Bəqərə surəsi 34-cü ayə
وَاِذْ قُلْنَا لِلْمَلٰۤئِكَةِ اسْجُدُوا ِلاٰدَمَ فَسَجَدُۤوا اِلاَّۤاِبْلِيسَ
Birgün şu âyetleri okurken, İblis'in ilkaatına karşı Kur'ân-ı Hakîmin feyzinden üç nükte ilham edildi. Vesvesenin sureti şudur:
Dedi ki: "Dersiniz, 'Kur'ân mu'cizedir; hem nihayetsiz belâğattedir; hem umuma her vakitte hidayettir.' Halbuki, şöyle bazı hâdisât-ı cüz'iyeyi tarihvâri bir surette musırrâne tekrar etmekte ne mânâ var?
"Âdem'e secde" olan hadise, sırf bir emr-i gaybîdir. Akıl ona yol bulamaz; kavî bir imandan sonra teslim ve iz'an edilebilir. Halbuki Kur'ân umum ehl-i akla ders veriyor. Çok yerlerde اَفَلاَ يَعْقِلُونَ der, akla havale eder...
Yəni:
Bir gün, bu ayələri (Bəqərə/34-ü) oxuyarkən, iblisin buraxdıqlarına (yəni, vəsvəsələrinə) qarşı hikmətli Quranın feyzindən (mənəvi bərəkətindən) 3 nüktə (incə məna) ilham edildi. Vəsvəsənin surəti, budur:
(İblis) dedi:
"Deyirsiniz ki, Quran, möcüzədir. Həm, sonsuz bəlağatdadır. Həm, ümuma, hər vaxt hidayətdir. Halbuki, belə bəzi cüzi hadisələri tarixvari bir surətdə, israrlı bir şəkildə təkrar etməkdə, nə məna var?
...Adəmə səcdə olan hadisə, sırf qeybi bir işdir. Ağıl ona, yol tapa bilməz. Qüvvətli bir imandan sonra təslim və i'zən edilə bilər. Halbuki, Quran, ümum ağıl əhlinə dərs verir. Çox yerlərdə, "Heç ağıl etmirlərmi?" deyir, ağla həvalə edir.
------------------------------
İzahı:
Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh)'ə, iblisin buraxdığı vəsvəsənin surəti, bundan ibarətdir:
Quran, möcüzədirsə; həm sonsuz bəlağatdadırsa, yəni, halın gərəyinə ən uyğun söz danışandırsa; həm bütün hər kəsə hidayət rəhbəridirsə, bəzi cüzi hadisələrin təkrar-təkrar, israrlı bir şəkildə bəhs edilməsinin mənası, nədir? Məsələn, iblisin Adəmə səcdə etməməsi məsələsi...
~ Hadisə, bir tək Adəmin şəxsində cərəyan etsə də, Quran, bu haqda, hər kəsə danışmaqdadır. Yəni, belə bir hadisənin hər kəsə baxan cəhəti, nədir?
~ Həm bununla bərabər, bu hadisə, qeybidir. Qüvvətli bir imandan sonra, belə bir hadisəyə təslim oluna bilər. Ağıl, bu hadisəni qəbullanmaqda çətinlik çəkir.
Elə isə, bunu necə isbat edə bilərsən?
--------------------------
--------------------------
Ustad Nursi, buna belə cavab verir:
Kur'ân-ı Hakîmde çok hâdisât-ı cüz'iye vardır ki, herbirisinin arkasında bir düstur-u küllî saklanmış ve bir kanun-u umumînin ucu olarak gösteriliyor. Nasıl ki, عَلَّمَ اٰدَمَ اْلاَسْمَۤاءَ كُلَّهَا Hazret-i Âdem'in melâikelere karşı kabiliyet-i hilâfet için bir mu'cizesi olan tâlim-i esmâdır ki, bir hadise-i cüz'iyedir. Şöyle bir düstur-u küllînin ucudur ki:
Nev-i beşere câmiiyet-i istidat cihetiyle tâlim olunan hadsiz ulûm ve kâinatın envâına muhit pek çok fünun ve Hâlıkın şuûnât ve evsâfına şâmil kesretli maarifin tâlimidir ki, nev-i beşere, değil yalnız melâikelere, belki semâvât ve arz ve dağlara karşı emanet-i kübrâyı haml dâvâsında bir rüçhaniyet vermiş; ve heyet-i mecmuasıyla arzın bir halife-i mânevîsi olduğunu Kur'ân ifham ettiği misillü...
Yəni:
Hikmətli Quranda, çox cüzi hadisələr vardır ki, hər birinin arxasında, külli bir düstur gizlənmiş; və (bu cüzi hadisələr), ümumi bir qanunun ucu olaraq göstərilirlər. Necə ki, "Adəmə, bütün isimlərini öyrətdi." (Bəqərə/31) (ayəti, bunu ifadə edirsə)...
(Bu ayə), Adəm'in mələklərə qarşı xilafət qabiliyyəti(ni göstərmək) üçün bir möcüzəsi olan isimlərin təlimidir ki, (bu), bir cüzi hadisədir. (Ancaq), belə külli bir düsturun ucudur ki:
~ bəşər növünə, istedadının cəm ediciliyi cəhətilə təlim edilən hədsiz elmlər;
~ kainatın növlərini əhatə edən bir çox fənlər; və
~ Xaliqin şən və vəsflərinə şamil bir çox maarifin
təlimidir ki, bəşər növünə, deyil yalnız mələklərə, hətta səmalar, yer və dağlara qarşı böyük əmanəti yüklənmək davasında bir üstünlük vermiş; və bütünü ilə, yerin, mənəvi bir xəlifəsi olduğunu, Quran fəhm etdirməkdədir.
--------------------------
Mətnin izahın keçmədən əvvəl, bəzi istilahların (terminlərin) izahları haqqında danışmaqda fayda vardır. Belə ki:
• Cüzi və külli:
Bunlar, məna və məfhumlar üçün istifadə edilən terminlərdir. Məfhumu və mənası isə:
~ çox şeylərin iştirakına mane olmayan müfrəd (tək) məfhumlara - külli;
~ çox şeylərin iştirakına mane olanlara isə - cüzi
deyilir.
Digər bir təbirlə:
~ müfrəd bir ləfzin mənası, təşəxxüs edərsə, cüzi;
~ bütün fərdlərinə şamil olarsa da - külli
təbirini istifadə edirik.
Məsələn, "insan" ləfzi, külli'yə; və insanın fərdlərindən biri olan "Yusif" isə, cüzi'yə misaldır. Külli'də nə varsa, cüzi'də də bu mövcuddur.
Mətndəki cüzi hadisəyə gəlincə:
Adəmə isimlərin təlim edilməsi, öyrədilməsi, cüzi bir hadisədir. Yəni, hadisə, sadəcə Onun şəxsində cərəyan etmişdi. Ancaq, bu cüzi hadisə arxasında, külli, yəni, hər kəslə bağlı olan, yəni hər kəsdə də cərəyan edən bir qanun görünməkdədir.
• İsim nədir?
İsmin tərif və həqiqətinin bəyanı haqqında, (belə) deyirik:
Şübhəsiz, əşyanın:
~ ayan'da (əsldə) vücudu (varlığı);
~ zehnlərdə vücudu (varlığı); və
~ dillərdə vücudu (varlığı)
vardır.
~ Əsldəki vücud, həqiqi olan vücuddur.
~ Zehnlərdəki vücudu isə, elmi və şəklidir.
~ Dillərdəki vücudu da, ləfzi və istidlalidir. Məsələn,
Səmanın, əslində və zatında; zehnlərimizdə və nəfslərimizdə də bir vücudu vardır. Çünki səmanın şəkli, gözlərimizdə və xəyalımızda, bir iz buraxmaqdadır. Hətta əgər səma yox olsa və yalnız biz qalsaq, səmanın surəti, xəyalımızda hazır olardı. Elm ilə təbir edilən şey də, bax budur. (O halda) o (yəni, elm), məlumun bir misalıdır. (Yəni) o elm, məlumun bir bənzəridir və ona bərabərdir. Və o, aynada görünən şəkil və surət kimidir. Bu (yəni, aynadakı) surət, xaric (i aləm)dəki surətin bənzəridir.
~ Səmanın dildəki varlığına gəlincə:
Bu varlıq, səslərdən mürəkkəb bir ləfzdir. Bu səslər, 4 parçaya ayrılaraq,
• Birincisi: Sin;
• İkincisi: Mim;
• Üçüncüsü: Əlif;
• Dördüncüsü isə: Həmzə
təbir edilmişdir.
Səma sözü, zehndəki səmanın bir dəlili; zehndəki səma da, əsldəki səmaya uyğun (bir surət)'dir. Əgər ayanda (əsldə) vücud olmasaydı, surətlər, zehnlərdə meydana gəlməzdi. Əgər zehnlərdə surət meydana gəlməsəydi, insan, onu idrak edə bilməzdi. Əgər insan, onu idrak edə bilməsəydi, dililə onu istifadə edə bilməzdi. O vaxt (elə isə), ləfz, elm (əşyanın zehndəki surəti) və məlum (əşyanın, xarici aləmdə felən mövcud olması), bir-birindən fərqli 3 şeydir. Ancaq bunlar, bir-birilərinə uyğun və paraleldirlər.
…Məsələn, insan:
~ Əsldəki vücudu etibarı ilə: yatan-oyanan; yaşayan-ölən; gəzən-oturan bir varlıqdır.
~ Zehnlərdəki vücudu etibarı ilə: mübtəda-xəbər; amm (ümumi)-xass (xüsusi); cüzi-külli, qəziyyə kimi şeylərdir.
~ Dillərdəki vücudu etibarı ilə: ərəb, əcəm, türk, zənci, çox hərfli, az hərfli, isim, fel, hərf və bənzəri şeylərdir ki, bu vücud, əsrlər (zamanlar) və hər ölkənin adət-ənənəsinə görə dəyişməkdədir.
Lakin əsldəki vücuduna gəlincə, əsrlərə, millətlərə görə, bu vücud, əsla dəyişməz.
Əgər bunu bildinsə, ayan və zehndəki vücudu bir tərəfə qoy, ləfzi vücuda bax. Çünki məqsədimiz, bununla bağlıdır. Biz, belə deyirik:
“Ləfz”: “ayana (yəni, əşyanın əsldəki vücuduna) dəlalət etməsi üçün, insan iradəsilə vaz edilən (yəni, qoyulan) muqatta (yəni, kəsik hərflərdən, əlifba hərflərindən) ibarətdir”. Bu ləfzlər, "ilk vaz edilən" və "ikinci vaz edilən" olaraq, qisimlərə ayrılırlar.
• İlk əvvəl vaz edilən ləfzlər: "Səma”, “ağac”, “insan” və buna bənzər digər ləfzlərdir.
• İkinci vaz edilənlərə gəlincə, bunlar: "İsim”, “fel”, “hərf”, “əmr”, “nəhy”, “mudari” kimi ləfzlərdir.
Buna, ikinci vaz edilən deməyimizin səbəbi, budur ki:
Əşyaya dəlalət etmək üzərə vaz edilən ləfzlər (bu qisimlərə ayrılır):
a. Ləfz, özünə deyil, başqasına dəlalət edərsə, o: "hərf"dir.
b. Öz mənasına dəlalət edən ləfz də, 2 qismə ayrılır:
b.1. Mənasının zamanla əlaqəsi olan ləfz. Buna: "fel" deyilir. Sənin: "vurdu” və “vurur" deməyin kimi...
b.2. Mənasının zamanla əlaqəsi olmayan ləfz. Buna da: "isim" deyilir. Sənin: "göy” və “yer" deməyin kimi...
Ləfzlər, ilk əvvəl, ayana (əsllərə) dəlalət etmək üzərə vaz edilmişdilər. İsim, fel, hərf, bundan sonra ləfzlərin növlərinə dəlalət etmək üzərə vaz edildilər. Çünki ləfzlər vaz edildikdən sonra, (bu ləfzlər), əslləri etibarı ilə (xaricdə) bir varlıq qazandılar; və surətləri (şəkilləri), zehnlərdə tərəssüm edincə (şəkillənincə), dil hərəkətlərilə göstərilməyə haqq qazandılar.
Ləfzlərin, 3 və 4-cü vazlarla vaz edilmələri də təsəvvür edilə bilər. Məsələn, isimlər, fərqli qisimlərə ayrıla və hər qismi, ayrı bir isim ifadə edə bilər. Beləcə, o isim, üçüncü dərəcədən sayılır. Məsələn, ismin, mərifə və nəkirə və s. qisimlərə ayrıldığının deyilməsi kimi...Bundan məqsəd, bir ismin, ikinci vaz edilmə halında ləfzə döndüyünü bilməyin üçündür.
Əgər bizə: "İsmin tərifi, nədir?" deyə soruşulsa, "İsim, (müfrəd mənaya) dəlalət etmək üzərə vaz edilən (qoyulan) ləfzdir." deyə bilər.
• Əşya nədir?
Əşya, "şey" kəliməsinin cəmidir. “Şəə” (istədi) felindən məsdər olan şey, "istənilən" mənasındadır.
Dildəki mənası etibarı ilə, şey, “istər mövcud, istər mədum (yox) olsun; istər imkansız, istər mümkün olsun, bilinə bilən, özü haqqında və özü sayəsində hökm verilə bilən şeylərin ismi, adı"dır.
• İstedad nədir?
"İstedad": "əşyada, bəzi şərtlərin və səbəblərin gerçəkləşməsi və bəzi əngəllərin qalxması ilə meydana gələn şey"dir. "Şərhu'l-Qanunçə"də isə, istedad, belə tərif edilir: "Nütfə, bi'l-quvvə/potensial olaraq insandır. Yəni, insan surətinin özündə meydana gəlməsi, nütfənin xüsusiyyətidir. Əngəllərin qalxması və şərtlərin meydana gəlməsi cəhətindən, nütfədə, bəhsi keçən bu surəti hazırlayan bir keyfiyyət meydana gəlir. Bax bu keyfiyyət, istedad deyə adlandırılır. Onun gərəyi olan qəbul/qabiliyyət isə, istedadi imkan və yenə qüvvə deyə adlandırılır."
Buna görə, istedad, 2 mənaya gəlir:
a. Hazırlayıcı keyfiyyət;
b. Bu keyfiyyətin gərəyi və feli müqabili olan qəbul (qabiliyyət).
İstedad və qabiliyyət arasındakı fərq, budur:
Qabiliyyət, xaricdən gələn təsirləri götürə bilmə gücü, qəbul edə bilərlik mənası daşıyır. Halbuki istedad, ruhda potensial olaraq var olan, inkişafa əlverişli bütün xüsusiyyətlərdir. Məsələn:
Hər insanın ruhunda, rəssamlıq istedadı, potensial olaraq vardır. İnsan, rəssamların təcrübələrini götürə bilmə gücünə (qabiliyyətinə) kifayət qədər sahib olarsa, onları, bu qüvvə ilə götürə və ruhundakı rəssamlıq istedadını inkişaf etdirə bilər. Burdan başa düşülən budur ki, qabiliyyət, istedadın feli gərəyidir.
-------------------
Mətnin izahı:
Adəmə əşyanın isimlərinin təlim edilməsi, öyrədilməsi, ilk əvvəl, Onun və bütün insanların, bu istedadda yaradılması ilə əlaqəlidir. İnsan, məhz bu istedadda yaradılmaqla mələklərdən üstün olmuşdur.
Bu böyük əmanətin, yəni istedadın mahiyyətini bilə bilmirik. Ancaq, bizim burdan alacağımız ən böyük dərs, insan mahiyyətinə qoyulan istedadın əhəmiyyətini idrak etmək; səmaların, yerin və dağların qaldıra bilmədikləri bu yükü yüklənmə istedadımızı yaxşı dəyərləndirməkdir.
Göylər, yer və dağlar, bu əmanəti yüklənəcək istedada sahib olmadıqları kimi; onlara müvəkkəl (vəkil qılınmış) mələklər də, o varlıqların həqiqi mahiyyərini, yaradılış hikmətini, vəzifələrini və onlardakı rəhmət və inayət (yardım) təcəllilərini bilməkdən uzaqdırlar.
Buna görə, Adəmin, bununla bərabər bu istedadı irsən ötürdüyü bütün insanların xidmətinə verilən əşyanın isimlərini mələklər bilə bilməzkən; insan, özünə verilə o cami (cəm edici) istedad ilə, o varlıqların nə olduqlarını, nə vəzifə gördüklərini, özünün hansı ehtiyaclarına cavab verdiklərini bilmişdir.
İnsanın bu cami (cəm edən) istedadı, ona, bu 3 sahədə inkişaf imkanı təmin etmişdir:
1. Elmlər;
2. Fənnlər;
3. Maarif.
~ Elm üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/elm-n%C9%99dir-elmi-idrak-%C...
~ Fənlər, kainatın fiziki quruluşu ilə əlaqəli elmlərdir. Məsələn, fizika, kimya və s. kimi.
~ Maarif deyilincə, ilk əvvəl, ən böyük elm olan mərifətullah başa düşülür. Allahın isimlərini, sifətlərini, fellərini tanımaq xüsusunda insana verilən istedad, mələklərdən çox daha iləridir. Məsələn, insana verilən elm, iradə, görmək və eşitmək kimi sifətlər, Allahın bu sifətlərini bir dərəcə bilməsi üçün bir "durbin" vəzifəsi görməkdədirlər. Mələklər isə, bu cəhətdə, insan qədər zəngin deyillərdir. Bununla bərabər, mələklər, günah işləmədiklərindən, xəstələnmədiklərindən və s. Allahın "ət-Təvvab", "əl-Ğafur", "əş-Şafi" kimi isimlərini, insan kimi bilməzlər.
Xülasə:
Adəmə isimlərin təlim edilməsi, cüzi bir hadisə olsa da; bütün insanlar üçün də caridir. Quranda, isimlərin Adəmə təlimi məsələsinin zikr edilməsinin hikmətlərindən biri də, məhz budur: İnsanın, ən üstün istedadda yaradılması. Mələkləri aciz buraxan da, məhz budur.
-------------------
-------------------
Ustad Nursi, belə davam edir:
"Melâikelerin Âdem'e secdesiyle beraber şeytanın secde etmemesi" olan hadise-i cüz'iye-i gaybiye, pek geniş bir düstur-u külliye-i meşhudenin ucu olduğu gibi, pek büyük bir hakikati ihsas ediyor. Şöyle ki:
Kur'ân, şahs-ı Âdem'e melâikelerin itaat ve inkıyadını ve Şeytanın tekebbür ve imtinâını zikretmesiyle, nev-i beşere kâinatın ekser maddî envâları ve o envâın mânevî mümessilleri ve müekkelleri musahhar olduklarını ve nev-i beşerin hassalarının bütün istifadelerine müheyyâ ve münkad olduklarını ifham etmekle beraber; o nev'in istidadâtını bozan ve yanlış yollara sevk eden mevadd-ı şerire ile onların mümessilleri ve sekene-i habiseleri o nev-i beşerin tarîk-i kemâlâtında ne büyük bir engel, ne müthiş bir düşman teşkil ettiğini ihtar ederek, Kur'ân-ı Mu'cizü'l-Beyan, birtek Âdem ile cüz'î hadiseyi konuşurken, bütün kâinatla ve bütün nev-i beşerle bir mükâleme-i ulviye ediyor.
Yəni:
"Mələklərin Adəmə səcdəsilə bərabər, şeytanın səcdə etməməsi" (məsələsinə) gəlincə:
(Bu) qeybi cüzi bir hadisə, çox geniş, müşahidə edilən külli bir düsturun ucu olduğu kimi; çox böyük bir həqiqəti də hiss etdirir. Belə ki:
Quran, Adəmin şəxsinə, mələklərin, itaət və boyun əymələrini; və şeytanın isə, təkəbbür göstərib (bu səcdədən) imtina etməsini zikr etməsilə:
~ bəşər növünə, kainatin əksər maddi növləri və o növlərin mənəvi müməssilləri (təmsilçiləri) və müvəkkəlləri (vəkil qılınmışları olan mələklərin) boyun əydiklərini; və bəşər növünün xüsusiyyətlərinin, (onların, yəni, kainatın əksər maddi növlərindən) bütün istifadələrinə hazır olduqlarını və boyun əydiklərini fəhm etdirməklə bərabər;
~ o növün (yəni, bəşər növünün) istedadlarını pozan və yalnış yollara sövq edən şərr maddələr ilə; onların (yəni, bu şərr maddələrin) təmsilçiləri və xəbis sakinləri (olan şeytanların), o (bəşər) növünün kamillik yolunda nə böyük bir əngəl, nə dəhşətli bir düşmən təşkil etdiyini xatırladaraq,
bəyanı möcüzə olan Quran, bir tək Adəm ilə, cüzi bir hadisəni danışarkən; bütün kainatla və bütün bəşər növü ilə də, ülvi bir söhbət edir.
------------------------
Mətnin izahından əvvəl, mələklərin varlığı və onların əşya üzərində vəzifəli varlıqlar qılındığının əqli isbatı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-va...
Mətnin izahı:
Mələklərin Adəmə səcdəsi, şeytanın isə bundan imtina etməsi də, cüzi bir hadisədir. Ancaq altında, müşahidə edilən külli qanunlar yatmaqda və bununla, böyük bir həqiqət dərsi verilməkdədir. Belə ki:
~ Adəmə səcdə edən mələklər, Adəm üçün faydalı olacaq maddi şeylər üzərində müməssil və müvəkkəl qılınmış mələklər idi. Bunu, belə bir misalla açıqlaya bilərik:
Məsələn, günəşlə bərabər, ona müvəkkəl qılınan mələk vardır. Günəş, bizə boyun əydirilmiş və bizim ehtiyacımıza cavab verəcək şəkildə çalışmaqdadır. Allah, ona, mənən, "Adəmə səcdə et!" deyə əmr etmişdir desək, bu, yalnış olarmı? Əlbəttə ki, xeyr. Elə isə, insanın faydalanması üçün günəş üzərində təsərrüf edən mələk də insana itaət edir desək, bu da, yalnış olmaz. Belə olduğu halda, bu əmr, qeybilikdən çıxıb, "müşahidə edilən külli bir düstur" olur.
~ Şeytanın səcdə etməməsi isə, dünyada insanın istedadını pozacaq, yalnış yollara sövq edəcək zərərli maddələr ilə bu zərərli maddələrin müməssilləri və xəbis sakinləri olan şeytanların, insanın kamillik yolunda ona nə böyük bir əngəl olacağına işarətdir.
Cinlərin varlığının əqli isbatı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cinl%C9%99rin-varliginin-%C9...
Xülasə:
Beləliklə, qeybi olan bu cüzi hadisənin əqlən necə mümkün görüləcəyi də, üzə çıxmış oldu. Vəlhəmdulilləhi Rabbil-aləmin.
(Said Nursi, "Sözlər", 20-ci Söz, 1-ci Məqam, s. 241-242)
