Peyğəmbərliyin əqli isbatı (2)

l. Şöyle müzeyyen bir kâinatın öyle mukaddes bir Sâniine böyle bir Resul-i Ekrem, ışık şemse lüzumu derecesinde elzemdir. Çünkü nasıl güneş ziya vermeksizin mümkün değildir. Öyle de, Ulûhiyet de peygamberleri göndermekle kendini göstermeksizin mümkün değildir.

Yəni:

Belə müzəyyən (yəni, zinətli) bir kainatın, elə müqəddəs bir Sani'sinə, belə dəyərli bir Rəsul, günəşə işığın lüzumu dərəcəsində lazımdır. Çünki, necə ki, günəş, ziya vermədən, mümkün deyildir. Elə də, Uluhiyyət də, peyğəmbərləri göndərməklə Özünü göstərmədən, mümkün deyildir.

---------------------------

Şərhi:

Bəli! Madam ki, belə zinətli bir kainat var və bu zinət inkar edilə bilməz. Və bu zinətli kainatın varlığını göstərməyə səbəb olan günəş yaradılmasaydı, əlbəttə bu zinətli kainatın qiyməti bilinməzdi. Çünki, kainatın görünməsi və bilinməsi, günəş ilədir. Həm, məsələn, günəş mövcud olduğu halda ziyası olmazsa, günəş bilinməz. Demək, belə zinətli kainat, şiddətlə günəşi iqtiza etdiyi (gərəkdirdiyi) kimi; günəş də, ziyanı iqtiza edər. Bunlardan birinin varlığı, digərinin də varlığını gərəkdirir.

Eynilə bu misalda olduğu kimi də, Uluhiyyət sifəti də, risaləti istilzam və iqtiza edər (gərəkdirər). Risalət müəssisəsi olmadan, Uluhiyyət sifəti bilinə bilməz.

Mətndəki "Uluhiyyət" ifadəsi, "Mə'budiyyət" mənasındadır. Bu isə:

"Bütün mümkinatın, zərrədən ərşə, əzəldən əbədə qədər hər şeyin, Allahın mə'budiyyətinə (itaət etdiriciliyinə) qarşı, qul və nökər olması, itaət etməsi, boyun əyməsi" deməkdir.

 

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, “əl-İlah”"əl-Məbud" isimlərinin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İndi, kainatda təkvini olaraq təzahür edən “əl-İlah”"əl-Məbud" isimlərini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:

Məsələn, böyük səma cisimlərindən biri olan və aləmin nizamının əsası hökmündə olan günəşə baxıb görürük ki:

Günəş, o əzəmətilə bərabər, hər gün, özü üçün təyin edilən qanun daxilində, nizam və intizamla, şərqdən doğub qərbdən batmaqdadır. Fənnin təsbitilə, öz orbiti ətrafında, sürətlə dönməkdədir və s.

İndi, bir düşün! Günəşin bu itaəti, əgər Allaha verilməzsə, bu itaət ediricilik:

~ ya günəşin özünə;

~ ya təbiətdəki şüursuz qanunlara;

~ ya da təsadüfə

veriləcəkdir.

Ağıl, bu 3-ündən 1-inə imkan tanımaqdadırmı?! İnsafı ölməyən, bu felin, görən, eşidən, bilən, iradə və qüdrət sahibi birinə məxsus olduğunda, şübhə etməz. Halbuki, nə günəşin özü, nə də təbiətdəki qanunların, bilmək, eşitmək, görmək, iradə və qüdrət kimi sifətləri vardır. Elə isə, bu fel, zəruri olaraq, görən, eşidən, bilən, iradə və qüdrət kimi sifətlərə sahib olan Birinə nisbət edilməlidir.

Bir digər misal üçün bax:

Rahmən surəsi 6-cı ayə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-6-ci-ay%C9%99tin-t%C9%99fsiri

 

Beləcə, bütün kainat, buna qiyas edilsin!

 

Dəyərli oxuyucu! Varlıqların itaəti isə, ya onların öz ixtiyarları ilədir; ya da qeyr-i ixtiyari.

İndi, bir düşün! İradəsi olmayan varlıqlarda, Özünü "əl-İlah", "əl-Mə'bud" kimi tanıtdıran Biri, heç mümkünmüdür ki, iradəsi olan varlıqlarda, Özünü "əl-İlah", "əl-Mə'bud" kimi tanıtdırmasın?! Onların iradəsini, Öz iradəsinə boyun əydirtmək istəməsin?!

Demək, bütün kainatı, təkvini (yaradılışdakı) qanunlarla Özünə itaət, səcdə etdirən "əl-İlah", "əl-Mə'bud" olan Allah; bəşərin iradəsini də, itaət və səcdə etdirmək istəyəcəkdir.

Kainatın bu ibadətini isə, bəşər, heç vaxt, tək başına və doğru bir şəkildə anlaya bilməz. Vəhydən müstəqil yaşayan dövrlərə və insanlara baxılsa, bu həqiqət asanlıqla görüləcəkdir. Elə isə, onların ibadətlərini, doğru bir şəkildə onlara tərif edəcək; və onları təklifi qanunlarla mükəlləf tutub ibadətə sövq edəcək; beləcə, kainatdakı mövcudata, -bir abid/ibadət edən, bir sacid/səcdə edən kimi- qardaş qılacaq və bunu elan edəcək Kimsələrə ehtiyac vardır. Bu isə, Peyğəmbərlərdən başqası deyildir. Və bəşər, bunu, Peyğəmbərlərdən başqasından eşitməmiş, görməmişdir.

Necə ki, Ustad Nursi, əsərlərindən birində, deyir:

"Qarışqanı, əmirsiz; arını, yasubsuz (başçı arısız) buraxmayan əzəli qüdrət, əlbəttə, bəşəri Nəbisiz buraxmaz."

 

Xülasə: “əl-İlah”“əl-Məbud” isimləri, peyğəmbərlərin varlığını gərəkdirir.

İsim təcəllisi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir

------------------------------

------------------------------

ll. Hem hiç mümkün olur mu ki, nihayet kemâlde olan bir cemâl, gösterici ve tarif edici bir vasıta ile kendini göstermek istemesin?

Yəni:

Həm, heç mümkünmüdür ki, nəhayət kamalda olan bir camal, göstərici və tərif edici bir vasitə ilə, özünü göstərmək istəməsin?!

------------------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, "camal" sifətilə "əl-Cəmil" isminin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İndi, kainatda təkvini olaraq təzahür edən camal sifətini və "əl-Cəmil" ismini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:

 

1. Kainatdakı bütün gözəlliklərin, “əl-Cəmil” ismindən gəldiyinin isbatı:

Allah (azzə və cəllə), bütün isim və sifətlərilə cəmil (gözəl)'dir. Ancaq, bu İlahi camalı ən çox göstərən sifətlər, cud (comərdlik), səxavət, rahmaniyyət (mərhəmət edicilik) və razzəqiyyət (ruzi vericilik) sifətləridir.

~ Kainatda təcəlli/təzahür edən "comərdlik və səxavət" sifətlərində görünən İlahi camala, bir neçə misal:

Müəllifimiz, "Haşr risaləsi"nin "4-cü Həqiqəti"ndə (s. 64), belə deyir:

"Evet, dünya yüzünü bu kadar müzeyyen masnuatıyla süslendirmek, ay ile güneşi lâmba yapmak, yeryüzünü bir sofra-i nimet ederek mat'umatın en güzel çeşitleriyle doldurmak, meyveli ağaçları birer kap yapmak, her mevsimde birçok defalar tecdit etmek, hadsiz bir cûd ve sehâveti gösterir."

Yəni:

Bəli! Dünya üzünü bu qədər zinətli sənətlərilə bəzəmək; ay ilə günəşi lampa qılmaq; yer üzünü, bir nemət süfrəsi qılaraq təamların ən gözəl növlərilə doldurmaq; meyvəli ağacları, (meyvələri üçün) bir qab qılmaq; hər mövsümdə bir çox dəfə yeniləmək, hədsiz cud (comərdlik) və səxavəti göstərir.

 

~ Kainatda təcəlli/təzahür edən "rahməniyyət" sifətlərində görünən İlahi camala, bir neçə misal:

Müəllifimiz, "Şüalar" adlı əsərinin 7-ci Şüası olan "Ayətu'l-Kubra" risaləsində (s. 143), belə deyir:

Rahmâniyet hakikatidir

Yani, gözümüzle görüyoruz: Birisi var ki, bize,

• zemin yüzünü rahmetin binlerle hediyeleriyle doldurmuş, bir ziyafetgâh yapmış ve Rahmâniyetin yüz binlerle ayrı ayrı lezzetli taamları içinde dizilmiş bir sofra etmiş; ve

• zemin içini rahîmiyet ve hakîmiyetin binlerle kıymettar ihsanlarını câmi' bir mahzen yapmış; ve

• zemini, devr-i senevîsinde, bir ticaret gemisi hükmünde, her sene âlem-i gaybdan levazımat-ı insaniye ve hayatiyenin yüz bin çeşitlerinden en güzellerini içine alarak yüklenmiş bir nevi sefine veya şimendifer gibi ve her baharı ise, erzak ve elbisemizi taşıyan bir vagon hükmünde olarak bizlere gönderir, bizi gayet rahîmâne beslettirir; ve

• bütün o hediyelerden, o nimetlerden istifade etmemiz için bize de yüzlerle ve binlerle iştihalar, ihtiyaçlar, duygular, hissiyatlar, hisler vermiş.

Evet, Âyet-i Hasbiyeye dair olan Dördüncü Şuâda izah ve ispat edildiği gibi, bize

• öyle bir mide vermiş ki, hadsiz taamlardan lezzet alır; ve

• öyle bir hayat ihsan etmiş ki, duygularıyla, bir sofra-i nimet gibi, koca cismânî âlemde, hadsiz nimetlerinden istifade eder; ve

• öyle bir insaniyet bize lütfetmiş ki, akıl ve kalb gibi çok âletleriyle hem maddî, hem mânevî âlemin nihayetsiz hediyelerinden zevk alır; ve

• öyle bir İslâmiyet bize bildirmiş ki, âlem-i gayb ve âlem-i şehadetin nihayetsiz hazinelerinden nur alır;

• öyle bir iman hidâyet etmiş ki, dünya ve âhiret âlemlerinin hasra gelmez envârından ve hediyelerinden tenevvür edip müstefid eder.

Güya rahmet tarafından bu kâinat hadsiz antika ve acip ve kıymetli şeylerle tezyin edilmiş bir saraydır. Ve bütün o saraydaki hadsiz sandıkları ve menzilleri açacak anahtarlar insanın ellerine verilmiş ve bütün onlardan istifade ettirecek olan ihtiyaçlar, hissiyatlar insanın fıtratına verilmiş.

İşte böyle dünyayı ve âhireti ve her şeyi kaplamış bir rahmet..."

Yəni:

(Kainatda müşahidə edilən) İkinci həqiqət: Rahməniyyət həqiqətidir.

Yəni, gözümüzlə görürük: Biri var ki, bizim üçün,

• yer üzünü, rəhmətin minlərlə hədiyyələrilə doldurmuş...(yer üzünü) bir ziyafətgah qılmış və yer üzünü, rahməniyyət'inin yüz minlərlə ayrı-ayrı ləzzətli təamları içində düzülmüş bir süfrə qılmış; və

• yerin içini, rahimiyyət və hakimiyyətin minlərlə qiymətli ehsanlarını cəm edən bir məhzən (depo) qılmış; və

• yeri, illik dövründə, bir ticarət gəmisi hökmündə, hər il, qeybdən insan və heyvana lazım olan şeylərin yüz min növlərindən ən gözəllərini içinə alaraq yüklənmiş bir növ gəmi və ya qatar; və hər baharı isə, ərzaq və paltarımızı daşıyan bir vaqon hökmündə olaraq, bizlərə göndərər. Bizi, rəhimanə (rəhmətini göstərəcək bir şəkildə) bəslətdirər; və

• bütün o hədiyyələrdən, o nemətlərdən istifadəmiz üçün, bizə də, yüzlərlə, minlərlə iştahlar, ehtiyaclar, hislər vermişdir.

Bəli, Al-i İmran/173'ə dair olan "Dördüncü Şua"da izah və isbat edildiyi kimi; bizə

• elə bir mədə vermişdir ki, hədsiz təamlardan ləzzət alar; və

• elə bir həyat ehsan etmişdir ki, hislərilə -bir nemət süfrəsi kimi- böyük cismani aləmdə, hədsiz nemətlərdən istifadə edər; və

• elə bir insaniyyət bizə lütf etmişdir ki, ağıl və qəlb kimi çox "alət"lərilə, həm maddi, həm mənəvi aləmin nəhayətsiz "hədiyyə"lərindən zövq alar; və

• elə bir İslamiyyət bizə bildirmişdir ki, qeyb və şəhadət aləmlərinin nəhayətsiz xəzinələrindən nur alar; və

• elə bir iman hidayət etmişdir ki, dünya və axirət aləmlərinin saya gəlməz nurlarından və hədiyyələrindən nurlanıb istifadə edər.

Sanki, bu kainat, rəhmət tərəfindən, hədsiz əntiqə və qeyr-i aid və qiymətli şeylərlə zinətlənmiş bir saraydır və bütün o saraydakı saysız-hesabsız sandıqları və mənzilləri açacaq açarlar, insanın əllərinə verilmiş və bütün onlardan istifadə etdirəcək olan ehtiyaclar, hissiyyatlar, insanın fitrətinə verilmişdir.

Bax beləcə dünyanı, axirəti və hər şeyi əhatə etmiş bir rəhmət...

 

~ Kainatda təcəlli/təzahür edən "razzəqiyyət" sifətində görünən İlahi camala, bir neçə misal:

Müəllifimiz, "Şüalar" adlı əsərinin 7-ci Şüası olan "Ayətu'l-Kubra" risaləsində (s. 148), belə deyir:

İsm-i Rahîm ve Rezzâkın cemâllerini ve vahdâniyete şehadetlerini tam görmek için zemin yüzünü birden ihata edip müşahede edecek bir göz bulunsa, kış âhirinde erzakları bitmek üzere olan hayvanat kàfilelerine, imdad-ı gaybî ve ihsan-ı Rahmânî olarak nebatatın ellerine verilen ve ağaçların başlarına konulan ve validelerin sinelerine takılan ve sırf hazine-i gaybiye-i rahmetten gayet leziz ve gayet çok ve gayet mütenevvi taamları ve nimetleri gönderen Rezzâk-ı Rahîmin bu cilve-i şefkatinde ne kadar şirin bir güzellik, ne kadar tatlı bir cemâl bulunduğunu görecek ve ondan bilecek ki, birtek elmayı yapıp bir adama hakikî bir rızık olarak mün'imâne veren, yalnız öyle bir Zât yapar verir ki, mevsimleri, gece ve gündüzleri çevirir ve küre-i arzı bir sefine-i tüccariye gibi gezdirerek mevsimlerin mahsulâtlarını onunla zemindeki muhtaç misafirlerine getirir. Çünkü, o elmanın yüzünde bulunan sikke-i fıtrat ve hâtem-i hikmet ve turra-i samediyet ve mühr-ü rahmet, bütün elmalarda ve sair meyvelerde ve bütün nebatat ve hayvanatta bulunduğundan o tek elmanın hakikî mâliki ve sânii, elbette ve her halde o elmanın emsali ve hemcinsi ve kardeşleri olan bütün sekene-i arzın ve onun bahçesi olan koca zeminin ve onun fabrikası olan ağacının ve onun destgâhı olan mevsiminin ve onun terbiyegâhı olan bahar ve yazın Mâlik-i Zülcelâli ve Hâlık-ı Zülcemâli olacak; başka olamaz.

Yəni:

Rahim və Razzəq isimlərinin camallarını və (bu isimlərin) vahdaniyyətə (olan) şəhadətlərini tam görmək üçün, yer üzünü birdən əhatə edib müşahidə edəcək bir göz mövcud olsa,

Qış axırında ərzaqları bitmək üzərə olan "canlılar topluluğu"na, -qeybi bir imdad və Rahmani bir ehsan olaraq- bitkilərin əllərinə verilən və ağacların başlarına qoyulan və anaların sinələrinə asılan və sırf qeybi rəhmət xəzinəsindən çox ləziz və çox sayda və fərqli bir çox növdəki təamları və nemətləri göndərən Razzəq və Rahim (olan Allah)'ın bu şəfqət cilvəsində,

nə qədər şirin bir gözəllik, nə qədər dadlı bir camal mövcud olduğunu görəcək və ondan biləcək ki,

Bir tək almanı yaradıb bir adama həqiqi bir ruzi olaraq münimanə (nemət olaraq) verən, yalnız elə bir Zat ola bilər ki,

Mövsümləri, gecə və gündüzləri çevirər; və yer kürəsini, bir ticarət gəmisi kimi gəzdirərək mövsümlərin məhsulatlarını, onunla yerdəki möhtac qonaqlarına gətirər. Çünki, o alma üzərində mövcud olan fitrət sikkəsi, hikmət xatəmi (möhürü), samədiyyət (möhtaclıq) tuğrası və rəhmət möhürü, bütün almalarda və sair meyvələrdə və bütün bitkilər və heyvanlarda mövcud olduğundan, o tək almanın həqiqi Malik və Sani'si, əlbəttə və hər halda,

~ o almanın misilləri və həmcinsləri və qardaşları olan bütün yer sakinlərinin; və

~ onun baxçası olan böyük yerin; və

~ onun fabriki olan ağacının; və

~ onun dəstgahı olan mövsümünün; və

~ onun tərbiyəgahı olan bahar və yayın

cəlal sahibi Maliki və camal sahibi Xaliqi olacaq; başqası ola bilməz.

 

İndi, bir düşün! Üzərlərində belə camal müşahidə edilən əsərlər, Allahdan başqasına (yəni, əşyanın özünə, təbiətdəki qanunlara və təsadüfə) nisbət edilə bilərmi? İnsafı ölməyən, əlbəttə "Yox!" deyəcəkdir.

Müəllifimiz, bunu dəstəkləmək sədədində, belə deyir:

Âyine-misal mevcudatın birbiri arkasında zevâl ve fenalarıyla beraber, arkalarından gelenlerin üstünde ve yüzlerinde aynı hüsün ve cemâlin cilvesinin bulunması gösterir ki, cemâl onların değil. Belki o cemâller, bir hüsn-ü münezzeh ve bir cemâl-i mukaddesin âyâtı ve emârâtıdır.

Yəni:

Ayna kimi (olan) mövcudatın bir-biri arxasında zaval və fənaları ilə bərabər; arxalarından gələnlərin üstündə və üzlərində, eyni hüsn və camalın cilvəsinin mövcud olması, göstərir ki, (onlarda görünən) camal, onların deyil...Əksinə, o camallar, münəzzəh bir hüsn və müqəddəs bir camalın ayələri və əmarələridir. ("Sözlər", s. 65)

Necə ki, axan çayın qabarcıqları üzərində parlayan işıq, çayın öz xüsusiyyəti və işığı deyil; göydəki günəşin bir əksidir. Çünki, çay, mütəmadiyən axıb-getməsinə rəğmən; o işıq sabit durur. Demək, işıq, çaya deyil, günəşə aid bir vəsfdir.

Eynilə də, kainat, bir çay kimi, zaman içində axıb getməsinə baxmayaraq, kainat üzərində təcəlli edən bütün gözəlliklər, eynilə sabit və davamlı qalırlar. Demək, bu gözəllik də, zaman içində axıb gedən kainat və içindəki əşyaya deyil; sonsuz bir camal Sahibinə aiddir.

Yenə, əgər bu camal, əşyanın özünə aid bir vəsf olsaydı, ziddi (yəni, çirkinlik) ona ariz olmazdı. Demək, əşyadakı camal, əşyanın zati bir vəsfi deyildir.

Yenə, Müəllifimiz Ustad Nursi, bu xüsusda belə deyir:

Nasıl ki yüzer hüner ve san'at ve kemâl ve cemâlleri bulunan bir zât, herbir hüner kendini teşhir etmek ve herbir güzel san'at kendini takdir ettirmek ve herbir kemâl kendini izhar etmek ve her bir cemâl kendini göstermek istemesi kaidesince, o zât dahi bütün hünerlerini ve san'atlarını ve kemâlâtını ve gizli güzelliklerini târif edecek, teşhir edecek, gösterecek olan bir harika sarayı yapmış. Her kim o mu'cizeli sarayı temâşâ etse, birden ustasının ve sahibinin hünerlerine ve mehâsinine ve kemâlâtına intikal eder ve gözüyle görür gibi inanır, tasdik eder ve der ki: "Her cihetle güzel ve hünerli olmayan bir zât, böyle her cihetle güzel bir eserin masdarı, mûcidi ve taklitsiz muhterii olamaz. Belki onun mânevî hüsünleri ve kemâlleri bu sarayla tecessüm etmiş gibidir" hükmeder.

Aynen öyle de, bu kâinat denilen dünyadan, meşher-i acaip ve saray-ı muhteşemin hüsünlerini gören ve aklı çürük ve kalbi bozuk olmayan elbette intikal edecek ki, bu saray bir âyinedir; başkasının cemâlini ve kemâlini göstermek için böyle süslenmiş. Evet, madem bu saray-ı âlemin başka emsâli yok ki güzellikleri ondan iktibas edip taklit edilsin. Elbette ve herhalde bunun ustası kendi zâtında ve esmâsında kendine lâyık güzellikleri var ki, kâinat ondan iktibas ediyor ve ona göre yapılmış ve onları ifade etmek için bir kitap gibi yazılmış.

Yəni:

Necə ki, yüzlərlə hünər, sənət, kamal, camalları mövcud olan bir Zat:

[~ hər bir hünər, özünü təşhir etmək (sərgiləmək);

~ hər bir gözəl sənət, özünü təqdir etdirmək;

~ hər bir kamal, özünü izhar etmək;

~ hər bir camal, özünü göstərmək

istəməsi qaydası gərəyincə]

O Zat da, bütün hünərlərini, sənətlərini, kamilliklərini və gizli gözəlliklərini tərif edəcək; təşhir edəcək; göstərəcək olan xariqə bir saray düzəltmişdir. Hər kim o möcüzəli sarayı tamaşa etsə, birdən, ustasının və sahibinin hünərlərinə və gözəlliklərinə və kamilliklərinə intiqal edər (keçər) və gözü ilə görər kimi inanar, təsdiq edər və deyər ki:

"Hər cəhətlə gözəl və hünərli olmayan bir Zat, belə hər cəhətlə gözəl bir əsərin məsdəri (südur etdiyi, çıxdığı yer), mucid (icad edən) və təqlidsiz muxtəri (ixtiraçı)'sı ola bilməz. Əksinə, onun mənəvi hüsnləri və kamalları, (sanki) bu saray ilə təcəssüm etmiş kimidir." (deyə) hökm edər.

Eynilə bunun kimi də, bu kainat deyilən dünyadan, əcaibliklər məşhəri (sərgi yeri)'nin və möhtəşəm sarayın hüsnlərini görən və ağlı çürük və qəlbi xarab olmayan, əlbəttə, intiqal edəcək ki, bu saray, bir aynadır. Başqasının camalını və kamalını göstərmək üçün belə bəzədilmişdir.

Bəli! Madam ki, bu aləm sarayının başqa misilləri yoxdur, ki, gözəllikləri ondan iqtibas edib təqlid edilsin. Əlbəttə və hər halda, bunun Ustası, Öz Zatında və isimlərində, Özünə layiq gözəllikləri vardır ki, kainat, Ondan iqtibas edir və Ona görə düzəldilmiş və Onları ifadə etmək üçün bir kitab kimi yazılmışdır. ("Şüalar", 4-cü Şüa, s. 68)

 

2. Hər bir şey üzərində təzahür edən bu camalın, sadəcə dar, məhdud bu dünya həyatı ilə məhdudlaşmadığı və bu əzəli və əbədi camal Sahibinin, əbədiyyən camalını göstərmək istəyəcəyi:

Müəllifimiz Ustad Bədiüz-zaman, bu haqda belə deyir:

İşte şu derece âli, nazirsiz, gizli bir cemâl ise, kendi mehâsinini bir mir'atta görmek ve hüsnünün derecâtını ve cemâlinin mikyaslarını zîşuur ve müştak bir âyinede müşahede etmek istediği gibi, başkalarının nazarıyla yine sevgili cemâline bakmak için, görünmek de ister. Demek, iki vech ile kendi cemâline bakmak; biri, herbiri başka başka renkte olan âyinelerde bizzat müşahede etmek; diğeri, müştak olan seyirci ve mütehayyir olan istihsancıların müşahedesiyle müşahede etmek ister.

Demek, hüsün ve cemâl, görmek ve görünmek ister. Görmek ve görünmek ise, müştak seyirci, mütehayyir istihsan edicilerin vücudunu ister. Hüsün ve cemâl ebedî, sermedî olduğundan, müştakların devam-ı vücutlarını ister.

Yəni:

Bax, bu dərəcə ali, bənzərsiz bir camal isə, öz gözəlliklərini, bir aynada görmək; və hüsnünün dərəcələrini və camalının miqyaslarını, şüurlu və müştaq (bu gözəlliyə şövqlü) bir aynada müşahidə etmək istədiyi kimi; başqalarının nəzərilə, yenə sevgili camalına baxmaq üçün, görünmək də istəyər.

Demək, 2 cəhətlə Öz camalına baxmaq:

~ Biri: hər biri başqa-başqa rəngdə olan aynalarda Şəxsən müşahidə etmək;

~ Digəri isə: müştaq olan tamaşaçı və heyrət edən istihsançıların (bəyənənlərin) müşahidəsilə müşahidə etmək

istəyər.

Demək, hüsn və camal, görmək və görünmək istəyər. Görmək və görünmək isə --->

Müştaq tamaşaçı, heyrətdə olan istihsan edicilərin varlığını istəyər.

Hüsn və camal, əbədi, sərmədi (əbədi) olduğundan (isə), müştaqların varlıqlarının davamlılığını istəyər.

Müəllifimiz, bunun (yəni, bu gözəlliyə müştaq olanların davamlı olmasının) səbəbini, belə açıqlayır:

Çünkü daimî bir cemâl ise, zâil bir müştaka razı olamaz. Zira, dönmemek üzere zevâle mahkûm olan bir seyirci, zevâlin tasavvuruyla muhabbeti adavete döner. Hayreti istihfafa, hürmeti tahkire meyleder. Çünkü, hodgâm insan, bilmediği şeye düşman olduğu gibi, yetişmediği şeye de zıttır. Halbuki, nihayetsiz bir muhabbet, hadsiz bir şevk ve istihsan ile mukabeleye lâyık olan bir cemâle karşı zımnen bir adavet ve kin ve inkâr ile mukabele eder. İşte, kâfir, Allah'ın düşmanı olduğunun sırrı bundan anlaşılıyor.

Yəni:

Çünki, dönməmək üzərə zavala məhkum olan bir tamaşaçı, zavalın təsəvvürü ilə:

~ məhəbbəti ədavətə çevrilər;

~ heyrəti, xəfif görməyə;

~ hörməti də, təhqirə meyl edər.

Çünki, eqoist insan, bilmədiyi bir şeyə düşmən olduğu kimi; əldə edə bilmədiyi şeyə də, ziddir.

Halbuki, sonsuz bir məhəbbət, hədsiz bir şövq və istihsan ilə müqabilə etməyə layiq olan bir camala qarşı, gizli bir ədavət, kin və inkar ilə müqabilə edər.

Bax, kafirin Allah düşməni olduğunun sirri, bundan başa düşülür.

Müəllifimiz, mövzunu belə tamamlayır:

Madem o nihayetsiz sehâvet, cûd, o misilsiz cemâl, hüsün, o kusursuz kemâlât ebedî müteşekkirleri, müştakları, müstahsinleri iktiza ederler. Halbuki şu misafirhane-i dünyada görüyoruz, herkes çabuk gidip kayboluyor. O sehâvetin ihsanını ancak az bir parça tadar. İştihası açılır, fakat yemez, gider. O cemâl, o kemâlin dahi ancak biraz ışığına, belki bir zayıf gölgesine bir anda bakıp, doymadan gider. Demek bir seyrangâh-ı daimîye gidiliyor.

Yəni:

Madam ki, o nəhayətsiz səxavət, cud (comərdlik); o misilsiz camal, hüsn; o qüsursuz kamillik, əbədi mütəşəkkirləri (təşəkkür edənləri), müştaqları, mustəhsinləri (bəyənənləri) iqtiza edər (gərəkdirər)'lər.

Halbuki, görürük ki, bu "dünya mehmanxanası"nda, hər kəs tez-tələsik gedib itirlər. O səxavətin ehsanını, ancaq az bir parça dadırlar. İştahaları açılır, lakin yemir, gedirlər. O camal, o kamalın da ancaq bir az işığına, hətta zəif bir kölgəsinə bir anda baxıb, doymadan gedirlər.

Demək ki, daimi bir seyrangaha gedilir. ("Sözlər", 10-cu Söz: "Haşr" risaləsi, 4-cü Həqiqət, s. 65-66)

 

3. Zahirən görünən çirkinliklərin, bu camal (gözəllik) ilə zidd olmadığı:

(Bu) "İkinci Nöqtə"

...Əhsənə kullə şeyin xaləqahu..."

Yəni:

"Yaratdığı hər şeyi gözəl yaratdı." (Səcdə/7) ayətinin bir sirrini izah etməkdədir. Belə ki:

Hər şeydə, hətta ən çirkin görünən şeylərdə, həqiqi bir hüsn cəhəti vardır.

Bəli! Kainatdakı hər şey, hər hadisə:

~ ya bizzat (zatı etibarı ilə) gözəldir, (ki), ona, "hüsn-ü bizzat/zatı etibarı ilə gözəl" deyilir;

~ və ya nəticələri cəhətilə gözəldir ki, ona (da), "hüsn-ü bi'l-qeyr/qeyrisi (yəni, nəticələri) etibarı ilə gözəl" deyilir.

Bir qisim hadisələr vardır ki, zahiri, çirkin, müşəvvəş (qarışıq)'dır. Lakin, o zahiri pərdə altında, çox parlaq gözəlliklər və intizamlar vardır. Məsələn:

~ Bahar mövsümündə, fırtınalı yağış, palçıqlı torpaq pərdəsi altında, sonsuz gözəl çiçək və intizamlı bitkilərin təbəssümləri gizlənmiş(dir);

~ Payız mövsümünün qırıcı təxribatı, həzin ayrılıq pərdələri arxasında, [Subhan olan Allahın cəlal təcəlliləri'nin mazharı (zahir olduğu yer) olan] qış hadisələrinin təzyiqindən və təzib (əzab verməsi)'ndən mühafizə etmək üçün, nazlı çiçəklərin dostları olan nazlı heyvancıqları, həyat vəzifəsindən tərxis vardır.

Bununla bərabər,

~ O qış pərdəsi altında, nazlı, təzə, gözəl bir bahara yer hazırlanmaqdadır.

~ Fırtına, zəlzələ, vəba kimi hadisələrin pərdələri altında gizlənən bir çox mənəvi çiçəklərin inkişafı vardır.

~ Toxumlar kimi böyüyüb-inkişaf etməkdən (geri) qalan bir çox istedad çəyirdəkləri, zahiri çirkin görünən hadisələr səbəbilə, sünbüllənib gözəlləşərlər.

Sanki, ümum inqilablar və külli təhəvvüllər (dəyişikliklər), mənəvi bir yağışdırlar.

Lakin insan, həm zahirpərəst, həm eqoist olduğundan, zahirə baxıb, çirkinliklə hökm edər. Eqoistlik cəhətilə, yalnız özünə baxan nəticə ilə mühakimə edərək, şər olduğuna hökm edər. Halbuki, əşyanın insana aid qayəsi, 1-dirsə; Sani (olan Allah)'ın isimlərinə aid, 1000-lərdir.

~ Məsələn: (Allahın) yaradıcı qüdrətinin böyük möcüzələrindən olan tikanlı otları və ağacları, zərərli, mənasız tələqqi edər. Halbuki onlar, otların və ağacların mücəhhəz (təchiz edilmiş) qəhrəmanlarıdırlar.

~ Məsələn: Atmaca quşunun sərçələrə musallat olması, zahirən, rəhmətə uyğun gəlməz. Halbuki, sərçə quşunun istedadı, o təslit (musallat olma) ilə inkişaf edər.

~ Məsələn: Qarı, çox soyuqvari və dadsız tələqqi edər. Halbuki, (qarın), o soyuq, dadsız pərdəsi altında, o qədər hərarətli qayələr və şəkər kimi elə dadlı nəticələr vardır ki, tərif edilməz. ("Sözlər", 18-ci Söz, s. 227-228)

 

Mətnin originalı üçün bax:

https://www.erisale.com/?fbclid=IwY2xjawQYDgdleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEe4yOdgGNAfJqivHUDZsmphccgpZXEtaCP_COYpQ48tnaKzKOWQza5dxWyD3g_aem_91g7aCFZkEBSv3u9yGFeaw#content.tr.1.314

 

Xülasə:

İndi, bir düşün:

1. İnsanlar, kainatda təzahür edən gözəllikləri müşahidə edib, bundan camal sifətilə müttəsif (vəsf edilmiş) bir Zatı tanıya bilmişdilərmi?

2. Bu camalın sonsuz olduğunu, sadəcə dar, məhdud bu dünya həyatı ilə məhdudlaşmadığını, belə camal sifətə sahib olanın, daha geniş aləmdə Öz camalını yenə təzahür etdirmək istəyəcəyini, idrak etmişdilərmi?

3. Zahirən görünən çirkinliklərə, əqli, qənaət verici bir cavab tapa bilmişdilərmi?

Təbii ki, yox.

Elə isə, bu gözəlliyi tam tərif edəcək, bu sualların cavabını verəcək kimsələrin varlığı, zəruridir.

İndi bir düşün! Peyğəmbərlərdən başqası, bu həqiqətləri dərs vermişlərdirmi? Əlbəttə ki, yox. Elə isə, Nübüvvət, haqdır və bəşərdə də zəruridir!

----------------------------

----------------------------

lll. Hem mümkün olur mu ki, gayet cemâlde bir kemâl-i san'at, onun üzerine enzar-ı dikkati celb eden bir dellâl vasıtasıyla teşhir istemesin?

Yəni:

Həm mümkünmüdür ki, son dərəcə gözəllikdə olan mükəmməl bir sənət, onun üzərinə diqqətli nəzərləri cəlb edən bir dəllal vasitəsilə təşhir (sərgilənmə) istəməsin?!

-----------------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, "kamal" sifətilə "əl-Kamil" isminin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İndi, kainatda təkvini olaraq təzahür edən kamal sifətini və "əl-Kamil" ismini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:

 

1. Kainatdakı bütün mükəmməlliklərin, “əl-Kamil” ismindən gəldiyinin isbatı:

Müəllifimiz Ustad Bədiü'z-zaman, İsra surəsinin 44-cü ayətini təfsir etdiyi "Şüalar" adlı əsərinin 7-ci Şüası olan: "əl-Ayətu'l-Kubra" risaləsində (s. 89-90), belə deyir:

Bəli! Bu "dünya diyarı"na və "dünya mehmanxanası"na gələn hər bir qonaq, gözünü açıb baxdıqca, görür ki:

~ kərəmi açıq bir şəkildə görünən - bir ziyafətgah;

~ sənəti açıq bir şəkildə görünən - bir təşhirgah (sərgi salonu);

~ ehtişamı açıq bir şəkildə görünən - bir ordugah və təlimgah;

~ heyrət və şövq verici bir seyrangah və tamaşagah; və

~ mənalı və hikməti açıq bir şəkildə görünən - bir mütaliəgah

olan:

~ bu gözəl mehmanxananın Sahibini;

~ bu böyük kitabın Müəllifini; və

~ bu ehtişamlı diyarın Sultanını

tanımaq və bilməyi şiddətlə istəyərkən, ona, ən başda, göylərin nurla qızıllanan gözəl üzü görünür. O da baxar, görər ki...

Bir qismi, yerdən 1000 dəfə böyük; və o böyüklərdən bir qismi, top gülləsindən 70 dəfə sürətli yüz minlərlə səmavi cismləri:

~ sütunsuz, düşürmədən saxlayan;

~ bir-birinə toqquşdurmadan, fövqə'l-hədd sürətli və bərabər gəzdirən;

~ yağsız, söndürmədən, mütəmadi olaraq, o saysız-hesabsız "lampa"ları yandıran;

~ heç bir gurultu çıxarmadan və xələl vermədən, o saysız-hesabsız böyük kütlələri idarə edən; (yəni, planetlər və bəzi göy cisimləri, normalda, insan qulağının qaldıra bilməyəcəyi bir şiddətdə səs çıxarmaqdadırlar. Lakin Allah, insan qulağını, bu böyük və kiçik səslərdən qorumaq üçün, eşitmə aralığı deyilən bir nizamla yaratmışdır. İnsan, nə çox yüksək səsləri eşitməkdə, nə də ən aşağı səslər məsələn, qarışqanın ayaq səsləri, onu narahat etməkdədir.);

~ günəş və ayın vəzifələri kimi, heç üsyan etdirmədən, o böyük məxluqları, vəzifələrlə çalışdıran (burdakı "üsyan" kəliməsi, "orbitindən çıxmaq" mənasındadır. Planetlər və ya səma cisimləri, dünyadan milyonlarla qat böyük olmalarına baxmayaraq, çox sürətli dönmələrinə, saysız-hesabsız deyiləcək qədər çox olmalarına baxmayaraq, milyonlarla ildən bəri, zərrə qədər orbitindən çıxmır, bənzərsiz bir nizam və ahəng içində hərəkət etməkdədirlər.)

~ 2 qütb dairəsindəki hesab rəqəmlərinə sığmayan sonsuz bir uzaqlıq içində, eyni zamanda, eyni qüvvət və eyni tərz və eyni fitrət və eyni surətdə, bərabər, nöqsansız təsərrüf edən;

~ o çox böyük mütəcaviz (həddini aşmaq istəyən) qüvvətləri daşıyanları, həddini aşdırmadan Öz qanunlarına itaət etdirən;

~ o ucsuz-bucaqsız izdihamın (yəni, saysız-hesabsız göy cisimlərinin) artıqları kimi, göy üzünü kirlədəcək şeylərə meydan vermədən, çox parlaq və gözəlcə təmizlətdirən;

~ intizamlı bir ordu manevri kimi manevrlə gəzdirən;

~ yeri döndürməsilə, o ehtişamlı manevrin başqa bir surətdə həqiqi və xəyali tərzlərini, hər gecə və hər il, kino lentləri kimi tamaşaçı məxluqlarına göstərən

(Müəllifin qəsdi, budur: Dünyanın öz ətrafında dönməsi, günlük; günəşin ətrafında dönməsi də, illik bir manevrdir. Dünya, hər gün, gözümüz qarşısında döndüyü üçün, kinayə olaraq, həqiqi bir dönüş və manevr şəklində ifadə edilir. İllik dönüşü isə müşəxxəs, konkret olmadığı üçün, xəyalda, manevrlər toplatdırılıb, elə müşahidə edilə bilər deməklə, burda, "xəyali" təbiri istifadə edilmişdir. Yəni, "həqiqi" təbiri, dünyanın günlük dönüşünə; "xəyali" təbiri isə, illik dönüşünə dairdir. Burda, "xəyali" ifadəsi, həqiqəti olmayan bir şey mənasında deyil, sadəcə, parçaların toplanması mənasındadır. Çünki dünyanın illik dönüşünün geniş olmasından və bu genişliyin əhatəsi mümkün olmamasından dolayı, xəyalın köməyinə möhtacdır.)

bir rübubiyyət (tərbiyə edicilik) təzahürü və o rübubiyyət fəaliyyəti içində görünən:

~ təsxir (böyük cisimlərin Ona boyun əyməsi);

~ tədbir (onların idarə edilməsi);

~ tədvir (böyük kürələrin döndürülməsi, dövr etdirilməsi);

~ tənzim (onların nizam altına alınması);

~ tənzif (bütün kainatın təmizlənməsi);

~ təvzifdən (hər şeyə bir vəzifə verilməzi kimi şeylərdən)

mürəkkəb olan bir həqiqət, bu əzəmət və əhatəsilə, o səmalar Xaliqi olan Allahın, varlığının zəruri olmasına və birliyinə; və Onun varlığının, səmaların varlığından daha zahir olduğuna, şəhadət edər.

 

Daha geniş oxumaq üçün, aşağıdakı linkə daxil ol:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9%99tin-t%C9%99fsiri

 

İndi, bir düşün! Zatında, sifətlərində, isimlərində, fellərində, hökmlərində nöqsan olan, kamil olmayan bir Varlıq, yuxarıda zikr edlən bütün bu fəaliyyətlərə sahib çıxa bilərmi? Əsla və əsla! Demək ki, varlıqlar, Onun varlıq və birliyinə və bütün nöqsanlardan münəzzəh olduğuna, hal dililə dəlalət və şəhadət etməkdədirlər.

Not: Digər bütün sənət əsərləri, buna qiyas edilsin!

 

2. Hər bir şey üzərində təzahür edən bu kamalın, sadəcə dar, məhdud bu dünya həyatı ilə məhdudlaşmadığı və bu əzəli və əbədi kamal Sahibinin, əbədiyyən kamalını göstərmək istəyəcəyi:

Müəllifimiz Ustad Bədiüz-zaman, bu haqda belə deyir:

Gizli, kusursuz kemâlât ise, takdir edici, istihsan edici, "Mâşaallah" diyerek müşahede edicilerin başlarında teşhir ister. Daimî kemâlât ise, daimî tezahür ister. O ise, takdir ve istihsan edicilerin devam-ı vücudunu ister. 

Yəni:

Gizli, qüsursuz mükəmməllik isə, təqdir edici, istihsan edici, "maşallah" deyərək müşahidə edicilərin başlarında təşhir istəyər.

Daimi kamillik isə, daimi təzahür istəyər. Bu isə ---> təqdir və istihsan edicilərin varlıqlarının davamını istəyər.

 

Müəllifimiz, bunun (yəni, bu mükəmməlliyə müştaq olanların davamlı olmasının) səbəbini, belə açıqlayır:

Bekàsı olmayan istihsan edicinin nazarında kemâlâtın kıymeti sukut eder.

Yəni:

Davamlılığı olmayan istihsan edicinin nəzərində, kamilliyin qiyməti düşər. ("Sözlər", 10-cu Söz: "Haşr" risaləsi, 4-cü Həqiqət, s. 65)

 

Xülasə:

İndi, bir düşün!

1. İnsanlar, əşyadakı mükəmməlliyi müşahidə edib, bundan kamal sifətilə müttəsif (vəsf edilmiş) bir Zatı tanıya bilmişdilərmi?

2. Bu kamalın sonsuz olduğunu, sadəcə dar, məhdud bu dünya həyatı ilə məhdudlaşmadığını, belə kamal sifətə sahib olanın, daha geniş aləmdə Öz kamalını yenə təzahür etdirmək istəyəcəyini, idrak etmişdilərmi?

Təbii ki, yox.

Elə isə, bu mükəmməlliyi tam tərif edəcək kimsələrin varlığı, zəruridir.

İndi bir düşün! Peyğəmbərlərdən başqaları, bu həqiqətləri dərs vermişlərdirmi? Əlbəttə ki, yox. Elə isə, Nübüvvət, haqdır və bəşərdə də zəruridir! Necə ki, Müəllifimiz deyir:

Meşher-i san'at-ı İlâhiye olan aktâr-ı âlem sergilerine bak. Yeryüzündeki nebatat ve hayvanatın ellerinde olan ilânât-ı Rabbâniyeye dikkat et. Mehâsin-i rububiyetin dellâlları olan enbiya ve evliyaya kulak ver. Nasıl müttefikan Sâni-i Zülcelâlin kusursuz kemâlâtını, harika san'atlarının teşhiriyle gösteriyorlar, beyan ediyorlar, enzâr-ı dikkati celb ediyorlar.

Yəni:

İlahi sənətin sərgi salonu olan aləmin dörd bir tərəfi sərgilərinə bax. Yer üzündəki bitkilər və heyvanların əllərində olan Rabbani elanlara diqqət et. Rububiyyət gözəlliklərinin dəllalları olan Nəbilər və vəlilərə qulaq ver. Necə, ittifaqla, cəlal sahibi Sani'nin qüsursuz kamilliyini, xariqə sənətlərinin təşhirilə göstərir, bəyan edir, diqqətli nəzərləri (buna) cəlb edirlər. ("Sözlər", 10-cu Söz: "Haşr" risaləsi, 4-cü Həqiqət, s. 64-65)

---------------------------

---------------------------

IV. Hem hiç mümkün olur mu ki, bir rububiyet-i âmmenin saltanat-ı külliyesi, kesret ve cüz'iyat tabakatında vahdâniyet ve samedâniyetini, zülcenâheyn bir meb'us vasıtasıyla ilânını istemesin? Yani, o zât, ubûdiyet-i külliye cihetiyle kesret tabakatının dergâh-ı İlâhîye elçisi olduğu gibi, kurbiyet ve risalet cihetiyle dergâh-ı İlâhînin kesret tabakatına memurudur.

Yəni:

Həm heç mümkünmüdür ki, ümumi bir rububiyyət (tərbiyə edicili)'yin külli səltənəti, kəsrət (çoxluq) və cüziyyat təbəqələrində, vahdaniyyət (birlik) və samədaniyyət (heç bir şeyə möhtac olmaması)'nı, 2 qanadlı bir məbus (göndərilən) vasitəsilə elanını istəməsin?! Yəni, O Zat:

~ külli ubudiyyət cəhətilə, kəsrət təbəqələrinin İlahi dərgah elçisi olduğu kimi;

~ qurbiyyət (yaxınlıq) və risalət cəhətilə (də), İlahi dərgahın kəsrət təbəqələrinə məmurudur.

---------------------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, "rububiyyət" sifətilə "ər-Rabb" isminin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İndi, kainatda təkvini olaraq təzahür edən rububiyyət sifətini və "ər-Rabb" ismini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:

 

1. “Rəbb” və “Rububiyyət”in ümumi olması:

~ Rəbb: "tərbiyə edən"

"Rububiyyət", "tərbiyə edicilik" 

deməkdir. 

 "Tərbiyə" isə, belə tərif edilir:

ابلاغ الشيء إلى كماله شيئا فشيئا

Yəni, "Bir şeyi, yavaş-yavaş, tədrici olaraq, o şeyin kamal mərtəbəsinə çatdırmaqdır."

Allah Taala, bu aləmi, bütün parçası ilə tərbiyə etmişdir. Məsələn, quşa uçmağı; balığa üzməyi öyrətmişdir. İpək böcəyinə ipək toxumağı; arıya bal düzəltməyi öyrətmişdir...

Bunlar kimi, hər bir məxluqa vəzifəsini öyrətmiş, o işi görə bilməsi üçün onu tərbiyə etmiş və həyat şərtlərini ona ilham etmişdir. Bütün bunlar, Allahın Rəbb isminin bir təcəllisidir.

Xülasə:

Zərrələrdən ulduzlara; ərşdən fərşə (yerə) qədər bütün aləmləri mütədaxil (iç-içə) dairələr kimi yaradıb onları tərbiyə edən, bəsləyən Rabbu'l-Aləmin'dir.

Ustad Bədiüz-zaman Said Nursi, "rububiyyət" haqqında, belə bir izah gətirir:

"Allah (azzə və cəllə), hər şeyə, bir kamal nöqtəsi təyin etmişdir."

Məsələn, bir beton ilanının boyu 10 metrə qədər çata bildiyi halda, bir kərtənkələnin boyu 15-20 santimetrdən çox uzana bilməməkdədir. Demək, beton üçün kamal nöqtə 10 metr ikən; kərtənkələ üçün kamal nöqtə 15-20 sm'dir.

Bir insanın boyu ən çox 2 metrdən bir az çox olduğu halda, bir milçəyin boyu, 0.6-0.7 santi metr qədərdir. Demək, insan üçün kamal nöqtə 2 metr ikən, milçək üçün kamal nöqtə 0.6-0.7 santimetrdir.

Bunlar kimi, Allah Taala, hər bir varlıq üçün bir kamal nöqtə təyin etmişdir. Bu kamal nöqtə, o varlığın alacağı son şəkil və böyüklük olaraq çatacağı ən son hüduddur.

"...və o kamal nöqtəsinə doğru bir meyl buraxmışdır. Sanki mənəvi bir əmrlə, ora doğru hərəkəti əmr etmişdir."

Məsələn, hər doğan varlıq, dərhal böyüməyə başlayır və özü üçün təyin edilən o nöqtəyə çatmaq üçün çalışır. Hətta bir ağacın budaqlarını kəssəniz, dərhal fərqli bir yerindən yenisi çıxır və o da böyüməyə başlayır. Yəni hər şey, böyümə üzərə proqramlanmış, hər bir varlığa bir kamal nöqtə təyin edilmiş və o nöqtəyə doğru hərəkət etməsi üçün ona bir meyil verilmişdir.

"...O şey, səfəri əsnasında, özünə mədəd verəcək və əngəlləri qaldıracaq köməyə möhtacdır. Bu isə, Allah (azzə və cəllə)'nin tərbiyəsilə olur."

Yəni, biri müsbət, digəri mənfi olan 2 şey onu gözləməkdədir.

Məsələn, bir ağacın kökü kamal nöqtəsinə doğru hərəkət edərkən, qarşısına bir qaya çıxsa, kök, o qayanı parçalamaqda və hərəkətinə davam etməkdədir. O sərt qayanı ipək kimi yumşaq köklərə boyun əydirən, Allahdır. O sərt qaya, Haqq Taalanın əmrilə parçanlanır. Yenə ağacın budaqlarındakı yarpaqlar, çiçəklər və meyvələr, yayın şiddətli istisinə qarşı təravətlərini qoruyurlar. Günəş onları yandıra və quruda bilməz. Hərarəti ağaca boyun əydirən, Allahdır. Bunlar kimi, bir varlıq, kamal nöqtəsinə doğru hərəkət edərkən bir maneə ilə qarşılaşsa, o maneəni dəf edən, Allah Taala'dır.

Bununla bərabər, o şeyin möhtac olduğu bütün ehtiyacları qarşılayan da, Allahın tərbiyəsi və idarəsidir ki, buna, "rububiyyət həqiqəti" deyirik.

Dəyərli oxuyucu! Əşyanı meydana gətirən, zərrə (atom)'lardır. Bunların, əşyadan güdülən ən kamal mərtəbəyə çatması:

~ ya özləri vasitəsilədir;

~ ya təbiət vasitəsilədir;

~ ya təsadüfəndir;

~ ya da tərbiyə edən Allah ilədir.

İlk 3 variantın batil olmasını, yenə, Müəllifimiz Ustad Nursi, "Sözlər" adlı əsərinin 30-cu Sözü olan: "Təhavvülat-ı zərrat / Atomların hal dəyişiklikləri" (s. 535-536) adlı əsərində, belə açıqlamaqdadır:

Herbir zerre, eğer memur-u İlâhî olmazsa ve Onun izni ve tasarrufuyla hareket etmezse ve ilim ve kudretiyle tahavvül etmezse, o vakit herbir zerrenin nihayetsiz bir ilmi, hadsiz bir kudreti, herşeyi görür bir gözü, herşeye bakar bir yüzü, herşeye geçer bir sözü bulunmak lâzım gelir. Çünkü, anâsırın herbir zerresi, herbir cism-i zîhayatta muntazaman işler veya işleyebilir. Eşyanın intizamatı ve kavânin-i teşekkülâtı birbirine muhaliftir. Onların nizamatı bilinmezse işlenilmez, işlenilse de yanlışsız yapılmaz. Halbuki yanlışsız yapılıyor. Öyle ise, o hizmet eden zerreler, ya bir ilm-i muhit sahibinin izin ve emriyle ve ilim ve iradesiyle işliyorlar; veyahut kendilerinde öyle bir muhit ilim ve kudret bulunmak lâzım geliyor.

Evet, havanın herbir zerresi, herbir zîhayatın cismine, herbir çiçeğin herbir meyvesine, herbir yaprağın binasına girip işleyebilir. Halbuki onların teşkilâtları ayrı ayrı tarzdadır, başka başka nizamatı var. Bir incir meyvesinin fabrikası, faraza, çuha makinesi gibi olsa, bir nar meyvesinin fabrikası da şeker makinesi gibi olacaktır. Ve hâkezâ, o binaların, o cisimlerin programları birbirinden başkadır. Şimdi, şu zerre-i havaiye bütün onlara girer veya girebilir ve gayet hakîmâne ve üstadâne, yanlışsız olarak işler, vaziyetler alır. Vazifesi bittikten sonra kalkar, gider.

İşte, müteharrik havanın müteharrik zerresi, ya nebâtâta ve hayvânâta, hattâ meyvelerine ve çiçeklerine giydirilen suretlerin, miktarların teşkilâtını, biçimini bilmesi lâzım geldiği; veyahut onlar bir bilenin emir ve iradesiyle memur olması lâzım geldiği gibi:

Sakin toprak, sakin olan herbir zerresi, bütün çiçekli nebâtâtın ve meyvedar ağaçların tohumlarına medar ve menşe olmak kabil olduğundan, hangi tohum gelse ve o zerrede, yani misliyet itibarıyla bir zerre hükmünde olan bir avuç toprakta kendine mahsus bir fabrika ve bütün levazımatına ve teşkilâtına lâzım bütün cihazatı bulunduğundan, o zerrede ve o zerrenin kulübeciği olan o bir avuç toprakta, eşcar ve nebatat ve çiçekler ve meyveler envâı adedince muntazam mânevî makine ve fabrikaları bulunması; veyahut mu'cizekâr, herşeyi hiçten icad eder ve herşeyin herşeyini ve her cihetini bilir bir ilim ve kudret bulunması lâzımdır; veyahut bir Kadîr-i Mutlak, bir Alîm-i Külli Şeyin emir ve izniyle, havl ve kuvvetiyle o vazifeler gördürülür.

Evet, nasıl ki bir acemî, ham, âmi, âdi, hem kör bir adam Avrupa'ya gitse, bütün fabrikalara, destgâhlara girse, üstadâne kemâl-i intizamla herbir san'atta, herbir binada işler, öyle eserler yapar ki, nihayet derecede hikmetli, san'atlı, herkesi hayrette bırakıyor. Zerre miktar şuuru olan bilir ki, o adam kendi başıyla işlemiyor; belki bir üstad-ı küll ona ders verir, işlettirir.

Hem nasıl ki bir kör, âciz, yerinden kalkamıyor, basit bir kulübeciğinde oturmuş bir adam bulunuyor. Halbuki o kulübeciğe bir dirhem gibi küçük bir taş, kemik ve pamuk gibi birer madde veriliyor. Halbuki o kulübecikten batmanlarla şeker, toplarla çuha, binlerle mücevherat, gayet san'atlı, murassaatlı libaslar, lezzetli taamlar çıkıp gelse, zerre miktar aklı olan demeyecek mi ki, "O adam, gayet mu'cizekâr bir zâtın menşe-i mu'cizâtı olan fabrikasının bir mandalı veyahut miskin bir kapıcısıdır"?

Aynen öyle de, havanın zerreleri, herbiri birer mektubât-ı Samedâniye, birer antika-i san'at-ı Rabbâniye, birer mu'cize-i kudret, birer hârika-i hikmet olan nebâtât ve eşcar, ezhar ve esmardaki harekât ve hidematları, bir Sâni-i Hakîm-i Zülcelâlin,

bir Fâtır-ı Kerîm-i Zülcemâlin emir ve iradesiyle hareket ettiğini; ve toprağın zerreleri dahi, herbiri birer ayrı makine ve destgâh, birer ayrı matbaa, birer ayrı hazine, birer ayrı antika ve Sâni-i Zülcelâlin esmâsını ilân eden birer ayrı ilânnâme ve kemâlâtını söyleyen birer ayrı kaside hükmünde olan o tohumcuklarının, o çekirdeklerinin sünbüllerine, ağaçlarına menşe ve medar olmaları, emr-i كُنْ فَيَكُونُ 'a mâlik, herşey emrine musahhar bir Sâni-i Zülcelâlin emriyle, izniyle, iradesiyle, kuvvetiyle olması, iki kere iki dört eder gibi kat'îdir.

Yəni:

Hər zərrədə, həm (zərrənin) hərəkətində, həm də sükunətində, 2 günəş kimi, tövhid nuru parlamaqdadır.

...hər bir zərrə, əgər İlahi bir məmur olmaz; və Onun izni və təsərrüfü ilə hərəkət etməz; və (Onun) elm və qüdrətilə təhəvvül etməz (dəyişməz)'sə, o vaxt, hər bir zərrənin:

~ sonsuz elmi;

~ hədsiz qüdrəti;

~ hər şeyi görən gözü;

~ hər şeyə baxan üzü;

~ hər şeyə keçən sözü

olması lazım gəlir. Çünki,

Ünsürlərin hər bir zərrəsi, hər bir həyat sahibi cisimdə, intizamlı işləməkdə və ya işləyə bilməkdədir. Əşyanın intizamı və təşəkkül qanunu isə, bir-birinə müxalifdir. Onların nizamları bilinməzsə, işlənilməz; işlənilsə də, yalnışsız işlənilməz. Halbuki, yalnışsız iş görülməkdədir. Elə isə, o xidmət edən zərrələr:

~ ya muhit (hər şeyi əhatə edən) bir elm Sahibinin icazə, əmr, elm və iradəsilə işləyirlər;

~ və yaxud da özlərində belə bir muhit elm və qüdrətin mövcud olması lazımdır.

Bəli, havanın hər bir zərrəsi:

~ hər bir həyat sahibinin cisminə;

~ hər bir çiçəyin meyvəsinə;

~ hər bir yarpağın binasına

girib işləyə bilir. Halbuki, onların təşkilatları, ayrı-ayrı tərzdədir; başqa-başqa intizamları vardır. Bir əncir meyvəsinin "fabrik"i, fərz edək ki, çuxa maşını kimi olsa; bir nar meyvəsinin "fabrik"i də, qənd fabriki kimi olacaqdır və s...o binaların, o cisimlərin proqramları, bir-birindən başqadır. Bu hava zərrəsi, bütün onlara girər və ya girə bilər və çox hikmətli və usta kimi yalnışsız olaraq işləyər, vəziyyətlər alar. Vəzifəsi bitdikdən sonra isə, qalxar, gedər.

Bax,

~ hərəkətli havanın hərəkətli zərrəsi, ya bitkilərə və heyvanlara, hətta meyvələrinə və çiçəklərinə geyindirilən surətlərin, miqdarların təşkilatlarını, biçimini bilməsi lazım gəldiyi...və yaxud onlar, bir bilənin əmr və iradəsilə məmur olmaları lazım gəldiyi kimi...

~ Sakin (sükunət içində olan) torpağın sakin olan hər bir zərrəsi, bütün çiçəkli bitkilərin və meyvəli ağacların toxumlarına mədar və mənşə olmağa qabil olduğundan, hansı toxum gəlsə (yəni, içinə atılsa) və o zərrədə, yəni, misliyyət etibarı ilə bir zərrə hökmündə olan bir ovuc torpaqda, özünə məxsus bir fabrik və bütün ləvazimatlarına və təşkilatına lazım bütün cihazları olduğundan, o zərrədə və o zərrənin "kiçik klub"u olan o bir ovuc torpaqda:

• ya bitkilər, ağaclar, çiçəklər və meyvələr növü ədədincə, intizamlı mənəvi "maşın" və fabriklərinin mövcud olması;

• və yaxud da, möcüzəvi, hər şeyi heçdən icad edən, hər şeyin hər şeyini və hər cəhətini bilən bir elm və qüdrətin mövcud olması lazımdır;

• və yaxud mütləq qüdrət Sahibi, hər şeyi bilən bir Alimin əmr və izni, güc və qüvvətilə o vəzifələr gördülür (deyilməlidir).

Bəli, necə ki, bir əcəmi, xam, avam, adi, həm kor bir adam, Avropaya getsə, bütün fabriklərə, dəstgahlara girsə, usta kimi mükəmməl bir intizam ilə hər bir sənətdə, hər bir binada işləyər; elə əsərlər düzəldər ki, sonsuz dərəcədə hikmətli, sənətli, hər kəsi heyrətdə buraxmaqdadır...Zərrə miqdar şüuru olan bilər ki: O adam, öz başına işləmir; bəlkə, hər şeyi bilən bir usta ona dərs verməkdə, işlətdirməkdədir.

Həm necə ki, bir kor, aciz, yerindən qalxa bilməyən, bəsit bir klubunda oturmuş bir adam (təsəvvür edilsə). Halbuki, o kiçik kluba, bir dirhəm kimi kiçik bir daş, sümük və pambıq kimi bir maddə verilir. Halbuki, o kiçik klubdan, batmanlarla şəkər, toplarla çuxa, minlərlə cövhər, çox sənətli daş-qaşla bəzədilmiş libaslar, ləzzətli təamlar çıxıb gəlsə, zərrə miqdar ağlı olan, deməyəcəkmi ki:

"O adam, çox mövüzəvi bir Şəxsin möcüzələr mənşəi olan fabrikinin bir mandalı və yaxud miskin bir qapıçısıdır?!"

Eynilə (bu misalda olduğu kimi):

Hava zərrələrinin hər birinin,

[~ Samədani (heç bir şeyə möhtac olmayan və hər şeyin Özünə möhtac olduğu Allahın) məktub;

~ Rabbani (tərbiyədən keçirilmiş) əntiqə bir sənət;

~ qüdrət möcüzəsi;

~ hikmət xariqəsi olan]

bitkilər, ağaclar, çiçəklər və meyvələrdəki hərəkət və xidmətləri, cəlal və hikmət sahibi bir Sani (sənətkar)'ın, camal və kərəm sahibi bir Fatir (bənzərsiz yaradan)'ın əmr və iradəsilə hərəkət etdiyini;

[hər biri:

~ ayrı bir xəzinə;

~ ayrı bir əntiqə; və

~ cəlal sahibi Sani'nin isimlərini elan edən (yəni, öz üzərində oxutduran) ayrı bir elannamə; və

~ mükəmməlliyini söyləyən ayrı bir qəsidə

hökmündə olan]

o toxumlarının, o çəyirdəklərinin sünbüllərinə, ağaclarına mənşə və mədar olmaları;

"Kun fəyəkun" əmrinə Malik; hər şey əmrinə boyun əymiş cəlal sahibi bir Sani'nin əmri, izni, iradəsi, qüvvətilə olması,

2×2=4 edər kimi, qətidir. (“Sözlər”, s. 535-536)

Kainatda tərbiyədən keçən hər şey, buna qiyas edilsin!

 

2. Rububiyyətin vahdaniyyəti (yəni, hər şeyin tərbiyəsinin, sadəcə və sadəcə Allaha aid olması):

Bu qismin izahı, aşağıdakı linkdə geniş şəkildə mövcuddur:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s%C9%99b%C9%99bl%C9%99r-n%C9%99-ucun-var

 

3. Rububiyyətin samədaniyyəti (yəni, Allah, tərbiyə ediciliyində heç bir şeyə möhtac olmadığı halda, hər şeyin, öz tərbiyəsində, Ona möhtac olması):

Müəllifimiz, “Sözlər” adlı əsərinin “22-ci Söz”ündə, belə deyir:

"...o zîhayat, kâinatın bir misal-i musağğarı ve şecere-i hilkatin bir meyvesi hükmünde olduğu için, kâinat kadar ihtiyâcâtını ummadığı ve bilmediği bir yerden kolaylıkla küçücük daire-i hayatına yetiştirmek, samediyet turrasını gösteriyor. Yani, "o hal gösteriyor ki, onun öyle bir Rabbi var ki, ona, herşeye bedel bir teveccühü var ve bütün eşyanın yerini tutar bir nazarı var; bütün eşya Onun bir teveccühünün yerini tutamaz."

...Hem o hal gösteriyor ki, onun o Rabbi, hiçbir şeye muhtaç olmadığı gibi, hazinesinden hiçbir şey eksilmez ve kudretine de hiçbir şey ağır gelmez. İşte, samediyetin gölgesini gösteren bir nevi turrası...

Yəni:

...o həyat sahibi (yəni, insan), kainatın kiçildilmiş bir misalı və xilqət ağacının bir meyvəsi hökmündə olduğu üçün, kainat qədər ehtiyaclarını, ummadığı və bilmədiyi bir yerdən asanlıqla kiçik həyat dairəsinə yetişdirmək, samədiyyət möhürünü göstərir. Yəni, o hal göstərir ki, onun elə bir Rəbbi vardır ki, ona, hər şeyə bədəl bir təvəccühü var; və bütün əşyanın yerini tutan bir nəzəri var; bütün əşya, Onun bir təvəccühünün yerini tuta bilməz...

...Həm, o hal göstərir ki, onun o Rəbbi, heç bir şeyə möhtac olmadığı kimi; xəzinəsindən (də) heç bir şey əskilməz və qüdrətinə də, heç bir şey ağır gəlməz.

Bax, "samədiyyətin kölgəsi"ni göstərən bir növ möhürü... ("Sözlər", 22-ci Söz, 4-cü Ləma, s. 292)

 

4. Rububiyyətdən məqsədin nə olduğu:

Tərbiyədən keçən hər bir şey, özü üçün təyin edilən bir vəzifəni, digər təbirlə, fitri ibadəti nəticə vermişdir. Məsələn:

~ arı, bal verəcək şəkildə;

~ inək, süd verəcək şəkildə;

~ toyuq, yumurta verəcək şəkildə və s.

tərbiyə edilmişdir. Yəni, hər bir tərbiyə qarşılığında, tərbiyədən keçən şeyə, bir vəzifə, ibadət yüklənmiş; ondan, (şüurunda olsa da, olmasa da) bu fitri ibadəti tələb edilmişdir.

İndi, bir düşün! Kainatda hər bir şey, tərbiyədən keçərək öz fitri ibadətini nəticə verirsə; tərbiyədən keçən insan, hansı fitri ibadəti nəticə verəcək? Və ya onun fitri ibadəti nə olacaq?

Cavab olaraq deyirik ki, tərbiyədən keçən insanın fitri vəzifəsi, külli ubudiyyət (qulluq)'dur. Digər növlərdə isə, belə külli ubudiyyət istedadı yoxdur. İnsan isə, özünə verilən -başda ağıl olaraq- bütün qüvvələri cəhətilə, külli bir ibadətə namizəddir. Bunu, belə açıqlamaq olar:

İnsan, "kainat ağacı"nın kiçildilmiş nümunəsi, meyvəsidir. "Kainat ağacı"nda nə varsa, "insan meyvəsi"ndə nümunələri vardır. Bir ağacın bütün hissələrini şüurlu fərz etsək, ağac haqqında ən külli təfəkkürü, meyvə edəcəkdir. Çünki, meyvənin içindəki çəyirdək bütün ağacdan süzüldüyü üçün, o meyvədə, ağacın hər bir hissəsinin fitri ibadətlərini təmsil və təfəkkür etmə istedadı olacaqdır. Müəllifimiz, belə deyir:

Bir adam, bir xidmətçisinə 10 qızıl verib, "Xüsusi bir parçadan, (özün üçün) 1 qat paltar tikdir." (deyə) əmr edir. İkinci (xidmətçisi)'nə isə, 1000 qızıl verib, bir pusula (yolu göstərən xəritə)'ni -içində də bəzi şeylər yazılmış- o xidmətçinin cibinə qoyur, bir bazara göndərir.

Əvvəlki xidmətçi, 10 qızıl ilə, ən üstün parçadan mükəmməl bir paltar alır. İkinci xidmətçi isə, divanəlik edib, əvvəlki xidmətçiyə baxıb, cibinə qoyulan hesab pusulasını oxumayaraq, bir dükançıya 1000 qızıl verərək, bir qat paltar istəyir. İnsafsız dükançı da, parçanın ən çürüyündən bir qat paltar verir.

O bədbəxt xidmətçi, seyyidi (ağası)'nın hüzuruna gəldi. Və şiddətli bir tə'dib (ədəbləndirmə) gördü. Və dəhşətli bir əzab çəkdi.

Bax, bir az şüuru olan başa düşər ki, ikinci xidmətçiyə verilən 1000 qızıl, bir qat paltar almaq üçün deyildir. Əksinə, mühim bir ticarət üçündür.

Eynilə bunun kimi: İnsandakı mənəvi cihazlar və insani lətifələr, ki, hər biri, heyvana nisbətən 100 dərəcə inbisat etmiş (genişləmiş, inkişaf etmiş)'dir. Məsələn:

~ Gözəlliyin bütün mərtəbələrini fərq edən insan gözü;

~ Təamların bütün növbənöv xüsusi zövqlərini ayıra bilən insanın dilindəki dad alma (qüvvə)'si;

~ həqiqətlərin bütün incəliklərinə nüfuz edən insan ağlı;

~ kamilliyin bütün növlərinə müştaq (şövqlü) insan qəlbi

kimi, sair cihazları, alətləri harda! Heyvanın, çox bəsit yalnız 1-2 mərtəbə inkişaf etmiş alətləri harda!

Yalnız, bu qədər fərq vardır ki, heyvan, özünə xas bir əməldə, -xüsusilə o heyvanda- xüsusi bir cihaz çox inkişaf edər. Lakin o inkişaf, xüsusidir.

İnsanın (isə), cihazlar cəhətilə zənginliyi bu sirdəndir ki:

~ ağıl və fikir səbəbilə, insan hissləri, çox inkişaf və inbisat peyda etmişdir;

~ ehtiyaclarının çoxluğu səbəbilə, fərqli-fərqli çox hissləri peyda olmuşdur;

~ həssaslığı, çox tənəvvu etmiş (növlərə ayrılmış)'dır;

~ fitrətinin cəm ediciliyi səbəbilə, bir çox məqsədlərə yönəlmiş arzulara mədar (ətrafında dövr edilən yer) olmuşdur;

~ bir çox fitri vəzifəsi olduğu səbəbilə, alət və cihazları, çox inbisat peyda etmişdir; və

~ ibadətlərin bütün növlərinə istedadlı bir fitrətdə yaradıldığı üçün, bütün "kamillik toxumları"na cami (onları özündə cəm edən) bir istedad verilmişdir.

Bax, bu dərəcə cihazatca zənginlik və sərmayəcə kəsrət (çoxluq), əlbəttə, əhəmiyyətsiz, müvəqqət bu dünyəvi həyatın təhsili üçün verilməmişdir. Əksinə, belə bir insanın əsli vəzifəsi:

~ sonsuz məqsədlərə yönəlmiş vəzifələrini görüb, acizlik, möhtaclıq və qüsurunu, ubudiyyət surətində elan etmək;

~ külli nəzərilə, mövcudatın təsbihlərini müşahidə edərək şəhadət etmək; və

~ nemətlər içində Rahmani imdadları görüb şükr etmək; və

~ məsnuat (sənət əsərlərində) Rabbani qüdrətin möcüzələrini tamaşa edərək, ibrət nəzərilə təfəkkür etməkdir. ("Sözlər", 23-cü Söz, 2-ci Məbhas, 3-cü Nüktə, s. 317-318)

 

İnsanın külli ubudiyyəti üçün, aşağıdakı linkin “iyyəkə nəbudu” qismindən başlayaraq oxunula bilər:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/fatih%C9%99-sur%C9%99sinin-t%C9%99fsiri

Kainatın təsbih və təhmidi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9%99tin-t%C9%99fsiri

 

İndi, bir düşün! Rububiyyəti, belə vahdaniyyət və samədaniyyət dərəcəsində olan bir Rəbb, heç mümkünmüdür ki, bu rububiyyətini, zülcənaheyn (2 qanadlı, yəni, həm qul, həm rəsul) biri vasitəsilə insanlara dərs verməsin?!

Demək ki, rububiyyət və "Rəbb" ismi, risalət müəssisəsini iqtiza edir. Çünki, bəşər:

~ kainatda təzahür edən bu rububiyyəti;

~ bu rububiyyətdə Allahın şəriki olmadığını;

~ rububiyyətində heç bir şeyə möhtac olmadığını; və

~ bu rububiyyətə qarşı necə müqabilə ediləcəyini,

tək başına qavraya bilməz. Doğru qavradığı və gərəyilə doğru əməl etdiyi isə, görülməmişdir.

Xülasə:

Madam ki, bu kainatın Sahibi, ümumi rububiyyətə sahibdir. Əlbəttə, Onun ümumi rububiyyətini haqqı ilə başa düşəcək; həm o ümumi rububiyyətə qarşı bütün mövcudatın ibadətlə necə müqabilə etdiklərini biləcək; onların ibadətlərini Öz ibadətlərini qataraq, abd/qul sifətilə Allahın dərgahına təqdim edəcək; və Rabbul-aləminin əmr və nəhylərini də, rəsul sifətilə Ondan alıb bəşərə gətirəcək zülcənaheyn bir elçi lazımdır. (Çünki, Allahın hər bir əmr və nəhyi, nəfsi tərbiyə etməkdədir.)

 

Misalı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99tt%C9%99hiyy%C9%99tu

-------------------------

-------------------------

V. Hem hiç mümkün olur mu ki nihayet derecede bir hüsn-ü zatî sahibi, cemalinin mehasinini ve hüsnünün letaifini âyinelerde görmek ve göstermek istemesin? Yani bir habib resul vasıtasıyla ki hem habibdir, ubudiyetiyle kendini ona sevdirir, âyinedarlık eder. Hem resuldür; onu mahlukatına sevdirir, cemal-i esmasını gösterir.

Yəni:

Həm heç mümkünmüdür ki, nəhayət dərəcədə zati bir hüsn sahibi, camalının gözəlliklərini və hüsnünün incəliklərini, aynalarda görmək və göstərmək istəməsin?! Yəni, bir həbib rəsul vasitəsilə ki, həm həbibdir, ubudiyyətilə özünü ona sevdirər; aynalıq edər. Həm rəsuldur; onu, məxluqatəna sevdirər, isimlərinin camalını göstərər.

-------------------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, "əhədiyyət" sifətilə "əl-Əhəd" isminin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

Not:

2-ci və 5-ci maddələr arasındakı fərq, bundan ibarətdir:

• 2-ci maddədə, nemət üzərindəki gözəlliklər nəzərə verildi;

• 5-ci maddədə isə, 99 ismin gözəlliyinin, bir tək aynada (yəni, insanda) görünməsi nəzərə veriləcək. Əhədiyyət və ya Zati təcəlli ilə qəsd olunan da, budur. Necə ki, Müəllifimiz, deyir:

Üçüncü menba olan tecellî-i ehadiyet: Yani, Sâni-i Zülcelâl, cisim ve cismanî olmadığı için, zaman ve mekân Onu kayıt altına alamaz. Ve kevn ve mekân, Onun şuhuduna ve huzuruna müdahale edemez. Ve vesâit ve ecram, Onun fiiline perde çekemez. Teveccühünde tecezzî ve inkısam olmaz. Birşey birşeye mâni olmaz. Hadsiz ef'âli, bir fiil gibi yapar. Onun içindir ki, bir çekirdekte koca bir ağacı mânen derc ettiği gibi, bir âlemi birtek fertte derc edebilir.

Yəni:

Üçüncü mənbə olan əhədiyyət təcəllisi:

Yəni, cəlal sahibi Sani, cisim və cismani olmadığı üçün, zaman və məkan, Onu, qeyd altına ala bilməz. Və kövn və məkan, Onun şuhuduna (şahid olmasına) və huzuruna (hazır olmasına) müdaxilə edə bilməz. Və vasitələr və cirimlər, Onun felinə pərdə çəkə bilməz. Təvəccühündə, təcəzzi (bölünmə) və inqisam (qisimlərə ayrılma) olmaz. Bir şey, bir şeyə mane olmaz. Hədsiz felləri, bir fel kimi edər. Onun üçündür ki, bir çəyirdəkdə, böyük bir ağacı mənən dərc etdiyi kimi; bir aləmi, bir tək fərddə dərc edə bilər. ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, 10-cu Kəlimə, s. 237)

Yenə, Müəllifimiz, belə deyir:

...zîhayatta ve bilhassa insanda, o derece san'at-ı câmia içinde, hadsiz envâ-ı nimeti anlayacak, kabul edecek, isteyecek cihazat ve âletler vardır ki, bütün kâinatta tecelli eden bütün esmâsının cilvesine mazhardır. Âdetâ bir nokta-i mihrakiye hükmünde, bütün Esmâ-i Hüsnâyı birden mâhiyetinin âyinesiyle gösterir ve onunla ehadiyet-i İlâhiyeyi ilân eder.

Yəni:

Həyat sahiblərində, xüsusilə insanda, o dərəcə cami bir sənət içində, hədsiz nemət növlərini başa düşəcək, qəbul edəcək, istəyəcək cihazlar, alətlər vardır ki, bütün kainatda təcəlli edən bütün isimlərin cilvələrinə mazhar (zahir olan yer)'dir. Sanki, mərkəzi bir nöqtə hökmündə, bütün gözəl isimləri, birdən, mahiyyətinin aynası ilə göstərir və onunla, Allahın əhədiyyətini elan edir. ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, 4-cü Kəlimə, 6-cı Fıkra, s. 225)

Müəllifimiz, "Mirac" risaləsində, miracın hikməti haqqında danışarkən, belə deyir:

Sâni-i Âlemin, âsârın şehadetiyle, nihayetsiz cemâl ve kemâli vardır. Cemâl, hem kemâl, ikisi de mahbub-u lizâtihîdirler. Yani bizzat sevilirler. Öyle ise, o Cemâl ve Kemâl Sahibinin, cemâl ve kemâline nihayetsiz bir muhabbeti vardır. O nihayetsiz muhabbeti, masnuatında çok tarzlarda tezahür ediyor. Masnuatını sever; çünkü masnuatının içinde cemâlini, kemâlini görür. Masnuat içinde en sevimli ve en âli, zîhayattır. Zîhayatlar içinde en sevimli ve âli, zîşuurdur. Ve zîşuurun içinde, câmiiyet itibarıyla en sevimli, insanlar içinde bulunur. İnsanlar içinde, istidadı tamamıyla inkişaf eden, bütün masnuatta münteşir ve mütecellî kemâlâtın nümunelerini gösteren fert, en sevimlidir.

İşte, Sâni-i Mevcudat, bütün mevcudatta intişar eden tecellî-i muhabbetin bütün envâını bir noktada, bir âyinede görmek ve bütün envâ-ı cemâlini, ehadiyet sırrıyla göstermek için, şecere-i hilkatten bir meyve-i münevver derecesinde ve kalbi o şecerenin hakaik-i esasiyesini istiab edecek bir çekirdek hükmünde olan bir zâtı, o mebde-i evvel olan çekirdekten, tâ müntehâ olan meyveye kadar bir hayt-ı ittisal hükmünde olan bir Mirac ile, o ferdin, kâinat namına mahbubiyetini göstermek ve huzuruna celb etmek ve rüyet-i cemâline müşerref etmek ve ondaki hâlet-i kudsiyeyi başkasına sirayet ettirmek için, kelâmıyla taltif edip fermanıyla tavzif etmektir.

Yəni:

Aləmin Sani (olan Allah)'ın, əsərlərinin şəhadətilə, nəhayətsiz camal və kamalı vardır. Camal, həm kamal, hər ikisi də, zatı etibarı ilə seviləndirlər. Yəni, bizzat (şəxsən) sevilirlər. Elə isə, o camal və kamal Sahibinin, camal və kamalına sonsuz bir məhəbbəti vardır. O nəhayətsiz məhəbbəti, məsnuatı (sənət əsərləri)'ndə, çox tərzlərdə təzahür edir. Məsnuatını sevər; çünki, məsunatı içində, camalını, kamalını görür. Məsnuat içində ən sevimli və ən ali, həyat sahibləridir. Həyat sahibləri içində ən sevimli və ali, şüur sahibləridir. Şüur sahibləri içində, camiyyət (cəm edicilik) etibarı ilə ən sevimli, insanlar içində olur. İnsanlar içində, istedadı tamamilə inkişaf edən, bütün sənət əsərlərində yayılmış və təcəlli etmiş kamilliklərin nümunələrini göstərən fərd, ən sevimlidir.

Bax, mövcudatın Sani (olan Allah)'ı, bütün mövcudatda yayılan məhəbbət təcəllisinin bütün növlərini, bir nöqtədə, bir aynada görmək; və bütün camal növlərini, əhədiyyət sirrilə göstərmək üçün, yaradılış ağacından (yəni, kainatdan) nurlu bir meyvə dərəcəsində və qəlbi, o ağacın əsas həqiqətlərini ehtiva edə biləcək bir çəyirdək hökmündə olan bir Zatı (yəni, Peyğəmbəri), əvvəlin o başlanğıcı olan çəyirdəkdən, ta son olan meyvəyə qədər birləşdirən bir bağ hökmündə olan bir Mirac ilə, o fərdin, kainat naminə məhbubiyyətini göstərmək və hüzuruna cəlb etmək və camalını rüyətə (görməyə) müşərrəf etmək və ondakı qüdsi halı başqasına sirayət etdirmək üçün, kəlamı ilə təltif edib fərmanı ilə vəzifələndirməkdir. ("Sözlər", 31-ci Söz, 3-cü Əsas, s. 558)

 

Bu qismin daha geniş izahları üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-%C9%99xlaqi-il%C9%99-%C9%99xlaqlanmaq-h%C9%99disi

-------------------------

-------------------------

VI. Hem hiç mümkün olur mu ki, acip mu'cizelerle, garip ve kıymettar şeylerle dolu hazineler sahibi, sarraf bir tarif edici ve vassaf bir teşhir edici vasıtasıyla enzar-ı halka arz ve başlarında izhar etmekle, gizli kemâlâtını beyan etmek irade etmesin ve istemesin?

Yəni:

Həm heç mümkünmüdür ki, qeyr-i adi möcüzələrlə, qərib və qiymətli şeylərlə dolu xəzinələr sahibi, sərraf (dəyər verən) bir tərif edici və vəsf edən bir təşhir edici (sərgiləyici) vasitəsilə, xalqın nəzərinə ərz və başlarında izhar etməklə, gizli mükəmməlliklərini (yəni, sərvətlərini, gizli xəzinələrini) bəyan etmək iradə etməsin və istəməsin?!

-----------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, "əl-Ğaniyy" (yəni, zəngin, ehtiyacı olmayan) və “əl-Muğni” (zənginlik verən) isimlərinin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İndi, kainatda təkvini olaraq təzahür edən "əl-Ğaniyy"“əl-Muğni” isimlərini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:

Kainatdakı bütün sərvətlərin, “əl-Ğaniyy” və “əl-Muğni” isimlərindən gəldiyinin isbatı:

Müəllifimiz, belə deyir:

Evet, zeminin yüzü ve yüzündeki eşcârın kıştaki vaziyet-i fakirâneleri ve baharda şâşaa-pâş olan servet ve gınâları, gayet kat'î bir surette, bir Kadîr-i Mutlak ve Ganiyy-i Ale'l-Itlakın kudret ve rahmetine âyinedarlık eder.

Yəni:

Bəli! Yer üzü və yer üzündəki ağacların qışdakı möhtacvari vəziyyətləri; və baharda parlayan sərvətləri, qəti bir surətdə, mütləq qüdrət sahibi və hər cəhətlə sonsuz zənginlik sahibinin qüdrət və rəhmətinə aynalıq edər. ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, 8-ci Kəlimə, s. 230)

Əşyada görünən sərvətlər, əşyanın təbiətindən qaynaqlansaydı, möhtaclığı, ona ariz ola bilməzdi. Demək ki, bu sərvətlər, ona, Qeyrisi tərəfindən verilməkdədir.

Yenə, Müəllifimiz, “Bütün xeyirlər, Onun əlindədir.” kəliməsini təfsir edərkən, belə deyir:

Görürük ki:

Bu kainatda, hər dairə, hər növ, hər təbəqə, hətta hər bir fərd, hər əza, hətta hər bir bədəndəki hər bir hüceyrənin ehtiyat ruzisini daşıyan bir məhzəni (deposu), bir deposu; və ləvazimatlarını yetişdirən, mühafizə edən bir tarlası və xəzinəsi var ki, çox intizam və mizan ilə, nəhayətsiz hikmət və inayət ilə, vaxtı-vaxtında -möhtacın iqtidar və ixtiyarı xaricində- qeybi bir əl tərəfindən, o möhtacın əlinə verilir. Məsələn:

~ dağlar, həyat sahiblərinə və insana lazım olan bütün mədənləri, dərmanları və həyata lazım olan şeyləri daşıyır və Birinin əmri və tədbirilə çox mükəmməl bir xəzinə, bir anbar olduğu kimi;

~ yer də, bütün o həyat sahiblərinin ərzaqlarını, Hakim (hikmət sahibi) bir Razzəq'in qüvvətilə yetişdirən mükəmməl bir nizam və intizamla, bir tarla, bir xırman, bir mətbəxdir;

~ hətta, hər insanın və cismindəki hər bir üzvün bir deposu və məhzəni;

~ hətta, bir hüceyrənin belə bir ehtiyat məhzənciyinin mövcud olması...

(göstərir ki), "Bütün xeyirlər, Onun əlindədir." kəliməsi, bütün o hədsiz xəzinələrə işarətlə, çox parlaq bir hüccəti göstərir.

Bəli, bu ("Bütün xeyirlər, Onun əlindədir.") kəliməsi və "Hər şeyin açarı, Onun əlindədir." cümləsilə,

Bütün-bütün kor olmayana, sonsuz geniş və hədsiz xariqəli bir rububiyyət hüccəti və vəhdət(i) göstərər. Məsələn:

Hədsiz o xəzinə və anbarlardan yalnız buna bax ki:

~ Hər biri, böyük bir ağacın və ya parlaq bir çiçəyin cihazlarını və müqəddəratının proqramını daşıyan kiçik məhzənciklər olan çəyirdəklər və toxumların açarları əlində olan Hakim bir Mutəsərrif (təsərrüf edən), bir çəyirdəyin qapıcığını, "Oyan!" əmrilə və iradə açarı ilə tam mizan və nizamla açdığı kimi;

~ Yer xəzinəsini də, yağış açarı ilə açaraq, məhzəncikləri; və bitkilərin nütfələri olan bütün toxumları; və heyvanların mənşələri; və quşların və milçəklərin su və havadan nütfələri olan bütün inkişaf (açılma) əmrini alan qətrələr məhzənciklərini, bərabər, xətasız açdığı vaxtda;

kainatda, külli və cüzi, maddi və mənəvi bütün xəzinə və depoları, hikmət, iradə, rəhmət və məşiət əlilə hər birinə məxsus bir açarla açdığını bilmək və görmək istəyirsənsə,

Sənin bir növ məhzənciklərin olan öz qəlbinə, öz beyninə, öz cəsədinə, öz mədənə, öz baxçana və yerin çiçəyi olan bahara və ondakı çiçəklərə və meyvələrə bax ki, mükəmməl nizam, mizan, rəhmət və hikmətlə, qeybi bir əl tərəfindən, "Ol deyər, o da olar." əmri dəstgahından gələn ayrı-ayrı açarlarla açır. Bir dirhəm qədər olan bir qutucuqdan, 1 batman; hətta bəzən 100 batman təamları, mükəmməl intizam ilə çıxarır, həyat sahiblərinə ziyafət verir.

Görəsən, belə müntəzəm, alimvarı, görərək, nəhayətsiz bir felə; və təsadüfsüz tam hikmətli bir sənətə; və yalnışsız tam mizanlı bir təsərrüfə; və zülmsüz tam ədalətli bir rububiyyətə, heç mümkünmüdür ki, kor qüvvət, kar təbiət, sərsəri təsadüf, cansız, cahil, aciz səbəblər müdaxilə edə bilsin?! Və bütün əşyanı birdən görüb bərabər idarə edə bilməyən və zərrələrlə səyyar ulduzları əmrində olmayan bir mövcud, bu hər cəhətlə hikmətli, möcüzəli, mizanlı təsərrüfə və idarəyə qarışa bilsin?! ("Şüalar", 15-ci Şüa: "əl-Hüccətü'z-Zəhra", 1-ci Məqam, 1-ci Qisim, 9-cu Kəlimə, s. 530-531)

Mətnin originalı üçün bax:

https://erisale.com/#content.tr.4.741

 

Müəllifin də dediyi kimi:

"Allah, Ganiyy-i Muğnîdir; herşeyin anahtarı Ondadır." (“Məsnəvi”, “Habbə” risaləsi, s. 113)

 

Allah Taala da, Öz əzəmətli kitabında, belə buyurur:

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلْفُقَرَآءُ إِلَى ٱللَّهِ ۖ وَٱللَّهُ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ

"Ey insanlar! Siz Allaha, möhtacsınız. Allah isə, Ğaniyy (zəngin)'dir, Həmid (tərifəlayiq)'dir." (Fatir/15);

...وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ ۚ...

"Allah, Ğaniyy'dir. Siz isə, kasıb." (Muhamməd/38);

...مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ ٱللَّهِ بَاقٍ

"Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır." (Nəhl/96);

لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ

"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah, Ğaniyy (zəngin)'dir, Həmid (tərifəlayiq)'dir." (Loğman/26);

...وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ...

"Göylərin və yerin xəzinələri, Allaha məxsusdur." (Münafiqun/7);

وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ

"Elə bir şey yoxdur ki, onun xəzinələri, Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk." (Hicr/21);

...لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ

"Göylərin və yerin açarları, Ona məxsusdur." (Zumər/63).

 

Xülasə:

İndi, bir düşün!

1. İnsanlar, bütün bu sərvətləri müşahidə edib, bundan “əl-Ğaniyy”, “əl-Muğni” bir Zatı tanıya bilmişdilərmi?

2. Bu sərvətlərin sonsuz olduğunu, sadəcə dar, məhdud bu dünya həyatı ilə məhdudlaşmadığını, belə sərvətlərə sahib olanın, daha geniş aləmdə Öz sərvətini yenə təzahür etdirmək istəyəcəyini, idrak etmişdilərmi?

Təbii ki, yox.

Elə isə, bu həqiqətləri tam tərif edəcək kimsələrin varlığı, zəruridir.

İndi bir düşün! Peyğəmbərlərdən başqaları, bu həqiqətləri dərs vermişlərdirmi? Əlbəttə ki, yox. Elə isə, Nübüvvət, haqdır və bəşərdə də zəruridir!

--------------------------

--------------------------

Vll. Hem mümkün olur mu ki, bu kâinatı bütün esmâsının kemâlâtını ifade eden masnuatla tezyin ederek seyir için garip ve ince san'atlarla süslenilmiş bir saraya benzetsin de, rehber bir muallim tayin etmesin?

Yəni:

Həm mümkünmüdür ki, bu kainatı, bütün isimlərinin mükəmməlliyini ifadə edən sənət əsərlərilə təzyin edərək (bəzəyərək), seyir üçün qərib və incə sənətlərlə bəzədilmiş bir saraya bənzətsin; (ancaq), rəhbər bir müəllim təyin etməsin?!

-----------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində "əs-Sani""əl-Muzəyyin" isimlərinin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İndi, kainatda təkvini olaraq təzahür edən "əs-Sani" "əl-Muzəyyin"  isimlərini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:

Kainatdakı bütün sənət əsərlərinin, zinətlərin, “əs-Sani” və “əl-Muzəyyin” isimlərindən gəldiyinin isbatı:

Bu kainat, elə bir saray surətində bina edilmişdir ki, hər bir daşında, minlərlə sənət əsəri mövcuddur. Müəllifimiz, belə deyir:

Necə ki, bir ev, ustasız olmaz -xüsusilə də, elə bir ev ki, xariqə sənətlər, əcaib naxışlar, qərib zinətlərlə təzyin edilmiş (zinətləndirilmiş); hətta, hər bir daşında, bir saray qədər sənət dərc edilmiş- ustasız olmaq, heç bir ağıl qəbul edə bilməz; çox mahir bir sənətkar istəyər. Xüsusilə, o saray içində, sinema pərdələri kimi, hər saatda həqiqi mənzillər təşkil edilib, mükəmməl intizamla, libas dəyişdirdiyi kimi dəyişdirir. Hətta, hər bir həqiqi pərdə içində, fərqli kiçik-kiçik mənzillər icad edilir.

Elə də, bu kainat, nəhayətsiz hakim, alim, qadir bir Sani istər. Çünki, bu möhtəşəm kainat, elə bir saraydır ki,

~ ay, günəş, (onun) lampaları;

~ ulduzlar, (onun) mumları;

~ zaman, (onun) bir ip, bir şəridi (ipi)'dir ki,

O cəlal sahibi Sani, hər il, bir başqa aləmi ona asıb göstərir. O asdığı aləm içində, 360 tərzdə müntəzəm surətlərini təcdid edir (yeniləyir), mükəmməl intizamla və hikmətlə dəyişdirir. Yer üzünü, bir nemət süfrəsi qılmış, ki, hər bahar mövsümündə, 300.000 növ sənət əsərilə təzyin edir (zinətləndirir). Hədd və hesaba gəlməz ehsan növlərilə doldurur. Elə bir tərzdə ki, nəhayət qarışıqlıq içində və qarışmış olduqları halda, nəhayət dərəcədə imtiyaz və fərqlə, bir-birilərindən ayrılırlar. Başqa cəhətləri, buna qiyas et. Belə bir sarayın Sani'sindən, necə qəflət edilə bilər?! ("Sözlər", 10-cu Söz, Müqəddimə, 1-ci İşarət, s. 56-57)

https://erisale.com/#content.tr.1.96

 

Yenə, Müəllifimiz belə deyir:

...bağlardaki muntazam nebâtat ve nebâtâtın gösterdikleri müzeyyen çiçekler ve çiçeklerin gösterdikleri mevzun meyveler ve meyvelerin gösterdikleri müzeyyen nakışlar, birer birer yine o Sâni-i Hakîmin vücuduna şehadet ve vahdetine işaret etmekle beraber...

Yəni:

Bağlardakı intizamlı bitkilər və bitkilərin göstərdikləri müzəyyən (zinətli) çiçəklər və çiçəklərin göstərdikləri məvzun (ölçülü) meyvələr və meyvələrin göstərdikləri müzəyyən naxışlar, bir-bir, O Hakim və Sani (olan Allah)'ın varlığına şəhadət və vəhdətinə işarət etməklə bərabər... ("Sözlər", 33-cü Söz, 6-cı Pəncərə, s. 638)

Yenə, Müəllifimiz belə deyir:

“...Yerdeki bütün taşların ve cevahirlerin ve madenlerin envâına bak: Bunların tezyinatları ve menfaatli hâsiyetleri bir Sâni-i Hakîmin tezyiniyle, tertibiyle, tedbiriyle, tasviriyle olduğunu, onlara müteallik hakîmâne faideleri ve mesâlih-i hayatiye ve levâzımât-ı insaniye ve hâcât-ı hayvaniyeye muvafık bir tarzda ihzarları gösteriyor.

Şimdi çiçeklere, meyvelere bak: Bunların gülümsemeleri ve tadları ve güzellikleri ve nakışları ve koku vermeleri bir Sâni-i Kerîmin, bir Mün'im-i Rahîmin sofrasında birer tarife, birer davetname hükmünde olarak, muhtelif renk ve koku ve tadlarla her nev'e ayrı ayrı tarife ve davetname olarak verilmiştir...”

Yəni:

Yerdəki bütün daşların, cövhərlərin və mədənlərin növlərinə bax:

Bunların zinətləndirilmələri və mənfəətli xüsusiyyətləri, Hakim bir Sani'nin təzyini, tərtibi, tədbiri və təsvirilə olduğunu, onlara dair hikmətli faydaları və həyati maslahatları və insani ləvazimatları və heyvani ehtiyaclara müvafiq bir tərzdə ihzarları (hazırlanmaları) göstərməkdədir.

İndi, çiçəklərə, meyvələrə bax ki:

Bunların gülümsəmələri, dadları, gözəllikləri, naxışları və ətir vermələri, Kərim bir Sani'nin, Rahim bir Münim'in süfrəsində, hər biri bir tarifə, bir dəvətnamə hökmündə olaraq, müxtəlif rəng və ətir və dadlarla, hər növə ayrı-ayrı tarifə və dəvətnamə olaraq verilmişdir. (“Sözlər”, 33-cü Söz, 20-ci Pəncərə, s. 651)

 

Bir düşün! Bütün bu zinətli sənət əsərləri, Allahdan başqasına isnad edilə bilərmi?! Əsla və əsla.

Şanı uca olan Allah da, Öz əzəmətli kitabında, belə buyurur:

زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَ‌ٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَـٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَـٰمِ وَٱلْحَرْثِ ۗ ذَ‌ٰلِكَ مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ

Zuyyinə li'n-nəsi hubbu'ş-şəhəvəti minə'n-nisəi, və'l-bəninə, və'l-qanətiri'l-muqantarati minə'z-zəhəbi və'l-fiddəti, və'l-xayli'l-musəvvəməti, və'l-ən'əmi, və'l-hars. Zəlikə, mətəu'l-həyəti'd-dunyə. Vallahu indəhu husnu'l-məəb.

Yəni:

~ Qadınlara;

~ Oğullara;

~ Yığın-yığın qızıl-gümüşə;

~ Gözəl atlara;

~ Davarlara;

~ Əkinlərə

qarşı şəhvət sevgisi, insanlar üçün zinətləndirildi (bəzədildi).

Bunlar, dünya həyatının keçici mənfəətləridir. Qayıdış yerinin gözəlliyi, Allah nəzdindədir. (Al-i İmran/14) ;

 

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ

İnnə zəyyənnə's-səməə'd-dunyə bi zinətini'l-kəvəkib.

Yəni:

"Biz dünya səmasını parlaq ulduzlarla zinətləndirdik." (Saffat/6);

 

وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ

Və ləqad zəyyənnə's-səməə'd-dunyə bi məsabihə.

Yəni:

"Biz, dünya səmasını, lampalar (ulduzlar) ilə zinətləndirdik." (Mülk/5);

 

جَعَلْنَا مَا عَلَى ٱلْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا

Cəalnə mə alə'l-ardi zinətən ləhə li nəbluvəhum əyyuhum əhsənu əmələ.

Yəni:

"Biz yer üzündə olan bütün şeyləri ona zinət qıldıq ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək." (Kəhf/7);

 

ٱلْمَالُ وَٱلْبَنُونَ زِينَةُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا

Əl-məlu və'l-bənunə, zinətu'l-həyəti'd-dunyə.

Yəni:

"Mal və övladlar, dünya həyatının zinətidir." (Kəhf/46);

 

İndi, bir düşün:

1. İnsanlar, kainatdakı zinətli sənət əsərlərini müşahidə edib, bundan “əs-Sani”“əl-Muzəyyin” isimlərilə müsəmma bir Zatı tanıya bilmişdilərmi?

2. Bu zinətli sənət əsərlərinin sonsuz olduğunu, sadəcə dar, məhdud bu dünya həyatı ilə məhdudlaşmadığını, belə zinətli sənətə sahib olanın, daha geniş aləmdə Öz sənət əsərlərini, Öz zinətlərini yenə təzahür etdirmək istəyəcəyini, idrak etmişdilərmi?

Təbii ki, yox.

Elə isə, zinətli bir saray məsabəsində olan bu kainatı tərif edəcək, bu saraya qonaq gələnlərə rəhbərlik edəcək, o saraydakı zinətli sənət əsərlərilə sarayın Sahibini tanıtdıracaq kimsələrin varlığı, zəruridir.

İndi bir düşün! Peyğəmbərlərdən başqası, bu həqiqətləri dərs vermişlərdirmi? Əlbəttə ki, yox. Elə isə, Nübüvvət, haqdır və bəşərdə də zəruridir!

 

“əs-Sani” ismi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sani-isminin-s%C9%99rhi

İsimlərin təvqifi olub-olmadığı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-isiml%C9%99ri-99-durmu

---------------------------

---------------------------

VIII. Hem hiç mümkün olur mu ki, bu kâinatın Sahibi, şu kâinatın tahavvülâtındaki maksat ve gaye ne olacağını müş'ir tılsım-ı muğlâkını, hem mevcudatın "Nereden? Nereye? Necisin?" üç sual-i müşkülün muammasını bir elçi vasıtasıyla açtırmasın?

Yəni:

Həm heç mümkünmüdür ki, bu kainatın Sahibi, bu kainatın təhəvvülatındakı (dəyişikliklərindəki) məqsəd və qayənin nə olacağını işar edən (özündə göstərən, bildirən, ehtiva edən) qapalı tilsimini; həm mövcudatın, "Hardan? Haraya? Nəçisən?" 3 müşkil sualın müəmmasını, bir elçi vasitəsilə açtırmasın?!

----------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində hikmət sifəti və "əl-Hakim" isminin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

Gecə, gündüzü; gündüz də, gecəni izləməkdədir. Yaydan sonra, payız; qışdan sonra, yaz gəlməkdədir. Hər an, böyük bir karvan gəlir, bir karvan isə, köçür. Bu aləm, hər daim, bur təhəvvül (dəyişiklik) içində çalxalanmaqda, dəyişməkdə, başqa bir şəklə bürünməkdədir.

İndi,

~ Bunun hikməti, nədir?

~ Burdakı qapalı tilsim, nədir?

~ Nə üçün gələnlər dayanmır, dərhal zavala gedirlər? Hətta, bir qisim varlıqlar, sadəcə 1 gün yaşayırlar. Gözünü bu dünyaya açar-açmaz, itirlər.

~ Bu işlərdəki sirr, nədir?

Yenə, bu dünyaya gələn ağlı başında hər bir insan, bu 3 suala cavab tapmalıdır.

Bunlar, bir sirdirlər. İnsanın vəzifəsi isə, bu tilsimi (gizli sirri) həll etməkdir. Ağıl isə, bu təhəvvülatı başa düşməkdən acizdir.

İndi, bir düşün! Kainatı beləcə haldan-hala çevirən; insana, bütün bunları müşahidə etdirib düşündürən, heç mümkünmüdür ki, bu sualların cavabını öyrətməsin?! Çünki, əgər insan, öz ağlı ilə bu suallara cavab tapmasa, ağıl, onun üçün, əzab verici bir alətə çevrilər.

Elə isə, bu sualların cavabını verəcək, bu tilsimi açacaq kimsələr, olmalıdır. Bunlar isə, Nəbilərdən başqası deyildir.

 

Mətndə keçən “tilsim” kəliməsinə gəlincə:

"Risale-i Nur" külliyyatında, "tilsim", "müəmma", "hikmət" kəlimələri çoxca təkrar edilməkdədir.

Avam arasında "tilsim" kəliməsinə, xurafəvari məna yüklənmişdir. Bu kütləyə görə, "tilsim": "yer altında gizlənən dəfinələrin, o dəfinələrə yaxınlaşmaq istəyənlərin gözündə başqa bir şəkildə görünə bilməsi məqsədilə, gizlədilmiş qızıl və xəzinələr üzərinə görülən iş və bunun nüsxəvari (yəni, oxumaq, üfləmək kimi) bəzi şeylərlə həll edilməsi"nə deyilir. Ancaq həqiqətdə, belə bir şey yoxdur.

Kəlam elmindəki istilahi mənası isə, belədir:

"Göydəki fəal qüvvələrin, yerdəki münfail (feli qəbul edən) qüvvələrlə birləşməsindən hasil olan qeyr-i adi əsərlər, fellər"dir. (haşiyə)

-----------------------------------

(Haşiyə:

Kəlimə haqqındakı əlavə məlumatlar

ان الطلسم: عبارة بتمزيج القوى الفعالة السماوية بالقوى المنفعلة الارضية ليظهر من ذلك اثار غريبة وافعال عجيبة

("Məvsuat-u mustalahat-u camiu'l-ulum", s. 558)

الطلسم: هو الخارق الذي مبداه القوى السماوية الفعالة الممزوجة بالقوابل الارضية المنفعلة لتحدث به الامور الغريبة فان لحدوث الكائنات العنصرية التي اسبابها القوى السماوية شرائط مخصوصة بها يت استعداد القابل

("Məvsuat-u Kəşşafa'stilahati'l-Fünun və'l-Ulum", s. 1139)

الطلسم: عبارة عن تمزيج القوى السماوية الفعالة بالقوى الارضية المنفعلة وذلك ان القوى السماوية اسباب لحدث الكائنات العنصرية ولحدوثها شرائط مخصوصة بها يتم استعداد القابل فمن عرف احوال الفاعل والقايل وقدر على الجمع بينهما عرف ظهور اثار مخصوصة غريبة

("Şərhu'l-Məvəqif", s. 554)

---------------------------------

Göydəki fəal qüvvələrin, yerdəki münfail qüvvələr üzərinə, Allahın iznilə təsirləri vardır. Müstəqil bir təsirləri isə, yoxdur. Sanki göy - kişi; yer isə - qadın hökmündə yaradılmışdır. Göydəki "fəal qüvvə" qəbul edilən su, hava, ziya və hərarət kimi ünsürlərin, ay və ulduzların, yerdəki "münfail qüvvə" qəbul edilən "torpaq" ünsürü ilə birləşməsindən, mədənlər, bitkilər, heyvanlar, insanlar meydana gəlirlər. Göydəki fəal qüvvələrlə, yerdəki münfail qüvvələrin məzcindən (birləşməsindən) meydana gələn mövcudatın bu qeyr-i adi, xariqə halları üçün, "tilsim" təbiri istifadə edilmişdir.

Bəli, fəal qüvvələrlə münfail qüvvələrin birləşməsindən, mövcudat meydana gəlir. Ancaq varlıq qazanan o mövcudat, bir müddət sonra, zahirən ölümlə yox olur; onların yerinə, başqaları meydana gəlir. Bu əcaib və qərib mövcudatın meydana gəlib, qısa bir müddət içində yox olmaları nəticəsində, qarşımıza 3 məsələ çıxır:

1. Aləmin varlığı;

2. Aləmin nə üçün yaradıldığı;

3. Aləmin zahirən yox olması.

Bu 3 müşkil məsələ, 3 müşkil sualı xatirə gətirir:

1. Aləm və insan, nədir və hardan gəlməkdədirlər?

2. Nə üçün gəlirlər?

3. Hara gedirlər?

Bax:

~ bu 3 müşkil məsələyə - "tilsim";

~ bu tilsimi haqqı ilə həll edən elmə - "həqiqi hikmət";

~ bu məsələləri həll edən alətə isə - "ağıl"

deyilir.

İnsanlığın qürur mənbəyi olan Muhamməd (sallallahu aleyhi və səlləm), bütün insanlıq adına, Quranın dərs verdiyi tövhid, haşr və Quranın əmrlərilə, bu müşkil suallara cavab vermişdir.

--------------------

--------------------

IX. Hem hiç mümkün olur mu ki, bu güzel masnuat ile kendini zîşuura tanıttıran ve kıymetli nimetler ile kendini sevdiren Sâni-i Zülcelâl, onun mukabilinde zîşuurdan marziyatı ve arzuları ne olduğunu bir elçi vasıtasıyla bildirmesin?

Yəni:

Həm heç mümkünmüdür ki, bu gözəl sənət əsərlərilə Özünü şüur sahiblərinə tanıtdıran; və qiymətli nemətlər ilə Özünü sevdirən cəlal sahibi Sani, onun (yəni, tanıtdırma və və sevdirməyin) müqabilində, razı olduğu şeylər və arzuları nə olduğunu, bir elçi vasitəsilə bildirməsin!...

-------------------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində “əl-Məruf”"əl-Vədud" (sevən və sevdirən) isimlərinin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İndi, kainatda təkvini olaraq təzahür edən “əl-Məruf”“əl-Vədud” isimlərini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:

Müəllifimiz, Ustad Nursi (rahmətullahi aleyh), belə deyir:

"Bu ziynetli masnuatın cemâli, hüsn-ü sanat ve ziyneti izhar eder. Sanat ve suretin güzelliği, Sâni’de güzelleştirmek ve ziynetlendirmek isteği mevcut olduğuna delalet eder. Güzelleştirmek ve ziynetlendirmek sıfatları, Sâni’in sanatına olan muhabbetine delalet eder. Bu muhabbet ise, masnuatın en ekmeli insan olduğuna delildir. Çünkü o muhabbetin mazhar ve medarı insandır."

Yəni:

Bu zinətli sənət əsərlərinin camalı, sənət və zinətdəki gözəlliyi izhar edər. Sənət və surətin gözəlliyi ---> Sani (olan Allah)'da, gözəlləşdirmək və zinətləndirmək istəyi mövcud olduğuna dəlalət edər. Gözəlləşdirmək və zinətləndirmək sifətləri ---> Sani'nin, sənətinə olan məhəbbətinə dəlalət edər.

Bu məhəbbət isə, sənət əsərlərinin ən mükəmməli, insan olduğuna dəlildir. Çünki, o məhəbbətin mazharı (zahir olduğu yer) və mədarı (ətrafında dövr etdiyi yer), insandır. ("Məsnəvi-i Nuriyə", "Rəşhalar", 12-ci Rəşha, s. 27)

 

İndi, bir düşün! Kainatda təkvini olaraq (yəni, qulların ixtiyari xaricində olan fellərdə) sənətini sevən Biri; heç mümkünmüdür ki, təklifi olaraq da (yəni, onların ixtiyarı daxilindəki fellərdə də), sənətini sevmək istəməsin?! Quranda, belə buyurulur:

“Allah, muhsinləri (yaxşılıq edənləri) sevər.” (Bəqərə/195);

“Allah, tövbə edənləri və təmizlənənləri sevər.” (Bəqərə/222);

~ “Allah, müttəqiləri (təqva sahiblərini) sevər.” (Al-i İmran/76);

~ “Allah, səbr edənləri sevər.” (Al-i İmran/146);

~ “Allah, təvəkkül edənləri sevər.” (Al-i İmran/159);

~ “Allah, ədalətli olanları sevər.” (Maidə/42);

~ “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevər.” (Saff/4)

 

Allah, yaratdıqlarını sevməsi cəhətilə “əl-Vədud” olduğu kimi; məxluqatı tərəfindən sevilməsi cəhətilə də “əl-Vədud”dur.

Müəllifimiz belə deyir:

Hem bütün mahlûkatın yüzüne tebessüm eden bütün ziynetli nebâtat ve hayvânattaki tezyinat ve gösterişler, bilbedâhe, perde-i gayb arkasında bu süslü ve güzel san'atlarla kendini tanıttırmak ve sevdirmek ve bildirmek isteyen bir Zât-ı Zülcelâlin vücub-u vücuduna ve vahdetine delâlet ederler. Demek, eşyadaki süslü vaziyetler, gösterişli keyfiyetler, tanıttırmak ve sevdirmek sıfatlarına kat'iyen delâlet eder. Sevdirmek ve tanıttırmak sıfatları ise, bilbedâhe, Vedûd, Mâruf bir Sâni-i Kadîrin vücub-u vücuduna ve vahdetine şehadet eder.”

Yəni:

Həm bütün məxluqatın üzünə təbəssüm edən bütün zinətli bitkilər və heyvanlardakı təzyinlər (zinətləndirilmələr) və göstərişlər, açıq bir şəkildə, qeyb pərdəsi arxasında, bu bəzəkli və gözəl sənətlərlə Özünü tanıtdırmaq və sevdirmək və bildirmək istəyən cəlal sahibi bir Zat'ın varlığının vacib olmasına və vəhdətinə dəlalət edərlər.

Demək, əşyadakı bəzəkli vəziyyətlər, göstərişli keyfiyyətlər, tanıtdırmaq və sevdirmək sifətlərinə, qətiyyən dəlalət edərlər. Sevdirmək və tanıtdırmaq sifətləri isə, açıq bir şəkildə, Vədud, Məruf qadir bir Sani'nin varlığının vacib olmasına və vəhdətinə şəhadət edər. ("Sözlər", 33-cü Söz, 27-ci Pəncərə, s. 660)

Yenə, Müəllifimiz, belə deyir:

• Bəşərin fitrətində:

~ camala qarşı bir məhəbbət;

~ kamala qarşı bir pərəstiş; və

~ ehsana qarşı sevmək

vardır.

O məhəbbət, camal, kamal və ehsan dərəcələrinə görə çoxalar; eşqin ən son dərəcəsinə qədər gedər.

• Həm, bu kiçik insanın kiçik qəlbində, kainat qədər bir eşq yerləşir. Bəli, qəlbin mərcimək qədər bir sandıqçası olan yaddaş qüvvəsinin içində, bir kitabxana hökmündə minlər kitab qədər yazı yazılması göstərir ki, insan qəlbi, kainatı ehtiva edə və o qədər məhəbbəti (özündə) daşıya bilər.

~ Madam ki, bəşər fitrətində ehsan, camal və kamala qarşı belə hədsiz məhəbbət istedadı var; və

~ Madam ki, bu kainatın Xaliqi, kainatda təzahür edən əsərlərilə, açıq bir şəkildə təhəqqüqü (gerçəkliyi) sabit olan hədsiz müqəddəs camalı; bu mövcudatda təzahür edən sənət naxışları ilə zəruri olaraq sabitliyi təhəqqüq edən hədsiz müqəddəs kamalı; və bütün həyat sahiblərində təzahür edən hədsiz ehsan növləri və nemətləndirmələrilə, yəqinlik və hətta müşahidə ilə varlığı təhəqqüq edən hədsiz ehsanları vardır.

Əlbəttə, şüur sahiblərinin ən cami (cəm edici), ən möhtac, ən mütəfəkkir və ən şövqlüsü olan bəşərdən, hədsiz bir məhəbbəti iqtiza edir (gərəkdirir).

Bəli, hər bir insan, O cəlal sahibi Xaliqə qarşı hədsiz bir məhəbbətə istedadlı olduğu kimi; O Xaliq də, hər kəsdən çox, camal, kamal və ehsanına qarşı, hədsiz bir məhəbbətə haqq sahibidir. Hətta, mömin insanda, həytına, (həyatının) davamına, varlığına, dünyasına, nəfsinə və mövcudata qarşı növbənöv məhəbbətləri və şiddətli əlaqələri, Allaha olan məhəbbət istedadının tərəşşühatı (sızıntıları)'dır. Hətta, insanın növbənöv şiddətli hissiyyatları, o məhəbbət istedadının istihalələri (bir haldan başqa bir hala keçmələri)'dir və başqa şəkillərə girmiş rəşhaları (sızıntıları)'dır.

Məlumdur ki, insan, öz səadətilə ləzzətləndiyi kimi; əlaqədar olduğu şəxslərin səadətlərilə də ləzzətlənər. Və özünü bəladan qurtaranı sevdiyi kimi; sevdiklərini qurtaranı da, elə sevər.

Bax, bu ruhi haldan dolayı, insan, əgər hər insana aid İlahi ehsan növlərindən yalnız bunu düşünsə ki:

"Mənim Xaliq'im, məni, əbədi qaranlıqlar aləmi olan yoxluqdan qurtarıb bu dünyada bir gözəl dünyanı mənə verdiyi kimi; əcəlim gəldiyi vaxt, məni, əbədi edam olan yoxluqdan və məhvdən yenə qurtarıb əbədi bir aləmdə, əbədi və çox parlaq bir aləmi mənə ehsan və o aləmin ümum ləzzət növləri və gözəlliklərindən istifadə edəcək və cəvəlan edib tənəzzüh edəcək zahiri və batini hisslərlə məni nemətləndirdiyi kimi; çox sevdiyim və çox əlaqədar olduğum bütün yaxınlarım və sevdiklərim və öz cinsimdən olanları da elə hədsiz ehsanlara mazhar (nail) edir və o ehsanlar, bir cəhətdə, (yenə) mənə aid olur. Çünki, onların səadətlərilə məsud və ləzzətlənmiş oluram.

Madam ki, "İnsan, ehsanın quludur." sirrilə, hər kəsdə ehsana qarşı pərəstiş var. Əlbəttə, belə hədsiz əbədi ehsanlara qarşı, kainat qədər bir qəlbim olsa, o ehsana qarşı məhəbbətlə dolmaq iqtiza edər (lazım gələr) və (qəlbimi, o məhəbbətlə) doldurmaq istəyərəm..."

Qəlbin geniş məhəbbət istedadı, əzəli və əbədi, bitməz-tükənməz gözəllik, mükəmməllik və ehsan Sahibinə yönləndirilməsi lazım gəldiyi beləcə isbat edildikdən sonra, Müəllifimiz deyir:

“Muhabbetullah, ittibâ-ı Sünnet-i Muhammediye Aleyhissalâtü Vesselâmı istilzam eder. Çünkü Allah'ı sevmek, Onun marziyâtını yapmaktır.”

Yəni:

Muhabbətullah (Allah sevgisi) (isə), Muhamməd (aleyhissalatu vəssəlam)'ın sünnətini istilzam edər. Çünki, Allahı sevmək, Onun razı olduğu şeyləri etməkdir. (“Ləmalar”, 11-ci Ləma:   “Mirqatu's-Sunnə və Tiryaq-u Maradi'l-Bida” risaləsi, 10-cu Nüktə, s. 58-59)

Sevən, Sevdiyinin əmrinə boyun əyər və onun razılığını qazanmaq üçün, Onun sevdiyi şeyləri edər. Onun razı olduğu şeylər, ağılla və öz başına bilinə bilməyəcəyi üçün, bunu bizlərə dərs verən kimsələrin varlığı lazım gəlir.

İndi, bir düşün! Bütün bu həqiqətləri, Peyğəmbərlərdən başqaları dərs verməyə qadirdirlərmi? Əsla. Elə isə, Nübüvvət, haqdır və bəşərdə də zəruridir. Necə ki, Müəllifimiz deyir:

“Ve ism-i Vedûdun cilvesi olan tahabbüb-ü İlâhî ve taarrüf-ü Rabbânî, o Habib-i Rabbü'l-Âlemîn ile netice verir, mukabele görür.”

Yəni:

Vədud isminin bir təcəllisi olan Allahın (Özünü) sevdirməsi və Rəbbin (Özünü) tanıtması, aləmlərin Rəbbinin sevgilisi (yəni, peyğəmbər) ilə nəticə verər, qarşılıq görər. (“Ləmalar”, Otuzuncu Ləma, Üçüncü Nüktə, Beşinci Nöqtə, İkinci Məsələ, s. 330)

Necə ki, Quranda, belə buyurulur:

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ

"De ki: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin." (Al-i İmran/31)

-------------------------

-------------------------

X. Hem hiç mümkün olur mu ki, nev-i insanı şuurca kesrete müptelâ, istidatça ubûdiyet-i külliyeye müheyya suretinde yaratıp, muallim bir rehber vasıtasıyla onları kesretten vahdete yüzlerini çevirmek istemesin?

Yəni:

Həm heç mümkünmüdür ki, insan növünü, şüurca, kəsrətə (çoxluğa) mübtəla; istedadca, külli ububiyyətə hazırlanmış bir surətdə yaradıb, müəllim bir rəhbər vasitəsilə, onların üzlərini, kəsrətdən vəhdətə çevirmək istəməsin?!

-------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, "əl-Qadir""ər-Rahim" isimlərinin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İnsan, şüurlu və yüksək bir qabiliyyətdə yaradıldığı və kainatın bir xülasəsi olduğu üçün, kainat qədər ehtiyacı vardır.

Bu qədər ehtiyacı ilə bərabər, bir o qədər də acizdir. Yəni, ehtiyaclarının ən kiçiyinə belə, qüdrəti yetişməməkdədir.

Şüuru kəsrətə dağılan bir insan, ehtiyacları üçün, bir istimdad (yardım istəmək) nöqtəsi; və acizliyi üçün də, bir istinad nöqtəsinə möhtacdır. Çünki:

1. Acizliyindən ---> qorxu;

2. Möhtaclığından isə ---> hüzn

doğmaqdadır.

~ Acizlik nədir?

Acizlik: insanların, öz düşmənlərini və zərərlərini dəf etmək; öz mənfəətlərini cəlb etməkdə, iqtidarının/gücünün yoxluğudur. Yəni, insanın, möhtac olduğu və ya olacağı şeyləri edə biləcək güc və qüvvətinin, özündə kifayət qədər olmamasıdır. Başqa bir ifadə ilə, insanın, xəstəlik, bəla, müsibət, qocalıq və ölüm kimi şeylərə qarşı dura bilməməsidir. Bu isə, qorxuya səbəb olmaqdadır. Diqqət edilsə, insanın qorxduğu şeylər, gələcəklə bağlıdır.

~ Möhtaclıq nədir?

Möhtaclıq: insanın, maddi-mənəvi çox şeyə ehtiyac hiss etməsi və bunları tədarük edəcək özünə aid bir sərmayəsinin və zənginliyinin olmamasıdır. Bu isə, hüznə səbəb olmaqdadır. Maddi-mənəvi hər hansı bir şeyə möhtac olduğumuzu, daddıqdan sonra bilməkdəyik. Möhtac olduğumuz şeylər isə, maddi-mənəvi özündən faydalandığımız hər şeydir. Keçmişdə özündən faydalandığımız, lakin hal-hazırda və ya gələcəkdə faydalana bilməyəcəyimiz şeylər isə, bizdə hüzn buraxmaqdadır. Necə ki, Müəllifimiz, bir risaləsində, belə deyir:

Bir zaman, ixtiyarlığımın başlanğıcında, "Köhnə Səid"in gülmələri, "Yeni Said"in ağlamalarına inqilab etdiyi (yəni, çevrildiyi) həngamda, Ankara'dakı əhl-i dünya, Məni, "Köhnə Səid" zənn edib, ora istədilər. Payız mövsümünün axırlarında, Ankaranın, Məndən daha çox ixtiyarlamış, aşınmış, köhnəlmiş qalasının başına çıxdım. O qala, Mənə, daşlaşmış bir tarixi hadisə surətində göründü. İlin ixtiyarlıq mövsümü (yəni, payız) ilə, Mənim ixtiyarlığım, qalanın ixtiyarlığı, bəşərin ixtiyarlığı, şanlı Osmanlı dövlətinin ixtiyarlığı və xilafət səltənətinin vəfatı və dünyanın ixtiyarlığı; Mənə, çox həzin/hüznlü, riqqətli və firqətli bir hallar içində, o yüksək qalada, keçmiş zamanın dərələrinə və gələcək zamanın dağlarına baxdırdı və baxdım. Bir-biri içində, Məni əhatə edən 4-5 ixtiyarlıq qaranlıqları içində, Ankarada, çox qara bir ruhi hal hiss etdiyimdən, bir nur, bir təsəlli, bir rica/ümid axtardım. (Belə ki):

~ Sağa, yəni, keçmiş zamana baxıb təsəlli axtararkən, keçmiş, Mənə, atamın, əcdadımın və növümün böyük bir məzarı surətində göründü; təsəlli yerinə, vəhşət/hürküntü verdi.

~ Sol tərəfim olan gələcəyə dərman axtararkən, baxdım, gördüm ki: Mənim və misillərimin (yəni, dövrümdə yaşayanların) və gələcək nəslin, böyük və qaranlıqlı bir qəbri surətində göründü; ünsiyyət yerinə, dəhşət verdi.

~ Sağ ilə soldan vəhşətə düşüb hazır günümə baxdım. O qəflətli və tarixvari nəzərimə, o hazır gün, yarım ölməkdə və "hareket-i mezbuhane"dəki (yəni, sanki qurban edilmək üçün öz sırasını gözləyən bir qurbanlıq kimi) izdirab çəkən cismimin cənazəsini daşıyan bir tabut surətində göründü. Sonra, bu cəhətdən də məyus olunca,

~ başımı qaldırıb, ömür ağacımın başına baxdım, gördüm ki: O ağacın, tək bir meyvəsi var, o da, mənim cənazəm. O ağac üzərində durmaqda, Mənə baxmaqdadır. Bu cəhətdən də vəhşətə düşüb,

~ başımı aşağı əydim. O ömür ağacının aşağısına, kökünə baxdım, gördüm ki: O aşağıda olan torpaq, sümüklərimin torpağı ilə yaradılışımın başlanğıcı olan torpaq, bir-birinə qarışmış bir surətdə, ayaqlar altında tapdalanmaqdadır (deyə) gördüm. Bu da, (dərdimə) dərman deyil, əksinə, dərd qatdı. Sonra, məcburiyyətlə,

~ arxama baxdım, gördüm ki: Əsassız, fane olan dünya, heçlik dərələrində və yoxluq qaranlıqlarında yuvarlanıb getməkdədir. Dərdimə mərhəm axtararkən, zəhər əlavə etdi. Bu cəhətdə də xeyir görə bilmədiyimdən,

~ ön tərəfimə baxdım, nəzərimi, iləri göndərdim. Gördüm ki: Qəbr qapısı, tam yolumun üstündə açıq görünüb, ağzını açıb mənə baxır. Onun arxasında, əbəd tərəfinə gedən yol və o yolda gedən qruplar, uzaqdan-uzağa nəzərə çarpır.

Bu 6 cəhətdən gələn dəhşətlərə qarşı, Mənim üçün, istinad nöqtəsi və müdafiə silahı olacaq cüzi bir iradədən başqa, əlimdə bir şey də yoxdur. O saysız-hesabsız düşmənlərə və zərərli şeylərə qarşı insani tək bir silah olan o iradə: həm naqis, həm qısa, həm aciz, həm icadsız olduğundan, əlindən, kəsbdən (işə təşəbbüs etməkdən) başqa bir şey gəlməz. Nə keçmiş zamana keçə bilər, ta ondan Mənə gələn hüznləri susdursun. Nə də gələcəyə hülul edə bilər, ta ondan gələn qorxuları əngəlləsin. (İradəmin), keçmiş və gələcəklərə aid arzu və ağrılarıma faydası olmadığını gördüm. ("Ləmalar", 26-cı Ləma: "İxtiyarlar risaləsi", 7-ci rica/ümid, s. 239-240)

 

İndi bir düşün! Hər xəstəliyinə çarə axtaran bir insan, heç mümkünmüdür ki, ən böyük 2 xəstəliyinə, yəni, acizlik və möhtaclığına bir dərman axtarmasın?!

Bu dərman isə:

1. Sonsuz acizlik ilə, sonsuz qüdrət sahibinin qüdrətinə istinad;

2. Sonsuz möhtaclıq ilə, sonsuz zənginlik sahibinin rəhmətindən istimdad (yardım istəmək).

Çünki:

İnsan:

~ aciz olduğu vaxt, qüdrətli birinə;

~ möhtac olduğu vaxt da, zəngin birinə

sığınmaq istəyir. Bu, bütün insanlarda fitridir.

Fitri olaraq hiss etdiyi sığınma hissi onda mövcud olduğu halda, heç mümkünmüdür ki, bu hissin ehtiyacını qarşılayan bir Şey olmasın?! Məsələn, insanın:

~ toxunma hissi vardır, bu hissin qarşılığı olan toxunacağı əşyalar vardır;

~ görmək hissi vardır, bu hissin qarşılığı olan görüntülər vardır;

~ aclıq hissi vardır, bu hissin qarşılığı olan yeməklər vardır;

~ sığınma hissi vardır, bu hissin qarşılığı olan Şey isə, yoxdur...

Bu, mümkün olmadığına görə, demək ki, arzu və istəkləri, möhtaclığı əbədiyyətə uzanmış bir insana, bütün əbədiyyəti verəcək mərhəmətli və onu gətirməyə qadir olan Birinə sığınmaqdan başqa çarə qalmır. Çünki, nəhayəti olmayan insan ehtiyaclarını ifa edəcək, ancaq nəhayəti olmayan bir qüdrət və mərhəmət sahibi ola bilər. Elə isə, məbudiyyətə layiq, yalnız Odur, O ola bilər.

İndi, bir düşün! Arzu və istəkləri, kəsrətə dağılmış və bunları əldə etməkdən aciz olan bir insana, bu 2 xəstəlikdən (yəni, acizlik və möhtaclıqdan) qurtuluş yollarını göstərəcək Kimsələrin varlığı, zəruri deyildirmi?! Bəs, bu qurtuluş yollarını, Peyğəmbərlərdən başqaları dərs vermişlərdirmi? Təbii ki, yox. Elə isə, Nübüvvət, haqqdır və bəşərdə də zəruridir.

وَلَا تَدْعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ ۖ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًا مِّنَ ٱلظَّـٰلِمِينَ

"Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan." (Yunus/106);

(Bədiü'z-zaman Said Nursi, "Sözlər", 10-cu Söz, 2-ci İşarət, s. 58-59)

---------------------------

---------------------------

Əlavələr:

Peyğəmbərliyin əqli isbatı (1):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rliyin-%C9...

Read 18 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR