Məcaz nədir? (2)

Həqiqətlər (həqiqi mənada istifadə edilən ləfzlər)'in Quranda mövcudluğu haqqında, ixtilaf yoxdur. Bu ləfzlər, yerlərinə görə dəyərləndirilirlər. Bunlarda, təqdim və təxir yoxdur. Kəlamın (yəni, Quranın) əksəriyyətini, bu ləfzlər təşkil edirlər.

Quranda məcaz (yəni, məcazi mənadakı ləfzlərin) mövcudluğunu isə, cumhur qəbul edərkən; camaatdan bir qrup, bunu inkar etmişlərdir. Bunlar:

~ Zahiriyyə;

~ Şafii'lərdən ibnu'l-Qass;

~ Maliki'lərdən ibnu Xuveyz Məndad'dır.

Bunların şübhələri, məcazın, kizbə (yalana) yaxın olmasından qaynaqlanır. Halbuki Quran, yalandan münəzzəhdir. Mütəkəllim, məcazi mənanı, ancaq, həqiqi mənanı tapa bilmədiyi anda qəbul edər və ləfzi də, istiarə olaraq istifadə edər. Bu hal, Allah Taala üçün muhal/imkansızdır. Bu şübhə, batildir. Çünki, Quranda məcaz(i mənadakı ləfzlər) olmasaydı, gözəlliyi də ortadan qalxmış olardı. Bəlağat alimlərinin ittifaqla qəbul etdiyinə görə, məcaz, həqiqətdən daha bəliğdir. Əgər Quranda məcaz olmasaydı, hazf (haşiyə), təkid, qissələrin təkrarı kimi digər bəlağat xüsusiyyətləri olmazdı.

-------------------

(Haşiyə:

Hazf: söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsidir.

Məsələn, birini yola salarkən, "gülə-gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın anlaşılmasına əngəl olmadığından, hazf edilmişdir.

-------------------

Bu mövzuda, İzzəddin b. Abdi's-Salam, müstəqil bir əsər yazmışdır. Bu əsəri, bəzi əlavələr edərək xülasə etdim və buna: "Məcazu'l-Fursan ilə Məcazi'l-Quran" adını verdim.

Məcaz, 2 qismə ayrılır:

I. Cümlədə məcaz.

Buna, "məcazu'l-isnad", "məcazu'l-əqli" də deyilir. Məcazın bunlarla əlaqəsi, bunlara yaxınlığından dolayıdır.

Məcaz: "bir fel və ya bənzəri kəlimənin, aralarında məna yaxınlığı olması səbəbilə, əsl olmayan mənasına həml edilməsi"dir.

...وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ ءَايَـٰتُهُۥ زَادَتْهُمْ إِيمَـٰنًا...

"...Onlara (Allahın) ayələri oxunduğunda, (o ayələr), onların imanlarını artırdı..." (Ənfal/2)

ayəti, buna misaldır. (Burda), imanın artması, ayələrə nisbət edilmişdir. (Halbuki), bu (yəni, imanı artırmaq), Allahın felidir. Çünki bunun səbəbi, Odur. (haşiyə)

-------------------------------

(Haşiyə:

Kainatda bütün fellərin failinin Allah olduğunun isbatı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-qudr%C9%99t-sif%C9%9...

Quranda qullara nisbət edilən fellər, müəllif Suyutinin də dediyi kimi, məcazdır.)

-------------------------------

...يُذَبِّحُ أَبْنَآءَهُمْ...

"...(Firon), onların (yəni, İsrail oğullarının) oğullarını kəsirdi..." (Qasas/4);

...يَـٰهَـٰمَـٰنُ ٱبْنِ لِى صَرْحًا...

"...Ey Haman! Mənim üçün bir qüllə tik..." (Ğafir/36)

ayələri, buna misaldır.

Amir (əmr edənlər) olmaları səbəbilə:

~ Qasas/4-də, kəsmək feli, firona nisbət edilmişdir. (Halbuki), kəsənlər, fironun köməkçiləri idi.

~ Ğafir/36-da, bina inşası, işçilərin felidir. (Halbuki), Haman'a nisbət edilmişdir.

وَأَحَلُّوا۟ قَوْمَهُمْ دَارَ ٱلْبَوَارِ...

"...Qövmlərini həlak yurduna yerləşdirdilər." (İbrahim/28)

ayəti də, belədir. Bu ayədə, Məkkəlilərin cəhənnəmə girmələri, küfrə səbəb olduqlarından dolayı, Məkkə müşriklərinə nisbət edilmişdir. (Halbuki, cəhənnəmə, insan küfrü ixtiyar etdikdən sonra yerləşdirən, Allahdır. Yəni, bu fel, Allahın felidir.)

يَوْمًا يَجْعَلُ ٱلْوِلْدَ‌ٰنَ شِيبًا...

"...Uşaqları qocaldan o gündə." (Muzəmmil/17)

ayəti də, bu qəbildəndir. Uşaqların ağ saçlı hala gəlmə feli, qiyamət əzabının ortaya çıxması ilə meydana gələcəyindən, bu fel, zaman zərfi olan qiyamət gününə nisbət edilmişdir. (Halbuki, bütün fellərin faili, Allahdır.)

فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ

"Artıq o, razı salan həyat içindədir." (Haqqa/21)

ayətindəki "radiyətin/razı salan" kəliməsi, "mərdiyyətin/razı qalınan" mənasındadır. (Çünki, razı salan, cənnət deyil, Allahdır.)

...فَإِذَا عَزَمَ ٱلْأَمْرُ...

Fə izə əzəmə'l-əmru.

Yəni:

"...İş əzm etdiyində..." (Muhamməd/21) ayəti,

...فَإِذَا عَزَمْتَ...

Fə izə əzəmtə.

Yəni:

"...İşə əzm etdiyində..." (Al-i İmran/159) ayətinin dəlalətilə, "uzimə aleyhi/ona (yəni, işə) əzm edildiyində" mənasındadır.

 

Bu qisim məcaz (yəni, cümlədə məcaz) da, öz arasında 4 qismə ayrılır:

a. Məcaz olan ləfz ilə, məcaza dəlalət edən ləfzin həqiqi olmasıdır.

Yuxarıda zikr edilən Ənfal surəsi 2-ci ayə ilə,

وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا

"Yer öz yükünü çıxardığı zaman." (Zilzəl/2) ayəti, buna misaldır.

b. Hər ikisi də məcazi olanlar:

...فَمَا رَبِحَت تِّجَـٰرَتُهُمْ...

"...Onların ticarəti, kar etmədi..." (Bəqərə/16)

ayəti, buna misaldır. Yəni, "ticarətdə qazanc əldə etmədilər" deməkdir. Bu ayədəki "kar, qazanc""ticarət" kəlimələrinin ikisi də, məcazi mənadadır. (haşiyə)

------------------------

(Haşiyə:

Təfsiri üçün bax:

https://suallarlaislam.com/.../b%C9%99q%C9%99r%C9%99-sur...)

-------------------------

c və d. İki tərəfdən birinin həqiqi, digərinin məcazi; birinin məcazi, digərinin həqiqi olmasıdır:

...أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَـٰنًا

Əm ənzəlnə aleyhim sultanən...

Yəni:

"Yoxsa Biz, onlara bir dəlilmi endirmişik?" (Rum/35)

ayəti, buna misaldır. Ayədəki "sultanən" kəliməsi, "burhanən" mənasındadır.

• كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ

• نَزَّاعَةً لِّلشَّوَىٰ

تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ

"Xeyr! O, alovlanan bir atəşdir. Dəriləri soyar, özünə çağırar." (Məaric/15-16-17)

ayələrində, "atəşin dəvəti", məcazi mənadadır.

...حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا...

"...Hərb, öz ağırlıqlarını buraxıncaya qədər..." (Muhamməd/4);

...تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ

"Hər zaman meyvəsini verən..." (İbrahim/25);

فَأُمُّهُۥ هَاوِيَةٌ

Fə ummuhu, həviyə.

Yəni:

"Onun anası, haviyədir." (Qariə/9)

ayələri də, bu qəbildəndir.

Son ayədəki "onun anası" kəliməsi, məcazdır. Yəni, ana, uşağına necə kəfil və məlcə (sığınacaq)'dırsa; cəhənnəm (ayədəki haviyə) də, kafirlərə kəfil və məlcədir, deməkdir.

----------------

----------------

II. Kəlimədə məcaz.

Buna, "lüğəvi məcaz" da deyilir. Bu növ məcaz: "kəlimənin, əsl mənası xaricində başqa bir mənada istifadə edilməsi"dir. Bir çox növləri vardır:

1. Hazf yolu ilə edilən məcaz.

Məcaz bəhsində, bu xüsus, daha geniş olaraq açıqlanacaqdır. Zatən bu növ məcazın yeri, məcaz bəhsidir.

2. Ziyadə (əlavə) yolu ilə edilən məcaz.

Buna dair məlumat, erabla bağlı bəhsdə keçmişdi.

3. Külli ismin, cüzi ismə itlaqı:

...يَجْعَلُونَ أَصَـٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِم...

"...Barmaqlarını, qulaqlarına tıxayırlar..." (Bəqərə/19)

ayəti, buna misaldır. (haşiyə)

----------------------

(Haşiyə:

Təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9...

----------------------

Ayədəki "barmaqlar"dan məqsəd, "barmaq ucları"dır. Bu ayədəki barmaq ucları yerinə barmaqları zikr etməkdəki nüktə (incəlik), "(həqiqətlərdən qaçmadakı) mübaliğəni göstərmək üzərə, barmaqların, adət olmayan bir şəkildə qulağa daxil edilməsi"dir.

...وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ

Və izə raəytəhum tu'cibukə əcsəmuhum.

Yəni:

"Onları gördüyündə, cisimləri (yəni, vücudları), Sənin xoşuna gələr..." (Münafiqun/4)

ayətindəki "əcsəmuhum/cisimləri" kəliməsindən, "üzləri" qəsd edilmişdir. Çünki O (yəni, Peyğəmbər), onları bütünü ilə görməmişdi.

...فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهْرَ فَلْيَصُمْهُ...

Fə mən şəhidə minkum əş-şəhra, fə'l-yəsumhu.

Yəni:

"...Sizdən kim ayı görərsə, oruc tutsun..." (Bəqərə/185)

ayətindəki "şəhr" kəliməsi, (göydəki ay yox), 30 gecəyə verilən addır. Və (Allah), burda, ayın 1 cüz (parçası)'nı qəsd etmişdir.

İmam Fəxrəddin ər-Razi, "Cümlədəki cəza, şərtin tamamlanmasından sonra gerçəkləşir." (şəklindəki) qaydadan doğan müşkili, belə açıqlayır:

Ayədəki şərt, ayın görülməsidir ki, bu da, 30 günün tamamı deməkdir. Əgər ayın tamamı qəbul ediləcək olsa, ramazan ayının keçməsindən sonra oruc əmr edilmiş demək olur ki, bu, doğru deyildir. Əli, ibn Abbas və ibn Ömər (radiyallahu anhum):

"Sizdən biri, ramazan ayının əvvəlini görərsə, səfərə çıxılsa belə, hamısını tutsun." şəklində məna vermişlərdir.

Bunu, ibn Cərir (ət-Tabəri) və ibn əbi Hatim təxric etmişlərdir.

Bu xüsus, məcazın bu növünə misal olduğu kimi; hazf yolu ilə edilən məcaza da misal ola bilər.

4. Cüzi ismin külli ismə itlaqı:

وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ

Və yəbqa vəchu Rabbikə zu'l-cələli və'l-ikram.

Yəni:

"Cəlal və ikram sahibi Rəbbinin üzü qalacaqdır." (Rahmən/27)

ayəti, buna misaldır.

Ayədəki "vəch" kəliməsi, "Allahın Zatı" mənasındadır.

...فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ...

Fə vəllu vucuhəkum şətrahu.

Yəni:

"...Üzünüzü, o tərəfə (yəni, Məscidu'l-Harama) doğru çevirin..." (Bəqərə/144)

ayəti, yönəlməyin, bütün vücudla edilməsini gərəkdirdiyindən, "üzünüzü çevirin" ifadəsi, "özünüzü çevirin" mənasındadır.

• وُجُوهٌ يَوْمَئِذٍ خَـٰشِعَةٌ

عَامِلَةٌ نَّاصِبَةٌ

Vucuhun yəvməizin xaşiə. Amilətun nasibə.

Yəni:

"O gün, üzlər vardır ki, iləri əyilmişdir. Çalışmış, (lakin) boşuna yorulmuşdur." (Ğaşiyə/2-3)

ayələrindəki üzdən məqsəd, "bütün vücud"dur. Çünki, (ayədə qəsd olunan) nemətlənmək (yəni, səadət) və yorğunluq, sadəcə üzdə deyil, bütün vücuda şamildir.

...ذَ‌ٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ

Zəlikə bi mə qaddəmət yədəkə.

Yəni:

"Bu, sənin əllərinin təqdim etdiklərindən dolayıdır." (Həcc/10);

...ذَ‌ٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ

Zəlikə bi mə qaddəmət əydikum.

Yəni:

"Bu, sənin əllərinin təqdim etdiklərindən dolayıdır." (Ənfal/51)

ayələri də, belədir.

"Qadəmə""kəsəbə" fellərinin ələ nisbət edilməsi, məcazidir. Çünki, edilən şeylərin çoxu, əllə gerçəkləşir.

...قُمِ ٱلَّيْلَ

"Gecə qalx..." (Muzzəmmil/2);

...إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ...

"...Şübhəsiz, fəcr (sabah)'ın Quranı..." (İsra/78);

وَٱرْكَعُوا۟ مَعَ ٱلرَّ‌ٰكِعِينَ...

"...Ruku edənlərlə ruku edin." (Bəqərə/43);

...وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ

"Gecənin bir qismində, Ona səcdə et..." (İnsan/26)

ayələrindəki qiyam, qiraət, ruku və səcdə, namaza itlaq olunmuşdur ki, bunların hər biri, namazın cüz (parça)'sıdır.

...هَدْيًۢا بَـٰلِغَ ٱلْكَعْبَةِ...

Hədiyən bəliğa'l-Kə'bəti.

Yəni:

"...Kəbəyə çatacaq bir qurban..." (Maidə/95)

ayətində, "Kəbə"dən, içində qurban kəsilə bilməyəcəyindən dolayı, "Haram" qəsd edilmişdir.

-------------------------------

Tənbeh:

Yuxarıdakı 2 növə, bu 2 xüsus da əlavə edilir:

Bütünün sifətilə, qismin vəsflənməsi:

نَاصِيَةٍ كَـٰذِبَةٍ خَاطِئَةٍ

"Yalançı, günahkar kəkilindən." (Ələq/16)

ayəti, buna misaldır. Ayədə zikr edilən xəta, vücudun sifətidir; (lakin) kəkilin vəsfi olaraq istifadə edilmişdir.

Bunun əksi,

...إِنَّا مِنكُمْ وَجِلُونَ

"(İbrahim) dedi: "Şübhəsiz Biz, sizdən qorxuruq." (Hicr/52)

Ayədə (zikr edilən) qorxu, qəlbin sifətidir.

...وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا

"...Onlardan içinə qorxu dolardı..." (Kəhf/18)

ayətindəki qorxu da, sadəcə qəlbə aid sifətdir.

"Bə'd/bəzi" kəliməsini istifadə edərək, bütünü murad etmək.

Bunu, əbu Ubeyd zikr etmiş; misal olaraq da,

...وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ...

Və li ubəyyinə ləkum bə'dalləzi təxtəlifunə fih.

Yəni:

"...İxtilafa düşdüyünüz şeylərdən bir qismini sizə bəyan etmək üçün (gəldim)..." (Zuxruf/63)

ayətini gətirmişdir. Ayədəki "bəzi" kəliməsindən murad, "bütün"dür.

...وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ ٱلَّذِى يَعِدُكُمْ...

Və in yəku yusibkum bə'dulləzi yəidukum.

Yəni:

"...Əgər doğru danışırsa, Onun vəd etdiyinin bəzisi, sizə isabət edər (toxunar)..." (Ğafir/28)

ayəti də, bu qəbildəndir.

Qiyamət və ruhun dəlalətilə, haqqında ixtilaf edilən hər şeyi, Nəbi'nin açıqlaması lazım gəlməz. Çünki, Musa (əleyhissəlam), onlara, dünya və axirət əzabını xəbər vermiş; "Bu əzab, dünyada başınıza gələcək şeydir." demişdir. Musa (əleyhissəlam)'ın bu sözü, axirət əzabını nəfy etmədən, qarşılaşacaqları əzabın bir qismini bildirməkdir. Bunu, Sə'ləb zikr etmişdir.

Zərkəşi, belə deyir:

"Vaid (təhdid)'in hamısını tərk etmək (mümkün) olduğuna görə; bir qismini tərk etmək, necə mümkün olmasın?!"

Bunu, Sə'ləb'in dəlil olaraq gətirdiyi bu ayə dəstəkləyir:

...وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ

"Onlara vəd etdiyimiz əzabın bəzisini Sənə göstərsək və yaxud da göstərmədən öncə Səni öldürsək, yenə də onların dönüşü Bizədir..." (Yunus/46)

5. Xüsusi bir ismin, ümumi bir ismə itlaqı:

إِنَّا رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ...

İnnə, rasulu Rabbi'l-aləmin.

Yəni:

"...Şübhəsiz biz, aləmlərin Rəbbinin rəsulu/elçisiyik." (Şüəra/16)

ayəti, buna misalsır. Ayədə xüsusi mənada olan "rasul" kəliməsi, ümumi mənada "rasuluhu/Onun elçisi" deməkdir.

6. Ümumi bir ismin, xüsusi bir ismə itlaqı:

...وَيَسْتَغْفِرُونَ لِمَن فِى ٱلْأَرْضِ...

"...(Mələklər), yerdəkilər üçün məğfirət diləyirlər..." (Şura/5)

ayəti, buna misaldır. Bu ayədə,

...وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُوا۟...

"...(Ərşi daşıyan mələklər), iman edənlər üçün məğfirət diləyirlər..." (Ğafir/7)

ayətinin dəlalətilə, "möminlər" qəsd edilmişdir.

7. Məlzum ismin, lazım ismə itlaqı.

8. Lazım ismin, məlzum ismə itlaqı:

...هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةً مِّنَ ٱلسَّمَآءِ ۖ...

Həl yəstətiunə Rabbukə ən yunəzzilə aleynə məidətən minə's-səmə?

Yəni:

"...Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?" (Maidə/112)

ayəti, buna misaldır. Yəni, "həl yəfəlu/edərmi?" deməkdir. İstitaat (felə güc çatdıra bilmək), felə itlaq edilir. Çünki, felin lazımıdır.

9. Müsəbbəb (səbəblə meydana gələn, nəticə)'nin səbəbə itlaqı:

...وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًا ۚ...

Və yunəzzilə ləkum minə's-səməi rizqan.

Yəni:

"...Və sizin üçün, səmadan bir ruzi endirir..." (Ğafir/13);

...قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا...

Qad ənzəlnə aleykum libəsən.

Yəni:

"...Sizin üçün, libas endirdik..." (Əraf/26)

ayələri, buna misaldır.

Birinci ayədəki "rizqan" kəliməsilə, ikinci ayədəki "libəsən" kəliməsi, yağış səbəbilə bitkilərdən əldə edildiyi üçün, "matar/yağış" yerinə, bu iki kəlimə istifadə edilmişdir.

...لَا يَجِدُونَ نِكَاحًا...

Lə yəcidunə nikəhən.

Yəni:

"...Evlənəcək imkanı olmayanlar..." (Nur/33)

ayətində isə, hər evlənəcək kimsə üçün lazım görülən mehr və nəfəqə yükü yerinə, "nikah" kəliməsi istifadə edilmişdir.

10. Səbəbin müsəbbəbə itlaqı:

...مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ...

Mə kənu yəstətiunə's-səm'ə.

Yəni:

"...(Haqqı) eşitməyə gücləri çatmırdı..." (Hud/20)

ayətindəki "əs-səm'ə" kəliməsi, "bir şeyi qəbul etmək""etmək" mənasındadır. Çünki bunlar, eşitməyə bağlı səbəbdirlər.

----------------------------

Tənbeh:

Səbəbin səbəbə nisbəti olan fel də, bu qəbildəndir:

...فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ ...

"...İçində olduqları yerdən (Adəm və Həvvanı) çıxardı..." (Bəqərə/36); və

...كَمَآ أَخْرَجَ أَبَوَيْكُم مِّنَ ٱلْجَنَّةِ...

"...Sizin ata-ananızı cənnətdən çıxardığı kimi..." (Əraf/27)

ayələri, buna misaldır.

Həqiqətdə cənnətdən çıxaran, Allahdır. Cənnətdən çıxmağa səbəb olan, qadağan meyvədən yeməkdir. Yeməyə səbəb olan da, şeytanın vəsvəsəsidir.

11. Bir şeyə, içində olduğu hala görə ad vermək:

...وَءَاتُوا۟ ٱلْيَتَـٰمَىٰٓ أَمْوَ‌ٰلَهُمْ

"Yetimlərə, mallarını verin..." (Nisa/2)

ayətində, büluğdan sonra yetimlik halı qalxacağından, bu halda əvvəlki yetimlik qəsd edilməkdədir.

...فَلَا تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَ‌ٰجَهُنَّ...

"...Ərlərilə evlənmələrinə mane olmayın..." (Bəqərə/232)

ayətində, daha əvvəl zövcə halında olanlar qəsd edilməkdədir.

...مَن يَأْتِ رَبَّهُۥ مُجْرِمًا...

"...Kim Rəbbinə günahkar olaraq gələrsə..." (Taha/74)

ayətində, Allah, dünyada işlədikləri günahdan dolayı, axirətdə bu halda gələnlərə, bu adı vermişdir.

12. Çevriləcəyi şeyə görə bir şeyə ad vermək:

...إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًا...

İnni, ərani ə'siru xamran.

Yəni:

"...Şübhəsiz, mən, (yuxumda), şərab sıxdığımı görürəm..." (Yusuf/36)

ayətindəki "xamran/şərab" kəliməsi, "üzüm" mənasındadır. Çünki, üzüm sıxılınca şəraba çevrilir.

وَلَا يَلِدُوٓا۟ إِلَّا فَاجِرًا كَفَّارًا...

"...Facir və kafir uşaqlardan başqasını doğmurdular." (Nuh/27)

ayətindəki məna, "facir və kafir olacaq uşaqlar dünyaya gətirirdilər" deməkdir.

...حَتَّىٰ تَنكِحَ زَوْجًا غَيْرَهُۥ ۗ...

Həttə tənkihə zəvcən ğayrahu.

Yəni:

"...Başqa bir zövc/ər ilə nikahlana qədər..." (Bəqərə/230)

ayətində, Allah, nikah əqdinin, zövc olma halını təmin edəcəyindən dolayı, bunlara, "zövc/ər" adı ilə xitab etmişdir.

فَبَشَّرْنَـٰهُ بِغُلَـٰمٍ حَلِيمٍ

"Biz də, onu, həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik." (Saffat/101); və

نُبَشِّرُكَ بِغُلَـٰمٍ عَلِيمٍ...

"...Səni, alim bir oğlan uşağı ilə müjdələyirik." (Hicr/53)

ayələrində, Allah, doğulacaq uşağı müjdələyərkən, onu, iləridə sahib olacağı elm və həlimlik ilə vəsf etmişdir.

13. Hal olan bir məhəl ilə olan itlaqı:

فَفِى رَحْمَةِ ٱللَّهِ هُمْ فِيهَا خَـٰلِدُونَ...

Fə fi rahmətilləhi hum fihə xalidun.

Yəni:

"...Onlar, Allahın rəhməti içindədirlər. Orda əbədi qalacaqlar." (Al-i İmran/107)

ayətindəki "rəhmət", "cənnət" mənasındadır. Çünki cənnət, rəhmətin bol olduğu yerdir.

...بَلْ مَكْرُ ٱلَّيْلِ...

Bəl, məkru'l-leyli.

Yəni:

"...Xeyr! (Onlar), gecə hilə qurarlar..." (Səbə/33)

ayətindəki "məkr/hilə" kəliməsinin məhəlli, gecədir.

...إِذْ يُرِيكَهُمُ ٱللَّهُ فِى مَنَامِكَ

İz yurikəhumullahu fi mənəmikə.

Yəni:

"Allah, sənə, onları yuxuda göstərirdi..." (Ənfal/43)

ayətindəki "mənəm/yuxu" halı, Həsən əl-Basri'yə görə, "yuxu məhəlli olan göz"dür. (haşiyə)

------------------

(Haşiyə:

Hal: "fel cümləsində, failin və ya məfulun (üzərində iş icra edilənin), felin işləndiyi andakı halını, şəklini və ya vəziyyətini açıqlayan; ümumiyyətlə nəkrə (qeyr-i müəyyən) və mənsub (təsirlik halda olan) kəlimə və ya cümlə"dir. Məsələn:

دخلَ يوسف الفصلَ ضاحكاً

Dəxələ Yusufu əl-fəslə dahikən.

Yəni:

"Yusif, gülərək sinfə daxil oldu."

Burda "dahikən/gülərək" kəliməsi, haldır. Yusifin girərkən olan halını bildirir.

---------------------

14. Məhəl olan bir hala itlaq:

فَلْيَدْعُ نَادِيَهُۥ

Fə'l-yədu nədiyəhu.

Yəni:

"Elə isə, məclisini çağırsın." (Ələq/17)

ayətindəki "nədiyəhu/məclisi" kəliməsi, "məclisdə olanlar" mənasındadır.

...بِيَدِهِ ٱلْمُلْكُ...

Biyədihi'l-mulku.

Yəni:

"...Mülk əlində olan..." (Mülk/1) ayətindəki "yəd/əl" kəliməsinin "qüdrət" mənasında olması;

...لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا...

Ləhum qulubun, lə yəfqahunə bihə.

Yəni:

"...Qəlbləri vardır. (Lakin) onunla başa düşməzlər..." (Əraf/179)

ayətindəki "qəlb"in, "ağıl" mənasında olması;

...يَقُولُونَ بِأَفْوَ‌ٰهِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۗ...

Yəqulunə bi əfvəhihim mə ləysə fi qulubihim.

Yəni:

"...Ağızları ilə, qəlblərində olmayanı söyləyirlər..." (Al-i İmran/167)

ayətindəki "ağız"ın, "dil" mənasında olması;

...وَسْـَٔلِ ٱلْقَرْيَةَ

Və'səli'l-qaryətə.

Yəni:

"Kənddən soruş." (Yusuf/82)

ayətindəki "qaryə/kənd"in, "kəndin sakinləri" mənasında olması, buna ayrı misaldır.

Bu və bundan əvvəlki növlərin misalını,

...خُذُوا۟ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ...

Xuzu zinətəkum ində kulli məscidin.

Yəni:

"...Məscidlərə, gözəl libaslarınızı geyinərək gedin..." (Əraf/31)

ayətində bir arada görmək mümkündür.

Məsdər olması cəhətindən, "zinət" kəliməsini həqiqi mənada qəbul etmək, imkansızdır. Bundan, "zinət məhəlli" (yəni, libaslar) qəsd edilmişdir. Bu səbəbdən, hal, zinət məhəllinə itlaq edilmişdir. Zinətin, sadəcə məscidə gedərkən geyinilməsi, lazım gəlməz. "Məscid"dən murad olunan isə, "namaz"dır. Namaz məhəlli, namaza itlaq edilmişdir.

15. Bir şeyin, aləti olduğu isimlə adlandırılması:

وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍ فِى ٱلْءَاخِرِينَ

Vəcəl li lisənə sidqin fi'l-əxirin.

Yəni:

"Sonra gələnlər arasında, Mənim üçün bir doğruluq dili qıl (nəsib et)." (Şuəra/84)

ayətindəki "lisənə sidqin / doğruluq dili" kəliməsinin mənası, "gözəlcə mədh" deməkdir. Çünki dil, mədh üçün bir alətdir.

...وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ

Və mə ərsəlnə min Rasulin illə bi lisəni qavmihi.

Yəni:

"Biz, hər rəsulu, yalnız Öz qövmünün dililə göndərdik..." (İbrahim/4)

ayətindəki "lisan/dil", "qövmün danışdığı dil" mənasındadır.

16. Bir şeyin, ziddi olan adla adlandırılması:

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ...

"...Onları, ağrılı bir əzab ilə müjdələ." (Al-i İmran/21)

"Müjdə", həqiqi mənada, sevindirici xəbərdə istifadə edilən bir kəlimədir.

Bu kəlimə, eyni zamanda, dəvətçiyə müsbət cavab verməyən üçün də istifadə edilir. Bunu, Səkkaki zikr etmişdir. O, bunu, Allah Taala'nın bu sözündən çıxarmışdır:

...مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ...

"...Səni səcdə etməkdən əngəlləyən, nədir?" (Əraf/12)

Ayətin mənası: "Səni, səcdə etməməyə sövq edən şey, nədir?" deməkdir.

Bu mənaya görə, ayədəki "لا/lə"nin ziyadə olma ehtimalı, ortadan qalxmışdır.

17. Bir felin, isnad edilməsi səhih (doğru) olmayan bir şeyə, təşbihən izafəsi:

...جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ...

"...Yıxılmaq üzərə olan bir divar..." (Kəhf/77)

ayəti, buna misaldır. (Allah), divarı, öz iradəsilə yıxılması mümkün imiş kimi təşbih edərək, canlıların vəsfi olan iradə ilə vəsfləndirmişdir.

18. Vaqe olması yaxın və edilməsi istənilən bir işin, bir felə itlaqı:

...فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ

"Gözləmə vaxtı bitdikdə, onları şəriətə müvafiq olaraq saxlayın..." (Talaq/2)

ayəti, buna misaldır. Ayətin mənası: "Gözləmə vaxtlarının bitməsinə yaxınlaşdıqda" deməkdir. Çünki, iddət (gözləmə vaxtı)'nın bitməsindən sonra, qadınlar saxlanmazlar.

Bu xüsus,

...فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ...

"...Gözləmə vaxtlarını bitirincə..." (Bəqərə/232)

ayətində, açıqca ifadə edilmişdir.

فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ...

"...Onların əcəlləri gəldiyi vaxt, nə bir an geri qalarlar, nə də iləri keçərlər." (Əraf/34)

ayəti də, bunun kimidir. Ayətin mənası: "əcəlin gəlişi yaxınlaşdığında" deməkdir. Beləcə, əcəl gəldiyində, təqdim (iləri keçmək) və ya təxir edilməyəcəyi (ertələnməyəcəyi) şəklindəki sualın cavabı verilmiş olur.

وَلْيَخْشَ ٱلَّذِينَ لَوْ تَرَكُوا۟ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً .

ضِعَـٰفًا

"Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə, qorxanlar..." (Nisa/9)

ayəti də, bu qəbildəndir. Ayətin mənası: "özlərindən sonra zəif övladlar qoyma zamanları yaxınlaşdıqca, qorxanlar" deməkdir. Çünki, ayədəki xitab, yetim uşaqlara baxmaq halında olan vasi'lərədir. Bu xitab, özlərinə, ölümlərindən əvvəl edilən xitabdır.

...إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ فَٱغْسِلُوا۟ وُجُوهَكُمْ...

"...Namaza durduğunuzda, üzünüzü yuyun..." (Maidə/6)

ayətindəki "namaz qılmaq"dan məqsəd, "namaz qılmağı murad etdiyiniz zaman" deməkdir.

...فَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ فَٱسْتَعِذْ بِٱللَّهِ

Fə izə qara'tə'l-Quranə, fəstəiz billəh.

Yəni:

"Quran oxuduqda, Allaha sığın!" (Nəhl/98)

ayətinin mənası, istiazə (Allaha sığınmaq), qiraətdən (Quran oxumaqdan) əvvəl edildiyindən, "qiraəti murad etdiyiniz zaman" deməkdir.

...وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَـٰهَا فَجَآءَهَا بَأْسُنَا

Və kəm min qaryətin əhləknəhə. Fə cəəhə bə'sunə.

Yəni:

"Biz, neçə-neçə kəndləri məhv etdik. Əzabımız ona gəldi..." (Əraf/4)

ayətinin mənası "kənd sakinlərinin həlakını murad etdiyimizdə" deməkdir. Əks halda, "fə" hərfilə ətf, caiz olmaz.

Bəzi alimlər,

...مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ...

"...Allah, kimə hidayət edərsə, muhtəd (hidayət edilən), odur..." (Kəhf/17)

ayətini, bu qəbildən saymışlardır. Ayətin mənası: "Allah, hidayəti, istədiyi kimsəyə verər." deməkdir. Ayədəki şərt və cəzanın bir-birinə qarışmaması üçün verilən bu məna, həqiqətən, yerində bir mənadır.

19. Kəlimənin, cümlədə yer dəyişdirməsi:

Bu dəyişiklik:

~ ya isnad yolu ilə olur, ki, buna misal:

...مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلْعُصْبَةِ أُو۟لِى ٱلْقُوَّةِ...

"...Onun açarlarını daşımaq, bir topluluğa ağır gəlirdi..." (Qasas/76)

ayətidir. Yəni, "Topluluq açarları daşıyarkən, ağırlaşırdı." deməkdir.

لِكُلِّ أَجَلٍ كِتَابٌ...

"...Hər müddətin, bir kitabı (yazısı) var." (Qasas/12)

ayətindəki dəyişiklik, "Hər kitabın (yazının), bir müddəti vardır." şəklindədir.

...وَحَرَّمْنَا عَلَيْهِ ٱلْمَرَاضِعَ

"Ona (yəni, Musaya), süd verənləri (yəni, süd analarınının sinəsini əmməyi) haram qılmışdıq..." (Qasas/12)

ayətindəki dəyişiklik, "Onu (Musanı), süd verənlərə haram qılmışdıq." şəklindədir.

...وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ

"İnkar edənlər, oda ərz edildikləri gün..." (Əhqaf/20)

ayətindəki dəyişiklik, "inkar edənlərə od ərz edildiyi gün" şəklindədir. Bu ayədəki "ərz", seçim haqqı olanlara ərz edilər. (Halbuki, od'un, seçim haqqı yoxdur.)

وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ

"Şübhəsiz, o, malı çox sevir." (Adiyat/8)

ayətindəki təqdim və təxir, "Onun sevgisi, maladır." şəklindədir.

...وَإِن يُرِدْكَ بِخَيْرٍ...

Və in yuridkə bi xayrin.

Yəni:

"...Əgər sənin üçün xeyir iradə edərsə..." (Yunus/107)

ayətindəki təqdim-təxir, "يرد بك الخير / yuridu bikə əl-xayra / sənə xeyir iradə edər (diləyər)" şəklindədir.

 

Fə tələqqa Ədəmə min Rabbihi kəlimətun.

Yəni:

"Adəmə, Rəbbindən kəlimələr verildi..." (Bəqərə/37)

ayətinin mənası, -bu ayədəki "Adəm" kəliməsini fəthəli (yəni, “Ədəmu” yox, “Ədəmə” şəklində oxuyanlara görə- həqiqətdə tələqqi olunan, Adəm (əleyhissəlam)'dır. (haşiyə)

-----------------------

(Haşiyə:

Qaffal əş-Şaşi əş-Şafii, belə deyir:

(Ayədəki) "tələqqi" kəliməsinin əsli, "biri ilə qarşılaşmaya yönəlmək" deməkdir. Sonra, bu kəlimə, "gələcək olan şeyi qarşılama" mənasında istifadə edilmişdir. Sonra da, "qəbul etmək, götürmək" mənasında istifadə edilmişdir. Necə ki, Haqq Taala, Nəml surəsi 6-cı ayədə, belə buyurur:

وَإِنَّكَ لَتُلَقَّى ٱلْقُرْءَانَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ

Və innəkə lə tuləqqa'l-Quranə min lədun Hakimin Alimin.

Yəni:

"Şübhəsiz ki, Sən, Quranı, Hakim (hikmət sahibi) və Alim (olan Allah)'dan alırsan."

Yəni, "Quran, Sənə təlqin edilir."

Yenə, "Tələqqaynə'l-Huccəcə / Biz, həciləri qarşıladıq.""Tələqqaytu həzihi'l-kəlimətə min fulənin / Bu kəliməni, filandan aldım, öyrəndim." deyilir.

Kəlimənin əsli bu olunca; və "Mən təlqa raculən fətələqayə" dediyimizdən, hər 2 adamın digərilə qarşılaşdığı başa düşülüb; qarşılaşma da, hər ikisinə birdən nisbət edilincə, onların "qarşılaşma" məsdərilə vəsf edilmələri, yerində olur. Bundan dolayı, "Qarşılaşdığın hər kəs də, səninlə qarşılaşmış olur." deyilə bilir. Bu səbəblə də:

~ "Fə tələqqa Ədəmu kəlimətən / Adəm, kəlimələri aldı, əzbərlədi və onları qəbul etdi." mənasına alınması caiz olduğu kimi;

~ "Fə tələqqa Ədəmə kəlimətun / Adəmə, kəlimələr gəldi." mənasında olmaq üzərə, "kəlimətun" sözünün mərfu (raf/adlıq halda) oxumaq da, caizdir. (Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri, Bəqərə/37)

Dəyərli oxuyucu! Ayə, hər 2 şəkildə də qiraət edilmişdir.

Müəllifimiz imam Suyuti isə, mətndə, ayəni, “Fə tələqqa Ədəmə min Rabbihi kəlimətun.” şəklində vermişdir.

-----------------------

~ Ya da ətf yolu ilə edilən dəyişiklikdir:

... ثُمَّ تَوَلَّ عَنْهُمْ فَٱنظُرْ...

Summə təvəllə anhum, fənzur.

Yəni:

"...Sonra onlardan bir az kənara çəkil və bax..." (Nəml/28)

ayəti, buna misaldır.

Ayədəki dəyişiklik, "fənzur, summə təvəllə ənhum = bax, sonra onlardan bir az kənara çəkil" şəklindədir.

ثُمَّ دَنَا فَتَدَلَّىٰ

Summə dənə fə tədəllə.

Yəni:

"Sonra yaxınlaşıb, aşağı endi." (Nəcm/8)

ayətindəki dəyişiklik isə, "tədəllə fə dənə / aşağı endi və yaxınlaşdı" şəklindədir. Çünki yaxınlaşmaq, aşağı enmək nəticəsində gerçəkləşir.

~ və ya təşbih yolu ilə edilən dəyişiklikdir. Bu mövzu, iləridə gələcəkdir.

20. Bir siğa'nın, bir başqası yerinə istifadə edilməsidir.

Bunun, fərqli növləri vardır:

a. Məsdərin failə itlaq edilməsi:

...فَإِنَّهُمْ عَدُوٌّ لِّىٓ

"Şübhəsiz onlar, Mənim düşmənimdir." (Şuəra/77)

ayəti, buna misaldır. Ayədəki "aduvv/düşmən" kəliməsi, məsdər olduğundan, müfrəd siğasında (tək halda) istifadə edilmişdir.

b. Məsdərin, məfula itlaq edilməsi:

...وَلَا يُحِيطُونَ بِشَىْءٍ مِّنْ عِلْمِهِۦٓ إِلَّا بِمَا شَآءَ...

"...Onlar, Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər..." (Bəqərə/255)

ayəti, buna misaldır. Ayədəki "ilmihi/Onun elmi" kəliməsi, "mə'lumihi/Onun məlumatı" mənasında, ismu'l-məful siğasındadır.

...وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍ كَذِبٍ

"Qardaşları onun köynəyinə yalan qan ləkəsi sürtüb gətirdilər..." (Yusuf/18)

ayətindəki "kəzib/yalan" məsdəri, "məkzub/təkzib edilən" mənasında ismu'l-məful'dur. Çünki yalan, cismin deyil, danışanın bir sifətidir.

c. Müjdənin, müjdələnənə; sevginin, sevilənə; sözün söylənənə itlaqıdır.

d. İsmu'l-fail və ismu'l-məfulun, məsdərə itlaqı:

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ

Ləysə li vəq'ətihə kəzibə.

Yəni:

"Onun vaqe olmasını yalanlayacaq kimsə ola bilməz." (Vaqiə/2)

ayəti, buna misaldır.

İsmu'l-fail olan "kəzibə" kəliməsi, "təkzib" mənasındadır.

بِأَييِّكُمُ ٱلْمَفْتُونُ

Bi əyyikumu'l-məftun.

Yəni:

"Hansınızın fitnələnmiş olduğunu." (Qələm/6)

ayəti də, buna misaldır. Ayədəki "bi" hərf-u cərri, ziyadə olmamaq qeydilə, "əl-məftun" ismu'l-məfulu, məsdər siğasında, "əl-fitnə" mənasındadır.

e. İsmu'l-failin, ismu'l-məfula itlaqı:

مَّآءٍ دَافِقٍ...

"...Atılan bir su." (Tariq/6)

ayətindəki ismu'l-fail olan "dəfiq" kəliməsi, ismu'l-məful siğasındakı "mədfuq" mənasındadır.

... لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ...

"...Bu gün, Allahın əmrindən, Onun rəhm etdiklərindən başqa heç kim, qoruna bilməz..." (Hud/43)

ayətindəki ismu'l-fail siğasında olan "asim" kəliməsi, ismu'l-məful siğasındakı "mə'sum" mənasındadır.

...جَعَلْنَا حَرَمًا ءَامِنًا...

"...Haram (toxunulmaz), əmin (bir yer) qıldıq..." (Ənkəbut/67)

ayətindəki ismu'l-fail siğasındakı "əminən" kəliməsi, ismu'l-məful siğasındakı "mə'munən" mənasındadır.

f. İsmu'l-məfulun, ismu'l-failə itlaqı:

إِنَّهُۥ كَانَ وَعْدُهُۥ مَأْتِيًّا...

"...Şübhəsiz, Onun vədi, mütləq yerinə yetəcəkdir." (Məryəm/61)

ayətindəki ismu'l-məful olan "mə'tiyyən" kəliməsi, ismu'l-fail siğasında olan "ə'tiyyən" mənasındadır.

حِجَابًا مَّسْتُورًا...

Hicəbən məsturən.

Yəni:

"...Qapalı pərdə." (İsra/45)

ayətindəki "məsturən" kəliməsi, "sətiran" mənasındadır. Bu kəlimə, həqiqi siğası olan ismu'l-məful siğasındadır. "Heç kimin hiss etmədiyi və gözlə görmədiyi gizli şeylər" mənasına gəldiyi deyilir.

g. "Fəilə" vəzninin, "məful" vəzninə itlaqı:

وَكَانَ ٱلْكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرًا...

"Kafir, Rəbbinə qarşı gələn (şeytan)'a köməkçidir." (Furqan/55)

ayəti, buna misaldır.

h. Müfrəd (tək halda olan söz), təsniyə (ikilik halda olan söz) və ya cəm (ikidən çox olduğunu bildirən) kəlimələrin, bir digərinə itlaq edilməsi:

h.1. Müfrədin təsniyəyə itlaqına misal:           

...وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرْضُوهُ...

Vallahu və rasuluhu əhəqqu ən yurduhu.

(Ərəb dili qaydalarına görə, "yurduhu" yox, "yurduhumə" olmalı idi. Halbuki, ayə, "yurduhu" şəklində gətirilmişdir.)

Yəni:

"...Allahı və rəsulunu razı salmaq, daha uyğundur..." (Tövbə/62)

ayətidir. Yəni, "yurduhumə" mənasındadır. Allah və rəsulunun razılığı bir-birinə bağlı olduğundan, ayədəki "hu/o" damiri, müfrəd olaraq gəlmişdir. (Əslində isə, "humə" şəklində olmalı idi.)

h.2. Müfrədin, cəm kəliməyə itlaqı:

إِنَّ ٱلْإِنسَـٰنَ لَفِى خُسْرٍ

İnnə'l-insənə lə fi xusr.

Yəni:

"Şübhəsiz insan, ziyan içindədir." (Əsr/2)

ayətidir.

Bu ayədəki "insan" kəliməsi, ardınca gələn 3-cü ayə (yəni, 3-cü ayədə, "O kimsələr ki, iman gətirir və saleh əməl edirlər." ayəsi) ilə istisna edildiyindən, "insanlar" mənasındadır.

إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا

İnnə'l-insənə xuliqa həluən.

Yəni:

"Şübhəsiz insan, çox həris yaradılmışdır." (Məaric/19)

ayətindəki "insan" kəliməsi,

إِلَّا ٱلْمُصَلِّينَ

"Namaz qılanlar, istisnadır." (Məaric/22)

ayətilə istisna edildiyindən, "insanlar" mənasındadır.

h.3. Təsniyə'nin müfrədə itlaqı:

...أَلْقِيَا فِى جَهَنَّمَ

Əlqiyə fi cəhənnəmə.

Yəni:

"Atın cəhənnəmə..." (Qaf/24)

ayətidir.

Ayədəki təsniyə siğasından gələn "əlqiyə/o ikisini atın" feli, müfrəd siğasındakı "əlqa" mənasındadır.

İki şeyə nisbət edilən hər fel də, bu qəbildəndir. Fel, sadəcə bu iki şeydən birinə nisbət edilmişdir.

يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ

Yəxrucu minhumə'l-lu'luu və'l-mərcan.

Yəni:

"O 2-sindən, inci və mərcan çıxır." (Rahmən/22)

ayəti, buna misaldır. Ayədəki "inci""mərcan", ancaq duzlu dənizlərdən çıxarılır. Halbuki, ayədəki damir ("humə/o ikisi" şəxs əvəzliyi), həm duzlu, həm də şirin sulara qayıdır.

Bunun bir bənzəri,

...وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ...

Və min kullin tə'kulunə ləhmən tariyyən və təstəxricunə hilyətən təlbəsunəhə.

Yəni:

"...Hamısından, təzə ət yeyirsiniz; taxdığınız zinətlər çıxararsınız..." (Fatir/12)

ayətidir.

Taxılan zinət əşyaları, sadəcə duzlu sulardan çıxarılır.

...وَجَعَلَ ٱلْقَمَرَ فِيهِنَّ نُورًا

Və cəalə'l-qaməra fihinnə nuran.

Yəni:

"Və ayı, bunların (yəni, 2-dən çox şeyin) içində, bir nur qıldı..." (Nuh/16)

ayətindəki ayın nuru, "7 səmadan 1-də parlayar" deməkdir.

(Halbuki, ayədə, ay, sanki hər bir səma təbəqəsində nur verməkdədir. Çünki, "fihinnə" kəliməsi, "2-dən çox şeyin içində" deməkdir.)

...نَسِيَا حُوتَهُمَا...

Nəsiyə hutəhumə.

Yəni:

"...O ikisi, balıqlarını unutdular..." (Kəhf/61)

ayətindəki təsniyə (humə/o iki) damiri,

...فَإِنِّى نَسِيتُ ٱلْحُوتَ...

Fə inni nəsitu'l-hut.

Yəni:

"...Şübhəsiz mən, balığı unutdum..." (Kəhf/63)

ayətinin dəlalətilə, unudanın, yalnız Yuşa olduğunu göstərir. Unutmağın hər ikisinə (yəni, həm Yuşa'ya, həm də Musa'ya) izafə edilməsi, Musa (əleyhissəlam)'ın bu xüsusda susmasından dolayıdır.

...فَمَن تَعَجَّلَ فِى يَوْمَيْنِ...

Fə mən təəccələ fi yəvmeyni.

Yəni:

"...Kim, dərhal 2 gündə Məkkə'dən Mədinə'yə qayıdarsa..." (Bəqərə/203)

ayətindəki "tələsmək" (dərhal) mənası, 2-ci gündə tələsmək mənasındadır.

عَلَىٰ رَجُلٍ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ...

"...2 kənddən böyük bir adama..." (Zuxruf/31)

ayətinə, Farisi, "2 kənddən 1-inə" mənasını vermişdir.

وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ

"Rəbbinin hüzurunda durmaqdan qorxanlara, 2 Cənnət vardır." (Rahmən/46)

ayəti, Fərra'nın görüşünə müxalif olaraq, bu qəbildən deyildir.

Ayədəki "2 cənnət"dən məqsəd, "1 cənnət"dir. (haşiyə)

ibnu'l-Cinni'nin "Zə'l-Qadd" adlı kitabında,

...ءَأَنتَ قُلْتَ لِلنَّاسِ ٱتَّخِذُونِى وَأُمِّىَ إِلَـٰهَيْنِ...

"Sənmi, insanlara, Allahı qoyub məni və anamı ilah qılın, dedin?" (Maidə/116)

ayəti, buna misal olaraq gətirilmişdir. Ayədə ilah qəbul edilən, Məryəm deyil, İsa'dır.

------------------------

(Haşiyə:

İmam Razi, ayəni belə təfsir edir:

Bu 2 cənnət xüsusunda, bu izahlar verilə bilər:

1. Bu, "Biri, cinlər; biri də, insanlar üçün olan 2 cənnət" mənasındadır. Çünki, bəhsi keçən, məhz bu 2 cür varlıqdır.

2. Bu, "Biri, itaətlər üçün; digəri isə, masiyyət (günahları) tərkdən dolayı verilən cənnətdir." deməkdir. Çünki, mükəlləfiyyət, bu 2 şəkildə olmuşdur.

3. Bu, "Biri, mükafat olaraq; digəri isə, mükafata əlavə olaraq verilən cənnət" deməkdir.

4. Belə də deyilə bilər: Bununla, "Biri, maddi; digəri isə, ruhi (mənəvi) olan 2 cənnət" qəsd edilmişdir. O halda, maddi olan cənnətdə olanlar, naim'dədirlər; ruhi'də olanlar isə, "ravh" içindədirlər. Bu mənaya görə, ifadə, eynilə, "Artıq, ravh (rahatlıq), gözəl ruzi və naim cənnəti, (onundur)." (Vaqiə/89) ayətindəki kimi olur. Bu, belədir.

Bu xüsusdakı incəlik, budur:

Haqq Taala, günahkarların cəhhənəm atəşilə o qaynar su arasında gedib-gələcəklərini söyləyib (bax: Rahmən/44), bu gedilən yerlər 2 cür şey olunca; başqası üçün də, yəni, Allahdan xof edən (qorxan) üçün də, günahkar haqqında zikr etdiyinin bərabəri olan 2 cənnət'dən bəhs etmişdir. Lakin, mücrim (günahkar)'lardan bəhs etdiyi yerdən, onların gedib-gəldiklərindən, atəşdən uzaqlaşarkən bir digər əzaba (yəni, qaynar suya) düşdüklərindən bəhs etmişdir. Burda isə, cənnətliklərin, bu 2 cənnət arasında gedib-gəldiklərindən bəhs etməmiş; əksinə, bunları, sanki krallar qılmışdır. Bundan dolayı, Allahdan qorxan bu qullar, cənnətdə, özlərinə bir hörmət, haqlarında bir ehsan olsun deyə, gəzdirilməzlər, gedib-gəlməzlər, əksinə, başqaları, xidmət üçün, onların ətrafında pərvanə olar. Bu xüsus haqqında, "Müttəqilərə vəd olunan cənnətlərin misalı, belədir..." (Ra'd/35); və "Şübhəsiz, müttəqilər, cənnətdədirlər." (Duha/51-52) kimi ayələrin təfsirində danışdıq. Çünki, Allah Taala, bu ayələrin birində, tək bir cənnətdən; digərində isə, cənnətlərdən bəhs etmişdir. Bundan dolayı, bunlar:

~ ağacları-evləri bir-birinə bitişik olub, ora, çöl kimi, boş ərazi kimi, heç bir fasilə girmədiyi üçün, tək bir cənnət;

~ geniş olduqları üçün, fərqli-fərqli ağaclar ehtiva etdikləri üçün, çox evlər olduğu üçün, bir çox cənnətlər

olaraq sayılmışlardır.

Yenə, maddi-mənəvi ləzzətlər ehtiva etdikləri üçün, 2 cənnət qəbul edilmişlərdir. O halda, ifadələrin belə fərqli şəkillərdə gətirilməsi, tərif üçündür.

-------------------------

h.4. Təsniyə'nin cəm kəliməyə itlaqı:

...ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ

Summə'r-cii'l-bəsara kərratəyni.

Yəni:

"Sonra, gözünü 2 dəfə döndər..." (Mülk/4)

ayəti, buna misaldır.

Ayədəki "kərratəyni/2 dəfə" mənası, "çox dəfə" mənasındadır. Çünki göz, 2 dəfə baxmaqla deyil; çoxca baxmaqla yorulur.

Bəzi alimlər,

...ٱلطَّلَـٰقُ مَرَّتَانِ

Ət-taləqu, mərratən.

Yəni:

"Boşama, 2 dəfədir..." (Bəqərə/229)

ayətini də, bu qəbildən saymışlardır.

h.5. Cəm kəlimənin, müfrədə itlaqı:

قَالَ رَبِّ ٱرْجِعُونِ...

Qalə: Rabbi irciun.

Yəni:

"Dedi: 'Ey Rəbbim! Məni geri qaytarın." (Mu'minun/99)

ayəti, buna misaldır. Yəni, "ircini/Məni qaytar" mənasındadır.

ibn Faris,

فَنَاظِرَةٌۢ بِمَ يَرْجِعُ ٱلْمُرْسَلُونَ...

Fə nəziratun bi mə yərciu'l-mursəlun.

Yəni:

"...Baxacam görüm, elçilər nə ilə qayıdacaqlar." (Nəml/35)

ayətini də, bu qəbildən saymışlardır.

...ٱرْجِعْ إِلَيْهِمْ

İrci' ileyhim.

Yəni:

"Onlara qayıt..." (Nəml/37)

ayətinin dəlalətilə, burdakı xitab, sadəcə 1 tək elçiyədir.

(Ancaq), bu görüş, tənqidə açıqdır. Çünki, ayədəki xitab, elçilərin rəislərinədir. Hökmdarlar arasında cari olan adət, 1 elçi deyil, bir neçə elçi göndərməkdir.

...فَنَادَتْهُ ٱلْمَلَـٰٓئِكَةُ

"Mələklər, ona səsləndilər..." (Al-i İmran/39);

...يُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ بِٱلرُّوحِ

"Mələkləri, Ruh ilə endirər..." (Nəhl/2);

...وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَٱدَّ‌ٰرَ‌ْٰٔتُمْ فِيهَا

"O vaxt siz, bir adam öldürmüşdünüz və onun haqqında bir-birinizlə mübahisə edirdiniz..." (Bəqərə/72)

ayətini, buna misal gətirmişdir.

İlk iki ayədə, mələklərdən Cəbrayıl; son ayədəki öldürənlərin də, sadəcə 1 qatil mənası qəsd edilməkdədir.

h.6. Cəm siğasının, təsniyə'yə itlaqı:

قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ...

Qalətə (o ikisi dedi): "Ətəynə taiin = Biz (yəni, sadəcə ikimiz yox, hamımız), istəyərək gəldik." (Fussilət/11);

...قَالُوا۟ لَا تَخَفْ ۖ خَصْمَانِ

"Qalu (2-dən çox nəfər dedilər): 'Lə təxaf (qorxma)! Xasməni (biz, 2 iddiaçıyıq)." (Sad/22);

...فَإِن كَانَ لَهُۥٓ إِخْوَةٌ فَلِأُمِّهِ ٱلسُّدُسُ ۚ...

"...Əgər (2-dən çox) qardaşları varsa, anasının payı, 1/6-dir..." (Nisa/11);

... صَغَتْ قُلُوبُكُمَا...

"Sağat qulubukumə (2-dən çox adamın 2 qəlbi günaha yönəlmişdi)." (Təhrim/4);

...وَدَاوُۥدَ وَسُلَيْمَـٰنَ إِذْ يَحْكُمَانِ فِى ٱلْحَرْثِ

"Davudu və Süleymanı da (yada sal)! Əkin haqqında O ikisi hökm verdiklərində...

وَكُنَّا لِحُكْمِهِمْ...

…Və kunnə (və biz idik) li hukmihim (o 2-dən çox adamın verdiyi hökmə) (şahid).” (Ənbiya/78)

i. Vaqe olması qəti olduğundan, madi (keçmiş) siğasının, istiqbal (gələcək) siğası yerində istifadəsi:

أَتَىٰٓ أَمْرُ ٱللَّهِ

"Ətə əmrullah = Allahın əmri gəldi..." cümləsi, eyni ayədəki

فَلَا تَسْتَعْجِلُوهُ

"Fə lə təstə'ciluh = Onu tələsdirməyin (yəni, tez gəlməsini istəməyin." (Nəhl/1)

cümləsinin dəlalətilə, "qiyamət günü" mənasındadır.

...وَنُفِخَ فِى ٱلصُّورِ فَصَعِقَ مَن فِى ٱلسَّمَـٰوَ‌ٰتِ

Və nufixə (üfləndi) fi's-suri (sura); fə saiqa (bundan dolayı özlərindən getdilər), mən (kimlər ki) fi's-səmavat.

Yəni:

"Sura üfləndi. Göylərdə olanlar, (qorxudan) özlərindən getdilər..." (Zumər/68);

وَإِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ ءَأَنتَ قُلْتَ لِلنَّاسِ

"Və iz qaləllahu (Və Allah buyurduğunda): yə İsəbnə Məryəmə (ey Məryəmin oğlu İsa)! Qultu linnəs (İnsanlara Sənmi dedin)?.." (Maidə/116);

...وَبَرَزُوا۟ لِلَّهِ جَمِيعًا

"Və hər kəs topluca, Allahın hüzuruna çıxdılar." (İbrahim/21);

...وَنَادَىٰٓ أَصْحَـٰبُ ٱلْأَعْرَافِ

"Ə'raf əshabı səsləndilər..." (Əraf/48)

ayələri, bu qəbildəndir.

j. Davamlılıq ifadə etdiyindən, istiqbal (gələcək) siğasının, madi (keçmiş) siğası yerinə istifadə edilməsidir.

Sanki bu, vaqe olmuş və davam etməkdədir, deməkdir. Buna misal:

...أَتَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ

"İnsanlara yaxşılığı əmr edib özünüzü unudursunuzmu?" (Bəqərə/44);

...وَٱتَّبَعُوا۟ مَا تَتْلُوا۟ ٱلشَّيَـٰطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَـٰنَ

Vəttəbəu mə tətlu'ş-şəyətinu alə mulki Süleyman.

Yəni:

"Süleymanın səltənəti haqqında, şeytanların oxuduqlarına tabe oldular..." (Bəqərə/102)

ayələridir.

Ayədəki "tətlu/onlar, yəni şeytanlar, tilavət edirlər (oxuyurlar)" feli, "tələt/tilavət etdilər, oxudular" mənasındadır.

...وَلَقَدْ نَعْلَمُ

"Biz, bilirik..." (Nəhl/103) ayətindəki "nə'ləmu/biz bilirik" feli, "alimnə/Biz bildik." mənasındadır.

...قَدْ يَعْلَمُ مَآ أَنتُمْ عَلَيْهِ...

"And olsun, O, sizin nə iş üzərinizdə olduğunuzu bilir..." (Nur/64)

ayətindəki "yə'ləmu/O bilir" feli, "alimə/bildi" mənasındadır.

...فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ

"Fə fəriqan kəzzəbtum (onlardan bəzisini yalanladınız) və fəriqan təqtulun (və bəzisini də öldürürsünüz)..." (Bəqərə/87);

...وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَسْتَ مُرْسَلًا

Və yəqulu əlləzinə kəfəru: Ləstə mursələn.

Yəni:

"Və inkar edənlər deyirlər: 'Sən, mursəl (göndərilmiş elçi) deyilsən..." (Ra'd/43) ayələrindəki

fellər (yəni, "təqtulun""yəqulu" felləri), "qatəltum/siz öldürdünüz""qalu/dedilər" mənasındadır.

k. İsmu'l-fail və ismu'l-məful siğalarının, gələcək mənasına gəlməsi də, bu qəbildəndir. Çünki bu 2 siğa, gələcək mənasında deyil; hal mənasındadır.

وَإِنَّ ٱلدِّينَ لَوَ‌ٰقِعٌ

Və innə'd-dinə lə vaqiun.

Yəni:

"Və şübhəsiz, din (günü), vaqe olandır (yəni, olacaqdır)." (Zariyat/6); (burdakı “vaqiun” kəliməsi, ismu'l-faildir)

...ذَ‌ٰلِكَ يَوْمٌ مَّجْمُوعٌ لَّهُ ٱلنَّاسُ...

Zəlikə yəvmun məcmuun ləhunnəs.

Yəni:

"O, insanların cəm olunduğu gündür." (Hud/103) (burdakı "məcmuun" kəliməsi, ismu'l-məfuldur)

ayələri, buna misaldır.

l. Xəbər cümləsinin, əmr, nəhy və ya dua şəklində təşviqdə mübaliğə yönü ilə tələb cümləsinə itlaqı da, bu qəbildəndir. Belə ki:

Bu xitab, vaqe olan və xəbər verilən bir tələb olsun. Zəmaxşəri ("Kəşşaf", 1/159, 270), bu xüsusda belə deyir:

Cümlənin xəbər şəklində gəlməsi, bundan əmr və nəhy murad edilməsi, sarih/açıq olan əmr və nəhydən daha bəliğ (bəlağatlı)'dır. Bu tələb, sürətlə tətbiq etməyə sövq etməkdədir.

...وَٱلْوَ‌ٰلِدَ‌ٰتُ يُرْضِعْنَ أَوْلَـٰدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ

"Analar, övladlarına, tam 2 il süd verərlər..." (Bəqərə/233);

...وَٱلْمُطَلَّقَـٰتُ يَتَرَبَّصْنَ

"Boşanmış qadınlar, gözləyərlər..." (Bəqərə/228);

Mərfu oxunan qiraətə görə:

...فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِى ٱلْحَجِّ ۗ...

"...Həccdə, qadına yaxınlaşmaq, günah etmək, dalaşmaq yoxdur..." (Bəqərə/272);

...وَمَا تُنفِقُونَ إِلَّا ٱبْتِغَآءَ وَجْهِ ٱللَّهِ ...

"...Siz, Allahın üzünü (razılığını) qazanmaq üçün verirsiniz..." (Bəqərə/272)

ayələri də, bu qəbildəndir. Yəni, "Ancaq Allahın razılığını tələb edərək verin." deməkdir.

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُون

"Ona yalnız pak olanlar toxunar." (Vaqiə/79)

Yəni: "Qurana, təmiz olmadan toxunulmasın." deməkdir.

...وَإِذْ أَخَذْنَا مِيثَـٰقَ بَنِىٓ إِسْرَ‌ٰٓءِيلَ لَا تَعْبُدُونَ إِلَّا ٱللَّهَ

"Biz, İsrail oğullarından: 'Allahdan başqasına ibadət etməyəcəksiniz.' deyə söz almışdıq." (Bəqərə/83)

Yəni, (yenə bu ayədəki) "وَقُولُوا۟ لِلنَّاسِ حُسْنًا / insanlara gözəl söz deyin." cümləsinin dəlalətilə, "Allahdan başqasına ibadət etməyin." mənasındadır.

... لَا تَثْرِيبَ عَلَيْكُمُ ٱلْيَوْمَ ۖ يَغْفِرُ ٱللَّهُ لَكُمْ...

"...Bu gün, sizə qınama yoxdur. Allah, sizi bağışlayar..." (Yusuf/92)

Yəni, "Allahım! Onları bağışla." mənasındadır.

m. Cümlənin, tələb siğasında, xəbəri cümlə olaraq gəlməsi də, bu qəbildəndir:

...فَلْيَمْدُدْ لَهُ ٱلرَّحْمَـٰنُ مَدًّا...

"...Rahmən (olan Allah), ona möhlət versin..." (Məryəm/75)

ayətindəki fel, "yəmuddu/möhlət verər" mənasındadır.

...ٱتَّبِعُوا۟ سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَـٰيَـٰكُمْ...

İttəbiu səbilənə və'l-nəhmil xatayakum.

Yəni:

"...Siz, bizim yolumuza tabe olun; biz də sizin xətalarınızı yüklənək..." (Ənkəbut/12)

ayətindəki "və'l-nəhmil/yüklənək" feli, eyni ayədəki "إِنَّهُمْ لَكَـٰذِبُونَ / innəhum lə kəzibun / şübhəsiz onlar, yalançıdırlar" cümləsinin dəlalətilə, ixbari'dir. Çünki, yalan, ancaq xəbəri cümlədə gəlir.

...فَلْيَضْحَكُوا۟ قَلِيلًا وَلْيَبْكُوا۟ كَثِيرًا

"Qoy onlar, (qazandıqları işlərə görə), az gülsünlər, çox ağlasınlar..." (Tövbə/82) ayəti də, bu qəbildəndir.

Kəvaşi, bu xüsusda belə deyir:

“Birinci ayədə, xəbər mənasında olan əmr, lüzumluluq ifadə etdiyindən, xəbəri cümlədən daha bəliğ (bəlağatlı)'dır. "Bizi ziyarət etsən, sənə ikram edərik." cümləsi, buna misaldır. Bu ifadədən, ziyarət edənlərə ikram etməyin lüzumunu təkid mənası başa düşülməkdədir.”

ibn Abdi's-Salam, belə deyir:

"Çünki əmr, icab ifadə edir. Xəbər cümləsi, icabda, tələb cümləsi kimidir."

n. Nida ifadə edən cümlənin, təəccüb ifadə edən cümlə yerinə istifadə edilməsi də, bu qəbildəndir.

...يَـٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ

Yə həsratən alə'l-ibəd.

Yəni:

"Vay bu qullara!" (Yasin/30)

ayəti, buna misaldır.

Fərra, bu ayəyə: "Ey hüsrana uğrayanlar!" şəklində məna vermişdir.

ibn Xalveyeh isə, ("əl-Mubtədə" adlı kitabında) belə deyir:

"Bu məsələ, Quranın ən çətin məsələlərindən biridir. Çünki həsrət kəliməsinə, bir başa xitab edilməz. Xitab, ancaq şəxslərə edilər. Bundakı fayda, tənbehdir. Lakin ayədə, təəccüb mənası vardır."

o. Cəmdə gələn qillət (azlığ)'ın, kəsrət (çoxluq) yerinə istifadə edilməsi:

وَهُمْ فِى ٱلْغُرُفَـٰتِ ءَامِنُونَ...

Və hum fi'l-ğurfəti əminun.

Yəni:

"...Və onlar, otaqlarında əmin-amanlıq içindədirlər." (Səba/37)

ayəti, buna misaldır. Halbuki, cənnətdəki otaqlar, sayıla bilməyəcək qədər çoxdur.

...لَّهُمْ دَرَجَـٰتٌ عِندَ رَبِّهِمْ...

Ləhum dəracətun ində Rabbihim.

Yəni:

"...Rəbləri nəzdində, onlar üçün dərəcələr vardır..." (Ənfal/4)

ayəti də, belədir.

Allah qatında insanların dərəcələri, şübhəsiz, 10 ədədini aşmaqdadır.

...ٱللَّهُ يَتَوَفَّى ٱلْأَنفُسَ حِينَ مَوْتِهَا

"Allah, ölüm anında canlarını alar..." (Zumər/42); və

...أَيَّامًا مَّعْدُودَ‌ٰتٍ

"Müəyyən sayda olan günlər..." (Bəqərə/184)

ayələri də, buna misaldır.

Son ayədəki cəm qillətin hikməti, mükəlləflər üçün təmin edilən asanlıqdır.

p. Cəm kəsrət (çoxluğ)'un, cəm qillət (azlıq) yerinə istifadə edilməsi də, bu qəbildəndir:

...يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلَـٰثَةَ قُرُوٓءٍ...

"...3 qur özlərini gözləyərlər..." (Bəqərə/228)

ayəti, buna misaldır.

q. Təvil etmək surətilə, müənnəs (qadın cinsində gələn) bir kəlimənin, müzəkkər (kişi cinsi) məna(sın)da istifadə edilməsi:

...فَمَن جَآءَهُۥ مَوْعِظَةٌ مِّن رَّبِّهِ...

Fə mən cəəhu məvizətun min Rabbihi.

Yəni:

"...Kimə Rəbbindən bir öyüd gələrsə..." (Bəqərə/275)

ayəti, buna misaldır. Ayədəki (müənnəs) "məvizətun/öyüd" kəliməsi, (müzəkkər) "və'z/öyüd" mənasındadır.

...وَأَحْيَيْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا...

Və əhyəynə bihi bəldətən məytən.

Yəni:

"...Ölü bir diyarı onunla diriltdik..." (Qaf/11)

ayətindəki "bəldətən/diyar" kəliməsi, təvil surətilə məkan olaraq istifadə edilmişdir.

...فَلَمَّا رَءَا ٱلشَّمْسَ بَازِغَةً قَالَ هَـٰذَا رَبِّى

Fə ləmmə raə'ş-şəmsə bəziğatən, qalə: "Həzə Rabbi."

Yəni:

"Günəşi doğarkən gördüyündə: 'Budur mənim Rəbbim." dedi. (Ənam/78)

ayətindəki "bəziğatən/doğarkən" kəliməsi, "taliu" mənasındadır.

إِنَّ رَحْمَتَ ٱللَّهِ قَرِيبٌ مِّنَ ٱلْمُحْسِنِينَ...

İnnə rahmətəllahi qaribun minə'l-muhsinin.

Yəni:

"...Şübhəsiz, Allahın rəhməti, muhsin (yaxşılıq edən)'lərə yaxındır..." (Əraf/56)

ayətindəki "rəhmət" kəliməsini, Cəvhəri, "ehsan" mənasında qəbul edərək, müzəkkər olduğunu ifadə etmişdir.

Şərif əl-Murtəda,

• وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ...

...إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَ‌ٰلِكَ خَلَقَهُمْ

"...Amma onlar, elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı..." (Hud/118-119)

ayələrinin təfsirində, belə deyir:

"Ayədəki işarət damiri, 'rəhmət' kəliməsinin yerini almışdır. (Allah), bu səbəbdən, 'və li tilkə' buyurmamışdır. Çünki, 'rəhmət' kəliməsinin müənnəsliyi, həqiqi deyildir. 'Ən yərhəmə' şəklində təvili, caizdir.”

r. Müzəkkər bir kəlimənin, müənnəs olaraq istifadə edilməsi:

ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَـٰلِدُونَ

"O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar. Onlar orada əbədi qalacaqlar." (Mu'minun/11)

ayəti, buna misaldır. Ayədə, cənnət, müənnəs olaraq istifadə edilmişdir.

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَا ۖ

Mən cəə bi'l-həsənəti fə ləhu aşran əmsəlihə.

Yəni:

"Kim, bir yaxşılıq gətirərsə, ona, gətirdiyinin 10 misli vardır..." (Ənam/160)

ayətindəki "aşran/10" kəliməsi, əsli müzəkkər olan "əmsəl" kəliməsinə izafətindən dolayı, sonundakı "hə/o" damiri (şəxs əvəzliyi), hazf edilmişdir. Bu görüşə görə də, "əmsəl" kəliməsi, "həsənət" kəliməsinin yerini tutan damirə izafətindən dolayı, müənnəs olmuşdur. Bir başqa görüşə görə də, mənaya riayət edilərək müənnəs olmuşdur. Çünki, "əmsəl" kəliməsi, "həsənət" kəliməsinin bənzəri yenə "həsənət" kəliməsi olduğundan, mənaca müənnəsdir. Bu hala görə, ayətin təqdiri: "fə ləhu aşru həsənətin əmsəluhə / ona 10 həsənənin bənzəri vardır" şəklindədir. Biz daha əvvəl, müənnəs və müzəkkərlə bağlı qaydaları, zikr etmişdik.

s. "Təğlib" də, bu qəbildəndir.

Təğlib: "bir şeyə, başqasının hökmünü vermək"dir.

Bir rəvayətə görə, təğlib: "gələn 2 hökmdən 1-inin digərinə tərcihi"dir.

Təğlib ifadə edən kəlimənin 2 hökmdən 1-inin yerinə istifadə edilməsi, mənaca müxtəlif 2 kəlimənin, eyni mənada istifadə edilməsidir.

وَكَانَتْ مِنَ ٱلْقَـٰنِتِينَ...

Və kənət minə'l-qanitin.

Yəni:

"...O (Məryəm), itaət edənlərdən oldu." (Təhrim/12); və

إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ...

İllə imraətuhu kənət minə'l-ğabirin.

Yəni:

"...Yalnız, Onun (Lutun) xanımını (qurtarmadıq). O, geridə qalanlardan oldu." (Əraf/83)

ayələri, buna misaldır.

Bu ayələrdəki "qanitin/itaət edən kişilər""ğabirin/geridə qalan kişilər" kəlimələrinin əsli, "qanitət/itaət edən qadınlar""ğabirat/itaət edən qadınlar" olaraq gəlməsiydi. Ancaq, təğlib qaydasına görə, müənnəslik, müzəkkərlik içində mütaliə edilmişdir.

بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ...

Bəl, əntum qavmun təchəlun.

"...Yox, siz, cahil qövmsünüz." (Nəml/55)

ayəti də, bu qəbildəndir.

Ayədəki "təchəlun" feli, "əntum" damirinin "qavm" kəliməsinə təğlibindən dolayı, muxatab "ت/tə məftuhə"si ilə gəlmişdir. Halbuki, qaydaya görə, bu fel, "qavm" sözünün sifəti olduğundan, "yəchəlun" şəklində gəlməsi lazım idi. Lakin, məvsufun "əntum" damirinə xəbər olması, qeyb siğasından muxatab siğasına keçidi gözəlləşdirmişdir.

قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ

“Qalə: "İzhəb. Fə mən təbiəkə, fə innə cəhənnəmə cəzəukum.”

Yəni:

"(Allah) buyurdu: 'Get. Onlardan kim sənə (yəni, iblisə) tabe olarsa, cəzanız cəhənnəmdir." (İsra/63)

ayəti də, bu qəbildəndir. Ayədəki "mən təbiəkə / kim sənə tabe olarsa" ifadəsi, qaib damiri gərəkdirməsinə baxmayaraq (yəni, əslində, "mən təbiəhu / kim ona tabe olarsa" şəklində gəlməsi lazım gəldiyi halda), muxatab damirilə ("kə/sənə" şəklində) təğlib edilmişdir. Qaib məna, masiyyət və uqubət (cəzalar)'da muxataba tabe olmaqla, ləfzdə də muxataba tabe olmuşdur. Bu hal, ləfzin mənaya irtibatını gözəlləşdirən bir xüsusdur.

...وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَمَا فِى ٱلْأَرْضِ

Və lilləhu yəscudu fi's-səməvəti və mə fi'l-ardi.

Yəni:

"Səmalarda və yerdə olanlar, Allaha səcdə edirlər..." (Nəhl/94)

ayətində, qeyri aqil (ağlı olmayan varlıqlar) təğlib edildiyindən, "ما/mə" ilə gəlmişdir.

Bir başqa ayədə (Ra'd/15'də) də, sahib olduğu şərəfdən dolayı, ağlın təğlibi səbəbilə "من/mən" hərfilə gəlmişdir.

لَنُخْرِجَنَّكَ يَـٰشُعَيْبُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَكَ مِن قَرْيَتِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۚ

"...(Ey Şuayb)! Ya mütləq Səni və Səninlə bərabər iman edənləri kəndimizdən çıxaracağıq; ya da Səni öldürəcəyik..." (Əraf/88)

ayətində, Şuayb (əleyhissəlam), təğlib hökmü ilə, "lə təudunnə" felinə daxil edilmişdir.

• فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

...إِلَّآ إِبْلِيسَ

"Mələklərin hamısı, topluca səcdə etdilər. İblis xaric..." (Hicr/30-31)

ayələri də, bu qəbildəndir. Son ayədə, iblis, (Adəm) yaradıldığı vaxt mələklərdən biri olduğundan, istisna ədatı ilə, mələklərdən sayılmışdır. Təğlib yolu ilə, onlar arasına girmişdir.

...يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ...

Yə ləytə, bəyni və bəynəkə bu'də'l-məşriqayni.

Yəni:

"...Kaş ki, mənimlə sənin aranda, 2 şərq arası məsafə olaydı..." (Zuxruf/38)

ayətindəki "məşriqayni/2 şərq" kəliməsi, "məşriq və məğrib (qərb)" mənasındadır.

Bu ayətin təfsirində, ibnu'ş-Şəcəri, 2 cəhətdən ən məşhuru olduğundan, "məşriq" kəliməsinin təğlib edildiyini söyləmişdir.

...مَرَجَ ٱلْبَحْرَيْن

Məracə'l-bəhreyni.

Yəni:

"2 dənizi buraxmışdır (qovuşmaq üzərə)." (Rahmən/19)

ayətindəki 2 dənizdən məqsəd: "şirin və duzlu 2 dəniz"dir. Halbuki, dəniz, duzlu suya verilən addır. Şirin suya nəzərən duzlu suya sahib dənizlərin çoxluğundan, ayədə təğlib edilmişdir.

...وَلِكُلٍّ دَرَجَـٰتٌ مِّمَّا عَمِلُوا۟

"Hər kəsin, etdiyi əməllərə görə dərəcələri vardır..." (Ənam/132)

ayətində, mömin və kafirin dərəcələri bəhs mövzusudur. "Dərəcələr", "ülvi məqamları”; "dərəkələr" isə, "süfli/aşağı məqamı" göstərir. Ayədəki dərəcə, möminin daha şərəfli olmasından dolayı, təğlib yolu ilə, hər 2 qisim üçün istifadə edilmişdir.

(Zərkəşi), "əl-Burhan" adlı əsərində (3/379) belə deyir:

"Təğlibin məcaz sənətindən sayılması, kəlimənin əsli mənasında istifadə edilməməsindən iləri gəlməkdədir. Məsələn, 'əl-qanitin' kəliməsi, bu vəsflə vəsfləndirilən cəm müzəkkər mənasındadır. Bu kəlimənin müzəkkər və müənnəs olaraq istifadə edilməsi, əsl mənasının xaricindədir. Digər kəlimələr də, bunun kimidir."

t. 40-cı bölmədə keçdiyi kimi, hərf-u cərr'lərin, öz həqiqi mənaları xaricində istifadə edilməsi də, bu qəbildəndir.

u. -İləridə inşa kəliməsində də görüləcəyi kimi- əmr siğası olan "ifəl", nəhy siğası olan "lə təf'əl" siğası, təsdiq və təsəvvür ifadə edən istifham ədatı, təmənni, tərəcci (ümid etmə) və nida ədatlarının, həqiqi mənaları xaricində istifadələri də, bu qəbildəndir.

v. "Bir kəlimənin, başqa bir kəlimə mənasında istifadə edilməsi" demək olan "təqdim" də, bu qəbildəndir. Təqdim, hərf, fel və isimlərdə görülür. Hərflərlə bağlı xüsus, hərf-u cərr bəhsində keçmişdi. Fellərdə isə, belədir: Bir felin mənası, digər bir felin mənasında istifadə edildiyində, bu fel, eyni anda 2 fel mənasına gəlmiş olur. Buna görə, hərf-u cərr ilə mütəaddi (təsirli fel) olmaması lazım gələn bir fel, hərf-u cərr ilə mütəaddi olur. Hərf-u cərr ilə mütəaddi olan felin mənasının doğru ola bilməsi üçün, ya felin, ya da hərfin təvili lazım gəlir. Bunlardan birincisi, felin təzmini; ikincisi də, hərfin təzminidir.

Alimlər, bunlardan hansının daha doğru olduğu xüsusunda ixtilaf etmiş; bu halın, fellərdə daha çox görüldüyünü bildirmişlərdir. Buna:

...عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ

Aynən yəşrabu bi hə ibədullah.

Yəni:

"Bir qaynaq ki, Allahın qulları, ondan içərlər..." (İnsan/6)

ayəti, misaldır. Ayədəki "yəşrabu" feli, "min/dan, dən" hərf-u cərr ilə mütəaddi (təsirli fel) olması lazım gəldiyi halda, "bi/ila, ilə" hərf-u cərri ilə mütəaddi olmuşdur. Bu halda, "yəşrabu/içərlər" feli, "يروى / yərvə ""يلتذد / yəltəzzu" mənasında istifadə edilir.

...أُحِلَّ لَكُمْ لَيْلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمْ

Uhillə ləkum leylətə's-siyəmi ər-rafəsu ilə nisəikum.

Yəni:

"Oruc gecəsi, qadınlarınıza yaxınlaşmaq, sizə halal qılındı..." (Bəqərə/187)

ayəti, buna misaldır.

Bu ayədəki "ər-rafəsu" kəliməsi, ancaq "cinsi münasibət" mənasına gəldiyindən, "ilə/a, ə" hərf-u cərrilə mütəaddi olur.

هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ...

Həl ləkə ilə ən təzəkkə?

Yəni:

"Təzəkki etmək (təmizlənmək) istəyirsənmi?" (Naziat/18)

ayəti də, bu qəbildəndir. Ayətin əsli, "fi ən" şəklindədir. "Ədukə" mənası, təzəmmun (ehtiva) etdirilmişdir.

...وَهُوَ ٱلَّذِى يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ

Və Huvə əlləzi yəqbəlu't-təvbətə ən ibədihi.

Yəni:

"Qullarının tövbəsini qəbul edən, Odur..." (Şura/25)

ayətindəki "yəqbəlu/qəbul edir" feli, "əfv" mənasında istifadə edilmək məqsədilə, "ən/dan, dən" hərf-u cərrilə mütəaddi olmuşdur.

İsimlərdə isə, belədir:

1 ismin mənası, 2 ismin mənasını birlikdə ifadə etmək üçün, digər bir ismin mənasında istifadə edilməsidir.

...حَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ

Həqiqun alə ən lə əqulə aləllahi illə'l-haqq.

Yəni:

"Mənim borcumdur ki, Allah üçün haqqdan başqasını danışmayım..." (Əraf/105)

ayətindəki "həqiqun" kəliməsi, söylənənin haqq olduğu və bu xüsusda "haris" davranıldığını ifadə etməkdədir. Təzəmmunun məcazi olması, kəlimənin, nə həqiqi, nə də məcazi mənasında istifadə edilməməsidir. Burdakı məcazlıq, hər iki mənanın birləşdirilməsindəndir.

-------------------------

Məcaz sayılan müxtəlif növlər haqqında:

Bunlar, 6 növə bölünür:

1. Hazf:

Məşhur qövlə görə, hazf, məcaz növlərindən biridir. Bəzi alimlər, bunu qəbul etməmişlərdir. Çünki məcaz: "bir kəlimənin, qoyulduğu məna xaricində istifadə edilməsi"dir. Hazf isə, belə deyildir. ibn Atiyyə, belə deyir:

"Mudafın (haşiyə) hazfı, əksəriyyətlə, məcazın özüdür. Lakin hər hazf, məcaz deyildir."

--------------------------

(Haşiyə:

Hazf: söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsidir.

Məsələn, birini yola salarkən, "gülə-gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın anlaşılmasına əngəl olmadığından, hazf edilmişdir.

Mudaf və Mudafun ileyh:

İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "insanın əli".

~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.

~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.

Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.

--------------------------

Qarafi (əl-Mısri əl-Maliki), hazfı, 4 qismə ayırır:

a. İsnad cəhətindən, kəlimənin, sahib olduğu mənaya uyğunluğudur. "Vəs'əli'l-qaryətə = Kənddən soruş." (Yusuf/82) ayəti, buna misaldır. "Qaryə/kənd" kəliməsindən murad, "kəndin sakinləri"dir. Çünki, "kənd"dən sual soruşulmaz.

b. İsnad edilmədən hazfın uyğun olmasıdır. Lakin bu hazf, şər'i bir dəlilə bağlı olmalıdır.

...فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ...

Fə mən kənə minkum məridan əv alə səfərin fə iddətun min əyyəmin uxər.

Yəni:

"...Sizdən kim xəstə və ya səfəridirsə, (tuta bilmədiyi) günlər sayınca, digər günlər (tutar)..." (Bəqərə/184)

ayəti, buna misaldır. Ayədə, "fə əftəra = tutar" feli hazf edilmişdir.

c. Hazf edilən kəlimənin, şər'i dəlildən əlavə, örf və adətə bağlı olmasıdır.

...أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ ۖ فَٱنفَلَقَ...

"...Əsan ilə dənizə vur. Sonra yarıldı..." (Şuəra/63)

ayəti, buna misaldır. Ayədə, "fə darabahu = və vurdu(ğunda)" kəliməsi, hazf edilmişdir.

d. Hazf edilən kəlimənin, nə şər'i dəlilə, nə də örf və adətə bağlı olmamasıdır.

...فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ ٱلرَّسُولِ...

"...Elçinin ləpirindən (atının ayaq basdığı yerdən) bir ovuc torpaq götürdüm..." (Taha/96)

ayəti, buna misaldır. Bu ayədə, (Samiri'nin) elçi (Cəbrail)'in mindiyi atın ayaq izindən bir ovuc torpaq götürüb atmasının, şər'i və ya örfi bir dəlilə bağlı olmadığı görülür.

Bu dörd qisimdən, ancaq 1-cisi məcazdır.

Zəncani (əl-Bağdadi əş-Şafii), "Miyaru'n-Nəzər" adlı əsərində, belə deyir:

Bir kəlimənin məcaz olması, hökmün dəyişməsinə bağlıdır. Lakin, bir cümləyə mətuf olan mübtədanın hazf edildiyi kimi cümlədə hökm dəyişməzsə, bu hazf, məcaz olmaz. Çünki, hazfdan sonra geri qalan ifadənin hökmü, dəyişməməkdədir.

Qəzvini, "əl-İzah" adlı əsərində (5/155) belə deyir:

Hazf və ya ziyadə yolu ilə kəlimənin erabı dəyişərsə, bu dəyişiklik, məcaz olar.

~ "Kənddən soruş." (Yusuf/82);

~ "Onun bənzəri heç bir şey yoxdur." (Şura/11)

ayələri, buna misaldır. Əgər bu hazf və ya ziyadə erabın dəyişməsini gərəkdirmirsə, məcazi kəlimə olduğu, deyilə bilməz.

...أَوْ كَصَيِّبٍ مِّنَ ٱلسَّمَآءِ

Əv kə sayyibin minə's-səma.

Yəni:

"Ya da səmadan gələn leysan kimi..." (Bəqərə/19); və

...فَبِمَا رَحْمَةٍ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمْ

Fə bi rahmətin minəllahi lintə ləhum.

 

Yəni:

"Allahın rəhməti sayəsində, Sən, onlarla mülayim davrandın..." (Al-i İmran/159)

ayələri, buna misaldır. (haşiyə)

------------------------

(Haşiyə:

• Bəqərə/19 ayətində, münafiqlər haqqında danışılmaqdadır. Ayədə, münafiqlər, "Onlar, səmadan gələn leysan kimidirlər." buyurulmaqdadır. Halbuki leysan və münafiqlər arasında, bir bənzərlik, müvafiqlik yoxdur. Yəni, madam ki, özü üçün misal gətirilən, münafiqlərdir. Əlbəttə, münafiqlər, insandırlar; yağış kimi deyildirlər, yağışa bənzəməzlər. Bundan dolayı, madam ki təmsildə, "kə sayyibin / (onlar), leysan kimidirlər." deyilmişdir. Elə isə, arada, mütləq bəzi müqəddər cümlələr vardır. Onlar da, bunlardır:

"Və ya, o münafiqlərin halı, bu kimsələrə bənzəyir:

Onlar, kimsəsiz bir səhrada, qaranlıq bir gecədə yola çıxdılar. Şiddətli yağan yağış (leysan) səbəbilə, bəzi müsibətlərə məruz qaldılar."

Bu izah, Ustad Bədiü'z-zaman Said Nursi (rahiməhullah)'ın "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" adlı təfsirindən götürülmüşdür.

• Alimlərdən bir çoxu, Al-i İmran/159-cu ayədəki "fə bi mə rahmətin minəllahi" ayəsindəki "mə" ləfzinin, zaid (əlavə) bir ismu'l-mövsul olduğu görüşündədirlər.

Mühəqqiq alimlər isə, belə demişlərdir:

Ahkəmu'l-hakimin olan Allahın kəlamında, mənasız və zaid bir ləfzin mövcud olması, caiz deyildir. Burdakı "mə" ədatının, təəccüb ifadə edən bir istifham (sual) "mə" si olması, mümkündür. Çünki, onların günahları çox böyük olub, sonra da Peyğəmbər, sözündə bir qatılıq və sərtlik izhar etməyincə, onlar, bunun, ancaq Rabbani bir təyid (dəstək) və İlahi bir tövfiq (müvəffəqiyyət) olduğunu başa düşdülər. Bundan dolayı, bu, bu təyid və tövfiqin mükəmməlliyinə heyrət etmə məqamı olmuş və: "Allahdan hansı bir rəhmətlə onlara mülayim davrandın?!" buyurmuşdur.

Bil ki, bu ayə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ümmətinə qarşı rəhim olmasında, Allahın rəhmətinin amil olduğuna dəlildir. Bu ayətin həqiqətini düşündüyün zaman, bunun, bütün rəhmətlərin, ancaq Allaha aid olduğuna dəlalət etdiyini başa düşərsən...

Bu izahlar, imam Fəxrəddin ər-Razi əl-Əşari'nin "Məfatihu'l-Ğeyb" adlı təfsirindən götürülmüşdür.

------------------------------

2. Təkid'dir.

Bəzi alimlər, ikinci kəlimənin mənası, birincinin eynisini ifadə etdiyində, bunun, məcaz olduğunu qəbul edirlər. Halbuki, təkid, məcaz deyil, həqiqətdir.

Tartuşi (əl-Əndulusi əl-Maliki), "əl-Umdə fi'l-Üsul" (19-cu cild, s. 494) adlı əsərində, belə deyir:

Təkid halında olan kəliməni məcaz qəbul edənlərə, belə deyərik:

"Accil, accil = tez ol, tez ol" sözündə olduğu kimi; təkiddə, ikincinin məcaz olması caiz olarsa, birinci kəlimənin də məcaz olması, caiz olar. Çünki, hər iki kəlimə, eynidir. Birinci kəlimənin məcaza həml edilməsi mümkün olduğuna görə isə, birincinin eynisi olacağından dolayı ikincisinin də məcaza həmli, mümkün deyildir.

3. Təşbih'dir.

Bəzi alimlər, bunu, məcaz qəbul edirlər. Lakin təşbih (haşiyə), məcaz deyil, həqiqətdir.

Zəncani, "Miyar" adlı əsərində, belə deyir:

"Təşbih, müəyyən kəlimələrlə ifadə edilən bir mənadır. Bu mənanı daşıyan bir kəlimə, başqa bir mənaya həml edilə bilməz."

Şeyx İzzəddin (b. Abdi's-Salam) isə, belə deyir:

"Əgər təşbih ədatı zikr edilmişdirsə, bu, həqiqi təşbihdir. Əgər məhzuf (həzf edilən)'dirsə, hazf, məcaz sayıldığından, məcazi təşbihdir." ("əl-Məcaz", s. 293) 

------------------------------

(Haşiyə:

Təşbih üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99sbeh-n%C9%99dir

-------------------------------

4. Kinayə'dir.

Kinayədə, 4 fərqli görüş vardır:

a. Həqiqi kinayədir.

ibn Abdi's-Salam'a görə, doğru olan da, budur. Çünki, qoyulduğu mənada istifadə edilmiş; lakin, bir başqa mənaya dəlaləti murad edilmişdir.

b. Məcazi kinayədir.

c. Nə həqiqi, nə də məcazi kinayədir.

Bunu, Qəzvini, "ət-Təlxis" adlı əsərində (s. 100) ifadə etmişdir. O, məcazda, həqiqi məna (bir ləfzin, özü üçün qoyulmuş mənada istifadə edilməsi) ilə məcazi mənanın bir arada olmasını qəbul etmədiyindən, kinayədə məcazın varlığını, qəbul etməmişdir. (haşiyə)

----------------------------

(Haşiyə:

Kinayə nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kinay%C9%99-n%C9%99dir?fbcli...)

------------------------------

d. Şeyx Təqiyuddin əs-Subki'nin tərcihinə görə, o (yəni, kinayə), həqiqət və məcaz olmaq üzərə 2 qismə ayrılır. (Belə ki):

~ Əgər kəlimə, öz lazım mənası qəsd edilərək ifadə etdiyi mənada istifadə edilərsə, bu kəlimə, həqiqidir.

~ Əgər kəlimənin mənası qəsd edilməz, buna müqabil olaraq, lazım mənadan məlzum məna qəsd edilərsə, kəlimə, əsl (yəni, həqiqi) mənası xaricində istifadə ediləcəyindın, məcaz olur.

Qısacası, kinayədə həqiqət, kəlimənin, əsl (qoyulduğu) məna xaricində bir məna daşıması üçün, həqiqi mənasında istifadə edilməsidir. Məcaz isə, ifadə və istifadə cəhətilə, kəlimənin, əsl mənası xaricində istifadə edilməsidir.

5. Təqdim-təxir.

Bəzi alimlər, bunu da məcaz olaraq qəbul etmişlərdir. Cümlədə məfulun yeri kimi sonradan gəlməsi lazım gələn kəlimənin təqəddüm etməsi (əvvələ keçməsi); fail kimi əvvəl gəlməsi lazım gələnin təxir etməsi (sonraya keçirilməsi), cümlədəki yerinin dəyişməsidir.

Zərkəşi, "əl-Burhan"ında, bunun məcazdan sayılmasının doğru olmadığını ifadə edərək, "Məcaz, əsl mənasında istifadə edilən bir kəlimənin, bu məna xaricindəki bir mənada istifadə edilməsidir." demişdir.

6. İltifat'dır.

Şeyx Bahauddin əs-Subki:

"İltifatın, həqiqət və ya məcaz olduğunu söyləyəni görmədim. Mənə görə, bu, iltifat olmaqdan çıxarılmadığı müddətcə, həqiqidir." demişdir. ("Arusul-Əfrah", 1/472)

--------------------------

Fəsl:

Həqiqət və məcaz olaraq vəsfləndirilən kəlimələr, 2 cəhətdən dəyərləndirilirlər. (Belə ki):

Namaz, zəkat, oruc və həcc kimi

~ şəri (şəriətə aid) mövzular, (şəriət) cəhətindən, həqiqi mənasında;

~ lüğət cəhətindən isə, məcazi mənada dəyərləndirilirlər.

---------------------------

Fəsl: "Həqiqət və məcaz arasındakı vasitə haqqında"

a. Cümlədə istifadə edilmədən əvvəl, (mücərrəd halda) olan ləfzdir. Quranda, bu qismə dair bir misal yoxdur. Ancaq, bunların, bir qövlə görə, kəlam meydana gətirən hərflərə işarət etmək üzərə, hurufu'l-muqattaa (surə başlarındakı kəsik hərflər) olmaları, mümkündür.

b. İ'ləm.

c. Müşakələ (surət cəhətindən bənzərlik)də istifadə edilən ləfzlər:

...وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ

Və məkəru, və məkərallah.

Yəni:

"Onlar hilə qurdular. Allah da hilə qurdu." (Al-i İmran/54);

...وَجَزَ‌ٰٓؤُا۟ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا

Və cəzəu səyyiətin səyyiətin misluhə.

Yəni:

"Pisliyin cəzası, özü kimi pislikdir." (Şura/40)

ayələri, buna misaldır. (haşiyə)

------------------------

(Haşiyə:

Bir düşün! Burda qisas bəhs mövzusudur. Qisas bir haqq olduğuna görə, pislik olaraq necə adlandırıla bilər?)

----------------------

Bəzi alimlər, bu kəlimələrin, həqiqətlə məcaz arasında vasitə olduqlarını söyləmişlərdir. ibn Cabir (əl-Əndəlusi əl-Maliki)'nin, bir dostuna ithaf etdiyi "Şərh-u Bədia" adlı risaləsində nəql etdiyinə görə, bunun, dildə istifadə qayəsinə uyğun olmadığından, həqiqi; aralarında yaxın bir məna bağı olduğundan dolayı da, məcazi olmadığı söylənilir. Buna görə, surət cəhətindən bənzərliyi olan (müşakələ) kəlimələr, məcazdır. Aralarındakı əlaqə isə, bir-birinə yaxın olmalarıdır.

-----------------------

Xatimə: "Məcazdan düzəldilən məcaz"

Bu, "kəlimənin həqiqi mənasından alınan məcazın, digər bir məcaza nisbətlə həqiqi mənada istifadə edilməsi"dir. Aralarındakı yaxın əlaqədən dolayı, birinci məcaz nəzərə alınmadan, ikinci məcazın qəbul edilməsidir.

...وَلَـٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا...

Və ləkin lə tuvəiduhunnə sirran.

Yəni:

"...Lakin, o qadınlarla, gizlicə vədələşməyin..." (Bəqərə/235)

ayəti, buna misaldır.

Ayədə, məcazdan düzəldilən məcaz vardır. Cinsi münasibət, əksəriyyətlə gizli olaraq edildiyindən, məcazi mənada "sirr" kəliməsilə ifadə edilmiş; bu məna həqiqi qəbul edilərək, nikah əqdi mənasında ikinci məcaz olaraq istifadə edilmişdir. Çünki nikah, cinsi münasibətin məşruluğuna səbəbdir. Birinci məcaz, mülazəmət; ikinci məcaz da, səbəbiyyət ifadə edir. Buna görə, ayətin mənası: "Onlarla, nikah əqdi üçün vədələşməyin." şəklində olur.

...وَمَن يَكْفُرْ بِٱلْإِيمَـٰنِ فَقَدْ حَبِطَ عَمَلُهُ...

"...Kim imanı inkar edərsə, əməlləri puç olar..." (Maidə/5)

ayəti də, buna (yəni, məcazdan düzəldilən məcaza) misaldır. Çünki,

إِذَا قِيلَ لَهُمْ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ...

"...Onlara: 'Allahdan başqa ilah yoxdur.' deyildiyində, təkəbbürlülük edərlər." (Saffat/35) ayəti,

yuxarıdakı (Maidə/5) ayətinin dəlalətilə, qəlbən təsdiqdən məcazdır. Aralarındakı əlaqə, səbəbiyyətdir. Dil ilə tövhid etmək, qəlbən tövhidin səbəbidir. Vahdaniyyət ifadə edən "lə iləhə illəllah" təbiri, dil ilə edilən tövhiddən məcazdır.

ibnu's-Siyd,

...أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا...

Ənzəlnə aleykum libəsən.

Yəni:

"...Sizin üçün, libas endirdik..." (Əraf/26)

ayətini də, bu qəbildən saymışdır. İnsanlara endirilən, libasın özü deyil; parçanın parça halına gəlməsinə səbəb olan yağışdır.

 

(Cəlaləddin Suyuti, "əl-İtqan fi Ulumi'l-Quran", 52-ci bölmə: "Həqiqət və məcaz haqqında", 3-cü cild, s. 109-128)

-----------------------

-----------------------

Əlavələr:

Məcaz nədir? (1)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99caz-n%C9%99dir-1

Read 8 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR