyi xoş görmədiyinə görə; o, insanların şərəf və namuslarını zədələməyi, əvləviyyətlə xoş görə bilməz. Ayədəki "qardaşın əti" ifadəsi, bu xüsusu daha çox əngəlləyən bir ifadədir. Çünki, düşməni, düşmənin qəzəbi, öz düşməninin ətini (ağzında) çeynəməyə sövq edə bilər. Bax bundan dolayı, doğruların ən doğrusu (yəni, Peyğəmbər): "Ananın doğduğu kimsənin ətini yemək, ola biləcək ən pis şeydir." buyurmuşdur.
Ayədəki "meytən/ölü" ifadəsi, belə bir vəhmi (şübhəni) dəf etməyə işarətdir:
İnsanın üzünə qarşı danışmaq, daha çox əzab verir. Bundan dolayı, haramdır. Qiybətini etməyə gəlincə, o, bundan xəbərsiz olduğu üçün, bu, ona əzab verməz. Bax bu səbəblə, "ölü qardaşınızın ətini yemək" təbiri istifadə edilmişdir. Çünki, bu da, ölüyə əziyyət verməz. Ancaq, buna baxmayaraq, qiybət, son dərəcə pis bir şeydir! Çünki ölü, ətinin yeyildiyini hiss etsəydi, bu, ona əzab verəcəyi kimi; qiybəti edilən də, bu qiybətdən xəbərdar olsaydı, bu, ona əzab verərdi.
Burda, belə bir xüsus da vardır:
Qiybət, ölmüş insanın ətini yemək kimidir. Halbuki, ölünün ətini yemək, ancaq, məcbur (çarəsiz) qalmış kimsə üçün, o da, zərurət miqdarı qədərilə halal olur. Halbuki, məcbur qalmış kimsə, ölmüş qoyun ətilə ölmüş insan ətini bərabər tapdığında, insan ətini yeməz. Qiybət edən kimsə də, etdiyi o qiybətin xaricində bir şəkildə ehtiyacını təmin edə bilərsə, qiybət etməsi, mübah olmaz.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, müxtəsər)
-----------------------
-----------------------
Əlavələr:
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in ayəni təfsiri:
" اَيُحِبُّ اَحَدُكُمْ اَنْ يَاْكُلَ لَحْمَ اَخِيهِ مَيْتًا âyetinde altı derece zemmi zemmeder, gıybetten altı mertebe şiddetle zecreder."
Yəni:
"Ə yuhibbu əhədukum ən yə'kulə ləhmə əxihi meytən = Sizdən biri, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?" ayəti, 6 dərəcə zəmmi zəmm edər, qiybətdən 6 mərtəbə şiddətlə zəcr edər (çəkindirər).
Yəni, bir insan digərini (qiybətlə) pislədiyində, Quran da, 6 cəhətlə o pisləyəni pisləyər, qiybətdən 6 mərtəbə şiddətlə çəkindirər. Yəni, ayətin hökmü, qiybətin pis olduğudur. Bununla bərabər, hər bir kəlimə (yəni, ayətin 6 kəliməsi) də, bunu ifadə etməkdə ayətin hökmünü qüvvətləndirməkdədirlər.
"Şu âyet bilfiil gıybet edenlere müteveccih olduğu vakit, mânâsı gelecek tarzda oluyor. Şöyle ki: Malûmdur, âyetin başındaki hemze, sormak, "âyâ" mânâsındadır. O sormak mânâsı, su gibi, âyetin bütün kelimelerine girer. Her kelimede bir hükm-ü zımnî var."
Yəni:
Bu ayə, felən qiybət edənlərə yönəldiyi vaxt, mənası, gələcək tərzdə olur. Belə ki:
Məlumdur ki, ayətin başındakı həmzə (yəni, ا / ə = mı, mi, mu, mü), soruşmaq (görəsən) mənasındadır. O soruşmaq mənası isə, su kimi, ayətin bütün kəlimələrinə girməkdədir. (Elə isə) hər kəlimədə, gizli bir hökm vardır.
• İşte, birincisi, hemze ile der: Âyâ, sual ve cevap mahalli olan aklınız yok mu ki, bu derece çirkin birşeyi anlamıyor?
Yəni:
Birincisi: həmzə (yəni, ayənin başındakı "ə/mı, mi, mu, mü") ilə deyir: Görəsən, sual və cavab məhəlli olan ağlınız yoxdurmu ki, bu dərəcə çirkin bir şeyi başa düşmür?
Yəni, sual-cavab məhəlli olan ağlın, ölçüb-biçməsi lazımdır ki, "Biri məni qiybət etsəydi, bu, mənim xoşuma gələrdimi?" Başdakı "ə/mı, mi, mu, mü" sual ədatı, ağla, bunun çirkin olduğunu düşündürməkdədir.
• İkincisi: يُحِبُّ lâfzıyla der: Âyâ, sevmek ve nefret etmek mahalli olan kalbiniz bozulmuş mu ki, en menfur bir işi sever?
Yəni:
İkincisi: "(ə) yuhibbu/sevərmi, xoşlanarmı" ləfzilə deyir: Görəsən, sevmək və nifrət etmək məhəlli olan qəlbiniz pozulmuşmudur ki, ən mənfur (nifrət edilən) bir işi sevir?
Sevmək, xoşlanmağın məhəlli, qəlbdir. Bir qəlb pozulmamışdırsa, gözəl şeyləri sevər; çirkin şeylərdən nifrət edər. Hər kəs öz nəfsini (qiybət edilənə) qiyas etsə, açıqdır ki, bundan, qəlbən nifrət edər. Ayə, bu ikinci cümləsilə, qiybətin çirkin olduğu hökmünü, qəlbi cəhətdən göstərməkdədir.
• Üçüncüsü: اَحَدُكُمْ kelimesiyle der: Cemaatten hayatını alan hayat-ı içtimaiye ve medeniyetiniz ne olmuş ki, böyle hayatınızı zehirleyen bir ameli kabul eder?
Yəni:
Üçüncüsü: "(ə) əhədukum / sizdən biri" kəliməsilə deyir: Camaatdan həyatını alan ictimai və mədəni həyatınıza nə olub ki, həyatınızı belə zəhərləyən əməli qəbul edir?"
Ayə, "sizdən biri" kəliməsilə, cəmiyyəti xatırlatmaqdadır. Bu kəlimənin, ayənin qiybəti pisləmək hökmünə köməyi, belədir:
Camaat və cəmiyyəti meydana gətirən fərdlərdən hər hansı birinin digərini qiybətlə çəkişdirməsi, əlbəttə ki, cəmiyyətin hüzurunu pozar və əmin-amanlığı zədələyər. İctimai həyatı, bir keşməkeşə sövq edər. Çünki, cəmiyyətin səmimiyyət və əmin-amanlığı, sədaqət ilədir; bir-birinə quyu qazmaqla deyil. Bu səbəblə, bir cəmiyyət, qiybət və bənzəri sədaqəti qıran ünsürlərlə qırıldığından, bu aləti istifadə edən cəmiyyətlər, pozulmağa və dağılmağa məhkumdur. Bir ailədə, şirkətdə, camaatda, məhəllədə, xülasə hir cəmiyyətdə qiybət yayğındırsa, orda əmin-amanlıq və sədaqət qalmaz. Bunun nəticəsində də, cəmiyyət həyatı çökər.
• Dördüncüsü: اَنْ يَاْكُلَ لَحْمَ kelâmıyla der: İnsaniyetiniz ne olmuş ki, böyle canavarcasına arkadaşınızı dişle parçalamayı yapıyorsunuz?
Yəni:
Dördüncüsü: "(ə) ən yə'kulə ləhmə / ətini yeməyi" kəlamı ilə deyir: "İnsaniyyətinizə nə olub ki, belə canavar kimi, dostunuzu, diş ilə parçalayırsınız?"
Canlılardan elə bir növ (cins) yoxdur ki, (istisna hallar xaric) öz həmcinsinin ətini yesin. Ayə, qiybət edənlər haqqında, sanki deyir ki: Sizin insanlığınız, heyvanlardan da aşağı düşmüşdür. Çünki, bir heyvanın öz həmcisinə etmədiyini (yəni, öz cinsindən olan heyvanını ətini yemədiyi halda), siz, öz həmcinsiniz olanlara edirsiniz.
• Beşincisi: اَخِيهِ kelimesiyle der: Hiç rikkat-i cinsiyeniz, hiç sıla-i rahminiz yok mu ki, böyle çok cihetlerle kardeşiniz olan bir mazlumun şahs-ı mânevîsini insafsızca dişliyorsunuz? Ve hiç aklınız yok mu ki, kendi âzânızı kendi dişinizle divane gibi ısırıyorsunuz?
Yəni:
Beşincisi: "(ə) əxihi/qardaşı" kəliməsilə deyir: "cinsdən (yəni, insan cinsi olmaqdan qaynaqlanan) riqqət (yəni, həssaslı)'ğınız, heç sıla-i rahim (qohum-əqrəbalıq bağlarına riayət etmək, onları canlı tutma)'ğınız yoxdurmu ki, belə çox cəhətlərlə qardaşınız olan bir məzlumun mənəvi şəxsiyyətini insafsızca dişləyirsiniz? Və heç ağlınız yoxdurmu ki, öz əzanızı, öz dişinizlə dəli kimi dişləyirsiniz?
Qohum-əqrəbalıq bağlarına riayət etmək, qohumlar arasındakı münasibətləri gücləndirməkdədir. Qiybət isə, bu münasibəti zəiflətməkdədir. Onun mənəvi şəxsiyyətini, canavar kimi dişlətməkdədir. Halbuki, -haqqında qiybət edilən- sadəcə qohum-əqrəbalıq cəhətindən deyil; İlahları, bir; peyğəmbərləri, bir; dinləri, bir; qiblələri, bir və s. kimi cəhətlərdən də, qardaşdır. Sadəcə qohumluq cəhətindən qardaşımız olan birinin ətini yemək belə çirkin olduğu halda; bu qədər cəhətlərdən qardaşımız olan birinin ətini yeməyin daha betər olmasını, yəqin ki izaha ehtiyac yoxdur.
Ayə, qardaş kəliməsini mütləq buraxdığı üçün, bura, həm nəsəb, həm də yuxarıda zikr edilən cəhətlərdən qardaşlıq da daxildir.
"Öz əzanızı..." sözü üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mominl%C9%99r-bina-kimidirl%...
• Altıncısı: مَيْتًا kelâmıyla der: Vicdanınız nerede? Fıtratınız bozulmuş mu ki, en muhterem bir halde bir kardeşinize karşı, etini yemek gibi en müstekreh bir işi yapıyorsunuz?
Yəni:
Altıncısı: "(ə) meytən / ölü" kəlamı ilə deyir: Vicdanınız hardadır? Fitrətiniz pozulmuşmudur ki, ən möhtərəm bir halda (olan) bir qardaşınıza qarşı, ətini yemək kimi ən ikrah doğuran bir işi edirsiniz?
Qiybətin vicdani və fitri olmamasına gəlincə, bunu, belə açıqlamaq olar: Haqqında qiybət edilən şəxs, hal-hazırda, qiybət edən üçün ölü hökmündədir, yəni, haqqında danışılanlara cavab verməkdən acizdir. Yəni, özünü müdafiə edəcək bir halda deyildir. Özünü müdafiə edə bilməyəcək adamın ətini yemək isə, təbii ki, vicdan və fitrətə müxalifdir.
...Gıybet, ehl-i adâvet ve haset ve inadın en çok istimal ettikleri alçak bir silâhtır. İzzet-i nefis sahibi, bu pis silâha tenezzül edip istimal etmez. Nasıl meşhur bir zât demiş:
وَ اُكَبِّرُ نَفْسِى عَنْ جَزَۤاءٍ بِغِيْبَةٍ فَكُلُّ اِغْتِيَابٍ جَهْدُ مَنْ لاَ لَهُ جَهْدٌ
Yani, "Düşmanıma gıybetle ceza vermekten nefsimi yüksek tutuyorum ve tenezzül etmiyorum. Çünkü gıybet, zayıf ve zelil ve aşağıların silâhıdır."
Yəni:
Qiybət, ədavət, həsəd və inad əhlinin ən çox istifadə etdikləri alçaq bir silahdır. Nəfsi izzətli olan, bu pis silaha tənəzzül edib (ondan) istifadə etməz. Necə ki, məşhur bir adam, (bunun haqqında) belə demişdir:
"Düşmənimə, qiybətlə cəza verməkdən nəfsimi yüksək tuturam və (qiybətə) tənəzzül etmirəm (yəni, özümü qiybətlə cəza vermək səviyyəsinə salmıram). Çünki qiybət, zəif, zəlil və alçaq (adam)'ların silahıdır."
Gıybet odur ki, gıybet edilen adam hazır olsaydı ve işitseydi, kerahet edip darılacaktı. Eğer doğru dese, zaten gıybettir. Eğer yalan dese, hem gıybet, hem iftiradır; iki katlı çirkin bir günahtır.
Yəni:
Qiybət odur ki, qiybət edilən adam (orda) hazır olsaydı və (haqqında danışılanları) eşitsəydi, kərahət edib sıxılacaqdı. Əgər doğru desə (yəni, haqqında danışılanlar doğrudursa), zatən qiybətdir. Əgər yalan desə (yəni, haqqında danışılanlar yalandırsa), həm qiybət, həm böhtandır, 2 qatlı çirkin bir günahdır.
Gıybet, mahsus birkaç maddede caiz olabilir:
• Birisi: Şekvâ suretinde bir vazifedar adama der, tâ yardım edip o münkeri, o kabahati ondan izale etsin ve hakkını ondan alsın.
• Birisi de: Bir adam onunla teşrik-i mesai etmek ister, seninle meşveret eder. Sen de, sırf maslahat için, garazsız olarak, meşveretin hakkını edâ etmek için desen: "Onunla teşrik-i mesai etme. Çünkü zarar göreceksin."
• Birisi de: Maksadı tahkir ve teşhir değil, belki maksadı tarif ve tanıttırmak için dese: "O topal ve serseri adam filân yere gitti."
• Birisi de: O gıybet edilen adam fâsık-ı mütecahirdir. Yani fenalıktan sıkılmıyor, belki işlediği seyyiatla iftihar ediyor, zulmüyle telezzüz ediyor, sıkılmayarak âşikâre bir surette işliyor.
Yəni:
Qiybət, xüsusi bir neçə maddədə caiz ola bilər. (Belə ki):
• Biri: Bir vəzifəli adama, şikayət surətində danışar, ki, (bu vəzifəli adam) kömək edib o qəbahəti ondan (haqqında şikayət ediləndən) qaldırsın və haqqını ondan alsın.
• Biri də: Bir adam onunla çalışmaq (iş görmək) istəyər; sənin ilə (də, bu haqda) məşvərət edər. Sən də, sırf maslahat üçün, qərəzsiz olaraq, məşvərətin haqqını əda etmək üçün deyərsən: "Onunla iş görmə. Çünki, zərər görəcəksən."
• Biri: Məqsədi təhqir və təşhir (sərgiləmək) deyil; əksinə, məqsədi, tərif və tanıtdırmaq üçün desə: "O topal və avara adam, filan yerə getdi."
• Biri də: O qiybət edilən adam, açıqdan günah işləyən fasiq (biri)'dir. Yəni, (gördüyü) pis işdən sıxılmır; əksinə, işlədiyi pis əməllərlə iftixar edir; zülmü ilə də ləzzətlənir; sıxılmayaraq, aşkar bir surətdə işləyir. (haşiyə)
------------------------------
(Haşiyə:
Dəlilləri:
• ibn Ömər (radiyallahu anh)'dan, belə rəvayət edilir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Bilal ilə kor olan ibn ummi Məktum olmaq üzərə, 2 müəzzini vardı."
Nəvəvi, hədisin şərhində belə deyir:
Bir kimsəni tanıtmaq məqsədilə, yaxud əskiltmək qəsdi olmadan buna bağlı bir maslahat səbəbilə özündə olan bir qüsur ilə vəsf etmək, caizdir. Bu da, qiybətin mübah şəkillərindən biridir.
(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahihi Muslim b. Haccac", "Kitabu's-Salət/Namaz kitabı", 4-cü bab: "Bab-u istihbəbi ittixəzi muazzineyni li'l-məscidi'l-vəhid = Bir məscid üçün 2 müəzzin götürməyin müstəhəb olduğu babı", hədis no: 841)
***
• (əbu Süfyan'ın xanımı) Hind, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına daxil oldu və belə dedi:
"Ey Allahın rəsulu! əbu Süfyan, şəhih (əli bərk, paxıl) adamdır. Mənə və uşaqlarıma yetəcək qədər nəfəqə vermir. Ancaq Onun xəbəri olmadan, malından bəzi şeylər götürürəm. Bundan dolayı, mənim üçün bir günah varmı?"
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Sənə və uşaqlarına kifayət edəcək qədərini, məruf bir şəkildə onun malından götür."
Nəvəvi, hədisin şərhində belə deyir:
5. Fətva soruşmaq, şikayət etmək və bənzəri səbəblər üçün, bir kimsəni xoşuna gəlməyəcək şəkildə bəhs mövzusu etmək, caizdir.
(Nəvəvi, "əl-Minhac", "Kitabu'l-Əqdiyə / Qəzalar (hökmlər) kitabı", 4-cü bab: "Bab-u qadiyyəti Hindin = Hindin qəziyyəsi babı", hədis no: 4452)
Dəyərli oxuyucu! Əgər bir kimsəni bu şəkildə zikr etmək, caiz olmasaydı, təbiidir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu əngəlləyərdi. Burda Hind'in belə sözünə Peyğəmbərin qarşı çıxmaması, birini bu şəkildə şikayət məqsədilə xatırlamağın caiz olduğunu göstərir.
***
• əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə:
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Qiybət, nədir bilirsinizmi?" deyə soruşdu.
- Səhabələr: "Allah və rəsulu, daha yaxşı bilir." dedilər.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "O, qardaşını, xoşuna gəlməyəcək şəkildə zikr etməkdir." buyurdu.
Ondan, "Bəs yaxşı, əgər mənim söylədiyim qardaşımda olan bir şeydirsə, ona nə deyirsən?" (deyə) soruşulunca,
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Əgər sənin dediyin onda varsa, onun qiybətini etmiş olarsan. Əgər onda yoxdursa, ona böhtan atmış olarsan." deyə buyurdu.
Nəvəvi, hədisin şərhində belə deyir:
Hədisdəki:
~ "bəhətə" feli: "bir kimsəyə böhtan atmaq";
~ "qiybət" isə: "bir kimsəni, qiyabında (özü qiybət edilən yerdə olmadığı vaxt), onu, xoşuna gəlməyəcək şəkildə zikr etmək"
deməkdir.
Böhtanın əsl mənası isə: "üzünə qarşı, batil (doğru olmayan) bir şeyin söylənməsi" deməkdir.
Hər ikisi də (yəni, böhtan və qiybət), haramdır. Ancaq, şər'i bir məqsəd səbəbilə qiybət, mübah olur. Bunun, 6 səbəbi vardır:
1. Zülmə məruz qaldığını dilə gətirmək. Zülmə məruz qalan bir kimsənin, dövlət idarəçisinin, hakimin və bunların xaricində idari səlahiyyəti olan, yaxud özünə zülm edəndən adil bir şəkildə haqqını ala biləcək halda olan kimsəyə, məruz qaldığı haqsızlığı dilə gətirməsi, "Filan kimsə, mənə zülm etdi." və ya "Mənə, bunu etdi." deməsi, caizdir.
2. Münkəri dəyişdirmək; günahkar, asi kimsəni doğru yola çevirmək üçün kömək istəmək məqsədilə, gücü çatdığını ümid etdiyi şəxsə, "Filan kimsə, bu işi görür. Onu, bu işdən daşındır." və bənzəri şeylər söyləməsi, mübahdır.
3. Fətva istəmək məqsədilə müftiyə, "Filan kimsə, yaxud atam, yaxud qardaşım, yaxud ərim, mənə, belə bir haqsızlıq edərək zülm etdi. O, belə edə bilərmi? Onun bu zülmündən qurtulmağın yolu, mənə etdiyi zülmü əngəlləməyin yolu, nədir?" və bənzəri sözlər söyləyərək, fətva istəmək. Bu da, ehtiyac səbəbilə, caizdir. Ancaq ən gözəli, insanın, bir adam, yaxud bir ər, yaxud bir ata və bir uşaq kimi (mübhəm) ifadələr ilə, "O, belə, belə etdi." deməsidir. Bununla bərabər, Hind ilə bağlı hədis və "əbu Süfyan, paxıl bir adamdır." deməsi səbəbilə, insanın təyin edilməsi də, caizdir.
4. Müsəlmanları, pislikdən çəkindirmək. Belə pisliklər, bir çoxdur. Bunlardan:
~ Biri: cərh edilmiş raviləri, şahidləri və musannifləri (əsər təsnif etmiş olanları) cərh etmək. Bu, icma ilə caizdir. Hətta, şəriəti qorumaq üçün, vacibdir.
~ Bir digəri: danışmaq məqsədilə bir kimsə ilə əlaqə qurulmasının soruşulması halında, onun qüsurunu xəbər verməkdir.
~ Biri də: Qüsurlu bir şeyi, ya da oğru, yaxud zinakar, yaxud içki içən və buna bənzər qüsurları olan bir nökəri satın alanı görmək halında, əgər o, bunu bilmirsə, müştəriyə bunu söyləmək, mübahdır. Ancaq, bunu, əziyyət etmək, fəsad çıxarmaq məqsədilə deyil; nəsihət etmək məqsədilə söyləməlidir.
Fiqh təhsil edən bir şəxsi, fasiq, ya da bidətçi birinin yanına çoxca gedib ondan elm öyrənmək istədiyini görüb, ona zərər verəcəyindən qorxulacaq olarsa, bunu bilən kimsəyə, nəsihət qəsdilə, onun halını açıqlayaraq, ona nəsihət etmək vəzifəsi vardır.
Bir digəri də, budur: bir kimsənin, dövlətdə vəzifə tutması ilə bərabər, işinə əhil olmadığından, ya da fasiqliyindən ötürü gərəyincə onu yerinə yetirə bilmirsə, onun üstündə əmr səlahiyyəti olan şəxsə, onun bu halını deyər. Beləliklə də, doğru yolda işini görməyə məcbur etməsini təmin etməyə çalışar.
5. Açıqdan fasiqlik, ya da bidət işləyən bir kimsə olması. İçki içmək, insanların mallarını haqsızca almaq, haqsız vergilər toplamaq və batil işləri üstlənmək kimi. Bundan, açıqdan işlədiyi pislikləri bəhs mövzusu edərək bəhs etmək, caizdir. Başqa bir səbəbə bağlı olmadıqca da, başqa halını zikr etmək, caiz deyildir.
6. Bir kimsənin ə'məş (gözləri qamaşan və bulanıq görən), ə'rəc (topal), əzraq (göy), qısa, kor, bir orqanı kəsik və buna bənzər bir ləqəblə tanınan birisidirsə, bununla o şəxsi tərif etmək, caizdir. Ancaq, onun əskikliyini ifadə etmək məqsədilə belə zikr etmək, haramdır. Bununla bərabər, başqa bir yolla onu tərif etmək mümkündürsə, o, daha uyğundur. Allah, ən gözəl biləndir.
(Nəvəvi, "əl-Minhac", "Kitabu'l-Birri və's-Siləti və'l-Ədəb = Birr (yaxşılıq), qohum-əqrəbalıq bağına riayət etmək və ədəb kitabı", 20-ci bab: "Qiybətin haram qılındığı bab", hədis no: 6536)
---------------------------------
İşte bu mahsus maddelerde, garazsız ve sırf hak ve maslahat için gıybet caiz olabilir. Yoksa, gıybet, nasıl ateş odunu yer, bitirir; gıybet dahi a'mâl-i salihayı yer, bitirir.
Yəni:
Bax, bu məxsus maddələrdə, qərəzsiz və sırf haqq və maslahat üçün, qiybət, caiz ola bilər. Yoxsa, qiybət, atəş, odunu necə yeyib bitirirsə; qiybət də, saleh əməlləri yeyib bitirər.
Atəşin odunu yeyib-bitirməsi kimi; qiybətin də savabları yeyib-bitirməsini, belə açıqlamaq olar:
Axirətdə, insanlara, günah-savaba görə davranılacaqdır. İnsan haqqları qarşısında, insanlar, bəzən müflis hala düşərlər. Qiybət də bir qul haqı olduğu üçün, -əgər gərəyi kimi tövbə etməzsə- insanın saleh əməllərini, (mənən) yeyib-bitirər və onu iflas etdirər. Çünki qiybət, qul haqqını zədələməkdir. Bunun üçün də, qiybəti edilən şəxs, hesab günü, qiybətçinin savablarından bir qismini alaraq, haqqını almış olar.
Xülasə: Saleh əməllərin yox olması, ya günah-savab balansının pozulması; ya da qiyamət günü, qarşı tərəfə savabların verilməsi nəticəsində, "iflas bayrağı"nın açılması mənasına gəlir. (haşiyə)
----------------------
(Haşiyə:
Bu söz, hədisdən iqtibas edilmişdir. Belə ki:
أَرْبَعَةُ جَوَاهِرَ فِي جِسْمِ بَنِي آدَمَ أَرْبَعَةُ أَشْيَاءَ، أَمَّا الجَوَاهِرُ فَالعَقْلُ وَالدِّينُ وَالحَيَاءُ وَالعَمَلُ الصَّالِحُ، فَالغَضَبُ يُزِيلُ العَقْلَ، وَالحَسَدُ يُزِيلُ الدِّينَ، وَالطَّمَعُ يُزِيلُ الحَيَاءَ، وَالغِنَى يُزِيلُ العَمَلَ الصَّالِحَ.
Yəni:
Adəm oğlunun cismində 4 cövhər vardır ki, bunlar, 4 şeylə məhv olarlar. Cövhərlər, bunlardır:
1. Ağıl;
2. Din;
3. Həya; və
4. Saleh əməl.
~ Qəzəb və hiddət, ağlı;
~ Həsəd, dini;
~ Tamah, həyanı;
~ Qiybət isə, saleh əməli
izalə edər (ortadan qaldırar). (ibn Həcər Asqalani, "əl-İsti'dəd li yəvmi'l-Məad", s. 45)
----------------------------
Eğer gıybet etti veyahut isteyerek dinledi; o vakit اَللّٰهُمَّ اغْفِرْ لَنَا وَلِمَنِ اغْتَبْنَاه demeli, sonra gıybet edilen adama ne vakit rast gelse, "Beni helâl et" demeli.
Yəni:
Əgər qiybət etdi və yaxud istəyərək dinlədi, o vaxt, "Allahummə'ğ-firlənə və liməni'ğ-təbnəh = Allahım! Bizi və qiybət etdiyimiz (şəxs)'i bağışla." deməli; sonra, qiybət edilən adama nə vaxt rast gəlsə, "Məni halal et." deməlidir. (haşiyə)
(Said Nursi, "Məktubat", 22-ci Məktub, Xatimə: "Qiybət haqqındadır", s. 263-264)
------------------------------
(Haşiyə:
Bu dua, imam Nəvəvinin "əl-Əzkar"ında (s. 308-309) keçməkdədir.)
------------------------------
-------------------------------
Əlavələr:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qeyb%C9%99t-v%C9%99-t%C9%99h...
