Təşbeh nədir?

Təşbih, bəlağat (elmi)'nin ən şərəfli bölmələrindən biridir.

Mübərrid, "əl-Kamil" adlı əsərində, belə deyir:

"Əgər bir kimsə: 'Ərəblər, sözlərində, əksəriyyətlə, təşbih istifadə edirlər.' deyərsə, bu söz doğrudur."

"Təşbihatu'l-Quran" mövzusunda, fərqli əsərlər yazılmışdır. əbu'l-Qasim b. Bundər əl-Bağdadi'nin "Kitabu'l-Cum'an fi Təşbihatu'l-Quran" adlı əsəri, bunlardan biridir.

~ Səkkaki, təşbihi belə ifadə edir: "Təşbih, 2 ayrı kəlimənin, 1 mənada müştərək olduğunu göstərməkdir."

~ ibn əbi'l-İsba isə, belə deyir: "Təşbih, qapalı olan bir mənanı, açıq hala gətirməkdir."

~ Bir başqa tərifdə, belə deyilmişdir: "Təşbih, bir şeyin, vəsfi mövcud olan başqa bir şeyə ilhaqı/qatılmasıdır."

~ Bəzi alimlər, təşbihi, "Müşəbbəh (bənzədilən)'ə, müşəbbəhun bih (özünə bənzədilən)'ə aid hökmlərdən birini verməkdir." deyə tərif etmişlərdir.

Təşbihin məqsədi: qapalı olan bir xüsusu açıqlığa qovuşdurmaqla, nəfsi tə'nis etmək (ünsiyyət etdirmək); ifadəni bəyan etmək üzərə, uzaq mənanı yaxın mənaya çəkməkdir.

~ Bir başqa tərifə görə də, "qəsd edilən mənanı, qısaldaraq açıqlamaq"dır.

Təşbih ədatları, hərf, isim və feldir.

Hərf olan təşbih ədatları: "كَرَمَادٍ / kə ramədin / kül kimi" (İbrahim/18); ...كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَـٰطِينِ / kəənnə hu ruusu'ş-şəyətin / sanki o, şeytanların başları (kimi)'dir" (Saffat/65) ayətindəki "كَأَنَّ / kəənnə / sanki"dir.

İsim olan təşbih ədatları: "misl""şəbəh" isimləri, təşbih və bənzərlik ifadə edən digər kəlimələrdir.

Tibi, belə deyir:

Məsəl kəliməsi, hal və özünə məxsus bir hal ifadə edən sifətdə istifadə edilir. Lakin sifət olaraq istifadə edilməsi, qəribdir.

...مَثَلُ مَا يُنفِقُونَ فِى هَـٰذِهِ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ

Məsəlu mə yunfiqunə fi həzihi'l-həyəti'd-dunyə, kə məsəli rihin fi hə sirrun.

Yəni:

"Onların bu dünya həyatında infaq etdikləri şeylərin misalı, dondurucu külək misalıdır (yəni, onun kimidir)..." (Al-i İmran/117)

ayəti, buna misaldır.

Fellərdən bəziləri də, bunlardır:

...يَحْسَبُهُ ٱلظَّمْـَٔانُ مَآءً...

Yəhsəbuhu'z-zam'ənu mə ən.

Yəni:

"...Susayan, onu su hesab edər..." (Nur/39);

يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ...

Yuxəyyəlu ileyhi min sihrihim ənnəhə təs'ə.

Yəni:

"...Sehrlərindən dolayı, O (yəni, Musa), onu elə təxəyyül edir(di) ki, o (yəni, sehrbazların ipləri) hərəkət edir (sürünür)." (Taha/66)

ayələri, buna misaldır.

Səkkaki (nin görüşlərinə) tabe olaraq, Qəzvini, "əl-Təlxis"ində belə deyir:

"Fel, bəzən təşbih mənasında zikr edilir. 'Alimtu Zeydən, əsədən / Zeydi, şir (kimi) bildim (yəni, bənzətdim).' cümləsində olduğu kimi; zənnə dəlalət edərək, uzaq təşbeh olaraq istifadə edilir."

Başda Tibi olmaq üzərə, camaat, bu görüşə müxalifət edərək, belə deyirlər:

"Bu fellərin təşbih mənası daşımalarında, bir qapalılıq vardır. Doğru olan, felin, yaxınlıq və uzaqlıqda təşbih bildirməsidir. Təşbih ədatını nəzərə almadan uyğun məna verilə bilməyəcəyindən dolayı, bu ədat, məhfuz (hazf edilmiş) və müqəddər ola bilər.”

--------------------------

--------------------------

Təşbihin qisimləri:

Təşbih, bu qisimlərə ayrılır:

1. Müşəbbəh (bənzədilən və ya bənzəyən) və müşəbbəhun bih (özünə bənzədilən) cəhətilədir.

Bu da, 4 qismə ayrılır:

1.1. Müşəbbəh ilə müşəbbəhun bih'in, hissi (yəni, 5 hiss: görmək, eşitmək, dadmaq, qoxlamaq və toxunmaq ilə idrak edilən şeylər) olmasıdır;

1.2. Müşəbbəh ilə müşəbbəhun bih'in, əqli olmasıdır;

1.3. Müşəbbəhun bih'in, hissi; müşəbbəh'in isə, əqli olmasıdır;

1.4. Müşəbbəhun bih'in, əqli; müşəbbəh'in isə, hissi olmasıdır.

 

1.1. "Müşəbbəh ilə müşəbbəhun bih'in, hissi olmaları"na misal:

وَٱلْقَمَرَ قَدَّرْنَـٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلْعُرْجُونِ ٱلْقَدِيمِ

Və'l-qaməra qaddərnəhu mənəzilə, həttə ədə kə'l-urcuni'l-qadim.

Yəni:

"Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o, tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur." (Yasin/39);

(Not: burda, ay, müşəbbəh; xurma ağacının qurumuş budağı isə, müşəbbəhun bih'dir. Göründüyü kimi, hər ikisi də, hissi varlıqlardır.)

كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ...

Kəənnə hum ə'cəzu nəxlin munqair.

Yəni:

"O, insanları, sanki qoparılmış xurma kötükləri kimi (qopardıb atırdı)." (Qəmər/20)

ayələridir.

(Not: Burda, insanlar, müşəbbəh/bənzədilən; qoparılmış xurma kötükləri isə, müşəbbəhun bih/özünə bənzədilən'dir. Hər ikisi də, hissi varlıqlardır.)

1.2. "Müşəbbəh ilə müşəbbəhun bih'in, əqli olmaları"na misal:

...ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّنۢ بَعْدِ ذَ‌ٰلِكَ فَهِىَ كَٱلْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً

Summə qasət qulubukum min bə'di zəlikə fə hiyə kə'l-hicərati əv əşəddu qasvə...

Yəni:

"Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu..." (Bəqərə/74)

ayətidir.

Zərkəşi, "əl-Burhan" adlı əsərində (3/472) gətirdiyi misal, budur. O, təşbihin, "qasvə/sərt" kəliməsində olduğunu zənn edirsə də, bu, doğru deyildir. Ayədə, təşbih, "qulub/qəlblər" kəliməsilə "hicərat/daşlar" kəliməsi arasındadır. Bu halda, ayədəki təşbih, "hissi təşbih"dən sayılır.

1.3. "Müşəbbəhun bih'in, hissi; müşəbbəh'in isə, əqli olmaları"na misal:

...مَّثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ أَعْمَـٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ

Məsəlu'l-ləzinə kəfəru bi Rabbihim, ə'məluhum kə ramədin iştəddət bihi'r-rihu.

Yəni:

"Rəblərini inkar edənlərin misalı, əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir..." (İbrahim/18)

ayətidir.

(Not: burda, Rəblərini inkar edənlərin əməlləri, müşəbbəh/bənzədilən; küləyin şiddətlə sovurduğu kül isə, müşəbbəhun bih/ özünə bənzədilən'dir.)

1.4. “Müşəbbəhun bih'in, əqli; müşəbbəhin isə, hissi olması”na dair misal, Quranda mövcud deyildir. İmam Cürcani, buna müxalifdir. Çünki ağıl, hissə bağlıdır. Hiss edilən şeylər, düşünülən şeylərin əslini təşkil edir. Hissin ağla təşbihi, əsl olanın fəri olmasını, fəri olanın da əsl olmasını gərəkdirdiyindən, bu görüş, doğru olmaz. (Cürcani, "Əsraru'l-Bəlağa", s. 225)

...هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ...

Hunnə libəsun ləkum, və əntum libəsun ləhunnə.

Yəni:

"...Onlar (yəni, qadınlar), sizin üçün libas; siz də, onlar üçün libassınız..." (Bəqərə/187)

ayətində bu cür təşbihin olub-olmadığı xüsusunda isə, ixtilaf edilmişdir.

----------------------

2. Təşbih, müfrəd və mürəkkəb olmaq cəhətilə də, iki qismə ayrılır:

2.1. Mürəkkəb təşbih: "bir çox cəhətlərin birləşməsilə meydana gələn təşbih"dir.

...كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَارًۢا...

Kə məsəli'l-himəri yəhmilu əsfəran.

Yəni:

"...Kitab daşıyan eşşəyin misalı kimidir..." (Cümə/5)

ayəti, buna misaldır.

Ayədəki təşbih, eşşəyin kitabları yüklənib daşımaq yorğunluğu qarşılığında, bu kitablardan istifadə edə bilməməsindən dolayı, mürəkkəb təşbih olur.

...إِنَّمَا مَثَلُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَـٰهُ مِنَ ٱلسَّمَآءِ

İnnəmə məsəlu'l-həyəti'd-dunyə, kə məin ənzəlnəhu minə's-səma.

Yəni:

"Dünya həyatının məsəli, səmadan endirdiyimiz su kimidir..." (Yunus/24)

ayəti,

...كَأَن لَّمْ تَغْنَ بِٱلْأَمْسِ ۚ...

Kəənnə ləm təğnə bi'l-əmsi.

Yəni:

"...Sanki, dünən bir şey yox imiş kimi..." (Yunus/24)

cümləsinə qədər olan qismilə, buna bir misaldır.

Bu Yunus/24 ayəsində, 10 cümlə vardır. Tərkib, bu cümlələrinin bütünündədir. Bunlardan 1-i çıxarılacaq olsa, təşbih pozulmuş olar. Ayədəki təşbihdən məqsəd:

Dünya həyatının sürətlə getməsi; insanların buna (yəni, dünya həyatına) aldanmaları; göydən enən yağış səbəbilə, bəzəkli libaslarla bəzənmiş bir gəlin kimi, yer üzünün fərqli-fərqli bitkilərlə bütün gözəlliyilə bəzənməsi; bu gözəlliyə baxanların, sanki bunların əbədiyyən qalacağını zənn etməsi; (sonra), bütün bu gözəlliklərin, -sanki dünən yox imiş kimi- bir hala çevrilməsidir.

Bu, mürəkkəb təşbihə misaldır.

Bəzi alimlər, dünya həyatının göydən enən yağışa bənzədilməsini, iki şəkildə açıqlayırlar:

a. Əgər su, ehtiyacdan çox içilərsə, zərər verər. Əgər ehtiyac miqdarı içiləcək olsa, faydalı olar. Dünya həyatı da, bax belədir.

b. Əgər suya əlini batırıb ovucunla götürmək istəsən, ovucunda bir şey qalmaz. Dünya həyatı da, bax belədir.

...مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍ فِيهَا مِصْبَاحٌ...

Məsəlu nurihi, kə mişkətin fi hə misbəhun.

Yəni:

"...Onun nuru, içində lampa olan dəlik kimidir..." (Nur/35)

ayəti də, bu qəbildəndir.

Ayədə, Allahın, möminin qəlbinə axıtdığı nur, içində işıqlandırıcı səbəblərin toplandığı bir lampaya bənzədilmişdir. Dayanmadan yanan bu lampada, yanan maddənin bitməməsi, gözün daim bu parlaqlığı görməsini təmin edir.

Ayədə, lampanın mişkat (divardakı dəliy)'ə qoyulması, "parıldayan ulduzlar"a bənzədilmişdir.

Lampadakı yağ isə, yağların, ən saf, yandırıcılıqda isə ən qüvvətli olanıdır. Çünki, lampadakı bu yağ, nə şərqdə, nə də qərbdə yetişən zeytun yağına bənzəyir. Günəş işıqları, bu ağaca, sadəcə sabah-axşam deyil, bütün gün isabət etməkdədir.

Bax, bu, Allahın, möminlərin halını ortaya qoymaq üçün gətirdiyi bir məsəldir.

Kafirə isə, iki misal gətirmişdir. Bunlardan biri, düz ərazidəki sərab; digəri isə, dərin dənizlərdəki qaranlıqlardır.

Bu təşbih də, eyni şəkildə, mürəkkəb təşbih'dir.

(Not: Müfrəd təşbih'ə dair misallar isə, yuxarıda keçmişdi.)

-----------------------------

3. Müşəbbəh (bənzədilən) ilə müşəbbəhun bih (özünə bənzədilən)'dən birinin etibara alınaraq edilən təşbih'dir.

Bu da, bir neçə qismə ayrılır. (Belə ki):

3.1. Hissi olan bir şeyin, nəqzi və ziddinin bilinməsilə, əqli olan təşbihdir.

Nəqzi və ziddi idrak etmək, hissi olanı idrakdan daha bəlağatlıdır.

طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَـٰطِينِ

Taluhə kəənnə hu ruusu'ş-şəyətin.

Yəni:

"Onun (yəni, zəqqum ağacının) tumurcuqları, sanki şeytanların başları (kimi)'dir." (Saffat/65)

ayəti, buna misaldır.

Ayədə, meyvələr müşəxxəs (konkret) olaraq görünməsələr belə, insanlara çirkin və pis bir şəkildə tanıdılan, çirkinliyi gözlərində böyüdülən şeytana bənzədilmişdir.

3.2. Əqli olan bir şeyin, hissi bir şeyə təşbihi'dir.

...وَٱلَّذِينَ كَفَرُوٓا۟ أَعْمَـٰلُهُمْ كَسَرَابٍۭ بِقِيعَةٍ

Vəlləzinə kəfəru ə'mələhum kə sərabin bi qiətin.

Yəni:

"İnkar edənlərin əməlləri, səhradakı sərab (ilğım) kimidir..." (Nur/39)

ayəti, buna misaldır.

Ayədə, hissi olmayan iman, hissi olan səraba bənzədilmişdir.

Müşəbbəh ilə müşəbbəhun bih'in müştərək mənası: "şiddətli ehtiyac və çarəsizlik içində ikən, vəhmə düşməyin yersizliyi"dir.

3.3. Mutad olmayan (adət edilməyən) bir şeyin, mutad bir şəkildə cərəyan etməsidir.

...وَإِذْ نَتَقْنَا ٱلْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُۥ ظُلَّةٌ

Və iz nətəqnə'l-cəbələ fəvqahum, kəənnə hu zullətun.

Yəni:

"Dağı, onların üzərinə, sanki bir kölgə kimi qaldırmışdıq..." (Əraf/171)

ayəti, buna misaldır.

Müşəbbəh ilə müşəbbəhun bih'in müştərək mənası: "surət (şəkli) cəhətdən yüksəklik"dir.

3.4. Bədihi (açıq bir şəkildə) bilinməyən bir şeyin, bədihi bir şəkildə bilinməsidir.

...وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ...

Və cənnətin arduhə kə ardi's-səməi və'l-ard.

Yəni:

"...Genişliyi, göyün və yerin genişliyi kimi olan cənnət..." (Hədid/21)

ayəti, buna misaldır.

Müşəbbəh (bənzədilən, bənzəyən) ilə müşəbbəhin bih (özünə bənzədilən)'in müştərək mənası, üstünlükdür. Ayədə, vəsfinin gözəlliyi və son dərəcə geniş səthilə, cənnətə təşviq vardır.

3.5. Vəsfdə qüvvətli olmayanın, qüvvətli olana bənzədilməsidir.

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

Və ləhu'l-cəvəri'l-munşəətu fi'l-bəhri kə'l-ə'ləm.

Yəni:

"Dənizdə dağlar kimi yüksəldilmiş (düzəldilmiş) halda axıb gedən gəmilər, Onundur." (Rahmən/24)

ayəti, buna misaldır.

Ayədə, müşəbbəh ilə müşəbbəhun bih'in müştərək mənası, üstünlükdür. Ayətin ifadə etdiyi məna: "suda üzən, ağır yüklər daşıyan, uzun məsafələri qısa zamanda qət edərək insanlara faydalı olan böyük gəmilərin, təmin etdiyi xidmətdə, (Allahın) qüdrətini göstərmək"dir. Bu qüdrət, eyni zamanda, küləyin, insan əmrinə verilməsilə özünü göstərir.

Bu cəhətilə, ayət, nemətlərin çoxluğu, Allahın qüdrətindəki üstünlüyü ehtiva etməkdədir. (haşiyə)

---------------------------

(Haşiyə:

Təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-24-cu-ay%C9%99tin-t%C9%99fsiri

----------------------------

Qurandakı təşbihlər, bu 5 şəkildə görülən təşbihlərdir.

---------------------------

4. Təşbih, müəkkəd və mürsəl olaraq da qisimlərə ayrılır.

(Belə ki):

4.1. "Təşbih ədatı hazf edilən təşbih"ə, müəkkəd təşbih deyilir.

...وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ...

Və hiyə təmurru mərra's-səhəb.

Yəni:

"...Və o (yəni, dağlar), bulud(lar)'ın keçib getdiyi (kimi) keçib gedirlər..." (Nəml/88)

ayəti, "mislə mərri's-səhab = buludların keçib getdiyi kimi" deməkdir.

...وَأَزْوَ‌ٰجُهُۥٓ أُمَّهَـٰتُهُمْ...

Və əzvəcuhu umməhətuhum.

Yəni:

"...Onun (yəni, Peyğəmbərin) zövcələri, onların analarıdır..." (Əhzab/6);

...وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَـٰوَ‌ٰتُ وَٱلْأَرْضُ...

Və cənnətin arduhə's-səməvətu və'l-ard.

Yəni:

"...Genişliyi yerlə göy arası qədər olan cənnət..." (Al-i İmran/21)

ayələri, buna misaldır.

(Not: Hədid/21-də isə, "kə" təşbih ədatı istifadə edilmişdir.)

4.2. "Təşbih ədatı hazf edilməyən təşbih"ə, mürsəl təşbih deyilir.

Buna dair misallar, yuxarıdakı ayələrdə keçdi. Ədatı hazf edilən təşbih, hazf edilməyəndən daha bəliğ (bəlağatlı)'dır. Çünki, müşəbbəh, müşəbbəh bih'in səviyyəsində istifadə edilmişdir.

-------------------------

-------------------------

(Təşbihdə) qayda:

Təşbihdə əsl olan, təşbih ədatının, müşəbbəhun bih'ə daxil olmasıdır. Ancaq bəzən, müşəbbəh'ə də daxil ola bilir. Bunda, 3 qayə vardır:

1. Ya mübaliğə qəsd edilir.

Bu halda, təşbih(in yeri) dəyişir; müşəbbəhun bih yerinə, müşəbbəh əsas olur.

...قَالُوٓا۟ إِنَّمَا ٱلْبَيْعُ مِثْلُ ٱلرِّبَوٰا۟...

Qalu: 'İnnəmə'l-bəy'u mislu'r-riba.

Yəni:

"...(Faiz yeyənlər) dedilər: 'Alış-veriş (də), faiz kimidir..." (Bəqərə/275)

ayəti, buna misaldır.

Ayədə bəhsi keçən "innəmə'r-riba mislu'l-bəy'i = riba (da), alış-veriş kimidir" demələri lazım idi. Çünki ayədəki ifadə, alış-verişi deyil, riba/faizi hədəf almaqdadır. Ancaq onlar (faiz yeyənlər), bu ifadədən qaçmış; caiz olma cəhətilə, alış-verişi ribaya qataraq ribanı əsas almışlardır.

...أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ

Ə fə mən yəxluqu kə mən lə yəxluqu?!

Yəni:

"Yaradan, yaratmayan kimidirmi?!" (Nəhl/17)

ayəti də, buna misaldır.

Ayədəki təşbihin, əksinə olmazı lazım idi. Çünki xitab, bütlərini Allah (subhənəhu)'ya bənzədərək ilah adını verən bütpərəstlərədir. Onlar, yaratmayanı, yaradan yerinə qoymuşlardır. Ayədə, onların bu şəkildəki xitablarına müxalifət vardır. Çünki, bütpərəstlər, bütlərə ibadət etməkdə həddi aşmış; bunu, ibadətlərində əsas almışdılar. Ayə, onların uyğun gördüyü ibadət şəklinə cavab vermək üçün gəlmişdir.

2. Ya da halı vazeh etmək (açıqlığa qovuşdurmaq) qəsd edilir.

...وَلَيْسَ ٱلذَّكَرُ كَٱلْأُنثَىٰ...

Və ləysə'z-zəkəru kə'l-unsə.

Yəni:

"...Oğlan, qız kimi deyildir..." (Al-i İmran/36)

ayəti, buna misaldır.

Halbuki, ayətin əsli, "Qız, oğlan kimi deyildir." şəklindədir. Lakin ayədə, bu əsldən dönülmüşdür. Çünki məna: "Tələb etdiyim oğlan, hibə etdiyim qız kimi deyildir." şəklindədir. Ayədəki fasiləyə tabe olaraq, bu şəkildə endiyi deyilir. Çünki,

...إِنِّى وَضَعْتُهَآ أُنثَىٰ ...

"...Şübhəsiz Mən, onu qız doğdum..." (Al-i İmran/36) ibarəsi, ayədə daha əvvəl gəlmişdir.

3. Təşbih ədatı, muxatabın fəhminə etimadən, (yuxarıdakı ikisinin) xaricində də gələ bilər.

...يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوٓا۟ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ

Yə əyyuhə'l-ləzinə əmənu! Kunu ənsarallah! Kə mə qalə İsə'bnu Məryəm.

Yəni:

"Ey iman edənlər! Allahın köməkçiləri olun! Necə ki, İsa b. Məryəm demişdi..." (Saff/4)

ayəti, buna misaldır.

-----------------

-----------------

(Təşbihdə) qayda:

~ Mədh (tərif) üçün edilən təşbihdəki əsas, az dəyərdə olanın, dəyərli olana;

~ Zəmm (pisləmək) üçün gətirilən təşbihdəki əsas isə, dəyərli olanın, az dəyərdə olana

təşbihidir. Çünki zəmm, dəyər dərəcəsinin ən aşağısına; dəyərli olanın da, az dəyərdə olana həml edilməsidir.

~ Mədh üçün edilən təşbihə misal: "yaqut kimi çınqıl daşı";

~ Zəmm üçün edilən təşbihə misal isə: "şüşə kimi yaqut"

(verilə bilər).

-------------------

(Bir digər) qayda:

Bu, səlb (mənfi bir dəyər)'də də belədir. Buna misal:

...يَـٰنِسَآءَ ٱلنَّبِىِّ لَسْتُنَّ كَأَحَدٍ مِّنَ ٱلنِّسَآءِ

Yə nisə'ən-Nəbiyyi! Ləstunnə kə əhədin minə'n-nisə.

Yəni:

"Ey Peyğəmbər xanımları! Sizlər, qadınlardan hər hansı biri kimi deyilsiniz..." (Əhzab/32)

ayəti, buna misaldır.

Ayədəki təşbih, uluvv'da (yəni, Peyğəmbər xanımlarını tərifləmədə) deyil; nüzulda (yəni, Onları, digər qadınlara bənzətmədə)'dir.

أَمْ نَجْعَلُ ٱلْمُتَّقِينَ كَٱلْفُجَّارِ...

Əm nəc'əlu'l-muttəqinə kə'l-fuccər?

Yəni:

"Yoxsa müttəqiləri, facirlər kimi qılacağıq?" (Sad/28)

ayəti də, buna misaldır.

Ayətin mənası: "Müsəlmanları, belə qılmarıq." (Yəni, onlara, kafirlər kimi davranmarıq.) deməkdir.

...مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍ...

Məsəlu nurihi kə mişkətin.

Yəni:

"...Onun nurunun misalı, divardakı dəlik kimidir..." (Nur/35)

ayətində, dəyərli olan, az dəyərli olana bənzədilmişdir. Səbəbi, məsələni, muxatablara daha asan açıqlamaq üçündür. Yoxsa, Allahın nurundan daha üstün bir şey, düşünülə bilməz.

-------------------------

-------------------------

Fayda:

İbn əbi'l-İsba, belə deyir:

"Quranda, nə 2 şeyin, nə də daha çoxun, bir-birinə təşbihi mövcud deyildir. Quranda olan təşbihlər, bir şeyin, digər birinə təşbihi şəklindədir."

(Cəlaləddin əs-Suyuti, "əl-İtqan fi Ulumi'l-Quran", 53-cü bölmə: "Təşbih və İstiarə haqqında", s. 128-134)

 

Read 15 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR