Namazda topuqlar birləşdirilməlidirmi? (3)

وَقَالَ النُّعْمَانُ بْنُ بَشِيرٍ: رَأَيْتُ الرَّجُلَ مِنَّا يُلْزِقُ كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ

Numan b. Bəşir dedi:

Bizdən bir adam gördüm. Topuğunu, dostunun (yəni, yanındakının) topuğuna birləşdirir(di).

٧٢٥ - حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ قَالَ: حَدَّثَنَا زُهَيْرٌ، عَنْ حُمَيْدٍ، عَنْ أَنَسٍ، عَنِ النَّبِيِّ ﷺ قَالَ: «أَقِيمُوا صُفُوفَكُمْ، فَإِنِّي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي». وَكَانَ أَحَدُنَا يُلْزِقُ مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ، وَقَدَمَهُ بِقَدَمِهِ.

725- Amr b. Xalid bizə xəbər verdi. Dedi:

Bizə, Zuheyr, Humeyd'dən; Ənəs'dən; Nəbi (sallallahu aleyhi və səlləm)'dən xəbər verdi. (Nəbi, belə) buyurdu:

"Səflərinizi düzəldin. Şübhəsiz Mən, sizi, arxamın arxasından görürəm."

Və bizdən biri, çiynini, dostunun (yəni, yanındakının) çiyninə; ayağını da, ayağına bitişdirirdi. 

------------------------

قَوْلُهُ: (بَابُ إِلْزَاقِ الْمَنْكِبِ بِالْمَنْكِبِ وَالْقَدَمِ بِالْقَدَمِ فِي الصَّفِّ)

Onun: "Səfdə, çiyini, çiyinə; ayağı da, ayağa bitişdirmək babı" sözü:

الْمُرَادُ بِذَلِكَ الْمُبَالَغَةُ فِي تَعْدِيلِ الصَّفِّ وَسَدِّ خَلَلِهِ،

Onunla murad olunan: "səfi tə'dil (düzəltmək)'də mübaliğə etmək; və boşluğu sədd etmək/örtmək"dir.

وَقَدْ وَرَدَ الْأَمْرُ بِسَدِّ خَلَلِ الصَّفِّ وَالتَّرْغِيبُ فِيهِ فِي أَحَادِيثَ كَثِيرَةٍ،

Və şübhəsiz, səfin boşluğunu örtməyi (yəni, doldurmağı) əmr edən və ona rəğbətləndirən, bir çox hədis varid olmuşdur.

أَجْمَعُهَا حَدِيثُ ابْنِ عُمَرَ عِنْدَ أَبِي دَاوُدَ وَصَحَّحَهُ ابْنُ خُزَيْمَةَ وَالْحَاكِمُ

O (hədislər)'dən ən cəm edicisi, əbu Davud nəzdindəki (yəni, "Sünən"indəki, hədis no: 666) ibn Ömər hədisidir. ibn Xuzeymə və Hakim, o (hədisi) səhih sayıblar.

وَلَفْظُهُ أَنَّ رَسُولَ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - قَالَ: «أَقِيمُوا الصُّفُوفَ وَحَاذُوا بَيْنَ الْمَنَاكِبِ وَسُدُّوا الْخَلَلَ وَلَا تَذَرُوا فُرُجَاتٍ لِلشَّيْطَانِ، وَمَنْ وَصَلَ صَفًّا وَصَلَهُ اللَّهُ، وَمَنْ قَطَعَ صَفًّا قَطَعَهُ اللَّهُ».

(Hədisin) ləfzi, (belədir):

Şübhəsiz, Allah rəsulu (sallallahu aleyhi və səlləm), (belə) buyurmuşdur:

"Səflərinizi düzəldin; çiyinlərinizi bir hizaya gətirin; boşluğu örtün; və şeytan üçün boşluq buraxmayın. Kim səfi birləşdirərsə, Allah (da) onu birləşdirər. Kim səfi kəsərsə, Allah (da) onu kəsər."

--------------------------

قَوْلُهُ: (وَقَالَ النُّعْمَانُ بْنُ بَشِيرٍ)

Onun: "Numan b. Bəşir dedi" sözü

هَذَا طَرَفٌ مِنْ حَدِيثٍ أَخْرَجَهُ أَبُو دَاوُدَ وَصَحَّحَهُ ابْنُ خُزَيْمَةَ مِنْ رِوَايَةِ أَبِي الْقَاسِمِ الْجَدَلِيِّ وَاسْمُهُ حُسَيْنُ بْنُ الْحَارِثِ

Bu, əbu Davud'un (hədis no: 662) təxric etdiyi; ibn Xuzeymə'nin də səhih saydığı, -adı Hüseyn b. Haris olan- əbu'l-Qasim əl-Cədəli hədisinin bir hissəsidir.

قَالَ: سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ يَقُولُ: «أَقْبَلَ رَسُولُ اللَّهِ ﷺ عَلَى النَّاسِ بِوَجْهِهِ، فَقَالَ:

Dedi:

Numan b. Bəşir'i, belə deyərkən eşitdim:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), üzü ilə insanlara tərəf yönəldi və (belə) buyurdu:

أَقِيمُوا صُفُوفَكُمْ ثَلَاثًا، وَاللَّهِ لَتُقِيمُنَّ صُفُوفَكُمْ أَوْ لَيُخَالِفَنَّ اللَّهُ بَيْنَ قُلُوبِكُمْ.

"Səflərinizi düzəldin (O, bunu) 3 dəfə (dedi). Allaha and olsun, (ya) mütləq səflərinizi düzəldərsiniz; ya da, Allah, qəlblərinizə ixtilaf salar."

فَقَالَ: فَرَأَيْتُ الرَّجُلَ يُلْزِقُ مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ وَرُكْبَتَهُ بِرُكْبَةِ صَاحِبِهِ وَكَعْبَهُ بِكَعْبِهِ».

(Numan b. Bəşir) deyir:

Sonra, gördüm ki, bir adam:

~ çiynini, yanındakının çiyninə;

~ dizini, yanındakının dizinə;

~ topuğunu da, yanındakının topuğuna

bitişdirir. ("Sünən", hədis no: 662)

وَاسْتُدِلَّ بِحَدِيثِ النُّعْمَانِ هَذَا عَلَى أَنَّ الْمُرَادَ بِالْكَعْبِ فِي آيَةِ الْوُضُوءِ الْعَظْمُ النَّاتِئُ فِي جَانِبَيِ الرجلِ - وَهُوَ عِنْدَ مُلْتَقَى السَّاقِ وَالْقَدَمِ - وَهُوَ الَّذِي يُمْكِنُ أَنْ يُلْزَقَ بِالَّذِي بِجَنْبِهِ.

Bu Numan hədisilə, dəstəmaz ayəsindəki (yəni, Maidə/6-dakı) "kə'b" kəliməsindən murad olunanın: ayağın 2 tərəfindəki qabarıq sümük -ki, o, baldır və ayağın qovuşduğu yerdədir- (yəni, topuq olduğuna) dəlil gətirilmişdir. Və yanındakına bitişdirilməsi mümkün olan da, (məhz) odur.

-------------------------​

قَوْلُهُ: (عَنْ أَنَسٍ)

Onun: "Ənəs'dən..." sözü

رَوَاهُ سَعِيدُ بْنُ مَنْصُورٍ عَنْ هُشَيْمٍ فَصَرَّحَ فِيهِ بِتَحْدِيثِ أَنَسٍ لِحُمَيْدٍ،

Səid b. Mənsur, Huşeym'dən rəvayət etdi və Ənəs'in Humeyd'ə təhdisini, təsrih etdi (yəni, açıq şəkildə bildirdi).

وَفِيهِ الزِّيَادَةُ الَّتِي فِي آخِرِهِ وَهِيَ قَوْلُهُ: "وَكَانَ أَحَدُنَا" إِلَخْ،

Və onun (yəni, o rəvayətin) axırında, ziyadə (əlavə) vardır. O (da), onun: "Bizdən biri.. ila axir" sözüdür.

وَصَرَّحَ بِأَنَّهَا مِنْ قَوْلِ أَنَسٍ.

Və onun, Ənəs'in sözündən (olduğunu) təsrih etdi.

وَأَخْرَجَهُ الْإِسْمَاعِيلِيُّ مِنْ رِوَايَةِ مَعْمَرٍ عَنْ حُمَيْدٍ بِلَفْظِ: "قَالَ أَنَسٌ: فَلَقَدْ رَأَيْتُ أَحَدَنَا" إِلَخْ

Və onu, əl-İsmaili, Ma'mər'in Humeyd'dən olan rəvayətindən, (bu) ləfzlə təxric etdi:

"Şübhəsiz, bizdən birini gördüm..." ila axir.

وَأَفَادَ هَذَا التَّصْرِيحُ أَنَّ الْفِعْلَ الْمَذْكُورَ كَانَ فِي زَمَنِ النَّبِيِّ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ -،

Bu təsrih, şübhəsiz, məzkur (yuxarıda zikr edilən) felin, Nəbi (sallallahu aleyhi və səlləm) zamanında olduğunu ifadə etdi.

وَبِهَذَا يَتِمُّ الِاحْتِجَاجُ بِهِ عَلَى بَيَانِ الْمُرَادِ بِإِقَامَةِ الصَّفِّ وَتَسْوِيَتِهِ،

Və bununla, səfi iqamə etmək və onu düzəltməyin muradını bəyan etməyə, onunla (yəni, o hədislə) ihticac etmək tamamlanır.

وَزَادَ مَعْمَرٌ فِي رِوَايَتِهِ: "وَلَوْ فَعَلْتُ ذَلِكَ بِأَحَدِهِمُ الْيَوْمَ لَنَفَرَ كَأَنَّهُ بَغْلٌ شَمُوسٌ".

Və Ma'mər, öz rəvayətində, (bunu da) əlavə etmişdir:

"Əgər onu, onlardan birilə bu gün etsəydim, -sanki, inadkar qatır kimi- hürküb qaçardılar."

 

(ibn Həcər Asqalani əş-Şafii, "Fəthu'l-Bari şərh-u Sahihi'l-Buxari")

-------------------------

Əlavələr:

Namazda topuqlar birləşdirilməlidirmi? (1)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-topuqlar-birl%C9%99s...

Namazda topuqlar birləşdirilməlidirmi? (2)

https://suallarlaislam.com/sual/namazda-topuqlar-birl%C9%99sdirilm%C9%99...

 

 

 

 

Read 5 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR