Peyğəmbərliyin əqli isbatı (3)
Sən öyrəndin ki, əşya (şeylər), 2 qisimdir:
Bunların:
~ bir qismi, idrak edilmələri cəhətindən, ağlın, tək başına hərəkət edə bildiyi şeylər;
~ bir qismi də, ağlın, tək başına hərəkət edə bilmədiyi şeylərdir.
• Birinci qismə misal olaraq: aləmin, hikmət sahibi bir Sani'yə möhtac olduğunu, bilməyimizdir. Bu (cəhətdə) Peyğəmbər göndərməyin faydası, ağlın dəlilini, nəqli dəlillə gücləndirib dəstəkləmək; və mükəlləfin üzrünü, bütün yönlərdən kəsməkdir. Necə ki, bunun haqqında, Allah Taala, belə buyurur:
...لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةٌۢ بَعْدَ ٱلرُّسُلِ...
"(Biz, müjdə verən və qorxudan rəsullar göndərdik ki), insanların, Allah qarşı, rəsullardan sonra bir hüccətləri olmasın..." (Nisa/165)
وَلَوْ أَنَّآ أَهْلَكْنَـٰهُم بِعَذَابٍ مِّن قَبْلِهِۦ لَقَالُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ ءَايَـٰتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ
"Əgər Biz onları bundan (Muhəmməd peyğəmbərdən) əvvəl, əzabla məhv etsəydik, (belə) deyərdilər: 'Ey Rəbbimiz! Nə üçün bizə bir Peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?" (Taha/134)
Beləcə, Allah Taala açıqlamışdır ki, peyğəmbərlərin göndərilməsi, (üzr) hüccətini kəsmək üçündür.
Alimlər, bu hüccət/dəlil haqqında, 3 cəhət zikr etmişlərdir:
1. İnsanların: "Allah Taala, əgər bizi Özünə qulluq edək deyə yaradıbsa, bizdən istədiyi ibadət, 'Nədir? Necədir? Nə qədərdir?' deyə bizə açıqlaması, vacibdir. Çünki, ağılda, itaətin əsli vacib olsa da; itaətin keyfiyyəti, bizcə bilinməməkdədir." şəklindəki üzrləridir. Bax, Allah Taala, bu üzrün ortadan qaldırılması üçün Peyğəmbər göndərmişdir ki, Peyğəmbərlər, təfsilatlı bir şəkildə şəriəti açıqladıqlarında, insanların üzrləri qaldırılmış olsun. (haşiyə)
---------------------------
(Haşiyə:
İnsanın ibadət üçün yaradıldığının isbatı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-6-ci...
----------------------------
2. İnsanların: "Sən, bizi, unutqanlıq və qəflətdən mürəkkəb olaraq yaratdın. Həva və şəhvətləri bizə müsəllət etdin. Ey İlahımız! Yanıldığımızda, bizi tənbeh edəcək; həva bizi (yalnışa) meyl etdirdiyində, bizi bundan əngəlləyəcək bir kimsə ilə, bizə kömək etməyəcəksənmi? Lakin Sən, bizi, nəfslərimiz və həvalarımızla baş-başa buraxınca, bunlar, bizi, o çirkin şeyləri işləməyimiz üçün azdırdı." (şəklindəki) üzrləridir.
3. İnsanların: "Fərz edək ki, imanın gözəlliyini və küfrün çirkinliyini, ağlımızla bildik. Lakin, xüsusilə biz çirkini işləməkdən həzz alarkən; və (ey Allahımız!) bunun, Sənə də bir zərəri yox ikən, çirkini işləyənin əbədi olaraq əzab görəcəyini, ağlımızla bilə bilmərik. Xüsusilə, Sənə, heç bir şeyin fayda verməyəcəyini bildiyimiz halda, iman edən və saleh əməl işləyən kimsələrin, savaba haqq sahibi olduğunu, ağlımızla bilə bilmərik. Şübhəsiz, gözəllik və çirkinliyin mütləq mənadakı elmi/biliyi, nə (gözəli və çirkini işləməyə) sövq edən bir saiq; nə (də bunları) əngəlləyən bir səbəb ola bilər." (şəklindəki) üzrləridir. (haşiyə)
----------------------------
(Haşiyə:
Hüsn (gözəllik) və Qubh (çirkinlik) məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/husn-v%C9%99-qubh-m%C9%99s%C...
-----------------------------
Bax, bu üzrlər, Peyğəmbərlərin göndərilməsindən sonra sovuşdurulmuş olur.
• Peyğəmbərlər göndərməyin, idrak edilmələrində ağlın tək başına hərəkət edə bilmədiyi şeylər xüsusundakı faydasına gəlincə:
Alimlər, bunun haqqında, bir çox şey zikr etmişlərdir. (Belə ki, onlardan):
1. Ağıl, ancaq, ağlın özünə ehtiyac duyduğu sifətlərə dəlalət edə bilər. (Allaha aid olan) görmə, eşitmə, kəlam və digər xəbəri sifətlərə isə, ancaq eşitmək (nəql) yolu ilə çatıla bilər.
2. Mükəlləf, davamlı olaraq, qorxu içində belə deyər: "Əgər itaətlərlə məşğul olsam, Allah Taala'nın mülkündə, Onun icazəsi olmadan təsərrüf etmiş olaram. Əgər itaətlərlə məşğul olmasam, itaəti tərk etməkdən dolayı, bəlkə əzab görərəm."
O, hər 2 təqdirə görə də, qorxu içində qalmağa davam edər. Peyğəmbər göndərmək halında isə, bu qorxu zail olar.
3. Bizə (yəni, ağlımıza) görə, çirkin olan hər şey, o şeyin nəfsində (yəni, özündə), çirkin deyildir. Çünki, (şəriətə görə), çirkin və yaşlı azad bir qadının üzünə baxmaq, çirkindir; gözəl bir cariyənin üzünə baxmaq isə, gözəldir. (Ağla görə isə, bunun əksinədir).
4. Allah tərəfindən yer üzündə yaradılmış şeylərin bir qismi, qida; bir qismi, dərman; bir qismi də, zəhərdir. Təcrübə, bunların elmini/biliyini, ancaq uzun dövrlər keçdikdən sonra əldə edə bilər. Bununla bərabər, bunda, yenə də, əksəriyyətlə təhlükə bəhs mövzusudur. Peyğəmbər göndərməkdə isə, zərər və təhlükə olmadan, bunların təbiətlərini və mənfəətlərini bilmək şəklində bir fayda vardır.
5. Münəccimlər, fələklərin dərəcələrinin təbiətlərini tanıyırlar. Bunlara təcrübə ilə vaqif olmaq, mümkün deyildir. Çünki təcrübədə nəzərə alınan, bir təkrardan ibarətdir. Bəşərin ömrü, sabit ulduzların dönüş dövrlərini təsbit etməkdə, necə kifayət edə bilər?! Sonra, münəccimlər (astrologlar)'ın, bunların hamısına rəsəd yolu ilə vaqif olduğunu fərz edək. Lakin onlar, Utarid (merkuri)'nin hallarına, -rəsəd alətləri, utaridin çox kiçik olması, gizli olması, işığının azlığı, doğuş və batış hallarında günəşə uzaqlığının azlığı səbəbilə, bu halları veməyə kifayət deyilkən- necə vaqif oldular?!
6. İnsan, təbiəti gərəyi, mədənidir. İctima (bir araya toplanmaq, gəlmək), ziddləşməyə aparan çəkişməyə yol aça biləcək bir haldır. Bir Şari (qanun qoyan)'ın fərz qıldığı bir din olması lazımdır ki, insanları itaətə təşviq etsin və pisliklərdən də çəkindirsin (haşiyə)
--------------------
(Haşiyə:
İmamın qəsdi, budur:
İnsan, acizlik və möhtaclığı nəticəsində, özünü ictima etməyə, yəni başqaları ilə bir araya gəlməyə məcbur hiss edir. Hər insan fərqli xarakter və əxlaqa sahib olmasından dolayı, bu toplanmada, ziddliklər və fikir ayrılıqları meydana gəlir. Belə bir mühitdə, insanların etidallı davrana bilmələri üçün, tərəfləri ən yaxşı bilən bir şəxs tərəfindən, qaydaların təyin edilməsi lazımdır. Bu da, dini qaydaları qoyan şəxs tərəfindən, cəza və mükafat çərçivəsində olmalıdır ki, bağlayıcılığı olsun.
---------------------
7. İbadətin necə ediləcəyi xalqa tərk edilmiş olsaydı, bəlkə də, hər bir qrup, xüsusi bir vaz (ibadət qoymaq) gətirər; sonra da, o mövzuda təəssüb göstərər; və bu da, fitnəyə aparardı. Bir dinin vazı (qoyuluşu) isə, bunu əngəlləyən şeylərdəndir.
8. İnsanın, ağlının gərəyincə etdiyi fel, mu'tad (adət edilmiş) bir fel kimidir. Alışqanlıq isə, ibadət deyildir. Feli əmr edən, insanın qəlbən hörmət qoyduğu bir kimsədirsə; və özü də, o əmrin səbəbinə vaqif deyilsə; o insanın o əmri etməsi, sırf qulluq səbəbilə olur. Bu səbəblədir ki, (məsələn) həccdə, qərib fellərin edilməsi əmr edilmişdir.
9. Ağıllar, fərqli-fərqlidir. Kamil olan ağıl isə, nadirdir. İlahi sirlər isə, həqiqətən əziz (uca)'dır. O halda, istedadı olan hər kəsi, şəxsiyyətinə görə, onun üçün mümkün olan kamilliyinin son sərhəddinə çatdırması məqsədilə Peyğəmbərlərin göndərilməsi və Onlara kitabların endirilməsi lazımdır.
10. Hər cinsin altında, öz növləri vardır. Bu növlər arasında, bunların ən kamili olan bir növ mövcud olur. Növlər, siniflərə nisbətən; siniflər, şəxslərə nisbətən; şəxslər də, orqanlara nisbətən belədir. İndi, orqanların ən dəyərlisi və onların rəisi, qəlbdir. Onun xəlifəsi beyin olub, qüvvələr, beyindən bədənin hər tərəfinə yayılır. İnsan da, belə olub, onun üçün də bir rəis lazımdır. Rəisin (liderin) hökmranlığı:
~ ya sacəcə zahir üzərində olur ki, bu, sultandır;
~ ya da batin üzərində olur ki, bu da, alimdir;
~ ya da, həm zahir, həm batin üzərində olur ki, bu isə, Nəbi (əleyhissəlam)'dır və ya Onun yerinə keçən biridir. O halda, Peyğəmbər, aləmdə, bir qəlb kimi; Onun xəlifəsi isə, beyin kimidir. İdrak edən qüvvələr, necə ki beyindən orqanlara yayılırsa; eyni şəkildə bəyan və elm qüvvəsi də, ancaq Peyğəmbərdən xəlifəsi vasitəsilə bütün insanlara yayılır.
11. (Peyğəmbər göndərməyin digər bir faydası), faydalı sənətlərə hidayət etməkdir. Allah Taala,
~ Davud (əleyhissəlam) haqqında, belə buyurmuşdur:
...وَعَلَّمْنَـٰهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ
"Biz, sizin üçün, Ona, libas (zireh) sənətini öyrətdik." (Ənbiya/80);
~ Nuh (əleyhissəlam)'a, belə buyurmuşdur:
...وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا
"Bizim gözlərimiz önündə (yəni, nəzarətimiz altında), gəmi düzəlt." (Hud/37)
Şübhə yoxdur ki, ip əyirmək; toxumaçılıq, dərzilik, bənnalıq və bunun bənzəri sənətlərə duyulan ehtiyac, zirehə duyulan ehtiyacdan daha şiddətlidir. Bunların ortaya çıxarılmasını təcrübəyə bağlamaq, insanlar üçün böyük təhlükədir. Bu halda, bunların təlimi üçün, Peyğəmbərlər göndərmək lazımdır.
12. Məişət (dünyəvi yaşayış) üçün, əxlaq və siyasət elmləri lazım gəldiyindən, bunların təlimi üçün də, Peyğəmbər göndərilməsi lazımdır. Bu səbəblə, Allah Taala, nəbi (əleyhissəlam)'a, belə buyurmuşdur:
خُذِ ٱلْعَفْوَ وَأْمُرْ بِٱلْعُرْفِ وَأَعْرِضْ عَنِ ٱلْجَـٰهِلِينَ
"Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər." (Əraf/199);
... إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَـٰنِ
"Şübhəsiz ki, Allah, ədalətlə əmr etməyi və yaxşılıq etməyi əmr edir..." (Nəhl/90);
...فَبِمَا رَحْمَةٍ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمْ
"Allahın mərhəməti sayəsində, sən onlarla mülayim rəftar etdin..." (Al-i İmran/159);
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
"Şübhəsiz Sən, böyük əxlaq üzərəsən." (Qələm/4)
Nəticə olaraq, Peyğəmbər göndərməyin faydası, bu cəhətlərdən zahir olmuşdur.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "əl-Muhassal əfkari'l-mutəqaddimin və'l-mutəaxxirin minə'l-hukəma və'l-mutəkəllimin" əsərindən nəql)
