Fatihə surəsinin təfsiri

ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ

Əlhəmdu lilləhi Rabbi'l-aləmin.

Yəni:

"Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur." (Fatihə/2)

-----------------------------

Təfsiri:

• "əl-həmdu"

Əvvəlilə nəzm cəhəti:

Rahmən və Rahim, nemətlərə dəlalət etdiyi üçün; bunların ardınca, həmdin gəlməsini gərəkdirdilər.

----------------------------

İzahı:

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), ٱلْحَمْدُ kəliməsinin, öncəsilə, yəni  بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ilə münasibət yönünü izah etməkdədir. Belə ki:

"Rahmən""Rahim" isimləri, dünyəvi və uxrəvi (axirətə aid) nemətlərə dəlalət edincə, özlərindən sonra həmdin gəlməsini gərəkdirdilər. Çünki "Rahmən", Razzəq mənasında olub, "Dünyada bütün nemətləri verən, hər kəsin ruzisini ehsan edən" deməkdir. "Rahim" isə, "Xüsusilə axirətə baxan, axirətdəki nemətləri möminlərə ehsan edən" deməkdir. (haşiyə)

Madam ki, Allah, Razzəqdır. Həm madam ki, Rahmən ismi Razzəq mənasında olub bütün həyat sahiblərinin ruzisini verir. Həm madam Rahim ismi, başda insan olmaq üzərə bütün mövcudları, "yoxluqdan, heçlikdən, zillətdən" qurtarıb "vücuda, varlığa, nura, izzətə, səadətə, əbədiyyətə" mazhar etmişdir. Həm madam o Munim, Kərim olan Allah, bu kainatı insana xadim (xidmətçi) və musaxxar etmiş (boyun əydirmiş)'dir. Elə isə, qəti bir hads (sezgi) ilə, insanın, o saysız nemət və ehsanlara müqabil, şükür və həmd vəzifəsini ifa etməsi lazımdır. O halda, ٱلْحَمْدُ لِلَّهِ cümləsinin, بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ cümləsindən sonra gəlməsi, hal və məqamın gərəyinə tam münasibdir.

----------------------------

(Haşiyə:

Geniş izahları üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/bismill%C9%99hir-rahm%C9%99n...)

-----------------------------

-----------------------------

"Əlhəmdulilləh" ifadəsi, Quranda, (Fatihə xaricində), 4 surənin başında təkrar edilir. Bunların hər biri, əsas nemətlərdən bir nemətə nəzər etməkdədir. Bu nemətlər isə:

1. İlk yaradılış;

2. İlk yaradılışdakı davamlılıq;

3. Son yaradılış;

4. Son yaradılışdakı davamılılıq.

-------------------------------

İzahı:

"Əlhəmdulilləh" kəliməsi, Quranda, Fatihə surəsilə bərabər 5 surənin başında zikr edilir. Bunlar, aşağıdakılardır:

1. Ənam;

2. Kəhf;

3. Səba; və

4. Fatir.

5. Fatihə

Bu surələrdən hər biri, əsas nemətlərdən bir nemətə baxır, onu göstərir. O əsas nemətlər isə, bunlardır:

1. "İlk yaradılış": yəni, dünyada neməti yaratmaq;

2. "İlk yaradılışdakı davamılılıq": yəni, dünyada neməti yaratdıqdan sonra onun davamlılığını təmin etmək;

3. "Son yaradılış": yəni, axirətdə neməti yaratmaq;

4. "Son yaradılışdakı davamlılıq": yəni, axirətdə nemətin davamlılığını təmin etmək.

Bu surələrin baş qismində ٱلْحَمْدُ لِلَّهِ cümləsinin zikr edilməsindəki hikmət isə, budur:

Şübhəsiz ki, Allahın nemətləri çox olduğundan, onları saymağımız və hesab rəqəmlərinə sığdırmağımız mümkün olmamaqla bərabər, bu nemətlər, 2 qismə bölünür:

• Birinci qisim: Nemətin icadıdır.

• İkinci qisim: İcaddakı davamlılıqdır.

Çünki Kərim və Razzəq olan Allah, əvvəl bizi rəhmətilə yoxdan icad edib vücud/varlıq sahəsinə gətirdi; və bu vücudumuzun davamı üçün də hədsiz nemətlər yaratdı. Həm bu nemət, davamlı bir surətdə, ard-arda icad edilib təkrarlanmaqdadır. Çünki vücudu təşkil edən zərrələr, hər daim təxrib və təmirə məruz qalmaqda; təxrib olan zərrələrin yerinə yenilərinin gəlməsi gərəkməkdədir. Bu isə, ruzi ilə mümkündür.

O halda, "ibda" (yaratmaq) və "iadə" (geri verilmək) üzərə, bizdə 2 hal görünməkdədir. Kərim və Munim olan Rəbbimizin, hər bir halda da üzərimizdə 2 əsas neməti mövcuddur:

• Biri: Neməti icad etmək;

• Digəri: O nemətə davamlılıq vermək.

Bundan dolayıdır ki, Haqq Taala,

1. Quranın ilk yarısında yer alan Ənam surəsində:

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَـٰتِ وَٱلنُّورَ ۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ

"Həmd, göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı var edən Allaha aiddir! Bu dəlillərdən sonra kafir olanlar, hələ də bütləri öz Rəbbinə tay tuturlar." (Ənam/1) deyə fərman etmişdir. Bununla, "icad neməti"nə qarşı şükrə işarət etmişdir.

2. Quranın ilk yarısının ikinci ٱلْحَمْدُ لِلَّهِ / əlhəmdulilləh ilə başlayan Kəhf surəsində isə:

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَنزَلَ عَلَىٰ عَبْدِهِ ٱلْكِتَـٰبَ وَلَمْ يَجْعَل لَّهُۥ عِوَجَا

"Həmd, Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha məxsusdur." (Kəhf/1) ayəti ilə də, "nemətin davamlılığını təmin"ə qarşı şükrə işarət etmişdir.

Çünki insanların şəxsi və ictimai həyatlarında intizam və ədalətin təmini, ancaq İlahi qanunlar olan şəriətlərlə mümkündür. Bununla bərabər, bu nurani qanunlar, bəşərin həyatda qalmasına vəsilə olur. Əgər Allah tərəfindən göndərilən şəriətlər, İlahi qanunlar olmasaydı; bəşər də, o qanunlarla idarə edilməsəydi; o vaxt hər kəs, nəfsinin həvasına və bəşərin zalım qanunlarına tabe olacaqdılar. Bunun nəticəsində də, hər cür münaqişələr, ixtilaflar, hərc-mərc zühur edəcəkdi. Bu isə, insanları, bir-birilərinin hüquqlarına təcavüz etmələrinə, bir-birilərini öldürmələrinə səbəbiyyət verəcəkdi. Nəticədə, həyat, yaşanmaz hala gələcəkdi. Beləcə, insanlıq həlak olacaqdı.

Demək, şəriət, maddi və mənəvi həyatın davamına, nizam və intizamına səbəbdir.

3. Quranın ikinci yarısında yer alan Səbə surəsində isə, Haqq Taala belə buyurur:

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَهُ ٱلْحَمْدُ فِى ٱلْءَاخِرَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ

"Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur. Axirətdə də həmd Ona məxsusdur. O, Hakim (hikmət sahibi)'dir, Xabir (hər şeydən xəbərdar)'dır." (Səbə/1)

Bu ayətdə keçən "Axirətdə də həmd, Ona məxsusdur." sözü, "ikinci yaradılış"dakı nemətə, yəni "axirətdə təkrar diriliş neməti"nə işarət edir.

4. Fatir surəsində isə:

ٱلْحَمْدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ جَاعِلِ ٱلْمَلَـٰٓئِكَةِ رُسُلًا أُو۟لِىٓ أَجْنِحَةٍ مَّثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ ۚ يَزِيدُ فِى ٱلْخَلْقِ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

"Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı rəsullar qılan Allaha məxsusdur. O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir." (Fatir/1) ayətində keçən "جَاعِلِ ٱلْمَلَـٰٓئِكَةِ رُسُلًا / mələkləri rəsullar qılan" qövlü ilə, axirətdə davamlılığı təmin edilən nemətlərə işarət edir. Çünki Haqq Taala, axirət aləmində, mələkləri, möminlərə salam vermək surətilə, onları əbədi səadət ilə müjdələmək vəzifəsilə vəzifələndirdiyini xəbər verməkdədir.

Necə ki, Quran, Ənbiya surəsinin 103-cü ayətinin:

لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ هَـٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ

"(Onları, cənnət əhlini) Ən böyük dəhşət (qiyamət və haşr meydanındakı əhval), onları kədərləndirməyəcək. Mələklər, onları qarşılayıb: 'Bu sizə vəd olunmuş gününüzdür!'– deyəcəklər." ifadəsilə;

Həm Zümər surəsi 73-cü ayətin:

وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ إِلَى ٱلْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتْ أَبْوَ‌ٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَـٰمٌ عَلَيْكُمْ طِبْتُمْ فَٱدْخُلُوهَا خَـٰلِدِينَ

"Rəbbindən qorxanlar da, dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: 'Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” ifadəsilə göstərir ki, axirətdə mələklər, möminlərə salam verib, onları cənnətlə müjdələməkdədirlər. Orada daimi qalacaqlarını xəbər verməkdədirlər.

5. Şanı uca olan Quranın fatihəsi olan Fatihə surəsi isə, iki əsas nemətə də şamildir:

• Birincisi: Bu dünyada neməti icad etmək və bu dünyada nemətin davamlılığını təmin etməkdir. "ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ / əlhəmdulilləhi Rabbi'l-aləmin / həmd, aləmlərin Rəbbinə məxsusdur" cümləsi, bu nemətə işarət etməkdədir.

• İkincisi: Axirətdəki icad və ölməmək üzərə davamlılıq nemətidir. "مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ / məliki yəvmiddin / din gününün sahibi" cümləsi də, bu nemətə işarət etməkdədir.

Beləcə, şanı uca olan Quran, Fatihə surəsinin fatihəsini:

~ "dünyada nemətin icadı və icaddakı davamlılığı",

~ "axirətdəki nemətin icadı və davamlılığı"

deyilən bu 2 əsas nemət üzərinə tərtib etmişdir.

---------------------------

---------------------------

Sonra, bu məqamda nəzm cəhəti, yəni, "həmd"in, Fatihətu'l-Kitaba Fatihə olması:

Fatihənin həmd ilə başlamasında, zehndə, illə-i ğaiyyə'nin öncəliyinin təsəvvürü kimi bir (hikmət, incəlik) vardır. Çünki həmd, xilqətin nəticəsi olan ibadətin; və kainatın bir hikmət və qayəsi olan mərifətin, icmali bir surətidir. Beləcə, sanki həmdin zikri, illə-i ğaiyyə'nin (yaradılış qayəsinin) bir təsəvvürüdür. Allah (azzə və cəllə), belə buyurmuşdur:

"Mən, cinləri və insanları, Mənə ibadət etmələri üçün yaratdım." (Zariyat/56)

--------------------------------

İzahı:

"əl-həmdu" kəliməsinin bu məqamdakı münasibət yönünə gəlincə, yəni, Quranın fatihəsi olan Fatihə surəsinə bu ٱلْحَمْدُ لِلَّهِ cümləsinin fatihə qılınması, onunla başlanılması, bu nüktə (incəlik)dən dolayıdır:

Bu cümlə, "zikrən muaxxar (ertələnmiş), zehnən müqəddəm (iləri çəkilmiş)" olan; başqa bir ifadə ilə, "zehnən müqəddəm, vücudən muaxxar" olan əsas məqsədin, əvvəlcədən təsəvvür edilməsidir. Çünki "həmd", həm aləmin yaradılışının nəticəsi olan "ibadət"in; həm də kainatın yaradılmasındakı hikmət və qayə olan "mərifət"in icmali bir surəti hökmündədir.

Demək, şüur sahibi varlıqların (insan, cin və mələyin) həmd və şükrü, əvvəlcədən təsəvvür edilmiş; sonra bu aləm xəlq edilmişdir.

Bəli, yaradılan hər məxluqun 4 illəti vardır:

1. Fail;

2. Qayə;

3. Maddə;

4. Surət.

Qayə, daimi olaraq, zikir (xatırlanma) və vücud etibarı ilə muaxxardır; lakin zehnən və təsəvvürən daim müqəddəmdir. Yəni, bir şey vücuda gəlmədən əvvəl, qayəsi zehnən düşünülür; sonra o şey vücuda gətirilir.

Bax, madam ki, aləmin yaradılış nəticəsi, "ibadət"dir. Həm bütün ibadətlərin icmali bir surəti "həmd"dir. Elə isə, Quranın fatihəsi olan Fatihə surəsinin fatihəsinin "həmd" ilə, yəni ٱلْحَمْدُ لِلَّهِ cümləsi ilə başlaması, hal və məqamın gərəyinə uyğundur. Yəni, bu "həmd" kəliməsi, bizə, bunları xatırlatmaqdadır.

Bəli, namaz, oruc, zəkat, həcc və s. şəri hökmlərin tətbiqi kimi, bütün ibadətlərin xülasəsi və nəticəsi, Allaha həmd ifadə etmək üçündür.

Həm "həmd", mərifətin icmali bir xülasəsi və surətidir ki, o mərifət, kainatın yaradılışının hikməti və qayəsidir. Çünki Haqq Taala, Zariyət surəsi 56-cı ayətdə belə buyurur:

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım."

Yəni kainatın yaradılmasının hikmət və qayəsi, kainatın Xaliqini (Yaradanını) tanımaq və Ona iman və ibadət etməkdir.

Elə isə, Quranın və kainatın əsas qayəsi olan "mərifət və ibadət"in icmali surəti, "həmd"dir. Quran, başdan sona qədər Allahı, əsərilə, felilə, ismilə, sifətilə tanıtdırır; mərifətullahdan bəhs edir; onu dərs verir; və ibadəti tərif edir. (haşiyə)

---------------------------

(Haşiyə:

İbadət nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ibad%C9%99t-n%C9%99dir)

---------------------------

---------------------------

Sonra, həmdin mənalarından məşhur olanı, kamal sifətlərini izhar etməkdir. Bunun təhqiqi, belədir:

Allah (subhənəhu), insanı yaratdı və onu, kainata cami bir nüsxə; 18.000 aləmi ehtiva edən aləm kitabına bir fihrist qıldı; və onun cövhərində, isimlərdən bir ismin təcəlli etdiyi hər bir aləm üçün, bir nümunə buraxdı. Əgər insan, həmdin şöbələrindən biri olan örfi şükrü ifa ilə, özünə verilən əzaları yaradılış qayəsinə uyğun bir şəkildə istifadə etsə və təbiət pasının cilası olan şəriətə itaət etsə, ondakı hər nümunə, öz aləminə və onda təcəlli edən sifətə və onda təzahür edən ismə bir mişkat (divarda, içinə lampa qoyulan yer) və bir ayna halına gələr. Beləcə, insan, ruhu və cismilə, qeyb və şəhadət aləmlərinin bir xülasəsi olar; o aləmlərdə təcəlli edən, onda da təcəlli edər.

Beləcə, həmd ilə, insan, Allahın kamal sifətlərinin bir mazharı (zahir olduğu yer) olar.

"Mən, gizli bir xəzinə idim. Məni tanımaları üçün, məxluqatı yaratdım." hədisinin bəyanında, Muhyiddin ibnu'l-Arabi'nin bu ifadəsi, buna dəlalət edər:

"Məxluqatı yaratdım, ta ki, onlarla camalımı görməyimə bir ayna olsunlar."

----------------------------

İzahı:

Nemət: "xüsusi bir məqsəd və ya qarşılıq güdülmədən edilən yaxşılıq"dır. (Cürcani, "ət-Tarifat")

Həmd və şükr, verdiyi nemətdən dolayı, Allahı tərifləməkdir. Həmd, özünə və ya başqasına çatan nemətlərdən dolayı; şükr isə, özünə çatan nemətlərdən dolayı Allahı, kamal sifətlərilə tərifləməkdir. Çünki, Zatında və ya sifətlərində nöqsanlıq olanın, özündən faydalanılacaq nemətlər yaratması, mümkün olmadığına görə; burdan, özündən faydalanılacaq nemətlər yaradanın, Zatında və sifətlərində kamil olduğu başa düşülür. Hər bir nemətə həmd və ya şükr etmək də, vicdani bir hökm olduğuna görə, nemət verənə həmd və ya şükr edilməlidir.

Həmd, məhz, bundan ibarətdir. Yəni, sənə yaxşılıq edən, inam, ehsan, ikram edən Allahın, kamal sifətlərini açığa çıxarmaq, onları izhar etməkdir.

Sual: "Elə isə, bu tərif necə izhar ediləcək?"

Müəllifimiz Ustad Nursi, buna belə cavab verir:

"Allah (subhənəhu), insanı yaratdı və onu, kainata cami bir nüsxə; 18.000 aləmi ehtiva edən aləm kitabına bir fihrist qıldı; və onun cövhərində, isimlərdən bir ismin təcəlli etdiyi hər bir aləm üçün, bir nümunə buraxdı."

Haqq Subhənəhu və Taala, insanı, 18.000 aləmi (bu rəqəm, çoxluqdan kinayədir) ehtiva edən bu böyük kitab olan kainata, bir fihrist və bu kainata cami bir nüsxə surətində xəlq etmişdir.

Fihrist, bir kitabın "içindəkilər" bölməsidir. Aləmə bir kitab nəzərilə baxsaq, "içindəkilər" bölməsi insanda yazılmış və insan, aləmə bir fihrist olmuşdur. Yəni kainatda nə varsa, insanda kiçik bir nümunəsi vardır. Məsələn:

- Yer üzünün 3/4-ü sudur. İnsan vücudunun da 3/4-ü sudur.

- Torpaqda, dəmir, fosfor və s. kimi elementlər vardır. Bədənimizdə də, bu elementlərin hamısı mövcuddur.

- Yer üzündə dağlar, torpaq var. Buna müqabil olaraq, bizdə də sümüklər və ət var.

- Yer üzündə meşələr var. Buna müqabil bizdə də, saç və tüklər vardır.

- Aləmdə, cazibə və itələmə qanunları var. Bizdə də cazibə və itələmə qüvvələri var.

- Aləmdə lövh-i məhfuz vardır. Bizdə də yaddaş qüvvəsi.

- Aləmdə ərş var. Bizdə qəlb.

- Aləmdə kürsi vardır. Bizdə ağıl.

- Aləmdə misal aləmi var. Bizdə xəyal.

Bu aləmlərin hər biri də, Allahın isimlərindən bir isminin təcəlli yeridir. Məsələn, lövh-i məhfuz "Hafiz" isminin bir təcəlligahıdır. Ərş, "Qayyum" isminin bir təcəlli yeridir və s.

Bunlar və daha bir çox bənzərliklər isbat edir ki, insan, bu kainatın kiçik bir nüsxəsi və aləm kitabının bir fihristidir. İnsanı böyütsək kainat; kainatı kiçiltsək insan olar.

Bu aləmlərin hər birində də, Allahın bir ismi daha qalib şəkildə təcəlli etməkdədir. 

Not: Dəyərli oxuyucu! Yaradılışdan qayə, Allahın, Özünü, isim və sifətlərilə tanıtmaqdır. Bunun üçün, məhəll (Müəllifin sözü ilə "ayna"lar) lazımdır. Yəni, dolayısı ilə, "ayna" məsabəsində olan hər bir aləm, isimlərin təcəlli yeridir. Məsələn: lövh-i məhfuz, "əl-Hafiz" isminin təcəlli yeridir. Ərş, "əl-Qayyum" isminin təcəlligahıdır və s.

"Əgər insan, həmdin şöbələrindən biri olan örfi şükrü ifa ilə, özünə verilən əzaları yaradılış qayəsinə uyğun bir şəkildə istifadə etsə və təbiət pasının cilası olan şəriətə itaət etsə, ondakı hər nümunə, öz aləminə və onda təcəlli edən sifətə və onda təzahür edən ismə bir mişkat (divarda, içinə lampa qoyulan yer) və bir ayna halına gələr. Beləcə, insan, ruhu və cismilə, qeyb və şəhadət aləmlərinin bir xülasəsi olar; o aləmlərdə təcəlli edən, onda da təcəlli edər. Beləcə, həmd ilə, insan, Allahın kamal sifətlərinin bir mazharı (zahir olduğu yer) olar."

Yəni:

Əgər insan, özünə inam edilən əza və cövhərlərini, nə üçün verilmiş isə, o yolda istifadə etsə, yəni, o əza və cövhərlərin, hansı aləmdən gəldiyini və o aləm, hansı ismin təcəllisinə mazhar olduğunu bilib, ona görə sərf etsə, o vaxt, həmdin şöbələrindən olan örfi şükrü ifa etmiş olar. Yəni:

~ göz nemətini, Allahın məxluqlarını incələyərək;

~ eşitmə nemətini, İlahi rizaya nail qılacaq şeylərə qulaq verib qadağalardan çəkinərək

istifadə edərsə, örfi şükrü (haşiyə) ifa etmiş olar.

Həm insanın, həmdin şöbələrindən olan örfi şükrü ifa etməsinin şərti isə, təbiətin kirini, pasını təmizləyən şəriətə, yəni Allahın qanunlarına riayət etmək niyyətilə yerinə yetirməsidir. Yəni qul, özünə verilən bütün nemətləri, əza və cövhərləri, şəriətin əmrini yerinə yetirmək məqsədilə əmr dairəsində istifadə edərsə, o vaxt, örfi şükrü ifa etmiş olar.

Bax beləcə, örfi şükrünü haqqı ilə yerinə yetirən bir qulun hər əza və cövhəri, hansı aləmdən gəlmişdirsə, o aləmə qarşı bir pəncərə olar. Bu halda qul, həm o aləmə, həm də o aləmdə təcəlli edən isim və sifətlərə bir ayna olar.

Dəyərli oxuyucu! İsra surəsi 44 və bənzəri ayələrlə sabitdir ki, kainatda hər bir şey, Allaha həmd və təsbih etməkdədir. Ustad Nursi, "Şüalar" adlı əsərinin 15-ci Şuası olan "əl-Hüccətü'z-Zəhra" risaləsində (s. 562), bu xüsusda, belə deyir:

...Nasıl bir usta, pek harika bir makineyi derin ilmi ve mu'cizekâr (möcüzəvi) zekâsıyla yapsa, o acip makineyi gören herkes, o ustayı takdirkârâne (təqdir edərcəsinə) tebrik edip alkışlar ve tahsinkârâne (bəyənərək) medihlerle (mədh, təriflərlə) ve ihsanlarla ona maddî, mânevî hediyeler, tahiyyeler verir; o makine dahi, o ustanın istediği tarzda, tam tamına, gayet mükemmel olarak arzularını ve harika ince san'atını ve maharet-i ilmiyesini (elmi məharətini) göstermesiyle, kendi ustasını, lisan-ı hal (hal dili) ile alkışlar, tebrik eder, mânevî tahiyyeler, hediyeler verir.

Aynen öyle de, kâinatta bütün zîhayat taifeleri (həyat sahibləri), her biri ve her bir ferdi, her tarafı mu'cizeli birer harika makinedir ki, ustasının, her şeyin her şeyle münasebetini gören ve her şeyin hayatına lâzım bütün şeyleri görüp tam yerinde ona yetiştiren ihâtalı ilminin derin ve ince cilveleriyle (yansıma, görüntüləri ilə) kendini tanıttıran Sâni-i Zülcelâlini (cəlal sahibi Sənətkarını), hayatlarının lisan-ı halleriyle (hal dillərilə), ins ve cin ve melek olan zîşuurların (şüur sahiblərinin) kàl (ağızdakı) dilleri gibi tahiyyelerle (hədiyyələrə) alkışlar...

Yəni:

Necə ki, bir usta, qeyr-i adi bir maşını, dərin elmi və möcüzəvi zəkası ilə düzəltsə, o qeyr-i adi maşını görən hər kəs, o ustanı təqdir edərək təbrik edib alqışlayar və bu işi bəyənərək mədhlər, təriflər və ehsanlarla, ona maddi, mənəvi hədiyyələr verər;

O maşın da, o ustanın istədiyi tərzdə, tamamilə, çox mükəmməl olaraq arzularını və qeyr-i adi incə sənətini və elmi məharətini göstərməsilə, öz ustasını, hal dili ilə alqışlayar, təbrik edər, mənəvi təhiyyələr (hədiyyələr) verər;

Eynilə də, kainatdakı bütün həyat sahiblərinin hər biri, hər tərəfi möcüzəli bir maşındır ki, hər şeyin hər şey ilə münasibətini görən və hər şeyin həyatına lazım bütün şeyləri görüb tam yerində ona yetişdirən əhatəli elminin dərin və incə görüntüləri, əkslərilə özünü tanıtdıran Cəlal sahibi Sənətkar olan Allahı, həyatlarının hal dillərilə,

-insanlar, cinlər və mələklər olan şüur sahiblərinin dillərilə etdikləri kimi-

hədiyyələrlə alqışlayırlar...

 

Necə ki, bir şey, ona yüklənən vəzifəni mükəmməl yerinə yetirməklə, onu elə yaradan, vəzifələndirən Ustasının tərifinə səbəb olursa, insan da, ona yüklənən vəzifəni yerinə yetirməklə, onu elə yaradan Ustasının tərifinə səbəb olmalıdır. Bu isə, hər bir orqan və hissini, Allahın istədiyi şəkildə istifadə etməklə mümkündür. 

------------------------------

(Haşiyə:

"Allahın əxlaqı ilə əxlaqlanmaq" hədisi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-%C9%99xlaqi-il%C9%99...

Həmd və şükrün daha geniş izahları üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99md-v%C9%99-sukur-aras...)

------------------------------

------------------------------

• "Lilləhi/Allaha məxsusdur."

Hər cür həmd, müşəxxəs olmaqla bərabər, Vacibu'l-Vücud məfhumu ilə mülahizə edilən müqəddəs Zata layiq və Ona xasdır. Çünki, müşəxxəs olan bir şey, bəzən, ümumi bir məfhumla mülahizə edilir.

İbarədəki "lam" hərfi, öz mənasına bağlıdır. Sanki bu lam, mütəalliq (əlaqəli olduğu şey)'in mənasını içmişdir.

Lam hərfində, ixlas və tövhidə işarət vardır.

-----------------------------

İzahı:

Mətndə keçən "müşəxxəs" təbiri, "şəxsiyyəti müəyyən olan" deməkdir. Yəni, O müqəddəs Zat, külli deyil, müşəxxəs bir tək Zat'dır.

"Bəs yaxşı, Zatı, heç bir şeyə bənzəmədiyinə və ziddilə də qiyas edilərək başa düşülə bilməyəcəyinə görə, Onu, necə mülahizə edə bilərik?" sualına, Müəllifimiz belə cavab verir:

Müşəxxəs bir şey, ümumi bir əmr (iş) ilə, yəni, ümumiyyət ifadə edən bir şeylə mülahizə edilə bilər. Bu da, Vacibu'l-Vücud (varlığı vacib) ünvanıdır. Yəni, Allah, müşəxxəs olan bir Zat'ın adıdır. Allahı kainatdan ayırd edəcək şey isə, Onun Vacibu'l-Vücud (haşiyə-1) olmasıdır. Yəni, Onun Zatına ən yaxın sifəti, vücudunun vacib, mütləq olmasıdır. O, ancaq, bu vəsflə başa düşülə bilər. (haşiyə-2)

-------------------------------

(Haşiyə-1:

Əqli təqsim (bölgü) ilə, varlıqlar, 3 qisimdir:

1. Vacibu'l-Vücud'dur ki, varlığı, əqlən vacib, zəruridir. Digər təbirlə, varlığında zərurət olan, yoxluğunda isə muhal (imkansızlıq) lazım gələn vücud (varlıq)'dır. Bu isə, yalnız Allaha məxsusdur.

2. Mümkinu'l-vücud'dur ki, bu, 2 tərəfi bir-birinə bərabər olan şeydir. Yəni, varlığı və yoxluğu, bərabər olandır. Bütün kainatın vücudu, varlığı, belədir.

3. Mümtəniu'l-vücud'dur ki, varlığı əqlən imkansız; yoxluğu isə, əqlən zərəru olan şeydir. Bu isə, Allahın şərikinin olmasıdır.

Haşiyə-2:

Allah isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-isminin-s%C9%99rhi)

--------------------------------

"İbarədəki "lam" hərfi, öz mənasına bağlıdır. Sanki bu lam, mütəalliq (əlaqəli olduğu şey)'in mənasını içmişdir."

I. Ərəb dilində, sözlər, 3 nitq hissəsindən biri olur:

1. İsim;

2. Fel;

3. Hərf.

1. İsim"müstəqil məna daşıyan, əşya, keyfiyyət, say və ad bildirən sözlər"dir. Məsələn, kitab, elm, gözəl və s.

2. Fel"hərəkətin icrasının müxtəlif zamanlarda baş verməsini bildirən sözlər"dir. Məsələn, vurdu, vurur və s. kimi.

3. Hərf"ayrılıqda müstəqil bir məna daşımayan və yalnız digər sözlər ilə birləşərkən məna ifadə edən sözlər"dir. Məsələn, bi, min, ilə, alə, fi, li və s.

Hərf deyərkən, -dilimizdəki kimi- səslərin işarəsini bildirən heca hərfləri deyil; məna hərfləri nəzərdə tutulur. Məna hərfləri isə, bir neçə hərfdən də ibarət ola bilər.

Ərəb dilində, hərflər, hər zaman, ismin başında gəlirlər və özlərindən sonra gələn isimləri, cərr edirlər. 

 

Ərəbcədə cümlə, 2 növdür:

1. Fel cümləsi;

2. İsim cümləsi.

Fellə başlayan cümləyə fel cümləsi; isimlə başlayan cümləyə də isim cümləsi deyilir. Fel cümləsi fel, fail və -əksəriyyətlə- məfuldan; isim cümləsi isə, mübtəda və xəbərdən meydana gəlir.

"əlhəmdu lilləhi..." cümləsi, bir isim cümləsidir. Bu cümlədə, "əl-həmdu" kəliməsi, mübtədadır. Xəbər isə, hazf olunmuşdur. Hazf olmaq, "gizlənmək", "düşürülmək" deməkdir. Hazf olan kəliməyə də, "mahzuf" deyilir. Kəlimənin mahzuf olması, var olmasına rəğmən söylənməməsidir.

Bax, "əlhəmdu lilləhi"  cümləsində də, bu hal bəhs mövzusudur. Cümlənin xəbəri hazf edilmiş və söylənməmişdir. Bu halda, mənaya uyğun olan bütün təqdirlər məqbuldur. Məsələn, bu kəlimələri, cümlənin xəbəri olaraq təqdir edə bilərik:

–  الْحَمْدُ وَاجِبٌ لِلّهِ 

"əl-həmdu, vacibun lilləhi." Yəni: "Həmd, Allah üçün vacibdir." Burda "vacib" kəliməsi xəbər olub, "lilləhi" ləfzi, ona təəlluq etməkdədir.

–  الْحَمْدُ مُسْتَحقٌّ لِلّهِ 

"əl-həmdu, mustəhaqqun lilləhi." Yəni: "Allah həmdə haqq sahibidir." Burda "mustəhaqq" kəliməsi xəbər olub, "lilləhi" ləfzi ona təəlluq etməkdədir.

الْحَمْدُ مُخْتَصٌّ لِلّهِ 

"əl-həmdu, muxtəssun lilləhi." Yəni: "Həmd, Allaha məxsusdur." Burda "muxtəss" kəliməsi xəbər olub, "lilləhi" ləfzi ona təəlluq etməkdədir.

Daha başqa təqdirlər də ola bilər.

"li" hərf-u cərinin mütəalliqi (yəni bağlı olduğu kəlimə), cümlənin xəbəri olan "muxtəss" kəliməsidir. Bu ləfz, ixtisas ifadə edir və həmdin sadəcə Allaha məxsus olduğunu göstərir. İxtisası göstərən bu ləfz, hazf olmuş (yəni zikr edilməyərək gizlənmiş) və birbaşa ل hərf-u cərrinə keçirilmişdir. Yəni sanki "muxtəss" ləfzi, cümləyə qatacağı mənanı ل hərf-u cərrinə əmanət etmiş və sonra gizlənmişdir.

Ustad Nursi, bunun hikmətini belə açıqlayır ki:

Bu, "lilləhi"dəki "li"dən qaynaqlanmaqdadır. Yəni, "li" hərf-u cərrinin "məxsusluq", "aidiyyət" "müstəhaq/haqq sahibi olmaq" mənası o qədər qüvvətlidir ki, əvvəlindəki xəbərini, sanki içmiş, özünə çəkmişdir. Və bu aidiyyət, məxsusluq mənasını, cümləyə özü vermişdir.

Beləliklə, "həmd" kəliməsilə "Allah" kəliməsi arasındakılar çıxarılaraq, araya heç bir məsafə qoyulmamışdır. "Həmd" kəliməsi, qeydsiz-şərtsiz, başqa ehtimalları belə düşünməyə icazə verməyərək, bir başa "Allah" kəliməsinə bağlanmışdır.

-----------------------

Lam hərfində, ixlas və tövhidə işarət vardır.

Yəni: bu "li" hərfində, "Həmd, yalnız Allaha məxsusdur. Başqası, həmdə layiq deyildir." mənası da vardır.

-----------------------

-----------------------

• "Rəbb"

"Rəbb": "aləmi bütün cüzləri (parçaları) ilə tərbiyə edən" deməkdir. Aləmin hər bir cüzü də, (ümumi) aləm kimi bir aləmdir. O aləmin zərrələri də, (böyük aləmin) ulduzları kimi (intizam) içində hərəkətlərilə mütəhərrikdirlər.

Bil ki:

Allah (azzə və cəllə), hər şeyə, bir kamal nöqtəsi təyin etmiş və o kamal nöqtəsinə doğru bir meyl buraxmışdır. Sanki mənəvi bir əmrlə, ora doğru hərəkəti əmr etmişdir. O şey, səfəri əsnasında, özünə mədəd verəcək və əngəlləri qaldıracaq köməyə möhtacdır. Bu isə, Allah (azzə və cəllə)'nin tərbiyəsilə olur.

Əgər kainata diqqət etsən, bəni Adəm (qəbilələri) kimi, bir çox qəbilə və tayfaların mövcud olduğunu görərsən. Bunların hamısı, həm münfərid (tək halda), həm də toplu şəkildə, Xaliq'inin qanuna tabe olaraq, Sani'nin özlərinə təyin etdiyi vəzifələri, ciddi bir çalışma ilə yerinə yetirirlər.

Ancaq, insanın halı nə qədər əcaibdir! (İnsan), (kainatın bu ümumi qanunun) xaricinə çıxa bilir.

-----------------------------

İzahı:

~ Rəbb: "tərbiyə edən"

"Rububiyyət", "tərbiyə edicilik" 

deməkdir. 

"Tərbiyə" isə, belə tərif edilir:

ابلاغ الشيء إلى كماله شيئا فشيئا

Yəni, "Bir şeyi, yavaş-yavaş, tədrici olaraq, o şeyin kamal mərtəbəsinə çatdırmaqdır."

Allah Taala, bu aləmi, bütün parçası ilə tərbiyə etmişdir. Məsələn, quşa uçmağı; balığa üzməyi öyrətmişdir. İpək böcəyinə ipək toxumağı; arıya bal düzəltməyi öyrətmişdir...

Bunlar kimi, hər bir məxluqa vəzifəsini öyrətmiş, o işi görə bilməsi üçün onu tərbiyə etmiş və həyat şərtlərini ona ilham etmişdir. Bütün bunlar, Allahın Rəbb isminin bir təcəllisidir.

Xülasə:

Zərrələrdən ulduzlara; ərşdən fərşə (yerə) qədər bütün aləmləri mütədaxil (iç-içə) dairələr kimi yaradıb onları tərbiyə edən, bəsləyən Rabbu'l-Aləmin'dir.

Ustad Bədiüz-zaman Said Nursi, "rububiyyət" haqqında, belə bir izah gətirməkdədir:

"Allah (azzə və cəllə), hər şeyə, bir kamal nöqtəsi təyin etmişdir."

Məsələn, bir beton ilanının boyu 10 metrə qədər çata bildiyi halda, bir kərtənkələnin boyu 15-20 santimetrdən çox uzana bilməməkdədir. Demək, beton üçün kamal nöqtə 10 metr ikən; kərtənkələ üçün kamal nöqtə 15-20 sm'dir.

Bir insanın boyu ən çox 2 metrdən bir az çox olduğu halda, bir milçəyin boyu, 0.6-0.7 santi metr qədərdir. Demək, insan üçün kamal nöqtə 2 metr ikən, milçək üçün kamal nöqtə 0.6-0.7 santimetrdir.

Bunlar kimi, Allah Taala, hər bir varlıq üçün bir kamal nöqtə təyin etmişdir. Bu kamal nöqtə, o varlığın alacağı son şəkil və böyüklük olaraq çatacağı ən son hüduddur.

"...və o kamal nöqtəsinə doğru bir meyl buraxmışdır. Sanki mənəvi bir əmrlə, ora doğru hərəkəti əmr etmişdir."

Məsələn, hər doğan varlıq, dərhal böyüməyə başlayır və özü üçün təyin edilən o nöqtəyə çatmaq üçün çalışır. Hətta bir ağacın budaqlarını kəssəniz, dərhal fərqli bir yerindən yenisi çıxır və o da böyüməyə başlayır. Yəni hər şey, böyümə üzərə proqramlanmış, hər bir varlığa bir kamal nöqtə təyin edilmiş və o nöqtəyə doğru hərəkət etməsi üçün ona bir meyil verilmişdir.

"...O şey, səfəri əsnasında, özünə mədəd verəcək və əngəlləri qaldıracaq köməyə möhtacdır. Bu isə, Allah (azzə və cəllə)'nin tərbiyəsilə olur."

Yəni, biri müsbət, digəri mənfi olan 2 şey onu gözləməkdədir.

Məsələn, bir ağacın kökü kamal nöqtəsinə doğru hərəkət edərkən, qarşısına bir qaya çıxsa, kök, o qayanı parçalamaqda və hərəkətinə davam etməkdədir. O sərt qayanı ipək kimi yumşaq köklərə boyun əydirən, Allahdır. O sərt qaya, Haqq Taalanın əmrilə parçanlanır. Yenə ağacın budaqlarındakı yarpaqlar, çiçəklər və meyvələr, yayın şiddətli istisinə qarşı təravətlərini qoruyurlar. Günəş onları yandıra və quruda bilməz. Hərarəti ağaca boyun əydirən, Allahdır. Bunlar kimi, bir varlıq, kamal nöqtəsinə doğru hərəkət edərkən bir maneə ilə qarşılaşsa, o maneəni dəf edən, Allah Taala'dır.

Bununla bərabər, o şeyin möhtac olduğu bütün ehtiyacları qarşılayan da, Allahın tərbiyəsi və idarəsidir ki, buna, "rububiyyət həqiqəti" deyirik.

Not: Dəyərli oxuyucu! Əşyanı meydana gətirən, zərrə (atom)'lardır. Bunların, əşyadan güdülən ən kamal mərtəbəyə çatması:

~ ya özləri vasitəsilədir;

~ ya təbiət vasitəsilədir;

~ ya təsadüfəndir;

~ ya da tərbiyə edən Allah ilədir.

İlk 3 variantın batil olmasını, yenə, Müəllifimiz Ustad Nursi, "Sözlər" adlı əsərinin 30-cu Sözü olan: "Təhavvülat-ı zərrat / Atomların hal dəyişiklikləri" (s. 535-536) adlı əsərində, belə açıqlamaqdadır:

Herbir zerre, eğer memur-u İlâhî olmazsa ve Onun izni ve tasarrufuyla hareket etmezse ve ilim ve kudretiyle tahavvül etmezse, o vakit herbir zerrenin nihayetsiz bir ilmi, hadsiz bir kudreti, herşeyi görür bir gözü, herşeye bakar bir yüzü, herşeye geçer bir sözü bulunmak lâzım gelir. Çünkü, anâsırın herbir zerresi, herbir cism-i zîhayatta muntazaman işler veya işleyebilir. Eşyanın intizamatı ve kavânin-i teşekkülâtı birbirine muhaliftir. Onların nizamatı bilinmezse işlenilmez, işlenilse de yanlışsız yapılmaz. Halbuki yanlışsız yapılıyor. Öyle ise, o hizmet eden zerreler, ya bir ilm-i muhit sahibinin izin ve emriyle ve ilim ve iradesiyle işliyorlar; veyahut kendilerinde öyle bir muhit ilim ve kudret bulunmak lâzım geliyor.

Evet, havanın herbir zerresi, herbir zîhayatın cismine, herbir çiçeğin herbir meyvesine, herbir yaprağın binasına girip işleyebilir. Halbuki onların teşkilâtları ayrı ayrı tarzdadır, başka başka nizamatı var. Bir incir meyvesinin fabrikası, faraza, çuha makinesi gibi olsa, bir nar meyvesinin fabrikası da şeker makinesi gibi olacaktır. Ve hâkezâ, o binaların, o cisimlerin programları birbirinden başkadır. Şimdi, şu zerre-i havaiye bütün onlara girer veya girebilir ve gayet hakîmâne ve üstadâne, yanlışsız olarak işler, vaziyetler alır. Vazifesi bittikten sonra kalkar, gider.

İşte, müteharrik havanın müteharrik zerresi, ya nebâtâta ve hayvânâta, hattâ meyvelerine ve çiçeklerine giydirilen suretlerin, miktarların teşkilâtını, biçimini bilmesi lâzım geldiği; veyahut onlar bir bilenin emir ve iradesiyle memur olması lâzım geldiği gibi:

Sakin toprak, sakin olan herbir zerresi, bütün çiçekli nebâtâtın ve meyvedar ağaçların tohumlarına medar ve menşe olmak kabil olduğundan, hangi tohum gelse ve o zerrede, yani misliyet itibarıyla bir zerre hükmünde olan bir avuç toprakta kendine mahsus bir fabrika ve bütün levazımatına ve teşkilâtına lâzım bütün cihazatı bulunduğundan, o zerrede ve o zerrenin kulübeciği olan o bir avuç toprakta, eşcar ve nebatat ve çiçekler ve meyveler envâı adedince muntazam mânevî makine ve fabrikaları bulunması; veyahut mu'cizekâr, herşeyi hiçten icad eder ve herşeyin herşeyini ve her cihetini bilir bir ilim ve kudret bulunması lâzımdır; veyahut bir Kadîr-i Mutlak,1 bir Alîm-i Külli Şeyin2 emir3 ve izniyle,4 havl ve kuvvetiyle5 o vazifeler gördürülür.

Evet, nasıl ki bir acemî, ham, âmi, âdi, hem kör bir adam Avrupa'ya gitse, bütün fabrikalara, destgâhlara girse, üstadâne kemâl-i intizamla herbir san'atta, herbir binada işler, öyle eserler yapar ki, nihayet derecede hikmetli, san'atlı, herkesi hayrette bırakıyor. Zerre miktar şuuru olan bilir ki, o adam kendi başıyla işlemiyor; belki bir üstad-ı küll ona ders verir, işlettirir.

Hem nasıl ki bir kör, âciz, yerinden kalkamıyor, basit bir kulübeciğinde oturmuş bir adam bulunuyor. Halbuki o kulübeciğe bir dirhem gibi küçük bir taş, kemik ve pamuk gibi birer madde veriliyor. Halbuki o kulübecikten batmanlarla şeker, toplarla çuha, binlerle mücevherat, gayet san'atlı, murassaatlı libaslar, lezzetli taamlar çıkıp gelse, zerre miktar aklı olan demeyecek mi ki, "O adam, gayet mu'cizekâr bir zâtın menşe-i mu'cizâtı olan fabrikasının bir mandalı veyahut miskin bir kapıcısıdır"?

Aynen öyle de, havanın zerreleri, herbiri birer mektubât-ı Samedâniye, birer antika-i san'at-ı Rabbâniye, birer mu'cize-i kudret, birer hârika-i hikmet olan nebâtât ve eşcar, ezhar ve esmardaki harekât ve hidematları, bir Sâni-i Hakîm-i Zülcelâlin,

bir Fâtır-ı Kerîm-i Zülcemâlin emir ve iradesiyle hareket ettiğini; ve toprağın zerreleri dahi, herbiri birer ayrı makine ve destgâh, birer ayrı matbaa, birer ayrı hazine, birer ayrı antika ve Sâni-i Zülcelâlin esmâsını ilân eden birer ayrı ilânnâme ve kemâlâtını söyleyen birer ayrı kaside hükmünde olan o tohumcuklarının, o çekirdeklerinin sünbüllerine, ağaçlarına menşe ve medar olmaları, emr-i كُنْ فَيَكُونُ 'a mâlik, herşey emrine musahhar bir Sâni-i Zülcelâlin emriyle, izniyle, iradesiyle, kuvvetiyle olması, iki kere iki dört eder gibi kat'îdir.

Yəni:

Hər zərrədə, həm (zərrənin) hərəkətində, həm də sükunətində, 2 günəş kimi, tövhid nuru parlamaqdadır.

...hər bir zərrə, əgər İlahi bir məmur olmaz; və Onun izni və təsərrüfü ilə hərəkət etməz; və (Onun) elm və qüdrətilə təhəvvül etməz (dəyişməz)'sə, o vaxt, hər bir zərrənin:

~ sonsuz elmi;

~ hədsiz qüdrəti;

~ hər şeyi görən gözü;

~ hər şeyə baxan üzü;

~ hər şeyə keçən sözü

olması lazım gəlir. Çünki,

Ünsürlərin hər bir zərrəsi, hər bir həyat sahibi cisimdə, intizamlı işləməkdə və ya işləyə bilməkdədir. Əşyanın intizamı və təşəkkül qanunu isə, bir-birinə müxalifdir. Onların nizamları bilinməzsə, işlənilməz; işlənilsə də, yalnışsız işlənilməz. Halbuki, yalnışsız iş görülməkdədir. Elə isə, o xidmət edən zərrələr:

~ ya muhit (hər şeyi əhatə edən) bir elm Sahibinin icazə, əmr, elm və iradəsilə işləyirlər;

~ və yaxud da özlərində belə bir muhit elm və qüdrətin mövcud olması lazımdır.

Bəli, havanın hər bir zərrəsi:

~ hər bir həyat sahibinin cisminə;

~ hər bir çiçəyin meyvəsinə;

~ hər bir yarpağın binasına

girib işləyə bilir. Halbuki, onların təşkilatları, ayrı-ayrı tərzdədir; başqa-başqa intizamları vardır. Bir əncir meyvəsinin "fabrik"i, fərz edək ki, çuxa maşını kimi olsa; bir nar meyvəsinin "fabrik"i də, qənd fabriki kimi olacaqdır və s...o binaların, o cisimlərin proqramları, bir-birindən başqadır. Bu hava zərrəsi, bütün onlara girər və ya girə bilər və çox hikmətli və usta kimi yalnışsız olaraq işləyər, vəziyyətlər alar. Vəzifəsi bitdikdən sonra isə, qalxar, gedər.

Bax,

~ hərəkətli havanın hərəkətli zərrəsi, ya bitkilərə və heyvanlara, hətta meyvələrinə və çiçəklərinə geyindirilən surətlərin, miqdarların təşkilatlarını, biçimini bilməsi lazım gəldiyi...və yaxud onlar, bir bilənin əmr və iradəsilə məmur olmaları lazım gəldiyi kimi...

~ Sakin (sükunət içində olan) torpağın sakin olan hər bir zərrəsi, bütün çiçəkli bitkilərin və meyvəli ağacların toxumlarına mədar və mənşə olmağa qabil olduğundan, hansı toxum gəlsə (yəni, içinə atılsa) və o zərrədə, yəni, misliyyət etibarı ilə bir zərrə hökmündə olan bir ovuc torpaqda, özünə məxsus bir fabrik və bütün ləvazimatlarına və təşkilatına lazım bütün cihazları olduğundan, o zərrədə və o zərrənin "kiçik klub"u olan o bir ovuc torpaqda:

• ya bitkilər, ağaclar, çiçəklər və meyvələr növü ədədincə, intizamlı mənəvi "maşın" və fabriklərinin mövcud olması;

• və yaxud da, möcüzəvi, hər şeyi heçdən icad edən, hər şeyin hər şeyini və hər cəhətini bilən bir elm və qüdrətin mövcud olması lazımdır;

• və yaxud mütləq qüdrət Sahibi, hər şeyi bilən bir Alimin əmr və izni, güc və qüvvətilə o vəzifələr gördülür (deyilməlidir).

Bəli, necə ki, bir əcəmi, xam, avam, adi, həm kor bir adam, Avropaya getsə, bütün fabriklərə, dəstgahlara girsə, usta kimi mükəmməl bir intizam ilə hər bir sənətdə, hər bir binada işləyər; elə əsərlər düzəldər ki, sonsuz dərəcədə hikmətli, sənətli, hər kəsi heyrətdə buraxmaqdadır...Zərrə miqdar şüuru olan bilər ki: O adam, öz başına işləmir; bəlkə, hər şeyi bilən bir usta ona dərs verməkdə, işlətdirməkdədir.

Həm necə ki, bir kor, aciz, yerindən qalxa bilməyən, bəsit bir klubunda oturmuş bir adam (təsəvvür edilsə). Halbuki, o kiçik kluba, bir dirhəm kimi kiçik bir daş, sümük və pambıq kimi bir maddə verilir. Halbuki, o kiçik klubdan, batmanlarla şəkər, toplarla çuxa, minlərlə cövhər, çox sənətli daş-qaşla bəzədilmiş libaslar, ləzzətli təamlar çıxıb gəlsə, zərrə miqdar ağlı olan, deməyəcəkmi ki:

"O adam, çox mövüzəvi bir Şəxsin möcüzələr mənşəi olan fabrikinin bir mandalı və yaxud miskin bir qapıçısıdır?!"

Eynilə (bu misalda olduğu kimi):

Hava zərrələrinin hər birinin,

[~ Samədani (heç bir şeyə möhtac olmayan və hər şeyin Özünə möhtac olduğu Allahın) məktub;

~ Rabbani (tərbiyədən keçirilmiş) əntiqə bir sənət;

~ qüdrət möcüzəsi;

~ hikmət xariqəsi olan]

bitkilər, ağaclar, çiçəklər və meyvələrdəki hərəkət və xidmətləri, cəlal və hikmət sahibi bir Sani (sənətkar)'ın, camal və kərəm sahibi bir Fatir (bənzərsiz yaradan)'ın əmr və iradəsilə hərəkət etdiyini;

[hər biri:

~ ayrı bir xəzinə;

~ ayrı bir əntiqə; və

~ cəlal sahibi Sani'nin isimlərini elan edən (yəni, öz üzərində oxutduran) ayrı bir elannamə; və

~ mükəmməlliyini söyləyən ayrı bir qəsidə

hökmündə olan]

o toxumlarının, o çəyirdəklərinin sünbüllərinə, ağaclarına mənşə və mədar olmaları;

"Kun fəyəkun" əmrinə Malik; hər şey əmrinə boyun əymiş cəlal sahibi bir Sani'nin əmri, izni, iradəsi, qüvvətilə olması,

2×2=4 edər kimi, qətidir. ("Sözlər", 30-cu Söz, s. 535-536)

 

Not: Bir düşün! Bütün varlıqların, xüsusilə insanın maddəsinə bir kamal mərtəbə təyin edib, ona o kamal mərtəbəyə doğru bir meyl verən, bu yolda onun ehtiyacı olduğu şeyləri verib zərərlərdən uzaqlaşdıran bir Rəbb, heç mümkünmüdür ki, insanın mənəviyyatı üçün də, bir kamal mərtəbə təyin etməsin? Onu o kamal mərtəbəyə çatdırmaq üçün, nəyin zərərli, nəyin faydalı olduğunu bildirməsin?!

--------------------

--------------------

• "Aləmin/aləmlər"

Aləm kəliməsinin əlavə olaraq gələn "yə" və "nun" hərfləri:

~ ya erab əlamətidir. "İşrin, sələsin" deyərkən olduğu kimi;

~ ya cəm əlamətidir. Çünki, aləmin hər bir cüzü də bir aləmdir;

~ ya da, (bu "aləmin" kəliməsi), bunu bildirir: Aləm, günəş sistemilə məhdud deyildir. Şairin dediyi kimi:

اَلْحَمْدُ لِلّهِ كَمْ مِنْ فَلَكٍ تَجْرِى النُّجُومُ بِه وَالشَّمْسُ وَالْقَمَرُ

"Bütün həmd, Allaha məxsusdur. Allahın neçə-neçə fələkləri vardır. O fələklərdə, ulduzlar, günəş və ay cərəyan edib hərəkət edərlər."

Quran, "رَاَيْتُهُمْ لِي سَاجِدِين / Onları, səcdə edərkən gördüm." (Yusuf/4) ayətində olduğu kimi; səcdə edənlərin müfrədini deyil; aqil (ağıllı varlıq)'ların cəmini tərcih edərək istifadə etməsi işarətdir ki, bəlağat nəzəri, aləmin cüzlərindən hər bir cüzünü, hal dililə danışan, diri və ağıllı təsəvvür edir. Çünki aləm, özü ilə Sani'nin bilindiyi, Ona şəhadət və işarət edən şeydir. Beləcə, Allahın aləmləri tərbiyə etməsi və bunların Allaha əlamət olmaları, üstdəki ayədə keçən səcdə misalı, bunların ağıl sahibləri olduğuna bir imadır.

-------------------------------

İzahı:

Ustad Nursi, nəhv (sintaksis) elminə görə, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsini təhlil edib, münasibət yönünü və bəlağat cəhətindəki incə mənanı, 3 cəhətlə bəyan etməkdədir:

• Birinci cəhət: Aləm kəliməsinin əlavə olaraq gələn "yə" və "nun" hərfləri, ya erab əlamətidir. "İşrin, sələsin" deyərkən olduğu kimi...

Ərəb dilində bəzi müfrəd (tək halda olan) kəlimələr, sonlarına ونَ və -bəzi hallarda- ينَ götürərək, cəm olurlar. Məsələn:

"مُؤْمِنٌ / mumin" kəliməsinin cəm halı - مُؤْمِنُونَ / muminun مُؤْمِنِينَ / muminin" şəklindədir.

– "كَافِرٌ / kafir" kəliməsinin cəm halı - "كَافِرُونَ / kafirun və كَافِرِينَ / kafirin" şəklindədir.

Bununla birlikdə, hər ونَ və ينَ da cəm əlaməti deyildir.

Bu məqamda sual budur:

"الْعَالَمِينَ / aləmin" kəliməsindəki ينَ hərfləri, cəm əlamətidirmi?

Ustad, belə deyir:

"Aləmin kəliməsinin sonundakı yə və nun hərfləri, "sələsin" və "işrin" kəlimələrində olduğu kimi, yalnız erab əlamətidir..."

E'rab: Kəlimənin sonundakı hərf və ya hərəkənin dəyişməsidir.

Bu nümunəni bir az daha açaq:

Ərəb dilində, 20, 30...90 saylarına "Uqud sayları" deyilir. "Uqud" sözünün hərfi mənası, "düyünlər" deməkdir. Sayarkən, onluqlara çatanda, sanki düyün vurub növbəti onluğa keçirsən. Bu saylar, aşağıdakılardır:

– عِشْرُونَ ، عِشْرِينَ /  işrun, işrin: 20

– ثَلاَثُونَ ، ثَلاَثِينَ /  sələsun, sələsin: 30

– أَرْبَعُونَ ، أَرْبَعِينَ /  ərbəun, ərbəin: 40

– خَمْسُونَ ، خَمْسِينَ /  xamsun, xamsin: 50

– سِتُّونَ ، سِتِّينَ /  sittun, sittin: 60

– سَبْعُونَ ، سَبْعِينَ /  səbun, səbin: 70

– ثَمَانُونَ ، ثَمَانِينَ /  səmənun, səmənin: 80

– تِسْعُونَ ، تِسْعِينَ /  tisun, tisin: 90

Bu sayların sonundakı ونَ və ينَ hərfləri, cəm üçün deyil, e'rab üçündür. Uqud saylarının e'rabı, ونَ və ينَ ilə edilir. Yəni "عِشْرِينَ,  / işrin", "عِشْرُونَ / işrun", "iyirmi" mənasında olub, "iyirmilər" mənasında deyildir. Yenə, "ثَلاَثِينَ, ثَلاَثُونَ  /  sələsun, sələsin", "otuz" mənasında olub, "otuzlar" mənasında deyildir.

Eynilə bunun kimi, "الْعَالَمِينَ /  aləmin" kəliməsinin sonundakı ينَ hərfləri də, cəm əlaməti olmayıb e'rab əlamətidir. Bu halda, "الْعَالَمِينَ /  aləmin" kəliməsi, cəm halda olan bir kəlimə deyil, müfrəd (tək halda olan) bir kəlimə olur.

Bəs cəm əlamət olmamağın mənaya təsiri nədir?

Cavab:

Əgər cəm əlaməti olarsa, "رَبِّ الْعَالَمِينَ  /  Aləmlərin Rəbbi" mənasına gələr. Əgər cəm əlaməti deyil, e'rab əlaməti olarsa, bu halda, "Aləmin Rəbbi" mənasına gələr. Yəni erab əlaməti olması halında, kəlimə müfrəd (tək) qəbul edilir və məna buna görə verilir.

Bu halda, "ٱلْعَـٰلَمِينَ /  aləmin" kəliməsi, bu kainatın cümləsinin adıdır.

 

• İkinci cəhət: Aləm kəliməsinin əlavə olaraq gələn "yə" və "nun" hərfləri, cəm əlamətidir. Çünki, aləmin hər bir cüzü də bir aləmdir;

Bu ehtimala görə, "رَبِّ الْعَالَمِينَ / Aləmin Rəbbi" mənasında deyil, "Aləmlərin Rəbbi" mənasındadır.

 

• Üçüncü cəhət: Aləm kəliməsinin əlavə olaraq gələn "yə" və "nun" hərfləri, aləmin, günəş sistemilə məhdud olmadığını göstərir. Şairin dediyi kimi:

اَلْحَمْدُ لِلّهِ كَمْ مِنْ فَلَكٍ تَجْرِى النُّجُومُ بِه وَالشَّمْسُ وَالْقَمَرُ

"Bütün həmd, Allaha məxsusdur. Allahın neçə-neçə fələkləri vardır. O fələklərdə, ulduzlar, günəş və ay cərəyan edib hərəkət edərlər."

Yəni:

"الْعَالَم / aləm" kəliməsi, tək bizim günəş sistemimizə məxsus deyildir; başqa sistemlər də, "aləm" təbirinə daxildirlər. O vaxt, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, sadəcə bu aləmin (bizim içində yaşadığımız sistemin) ismi olmayıb, digər sistemlərə də aləm deyildiyindən dolayı, yenə cəm olur. O zaman, "رَبِّ ٱلْعَـٰلَمِينَ / Rabbil-aləmin" təbirinə, bizim günəş sistemimizlə bərabər, digər qalaktikalar, günəşlər, ulduzların cümləsi daxildir. O cəlal sahibi Allah, hamısının Rəbbidir. Bu etibarla, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, yenə cəm olur.

Ustad Said Nursi, bu mənaya dəlil və şahid olaraq, bir şairin bu mövzudakı şeirini nəql edir. Şair, başqa aləmlərin və qalaktikaların varlığına işarətən belə demişdir:

اَلْحَمْدُ لِلّهِ كَمْ مِنْ فَلَكٍ تَجْرِى النُّجُومُ بِه وَالشَّمْسُ وَالْقَمَرُ

"Bütün həmd, Allaha məxsusdur. Allahın neçə-neçə fələkləri vardır. O fələklərdə, ulduzlar, günəş və ay cərəyan edib hərəkət edərlər." (Bu beyt, əbu'l-Ala əl-Maarri'yə nisbət edilməkdədir. bax: "Məfatihu'l-Ğeyb", 1/18; 14/102; 15/65)

 

Xülasə: 

1. "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, əgər bütün bu aləmin ismidirsə, yəni bütün kainata birdən aləm deyilərsə, parçaları murad deyildirsə və bu sistemdən başqa da sistem yoxdursa, o vaxt "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, cəm deyildir. ي (yə) və ن (nun) hərfləri isə, e'rab əlamətidir.

2. Əgər bu aləmin hər bir cüzünə -Sani'ini göstərdiyi etibarla- aləm deyilərsə, o vaxt, bu kainatda zərrələr ədədincə aləmlər vardır. Bu etibarla, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi cəm olur. ي (yə) və ن (nun) hərfləri də, cəm əlamətidir.

3. Və yaxud "ٱلْعَـٰلَمِينَ / aləmin" təbiri, yalnız bu sistemimizin adı deyilsə, başqa sistemlər də varsa -ki, bir rəvayətə görə vardır- o zaman, onlar da, bir aləmdirlər. Bu halda, "ٱلْعَـٰلَمِينَ / aləmin" təbirinə, onlar da daxildirlər. Bu etibarla, yenə ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi, cəm olur. Çünki bu aləmimiz kimi, onlar da bir aləmdirlər.

 

Müəllif, belə davam edir:

"Quran, "رَاَيْتُهُمْ لِي سَاجِدِين / Onları, səcdə edərkən gördüm." (Yusuf/4) ayətində olduğu kimi; səcdə edənlərin müfrədini deyil; aqil (ağıllı varlıq)'ların cəmini tərcih edərək istifadə etməsi..."

Ərəblər, aqil (ağlı olan) bir varlığa işarət edərkən fərqli bir damir (şəxs əvəzliyi) istifadə edir; qeyr-i aqil (ağlı olmayan) varlığa işarət edərkən də fərqli bir damir istifadə edirlər.

Məsələn, "heyvanlar" kəliməsi, "heyvanat" şəklində cəmlənərkən; "möminlər" kəliməsi, "mu'minun" şəklində cəmlənir.

Bu məqamda, sual budur:

Burda, "رَاَيْتُهُمْ لِي سَاجِدِين / Onları (haşiyə), səcdə edərkən gördüm." (Yusuf/4) ayətində olduğu kimi, "ٱلْعَـٰلَمِينَ / aləmin" təbirində, nəhv qaydasına görə, ağıl sahibləri üçün istifadə edilən cəm formasının tərcih edilməsinin səbəbi nədir? Niyə, "عَوَالِمُ / avalim" və ya "عَالِمَات / alimət" kəlimələri yerinə, "ٱلْعَـٰلَمِينَ / aləmin" kəliməsi tərcih edilmişdir?

------------------------------

(Haşiyə:

Ayətdəki "onlar" ifadəsilə, "günəş, ay və ulduzlar" qəsd edilmişdir. Bu varlıqlar, qeyr-i aqil / ağıllı olmayan varlıqlardır.)

------------------------------

Ustad, buna belə cavab verir:

"...Bəlağat nəzəri, aləmin cüzlərindən hər bir cüzünü, hal dililə danışan, diri və ağıllı təsəvvür edir..."

Bəlağat elmində, qeyr-i aqil varlıqların hər biri, həyat sahibi, ağıllı, mütəkəllim (danışan) surətində təsəvvür edilə bilər. Hətta bu təsəvvürlə, neçə-neçə əsərlər yazılmış; həm cansızlar, həm bitkilər, həm də heyvanlar, bir-birilərilə danışdırılmışlardır. Hələ bu hal, varlıqlar ilə Allah arasında düşünüldüyündə, qeyr-i aqil varlıqların aqil və mütəkəllim surətində təsəvvür edilməsi, hikmətlidir.

Bunun səbəbini, Ustad belə izah edir:

"Çünki aləm, özü ilə Sani'nin bilindiyi, Ona şəhadət və işarət edən şeydir."

Raqib əl-İsfahani, "əl-Mufrədat" adlı əsərində, "aləm" kəliməsi haqqında belə deyir:

Bu kəlimə, əsl etibarı ilə, "özü ilə bilinən şey"in ismidir. Eynilə, özü ilə tab edilən şeyə "طَابَع / tabe"; və özü ilə möhürlənən şeyə "خَاتَم / xatəm" deyildiyi kimi..."عَالَم / aləm" kəliməsinin bu formada gəlməsi, alət kimi olduğu üçündür. Çünki aləm, Yaradıcısına dəlalət etməsi cəhətindən, alətdir. Bundan dolayı, Allah Taala, Öz birliyini öyrənmə xüsusunda, bizi aləmə yönləndirmiş və məsələn,

أَوَلَمْ يَنظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالأَرْضِ

"Göylərin və yerin mələkutunu heç düşünmürlərmi?" (Əraf/185) buyurmuşdur. (bax: "əl-Mufrədat", s. 721)

Kainatın bütünü bir aləm olub Sənətkarı olan Allaha dəlalət və şəhadət etdiyi kimi, kainatın hər bir üzvü də, kiçik bir aləm olub eyni dəlaləti və şəhadəti etməkdədir. Ustad bu mənanı belə ifadə edir:

"Beləcə, Allahın aləmləri tərbiyə etməsi və bunların Allaha əlamət olmaları, üstdəki ayədə keçən səcdə misalı, bunların ağıl sahibləri olduğuna bir imadır."

 

Not: Dəyərli oxuyucu! Diqqət etsən, burdan, Quranın birəbir tərcüməsinin də mümkün olmadığını başa düşərsən. Çünki, "aləmin" kəliməsini, ya erab əlaməti olaraq, ya da cəm əlaməti olaraq tərcümə etsək, bu mənalardan 1-i itəcək.

-----------------------------

-----------------------------

-----------------------------

ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

"ər-Rahməni'r-Rahim / Rahmən - Rahim" (Fatihə/3)

------------------------------

Təfsiri:

Nəzm cəhəti:

Bu 2 isim, tərbiyənin 2 əsasına işarətdir. Çünki:

~ "Rahmən", "ruzi verən" mənası ilə, mənfəətləri cəlbə uyğun düşür;

~ "Rahim" isə, Ğaffar (bağışlayan) mənası ilə, zərərləri dəfə münasibdir.

Bu ikisi də, tərbiyənin 2 əsasıdır.

---------------------------

İzahı:

Ustad Said Nursi də, burda, "ər-Rahməni'r-Rahim" isimlərinin, "Rabbi'l-aləmin" ilə münasibəti haqqında deyir ki:

"Bu 2 isim, tərbiyənin 2 əsasına işarətdir."

Bəli, tərbiyə, 2 əsasdan mütəşəkkildir:

1. Mənfəətləri cəlb etmək;

2. Zərərləri dəf etmək

Məsələn, insan tərbiyəsini ələ alaq:

- İnsana, göz, qulaq, dil, əl və ayaq kimi maddi cihazlar taxmaq;

- Məhəbbət, ağıl, idrak, qorxu kimi mənəvi hislərlə təchiz etmək;

- Həyatının davamı üçün lazım olan ruzini ona yetişdirmək;

- Bütün məxluqatı ona boyun əydirmək;

- Hər ehtiyacını qarşılamaq və münasib vaxtda ona çatdırmaq və s.

Tərbiyənin birinci qismi, mənfəətləri cəlbdir.

Tərbiyənin ikinci qismi isə, zərərləri dəf etməkdir. Məsələn:

- Vücudunda zərərli mikroblara qarşı bir sistem qurmaq;

- Həyatına qəsd edən və ona zərər verəcək şeylərdən onu mühafizə etmək və s.

~ "ər-Rahmən" ismi, tərbiyənin birinci əsası olan "mənfəətləri cəlb"ə baxmaqdadır. Çünki Rahmən ismi, Rəzzaq mənasındadır. Rəzzaq da, "ruzi verən" mənasında olub, bu da mənfəətləri cəlbə işarətdir. Çünki hər ruzi bir mənfəətdir; ruzinin verilməsi də, mənfəətin cəlbidir.

Bunu, aşağıdakı linkdən daha geniş oxuya bilərsən:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/bismill%C9%99hir-rahm%C9%99n...

~ "ər-Rahim" ismi isə, tərbiyənin ikinci əsası olan "zərərləri dəf"ə baxmaqdadır. Çünki Rahim ismi, "Ğaffar" mənasındadır.

Dəyərli oxuyucu! Bütün mövcudat, acizlik və möhtaclıq içindədir.

~ Onun möhtaclıq halının təmin edilməsi üçün, ehtiyacı olan şeylərin verilməsi lazımdır. Bunu isə, ruzi qarşılamaqdadır.

~ Acizlik halında olan mövcudat, heç bir işini, doğru görə bilmək üçün lazımi qüdrətə, elmə sahib deyildir. Bu səbəbdən, acizliyi, ona, davamlı, yalnış işləri gördürə bilər. Etdiyi xətalar ilə cəzaya haqq sahibi olacaq ikən, bu xətalarını əfv edib, ona acizliyi nisbətində şəfqətilə yardımçı olacaq bir Rəbb lazımdır. Bu isə, "əl-Ğaffar" mənası ilə bir rəhməti göstərir.

Burda, "Ğaffar" ismi, həm təkvini, həm də təklifi cəhətdən ələ alınmışdır. Bunun üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir

Demək, bu 2 isim, tərbiyənin 2 təməl əsasına baxıb işarət etdiyi üçün, "Rabbi'l-aləmin" sözündən sonra gəlmişdir. (haşiyə)

-----------------------------

(Haşiyə:

Rahmən və Rahim isimlərinin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-v%C9%99-r%C9%99h...

-----------------------------

-----------------------------

-----------------------------

مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ

Məliki yəvmi'd-din.

Yəni:

"Din gününün maliki." (Fatihə/4)

----------------------

Təfsiri:

Allah, din gününün, yəni, haşr və cəza (əməllərin qarşılığının veriləcəyi) günün maliki (sahibi)dir.

Bu ifadə, əvvəlkinin bir nəticəsi kimidir. Çünki, rəhmət, qiyamət və əbədi səadətin dəlillərindəndir. Çünki, rəhməti, rəhmət; neməti, nemət qılan, qiyamətin gəlməsi və əbədi səadətin hasil olmasıdır.

Yoxsa, ən böyük nemətlərdən olan ağıl, insana bir müsibət olar. Rəhmətin ən lətif növlərindən olan məhəbbət və şəfqət, əbədi ayrılıq mülahizəsilə, şiddətli bir ələmə (əzaba) inqilab edər (çevrilər).

---------------------------

İzahı:

"Məliki yəvmiddin/Din gününün maliki" təbirinin, özündən əvvəl keçən "ər-Rahməni'r-Rahim" ifadəsilə nəzm yönü budur:

Bu təbir, əvvəlkinə nəticədir. Çünki "rəhmət", qiyamət və əbədi səadətin ən qüvvətli dəlillərindəndir. Çünki rəhmətin rəhmət; nemətin nemət olması, ancaq qiyamətin gəlməsi və əbədi səadətin hasil olması ilə mümkündür. Yoxsa, rəhmət də, nemət də əzaba inqilab edər, çevrilər.

Demək, ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ifadəsi, dəlildir. مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ təbiri də, onun nəticəsidir.

İndi ey muxatab! ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ilə مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ arasındakı nəzm yönündən, qiyamət və haşr həqiqətinin necə zühur etdiyini; Rahmən və Rahim isimlərinin haşri zəruri olaraq necə iqtiza etdiyini (gərəkdirdiyini); bu 2 sifətin mənası, haşrsiz və əbədi səadətsiz gerçəkləşməyəcəyini; dolayısı ilə, "din günü"nün, bu 2 sifətin nəticəsi olaraq necə təzahür etdiyini bir parça fəhm etmək istəyirsənsə, bu gələcək izahlara diqqət et:

Bu linkdə, "2-ci Surət və 2-ci Həqiqət", bu mövzunun izahına dairdir:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/axir%C9%99t-h%C9%99yatina-im...

---------------------

---------------------

Əgər: "Allah Taala, daim hər şeyin sahibi ikən, burda, 'din gününün maliki' şəklində təxsisən söylənməsi, nə üçündür?" desən,

Cavab olaraq deyərəm:

Allah Taala, ağlın zahiri nəzərində, əşyanın mülk cəhətindəki xəsis işlər ilə qüdrət əlinin mübaşirəti görülməsin deyə, əzəmətini izhar üçün, bu kövn və fəsad aləmində, zahiri səbəbləri qoydu.

Bax bu səbəblər, hesab günü ortadan qalxar və hər şeyin mələkutiyyəti saf, şəffaf olaraq təcəlli edər. Elə ki, hər şey, vasitəsiz, Seyyidini və Sani'sini görər, tanıyar.

---------------------------

Mətnin izahına keçmədən əvvəl, bəzi istilahları açıqlayaq. Belə ki:

Mülk və Mələkut:

• Əşya və hadisələrin iç üzü, görünməyən cəhəti, hikmət tərəfi;

• Ruhlara və mələklərə məxsus qeyb aləmi;

• Mülk aləmini idarə edən İlahi qanunlar

 

"Mələkut" kəliməsi: əşyanın iç üzünü ifadə edir. Bizlər ümumi olaraq, əşyanın bizə baxan mülk cəhətini görürük. Mələkut cəhətini isə, iman nuru ilə görə bilərik.

İnsanı heyvandan ayıran ən əhəmiyyətli özəllik, ağıl sahibi olması, yaşadığı mülk aləminin iç üzünü də düşünə bilməsi, başa düşə bilməsi və ondan istifadə edə bilməsidir. Su və torpaq, mülk aləmindən ikən; bir damla suda mövcud olan milyonlarca mikrob, bir qram torpaqda mövcud milyonlarla bakteriya, mələkutiyyətdən xəbər verməkdədir. Maddi varlıqların görünməyən iç üzlərinə mələkut deyilsə də, mələkutiyyət deyildiyi zaman, daha çox, əşyadan cari olan qanunlar, bədənlərdə hökm edən ruhlar xatirə gəlir.

"Risale-i Nur"da keçən: "Her şeyin içine melekut, dışına da mülk denir..." (Mesnevi-i Nuriye, "Hubab", s. 92) ifadəsinə görə, bu görünən şəhadət aləmi, eyni zamanda mülk aləmidir. Görünməyən əmr aləmi isə, mələklər, axirət aləmləri kimi bütün aləmlər də, mələkut ilə ifadə edilirlər.

Bəzi alimlər, insan bədəninin mülk, ruhunun isə, mələkut olduğu ifadə edərkən; digər bir qismi, bədənin görünməyən qisimlərini də mələkut olaraq qəbul edirlər. Buna görə:

فَسُبْحَـٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ

"Əlində hər şeyin mələkutu Olan Allah, pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız." (Yasin/83) ayətini, 2 şəkildə başa düşə bilərik:

1. Hər şeyi idarə edən görünməz qanunlar, sistemlər, hamısı Allahın qüdrətindədir və Onun təqdiri ilə vəzifə görürlər. Bədəni idarə edən ruh kimi.

2. Heç bir məxluq, öz daxili cəhətinə əl uzada, güc çatdıra bilməz. Bizim daxilimizi də, heyvanın daxilini də, ağacın, dənizin içini də, Allah idarə etməkdədir.

İbrahim (əleyhissəlam)'a: "...göylərin və yerin mələkutunun göstərilməsi..." hadisəsinə, bu cəhətdən də baxa bilərik. Yəni bu möhtəşəm aləmin, bir saray, bir şəhər, bir fabrik kimi asanca idarə edildiyi, Allah Taala tərəfindən İbrahim (əleyhissəlam)'a göstərilmişdir.

Mələkutun bir başqa mənası da: Hadisələrin bilə bilmədiyimiz hikmət yönüdür. Məsələn, xəstəliyin mülk cəhəti, izdirab, ağrı və acılardır. Mələkut cəhəti isə:

• günahlara kəffarət olması;

• insanı mənəvi cəhətdən yüksəltməsi;

• qəlbini dünyadan axirətə;

• xalqdan Xaliqə çevirməsi

kimi, nurani meyvələrdir.

 

"Risale-i Nur"da, mülk və mələkutun bu mənası da, gözəl bir şəkildə işlənməkdədir. Bunlardan bir misal:

"...âyinenin iki vechi (yönü) gibi, herşeyin bir mülk ciheti var ki, âyinenin mülevven (rəngli) yüzüne benzer; muhtelif renklere ve hâlâta (hallara) medar (qaynaq, mənbə) ola bilir:

Biri melekût'tur ki, âyinenin parlak yüzüne benzer. Mülk ve zahir vechinde (yönündə), kudret-i Samedâniyenin (Saməd olan Allahın qüdrətinin) izzetine ve kemâline münâfi hâlât zidd hallar) vardır. Esbab (səbəblər), o hâlâta (hallara) hem merci (rücu edilən, dönülən yer), hem medar (qaynaq) olmak için vaz edilmişler (yerləşdirilmişlərdir). Fakat melekûtiyet ve hakikat cânibinde (yönündə), herşey şeffaftır, güzeldir, kudretin bizzat mübaşeretine (şəxsən təmasına) münasiptir, izzetine münâfi (ziidd) değildir..." (Sözler, 22. Söz, 2. Makam, 1. Lema, s. 287)

Məlum olduğu üzərə, aynanın 2 üzü vardır:

Parlaq üzü və rəngli üzü (yəni aynanın önü və arxası).

Rəngli üzü, çox fərqli rənglərdə ola bilər. Lakin bu fərqlilik, parlaq üzə təsir etməz. Arxa üzünü nə qədər qatı rənglə boyasaq, ön tərəfi o dərəcə parlaq görünür.

Eynilə bunun kimi, əşyanın və hadisələrin də, 2 üzü vardır:

• Bizə baxan üzü, aynanın rəngli qisminə (arxa tərəfinə) bənzəyir. Burda fərqli rənglər və görüntülər ola bilər.

• Mələkut cəhəti isə, aynanın şəffaf üzü kimidir və daim parlaqdır.

Bu məsələnin dəlili üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...

-------------------------

"Kövn və fəsad aləmi":

Kövn, "hərəkət, sükun, ictima və iftiraq"dan ibarətdir. Mətndə keçən "kövn və fəsad aləmi" təbirindən murad olunan, bu 4 ünsürün hakim olduğu aləm deməkdir. Eynilə, "mövcudat" haqqında da bu 4 ünsür hakimdir.

İctima, aləmin toplanması; iftiraq isə, aləmin dağılması deməkdir.

Məzkur cümlədə keçən "fəsad"dan murad; yer üzündəki fitnə demək deyildir; aləmin ölüm, zaval və dağılması deməkdir.

Ustad Nursi, "kövn" təbirini, kəlam elmi məfhumu cəhətindən istifadə etmişdir. Yəni, kəlam alimləri, kainatı, "hərəkət, sükun, ictima və iftiraqdan ibarətdir." şəklində tərif etmişlərdir. Hərəkət olmazsa, fəsad da olmaz. Bu kainatda nəyə nəzər edərsənsə et, daim hər şeyi ya hərəkət, ya sükun, ya ictima, ya da iftiraq halında görərsən.

---------------------------

İzahı:

Ayətdə "Məliki yəvmiddin/din gününün maliki" buyurulmuşdur. Halbuki Allah Taala, sadəcə din gününün deyil, hər şeyin malikidir. Bu halda, مَالِكِ يَوْمِ الدِّينِ yerinə, bu ifadələr ola bilərdi:

- مَالِكِ الدُّنْيَا وَالآخِرَةِ - dünya və axirətin maliki

– مَالِكِ الَعَالَمِينَ - aləmlərin maliki

– مَالِكِ كُلِّ شَيْئٍ hər şeyin maliki

Belə geniş ifadələr yerinə, مَالِكِ يَوْمِ الدِّينِ "din gününün maliki" deyilərək təxsis gətirilmiş və Allahın sadəcə din gününün sahibi olduğu bəyan edilmişdir.

Burda sual budur:

"Allahın hər şeyə malik və sahib olduğu bir həqiqət ikən, malikiyyətinin burda haşr və cəza gününə təxsisinin səbəbi nədir?"

Ustad Nursi (rahiməhullah), buna belə cavab verir ki:

Haqq Taala, zahirən çirkin və mərhəmətsiz kimi görünən, ancaq həqiqətdə xeyir və gözəllik olan bəzi işləri (xəstəlik, müsibət və s. kimi) səbəblər pərdəsi arxasında icra etməkdədir. Çünki bəşərin məhdud ağlına qüdrətin şəxsən təması göstərilsə idi, üsyana və şikayətlərə qapı açılmış olacaqdı. Allahın izzət və əzəmətidir ki, haqsız və yersiz şikayətlərə səbəbləri hədəf və pərdə qılmışdır. Ta ki, zahirən çirkin və zərərli görünən fellər və işlər, Ona isnad edilməsin. Əslində, həqiqətdə, o çirkin və mərhəmətsiz kimi görünən şeylər, çirkin və mərhəmətsiz deyildirlər. İnsan, dar ağlı və aciz fitrətindən dolayı, şikayətə əlverişli olduğu üçün, şikayət və tənqid hədəfini səbəblərə yönləndirir. Səbəblər olmasa, şikayət və tənqidlər, birbaşa Allaha gedəcəkdir. Bunun üçün Allah, səbəbləri yaratmışdır ki, haqsız və yersiz şikayətlərə məruz qalmasın.

Not: Bu mövzunun daha geniş izahını, burdan oxu:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s...

Axirətdə isə, hər şeyin şəffaf, parlaq və gözəl üzü görüləcəyindən dolayı, səbəblər yaradılmayacaqdır. Bu dünyada səbəblər əlilə iş görən Allah Taala, axirətdə səbəbsiz iş görəcək və hər şeyi doğrudan qüdrətilə yaradacaqdır.

Yenə bu dünyada Allah Taalanı səbəblər pərdəsi arxasından görən insanlar, axirətdə Allahı vasitəsiz görəcəkdirlər.

Bax, həm səbəblərin o gün olmadığına, həm də Allahın vasitəsiz görüləcəyinə işarətən, Allah Taala, مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ "din gününün maliki" olaraq vəsf edilmiş; "hər şeyin maliki" olmaqla vəsf edilməmişdir. (haşiyə)

--------------------------

(Haşiyə:

• Məlik isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99lik-isminin-s%C9%99rhi

• Malikul-mülk isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/malikul-mulk-isminin-s%C9%99rhi

• Məlik və Malik isimləri arasındakı fərq:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99lik-v%C9%99-malik-eyn...

--------------------------

--------------------------

"Yəvm/gün"

Saatın, saniyə, dəqiqə, saat və günlərini sayan əqrəbləri arasında əlaqə olması kimi; "din günü" ifadəsindəki "gün" təbiri də, gün, il, insan ömrü və dünyanın dövrü arasında açıq bir münasibət olmasından dolayı, haşrın əlamətlərindən birinə, hads yolu ilə işarət edər. Necə ki, dövrünü tamamlayan bir əqrəbi görən şəxs, digərinin də, -vələv bir müddət sonra da olsa- dövrünü tamamlayacağını, öz nəfsində təsdiq edər. Onun kimi də, gün, il və misillərində təkrarlanan növ'i qiyamətləri görən kimsə, şəxsi bir növ kimi olan insan üçün, haşr gününün sabahında, səadət baharının doğacağına hökm edər.

-------------------------

İzahı:

Bunun izahını, bu linkdə "5-ci Burhan"da oxuya bilərsən:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/axir%C9%99t-h%C9%99yatinin-%...

--------------------------

--------------------------

"Din"

~ ya cəzadır, yəni, xeyrə və şərrə aid əməllərin qarşılığının veriləcəyi gündür;

~ ya da dinin həqiqətləridir. Yəni, dinin bildirdiyi həqiqətlərin doğduğu, ortaya çıxdığı, etiqad dairəsinin, səbəblər dairəsinə qələbə çaldığı gündür.

Çünki, Allah (azzə və cəllə), məşiətilə, kainatda səbəbləri nəticələrə bağlayan bir nizam qoydu və insanı, təbiətilə, vəhmilə, xəyalı ilə, bu nizama riayət etməyə və onunla bağlanmağa düçar etdi.

Ayrıca, hər şeyi, məzkur nizama mütəvəccih qıldı (yönəltdi) və mülkündə, səbəblərin təsiri olmasından münəzzəh oldu. İnsanı da, etiqad və iman yönündən, vicdanı ilə, ruhu ilə, bu dairəyə riayət etmək və onunla irtibat halında olmaqla mükəlləf qıldı.

Dünyada, səbəblər dairəsi, etiqad dairəsinə qalibdir. Axirətdə isə, etiqad dairəsi, səbəblər dairəsinə qalib olacaq şəkildə təcəlli edəcəkdir.

Bil ki: Bu 2 dairənin hər biri üçün, müəyyən bir məqam və xüsusi hökmlər vardır. Dolayısı ilə, hər birinin haqqının verilməsi lazımdır. Səbəblər dairəsi məqamında ikən, hər kim, təbiətilə, vəhmilə, xəyalı ilə və səbəblərin ölçüsü ilə etiqad dairəsinə baxarsa, mötəzilə kimi düşünməyə məcbur qalar.

Və hər kim etiqad dairəsi məqamında və ölçüləri içində ikən, ruhu ilə, vicdanı ilə səbəblər dairəsinə baxsa, tənbəlcə bir təvəkkülü və hər şeyi nizama qoyan İlahi iradə qarşısında bir təmərrüdü nəticə verər.

----------------------------

İzahı:

Ustad Nursi (rahmətullahi aleyh), burda, دِينِ kəliməsinin 2 fərqli mənası olduğunu nəzərə verməkdədir. Belə ki:

1. "Din" kəliməsindən məqsəd, "cəza" ola bilər. Burdakı "cəza", "qarşılığını vermək" mənasında olub, Azərbaycan dilindəki "cəzalandırmaq" mənasında deyildir. Yəni, bu dünyada hər kim nə əməl etmişdirsə, o gün qarşılığını görər. Allaha qul olanlar, mükafat; asi olanlar da, cəza görər. Bu halda, ayətin mənası, belə olur: "(Allah), cəza, yəni, xeyir və şərrin qarşılığının verildiyi gününün sahibidir."

2. "Din" kəliməsindən məqsəd, İslam dinin həqiqətləri ola bilər. Bu halda məna belə olur: "(Allah), dinin həqiqətlərinin meydana çıxacağı günün sahibidir."

Ustad Nursi, bu ikinci ehtimalı, belə izah etməkdədir:

Bu dünyada qeybi olaraq iman etdiyimiz hər şeyi, o gün gözümüzlə görəcəyik. Bütün iman və din həqiqətlərini, o gün yəqinliklə biləcəyik. Mələklər, peyğəmbərlər, mizan, hesab və s. o gün tam mənası ilə meydana çıxacaq.

Yenə o gün, etiqad dairəsi, səbəblər dairəsinə qalib gələcək. Bu dünya, səbəblər dairəsidir; hər şey bir səbəblə xəlq edilir. Bu cəhətdən, səbəblər dairəsi, etiqad dairəsinə pərdə olur. Yəni, məsələn insan:

- Meyvəni Allahın yaratdığını bilir; ancaq ona sahib ola bilmək üçün, ağac səbəbinə sarılır;

– Yumurtanı Allahın yaratdığını bilir; ancaq onu əldə edə bilmək üçün, toyuq səbəbinə söykənir;

- Əkinləri Allahın yaratdığını bilir; ancaq onun üçün tarla qazır, sulayır və digər səbəblərə baş vurur.

Bunlar kimi bu dünyada, səbəblər dairəsi, etiqad dairəsinə -bir cəhətdən- qalib gəlmişdir. Bu dünya, Qadir isminin deyil, Hakim isminin hakimiyyəti altındadır. Qadir ismi, ancaq, Hakim isminin izn verdiyi qədər təcəlli etməkdədir.

Axirətdə isə, səbəblərin heç bir hökmü yoxdur. Hər şey, bir başa Allahın qüdrəti ilə yaradılacaq. Axirət, Hakim ismindən çox, Qadir isminin təcəlligahıdır.

Bax bu cəhətlə, axirət, etiqad dairəsinin səbəblər dairəsinə qələbə çalacağı bir gündür. Bu səbəblə, "din" kəliməsilə, dinin həqiqətləri qəsd edilmiş ola bilər.

Ustad Nursi, bu cəhətin izahına belə davam etməkdədir:

"...hər şeyi, məzkur nizama mütəvəccih qıldı (yönəltdi) və mülkündə, səbəblərin təsiri olmasından münəzzəh oldu. İnsanı da, etiqad və iman yönündən, vicdanı ilə, ruhu ilə, bu dairəyə riayət etmək və onunla irtibat halında olmaqla mükəlləf qıldı."

Allah Taala, bu dünyada, hər nəticəni bir səbəbə bağlamışdır. Məsələn:

- Balı arının əlilə;

- Südü inəyin əlilə;

- Meyvəni ağacın budağı ilə;

- İpəyi, böcəyin əlilə;

- Yağışı buludun əlilə

vermişdir. Və bunlar kimi hər nəticəni, bir səbəbə bağlamışdır. Bununla da, kainatda intizamı təmin edən bir nizam yerləşdirmişdir. Hər şeyi də, o nizama riayət etməyə və o nizamla qalmağa yönləndirmişdir. Yaradılan hər varlıq, bu nizama görə hərəkət etməkdə; nizamın xaricində qalanlar da, rədd cavabı alaraq həlak olmaqda, müvəffəqiyyətsizliyə uğramaqdadır.

Bil ki, etiqad dairəsi ilə səbəblər dairəsinin hər biri üçün müəyyən bir məqam, xüsusi bir əhkam vardır. O halda, hər birinin məqamı və hökmü nədirsə, onun haqqını vermək lazımdır. Yəni 2 dairənin məqamını və əhkamını bir-birilə qarışdırmamaq lazımdır.

Hər kim bu dünyada, dünyaya aid məsələlərdə, zahiri fitrəti və təbiətilə və vəhmi və xəyalı ilə və səbəblərin ölçüsü ilə etiqad dairəsinə nəzər edərsə, yəni buna görə etiqadi məsələlərə baxarsa, Mötəzilə kimi düşünmüş olar. Onlar kimi, "İnsan, öz felinin xaliqidir." şəklində düşünər. Niyə belə düşünər? Çünki özü səbəblər dairəsində durmuş; onun ölçüsü ilə etiqadi məsələlərə inanmağa çalışır. Sonra görür ki, çalışmadan özünə bir şey verilmir. O vaxt, özünü, öz felinin xaliqi zənn etməyə başlayır; beləcə, mötəzilə olub dəlalətə girir, istiqaməti itirmiş olur.

Yəni, səbəblər dairəsində dayanıb, etiqad dairəsini düşünmədən aləmə baxdığında, "İnsan, öz felinin xaliqidir." deyə düşünür. Çünki xeyir olsun, şər olsun, etmədiyi, işləmədiyi bir fel, heç bir vaxt meydana gəlmir. O vaxt: "Demək, insan, öz felinin xaliqidir." deyir.

Və eynilə, etiqad məqamının miqyası ilə, ölçüsü ilə, səbəblər dairəsinə baxarsa, bu, tənbəlcə təvəkkülü nəticə verər və kainatdakı nizama qarşı gələr, bu nizama riayət etməz. Həm bu şəxs, səbəbləri tərk edib, "Hər şey, Allahın əlindədir." deyər; zahiri səbəbləri görməz. Halbuki, bu 2 dairənin ayrı-ayrı hökmləri və məqamları vardır.

Məsələn, bir insan, etiqad dairəsində ikən, onun ölçüsü ilə hərəkət edib, "Necə olsa, hər şey Allahın əlindədir." deyib, ağlı ilə səbəbləri düşünmədən, ona riayət etmədən addım atarsa, həm tənbəlcə təvəkkülə alışar; həm aləmin nizamına müxalifət edər; həm də istiqamətdən çıxar.

Bu 2 dairənin məqamını və hökmünü bir-birinə qarışdırmamağın tək çarəsi, etiqad dairəsi ilə səbəblər dairəsinin hər biri üçün ayrı-ayrı müəyyən bir məqam, məxsus bir əhkam olduğunu; ikisinə də riayət etmək lazım gəldiyini bilmək və ona görə hərəkət etməkdir.

Etiqad dairəsində ikən, "Hər şey, Allahın əlindədir və həqiqi təsir, yalnız Ona aiddir." deyə inanacaqsan.

Lakin ağlınla, vəhminlə (haşiyə), xəyalınla səbəblər dairəsinə girdiyin zaman, səbəblərə riayət etməklə bərabər, qəlbinlə də daima etiqad dairəsini düşünüb unutmayacaqsan. Beləcə, 2 dairəni balanslı bir şəkildə götürəcəksən; birinə baxıb digərini tərk etməyəcəksən; ikisinə də riayət edib ortasında dayanacaqsan. Bu xüsusda istiqamət yolu, budur.

Məsələn, bir adam, "Zatən mənim ruzimi Allah verir." deyib tarlada çalışmazsa, toxumunu əkməzsə, feli duasını etməzsə, tənbəlcə bir təvəkkül etmiş olar. Bu adam, bu düşüncəsilə, etiqad dairəsində ikən, səbəblər dairəsini tərk etməklə xəta etmiş; Cəbriyyə kimi səbəblərə qiymət verməyərək, tənbəlcə bir təvəkkül ilə aləmin nizamına müxalifət etmiş; beləliklə, istiqaməti itirmiş, adətullah qanunlarının çarxları altında əzilmişdir. Bu düşüncədə, etiqad dairəsi, səbəblər dairəsinə qələbə çalmışdır. Çünki burda etiqad dairəsinə həsr-i nəzər edilmiş; səbəblərə riayət tərk edilmək surətilə feli dua unudulmuşdur.

Və ya tarlasında çalışmaq surətilə feli duasını etdiyində, "Mən, tarlada çalışmasa idim, bu məhsulatı əldə edə bilməzdim." deyər və bu işi özünə verərsə; bu səfər də, səbəblər dairəsində ikən, etiqad dairəsini unudar, yenə xəta edər. Digər bir təbirlə, "Allah vardır, ruzi verən Odur. Ancaq mən, tarlaya getməsə idim, orda çalışmasa idim, bu məhsulat yetişməzdi. Demək, bu məhsulat, mənim çalışmağımın məhsuludur." deyə inanarsa, bu adam, "İnsan, öz felinin xaliqidir." şəklində düşünən mötəzilə olar. Bu düşüncədə isə, səbəblər dairəsi, etiqad dairəsinə qələbə çalmışdır.

Bu təhlükədən qurtulmağın tək çarəsi isə, budur:

Hər 2 dairəni eyni balansda mühafizə etmək; yəni səbəblər dairəsində ikən, etiqad dairəsini; etiqad dairəsində ikən, səbəblər dairəsini unutmamaqdır.

Bu misalımızda isə, adam, tarlaya gedərkən belə düşünəcək:

"Mən, tarlada çalışmasam, feli duamı etməsəm, kainatda cari olan İlahi qanunlara müxalifət etmiş olaram. Allah da, bu müxalifətin cəzası olaraq, mənə bu tarla vasitəsilə ruzi verməz. Hakim isminin hökmünə, aləmin nizamına riayət etməklə mükəlləf olduğum kimi; etiqad dairəsinin qanunlarına da riayət etməklə mükəlləfəm."

Yəni onu qəlbən düşünmək surətilə, İlahi qüdrətin təsərrüfünü görüb inanmağım lazımdır. Çünki Hakim ismi, səbəblər dairəsinə riayət etməyimi istədiyi kimi; Qadir ismi də, səbəblərin təsirini rədd etmək istəyər.

Xülasə:

İki dairəni də balanslı götürmək lazımdır. Birinə əsl, digərinə dolaylı nəzərlə baxmamaq lazımdır. Bütün imani məsələlər belədir. Bu tərz nəzər, yalnışdır. İstiqamətli nəzər isə, ikisini də əsas tutmaqdır. (haşiyə)

--------------------------------

(Haşiyə:

Vəhm:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir)

--------------------------------

--------------------------------

--------------------------------

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

İyyəkə nə'budu və iyyəkə nəstəin.

Yəni:

"Yalnız Sənə ibadət edir və yalnız Səndən istəyirik." (Fatihə/5)

---------------------------

Təfsiri:

Burda, "kə" hərfində, 2 nüktə var:

1. İltifat sirrilə, daha əvvəl zikr edilən kamal vəsfləri üçün, xitabı ehtiva edir. Çünki, bu sifətləri bir-bir zikr etmək, zehni hərəkətə keçirir; onu hazırlayır; şövqlə doldurur; bu sifətlərin sahibi olana yönəltmək üçün, təşviq edir. Buna görə, "iyyəkə": "Ey bu sifətlərlə müttəsif olan Zat!" mənasını ifadə edir.

---------------------------

İzahı:

İltifat: "xitabın yönünü dəyişdirmək; sözü, qeybdən muxataba, muxatabdan qeybə döndürmək sənəti"dir. Məsələn, bir zatın kamilliyini, "O, belə alimdir, belə comərddir..." şəklində ifadə etsək, onu, qaibanə mədh etmiş olarıq. Ancaq, onun hüzuruna çıxıb, "Sən, belə alim, belə comərdsən..." dediyimizdə, muxatab olaraq onu mədh etmiş olarıq.

Mətnə qayıdaq:

Müəllif Ustad Nursi, "إِيَّاكَ / iyyəkə / yalnız Sənə" kəliməsində keçən və xitabı ifadə edən "كَ / kə / Sən" damirinin (şəxs əvəzliyinin) nüktəsi (incə mənası) haqqında, belə deyir:

Bu kəlimədə keçən "كَ / Sən" xitabında, 2 nüktə vardır:

• Birinci nüktə (incə məna):

Bu كَ xitabı, qiyabi (işə münasibəti olan Şəxsin Özü olmadığı və iştirak etmədiyi halda baş verən, görülən) xitabdan hazır xitaba keçməklə, daha əvvəl məzkur (zikr edilmiş) kamal vəsflərini ehtiva etmişdir.

Yəni qul, Fatihə'nin başından "əlhəmdulilləh" ilə başlayaraq "Məliki yəvmiddin" cümləsinə qədər olan qismilə, Rəbbini mədh etdi. Qul, kamal sifətlərlə Rəbbini elə vəsf etdi ki, bütün aləmdə, əzəldən əbədə qədər tövhidi isbat etdi. Bütün həmdlərin Ona xas və yalnız Onun buna layiq olduğunu; və bütün aləmin Rəbbi və Maliki O olduğunu; rəhməti, bütün kainatı əhəta etdiyini elə bir dərəcədə bəyan etdi ki, bu sifətlərlə vəsflənən Zat, sanki görünəcək hala gəldi; və Onunla, hüzurunda şəxsən danışacaq məqama çıxdı.

Bax bu sirdən dolayıdır ki, qul, qiyabi xitabdan hazır xitaba keçərək, "إِيَّاكَ نَعْبُدُ / iyyəkə nə'budu" dedi. Çünki O cəlal sahibi, Fatihə'nin baş qismində, kamal vəsflərini bir-bir elə bir tərzdə zikr etdi ki, qulun zehnini təhrik etdi; şövqlə doldurdu və xitaba hazırladı. Bundan dolayı, O kamal sifətlərə sahib olan Zata qarşı şəxsən təvəccüh etməyə (yönəlməyə), Onunla hüzurunda danışmağa, həyəcana, ihtizaza (hərəkətə) gəldi. Elə isə, abid (ibadət edən), "iyyəkə" dediyi vaxt, bu gələcək mənanı mülahizə edir (düşünür):

"Ey bu məzkur kamal sifətlərlə vəsf olunmuş olan Mə'bud! Bütün məxluqat naminə, onların bütün ibadət və istianələrini Sənə təxsis və təqdim edirəm. Sənin hüzuruna gəldim; Sənə sığınıram. Acizlik, möhtaclıq, nöqsan və qüsurlarımı, şəxsən Sənə ərz etmək surətilə, Səninlə danışmaq istəyirəm."

Demək, "Kə/Sən" xitabı, bu və bənzəri mənaları ehtiva edir.

Madam ki, abid, إِيَّاكَ نَعْبُدُ ifadəsilə, "Yalnız Sənə ibadət edirik." deyə xitab etdi. Elə isə, إِيَّاكَ "Yalnız Sənə" dediyi Zat kimdir? Həm madam ki, əvvəl keçən cümlə və kəlimələrlə o Zat'ı mədh etdi. Elə isə, daha əvvəl qiyabi məqamda mədh edilən o Zat, o qədər gözəl bir şəkildə tərif və təvsif edilmişdir ki, o kamal vəsflərlə elə bir məqamdadır ki, artıq o məqamda görünüb xitab ediləcək bir hala gəlmiş; sanki qarşısında təəyyün etmiş (görünmüş), göz önünə gəlmiş kimi olur.

Demək, o Zat, bu qiyabi xitaba mazhar olan Zat'dır; o qiyabın içinə daxildir. Yəni, daha əvvəl qiyabi mədh etdiyi Zat,

رَبِّ ٱلْعَـٰلَمِينَ • ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ • مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ

vəsflərilə vəsf edilən Zat'dır. Çünki abid, qiyabdan xitaba keçdi. Artıq hazıranə (hüzurunda imiş kimi) mədh edib xitab etməyə başladı. Beləcə, qiyabi məqamı, xitab məqamına çevirdi.

Tövhidin isbatı xüsusundakı bu dəlillər, Allahı sifətlərilə bərabər göstərirlər. Çünki abid, qiyabi xitabdan hazır xitab məqamına keçdiyinə görə, o kamal vəsflər, o qədər zahir olmuşdur ki, Allahı göstərəcək hala gəlmişdir.

Xülasə: "إِيَّاكَ / iyyəkə" kəliməsində keçən "كَ /kə" xitabının mənası, "Sən" deməkdir. Burda "Sən" kəliməsindən murad, daha əvvəl keçmiş kamal sifətlərlə vəsflənmiş olan Zat'dır. Yəni bu təbir, "Ey uluhiyyət, rübubiyyət, rahməniyyət, rahimiyyət, malikiyyət, xüsusilə din günün malikiyyəti ilə məvsuf olan, vəsflənən Rəbbimiz! Yalnız Sənə ibadət edirik və yalnız Səndən istəyirik." deməkdir.

Demək, burda muxatab olan Zat, daha əvvəl qiyabi vəsf edilən Zat'dır.

-----------------------

-----------------------

2. Burdakı xitab, bəlağat məzhəbində, mənaları düşünməyin vacib olduğuna işarətdir. Ta ki, endiyi kimi oxuna bilsin. Bu düşünmə, təbii olaraq və zövq yönü ilə, xitaba sövq edər. Beləcə, "iyyəkə": "Sanki, görürmüş kimi Rəbbinə ibadət et!" əmrinə tabe olmağı ehtiva edir.

-----------------------------

İzahı:

• İkinci nüktə:

"Kə/Sən" damiri (şəxs əvəzliyi)'ndən Ustad Nursi'nin çıxardığı ikinci işarət budur ki, bu "Kə/Sən" damiri, ayələri düşünərək oxumağın vacib olduğunu göstərir. Yəni, (iyyəkəyə qədər olan) ayələrin mənaları təfəkkür edilərək oxunmalıdır. Yəni, hazır xitab etmək məqamına gələ (yəni, "Sən" deyə) bilmək üçün, ayələr təfəkkür edilməlidir. Bu "kə" damirində, buna işarət vardır.

Quranı, mənasını təfəkkür edərək oxuyan, ayələrin mənasını düşünə-düşünə, şövqə gələr. Sonra da istəyər ki, bir başa Allaha səslənsin, Onunla danışsın; dərdini, arzusunu, Ona bildirsin. Bax, məna təfəkkür edilərək oxumanın zövqü, insanı belə xitab məqamına, yəni "Sən" deyə bilmək məqamına çıxarır. Bu halın bir nəticəsi olaraq da, sanki Allahı görürmüş kimi ibadət edər. Dolayısı ilə, bu "İyyəkə", "Rəbbinə, Onu görürmüş kimi ibadət et." hədisini də ehtiva edir.

--------------------------

(Haşiyə:

İhsan hədisi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/iman-islam-v%C9%99-ihsan-h%C...)

--------------------------
--------------------------

"Yalnız Sənə ibadət edirik." deyərkən cəm damiri (şəxs əvəzliyi)'nin gətirilməsi, 3 cəhət üçündür:

1. "Biz, bu kiçik aləm olan insanın əza və zərrələr topluluğu, örfi şükr (yəni, hər birimiz, bizə əmr olunanı etmək surəti) ilə, Sənə ibadət edirik."

2. "Biz, muvahhidun (tək Allaha inananlar) topluluğu, şəriətinə itaət etmək surətilə, Sənə ibadət edirik."

3. "Biz, kainat topluluğu, Sənin fitri böyük şəriətinə boyun əyir, əzəmətin və qüdrətinin ərşi altında, heyrət və məhəbbətlə səcdə edirik."

---------------------------

İzahı:

Müəllif Ustad Nursi, Quran-i Kərim'in, hərfləri etibarı ilə də möcüzə olduğunu, Fatihə'də keçən "نَعْبُدُ / nə'budu / biz ibadət edirik" felindeki ن‎ (nun) hərfinin 3 nüktəsi (incə mənası) ilə izah və isbat edir. Belə ki:

Əgər desən:

"İbadət edən bir şəxs, tək başına namaz qıldığı halda, qayda gərəyi lazım olan "اَعْبُدُ / ə'budu / Mən ibadət edirəm" feli niyə istifadə etməmiş; "نَعْبُدُ / nə'budu / Biz ibadət edirik" feli istifadə etmişdir?

Yəni cam damiri (əvəzliyi) olan ن‎ (nun) hərfində hansı mənalar mövcuddur ki, əzəli kəlam sahibi olan Allah, bu cəm formasını tərcih etmişdir? Digər təbirlə, abid (ibadət edən): "Mən, yalnız Sənə ibadət edirəm." deməsi lazım gəldiyi halda, nə üçün, "Biz, yalnız Sənə ibadət edirik." şəklində demişdir?"

Cavab olaraq deyirəm: "نَعْبُدُ / nə'budu / Biz ibadət edirik" felinde mövcud olan "nun" cəm damirinin mənasında, 3 vəch (yön) vardır:

• Birinci cəhət: "أنَا/ənə" ilə təbir edilən, kiçik aləm olan - Mən'əmdir. Yəni, "Mən, bütün əzalarım və vücudumun bütün zərrələrilə, bütün hislərimlə bərabər, Sənə ibadət edirik." deməkdir ki, buna örfi şükr deyilir.

Örfi şükr: Allahın insana ehsan etdiyi maddi və mənəvi hər bir üzvünü və hissini, Onun əmr etdiyi yerdə sərf etməsidir. Məsələn:

- Dili ilə zikr etməsi, şükr etməsi və haqqı söyləməsidir;

- Qulağı ilə haqqı eşitməsi və məxluqatın təsbihlərini dinləməsidir;

- Gözü ilə Allahın sənətlərini görməsidir;

- Ağlı ilə o sənət əsərlərində təcəlli edən isimləri kəşf etməsidir;

- Ayağı ilə haqq yolda getməsi;

və bunlar kimi, hər bir orqan və hissini, Allahın əmr etdiyi şəkildə istifadə etməsidir.

Bunu edən, örfi şükrünü əda etmiş sayılır.

İnsan, "إِيَّاكَ نَعْبُدُ / iyyəkə nə'budu / Ancaq Sənə ibadət edirik." dediyində, bütün orqan və hislərini, bu "biz"in içinə daxil edər və bu mənanı düşünər:

"Ey Rəbbim! Bütün əzalarımı, hislərimi, maddi və mənəvi bütün cihazlarımı, Sənə ibadət yolunda istifadə edir və hər şeyimlə, Sənə ibadət edirəm."

 

 

• İkinci cəhət:

Namaz qılan, إِيَّاكَ نَعْبُدُ / iyyəkə nə'budu /  Ancaq Sənə ibadət edirik."dediyində, sanki bütün tövhid əhli bir səf olmuş, o da, bu səfin içində bir fərd olaraq, səfdəki bütün müsəlman və muhavvidləri qəsd edərək, إِيَّاكَ نَعْبُدُ deyər. Yəni, "Ey Rəbbim! Bütün bu böyük camaat, hamımız birlikdə, Sənə ibadət edirik." mənasını düşünər.

 

• Üçüncü cəhət:

Üçüncü qrup da, zərrələrdən günəşə qədər bütün mövcudatdır. İnsan, "نَعْبُدُ / nə'budu" dediyində, bütün cansızları, bitkiləri, heyvanları və bütün əşyanı sanki arxasına alır, sanki onların vəkili olaraq bütün kainatın ibadətini Allaha təqdim edər.

 

Mətndə keçən "fitri böyük şəriət" sözünə gəldikdə isə, mənası budur:

Bu aləmdə hər bir varlığa yüklənən vəzifə vardır. Hər bir məxluqun, özünə yüklənən vəzifəni yerinə yetirməsi, bu böyük fitri şəriətə, qanunlara itaəti sayılır. Məsələn:

- Toyuğun yumurtlaması;

- Arının bal verməsi;

- İnəyin süd verməsi;

- İpək böcəyinin ipək toxuması

və s. hamısı, bu böyük fitri şəriətə bir itaətdir və bu, onların bir növ ibadətidir.

Bax insan, "نَعْبُدُ   nəbudu" deyərək,

- İlk əvvəl özü, bu fitri şəriətin qanunlarına tabe olur;

- Sonra fitri şəriətə itaət edən bütün məxluqatı arxasına alır;

- Sonra bütün məxluqatın vəkili məqamında, hamısının ibadətini Allaha təqdim edir.

- Sonra məxluqatın bu fitri şəriətə itaətlərinə; və zərrə miqdar hədlərini aşmamalarına heyrət və məhəbbət edir.

- Sonra da onları bu vəzifələrdə çalışdıran "qüdrət və əzəmətin ərşi" altında, sacid (səcdə edən) və abid (ibadət edən) olur.

Not: Dəyərli oxuyucu! Qısa zamanda bu qədər aləmin ibadətini təfəkkür edə bilməyi, ağıldan uzaq görmə. Bu, mümkündür.

----------------------------

----------------------------

Nəzm cəhəti:

"Yalnız Sənə ibadət edirik.", surənin başındakı "əlhəmdulillah"ı bəyan və təfsirdir. "Din gününün Maliki" mənasının isə, lazımıdır.

----------------------

İzahı:

Yəni, "iyyəkə nə'budu / yalnız Sənə ibadət edirik" cümləsinin, öncəsindəki ayətlər ilə arasındakı əlaqə və bu məqamdakı zikrinin hikməti budur:

"Nə'budu / ibadət edirik" ifadəsi:

1. "əlhəmdu"ya bir təfsir və bəyandır.

2. "Məliki yəvmiddin / din gününün sahibi" ifadəsinə də, bir bir nəticə və lazımdır.

Belə ki:

1. İlk əvvəl, "əlhəmdu"ya təfsir və bəyan olması üzərinə danışaq:

"Əlhəmdulillah" cümləsində keçən "həmd" kəliməsindən murad, həqiqi və örfi şükürdür. Örfi şükrün tərifini isə, məqam gərəyi, təkrar qeyd edək:

الشكر العرفي: صرف العبد جميع ما انعم عليه الي ماخلق لاجله

Yəni: "Qulun, özünə verilən bütün nemətləri (əza və orqanları), nə üçün verilmişdirsə, o yolda sərf etməsidir."

Bu örfi şükür vəzifəsi nə ilə mümkündür? Cavab: İbadətlə. İbadət isə, "elmi, əməli və ədəbi" olmaq üzərə, 3 qisimdir. Onun üçün, "Həmdin izahı nədir? Nə şəkildə həmd edək? Həmd, sadəcə dil ilədirmi?" deyə müqəddər olan bir sualın cavabı, "iyyəkə nə'budu" cümləsidir.

Bəli, bu cümlə, həmdin təfsir və bəyanıdır. Yəni, "Həm elmi, həm əməli, həm də ədəbi İlahi əhkamına itaət etməklə, Sənə ibadət edirik, həmd vəzifəsini əda edirik." mənasındadır.

2. Həm "nə'budu" cümləsi, "məliki yəvmiddin / din gününün sahibi" ifadəsinə də bir nəticə və lazım hökmündədir. Çünki, "məliki yəvmiddin", yəni, "Allah, din gününün, yəni dünyada işlənən xeyir və şər əməllərin qarşılığının veriləcəyi; dinin həqiqətlərinin tam mənası ilə zühur edəcəyi günün sahibidir." ayətilə izhar etdiyimiz təsdiq və iqrar, bizdən məzkur 3 qisim ibadəti istəyir. Bizlər də, bu vəzifəmizi, "iyyəkə nə'budu", yəni: "Ey Rəbbimiz! Madam ki, din günü haqdır. Madam ki, o gün hər kəs, etdiyi əməllərin qarşılığını görəcək. O halda, dünyada mükəlləfiyyət olacaqdır. Biz, bu mükəlləfiyyətimizi, 'iyyəkə nə'budu' cümləsilə elan edirik."

Xülasə: ٱلْحَمْدُ لِلَّهِ cümləsinin təfsir və bəyanı, məzkur 3 qisim ibadət olduğu kimi; مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ ayətinin nəticə və lazımı da, məzkur 3 qisim ibadətdir.

--------------------------

--------------------------

Bil ki: "İyyəkə/yalnız Sənə" ifadəsinin təqdimi (yəni, əvvəl gətirilməsi), ibadətin ruhu olan ixlas üçündür. "Sənə" şəklində Allaha xitab etmədə, ibadətin illətinə bir rəmz vardır. Çünki, xitabı nəticə verən bu sifətlərlə müttəsif olan Zat, ibadətə layiqdir.

---------------------------

İzahı:

"İyyəkə/yalnız Sənə" ifadəsinin təqdimi (yəni, əvvəl gətirilməsi), ibadətin ruhu olan ixlas üçündür.

Ərəbcədə cümlə quruluşu, Azərbaycan dilinə qiyasla fərqlidir. Azərbaycan dilində, cümlə, isim ilə başlayarkən, Ərəbcədə fel ilə başlamaqdadır. Feldən sonra fail; və faildən sonra da məful gəlir.

Demək, Ərəb dilində cümlə quruluşu, bu şəkildədir:

Fel + Fail + Məful.

Ancaq bəzən bu sıra dəyişir və məful başa keçir. Məfulun başa keçməsinə, "təqdim" deyilir. Təqdim, "önə almaq, iləri keçirmək" deməkdir. Məful, felin önünə keçdiyi üçün, buna "təqdim" deyilmişdir.

Bəs təqdim nə üçün edilir və cümləyə hansı məna qatır?

Təqdim, təxsis üçün edilir və hasrı ifadə edir. Hasr: "yalnız bir şeyə məxsus qılmaq" deməkdir.

Təqdim olan cümlələri Azərbaycan dilinə tərcümə edərkən, "sadəcə, ancaq, ancaq və ancaq" kəlimələrilə çevirir və hasrı, bu şəkildə ifadə edirik. Bunu, bir misalla açıqlayaq:

"Qəlblər, Allahın zikrilə tətmin olur." demək istəsək, cümləni bu şəkildə qurarıq:

تَطْمَئِنُّ الْقُلُوبُ بِذِكْرِ اللَّهِ

Tətməinnu'l-qulubu bi zikrilləhi.

Bu cümlədə:

~ tətməinnu (tətmin olar) - fel;

~ qulub (qəlblər) - fail;

~ bi zikri (məful)'dur.

Əgər cümləni təqdim edərək söyləsək, bu şəkildə ifadə edərik:

بِذِكْرِ اللَّه تَطْمَئِنُّ الْقُلُوبُ

Bi zikrilləhi tətməinnu'l-qulub.

Gördüyünüz kimi, təqdim etdiyimizdə, məful önə keçdi. Təqdim də hasrı ifadə etdiyinə görə, hasrın mənaya təsiri bu şəkildə olur: "Qəlblər, sadəcə Allahın zikrilə tətmin olar."

Bu hasrdan başa düşürük ki, qəlblər, Allahın zikrindən başqa heç bir şeylə tətmin olmaz. Cümləyə bu hasrı verən şey, təqdim, yəni məfulun önə alınmasıdır.

"İyyəkə nə'budu" cümləsi də, belədir. Belə ki:

"Sənə ibadət edirik." demək istəsək, cümləni bu şəkildə qurarıq: نَعْبُدُ اِيَّاكَ / nə'budu iyyəkə

Bu cümlədə "نَعْبُدُ /nə'budu", fel və fail; "اِيَّاكَ /iyyəkə" isə, məfuldur.

Əgər cümləni təqdim edərək söyləsək, bu şəkildə ifadə edərik: إِيَّاكَ نَعْبُدُ / iyyəkə nə'budu.

Gördüyümüz kimi, təqdim edildiyində, məful iləri keçdi. Təqdim də hasrı ifadə edirdi. Hasrın mənaya təsiri də, bu şəkildə olur: "Sadəcə Sənə ibadət edirik."

"İyyəkə"nin iləri alınması ilə, "ibadət etmə" mənası, sadəcə Allaha hasr edilmişdir. Yəni, "Sadəcə Allaha ibadət edər, qeyrisinə zərrə misqal ibadət etmərik." deyilmək istənilmişdir. Məfulun təqdimi, bu mənanı ortaya çıxarır. Bu da, ixlası qorumaq və əmələ riya qarışdırmamaq üçündür.

 

"Sənə" şəklində Allaha xitab etmədə, ibadətin illətinə bir rəmz vardır. Çünki, xitabı nəticə verən bu sifətlərlə müttəsif olan Zat, ibadətə layiqdir.

"Kə/Sən" damirinin əvvəlində, Allah Taala'nın bir qisim kamal sifətləri zikr edilmişdir (buna yuxarıda toxunmuşduq). Bunlar:

– رَبِّ الْعَالَمِينَ Allah’ın aləmlərin Rəbbi olması,

– الرَّحْمنِ الرَّحِيمِ Rahmən və Rahim olması,

– مَالِكِ يَوْمِ الدِّينِ Din gününün sahibi olmasıdır.

Bu kamal sifətlər, "كَ / kə / Sən" damirində mövcuddur. Belə ki:

Fatihə surəsinə qiyabi xitabla başlanılır. İnsan, ilk əvvəl, qiyabi olaraq Allahı tərifləyir və deyir:

- Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur.

- Rahmən və Rahim olan;

- Din gününün sahibi olan.

Bu qiyabi xitabla, insan, Allahı tərifləməkdə, Onu kamal sifətlərlə vəsf etməkdə, isim və sifətlərini zikr edərək təsbih etməkdədir. Bu həmdin, zikrin və təvsifin nəticəsində də, böyük bir şövq hasil olur.

Bu şövqün nəticəsi olaraq da, xitab məqamına keçilir və Allah ləfzi yerinə, "Sənə, Səni" mənasında olan كَ / kə damiri istifadə edilir. Bu, qeybdən xitaba keçiddir.

Bu halda, "Kə/Sən" damirinin mərcii (rücu etdiyi, qayıtdığı yer), keçən kamal sifətlərlə məvsuf olan Zat'dır. Çünki damirlər, ismin yerini tutan və özlərindən əvvəl keçən ismi göstərən kəlimələrdir. Zatən bir damirin istifadə edilə bilməsi üçün, özündən əvvəl bir ismin keçməsi lazımdır. Bu halda da, "Kə" damiri ilə işarət edilən Zat, əvvəlində keçən kamal sifətlərlə vəsf olunan Zat'dır.

Bu halda da, "Kə" xitab damiri, ibadətin illət və səbəbinə işarət etmiş olur. Çünki əvvəlində qiyabi olaraq zikr edilən -Allahın Rabbu'l-Aləmin olması; Rahmən və Rahim olması; din gününün sahibi olması- nəticə verir ki, bu Zat, əlbəttə ibadətə layiqdir. Bu da, ibadətin illət və səbəbidir.

Yəni, "Nə üçün ibadət edirik?" şəklindəki suala belə cavab verilir: Çünki Allah, aləmlərin Rəbbidir; Rahmən və Rahimdir; din gününün sahibidir; və bunlar kimi bütün kamal vəsflərə sahibdir. Belə kamal sifətlərə sahib olan Zat isə, əlbəttə ibadətə layiqdir.

----------------------------

----------------------------

"Və iyyəkə Nəstəin / Və yalnız Səndən kömək istəyirik."

Bu da, bundan əvvəlki "iyyəkə nə'budu / yalnız Sənə ibadət edirik" kimi, 3 camaat etibarı ilədir:

Biz:

~ insan əzaları;

~ muvahhidlər topluluğu; və

~ kainat camaatı,

başda Sənə ibadət etməyimiz olmaq üzərə; bütün ehtiyac və məqsədlərimizə tövfiq (müvəffəqiyyət) və köməyi, ancaq Səndən istəyirik."

---------------------------

---------------------------

"İyyəkə/Yalnız Sənə" (nin) təkrarı:

~ xitab və hüzur ləzzətini artırmaq üçündür;

~ ayan məqamı, burhan məqamından çox daha uca və böyük olmasındandır;

~ İlahi hüzurda olmaq, sadiq olmağa və yalan söyləməməyə daha çox sövq edicidir;

~ iki məqsəddən hər birinin müstəqil olmasından dolayıdır.

--------------------------------

İzahı:

Ayət, belə ola bilərdi:

إِيَّاكَ نَعْبُدُ ونَسْتَعِينُ

İyyəkə nə'budu və nəstəinu.

"Yalnız Sənə ibadət edir və yardım istəyirik."

Ayət belə ola biləcək ikən, bu şəkildə deyil, "إِيَّاكَ / iyyəkə" ləfzinin təkrarı ilə bu şəkildə nazil olmuşdur:

إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ

İyyəkə nə'budu və iyyəkə nəstəin.

"Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım istəyirik."

Müəllif, "iyyəkə" kəliməsinin təkrarındakı nüktələri (incə mənaları) belə bəyan etməkdədir:

• Birincisi: xitab və hüzur ləzzətini artırmaq üçündür.

İnsan, özünü, Allahın hüzurunda hiss etdiyində, bütün kainatı arxasına atıb Allaha təvəccüh etdiyində (Allaha yönəldiyində); Allah ilə birlikdə olduğunda, elə bir ləzzət alar ki, bunun nə tərifi mümkündür, nə də izahı...

Allah dostları bu ləzzət hiss etmiş və Ondan qeyrisini görməmiş, Ondan qeyrisi ilə danışmamış, Ondan qeyrisinə təvəccüh etməmişlərdir...

Bax insan, "iyyəkə nə'budu" deyərək bu məqama çıxaraq, özünü Allahın hüzurunda hiss edər. Bu ləzzətin davamı üçün də, bir dəfə də "iyyəkə" deyərək, Allahın hüzurunda olduğunu xatırlayar. Bax "iyyəkə"nin təkrarı, ləzzətin artırılması üçündür. Çünki Allah ilə xitabda və hüzur məqamında, səadət və ləzzət vardır.

• İkincisi: ayan məqamı, burhan məqamından çox daha uca və böyük olmasındandır.

Bu məqamda, huzur və ayan vardır. Əlbəttə, ayan məqamı (haşiyə) isə, qeyb məqamından dəlil və burhan ilə isbat məqamından daha böyükdür. Abid, bu məqamda, şəxsən o kamal vəsflərə sahib olan Allah ilə danışır; Ona xitab edir; Onun hüzurunda olduğunu müşahidə edir.

------------------------------------

(Haşiyə:

Ayan məqamı: bir başa Allahla muxatab olma məqamıdır.

Burhan məqamı isə: dəlil ilə qiyabi olaraq Allahı bilməkdir.

İnsan, Fatihə surəsində ilk əvvəl qiyabi olaraq Allaha yönəlir, həmdini təqdim edir, sonra da "Yalnız Sənə ibadət edirik..." deyərək, Onunla muxatab olur.)

--------------------------------------

• Üçüncüsü: İlahi hüzurda olmaq, sadiq olmağa və yalan söyləməməyə daha çox sövq edicidir.

Hüzur məqamı, sidqə, doğruluğa daha yaxın, daha layiq; və yalandan çox uzaqdır. Çünki ayan və hüzur məqamında olan bir kimsə, yalan danışa, yalana macal tapa bilməz. Məcburən doğru danışıb təsdiq edəcəkdir.

• Dördüncüsü: iki məqsəddən hər birinin müstəqil olmasından dolayıdır.

İstianə (yardım istəmək) də, zatında bir ibadətdir. İnsanın özünü aciz və yoxsul bilib Allaha sığınması və Ondan yardım diləməsi, ubudiyyətin özüdür. Ancaq istianə, namazdan, orucdan, zəkatdan, həcdən və bunlar kimi ibadətlərdən fərqlidir və fərqli məqsədləri vardır. "İyyəkə" ləfzinin təkrar edilməsi, bu fərqə işarət etmək üçündür.

Xülasə: İstianə ayrı bir məqsəd; ibadət ayrı bir məqsəddir.

----------------------------

----------------------------

Bil ki:

"Nəstəinu/yardım istəyirik" (kəliməsi)'nin "Nə'budu/ibadət edirik" (kəliməsi) ilə nəzmi:

1. Ücrətin, xidmətlə nəzmi kimidir. Çünki ibadət, Allahın, qulu üzərindəki bir haqqıdır. Kömək isə, Allahın, quluna bir ehsanıdır.

"İyyəkə"dəki hasr:

Qul, bu şərəfli nisbət olan ibadətlə və Allaha xidmətlə, səbəb və vasitələrə təzəllüldən qurtular; hətta vasitələr, ona xidmətçi olar. O isə, yalnız Bir'i bilər. Beləcə, -daha əvvəl də keçdiyi kimi- etiqad və vicdan dairəsinin hökmü təcəlli edər. Allaha haqqı ilə xidmətçi olmayan kimsə isə, səbəblərə xidmətçi olar; vasitələr qarşısında, zillət göstərər.

Lakin, səbəblər dairəsində ikən, qulun, səbəbləri bütün-bütün ehmal etməməsi lazımdır. Ta ki, Allahın hikmət və məşiətilə qoyduğu nizam qarşısında, təmərrüd (inad) etmiş olmasın. Çünki, bu dairədə ikən edilən təvəkkül, -daha əvvəl də keçdiyi kimi- tənbəllikdir.

"Nəstəinu/istəyirik" (kəliməsi)'nin "Nə'budu/ibadət edirik" (kəliməsi) ilə nəzmi:

2. Müqəddimənin, məqsəd ilə nəzmi kimidir. Çünki, yardım və tövfiq, ibadətin müqəddiməsidir.

--------------------------

İzahı:

Müəllif Ustad Nursi (rahmətullahi aleyh), ubudiyyət (qulluq) ilə istianə arasında tam bir münasibət mövcud olduğunu belə bəyan edir:

Sən bil ki! "nəstəinu/yardım istəyirik" felinin "nə'budu/ibadət edirik" felindən sonra gətirilməsindəki münasibət, əmək haqqının xidmətlə münasibəti və əlaqəsi kimidir. Yəni, ibadət, qulun vəzifəsidir, xidmətidir. İstianə isə, o ibadətin qarşılığıdır.

Bəli, qulluq, bizim vəzifəmizdir; o qulluğa qarşı təvfiq ilə bizi müvəffəq qılmaq isə, Rəbbimizin ehsanıdır. Çünki ibadət, Allahın qulları üzərindəki haqqıdır. İstianə isə, Allahın qullarına ehsanıdır.

 

"Yalnız Sənə ibadət edirik." cümləsində keçən "iyyəkə/yalnız Sənə" kəliməsinin təqdimi, hasr ifadə edir (yuxarıda, hasrın nə olduğu haqqında danışdıq). Yəni, "Yalnız Vahid və Əhəd olan Allaha ibadət edib Ona xidmət edən və Onu tanıyan, səbəb və vəsilələrə təzəllüldən, minnətdən qurtular." mənasını bəyan edir.

Bəli, qul:"Ey Rəbbim! Yalnız Sənə ibadət edirəm." ifadəsilə demək istəyir ki: "Səndən başqa heç bir şeyə qulluq etmərəm, hiç kimsəyə boyun əymərəm."

Bax insan, qulluğun belə yüksək nisbət və şərəfilə Məbuduna intisab edər; beləcə, ən yüksək şərəfi qazanar.

Həqiqi mənada belə Birinin xidmətinə girən bir insana, bütün dünya xadim (xidmətçi) olar. O insan, sadəcə Birini tanıyar, Birini görər, Birindən mədəd gözləyər. Bu halda, o insanda, etiqad dairəsi qalib olar; səbəblər dairəsi düşər. Yəni, "Hər nə qədər kainat, səbəblər dairəsi isə də, mən, heç birinə təzəllül etmərəm, heç birinə boyun əymərəm, hiç birinin minnətini çəkmərəm. Bir tək Sənə boyun əyirəm." deyərək, səbəblərin təsirindən qurtular; Müsəbbibu'l-Əsbab'a tam təvəkkül edər.

Hər kim Allah Taalaya haqqı ilə xadim olarsa, bütün səbəblər və vəsilələr də, ona xadim olar. Əgər Allaha xadim olmazsa, o vaxt, o kimsə, səbəb və vasitələrə xidmətçi olar, onlara təzəllül edər.

Bəli, "iyyəkə nə'budu" cümləsində keçən "iyyəkə" kəliməsinin təqdimi, hasr ifadə etməklə işarət edər ki, qul, səbəblərin hər cür zillətindən, təsirindən qurtular; qulluğunu, yalnız, haqqı ilə ibadət edilməyə layiq olan Allaha təxsis edər. Beləcə, bütün səbəb və vəsilələrin arxasında Müsəbbibu'l-Əsbabı tapar, Ona xitab edər, Onun hüzuru ilə müşərrəf olar.

Lakin dünya, səbəblər dairəsi olduğundan; həm aləmin nizam və intizamı səbəblərə bağlı olduğundan; həm Allahın hikməti, bu aləmdə cari olan qanun və nizamlara riayət etməyi gərəkli qıldığından; əlbəttə qul, qulluğunu sadəcə Allaha təxsis etməklə bərabər, səbəbləri unutmayacaq; onlara riayət edəcək; bu xüsusda inadı tərk edəcəkdir. Ta ki, etiqad dairəsi ilə səbəblər dairəsi qarışdırılmasın, hər birinə aid məqam və hökmlərə, bərabər riayət etsin.

Bəli, qulluq, yüksək bir şərəf və nisbətdir. İnsan, bu nisbətlə yüksəlir. Ancaq bu nisbət, səbəbləri külliyyən rədd etmək deyildir. Çünki aləmin nizamı, səbəblərə bağlıdır. Səbəblərə riayət etməmək və bu xüsusda inad etmək, aləmin nizamına müxalifət etməkdir və təkvini qanunlara bir növ üsyandır. Dolayısı ilə, Hakim (hər şeyə hökm edən) və Hakim (hikmət sahibi) isimlərinin gərəyinə qarşı bir inaddır.

 

Həm "iyyəkə nəstəin/yalnız Səndən istəyirik" cümləsinin, əvvəlində gələn "iyyəkə nə'budu/yalnız Sənə ibadət edirik" cümləsilə olan münasibətlərindən biri də, müqəddimənin məqsədlə münasibəti kimi olmasıdır. Çünki ianə və təvfiq (yəni yardım), ibadətin müqəddiməsidir. Əsl məqsəd isə, ibadətdir; istianə isə, ona səbəbdir. Allahın yardımı, ibadətin müqəddiməsidir.

Əzəli kəlam sahibi olan Allah, bu surədə, əsl qayə olan ibadəti öncə zikr etmiş (yəni, birinci, "iyyəkə nə'budu"nu gətirmiş); ondan sonra ibadət vəzifəsini haqqı ilə əda edə bilmək üçün ianəni zikr etmişdir (yəni, "iyyəkə nəstəin"i sonra gətirmişdir). Qətiləşmiş qayda isə belədir ki, əsas məqsəd, hər nə qədər vücud (varlıq meydanına çıxma) cəhətindən sonra isə də, zehnən və təsəvvür cəhətindən, müqəddəmdir (yəni, əvvəl gəlir). Burda isə, əsas məqsəd olan ibadət, ləfzən də müqəddəm gətirilmişdir. Çünki hikmətli Quran, ilk əvvəl, إِيَّاكَ نَعْبُدُ, yəni, "Yalnız Sənə ibadət edirik." cümləsini zikr etmişdir. Daha sonra isə, ən əhəmiyyətli məqsədimiz olan ubudiyyətdəki müvəffəqiyyətə qarşı, إِيَّاكَ نَسْتَعِينُ, yəni:

"Ey Rəbbim! Məqsədlərimizə, xüsusilə də ən əhəmiyyətli məqsədimiz olan ibadətinə qarşı, yalnız Səndən mədəd gözləyirik; sadəcə Səndən ianə istəyirik; ey aləmlərin Rəbbi, Sən bizi müvəffəq et!" cümləsini zikr etmişdir.

-----------------------------

-----------------------------

-----------------------------

ٱهْدِنَا ٱلصِّرَ‌ٰطَ ٱلْمُسْتَقِيمَ

İhdinə's-sirata'l-mustəqim.

Yəni:

"Bizi, doğru yola hidayət et." (Fatihə/6)

Bunun nəzm cəhəti, Allah Taala'nın, (Öz quluna etdiyi) sualına qarşı, qulun cavabı olmasıdır.

~ Abd (qul): "Allahım! Yalnız Səndən kömək istəyirik." deyincə,

~ Allah, (sanki), belə soruşur: "Ən çox qəlbini məşğul edən, hansı məqsədindir?"

~ Qul deyir: "Bizə, hidayət et."

Bil ki: "Bizə hidayət et." ifadəsi, -məfulunun fərqli ola bilməsindən dolayı-

- hidayət üzərə olanlar;

- hidayət tələb edənlər;

- hidayətinin artırılmasını istəyənlər və başqalarına

mənasının mərtəbələrinin çoxluğu səbəbilə, sanki, hidayət felinin 4 məsdərindən iştiqaq etmiş (meydana gəlmiş)'dir.

Bu halda, "Bizə hidayət et." ifadəsi:

- Bir topluluğa görə, "Bizi, hidayətdə sabit qıl.";

- Bir camaata görə, "Hidayətimizi artır.";

- Bir tayfaya qiyasla, "Bizi, müvəffəq qıl.";

- Bir firqəyə görə isə, "Bizə hidayət ver."

mənasına gəlir.

Allah Taala,

أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ

Ə'ta kullə şeyin xalqahu. Summə hədə.

Yəni:

"(Allah), hər şeyə öz xilqətini verdi. Sonra, hidayət etdi." (Taha/50) hökmüncə:

~ Bizə, zahiri və batini hisslər verərək hidayət etdi.

~ Afaqi və ənfusi dəlilləri (qarşımıza) qoymaqla, bizə hidayət etdi.

~ Rəsullar göndərmək və Kitablar endirməklə bizə hidayət etdi.

Sonra,

~ Həqiqət üzərindən pərdəni qaldıraraq, ən böyük hidayətə bizi sövq etdi. Beləcə, haqq, haqq olaraq; batil də, batil olaraq ortaya çıxdı.

اَللّٰهُمَّ اَرِنَا الْحَقَّ حَقًّا وَارْزُقْنَا اِتِّبَاعَهُ وَ اَرِنَا الْبَاطِلَ بَاطِلاً وَارْزُقْنَا اِجْتِنَابَهُ اٰمِينَ

"Allahım! Bizə, haqqı, haqq olaraq göstər. Bizi, ona tabe olmağa müvəffəq et. Batili də, batil olaraq göstər. Bizi, ondan çəkinməyə müvəffəq et."

---------------

İzahı:

1. Burda, Ustad Nursi (rahiməhullah), "ihdinə/bizi hidayət et" əmr feli ilə, "nəstəinu/kömək istəyirik" feli arasındakı münasibəti izah etməkdədir. Yəni, "إِيَّاكَ نَسْتَعِينُ / iyyəkə nəstəin", "Ancaq Səndən yardım istəyirik." deyildikdən sonra, اِهْدِنَا / ihdinə, yəni: "Bizi hidayət et." deyilərək, Allahdan hidayət istənilmişdir. Bu məqamda sual budur: "Hidayət tələb etməklə, ianə (yardım) istəmək arasında nə münasibət vardır?"

2. Həm, "ihdinə" feli ilə istənilən şeylərin ayrı-ayrı olmasından dolayı, bu kəlimənin, sanki bir çox məsdərdən müştaq (doğmuş, törəmiş) olduğunu; və bu məsdərlərə işarət etdiyini

bəyan edir. Belə ki:

1. İhdinə'nin (اِهْدِنَا) nəzm yönü, budur:

Burda, müqəddər (ləfzən bəhs edilməyib gizli olaraq qəsd edilən), mənəvi bir sual və cavab vardır. Bax "ihdinə" kəliməsi, qulun, Rəbbi tərəfindən müqəddər olan sualına qarşı cavabıdır. Yəni, sanki Allah Taala, qulundan belə soruşur: "Ey qulum! Qəlbinin ən mühim, ən böyük və səni ən çox məşğul etdiyi məqsədi nədir? Söylə nə istəyirsən?"

Müqəddər olan bu mənəvi suala qarşı qul, Rəbbinə cavab olaraq belə deyir: "Ey Rəbbim! Mənim ən mühim, ən böyük məqsədim və qəlbimi ən çox məşğul edən, hidayət nemətidir."

Bax bu müqəddər suala, qul, "اِهْدِنَا/ihdinə" yəni, "Bizi hidayət et." kəliməsilə cavab verir.

2. Ey muxatab! Sən bil ki, اِهْدِنَا/ihdinə'nin mənası, çox genişdir; mənasının çox mərtəbələri vardır. Bu səbəblə, sanki "hidayət" felinin 4 məsdəri vardır və bu fel, 4 məsdərdən müştaqdır. Çünki الهادين (hadin: hidayətdə olanlar); المستهدين (mustəhdin: hidayət istəyənlər); المستزيدين (mustəzidin: hidayətin təzyidini, çoxalmasını istəyənlər); خالي الذهن (xali'z-zihn: hələ hidayət nemətinə nail olmayanlar) kəlimələri, اِهْدِنَا/ihdinə felinin müqəddər məfulları olduğu kimi; hidayət istəyənlərin istəklərinə görə daha başqa müxtəlif məfulları da vardır.

Demək, hidayət istəyənlər, öz hallarına görə ayrı-ayrı şeylər istədikləri üçün, اِهْدِنَا/ihdinə felinin məfulu da, fərqli-fərqli olmuşdur.

Ərəbcə mətndə keçən "mə'şər" (مَعْشَرَ) kəliməsi, "böyük bir topluluq" mənasındadır. İzdihamlı bir camaatdan kinayədir. Cəm halı, "məşəir"dir. "10" mənasında olan عَشَرَ/aşəra kəliməsindən meydana gələn ismu'l-məkandır (felin edildiyi yeri bildirir). مَعْشَرَ, "onun toplandığı yer" deməkdir. Dolayısı ilə, bu kəlimə, 10 ədədindən aşağı olan topluluqlarda istifadə edilə bilməz; ən az 10 nəfərlik bir camaatdır. Çünki "əşər", yəni 10 ədədi, ərəb dilində kamil ədəd olub bu saydan sonra tərkibsiz say yoxdur. Yəni, 10 sayından sonrakı saylar, ancaq bu saya əlavə edilmək surətilə meydana gətirilir. 11, 12, 13 və s. kimi.

Elə isə, ٱهْدِنَا/ihdinə felinin mənası, mə'şər'ə, yəni topluluğa görə dəyişir. Məsələn:

Hidayətdə olan bir topluluğa, yəni الهادين/əl-hədin topluluğuna görə, ٱهْدِنَا/ihdinə kəliməsi, ثَبّتْنَا / (səbbitnə) mənasındadır. Yəni, "Ey Rəbbim! Bizi hidayətdə sabit qıl." deməkdir.

• Həm məsələn hidayətə müvəffəqiyyət istəyən bir topluluğa, yəni مستهدين /mustəhdin topluluğuna görə, ٱهْدِنَا /ihdinə kəliməsi, وَفّقْنَا (vəffiqnə) mənasındadır. Yəni, "Ey Rəbbim! Hidayət xüsusunda bizi müvəffəq et." mənasındadır.

• Həm məsələn, hidayətini artırmaq istəyən bir camaata, yəni, مستزيدين (mustəzidin) camaatına görə, ٱهْدِنَا /ihdinə kəliməsi, زِدْنَا (zidnə) mənasındadır. Yəni, "Ey Rəbbim! Hidayətimizi artır." deməkdir.

• Həm məsələn, hələ hidayət nemətinə nail olmayıb Allahdan hidayət istəyən camaata, yəni, خالي الذهن / xali'z-zihn topluluğuna görə, ٱهْدِنَا / ihdinə kəliməsi, اَعْطِنَا (ə'tinə) mənasında olur. Yəni, "Ey Rəbbim! Bizi hidayət et, hidayət nemətini bizə ehsan et." deməkdir.

Demək, نَا (biz) məfulu cəhətindən, ٱهْدِنَا / ihdinə kəliməsi, belə 4 mənaya gəlir.

Xülasə: Yuxarıda keçən fellərə görə, hidayətin 4 məsdəri vardır. Yəni, ٱهْدِنَا kəliməsi, hidayət istəyən 4 camaata görə, ثَبّتْنَا, زِدْنَا, وَفّقْنَا, اَعْطِنَا (yəni, səbbitnə, zidnə, vəffiqnə, ə'tinə) mənalarına gəldiyi üçün, sanki 4 məsdərdən müştaq olmuş (törəmiş, meydana gəlmiş)'dir.

Belə ki, ثَبّتْنَا (səbbitnə) felinin məsdəri, تَثْبٖيتُ (təsbit) kəliməsidir. زِدْنَا (zidnə) felinin məsdəri, زِيَادَةُ (ziyədə) kəliməsidir. وَفّقْنَا (vəffiqnə) felinin məsdəri, تَوْفٖيقُ (təvfiq) kəliməsidir. اَعْطِنَا (ə'tinə) felinin məsdəri, اِعْطَاءُ (i'ta) kəliməsidir.

Eyni şəkildə,

...أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ...

ayəti hökmüncə, "Allah hər şeyə öz xilqətini verdi, sonra onu hidayət etdi." (Taha/50)

Bu ayətin həm ümum mövcudata, həm də insana baxan hidayət yönləri və cəhətləri vardır. Hər mövcudun nəyə, hansı şeyə hidayətə ehtiyacı vardırsa, Haqq Taala, o mövcuda, möhtac olduğu hidayətə irşad etmək surətilə hidayət etmişdir.

Sual:

"Bu ayətin insana baxan hidayət yönü nədir?"

Cavab:

Allah Taala, əvvəl bizi yaratmış; daha sonra bizə 4 vəchlə (cəhətlə) hidayət etmişdir:

• Birinci cəhət: Bizə zahiri və batini 5 hiss (haşiyə) vermək surətilə hidayət etmişdir.

--------------------

(Haşiyə:

10 hiss üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir

--------------------

• İkinci cəhət: Afaqi və ənfusi dəlillərini (haşiyə) göstərməklə hidayət ehsan etmişdir.

---------------------

(Haşiyə:

Afaqi və Ənfusi dəlillər üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/afaqi-v%C9%99-%C9%99nfusi-d%...

---------------------

• Üçüncü cəhət: Ən mühim hidayəti olaraq, bizə, peyğəmbərlər və kitablar göndərməklə hidayət etmişdir.

• Dördüncü cəhət: Hidayətin ən böyüyü olan qəlbdən mənəvi hicabı qaldıraraq, haqqı haqq olaraq izhar; batili də batil olaraq göstərməklə, ən böyük hidayət ehsan etmişdir.

Və beləcə, hidayətin mənasının çox mərtəbələri vardır.

Elə isə, ٱهْدِنَا / ihdinə felinin, bu ayətin hökmünə və bizə baxan məzkur 4 cəhətə görə mənası, belə olur:

~ "İhdinə" felinin bizə baxan birinci cəhətinin mənası, budur:

"Ey Rəbbim! Sən, bizə, bu 5 zahiri və 5 batini hiss ehsan etdin. Elə isə, bu hisləri, qeyr-i məşru (şəriətin icazə vermədiyi) arzu və istəklərimizə tabe qılma. Bu hisləri yerində, yəni Sənin əmrin dairəsində, haqq yolunda istifadə etməyi bizə nəsib et. Şəhvət, qəzəb və ağıl qüvvələrimizi ifrat və təfritdən mühafizə et; hədd-i vasat olan istiqamət dairəsində tut. Bizi sırat-ı müstəqimə (doğru yola) irşad et."

~ Həm ٱهْدِنَا / ihdinə felinin bizə baxan ikinci cəhətinin mənası budur:

"Ey Rəbbim! Bizi, afaqda və ənfusda göstərdiyin varlıq və birlik dəlillərini müşahidə etməyə irşad və hidayət et. O dəlillər vasitəsilə, Sənin varlıq və birliyinə iman rüknünə varmağı bizlərə ehsan et."

~ Həm ٱهْدِنَا / ihdinə felinin bizə baxan üçüncü cəhətinin mənası budur:

"Ey Rəbbim! Madam ki, peyğəmbərləri və rəsulları göndərən, səmavi kitabları və səhifələri endirən Sənsən. Elə isə, peyğəmbərlərə və səmavi kitablara iman və itaət etmək surətilə, bizləri hidayət et."

~ Həm ٱهْدِنَا / ihdinə felinin bizə baxan dördüncü cəhətinin mənası budur:

"Ey Rəbbim! Ağlımızın və qəlbimizin üzərindəki mənəvi hicabı qaldırıb, haqqı haqq olaraq görüb tabe olmağı; batili də batil olaraq görüb ondan çəkinməyi bizlərə ehsan et. Sırat-ı müstəqimi bizə kəşf edib, həqiqətini açıq bir şəkildə görməyi və azmadan, sapmadan, o istiqamətli yolda addımlamağı bizlərə nəsib et. Bizi, şuhudi imana qovuşdur."

Demək, fel cəhətindən ٱهْدِنَا / ihdinə kəliməsi, bax bu 4 mənaya gəlməkdədir.

Xülasə: ٱهْدِنَا / ihdinə felinin, نَا (yəni, biz)'ə, yəni məfula; və felə görə dəyişən ayrı-ayrı mənaları və mərtəbələri vardır. 4 mənası - məfula (ٱهْدِنَا felindəki نَا/biz'ə); 4 mənası da - هَدَىٰ / hidayət etdi felinə baxır.

-------------------------

-------------------------

"Sirata'l-mustəqim/istiqamətli yol"

Bil ki: "Sirat-ı mustəqim", ədalətdir. O isə, insandakı 3 qüvvənin hər birinin 3 mərtəbəsindən vasat (orta) mərtəbələri ifadə edən:

~ hikmət;

~ iffət; və

~ şücaət'in

xülasəsidir. Belə ki:

Allah (azzə və cəllə), haldan hala çevrilən, ehtiyacları olan və təhlükələrə məruz qalan insan bədənində ruhu yerləşdirdiyində, onun bədəndə davamı üçün, 3 qüvvə buraxdı:

1. Mənfəətləri cəzb edici bəhimi (heyvani) şəhəvi qüvvə;

2. Zərərləri və təxribkar şeyləri dəf edici heyvani qəzəb qüvvəsi;

3. Fayda və zərəri bir-birindən ayıran mələki əqli qüvvə.

Lakin Allah Taala, müsabiqə sirrilə, bəşərin təkəmmülünü gərəkdirən hikmətilə, hər nə qədər şəriətlə bunları bir hədd altına almışsa da, heyvanların qüvvələrini məhdudlaşdırdığı kimi; insanın bu qüvvələrini, fitri olaraq məhdudlaşdırmadı. Çünki şəriət, ifrat və təfriti qadağan edər; vasatı isə əmr edər.

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ

Fəstəqim, kəmə umirtə.

Yəni:

"Əmr olunduğun kimi, istiqamətli (doğru) ol." (Hud/112) ayəti, bunu elan etməkdədir.

Bunların fitri olaraq təhdid edilməməsilə, 3 mərtəbə hasil olur:

1. Nöqsan mərtəbəsi. Yəni, təfrit;

2. Ziyadə mərtəbəsi. Yəni, ifrat.

3. Vasat mərtəbəsi. Yəni, ədalət və etidal.

~ Ağıl qüvvəsinin təfriti, qabavət (anlayışsızlıq) və axmaqlıqdır. İfratı, aldadıcı cərbəzə və dəyərsiz işləri tədqiqdir. Vasatı isə, hikmətdir.

وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًا كَثِيرًا ۗ

Və mən yu'tə'l-hikmətə, fə qad utiyə xayran kəsira.

Yəni:

"Kimə hikmət verilmişdirsə, doğrusu, ona çox xeyir verilmişdir." (Bəqərə/269)

(ayəti, buna işarət etməkdədir).

-----------------------------

İzahı:

Ustad Nursi (rahmətullahi aleyh), "ٱلصِّرَ‌ٰطَ ٱلْمُسْتَقِيمَ / sirata'l-mustəqim / istiqamətli yol" kəliməsini, bir cümlə ilə çox vəciz və bəliğ bir şəkildə tərif və təfsir etməkdədir. Belə ki:

Sirata'l-müstəqim: "Hikmət, iffət və şücaət"in xülasəsindən ibarətdir ki, o da, "ədalət"dir.

Bəli, sirata'l-müstəqim, orta yoldur. Yəni, istiqamətli yol, insana verilən 3 qüvvənin, yəni, "ağıl, şəhvət və qəzəb qüvvələri"nin hədd-i vasat (orta yol)'ları olan "hikmət, iffət və şücaət"in məzcindən, xülasəsindən meydana gələn ədalət yoludur.

Bəli, insana verilən bu 3 qüvvənin, fitri olaraq bir son sərhədi yoxdur. Cəlal sahibi Allah tərəfindən, təhdid edilməmişlərdir (yəni bunlara bir məhdudiyyət qoyulmamışdır). Bundan dolayı, hər bir qüvvənin, ifrat, təfrit və hədd-i vasatı vardır. Bunların hədd-i vasatı da, hikmət, iffət və şücaətdir.

Sual:

"Müəllif, niyə bu 3 qüvvənin vasat mərtəbələrini ədalət deyə təbir etmişdir?"

Cavab:

Çünki ədalət, ölçü və balans deməkdir. Yəni, hər şeyin yerli-yerində, ölçülü, mizanlı olması deməkdir. Bax bu 3 qüvvənin də tam ölçülü və balanslı halı, hikmət, iffət və şücaətdir. Bu qüvvələrin ifrat və təfritləri isə, ölçüsüzlük və balanssızlıqdır; zülm və həddi aşmaqdır. Orta yolu isə, tam ədalətdir, sirata'l-müstəqim'dir.

Ustad Nursi, bu məsələni izah etmək və bu xüsusda təfsilat vermək üçün deyir ki, bu məsələnin açıqlaması belədir:

Haqq Taala, mütəhavvil olan, yəni davamlı haldan-hala dəyişən, bir qərarda sabit qalmayan bu insan bədənində ruhu yerləşdirdiyi vaxt, o ruhun davamı və orda yerləşib yaşaması üçün, bu 3 qüvvəni, əmanət olaraq ona (insan bədəninə) yerləşdirdi.

Bəli, insan bədəni daim hal dəyişikliyinə uğramaqdadır:

~ Bəzən ac olur, bəzən susuz qalır. Bu səbəblə, yemək-içmək və s. şəhəvani arzularını tətmin etmək istəyir. Yəni, mənfəətlərini cəlb, ehtiyaclarını əldə etmək istəyir.

~ Bəzən bəla və müsibətlərə giriftar olur; təhlükələrə düşür; təhlükəli şeylərə, ölümə məhkum olur; zərərli şeylərin hücumuna məruz qalır. Bütün bunlara qarşı, insan, özünü müdafiə etmək məcburiyyətindədir.

~ Bəzən də, haqq ilə batili, zərər və mənfəəti, xeyir ilə şərri, yaxşı ilə pisi bir-birindən ayırd etmək məcburiyyətində qalır.

Bax insan bədəni, bütün bu əhvallarına qarşı, fitri olaraq 3 qüvvəyə ehtiyac duyur. Yəni:

- mənfəətləri cəlb üçün, "şəhvət qüvvəsi"nə;

- zərərləri dəf üçün, "qəzəb qüvvəsi"nə;

- haqqı batildən, xeyri şərdən ayırmaq üçün, "ağıl qüvvəsi"

möhtacdır. Bu 3 qüvvə, Xaliqi tərəfindən ona əmanət olaraq verilmişdir. Ta ki, bu hallara məruz qalan insan bədənində olan ruh, davam edə bilsin. Əgər bu 3 qüvvə insan bədənində olmasaydı, ruh, o bədəndə davam edə bilməzdi, yaşaya bilməzdi.

Müəllifimizin bu ifadələrindən başa düşüldüyü üzərə, bu qüvvələrin bir qismi, həm heyvanda, həm nəbatda (bitkidə), həm insanda mövcuddur. Bir qismi də, yalnız insanda mövcuddur, heyvan və nəbatda isə, mövcud deyildir. Yəni, şəhvət və qəzəb qüvvəsi, ikisi də heyvanidir. Yəni, həm insanda, həm heyvanda vardır. Ağıl qüvvəsi isə, yalnız insanda vardır.

Bu heyvani (şəhvət və qəzəb) qüvvələri də, ikiyə ayrılır:

• Biri: Əsli etibarı ilə nəbatidir (bitkisəldir); mənfəətləri cəzb etmək, ehtiyacları əldə etmək üçündür. Dolayısı ilə heyvanidir. Məsələn, yemək, içmək, böyüyüb inkişaf etmək, əsl etibarı ilə nəbatatın (bitkilərin) cəzb qüvvəsidir, ki, bununla onlar, ehtiyaclarını cəzb edirlər. Heyvanda isə, bu ehtiyaclar daha yüksək olduğu üçün, onda da eyni qüvvə dərc edilmişdir.

Demək, insanın vücudunda çalışan zərrələri gətirib o vücudda yerləşdirmək; yemək, içmək, hava tənəffüs etmək, evlənmək və s. ehtiyacları və mənfəətləri cəlb etmək, bu qüvvənin işidir. Bunları çəkən, cəzb edən, bu "cazibə, şəhvət qüvvəsi"dir. Bitkilərdə də, qida və suyunu almaq; ehtiyaclarını cəzb etmək; böyüyüb inkişaf etmək qabiliyyəti vardır. Bu cəhət, əsl etibarı ilə nəbati (bitkisəl)'dir. Lakin bu şəhvət qüvvəsi, heyvanda, xüsusilə də insanda daha çox təkamül etmiş və daha yüksəkdir. Çünki insan və heyvanın, bitkilərə nisbətən qabiliyyətləri daha yüksəkdir, ehtiyacları daha çoxdur və fərqlidir.

• Digəri "qəzəb qüvvəsi"dir. Bu isə, bir başa heyvanidir.

Müəllif, qəzəb qüvvəsini, "səbuiyyə", yəni "canavara mənsub qüvvə" deyə vəsf etməsinin səbəbi, bu qəzəb qüvvəsinin, yəni parçalamaq yönünün, canavar heyvanlarda olduğu üçün elə vəsf etmişdir. Bu qüvvə, təxrib edici və zərərli şeyləri dəf etmək üçün verilmişdir. Bu münasibətlə, qəzəb qüvvəsinə, eyni zamanda "dəf etmə qüvvəsi" də deyilmişdir.

Şəhvət qüvvəsilə qəzəb qüvvəsi, insanın heyvani cəhətindən qaynaqlanmaqdadır. Lakin insan, ağlı ilə bu 2 qüvvəni istifadə edib hədd-i vasata gətirir. Bəli, insanı insan edən, onun ağlıdır. İnsanı, heyvandan ayıran ən böyük xüsusiyyəti, onun ağlıdır. İnsan, bu 2 qüvvə ilə öz ehtiyaclarını cəlb; zərərli və təhlükəli şeylərdən də özünü müdafiə edir. Yoxsa insan ruhu, bu vücudda davam edə bilməzdi, təhlükələrdən qorunub yaşaya bilməzdi.

Ustad Nursi'nin, insandakı üçüncü qüvvə haqqında "mələki əqli qüvvə" təbirini istifadə etməsinin səbəbi isə, bu qüvvənin əslinin mələklərdə mövcud olmasıdır. Onun üçün, "mələki", yəni, "mələklərə mənsub" təbirini istifadə etmişdir. Yəni, fayda və zərəri bir-birindən ayıran "müməyyizə qüvvəsi", mələklərin xüsusiyyətidir. Çünki mələklər, şərli və zərərli şeylərdən məfhuzdurlar (qorunmuşlardır); mənfəətli olan şeyləri edərlər. Haqq Taala, bu əqli qüvvəni, insana da vermişdir. Ta ki, insan, faydalı və zərərli olanı bir-birindən ayırsın. Mənfəətli və xeyirli şeyləri cəlb edib, zərərli və şərli şeylərdən uzaqlaşsın. Mələklərdə bu qüvvə, şüur dərəcəsindədir. Çünki onlarda "şüur"; insanda isə, "ağıl" vardır. Həm mələklərin iradəsi də mövcuddur. Lakin onların iradələri, yalnız xeyir yönündədir. Yəni, hər zaman xeyirli və mənfəətli olan şeyləri iradə edərlər. Haqq Taala, iradələrini şərdə istifadə etmə qabiliyyətini, mələklərə verməmişdir. Onlar, daim xeyri tərcih edərlər, xeyir iş görərlər. Əsla şər və günah işləməzlər. (bax: Ənbiya/26-27; Təhrim/6)

Ustad Nursi, bəşərə verilən bu 3 qüvvənin niyə fitri olaraq təhdid edilmədiyini, yəni fitri olaraq bu 3 qüvvəyə niyə bir hədd qoyulmadığını, belə bəyan etməkdədir:

Lakin Allahın hikməti, bəşərin müsabiqə sirri ilə, imtahan nəticəsində təkamül etməsi və mücahidə ilə tərəqqi etməsi sirrindən dolayı, heyvanlara müxalif olaraq, insanların bu qüvvələrinə fitri olaraq bir hədd təyin etməmişdir. Ancaq şəriət ilə bu qüvvələrə bir hədd, bir ölçü təyin edilmişdir. Çünki şəriət, ifrat və təfriti nəhy edib, hədd-i vasat olan ədaləti, sırat-ı müstəqimi (doğru yolu) əmr edər.

Bəli, heyvanat və nəbabatın qüvvələri bəllidir, məhduddur. Məsələn, şirin müəyyən bir hücum gücü vardır. Bitkilərin, məsələn otların, müəyyən bir hüdudu, müəyyən bir böyümə və inkişaf qanunu vardır, o hüdudu keçə bilməzlər. Lakin insanların qüvvələri, belə deyildir, sərhədsizdir. Bu 3 qüvvədən hər biri, öz sahəsində əgər bir əngəl olmazsa, heç bir hədd tanımaz, həddini aşar, zülm və təcavüz edər. Şəhvət qüvvəsinin ifrat mərtəbəsilə, məsələn, əlindən gəlsə, bütün qadınları özünə nökər etmək istəyər. Yemək, içmək xüsusunda, doymaq bilməz. Bütün dünya özünə verilsə, tətmin olmaz. Bununla bərabər, qəzəb qüvvəsinin ifrat mərtəbəsilə, əlindən gəlsə, bütün insanlara canavar kimi hücum edər, onları öldürər, qan tökməkdən ləzzət alar. Şir kimi deyildir, bu xüsusda sərhəd tanımaz, hədsiz dərəcə həddini aşar. Yəni bu qabiliyyətlər, insanda fitri olaraq vardır. Əgər bir əngəl, bir mane olmazsa, o qüvvələr, son dərəcə həddini aşar.

Bunun kimi, insan, əqli qüvvəsinin ifrat mərtəbəsilə, cərbəzə edər, yəni batili haqq, haqqı da batil surətində göstərər. Bu mövzuda, həddini elə aşar ki, kainatın Xaliq'ini inkar edəcək dərəcəyə gələr. Firon və Nəmrud kimi, uluhiyyət iddiası edər.

Lakin təklifi şəriət, bu qüvvələrə bir hədd təyin etmiş; ifrat və təfriti qadağan etmiş; hədd-i vasatı, yəni bu 3 qüvvənin ortası olan "iffət, şücaət və hikmət"i əmr etmişdir.

Bax şanı uca olan Quran,

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ...

"Əmr olunduğun kimi müstəqim ol..." (Hud/112) ayətilə, bu hədd-i vasatı, istiqamətli yolu tövsiyyə edir; insanı, İlahi qanunlara riayət etməklə mükəlləf qılır; "Bu 3 qüvvənin ortasında durun, hədd-i vasatdan ayrılmayın." deyə əmr edir.

Müəllifimiz Ustad Nursi, bu 3 qüvvədən ağıl qüvvəsinin təfriti, ifratı və hədd-i vasatını, qısaca olaraq belə tərif edir:

Ağıl qüvvəsinin təfriti - "qabavət"dir, "bəladət"dir, yəni axmaqlıqdır. Yəni haqq ilə batili, zərərlə mənfəəti, xeyirlə şərri bir-birindən ayıra bilməməkdir.

Bu ağıl neməti, fayda və zərəri, xeyir və şərri, haqq ilə batili bir-birindən ayırmaq, mənfəətli və haqq olanı bilib ona tabe olmaq; zərərli və batil olanı da anlayıb ondan çəkinmək üçün insana verilmişdir. İnsan, ağlını istiqamət üzərə istifadə etmədiyi zaman, heyvan dərəcəsinə düşər.

Ağlın ifratı isə, "cərbəzə"dir (haşiyə). Yəni, haqqı batil, batili də haqq surətində göstərəcək şəkildə, şeytani bir zəkaya sahib olmaqdır. Ağıl qüvvəsinin bu mərtəbəsi də, istiqamətsizlikdir, həddini aşmaqdır. Hətta bu mərtəbədə elə həddini aşar ki, peyğəmbərlərə, səmavi vəhyə qarşı çıxar, İlahi qanunlara muaraza edəcək bir hala gələr.

Ancaq ağıl qüvvəsinin hədd-i vasatı və istiqaməti isə, "hikmət"dir. Yəni haqqı haqq olaraq görüb, ona tabe olmaq; batili də batil olaraq görüb ondan çəkinmək surətilə, istiqamətli yolda addımlamaqdır. Bəqərə surəsi 269-cu ayət də, buna işarət edilməkdə və hikmət əhli mədh edilməkdədir:

يُؤْتِى ٱلْحِكْمَةَ مَن يَشَآءُ ۚ وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

"Allah, hikməti, qullarından istədiyinə bəxş edər. Kimə hikmət verilmişdirsə, ona çoxlu xeyr nəsib edilmişdir. Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar."

---------------------------

(Haşiyə:

Cərbəzə nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/c%C9%99rb%C9%99z%C9%99-n%C9%...

----------------------------

----------------------------

Bil ki: Bu (3) qüvvənin əsli, bu 3 mərtəbəyə ayrıldığı kimi; budaqlarından hər bir budaq da, 3 mərtəbəyə ayrılır. Məsələn, fellərin yaradılması məsələsində, Əhl-i Sünnət məzhəbi, cəbriyyə və mötəzilənin vasatıdır. Etiqadda tövhid məzhəbi, tə'til və təşbihin vasatıdır və s.

------------------------------

İzahı:

Necə ki, bu 3 qüvvənin əsli etibarı ilə belə ifrat, təfrit və vasat olmaq üzərə 3 mərtəbəsi vardır. Elə də, bu qüvvələrin füruatlarının da 3 mərtəbəsi vardır.

Ustad Nursi, ağıl qüvvəsinin füruatının 3 mərtəbəsi haqqında, birinci olaraq "insan fellərin yaradılması"nı misal verir. Yəni, bəşərin cüz-i ixtiyarı ilə etdiyi fellərdə, ifrat, təfrit və vasat mərtəbələr vardır. Bunlardan Cəbriyyə, ifratdır. Bunlar, insan iradəsinin bir təsiri olmadığını iddia edərək, insanı feldən mərhum edirlər. Mötəzilə isə, təfrit edib təsiri insana verməkdədir. Yəni bunlar, "İnsan, öz felinin xaliqidir." deyirlər. Əhl-i Sünnət isə, hədd-i vasat olanı tərcih etmişdir. Yəni bir felə başlarkən, başda cüzi iradənin adi bir şərt olduğuna etiqad edir. Əhl-i Sünnət, "Cüzi iradəmizlə etdiyimiz bir işdə, əvvəl cüzi iradəmiz təəlluq edir; sonra Allahın külli iradəsi ona təəlluq edir; ondan sonra da Allahın qüdrəti, o felimizi yaradır." deyə etiqad etməkdədir.

Təklifi qədərdə bu 3 şeyin varlığına bərabər inanmaq mükəlləfiyyəti vardır:

• Birincisi: Qədər;

• İkincisi: İnsanın cüzi ixtiyarı;

• Üçüncüsü: İnsanın cüzi ixtiyarından südur edən felləri.

Yəni, cüzi iradəmizlə etdiyimiz xeyir və ya şər bütün fellərimizdə, həm qədərin, həm də cüzi iradəmizin hissəsi olduğuna inanmaq məcburiyyətindəyik.

Bax bu 3 nöqtə, 3 məzhəb müntəsibləri arasında cərəyan edən bir münaqişə səbəbidir. Belə ki:

~ Cəbriyyə məzhəbinin qədər və cüzi iradə haqqındakı fikirlərinin xülasəsi budur:

"Xeyir və şər, bütün insan fellərində, qədər hakimdir. İnsanın cüzi iradəsinin tərcihi yoxdur."

Bu məzhəb, insanın ixtiyari fellərində çarəsiz olduğunu söyləməkdədir. Necə ki, mədənin çalışmasında, tüklərin uzanmasında insan iradəsinin rolu yoxdursa; namaz qılmaq, oruc tutmaq, oğurluq etmək, adam öldürmək, içki içmək kimi insanın işlədiyi xeyir və şər fellərində də, insan iradəsinin rolu, yəni tərcih gücü yoxdur.

Demək, cəbriyyə, bu xüsusda ifrat edib, insanın cüzi ixtiyarı ilə hər hansı bir feli tərcih etməsini inkar edir.

~ Mötəzilə məzhəbinin qədər və cüzi iradə haqqındakı fikirləri, bu nöqtədə toplanmaqdadır:

"İnsan, ixtiyari fellərinin xaliqidir. İnsanın iradəsilə işləmiş olduğu fellərində, insanın iradəsi hakimdir."

Mötəzilə, guya Haqq Taalanı təqdis etmək niyyətilə, insanın fellərinin yaradılışını Allaha verməyib, "İnsan, öz fellərinin xaliqi, yaradıcısıdır." demək surətilə, bir növ şirkə girməkdədirlər. Bununla da, təfrit edib təsiri insana verirlər.

Əhl-i Sünnət'in qədər və cüzi iradə haqqındakı etiqadlarının xülasəsinə gəlincə:

Biz, həm xeyirdə, həm də şərdə, qədər və cüzi iradənin varlığını bərabər qəbul etməkdəyik. (haşiyə)

 

Not: Dəyərli oxuyucu! Bu mövzunun təfsilatlı izahları, kəlam kitablarında mövcuddur. Bunun üçün, sözü qısa kəsirik.

------------------------------

(Haşiyə:

Mötəzilə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mot%C9%99zil%C9%99-kimdir

Cəbriyyə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/c%C9%99briyy%C9%99-kimdir)

--------------------------------

"Etiqadda tövhid məzhəbi, tə'til və təşbihin vasatıdır..."

Eynilə, etiqadda, ağıl qüvvəsinin ifrat mərtəbəsi, tə'tildir. Yəni, Allahın varlığını qəbul etməməkdir. Tətil görüşündə olanlar, "muəttilə" deyə adlandırılmışlardır. Bunlar, təbiətin, bir Yaradandan boş olduğu görüşünü mənimsəyənlərdir. Ustad Nursi, 25-ci Sözdə (s. 377), belə deyir:

اَمْ خَلَقُوا السَّمٰوَاتِ وَاْلاَرْضَ بَلْ لاَيُوقِنُونَ

"Yoxsa göyləri və yeri, onlarmı yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar." (Tur/36)

"Veyahut, Hâlıkı inkâr eden fikirsiz, sersem muattıla gibi, Allah'ı inkâr mı ediyorlar ki Kur'ân'ı dinlemiyorlar? Öyle ise, semâvât ve arzın vücutlarını inkâr etsinler; veyahut "Biz halk ettik" desinler, bütün-bütün aklın zıvanasından çıkıp divaneliğin hezeyanına girsinler. Çünkü, semâda yıldızları kadar, zeminde çiçekleri kadar berâhin-i tevhid (tövhid dəlilləri) görünüyor, okunuyor.

Demek yakîne ve hakka niyetleri yoktur. Yoksa bir harf kâtipsiz olmaz bildikleri halde, nasıl bir harfinde bir kitap yazılan şu kâinat kitabını kâtipsiz zannediyorlar?"

Yəni:

Və yaxud Xaliqi inkar edən fikirsiz, axmaq muəttilə kimi, Allahı inkar edirlərmi ki, Quranı dinləmirlər?! Elə isə, səmalar və yerin vücudlarını inkar etsinlər; və yaxud "Biz xəlq etdik." desinlər, bütün-bütün ağlını itirib divanəliyin həzəyanına girsinlər. Çünki, səmada, ulduzları qədər; yerdə, çiçəkləri qədər tövhid burhanları görünür, oxunur.

Demək, yəqinə və haqqa niyyətləri yoxdur. Yoxsa, bir hərf, katibsiz olmaz bildikləri halda, necə bir hərfində bir kitab yazılan bu kainat kitabını, Katibsiz zənn edirlər?! (Sözlər, 25-ci Söz, s. 377)

 

Ağıl qüvvəsinin təfrit mərtəbəsi isə, təşbihdir. Yəni, bir tək İlah yerinə, hədsiz şərikləri və ilahları qəbul etməkdir.

Ağıl qüvvəsinin hədd-i vasatını və istiqamətli olanını izləyən yol isə, tövhid yoludur. Yəni, Vacibu'l-Vücud olan Zatın varlığını təsdiq edib, şirki və səbəbləri rədd etməkdir.

لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌ

"Onun heç bir bənzəri yoxdur." (Şura/11) ayətinin hökmüncə, Allahın, nə Zatında, nə sifətlərində, nə isimlərində, nə fellərində, nə hökmlərində, bənzəri yoxdur.

--------------------------------

--------------------------------

~ Şəhvət qüvvəsinin təfriti, xumud, yəni, heç bir şeyə iştah hiss etməməkdir. İfratı, fücur, yəni, halal-haram demədən, rastlaşdığı hər şeyə istək duymaqdır. Vasatı isə, iffətdir; halala rəğbət edib, haramdan çəkinməkdir. Bu əsasa, yemək, içmək, geyinmək və bənzəri füruatından hər bir fürusunu qiyas et.

--------------------------

 

İzahı:

Mətnin bir qismi açıq olduğundan, bu qismi keçirik. Ancaq "...yemək, içmək, geyinmək və bənzəri füruatından hər bir fürusunu qiyas et..." qisminə gəlincə:

Şəhvət qüvvəsinin, yemək, içmək, geyinmək və bunların bənzəri yatmaq və danışmaq kimi füruatlarında da, bu 3 mərtəbə vardır.

Bunlardan geyim xüsusundakı ifrat, təfrit və vasat mərtəbələri qısaca izah edək. Belə ki:

Bir insan imkanı olduğu halda, nemətin əsəri üzərində görünməz, özünə libas üçün pul xərcləməz, paxıllıq edərsə, bu halı, təfritdir;

Və ya geyimdə ifrat edib, israf edər və yaxud haram olanı geyinər. Məsələn, ipək paltar geyinmək, qızıl üzük taxmaq haram olduğu halda, bunları istifadə etməkdən çəkinməz. Bu hal isə, ifratdır.

Vasat isə, şəriətin müəyyənləşdirdiyi ölçüdə geyinməkdir.

---------------------------

---------------------------

~ Qəzəb qüvvəsinin təfriti, cəbanət, yəni, qorxulmayacaq şeylərdən belə qorxmaqdır və təvəhhümdür. İfratı, istibdad, təhəkküm və zülmün atası olan təhəvvürdür. Vasatı isə, şücaətdir. Yəni, İslamın namusu, tövhid kəliməsinin ucaldılması üçün, eşq və şövqlə, ruhunu fəda etməkdir. Buna, füruatını qiyas et.

----------------------------

İzahı:

Mətn açıq olduğundan, biz, sadəcə, "Buna, füruatını qiyas et..." qismi haqqında qısa söz edəcəyik. Belə ki:

Şücaətin füruatı da vardır. Məsələn, İslamın bütün hədləri, yəni cəza hüququnu məhkəmədə icra etmək, qisasa qisas hökmünü tətbiq etmək, oğrunun əlini kəsmək və s. bütün şəri qanunları tətbiq və icra etmək də, şücaət təbirinə daxildir. Eynilə, İslam dövlətinin daxili və xarici düşmənlərə qarşı etdiyi bütün maddi və mənəvi cihadlar, hamısı bu təbirə daxildir.

-----------------------------

-----------------------------

-Görüldüyü üzərə- hər 3 qüvvənin:

~ ifrat və təfrit mərtəbələri olan "6 tərəf"i, zülm;

~ ortada yer alan 3-ü ədalət, yəni, sırat-ı mustəqimdir.

Yəni, "Əmr olunduğun kimi istiqamətli ol." (Hud/112) ayətilə əməldir.

Kim, dünyada sırat-ı mustəqim üzərə olarsa, cəhənnəm atəşi üzərindəki siratdan asan keçər.

-------------------------

-------------------------

-------------------------

صِرَ‌ٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ

Sirata'l-ləzinə ənəmtə aleyhim ğayri'l-məğdubi aleyhim vələ'd-dallin.

Yəni:

Nemət verdiyin kimsələrin yoluna; qəzəb edilənlərin və dəlalətdə olanların yoluna yox. (Fatihə/7)

----------------------------

Təfsiri:

Bil ki: Quran incilərinin düzülüşü, bir iplə deyildir. Çox yerdə, bu düzülüş, yaxınlıq və uzaqlıq; zuhur (açıqlıq) və xafa (gizlilik) yönündən fərqli-fərqli nisbət xətlərinin nəscindən (toxumasından) meydana gələn naxışlardır. Çünki, Quranın i'cazı (möcüzəliliyi)'nin əsası, vəcizliyindən (az sözlə çox məna ifadə etməsindən) sonra, bu naxışdır. Məsələn, "Nemət verdiyin kimsələrin yoluna" ifadəsi:

~ "əlhəmdulillah"a münasibdir. Çünki, nemət, həmdin qərinəsidir;

~ "Rabbi'l-aləmin"ə münasibdir. Çünki, tərbiyənin kamalı, nemətlərin ard-arda gəlməsilədir;

~ "ər-Rahməni'r-Rahim"ə münasibdir. Çünki, özlərinə nemət verilənlər, yəni, "Nəbilər, siddiqlər, şəhidlər və salehlər", aləmlərə rəhmətdirlər və rəhmətə, açıq bir misaldırlar;

~ "Məliki yəvmiddin"ə münasibdir. Çünki, axirətin gəlməsi, kamil nemətin məhz özüdür;

~ "Nə'budu"ya münasibdir. Çünki, (nemətə nail olmuş) o şəxslər, (ibadətdə) imamdırlar;

~ "Nəstəinu"ya münasibdir. Çünki, (nemət verilmiş) o şəxslər, müvəffəq olanlardır;

~ "İhdinə"yə münasibdir. Çünki bunlar, "Fə bi hudəhumu'qtədih = Sən də, onların hidayətinə iqtida et (tabe ola)." (Ənam/90) (ayətinin) sirrilə, (hidayətdə) gözəl nümunə, onlardır;

~ "Sirata'l-mustəqim"ə münasibdir. Çünki, istiqamətli yolun, sadəcə onların məsləyində olduğu, gözlər önündədir.

Bu, sənə bir misaldır. Buna, digərlərini qiyas et!

----------------------------

İzahı:

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), burda, "صِرَ‌ٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ / siratalləzinə ənəmtə aleyhim / nemət verdiyin kimsələrin yoluna" cümləsinin, özündən əvvəlki hər bir kəlimə və cümlə ilə olan münasibət yönünü bəyan etməkdədir. Quranın qeyr-i adi olan nəzmi, Quranın möcüzə və Allah kəlamı olduğuna, tək başına dəlildir. Belə ki:

"Quran incilərinin düzülüşü, bir iplə deyildir. Çox yerdə, bu düzülüş, yaxınlıq və uzaqlıq; zuhur (açıqlıq) və xafa (gizlilik) yönündən fərqli-fərqli nisbət xətlərinin nəscindən (toxumasından) meydana gələn naxışlardır."

Bir mənanı ifadə etmək üçün, kəlimələr, yan-yana düzülür və bir cümlə meydana gətirilir. Bəşərin meydana gətirdiyi cümlələr və cümlələrdəki kəlimələr, bir məna ilə məhduddurlar. Nə kəlimələrin, digər kəlimələrlə olan münasibəti; nə də cümlənin, özündən əvvəlki cümlə və kəlimələrlə olan münasibəti, nəzərə alınmaz. Çünki bir kəlamı, özündən əvvəlki kəlam və kəlimələrlə münasibəti olacaq şəkildə ifadə etmək, bəlağatda böyük bir sənətdir, ki, insanlardan çox azı, bu sənətə sahibdir.

Quranın ayətlərində isə, kəlimələrin düzülüşü, bir məna ilə məhdud deyildir. Yəni o cümlənin, özü içində bir mənası vardır; bununla birlikdə, əvvəlki ayət və kəlimələrlə də bir münasibəti, onlara baxan bir üzü və onlarla arasında bir məna münasibəti vardır. Bu cəhətlə, inci kimi olan Quran ləfzləri, sadəcə bir "ip"ə məxsus deyildir. Yəni inci kimi olan kəlimələr, bir-birilə bir ipliklə bağlanmış kimi deyildir.

Bəli, Quranın nəzmi, ayrı-ayrı nisbətlərin xətlərindən, iplərindən toxunmaq surətilə hasil olur. Aralarındakı nisbət və irtibat cəhətinin bir qismi daha açıq; bir qismi daha gizli; bir qismi daha yaxın; bir qismi daha uzaq görsənir. Onun üçün, tək bir ipə düzülən incilər kimi, bir minval üzərə getmir. Aralarında çox fərqli xətlər və münasibət cəhətləri vardır. O münasibətlərin hər biri, bir ip kimidirlər; ayrı-ayrı şəkillərdə, bir-birilərilə irtibatlıdırlar.

"Quranın i'cazı (möcüzəliliyi)'nin əsası, vəcizliyindən (az sözlə çox məna ifadə etməsindən) sonra, bu naxışdır."

İcazdan (az sözlə çox məna ifadə etməkdən) sonra, Quranın i'cazının (möcüzəliliyinin) ən mühim əsası, bu nəzmidir. Yəni, hər bir ayətin, digər ayətlərə qarşı ayrı-ayrı münasibətlərinin olmasıdır. Belə düzülüş, Quranın i'cazının ən böyük əsasıdır; və bu, bəşərin taqətinin fövqündədir.

Bax Ustad Nursi, inci kimi intizamlı düzülmüş olan Quranın bu nəzmini, bir təmsil ilə, yəni "siratalləzinə ənəmtə aleyhim" cümləsinin, Fatihə surəsinin digər cümlələrilə necə bir nəzm yönünün; və aralarında necə bir münasibət xətlərinin var olduğunu izah etməkdədir. Belə ki:

~ "Əlhəmdulillah"a münasibdir. Çünki, nemət, həmdin qərinəsidir.

Məsələn, "nemət verdiyin kimsələrin yoluna" cümləsinin, "əlhəmdulilləh" ilə münasibəti və nəzm yönü vardır. İki cümlə bir-birilərinə uzaq olduqları halda, aralarında münasibət vardır.

Ərəb dilində, necə ki, hər bir məcazın bir qərinəsi vardır. Burda da, nemət, həmdin qərinəsidir. Mətndə keçən "qərinə" təbirindən murad, "nemət, həmdin muqarinidir, onunla bərabərdir, ondan ayrılmaz" deməkdir.

Bəli, nemət varsa, həmd də olacaqdır. Çünki həmd, nemətin bir nəticəsi və varlıq səbəbidir. Nemətdən bəhs edildiyi yerdə həmddən də bəhs edilməsi, hal və məqamın gərəyidir.

Bu cəhətlə, "صِرَاطَ الَّذٖينَ اَنْعَمْتَ عَلَيْهِمْ / nemət verdiyin kimsələrin yoluna" ayətilə "əlhəmdulilləh / həmd Allaha məxsusdur" ayəti arasında bir münasibət vardır. Bu münasibət, nemət-həmd münasibətidir.

~ "Rabbi'l-aləmin"ə münasibdir. Çünki, tərbiyənin kamalı, nemətlərin ard-arda gəlməsilədir.

Həm bu cümlənin "Rabbi'l-aləmin" ilə də münasibəti vardır. Çünki tərbiyənin kamal mərtəbəsi, nemətlərin ard-arda gəlməsilə və davam etməsilədir.

Haqq Taala, nemət vermiş; o nemətlər vasitəsilə məxluqatı tərbiyə etməkdədir. Mətndə keçən "tərbiyə" kəliməsindən məqsəd, sadəcə təkvini tərbiyə deyil; təklifi tərbiyə də muraddır. Çünki bütün aləmlərin Rəbbi olan Allah Taala, həm təkvini, həm təklifi olaraq tərbiyə etməkdədir. Biri, ümumi tərbiyədir ki, nemətləri ard-arda göndərmək surətilə təkvini olaraq tərbiyə edir; digəri isə, təklifən, yəni dinən tərbiyə edir. Bu da, peyğəmbərlər göndərmək və kitablar endirməklə olur.

Yuxarıda, bunun haqqında danışdıq. Ora müraciət et.

~ "ər-Rahməni'r-Rahim"ə münasibdir. Çünki, özlərinə nemət verilənlər, yəni, "Nəbilər, siddiqlər, şəhidlər və salehlər", aləmlərə rəhmətdirlər və rəhmətə, açıq bir misaldırlar.

Həm "ənəmtə aleyhim / nemət verdiyin kimsələrin yoluna" cümləsinin, ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ / ər-Rahməni'r-Rahim" ilə də münasibəti vardır. Çünki, özlərinə nemət verilənlər, ki, bunlar, nəbilər, siddiqlər, şəhidlər və salehlərdir. (bax: Nisa/69). Bu topluluq, həm bütün aləmə Allahın rəhmətinin vəsiləsi; həm də Rahmən və Rahim isimlərinin zahir misalı və timsalıdırlar.

Bəli, Haqq Taala'nın ən böyük rəhməti, peyğəmbərlərin göndərilməsidir. Nübüvvət, rəhmətdir. Yəni, İslam dini, İlahi vəhy, peyğəmbərlərin göndərilməsi, rəhmətin ən böyük və ən zahir təcəllisidir.

~ "Məliki yəvmiddin"ə münasibdir. Çünki, axirətin gəlməsi, kamil nemətin məhz özüdür.

Həm bu cümlənin "Məliki yəvmiddin / Din günün Maliki" ilə münasibəti vardır. Çünki din, kamil bir nemətdir. "Məliki yəvmiddin" ayətinin bir mənası:

"İslam dininin haqq olduğunun zahir olduğu günün (axirət gününün) sahibi və malikidir" deməkdir.

• Və yaxud "Məliki yəvmiddin" ayətində keçən "يَوْمِ ٱلدِّينِ / yəvmiddin / din günü" təbirindən məqsəd, "cəza günü" deməkdir. Yəni, "xeyir və şər əməllərin qarşılığının verildiyi gün" deməkdir. Ən böyük nemət, möminlərin, xeyir əməllərinin mükafatı olaraq cənnətlə mükafatlandırılması; kafirlərin və asilərin, şər əməllərinin cəzası olaraq cəhhənəmlə cəzalandırılmasıdır. Bu da, axirət həyatında gerçəkləşəcəkdir.

Bəli, Haqq Taala'nın peyğəmbərlərə və onlara tabe olanlara ən böyük neməti, iman və saleh əməllərinin qarşılığında cənnəti mükafat olaraq verməsi; düşmənləri olan kafirləri də, cəhənnəm əzabı ilə cəzalandırmaq surətilə intiqam almasıdır.

Demək, "يَوْمِ ٱلدِّينِ / yəvmiddin / din günü" təbiri, ya "يوم الجزاء / yəvmu'l-cəza / xeyir və şər əməllərin qarşılığının verildiyi gün" mənasındadır; ya da "يَوْمِ ظُهُورِ الدّٖينِ / yəvmu'z-zuhuru'd-din / din həqiqətlərinin zahir olduğu gün" mənasındadır. Hər 2 məna da, 2 böyük neməti ifadə edir.

Bəli, möminlərə mükafatın verilməsi; asilərin cəzalandırılıb təzib edilməsi (asilərə cəza verilməsi), kamil bir nemət olduğu kimi; İslam dininin haqq olduğunun zahir olması da, əlbəttə kamil bir nemətdir.

"əd-din" kəliməsi, istər mükafat və ya cəza mənasında olsun; istər dinin (həqiqətlərinin) zahir olduğu mənasında olsun, hər ikisi də, məna cəhətilə "din" kəliməsi içində mütaliə edildiyi üçün, Müəllif (rahmətullahi aleyh) da, kəlamında icaz etmiş (az sözlə çox şey bildirmiş), "ٱلدِّينِ / əd-din" kəliməsilə, hər 2 mənanı birdən ifadə etmişdir. Bəli, din, hər 2 mənası ilə, kamil bir nemətdir.

~ "Nə'budu"ya münasibdir. Çünki, (nemətə nail olmuş) o şəxslər, (ibadətdə) imamdırlar.

Həm  "ənəmtə aleyhim" cümləsinin, نَعْبُدُ / nə'budu / ibadət edirik" ilə münasibəti vardır. Çünki ibadətdə ən böyük imam və ən mükəmməl rəhbər olanlar, əlbəttə "أَنْعَمْتَ عَلَيْهِمْ / ənəmtə aleyhim / özünə nemət verilənlər" cümləsilə bildirilən o uca Şəxslərdir. Yəni, nəbilər siddiqlər, şəhidlər və salehlər zümrəsidir.

~ "Nəstəinu"ya münasibdir. Çünki, (nemət verilmiş) o şəxslər, müvəffəq olanlardır.

Həm bu cümlənin, "نَسْتَعِينُ / nəstəinu / kömək istəyirik" ilə münasibəti vardır. Çünki ən başda, İlahi dərgahdan mədəd istəyib müvəffəq olan, əlbəttə özlərinə nemət verilən məzkur Şəxslərdir. Bu şəxslər, Haqq Taala'dan istəanə etmiş, mədəd gözləmişlərdir. Allah Taala da, onların imdadlarına qeybi bir tərzdə cavab vermiş; ehtiyaclarını yerinə yetirməklə onları müvəffəq etmişdir. Quran, bu böyük Şəxslərin istianələri və nəticədə müvəffəq olmaları nümunələrilə doludur. Məsələn, Şuara/83-85, 87; Saffat/100.

~ "İhdinə"yə münasibdir. Çünki bunlar, "Fə bi hudəhumu'qtədih = Sən də, onların hidayətinə iqtida et (tabe ola)." (Ənam/90) (ayətinin) sirrilə, (hidayətdə) gözəl nümunə, onlardır.

Həm "ənəmtə aleyhim" cümləsinin, "ٱهْدِنَا / ihdinə / Bizi hidayət et" ilə münasibəti vardır. Çünki " أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ ۗ / Bunlar, Allahın hidayət etdiyi kimsələrdir. Sən də onların hidayətinə (doğru yoluna) tabe ol." (Ənam/90) ayəti hökmüncə, hidayətdə gözəl nümunə, özlərinə tabe olunan, kamil imamlar, peyğəmbərlər və onların ardınca gedən digər 3 zümrədir. Yəni, siddiqlər, şəhidlər və salehlərdir.

~ "Sirata'l-mustəqim"ə münasibdir. Çünki, istiqamətli yolun, sadəcə onların məsləyində olduğu, gözlər önündədir.

Həm bu cümlənin, "ٱلصِّرَ‌ٰطَ ٱلْمُسْتَقِيمَ / siratal mustəqim / istiqamətli yol" ilə də münasibəti vardır. Çünki "sirata'l-mustəqim", yalnız "أَنْعَمْتَ عَلَيْهِمْ / ənəmtə aleyhim / nemət verilənlər" ilə qəsd edilən nəbilər, siddiqlər, şəhidlər və salehlərin böyük yoludur. Çünki insanlar içində istiqamət dairəsində hərəkət edən, yalnız bu mübarək zümrədir və onların yolunda gedənlərdir.

Bu, sənə bir misaldır. Buna, digərlərini qiyas et!

Bax, "صِرَ‌ٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ / siratalləzinə ənəmtə aleyhim / özünə nemət verilənlərin yolu" cümləsinin, Fatihə surəsində özündən əvvəl keçən kəlimə və cümlələrlə olan münasibəti, Quranın nəzmi xüsusunda sənə bir misaldır. Bütün Quranı, buna qiyas et. Yəni Quranın ayətlərinin, kəlam və kəlimələrinin, həttə hərflərinin, bir-birilə yaxınlıq və uzaqlıq, açıqlıq və gizlilik cəhətindən münasibəti vardır. Yalnız bəzilərinin münasibəti, daha zahir, daha açıq; bəzilərinin irtibatı, daha gizli görünür. Eynilə, bəzilərinin münasibəti daha yaxın; bəzilərinin münasibəti isə, daha uzun bir məsafədən görünür. Lakin hamısı, bir-birilə münasibət içindədir.

------------------------------

------------------------------

• "Sirat/yol"

Bu ləfzdə, Onların yolunun, ətrafları məhdud (yəni, hüdudları müəyyən), işlək bir yol olub, o yola süluk edənlərin (girənlərin, gedənlərin), ondan çıxmayacağına bir işarət vardır.

--------------------------

İzahı:

- سَبِيل / səbil;

- طَرِيق / tariq;

- صِرَاط / sirat

ləfzlərinin üçü də, “yol” manasındadır.

Ayətdə "طَرِيقَ الَّذِينَ / tariqalləzinə" ya da "سَبِيلَ الَّذِينَ / səbiləlləzinə" buyrulmayıp, "صِرَاطَ الَّذِينَ / siratalləzinə" buyrulmuş və "sirat" ləfzi, "tariq""səbil" ləfzlərinə tərcih edilmişdir. 

Ustad Nursi (rahiməhullah)'ın bu ləfzdən çıxardığı işarə, budur:

"Tariq" və ya "səbil" kəlimələri yerinə, "sirat" kəliməsinin istifadə edilməsi:

~ peyğəmbərlərin getdiyi yolun, işlək bir yol olduğuna;

~ həm o yolun ətrafı, sərhədləri müəyyənləşmiş, hüdudları təyin edilmiş bir yol olduğundan, o yolda gedən kimsənin, o yoldan əsla çıxmayacağına, sağa-sola sapmayıb (düz yoldan çıxıb, sağa və ya sola dönərək başqa bir yola girməyib) hədəflənən, varılmaq istənən yerə çatacağına

işarətdir.

"Sirat" kəliməsində, təşbih vardır. Çünki "sirat" kəliməsi, ərəb dilində, "işlək yol" mənasındadır. Yəni bu yol, yeni açılan bir cığır, bir yol deyildir. Ətrafı və hüdudları müəyyənləşmiş, işarətləri qoyulmuş müəyyən bir yoldur. O yolda gedən, azmaz. Çünki insanlığın günəşləri, ayları və ya ulduzları hökmündə olan nəbilər, siddiqlər, şəhidlər və salehlər, o yoldan getmişlərdir. O yolda gedən, "hədəflənən yerə vasil oluncaya qədər, o yolda azmaz." deməkdir.

Bax bundan dolayı, məsələn, "tariq" kəliməsi, "sirat" kəliməsinin yerini tutmaz; bu cami (cəm edən) mənanı ifadə etməz. Çünki "tariq" də, yol mənasındadır. Ancaq ümuma aid işlək bir yol mənasına gəlmir. Məsələn, dağ yolu, bağ yolu kimi yollar, xüsusi yollardır; işlək yollar deyildir. Bu yollara, "sirat" deyilə bilməz; ancaq o yollar, "tariq" və ya "səbil" ilə ifadə edilərlər.

Bax peyğəmbərlərin izlədikləri yol, yəni nübüvvət yolu, "sirata'l-müstəqim"dir. Ən doğru, ən istiqamətli, ən qısa, ən geniş, ən asan, ən faydalı yol olub, haqqa, həqiqətə çatdıran, yalnız Onların yoludur.

----------------------------

----------------------------

• "əlləzinə/o kimsələr ki" ləfzi, mövsuldur. Mövsulun gərəyi isə, muxatab nəzdində, göz önündə bilinən olmasıdır. Bu ifadədə, onların şanının ucalığına və bəşər zülməti içində parıldamalarına bir işarət vardır. Sanki Onlar, -araşdırılmasa və tələb edilməsə belə- hər eşidənin gözü önündə məlumdurlar.

Bu ləfzin cəmdə gətirilməsi, onlara tabe olmağın mümkün olduğuna və təvatür sirrilə, məsləklərinin haqq olmasına bir rəmzdir. Çünki, "Allahın əli, camaatla bərabərdir."

-----------------------------

İzahı:

"əlləzinə/o kimsələr ki" ləfzi, mövsuldur. Mövsulun gərəyi isə, muxatab nəzdində, göz önündə bilinən olmasıdır. Bu ifadədə, onların şanının ucalığına və bəşər zülməti içində parıldamalarına bir işarət vardır. Sanki Onlar, -araşdırılmasa və tələb edilməsə belə- hər eşidənin gözü önündə məlumdurlar.

İsmu'l-mövsul nədir?

İsmu'l-mövsul, dilimizdə, "nisbi əvəzliklər" deməkdir. Nisbi əvəzlik anlayışı, dilimizə aid bir əlamət deyildir. Rus, fransız və s. bir sıra başqa dillərdə, buna daha çox rast gəlinir. Bunun nə olduğunu və azərbaycan dilinə necə tərcümə olunduğunu başa düşmək üçün, hərfi tərcüməsi azərbaycan dilində kobud səslənsə də, bir cümləyə müraciət edək. Belə ki:

الرجل الذ ي خرج من الفصل مدرس

Ər-raculu, əlləzi xaraca minə'l-fasli, mudərrisun.

Yəni:

“Kişi, kim ki sinifdən çıxdı, müəllimdir.”

Burda, "əlləzi", yəni, "kim ki" kəliməsi, ismu'l-mövsul, yəni, nisbi əvəzlikdir.

Nisbi əvəzliklər, ayrılıqda mənası olmayan mübhəm isimlərdir və mənaları, yalnız özlərindən sonra gələn cümlə vasitəsilə aydınlaşır. Bu cümlədə də, "əlləzi/kim ki" əvəzliyinin mənası, yalnız bu əvəzlikdən sonra işlənən "sinifdən çıxdı" feli cümləsilə aydınlaşdı.

Nisbi əvəzlikdən sonra gələn və əvəzliyin mənasını aydınlaşdıran cümləyə də, "silətu'l-mövsul" deyilir.

Nisbi əvəzliklər:

~ kişi cinsində təkdə: əlləzi;

~ qadın cinsində təkdə: əlləti;

~ kişi cinsi cəmdə: əlləzinə (hansılar ki, kimlər ki);

~ qadın cinsi cəmdə isə: əlləti (burda ikinci ə uzadılaraq oxunur) və ya "əlləi".

 

Bununla bərabər, isimlər, mərifə və nəkirə olaraq, ikiyə ayrılır:

~ Mərifə: Müəyyən bir kimsəni və ya nəsnəni göstərən isimlərdir.

~ Nəkrə: Qeyr-i müəyyən bir kimsəni və ya nəsnəni göstərən isimlərdir.

İsmu'l-məvsul'lar, mərifə qrupuna girən kəlimələrdir. Yəni, bunlar, müəyyən bir kimsəni və ya nəsnəni göstərirlər. İsmu'l-məvsulların mərifə olması səbəbilə, "صِرَاطَ الَّذِينَ / o kimsələrin yoluna ki" ifadəsindən, o kimsələrin, məlum şəxslər olduğu anlaşılır. Bu şəxslər, insanlara gizli-saxlı deyildirlər. Bəşərin qaranlıqları içində, onlar, sanki ulduz kimi parlamaqdadırlar. Bu səbəblə də, onları araşdırmağa, tələb etməyə və axtarmağa lüzum yoxdur. Onlar, ulduz kimi, hər kəsin gözü önündə hazır və nazirdirlər; belə bir uca şana sahibdirlər.

Mətndəki "bəşər zülməti" ifadəsilə, insanların, dəlalət, qəflət və üsyanlarından doğan mənəvi qaranlıqlar qəsd edilmişdir. Bütün bunlar, insanlar üçün bir zülmət və qaranlıqdır. الَّذِينَ əlləzinə ismu'l-məvsulu ilə işarət edilən bu uca şəxslər, bu dəlalət, qəflət qaranlıqlarını, nurları ilə aydınladar və insanları, qaranlıqdan nura dəvət edərlər.

 

Bu ləfzin cəmdə gətirilməsi, onlara tabe olmağın mümkün olduğuna və təvatür sirrilə, məsləklərinin haqq olmasına bir rəmzdir. Çünki, "Allahın əli, camaatla bərabərdir."

"Əlləzinə/O kimsələr ki" ləfzi, cəm halda gətirilmişdir. Bu kəlimənin müfrədi (tək halı), "اَلَّذِي / əlləzi / o kimsə ki" şəklindədir.

Ayət, "صِرَاطَ الَّذِي / siratalləzi / o kimsənin yoluna ki" şəklində müfrəd formada deyil, "صِرَاطَ الَّذِينَ / siratalləzinə / o kimsələrin yoluna" şəklində, cəm formasında gətirilmişdir. Bununla da, bu 2 məna qəsd edilmişdir:

1. Onlar, sayca çoxdurlar. Dolayısı ilə, onları tapmaq və onlara tabe olmaq imkanı vardır.

2. Həm məsləklərinin haqq olduğuna da, rəmz vardır. Çünki bu uca şəxslər, təvatür dərəcəsindədirlər. Böyük bir camaatdırlar. Hamısı, eyni iddianı təsdiq edib, o iddianın doğruluğuna imza atmışlardır. Elə isə, "يَدُ اللٰهِ مَعَ الْجَمَاعَةِ / Allahın əli, camaatla bərabərdir." hədisi (Tirmizi, Fitən/7) gərəyincə, onlar, madam ki, böyük bir camaatdırlar və təvatür dərəcəsindədirlər. O halda, iddiaları, haqdır. Elə isə, onlar, tabe olunmağa layiqdirlər.

İddiaları fərdi deyil, bütün cahana şamildir.

--------------------------

--------------------------

• "Ənəmtə / Sən nemət verdin"

İfadənin keçmiş zaman siğası ilə gətirilməsində, neməti tələb vəsiləsinə işarət vardır. Neməti Allaha nisbətdə isə, Onu, özünə şəfaətçi qılmaq vardır. Sanki belə deyir: "Ey İlahım! İnam, Sənin şanındandır. Lütfünlə daha əvvəl nemət verdin. Layiq olmasam da, yenə mənə inam et (nemətləndir)."

-------------------------------

İzahı:

"İfadənin keçmiş zaman siğası ilə gətirilməsində, neməti tələb vəsiləsinə işarət vardır."

Ərəbcədə fellər, zamana görə, "madi""mudari" olaraq, ikiyə ayrılır:

~ madi (keçmiş zaman) felləri: iş və hərəkətin, danışılan vaxtdan əvvəl baş verdiyini bildirir;

~ mudari (indiki-gələcək zaman) felləri: iş və ya hərəkətin, həm indiki, həm də yaxın gələcəkdə baş verməsini bildirir.

"اَنْعَمْتَ / ənəmtə" feli, “Sən nemət verdin.” mənasında, madi bir feldir. Bu məqamda, sual budur:

"Nə üçün, تُنْعِمُ عَلَيهِمْ / tunimu aleyhim / Sən, onlara nemət verirsən." şəklində mudari formasında gəlməyib, أَنعَمتَ عَلَيهِمْ / ənəmtə aleyhim / Sən, onlara nemət verdin." şəklində, madi formasında gətirilmişdir?"

"Ənəmtə"nin madi formasında gətirilməsi, neməti təkrar istəməyə vəsilədir. Belə ki:

Allah, onlara, keçmişdə nemət vermiş; onlar da, keçmişdə nemətlənmişdilər. Lakin insan, nemətə, hər vaxt möhtacdır. Keçmişdə verilən nemət, bu andakı və gələcəkdəki ehtiyacı qarşılamaz. O halda, neməti, hər vaxt tələb etmək lazımdır.

Bax, bu mənanı hiss etdirmək üçün, "اَنْعَمْتَ / ənəmtə" feli, madi formasında gətirilmişdir.

"Neməti Allaha nisbətdə isə, Onu, özünə şəfaətçi qılmaq vardır. Sanki belə deyir: "Ey İlahım! İnam, Sənin şanındandır. Lütfünlə daha əvvəl nemət verdin. Layiq olmasam da, yenə mənə inam et (nemətləndir)."

"اَنْعَمْتَ / ənəmtə / Sən nemət verdin." felində, (تَ / tə) hərfi, "sən" mənasında, müttəsil damirdir (bitişən şəxs əvəzliyidir). Bu damirlər, felə bitişir və fail vəzifəsi görürlər. Burda "Sən" damiri ilə qəsd edilən, Allahdır. Yəni damir, Allaha racidir. Damirin Allaha raci olması da, nemətin təhsili üçün bir köməkçi və nemətə çatmaqda bir şəfaətçi vəzifəsi görməkdədir. Yəni, neməti Allaha nisbət edib, Allaha xitab olduğu üçün, eyni zamanda Şəfaətçiyə də işarət vardır. Yəni şəxsən Rəbbini şəfaətçi qılaraq, neməti və hidayəti, yenə Ondan, Onun dərgahından tələb etmək vardır. Bu ifadə ilə, sanki qul, Rəbbinə belə dua etməkdədir: "Ey İlahım! İnam, Sənin şanındandır. Lütfünlə daha əvvəl nemət verdin. Layiq olmasam da, yenə mənə inam et (nemətləndir)."

--------------------

--------------------

• "Aleyhim/Onlara"

Bu ifadədə, risalət və təklif yükünün ağır olduğuna işarət vardır.

Yenə, Onların, yağışı alıb, altlarındakı səhraları sulayan uca dağlar kimi olduqlarına da bir ima (işarət) vardır.

"Siratalləzinə ənəmtə aleyhim / Nemət verdiyin kimsələrin yoluna" ayətinin mücməl mənasını,

فَأُو۟لَـٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّۦنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَ ۚ وَحَسُنَ أُو۟لَـٰٓئِكَ رَفِيقًا

Fə uləikə məəlləzinə ənəməllahu aleyhim minə'n-Nəbiyyinə və's-siddiqinə və'ş-şuhədəi və's-salihin. Və həsunə Uləikə rafiqa.

Yəni:

"Onlar, Allahın onlara nemət verdiyi:

~ peyğəmbərlər,

~ siddiqlər,

~ şəhidlər və

~ salehlərlə

birlikdə olacaqlar. Onlar, necə də gözəl dostlardır." (Nisa/69) ayəti təfsir edir.

Çünki, Quranın bir qismi, bir qismini təfsir edir.

---------------------------

İzahı:

"Aleyhim" ifadəsi: "alə" hərf-u cərri və "hum/onlar" damirindən meydana gəlir. Ustad Nursi'nin bu "alə" hərfindən çıxardığı işarət, budur:

Ərəb dilində, "عَلَى / alə" ləfzi, bir hərf-u cərr olub, "üzərinə, üzərində" mənasında gəlməkdədir. Halbuki, burda daha münasib olanı, "ləhum/onlar üçün, onlara aid" kəliməsi idi. Çünki, nəhv elmi və məna cəhətindən, nemətə münasib olan, "ləhum" kəliməsidir. Halbuki, burda, əleyhdə olan və zərərli şeylərə dəlalət edən "aleyhim" kəliməsi gətirilmişdir.

Bu "alə" hərf-u cərlə, sanki bu məna hiss etdirilməkdədir:

Risalət vəzifəsi və təklif yükü, onların çiyninə yüklənmişdir ki, bu vəzifə və böyük, çox ağırdır. Necə ki, yüksək dağlar yağışa məruz qalır, qara məruz qalır, fırtınaya məruz qalır; ta ki, özündən axacaq sularla, səhralar faydalansın; o səhralar yaşılaşşsın, canlılar istifadə etsin...

Eynilə bunun kimi, Nəbilər də, risalət və təklif yükünü yüklənmiş və bu vəzifəni, çiyinlərinə almışlardır. Bu vəzifədə, yüzlərcə zəhmət vardır. Onlar, bu zəhmətlərə və şiddətə, ümmətlərini bərəkətləndirmək üçün məruz qalmışlar və onların mənfəətləri üçün səbr etmişlərdir.

Ayədəki "Onlar", yəni "nemət verilənlər" kəliməsini isə, Nisa surəsi 69-cu ayə açıqlamaqdadır. Ki, bunlar: 

~ Peyğəmbərlər,

~ siddiqlər,

~ şəhidlər və

~ salehlərdir. (haşiyə)

-----------------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Ustad Nursinin bu Nisa/ 69 ayətindən çıxardığı başqa bir işarət, budur:

İşte bu âyet-i kerime,

مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَۤاءِ وَالصَّالِحِينَ وَحَسُنَ اُولٰۤئِكَ رَفِيقًا

tabiriyle, sırat-ı müstakimin ehli ve hakikî niam-ı İlâhiyeye mazhar nev-i beşerdeki taife-i enbiya ve kafile-i sıddıkîn ve cemaat-i şüheda ve esnaf-ı salihîn ve envâ-ı tâbiînin bulunduklarını ifade etmekle beraber, âlem-i İslâmiyette beş kısmın en mükemmelini dahi ayrıca sarahaten gösterdikten sonra, beş kısmın imamları ve baştaki rüesalarını sıfât-ı meşhureleriyle zikretmekle onlara delâlet edip ifade ettiği gibi, ihbar-ı gayb nev'inde bir lem'a-i i'câz ile taifelerin istikbaldeki reislerinin vaziyetlerini bir vecihle tayin ediyr.

Evet, مِنَ النَّبِيِّينَ nasıl ki sarahatle Hazret-i Peygamber Aleyhissalâtü Vesselâma bakıyor; وَالصِّدِّيقِينَ fıkrasıyla Ebu Bekri's-Sıddık'a bakıyor. Hem Peygamber Aleyhissalâtü Vesselâmdan sonra ikinci olduğuna ve en evvel yerine geçeceğine ve "Sıddık" ismi ümmetçe Ona ünvan-ı mahsus ve sıddıkînlerin başında görüneceğine işaret ettiği gibi, وَالشُّهَدَۤاءِ kelimesiyle Hazret-i Ömer, Hazret-i Osman, Hazret-i Ali rıdvanullahi aleyhim ecmaîni, üçünü beraber ifade ediyor. Hem üçü Sıddıktan sonra nübüvvetin hilâfetine mazhar olacaklarını ve üçü de şehid olacaklarını, fazilet-i şehadetleri de sair fezâillerine ilâve edileceğini işaret ve gaybî bir surette ifade ediyor. وَالصَّالِحِينَ kelimesiyle Ashâb-ı Suffe,

Bedir, Rıdvan gibi mümtaz zevâta işaret ederek, وَحَسُنَ اُولٰۤئِكَ رَفِيقًا cümlesiyle, mânâ-yı sarihiyle onların ittibâına teşvik ve Tâbiînlerdeki tebaiyeti çok müşerref ve güzel göstermekle, mânâ-yı işarîsiyle Hulefâ-i Erbaanın beşincisi olarak ve اِنَّ الْخِلاَفَةَ بَعْدِى ثَلاَثُونَ سَنَةً hadis-i şerifin hükmünü tasdik ettiren, müddet-i hilâfeti azlığıyla beraber kıymetini azîm göstermek için mânâ-yı işarîsiyle Hazret-i Hasan radıyallahu anhı gösterir.

Yəni:

Nisa surəsi 69-cu ayə, bu:

مِّنَ ٱلنَّبِيِّۦنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَ ۚ وَحَسُنَ أُو۟لَـٰٓئِكَ رَفِيقًا

Fə uləikə məəlləzinə ənəməllahu aleyhim

~ minə'n-Nəbiyyinə;

~ və's-siddiqinə;

~ və'ş-şuhədəi;

~ və's-salihin.

~ Və həsunə Uləikə rafiqa.

Yəni:

"Onlar, Allahın onlara nemət verdiyi:

~ peyğəmbərlər,

~ siddiqlər,

~ şəhidlər və

~ salehlərlə

birlikdə olacaqlar. Onlar, necə də gözəl dostlardır." (Nisa/69)

təbirilə, sırat-ı mustəqim (istiqamətli yol) əhli və İlahi nemətlərə həqiqi mazhar (bir şeyin zahir olduğu yer) olan bəşər növündəki:

~ Nəbilər tayfaları;

~ Siddiqlər karvanı;

~ Şəhidlər camaatı;

~ Salehlər sinifləri; və

~ Tabiun növlərinin

mövcud olduqlarını ifadə etməklə bərabər; İslam aləmində, o 5 qismin ən mükəmməlini də, ayrıca sarih/açıq bir şəkildə göstərdikdən sonra, o 5 qismin imamları və başdakı rəislərini məşhur sifətlərilə zikr etməklə, onlara dəlalət edib ifadə etdiyi kimi; qeybdən xəbər vermə növündən bir i'caz (möcüzəlilik) parıltısı ilə, o tayfaların gələcəkdəki rəislərinin vəziyyətlərini, bir cəhətlə təyin edir.

Bəli:

~ "Minə'n-Nəbiyyinə", necə ki, sarih bir şəkildə, Peyğəmbər (aleyhissəlatu vəssələm)'ə baxır;

~ "Və's-siddiqin/siddiqlər" sözü ilə də, əbu Bəkr əs-Siddiq'ə baxır.

Həm, (bu kəlimə, Onun), Peyğəmbər (aleyhissəlatu vəssələm)'dən sonra ikinci olduğuna; və ən əvvəl yerinə keçəcəyinə; və "Siddiq" ismi, ümmətcə, Ona məxsus ünvan və siddiqlərin başında görünəcəyinə işarət etdiyi kimi;

~ "Və'ş-şuhədəi/şəhidlər" kəliməsilə, Ömər, Osman, Əli (ridvanullahi aleyhim əcməin)'inin 3-ünü bərabər ifadə edir.

Həm, 3-ü də, Siddiqdən sonra Nübüvvətin xilafətinə nail olacaqlarını və 3-ü də şəhid olacaqlarını; şəhadət fəzilətləri də, sair fəzilətlərinə əlavə ediləcəyini işarət və qeybi bir surətdə ifadə edir.

~ "Və's-salihin/salehlər" kəliməsilə, Suffə əshabı, Bədr, Ridvan kimi mümtaz şəxslərə işarət edərək;

~ "Və Həsunə uləikə rəfiqa / Onlar, necə həsən (gözəl) dostdurlar." cümləsilə, sarih/açıq mənası ilə, onlara tabe olmağa təşviq və tabiundakı təbaiyyəti (tabe olmağı) çox müşərrəf və gözəl göstərməklə (bərabər);

İşari mənası ilə də, Rəşidi Xəlifələrin 5-cisi olaraq və: "Şübhəsiz, xilafət, Məndən sonra 30 ildir." hədisinin hökmünü təsdiq etdirən; xilafət müddəti azlığı ilə bərabər qiymətini əzəmətli göstərmək üçün, o işari mənası ilə də, hz. Həsən (radiyallahu anh)'ı göstərir. (Ləmalar, 7-ci Ləma, s. 35-36)

-----------------------

-----------------------

Əgər: "Nəbilərin məsləkləri, fərqli-fərqli; ibadətləri isə, müxtəlifdir (yəni, buna nə deyirsən)?" desən,

Cavab olaraq belə deyərəm:

Tabe olmaq, füruda deyil; əqidənin əsaslarında və hökmlərdədir. Çünki bunlar, zamanın dəyişməsilə dəyişən fürudan fərqli olaraq; davamlı və sabitdirlər. Necə ki, 4 mövsüm və insan ömrünün dövrələri, dərmanlarda və libaslarda təsirli olur. Bir vaxt dərman olan şey, başqa vaxt dərd gətirə bilir. Eynilə bunun kimi, bəşər növünün ömür dövrələri, ruhlara, dərman; və qəlblərə də, qida olan hökmlərin fürularındakı fərqliliyə təsir edər.

----------------------------

İzahı:

Əgər desən:

"Peyğəmbərlərin yolları ayrı; ibadətləri isə, müxtəlifdir. Biz də, namazda, 'Ey Rəbbimiz! Bizi, özünə nemət verdiklərinin yoluna hidayet et!' deyə dua edirik. Halbuki, hər peyğəmbərin yolu ayrı, şəriəti ayrıdır. Elə isə, buna, necə cavab verəcəksən?"

Müəllif Ustad Nursi, cavab olaraq deyir:

Haqq Taala, hər peyğəmbəri, bir şəirətlə göndərmiş; başda peyğəmbərlər olmaq üzərə, insanları, o şəriətə ittiba etməklə mükəlləf qılmışdır. Necə ki, Allah Taala, Quranda belə buyurmaqdadır:

وَأَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلْكِتَـٰبِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ ٱلْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَ‌ٰحِدَةً وَلَـٰكِن لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَ‌ٰتِ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

"Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma.

Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik.

Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir." (Maidə/48);

Bütün peyğəmbərlərə iman və itaət etmək məcburiyyəti vardır. Ancaq bu itaət, etiqad və əhkamın əsaslarındadır (yəni, imanın rükünləri və İslamın əsaslarındadır). Çünki etiqad və əhkam, daimidir, sabitdir, hamısında eynidir. Füruatda isə, müxtəlifdirlər. Hər ümmət, öz peyğəmbərinin vəhylə təsbit etdiyi füruata tabe olmaqla mükəlləfdir.

Şəriətlər, zamanla dəyişər. Lakin etiqad və İslam dininin əsasları, sabitdir, dəyişməz. Bu böyük camaat, bu əsaslarda müttəfiqdirlər. Elə isə, biz, 'Bizi onların yoluna hidayət et.' deyə dua edərkən,

'Ey Rəbbimiz! Etiqadda və dinin əhkamına aid təməl əsaslarda, bizi Onların yoluna hidayət et!" mənasını qəsd edirik.

Bəli, zamanın dəyişməsilə, əsrlərə görə, İslamın füruatında, bəzən dəyişikliklər olmuş, ayrı-ayrı şəriətlər gəlmişdir. Lakin etiqad və İslamın əsaslarında isə, dəyişməmişdir. Məsələn, bütün peyğəmbərlərin şəriətində oruc, namaz, kəlime-i şəhadət əsasları vardır, bunlar dəyişməz. Əslləri birdir, lakin füruat qismi dəyişər. Məsələn, namaz ibadəti, bütün peyğəmbərlərin şəriətlərində əsl olaraq mövcud olmaqla bərabər, füruatda, məsələn, namazın qılınış şəklində, vaxt və rükətlərində dəyişiklik ola bilər. Altı iman rüknü, bütün peyğəmbərlərin şəriətində mövcuddur, dəyişməz. Bununla bərabər, şəri hədlər, bütün peyğəmbərlərin şəriətlərində mövcud olmaqla bərabər, füruatda dəyişikliklər vardır. Məsələn, oğrunu cəzalandırmaq, bütün peyğəmbərlərin şəriətlərində mövcuddur; lakin cəzalandırma şəkli, fərqli ola bilər. Birində daha ağır, digərində daha xəfif ola bilər.

Bəli, dinin füruatı, əsrlərə və zamana görə dəyişir. Zamanın dəyişməsilə, Allah Taala, bəşərə rəhmət olaraq, onları da dəyişdirir. Necə ki, 4 mövsümə görə libaslar dəyişir; və insanların xəstəliyinə görə dərmanlar başqalaşır. Bəzi vaxtlarda dərman olan şey, başqa bir vaxtda insnlara zərərli olur.

Eynilə bunun kimi, insanlığın ömür dövrələri, ruhların dərmanı və qəlblərin qidası hökmündə olan dini əhkamın füruatının dəyişməsində müəssir olur.

Bəli, insanlıq, indiyə qədər, təşri xüsusunda, Nuh, İbrahim, Musa, İsa və Muhamməd (Allahın hamısına salamı olsun) dövrələri olmaq üzərə, 5 mühim dövrə keçirmişdir. Necə ki, Allah (azzə və cəllə), Şura surəsi 13-cü ayətdə, belə buyurmaqdadır:

شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَ‌ٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ ۖ أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ...

"Allah Nuha tövsiyə etdiyini, Sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi, sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!”

Məsələn, Musa (əleyhissəlam) dövründə, insanlar daha mütəəssib (təəssübkeş), daha inadçı idilər. Bu səbəblə, onların təbiətinə görə gələn İlahi əhkam da, daha şiddətli idi. Hətta o qövmə göndərilən peyğəmbərin təbiəti də, sərt idi. Məsələn, İsrail oğulları, inadçı, asi, həddi aşan bir qövm olduğundan, Musa (əleyhissəlam) kimi, təbiətən sərt bir peyğəmbər onlara göndərilmiş; və onlar, ağır hökmlərlə mükəlləf qılınmışdılar. Məsələn:

~ Tövbələri, ancaq özlərini öldürməklə qəbul olunardı. Allah Taala, Bəqərə surəsi 54-cü ayətdə belə buyurmaqdadır:

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَـٰقَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلْعِجْلَ فَتُوبُوٓا۟ إِلَىٰ بَارِئِكُمْ فَٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ ذَ‌ٰلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

"O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir."

~ Onların namazları, ancaq məbədlərdə olardı.

~ Qənimət malları, onlara haram qılınmışdı.

~ Qurban əti yemək, haram idi.

~ Əgər bir paltara nəcis bulaşardısa, nəcis olan qism, kəsilib atılardı. Yəni su ilə yuyulub təmizlənmək yox idi.

İsa (əleyhissəlam) zamanında isə, Musanın şəriətində mövcud olan bir qisim ağır İlahi əmrlər qaldırıldı.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in zamanına gəlincə,

...ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًا...

"...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim..." (Maidə/3) ayəti hökmüncə, İslam dini, əhkamı tamam; kamillik qazanmış; qərara bağlanmışdır. Çünki insanlıq, Allah rəsulu (sallallahu aleyhi və səlləm) zamanında, bir tək peyğəmbəri, bir tək kitabı dinləyib Ona itaət edəcək bir səviyyəyə gəldi. Sanki əvvəlki dövrlərə görə, bir ali məktəbin tələbələri hökmünə keçdi. Muhamməd (sallallahu aleyhi və səlləm), son və ən böyük bir peyğəmbər olaraq göndərilmişdir. Quran da, son və ən mükəmməl bir kitab olaraq nazil olmuş və hökmləri də, qiyamətə qədər davam edəcəkdir.

---------------------------

---------------------------

• "Ğayri'l-məğdubi aleyhim / qəzəb edilənlərin (yoluna) yox"

Nəzm cəhəti:

Bil ki: Bu məqam, xof və təxliyə (yəni, qorxu və çıxarıb atmaq) məqamı olması ilə, əvvəlki məqamlarla münasibdir. (Belə ki):

~ Heyrət və dəhşət nəzərilə Rububiyyətin cəlal və camalla təvsifi məqamına baxar;

~ İltica nəzərilə "nə'budu"dakı ubudiyyət məqamına baxar;

~ Acizlik nəzərilə "nəstəinu"dakı təvəkkül məqamına baxar;

~ Təsəlli nəzərilə daimi rəfiqi olan rəca (ümid) və təzyin (zinətlənmə) məqamına baxar. Çünki, dəhşətli bir şey görən kimsənin qəlbində ilk meydana gələn şey, heyrət hissi; sonra, qaçma meyli; sonra, acizlik halında təvəkkül; bundan sonra da, təsəllidir.

------------------------------

İzahı:

Ustad Said Nursi, "ğayri'l-məğdubi aleyhim / qəzəb edilənlərin (yoluna) yox" cümləsinin, daha əvvəl keçən cümlələrlə olan nəzm yönünü, münasibət cəhətini, çox bəliğ və vəciz bir tərzdə izah etməkdədir. Belə ki:

"Bu məqam, xof və təxliyə (yəni, qorxu və təmizlənmə) məqamı olması ilə, əvvəlki məqamlarla münasibdir."

Bu məqam, xof (qorxu) və təxliyə (qorxulan yeri; və dəlalət və s. şeylərin kir və paslarını, qəlb və ruhdan çıxarıb atma) məqamı olduğundan, əvvəlki məqamlarla münasibəti vardır. Çünki qəzəbə uğrayanlar, küfr və üsyanlarından dolayı qəzəbə uğramışlardır.

Müəllifimiz Ustad Nursi, bu xof və təxliyə məqamının, öncəsilə olan münasibətini, belə izah etməkdədir:

~ Heyrət və dəhşət nəzərilə Rububiyyətin cəlal və camalla təvsifi məqamına baxar.

Fatihə surəsinin başında, "رَبِّ الْعَالَمِينَ / aləmlərin Rəbbi ifadəsi buyurulmuşdur. غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ ifadəsi, heyrət və dəhşətlə, nəzərimizi, bu rububiyyət məqamına çevirməkdədir. Çünki rububiyyət məqamı, cəlal və camalla müttəsif (vəsflənmiş)'dir. Haqq Taala, bəzən cəlal ilə, bəzən də camal ilə tərbiyə etməkdədir. Bəzən nemət ilə, bəzən də qəzəb ilə tərbiyə edər. Rububiyyətin bir cəhəti, cəlal ifadə edən isimlərin təcəllisindən; digər cəhəti də, camal ifadə edən isimlərin təcəllisindən meydana gəlir. Qəzəbə uğramaq, cəlal təcəllisi; rəhmətə mazhar olmaq da, camal təcəllisidir.

~ İltica nəzərilə "nə'budu"dakı ubudiyyət məqamına baxar.

Bu cümlə, iltica (sığınmaq) nəzərilə, نَعْبُدُ'dakı ubudiyyət (qulluq) məqamına da baxır. Yəni, madam ki, qəzəbə uğramısınız, elə isə, Allahın dərgahına iltica etməyiniz (sığınmağınız) lazımdır. Ubudiyyətlə (qulluqla) Allahın dərgahına sığının ki, Allahın qəzəbindən xilas olasınız.

~ Acizlik nəzərilə "nəstəinu"dakı təvəkkül məqamına baxar.

Qəzəbə uğramış kimsə, aciz və möhtacdır. Bir istinad və istimdad nöqtəsinə ehtiyacı vardır.

Bax qul, Allaha təvəkkül edərək, Onun qüdrət və rəhmətinə istinad və istimdad edər. Yəni, "Ey Rəbbim! Səndən mədəd gözləyirik." deyər. Demək, qəzəbə uğrayan, acizlik nəzərilə, نَسْتَعِينُ'dəki təvəkkül məqamına baxar.

Bəli, acizlik və zəifliyini, möhtaclıq və ehtiyacını, nöqsan və qüsurunu anlayıb Allaha təvəkkül edənə, Allah kafidir. O, mədəd istəyəni, məhrum buraxmaz.

~ Təsəlli nəzərilə daimi rəfiqi olan rəca (ümid) və təzyin (zinətlənmə) məqamına baxar. 

Həm, "Günahlarımızdan dolayı, qəzəbə uğramışıq, nə edək?" deyə düşünən və bir çarə axtaran kimsə, təsəlli nəzərilə, daimi rəfiqi olan rəca (ümid) məqamına baxar. Xofun (qorxunun) daimi rəfiqi, rəca (ümid)'dir.

Çünki, dəhşətli bir şey görən kimsənin qəlbində ilk meydana gələn şey, heyrət hissi; sonra, qaçma meyli; sonra, acizlik halında təvəkkül; bundan sonra da, təsəllidir.

Çünki:

Dəhşətli və qorxunc bir şeyi görən kimsənin, ilk əvvəl, qəlbində heyrət hissi doğur, heyrətə düşür. ---> Sonra, özündə, qaçma və ondan qurtulmaq hissi oyanır, qaçmağı düşünür. Hara qaçacaq? Allahdan başqa sığınılacaq bir yermi vardır? Bax bu vəziyyətdə ikən, aciz qalınca, təvəkkül etməyi düşünür və daha sonra rəfiqi (dostu) ilə təsəlli olmağa başlayır.

--------------------------

--------------------------

Əgər: "Allah (azzə və cəllə), Hakim'dir, Ğani'dir. Aləmdə şərr, çirkinlik və dəlaləti yaratmasındakı hikmət, nədir?" desən,

Cavab olaraq belə deyərəm:

Bil ki: Kainatda kamal, xeyir və hüsn (gözəllik), bizzat (bir başa) məqsud (qəsd olunmuş)'dur və bunlar, külli'dirlər. Şərr, çirkinlik və nöqsan isə, bunlara nisbətlə cüzidirlər, təbəi (dolaylı)'dırlar, xilqətdə örtülüdürlər.

Bunların Xaliqi, bunları, hüsn və kamal arasına dağınıq bir şəkildə, zatları üçün deyil; əksinə, xeyir və kamalın nisbi həqiqətlərinin zuhuru, hətta vücudu (varlığı) üçün bir müqəddimə, bir qiyas vahidi olaraq yaratmışdır.

--------------------------------

İzahı:

Qəzəb etmək və bu qəzəbin nəticələri olan zahirən çirkin görünən şeylərin varlıq səbəbi insanı düşündürdüyündən, Müəllifimiz, burda, bu: "Allah (azzə və cəllə), Hakim'dir, Ğani'dir. Aləmdə şərr, çirkinlik və dəlaləti yaratmasındakı hikmət, nədir?" sualını zikr edir. Cavab olaraq da, belə deyir:

Kainatda şəxsən qəsd edilərək yaradılan və əsl olan, kamal, xeyir və hüsn (gözəllik)'dir; və aləmdəki kamal, xeyir və hüsn, küllidir, ümumidir, çoxdur. Şər, çirkinlik, nöqsan isə, hüsnə nisbətən cüzidir, təbəidir (dolaylı olaraq vardır) və görünməyəcək qədər azdır.

Həm aləmin Xaliqi olan Allah, bu şərləri, zatları üçün yaratmamışdır; bəlkə əsl şəxsən qəsd edilən, xeyirlərdir. Şərlər, xeyirləri, gözəllikləri, kamalları anlamaq və onlara qiyas vahidi olmaq üçün, təbəi olaraq yaradılmışlardır. Həm nisbi həqiqətlərin vücudu (varlığı) və zühuru (zahir olması) üçün xəlq edilmişlərdir. Çünki bu aləmdə, kamalın, xeyrin, hüsnün dərəcələri, ancaq zidləri olan nöqsanlıqlar, şərlər və çirkinliklərlə anlaşılar, bilinər. Yoxsa, dərəcə və mərtəbələri bilinə bilməzdi, sabit qalardı. Çünki əşya və əşyadakı dərəcələr ancaq zidlərinin içinə girməsilə, müdaxilə etməsilə meydana gəlir. Bəli, nurun dərəcəsi, zülmətin müdaxiləsi ilə bilinir. Hüsnün dərəcəsi, çirkinliyə nisbətən anlaşılır. Gecə olmasa idi, gündüz bilinməzdi. Ustad Nursi, bu mövzunu, "Sözlər" risaləsində (18-ci Söz, 2-ci Nöqtə, s. 227-228) belə bəyan etməkdədir:

اَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُ âyetinin bir sırrını izah eder. Şöyle ki:

Herşeyde, hattâ en çirkin görünen şeylerde, hakikî bir hüsün ciheti vardır. Evet, kâinattaki herşey, her hadise, ya bizzat güzeldir, ona hüsn-ü bizzat denilir; veya neticeleri cihetiyle güzeldir ki, ona hüsn-ü bilgayr denilir. Bir kısım hadiseler var ki, zahiri çirkin, müşevveştir. Fakat o zahirî perde altında gayet parlak güzellikler ve intizamlar var. Ezcümle:

Bahar mevsiminde fırtınalı yağmur, çamurlu toprak perdesi altında, nihayetsiz güzel çiçek ve muntazam nebâtâtın tebessümleri saklanmış. Ve güz mevsiminin haşin tahribatı, hazin firak perdeleri arkasında, tecelliyât-ı celâliye-i Sübhâniyenin mazharı olan kış hadiselerinin tazyikinden ve tâzibinden muhafaza etmek için, nazdar çiçeklerin dostları olan nazenin hayvancıkları vazife-i hayattan terhis etmekle beraber, o kış perdesi altında nazenin, taze, güzel bir bahara yer ihzar etmektir. Fırtına, zelzele, veba gibi hadiselerin perdeleri altında gizlenen pek çok mânevî çiçeklerin inkişafı vardır. Tohumlar gibi neşvünemasız kalan birçok istidat çekirdekleri, zahiri çirkin görünen hadiseler yüzünden sünbüllenip güzelleşir. Güya umum inkılâplar ve küllî tahavvüller birer mânevî yağmurdur.

Fakat insan, hem zahirperest, hem hodgâm olduğundan, zahire bakıp çirkinlikle hükmeder. Hodgâmlık cihetiyle, yalnız kendine bakan netice ile muhakeme ederek şer olduğuna hükmeder. Halbuki, eşyanın insana ait gayesi bir ise, Sâniinin esmâsına ait binlerdir. Meselâ, kudret-i fâtıranın büyük mu'cizelerinden olan dikenli otları ve ağaçları muzır, mânâsız telâkki eder. Halbuki onlar, otların ve ağaçların mücehhez kahramanlarıdırlar. Meselâ, atmaca kuşu serçelere tasliti, zahiren rahmete uygun gelmez. Halbuki, serçe kuşunun istidadı, o taslitle inkişaf eder. Meselâ, "kar"ı pek bâridâne ve tatsız telâkki ederler. Halbuki, o bârid, tatsız perdesi altında o kadar hararetli gayeler ve öyle şeker gibi tatlı neticeler vardır ki, tarif edilmez.

Hem insan, hodgâmlık ve zahirperestliğiyle beraber, herşeyi kendine bakan yüzüyle muhakeme ettiğinden, pek çok mahz-ı edebî olan şeyleri hilâf-ı edep zanneder. Meselâ, alet-i tenasül-ü insan, insan nazarında bahsi hacâlet-âverdir. Fakat şu perde-i hacâlet, insana bakan yüzdedir. Yoksa, hilkate, san'ata ve gayât-ı fıtrata bakan yüzler öyle perdelerdir ki, hikmet nazarıyla bakılsa ayn-ı edeptir, hacâlet ona hiç temas etmez.

Yəni:

Bu İkinci Nöqtə, "Yaratdığı hər şeyi, gözəl yaratdı." (Səcdə/7) ayətinin bir sirrini izah edir. Belə ki:

Hər şeydə, hətta ən çirkin görünən şeylərdə, həqiqi bir hüsn (gözəllik) cəhəti vardır. Bəli, kainatdakı hər şey, hər hadisə, ya bizzat (zatı ilə, yəni bir başa) gözəldir; buna, hüsn-ü bizzat (zatı etibarı ilə) gözəl deyilir; və ya nəticələri cəhətilə gözəldir ki, ona da, hüsn-ü bi'l-ğeyr (qeyrisi, yəni dolayısı ilə gözəl) deyilir. Bəzi hadisələr vardır ki, zahiri çirkin, müşəvvəş (qarışıq)'dır. Lakin, o zahiri pərdə altında, çox parlaq gözəlliklər və intizamlar var.

Məsələn, bahar mövsümündə, fırtınalı yağış, palçıqlı topraq pərdəsi altında, nəhayətsiz gözəl çiçək və müntəzəm bitkilərin təbəssümləri gizlənmişdir. Payız mövsümünün sərt təxribatı, hüznlü ayrılıq pərdələri arxasında, Sübhan (qüsur və nöqsanlıqdan münəzzəh olan Allah)'ın cəlal təcəllilərinin mazharı olan qış hadisələrinin təzyiqindən və təzibindən (əzab verməsindən) mühafizə etmək üçün, nazlı çiçəklərin dostları olan nazlı heyvancıqları həyat vəzifəsindən tərxis etməklə bərabər, o qış pərdəsi altında, nazlı, təzə, gözəl bir bahara yer hazırlamaqdır. Fırtına, zəlzələ, vəba kimi hadisələrin pərdələri altında gizlənən bir çox mənəvi çiçəklərin inkişafı vardır. Toxumlar kimi böyüyüb inkişafdan qalan bir çox istedad çəyirdəkləri, zahiri çirkin görünən hadisələr səbəbindən sünbüllənib gözəlləşirlər. Sanki, ümum inqilablar və külli təhəvvüllər (dəyişikliklər), mənəvi bir yağışdır.

Lakin insan, həm zahirpərəst, həm eqoist olduğundan, zahirə baxıb çirkinliklə hökm edər. Eqoistlik cəhətilə, yalnız özünə baxan nəticə ilə mühakimə edərək, şərr olduğuna hökm edər. Halbuki, əşyanın insana aid qayəsi 1-dirsə, Sani (olan Allah)'ın isimlərinə aid, 1000-lərdir. Məsələn, bənzərsiz qüdrətin böyük möcüzələrindən olan tikanlı otları və ağacları, zərərli, mənasız düşünər. Halbuki onlar, otların və ağacların, mücəhhəz (təchiz edilmiş) qəhrəmanlarıdır. Məsələn, atmaca quşunun sərçələrə musəllət olması, zahirən, rəhmətə uyğun gəlməz. Halbuki, sərçə quşunun istedadı, o təslitlə inkişaf edər. Məsələn, qarı, çox soyuq və dadsız düşünər. Halbuki, o soyuq, dadsız pərdə altında, o qədər hərarətli qayələr və şəkər kimi elə dadlı nəticələr vardır ki, tərif edilməz.

Həm insan, eqoistlik və zahirpərəstliyi ilə bərabər, hər şeyi, özünə baxan üzü ilə mühakimə etdiyindən, məhz ədəbin özü olan bir çox şeyləri, ədəbə müxalif zənn edər. Məsələn, insanın çoxalma alətinin insan nəzərində bəhsi, xəcalət vericidir. Lakin, bu xəcalət pərdəsi, insana baxan üzdədir. Yoxsa, xilqətə, sənətə və fitrətin qayəsinə baxan (bu) üzlər, elə pərdələrdir ki, hikmət nəzərilə baxılsa, əbədin məhz özüdür, xəcalət ona heç təmas etməz. ("Sözlər", 18-ci Söz, 2-ci Nöqtə, s. 227-228)

----------------------------

----------------------------

Əgər: "Nisbi həqiqətlərin qiyməti nədir ki, bunlar səbəbilə cüzi şərr xoş görülsün?" desən,

Cavab olaraq belə deyərəm:

Nisbi həqiqətlər:

~ varlıqlar arasında rabitələrdir;

~ kainatın nizamını toxuyan xəttlərdir;

~ kainatın növlərini tək bir varlıq halına gətirən şüalardır.

Nisbi həqiqətlər, həqiqi həqiqətlərdən minlər dəfə çoxdur. Çünki, bir şəxsin həqiqi sifətləri 7 olsa, nisbi həqiqətləri 700 olar. Çox xeyir üçün az şərr, xoş görülər; hətta bəyənilər. Az bir şərr gəlməmək üçün böyük bir xeyri tərk etmək, böyük bir şərr olar. Hikmət nəzərində isə, az bir şərr, çox şərrə müqabil olarsa (yəni, bu az şərr, çox şərrin meydana gəlməsinə mane olarsa), o az şərr, hüsn-ü bi'l-ğeyr olar. Üsul kitablarında verilən zəkat və cihad nümunələrində olduğu kimi...

Məşhur اِنَّمَا تُعْرَفُ اْلاَشْيَۤاءُ بِاَضْدَادِهَا / "Əşya (şeylər), ancaq ziddlərilə bilinər." sözünün mənası, budur:

Ziddin varlığı, o şeyin nisbi həqiqətlərinin zuhur və vücuduna (varlığına) bir səbəbdir. Məsələn, çirkinlik olmasa və gözəlliyin arasına qarışmasa, gözəllik, nəhayətsiz mərtəbələrilə ortaya çıxmaz.

---------------------------------

İzahı:

Nisbi həqiqətlər: "həqiqətdə varlığı olmayıb bir başqasına nisbət edilən" deməkdir. Böyük-kiçik; sağ-sol; ön-arxa; üst-alt, nisbidirlər. 

Gözəllik, bir həqiqətdir; çirkinliyin müdaxiləsi ilə gözəllikdə mərtəbələr meydana gəlir. Xeyir də, bir həqiqətdir; bundakı mərtəbələr də, şərrin müdaxiləsi ilə ortaya çıxır.

Mövzunun bir başqa yönü:

Bir şəxsin hər kəscə bilinən bir həqiqəti vardır. Bir şəxs, birinin oğlu, digərinin atası, bir başqasının qardaşı, bir digərinin nəvəsi, bir müəssisənin müdiri, bir şirkətin işçisidir.

Beləcə bir həqiqət, nisbətlə, minə çevrilir.

Əgər soruşsan ki:

"Nisbi həqiqətlərin nə qiyməti var ki, bunlar səbəbilə cüzi şərlər xoş görülsün?

Mən (Nursi), cavab olaraq deyirəm ki:

~ "Nisbi həqiqətlər, varlıqlar arasındakı rabitələrdir."

Məsələn, istilik, işıq, gözəllik, sabit bir həqiqətdir. Bunların kainatdakı miqdarı, nisbi həqiqətlərə nəzərən, daha azdır. Zatən nisbi həqiqətlər də, bu sabit həqiqətlərin aralarındakı bağlar və münasibətlərdən ibarətdir.

Məsələn, istiliyin, sabit bir həqiqəti vardır. Lakin soyuq deyilən nisbi həqiqət meydana çıxınca, istiliyin milyonlarla nisbi dərəcə və həqiqətləri meydana gəlir.

Suyun qaynama dərəcəsi, dəmirin ərimə dərəcəsi, suyun donma dərəcəsi, bunlar, sabit olan istilik həqiqətinin nisbi dərəcələridir.

~ "Kainatın nizamını toxuyan xəttlərdir."

Nisbi həqiqətlər, sabit həqiqətlərin ətrafında bir sistem və nizam qurmaqdadır. Məsələn: "Binanın arxa tərəfində bir ağac var. Gedib ordan meyvə qopara bilərsən." dediyimiz vaxt, "arxa tərəf" məfhumu, binaya bir dəyər, nizam, sistematiklik qazandırır. "Amerika şimalda; Yaponiya şərqdədir." deməyimiz də, eyni şəkildə nisbi dəyərdir. Əgər bu nisbi həqiqətlər olmasa idi, kainatda nizam və intizam deyə bir şey olmazdı. Kimsə yönünü və gedəcəyi yeri bilməz və tərif edə bilməzdi. Hər şey, qarışıq bir hal alardı.

~ "Kainatın növlərini tək bir varlıq halına gətirən şüalardır."

Kainat, mərtəbə-mərtəbə və sinif-sinif növlərdən mütəşəkkildir. Yəni, kainatın növləri dediyimiz vaxt, kainat, bir növ olaraq anlaşıldığı kimi; qalaktikalar, ulduzlar, dünyamız və onun içərisindəki dənizlər, onların içərisindəki balıqlar, insanlar, heyvanlar, bitkilər, hüceyrələr, atomlar, ta ki esir maddəsinə qədər hər şey, bir növ olaraq mülahizə edilə, düşünülə bilər. Bax bu növlərin, mahiyyət və keyfiyyətlərinə görə, hər birinin bir isim və vəsf altında toplanan vahid vücudları vardır.

Yuxarıda saydığımız hər şeyin, mahiyyəti etibarı ilə, vahid bir vücudu vardır. Məsələn, kainat, vahid, tək bir vücuddur. İnsanlar, növ olaraq vahid bir vücuddurlar. Onların içərisində bir insan, tək başına, vahid bir vücuddur. İnsanı meydana gətirən hüceyrələr, hətta atomlar, yəni hər şey, vahid bir vücuddur. Yəni tək bir vücudu vardır.

Allahdan başqa kainatdakı bütün vahid vücudların hamısı, nisbi həqiqətlərin zühurudur. Yəni kainata təkamül qanunu qoyulmasa, zidlər bir-biri içinə girməsə, fərqli varlıqlar meydana gəlməyəcəkdir. Madam ki, fərqli özəllikdə və gözəllikdə, saya bilməyəcəyimiz qədər vücudlar, varlıqlar və onların təmsil etdikləri vahid bir vücudları var isə, bunların hamısı, varlığını və davamını, nisbi həqiqətləri murad edən və aləmi ona görə tənzim edən Allahın tənsibi (uyğun görməsi) və təqdirindən başqa bir şey deyildir.

Bəsit bir misal verərək, məsələni ağla yaxınlaşdıraq:

Məsələn, bir kitabın özünə aid və özünü təmsil edən vahid bir vücudu vardır. Yəni ona biz, "bir kitab" deyirik. Bu təbiri istifadə edə bilməyimiz üçün, kitab, məqalələrdən, cümlələrdən meydana gəlməlidir. Bu saydıqlarımız isə, bir-birindən fərqli şeylərdir. Bax bu fərqli şeylər bir araya gələrək, vahid bir vücud olan kitabı meydana gətirirlər.

Cümlələr də, hərflərdən meydana gəlirlər. O cümlələrin hər birinin ifadə etdiyi məna etibarı ilə, tək bir vücudu vardır. O tək bir vücud da, varlığını, bir-birindən fərqli olan hərflərə borcludur.

Hərflərin də, tək başına vahid bir vücudu varsa da, o vücud, özünü meydana gətirən mürəkkəbin və ya qələmin fərqli şəkillərdə hərəkətinə borcludur.

Bax biz, bütün bu fərqliliklərə, bir-birindən ayrı gözəllikdə olduqları üçün, nisbi həqiqətlər deyirik.

Bu nisbi həqiqətlər olmazsa, hərflər olmaz. Hərflərin nisbi həqiqətləri olmazsa, cümlələr olmaz. Cümlələrin nisbi həqiqətləri təqdir edilməzsə, kitablar yazılmaz.

Bu gün, dünyada, hərflərin icadından bu zamana qədər, bəlkə sonsuz sayda kitablar meydana gəlmişdir və hələ də gəlməkdədir. Bütün bu kitabların təməlində, hərflərin fərqli xüsusiyyətləri və onların yan-yana gəlməsindən zühur edən nisbi həqiqətlər dayanmaqdadır.

Haqq Taala da, atomların bir araya gəlməsi; elementlərin bir-birinə qarışması; varlıqların iç-içə olması ilə; aralarına təzad qanununu əlavə edərək kainatı fərqliliyə məruz qoyub, sonsuz nisbi həqiqətlərin zühura gəlməsini murad etmişdir.

Bax biz, hansı varlığı, hansı özəllikdə və isimdə bilirik, tanıyırıq və qəbul edirsək, o varlıq, hər şeyini və həyatını, nisbi həqiqətlərin təqdirinə borcludur.

"Nisbi həqiqətlər, həqiqi həqiqətlərdən minlər dəfə çoxdur. Çünki, bir şəxsin həqiqi sifətləri 7 olsa, nisbi həqiqətləri 700 olar."

Məsələn, insanın mahiyyətinə dərc edilmiş olan qabiliyyətlərə, zidləri müdaxilə edincə, hər bir qabiliyyətin, minlər mərtəbə və dərəcəsi ortaya çıxır.

Comərdlikdə Xatəm ət-Tai, dillərə dastan olarkən, sıravi bir comərd şəxs də, mərtəbəsinə görə, sıravi bir məqamda qalır. Bunun səbəbi, comərdliyin sabit bir həqiqəti yanında, minlərlə izafi həqiqətinin də var olduğudur. Xatəmi digər comərd insanlara üstün qılan, nisbi halıdır. Yəni, o, məsələn birinə görə 5 dəfə çox comərd ikən, digərinə görə 10, başqa birinə 20 və s. qat çox comərddir. Özünün həqiqi olaraq daşıdığı comərdlik sifəti bir ikən, nisbi olaraq yüzlər, bəlkə minlər mərtəbə comərdliyə sahib ola bilər.

Eynilə bu misal kimi, bir insanın həqiqi sifətləri, məsələn 7 ikən, nisbi olan sifətləri (digərlərinə nisbətən meydana gələn sifətləri), 700 və ya daha çox ola bilər.

"Çox xeyir üçün az şərr, xoş görülər; hətta bəyənilər. Az bir şərr gəlməmək üçün böyük bir xeyri tərk etmək, böyük bir şərr olar. Hikmət nəzərində isə, az bir şərr, çox şərrə müqabil olarsa (yəni, bu az şərr, çox şərrin meydana gəlməsinə mane olarsa), o az şərr, hüsn-ü bi'l-ğeyr olar."

Bax bu məqsədlərdən dolayı, cüri şərlər, çox xeyirlərin vücuda gəlməsi üçün, istihsan edilir, xoş görülür. Çünki cüzi şərlər vücuda gəlməsin deyə çox xeyirləri tərk etmək, çox şər olur. Hikmət nəzərində, əgər az şər, çox xeyirə əngəl və mane olursa, bu az şər, hüsn-ü bi'l-ğeyr (dolayısı ilə, nəticələri etibarı ilə gözəl) olur. Yəni madam ki, az şər, çox şərlərin meydana gəlməsinə mane olur, elə isə, nəticələri etibarı ilə gözəldir.

"Üsul kitablarında verilən zəkat və cihad nümunələrində olduğu kimi..."

Allahın əmr və qadağalarında, zahirən cüzi şər, yəni çətinlik və məşəqqət olsa da, bunlar, nəticə etibarı ilə çox xeyrin vücuduna səbəbdir. O da, dünya və axirət səadətinə vəsilə və Allah rizasına vasitədir. Elə isə, cüzi olan az şərlərin meydana gəlməməsi üçün, belə çox xeyrlər tərk edilməz. Tərk edilsə, çox xeyrdən məhrumiyyətlə bərabər, çox şər olar. Yəni, dünyəvi və uxrəvi bədbəxtliyə vasitə və Allahın qəzəbinə vəsilə olar.

Ustad Nursi, buna, zəkat və cihadı nümunə olaraq vermişdir. Bunlar, zahirən nəfsə ağır gəlməkdədir. Çünki can və mal tələfi vardır. Lakin həm zəkatda, həm də cihadda, az şər olmaqla bərabər, nəticə etibarı ilə çox xeyir olduğundan, şəriət, bu 2 ibadəti qəbul etmiş və fərz qılmışdır.

Bəli:

~ Zəkat, kasıbla varlı arasında yardım körpüsüdür; dolayısı ilə, kasıbı varlı ilə barışdırır, ictimai həyatda nizamı təmin edir.

~ Cihad isə: İslam diyarını və müsəlmanların, maddi və mənəvi hüquqlarını mühafizə edir. Cihad olmazsa, İslam yurdu və müsəlmanların can və malı da əldən çıxar.

Məşhur "Əşya (şeylər), ancaq ziddlərilə bilinər." sözünün mənası, budur: Ziddin varlığı, o şeyin nisbi həqiqətlərinin zuhur və vücuduna (varlığına) bir səbəbdir. Məsələn, çirkinlik olmasa və gözəlliyin arasına qarışmasa, gözəllik, nəhayətsiz mərtəbələrilə ortaya çıxmaz.

------------------------------

------------------------------

Əgər desən: "Ənəmtə-məğdubi-dallin" kəlimələrinin, sırası ilə, fel, ismu'l-məf'ul və ismu'l-fail olaraq fərqli gəlməsi, nə üçündür?

Yenə:

~ üçüncü qrupun, sifətinin;

~ ikinci qrupda, sifətin aqibətinin; və

~ birinci qrupda, nəticə etibarı ilə sifətin ünvanının

zikr edilməsi, nə üçündür?"

Cavab olaraq deyərəm:

~ Birinci qrup üçün, nemət ünvanını seçdi. Çünki nemət, nəfsin özünə meyl etdiyi bir ləzzətdir. Madi (keçmiş zaman) feli olaraq gətirdi. Çünki, verdiyini geri almamaq, mütləq Kərim (olan Allah)'ın şanıdır.

Yenə, Munim (nemət verən Allah)'ın adətini ortaya qoyaraq, mətluba vəsiləyə bir rəmzdir. Sanki, belə deyir: "İnam (nemətləndirmək), Sənin şanındandır. Daha əvvəl nemət verdin; mənə də nemət ver."

-----------------------------

İzahı:

Mətnə keçmədən əvvəl, mətndəki bəzi məfhumları açıqlayaq. Belə ki:

• Fel: "zamana bağlı olaraq bir iş və hərəkət bildirən kəlimələr"dir. "Getdi, gedir, gələcək" kimi kəlimələr, fel qrupuna girən kəlimələrdir. "اَنْعَمْتَ / ənəmtə / Sən nemət verdin." mənasında bir feldir.

• İsmu'l-məf'ul: "feldən meydana gələn və failin gördüyü işdən təsirlənən isimlər"dir. Məsələn:

~ مَقْتُولٌ - məqtulun - “öldürülmüş”;

~ مَكْتُوبٌ - məktubun - “yazılmış”;

~ مَأْكُولٌ - mə'kulun - “yeyilmiş”

kimi kəlimələrin hər biri, ismu'l-məf'uldur.

~ مَغْضُوبِ - məğdubun ləfzi də, "qəzəb olunmuş"

mənasında bir ismu'l-məf'uldur.

• İsmu'l-fail: "feldən meydana gələn və işi görəni göstərən isim cinsindən kəlimələr"dir. Məsələn:

~ شَاهِدٌ - şahidun - "şahid olan";

~ حَاكِمٌ - hakimun - “hâkim, hökm edən”;

~ قَاتِلٌ - qatilun - “qatil, öldürən"

kimi kəlimələrin hər biri, ismu'l-faildir.

~ ضَالّٖينَ ləfzi də, "azanlar" mənasında bir ismu'l-faildir.

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), Fatihə surəsində keçən "ənəmtə""məğdubun""dallin" kəlimələrinin, forma cəhətindən niyə müxtəlif bir surətdə zikr edildiyini, 2 sual və cavabları ilə açıqlamaqdadır.

Belə ki:

• Birinci sual: Bu 3 kəlimənin ayrı-ayrı gəlməsinin nəzm yönü nədir? Yəni,

~ niyə birində "أَنْعَمْتَ / ənəmtə / Sən, nemət verdin." şəklində, yəni keçmiş zaman formasında gəlmiş;

~ digərində "ٱلْمَغْضُوبِ / məğdub / qəzəb edilmiş" ismu'l-məful formasında gətirilmiş;

~ bir digərində isə, "ٱلضَّآلِّينَ / dallin / azanlar" ismu'l-fail olaraq zikr edilmişdir.

Bu üçünün belə fərqli, ayrı-ayrı tərzdə gətirilməsinin hikməti nədir?

• İkinci sual: Həm Quran, niyə:

~ üçüncü firqənin sifətini;

~ ikinci firqənin sifətinin aqibətini;

~ birinci firqənin nəticəsi etibarı ilə sifət ünvanını

söyləmişdir? Yəni, niyə:

~ Üçüncü firqənin sifəti, dəlalətdir, azmışlıqdır. Bu dəlalət vəsfini, ismu'l-fail olan ٱلضَّآلِّينَ "azanlar, dəlalətdə olanlar" kəliməsilə;

~ İkinci firqə də, dəlalət əhli olduğu halda, onların da, bu sifətinin aqibətini, ismu'l-məful olan ٱلْمَغْضُوبِ عَلَيْهِمْ "qəzəbə uğramış olanlar" kəliməsilə;

~ Birinci firqənin də sifətinin ünvanı, yəni "مُنْعَمُ عَلَيْهِمْ / munəmun aleyhim / özlərinə nemət verilənlər" ünvanını, "ənəmtə / Sən nemət verdin" kəliməsilə

zikr etmişdir?

• "Birinci firqə haqqında 'أَنْعَمْتَ / ənəmtə / Sən nemət verdin' feliylə, onların sifət ünvanını, yəni "مُنْعَمُ عَلَيْهِمْ / munəmun aleyhim / özlərinə nemət verilənlər" nə üçün ixtiyar etmişdir?"

sualına, Ustad Nursi, belə cavab verməkdədir:

Çünki, nemət, bir ləzzətdir. İnsan nəfsi isə, fitrətən ləzzət və nemətə meyllidir. Burda, "nəticə etibarı ilə sifətlərinin ünvanı" deməsinin səbəbi, budur:

Çünki, "ənəmtə" kəliməsi, sifət deyil, feldir. Nəticəsi etibarı ilə sifət olur. Çünki sifətlərinin ünvanı, مُنْعَمُ عَلَيْهِمْ / özünə nemət verilənlər'dir.

Həm "ənəmtə" kəliməsini, keçmiş zaman formasında zikr etməsilə işarət edir ki, verdiyi neməti geri almamaq, mütləq kərəm sahibi olan Allahın şənindəndir. "Ənəmtə" deyən bir mömin, Allaha, sanki belə xitab etməkdədir:

"Ey Rəbbim! Sən, mənə, əvvəl nemət vermişdin. Nemətləndirmə feli, Sənin şanındandır. Bir daha o neməti geri almaq, Sənin adətin deyildir. Verdiyini geri almaz; istəyəni məhrum etməz; əvvəldə olduğu kimi, yenə nemət verərsən. Mənə də, nemət ver."

Həm yenə bu ifadə ilə, yəni keçmiş zaman formasında gətirilməsilə, mətlubumuz olan nemətin vəsiləsinə də rəmz edir. Çünki inam etmək (nemətləndirmək), Münim (nemət verən Allah)'ın adəti olduğunu ifadə etməklə, mətlubumuzun vəsiləsinə işarət edir. Yəni:

"Ey Rəbbimiz! Biz, Səndən, nə üçün nemət və hidayət istəyirik? Çünki inam etmək, Sənin şanındandır və adətindir. Elə isə, ey mütləq kərəm sahibi olan Rəbbimiz! Bizim də mətlubumuz olan hidayəti, bizə ehsan et. Çünki bizim ən mühim mətlubumuz, məqsudumuz, özlərinə nemət verdiyin saleh qullarının izlədiyi doğru yolda getməkdir. Əvvəldən adətin olan inam etdiyin kimi, bizim də bu mətlubumuzu ver, bizi doğru yola hidayət et və o yolda bizə səbat və davam ehsan et."

-------------------------

-------------------------

"Ğayri'l-məğdubi aleyhim"

Bundan murad, qəzəb qüvvələrinin təcavüzü ilə həddi aşıb zülm edən, İlahi hökmləri tərk ilə fisqə düşən kimsələrdir. Yəhudilərin şiddətli inadı kimi...

Fisq və zülmün özündə, mənhus (uğursuz, pis) bir ləzzət və xəbis bir izzət mövcud olduğundan, nəfs, ondan nifrət etməz. Bundan dolayı, Quran, onun, hər nəfsi nifrət etdirən aqibətini zikr etdi. O da, Allahın qəzəbinin nüzuludur.

Davam xüsusiyyəti olan ismi seçdi. Çünki üsyan və şər, ancaq tövbə və əfv ilə sonlanmadığı vaxt, isim olaraq qalar.

---------------------------------

İzahı:

Sual:

Ayətdə, ikinci firqə haqqında, "ğayri'l-məğdubi aleyhim / üzərlərinə qəzəb edilənlərin (yoluna) yox" deyib, sifətlərinin aqibətini (yəni, üzərlərinə qəzəb edilməyi) zikr etməkdən murad nədir?

Cavab:

Çünki onlar, qəzəb qüvvəsində həddi aşmış, Allahın və qulların hüquqlarına riayət etməməklə zülm etmişlərdir. Allahın hökmlərini tərk etmək və itaətdən çıxmaq surətilə fasiq olmuşlardır. Beləcə, həm zülmləri, həm də fisqləri səbəbilə, Allahın qəzəbinə düçar olmuş və əzaba uğramışlardır. Yəhudi millətinin şiddətli inadı kimi.

Mətndə keçən "fisq" kəliməsindən murad: "Haqdan ayrılmaq; həddini aşmaq; Allahın əmrlərini tərk və Ona üsyan etməkdir."

Fisq və zülmün içində, pis bir ləzzət, xəsis bir zövq və xəbis bir izzət olduğu üçün, nəfs, fisq və zülmdən nifrət etməz; zövq və ləzzət alar.

Bax bundan dolayıdır ki, Quran, onlar haqqında, "ظَلَمُوا / zaləmu / zülm etdilər""فَسَقُوا / fəsəqu / fisq etdilər" və ya "اَلظَّالِمٖينَ / əz-zalimin / zalımlar""الْفَاسِقٖينَ / əl-fasiqin / fasiqlər" təbiri yerinə, "ٱلْمَغْضُوبِ عَلَيْهِمْ / məğdubi aleyhim / üzərlərinə qəzəb olunanlar" təbirini istifadə etmişdir.

Yəni, nemət, nəfsi, həmişə tərğib etdirən şeydir. Allah qatında zülm və fisq olan şeylərin çoxuna da, nəfs, zahir etibarı ilə rəğbət edər; aqibət etibarı ilə isə nifrət edər. Bu səbəbdən, görünüşdə belə ləzzətli olan fisqdən ancaq aqibətləri (yəni, Allahın qəzəbi) etibarı ilə nifrət etdirilə bilər. Ona görə də, ayədə, aqibətlərindən bəhs edilmişdir. Yəni Quran, hər nəfsi nifrət etdirən zülm və fisqin dəhşətli aqibətini zikr etmişdir, ki, bu da, Allahın qəzəbinə uğramaqdır. Ta ki, hər nəfs, ondan nifrət edib uzaq dursun.

Sual:

Allah, onlara nə cür qəzəb etmişdir?

Cavab:

Allahın onlara qəzəbi, fərqli-fərqlidir. Belə ki:

Allah (azzə və cəllə), Maidə surəsi 60-cı ayətdə belə buyurmaqdadır:

قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَ‌ٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِ ۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ ٱلْقِرَدَةَ وَٱلْخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَ ۚ أُو۟لَـٰٓئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ

"De: 'Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!"

Ayət, Allahın, onlara, meymun və donuzlara çevirməsi surətilə qəzəb etdiyini göstərməkdədir.

وَإِذْ قُلْتُمْ يَـٰمُوسَىٰ لَن نَّصْبِرَ عَلَىٰ طَعَامٍ وَ‌ٰحِدٍ فَٱدْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ مِنۢ بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ ٱلَّذِى هُوَ أَدْنَىٰ بِٱلَّذِى هُوَ خَيْرٌ ۚ ٱهْبِطُوا۟ مِصْرًا فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ وَٱلْمَسْكَنَةُ وَبَآءُو بِغَضَبٍ مِّنَ ٱللَّهِ ۗ ذَ‌ٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ ٱلْحَقِّ ۗ ذَ‌ٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ

"Onda siz dediniz: 'Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!'

O dedi: 'Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!'

Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi." (Bəqərə/61); və

ضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوٓا۟ إِلَّا بِحَبْلٍ مِّنَ ٱللَّهِ وَحَبْلٍ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٍ مِّنَ ٱللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلْمَسْكَنَةُ ۚ ذَ‌ٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّ ۚ ذَ‌ٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ

"Onlar harada olursa olsunlar, Allahın və mömin insanların himayəsində olanlar istisna olmaqla onlara həmişə zəlillik qismət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar." (Al-i İmran/112)

Bu 2 ayət, Allahın, onlara, zillət və miskinlik damğası vurması surətilə qəzəb etdiyini göstərir.

Bununla bərabər, ayədə, sübut (sabitləşmə) və istimrara (davamlılığa) dəlalət edən ismu'l-məful istifadə edilmiş; onların, Allahın qəzəbinə uğradıqları, fel olaraq zikr edilməmişdir. Yəni, "غَضِبَ اللَّهُ عَلَيْهِمْ / ğadibəllahu aleyhim / Allah, onlara qəzəb etdi." yerinə, "ٱلْمَغْضُوبِ عَلَيْهِمْ / əl-məğdubi aleyhim / üzərlərinə qəzəb olunanlar, qəzəbə uğrayanlar" deyilmişdir.

Bax bu ayət, bu ifadə ilə işarət edir ki, küfr və üsyan, zülm və fisq davam edər, bunlardan vaz keçilməz, tövbə edilməzsə, o vaxt, Allahın qəzəbi, bir damğa kimi üzərlərinə vurular. Əgər insan, küfr və üsyanı, zülm və fisqi tərk edər, tövbə və istiğfar edərsə, o vaxt, Allah onu əfv edər, insan da, o damğadan qurtular.

Demək, Yəhudilər, tövbə etmədilər, küfr və üsyan yolunda davam və israr etdilər ki, ayət, onların küfrlərinin sübut və davamına işarət etmək üçün, onlar haqqında, ismu'l-məful formasında gələn ٱلْمَغْضُوبِ عَلَيْهِمْ ifadəsini zikr etdi. Yəni bu millət, küfr və üsyanlarına davam etdilər. Allahın qəzəbi, sanki bir möhür kimi üzərlərinə vuruldu. Nəticədə, onlar, Allahın əzabına düçar oldular.

Əgər ismu'l-məful yerinə fel istifadə edilsə idi, tövbə etmələrinə işarət olunardı. Yəni, "Əvvəllər fisq və zülm işlədilər, ancaq tövbə edib bundan vaz keçdilər." mənası başa düşülərdi. Felin yerinə ismu'l-məful istifadə edilməsi, halın belə olmadığı; əksinə, fisq və zülmə, şər və üsyana davam etdikləri üçün, Allahın qəzəbinin onlara bir damğa olaraq vurulduğunu göstərir.

-------------------------

-------------------------

~ "Və lə'd-dallin / dəlalətdə olanların (yəni, azmışların yoluna) yox"

Bundan murad, vəhm və həvanın ağıl və vicdana qələbəsi səbəbilə haqq yoldan azan və batil etiqadla nifaqa düşən kimsələrdir. Xristiyanların səfsətəsi kimi...

Quran, bunların sifətlərini seçdi. Çünki, dəlalətin özü, nəfsi nifrət etdirən bir ələm (əzab)'dır və hər nə qədər nəticəni görməsə də, ruh, ondan çəkinər.

Yenə Quran, isim olaraq zikr etdi. Çünki dəlalət, kəsilmədiyi müddətcə, dəlalətdir.

-----------------------------

İzahı:

Şanı uca olan Quran, üçüncü firqə haqqında isə, "وَلَا ٱلضَّآلِّينَ / və lə'd-dallin / dəlalətdə olanlar" ismu'l-failini istifadə etmişdir. Bu firqədən murad, həva və vəhmin, ağıl və vicdan üzərində qələbəsilə istiqamətli yoldan ayrılaraq dəlalətə düşən və batil etiqad ilə münafiqliyə girənlərdir. Yəni onlar, öz ağıllarınca, guya özlərini gizlədirlər, münafiqlik edirlər.

"Məğdubi aleyhim" güruhu, yəni "qəzəbə uğrayanlar" qrupu, qəzəb qüvvəsinin ifratı ilə hərəkət edənlərdir. "dallin" güruhu isə, həva və vəhmləri ağıl qüvvələrinə qələbə edib bu qüvvədə ifrata düşərək, ağılları nəfsin həvasına tabe olanlardır. Xristiyanların xürafələri kimi.

Bəli, bütün müfəssirlərə görə, "dallin"dən murad, başda xristiyanlardır. "əl-məğdubi aleyhim"dən murad isə, başda yəhudilərdir. Bu 2 kəlimənin, yəni ٱلضَّآلِّينَ və ٱلْمَغْضُوبِ عَلَيْهِمْ'in ən birinci misdaqı (doğrulayıcı; bir sözü və ya bir hökmü təsdiq edən xüsus), xristiyan və yəhudilərdir. Yoxsa, ٱلضَّآلِّينَ, "dəlalətdə olanlar", sadəcə xristiyanlar; ٱلْمَغْضُوبِ عَلَيْهِمْ, "üzərlərinə qəzəb olunanlar" da, yalnız yəhudilərdir, demək deyildir. Əksinə, qiyamətə qədər, peyğəmbərlərin yoluna girməyən, Onlara iman və itaət etməyən, hədd-i vasat olan istiqamətli olan yoldan azan, bu səbəblə dəlalətə düşən və qəzəbə uğrayan nə qədər insan varsa, hamısı, ٱلضَّآلِّينَ və ٱلْمَغْضُوبِ عَلَيْهِمْ təbirinə daxildirlər. Mənanı sadəcə yəhudi və xristiyanlarla məhdudlaşdırmaq, Quranın geniş mənasını dar bir çərçivədə dəyərləndirmək deməkdir.

Ustad Nursi'nin burda yəhudi və xristiyanları misal olaraq gətirməsi, dəlalət və qəzəbə uğramaqda ən kamil fərdi göstərmək üçündür.

Bəli, Quran ayətlərinin misdaqları, müəyyən bir zamana, bəlli bir qövmə, müəyyən bir şəxsə münhasır deyildir; heç bir surətdə inhisar altına alına bilməz. "Nüzul səbəbinin xüsusi olması, mənanın ümumi olmasına əngəl deyildir." Bu, təfsir üsulunda, ümumi bir qaydadır. Elə isə, etibar, həm nüzul səbəbinə, həm də ümumi olan mənayadır. Əgər belə mütaliə etməzsək, o vaxt, Quranın mənası, müəyyən bir zamanla, bir məkanla, müəyyən bir şəxslə muqayyəd və cüzi olar.

Bundan dolayı, Adəmdən ta ki qiyamətə qədər gəlmiş və gələcək olan, vəhyi dinləməyən, bütün peyğəmbərlərin dini olan İslamdan üz çevirən; bu səbəblə, küfrə, şirkə, zülmə, dəlalətə düşən cümlə müşrik, muattıla, münafiqlər, ٱلضَّآلِّينَ və ٱلْمَغْضُوبِ عَلَيْهِمْ təbirlərinə daxildirlər.

Bəli, başda yəhudilər olmaq üzərə, insanlardan bir qismi, qəzəb qüvvəsinin ifrat mərtəbəsində, zülm və fisqləri səbəbilə Allahın qəzəbinə düçar olmuşlardır. ٱلْمَغْضُوبِ عَلَيْهِمْ təbirinə daxil olmuşlardır.

Başda xristiyanlar olmaq üzərə bir qisim də, ağıl qüvvəsinin ifrat mərtəbəsində nəfsin həvasının və vəhmin ağıllarına və vicdanlarına qələbə etməsi səbəbilə, doğru yoldan ayrılıb dəlalətə düşmüş, ٱلضَّآلِّينَ təbirinə daxil olmuşlardır.

İnsanlardan bir qrup da, doğru yolu izləmələri səbəbilə, dünya və axirətdə Allahın inam və ehsanına nail olmuşlardır. Peyğəmbərlər və onlara tabe olan möminlər, bu nurani güruhdandırlar.

Şanı uca olan Quran, dəlalət və səfahətin şəxsən içində və özündə ələm (ağrı-acılar) olduğu üçün, onların bu sifətini zikr etmiş, وَلَا ٱلضَّآلِّينَ demişdir. Quran, dəlalət və səfahətin şəxsən içində ələm olduğunu göstərməklə, nəfsi ondan nifrət etdirir, ruhu ondan uzaqlaşdırır. Hər nə qədər dəlalətdə olan insan, nəticəsini, aqibətini görməsə və düşünməsə də, dəlalət səbəbilə ələm çəkər.

Dəlalətdə, bir ləzzət yoxdur. İnsan əgər Allahı tanımazsa, axirətə inanmazsa, davamlı əzab çəkər; sahibsizlikdən fəryad edər; onun nəzərində, kainat, ümumi bir matəmxana olar. Bütün həyat sahibləri, zaval və ayrılıq silləsilə ağlayan yetimlər kimi görsənər. Heyvanlar və insanlar, əcəl cəlladı ilə başları kəsilib edam edilən, adəm (yoxluq) çuxuruna atılan şeylər olar.

Bu cür bir dəlalət içində olan adamın, o dəlalətdən ləzzət alması, mümkün deyildir. Dəlalətin özü, insanın nəfsini ondan nifrət etdirir, ruhunu uzaqlaşdırır. Dəlalətin mahiyyətini düşündükcə isə, nəfsi və ruhu oyanar; ləzzəti zir-ü zəbər olar.

Bəli, bütün ləzzətlər, iman dairəsində olduğu kimi; bütün ələmlər və sıxıntılar da, dəlalət yolundadır.

Əziz Ustad, əsərlərinin müxtəlif yerlərində, dəlalətin özündə ələm olduğunu, zahirən içində ləzzət görünsə də, həqiqətində ələmlər olduğunu; iman və hidayət yolunda isə, həqiqi mənada ləzzət və saədət olduğunu isbat etmişdir. "Risale-i Nur"da keçən iman və küfr müvazinələri (iman və küfrün qarşılaşdırılmaları, müqayisə edilmələri), bu mövzunun izah və isbatı xüsusunda kafidir. O yerlərə müraciət edilsin.

Xülasə: Quran, üçüncü firqə olan "dallin" güruhunun sifətlərinin nəticəsini və aqibətini deyil, eynisini zikr etmiş, sifətin özünü göstərmişdir. Çünki dəlalət və səfahətin şəxsən özündə ələm vardır, onun nəticəsini söyləməyə gərək yoxdur.

------------------------------

------------------------------

Bil ki: Hər ələm (əzab, kədər), dəlalətdə; və hər ləzzət də, imandadır. Əgər istəyirsənsə, bu şəxsin halını təəmmül et:

Qüdrət əli, onu, yoxluq qaranlıqlarından çıxardı və dəhşətli dünya səhrasına atdı. Şəfqət gözləyərək gözlərini açır. Bəla və illətləri (xəstəlikləri), bir düşmən şəklində, özünə hücum edən görür. Mərhəmət gözləyərək, təbiətdəki ünsürlərə baxır. Ancaq onları, qatı qəlbli, mərhəmətsiz, özünə diş qıcamış olaraq görür. Belə ikən, bir mədəd tapmaq ümidilə, başını, səmadakı cisimlərə çevirir. Onları, heybətli, dəhşətli bir şəkildə görür. Sanki, dəhşətli ağızlarından, atəş güllələri, ətrafına yağır. Bunun üzərinə, heyrət edir, başını əyir və nəfsinə baxır. Ondan, minlər ehtiyac səsləri, hacət fəryadları eşidir. Bundan dolayı, hürküb, vicdanına sığınır. Onda da, dünyanı versən doymayacaq, coşqulu, hər tərəfə uzanmış minlərlə əməl (arzu)'lar görür.

Allah üçün de! Belə bir şəxs, məbdə (başlanğıc) və məad (axirət)'ə, (yəni), Sani və haşra etiqad etməzsə, halı necə olar?! Məgər zənn edirsənmi ki, cəhənnəm, ona, o halından daha çətin və ruhu üçün daha yandırıcı olsun?! Çünki, onun qorxu, acizlik, titrəmə, narahatlıq, yalnızlıq, sahibsizlik və ümidsizlikdən meydana gələn bir halı var.

Çünki o, öz qüdrətinə müraciət etdiyində, onu, aciz və zəif görür. Ehtiyaclarını qarşılamaq istədiyində, onların susmadığını görür. Bağırıb kömək istədiyində, kimsə onu eşitmir, kimsə ona köməyə gəlmir. Bundan dolayı, hər şeyi düşmən zənn edir; hər şeyi, yad təxəyyül edir; heç bir şeylə ünsiyyət qura bilmir. Göy cisimlərinin dönməsinə, vicdanı narahat edən qorxu, dəhşət və hürküntü ilə baxır.

Sonra, sirat-ı mustəqimdə olduğunda, vicdan və ruhu iman nuru ilə nurlandığında, bu şəxsin halını bir təəmmül et.

Dünyaya addımını atıb gözlərini açdığında, hücum edpn xarici varlıqları görür. O vaxt, bu hücumlara müqabil, Sani'nin mərifəti deyilən istinad nöqtəsinə dayanır, rahatlayır.

Sonra, istedadlarını və əbədə uzanmış əməllərini (arzularını) incələdiyində, əbədi səadətin mərifəti olan istimdad nöqtəsini görür; əməlləri bundan mədəd alır; bu mədəd nöqtəsindən, ab-ı həyat içir.

Sonra baxırıq ki, bu şəxs, başını qaldırıb varlıqlara baxır; hər şeyi dost görür; gözləri, kainat bostanındakı hər çiçəkdən ünsiyyət və məhəbbət balı toplayır.

Göy cisimlərinin hərəkətlərində, Xaliq'inin hikmətini görür; onları seyr ilə tənəzzüh edir; ibrət və təfəkkür nəzərilə baxır. Sanki günəş, ona belə nida edir:

"Ey qardaş! Məndən hürkmə, mərhəba, xoş gəldin, hər ikimiz, eyni Zata xidmətkarıq, Onun əmrinə hazırıq."

Ay, ulduzlar, dəniz və bunların qardaşları, hər biri, özünə xas dillə, buna səslənirlər, belə işarət edirlər:

"Xoş gəldin! Bizi tanıyırsanmı? Hamımız, sənin Malikinə xidmətlə məşğuluq. Bağırıb çağıran bəlaların təhdidlərindən, əsla sıxılma, hürkmə və qorxma. Çünki, hamısının cilovu, sənin Xaliqinin əlindədir."

Bax, bu (birinci) şəxs, birinci halda, vicdanının ta dərinlərində, şiddətli bir ələm hiss edər. Ondan qurtulmaq, izdirabını xəfiflətmək və hissini ibtal etmək üçün, qiymətsiz şeylərlə təğafül ilə təsəlli taparaq (yəni, bildiyi halda bilməzdən; gördüyü halda, görməzdən gələrək), vicdanını aldatmaq, ruhunu uyuşdurmaq istəyər. Yoxsa, vicdanının ta dərinlərini yandıran dəhşətli bir ələm hiss edəcək.

Haqq yoldan uzaqlıq nisbətində, bu ələmin təsiri ortaya çıxar.

Ancaq ikinci halda, ruhunun dərinlərində, ali bir ləzzət, təcili bir səadət hiss edər. Qəlbini xəbərdar etdikcə, vicdanını təhrik etdikcə (hərəkətə keçirdikcə), ruhuna hiss etdirdikcə, səadəti artar; özünə, ruhani cənnət qapılarının açıldığı müjdələnər.

"Allahım! Bu surə hörmətinə, bizləri sirat-ı mustəqim əhlindən qıl."

 

(Ustad Bədiü'z-Zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri)

Read 56 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR