Osman əl-Bəttiyə məktub
رِسَالَةُ أَبِي حَنِيفَةَ إِلَى عُثْمَانَ الْبَتِّيِّ عَالِمِ أَهْلِ الْبَصْرَةِ رَضِيَ اللَّهُ عَنْهُمَا فِي التَّبَرِّي مِمَّا يُرْمَى بِهِ مِنَ الْإِرْجَاءِ كَذِبًا وَزُورًا مِنْ جُهَلَةٍ أَغْرَارٍ
əbu Hənifə'nin, Basra əhlinin alimi Osman əl-Bətti'yə (radiyallahu anhuma), avam cahillər tərəfindən -yalan və böhtan olaraq- Ona atılan irca'dan təbərri etdiyi haqqındakı risaləsi (məktubu)
-----------------------------------------
-----------------------------------------
قَالَ ابْنُ قُتَيْبَةَ فِي الْمَعَارِفِ:
ibn Quteybə, "əl-Məarif" (adlı əsər)'də, deyir:
عُثْمَانُ الْبَتِّيُّ ـ بِفَتْحِ الْبَاءِ وَتَشْدِيدِ التَّاءِ ـ هُوَ عُثْمَانُ بْنُ سُلَيْمَانَ بْنِ جَرْمُوزَ،
Osman əl-Bətti -"bə" (hərfi), fəthə ilə; "tə" (hərfi) isə, təşdid ilə- O, Osman b. Süleyman b. Cərmuz'dur.
وَكَانَ مِنْ أَهْلِ الْكُوفَةِ فَانْتَقَلَ إِلَى الْبَصْرَةِ؛
O, Kufə əhlindən idi; sonra isə, Basra'ya köçdü.
وَهُوَ مَوْلًى لِبَنِي زُهْرَةَ،
Bəni Zuhra'nın mövlası (azadlı nökəri) idi.
وَكَانَ يَبِيعُ الْبُتُوتَ فَنُسِبَ إِلَيْهَا،
O, "bututlar" satır və bundan dolayı da, ona nisbət edilmişdir.
وَهِيَ الثِّيَابُ الْغَلِيظَةُ ـ اهـ.
O (yəni, "butut") isə, "qalın paltarlar" (demək)'dir.
وَقَالَ الذَّهَبِيُّ فِي الْمِيزَانِ:
Zəhəbi, "əl-Mizan" (adlı əsərin)'də, deyir:
عُثْمَانُ الْبَتِّيُّ الْفَقِيهُ هُوَ ابْنُ مُسْلِمٍ،
“Fəqih Osman əl-Bətti, Muslim'in oğludur.
ثِقَةٌ إِمَامٌ،
Siqa (və) imamdır.”
وَقِيلَ: اسْمُ أَبِيهِ أَسْلَمُ،
~ Deyildi ki: "Onun atasının adı, Əsləm'dir."
وَقِيلَ: سُلَيْمَانُ ـ اهـ.
~ (Yenə) deyildi ki: "(Onun atasının adı), Süleyman'dır."
Son!
وَفِي الْمُشْتَبِهِ:
"Müştəbih" (adlı əsər)'də (belə deyilir):
فَقِيهُ الْبَصْرَةِ زَمَنَ أَبِي حَنِيفَةَ ـ اهـ.
"əbu Hənifə zamanında, Basra fəqihi."
Son!
تُوُفِّيَ بِالْبَصْرَةِ قَبْلَ وَفَاةِ أَبِي حَنِيفَةَ بِسَبْعِ سَنَوَاتٍ،
əbu Hənifə'nin vəfatından 7 il əvvəl, Basra'da vəfat etmişdir.
وَبَيْنَهُمَا مُكَاتَبَاتٌ
İkisi (yəni, əbu Hənifə və Osman əl-Bətti) arasında, məktublaşmalar (vardı).
لَمْ يَحْفَظْ لَنَا التَّارِيخُ شَيْئًا مِنْهَا غَيْرَ هَذِهِ الرِّسَالَةِ،
Tarix isə, bizə, bu risalədən başqa, onlardan (yəni, o məktublardan), bizim üçün bir şey qoruyub-saxlamamışdır.
وَكَانَ مِنْ عُظَمَاءِ مُجْتَهِدِي هَذِهِ الْأُمَّةِ،
O, bu ümmətin müctəhidlərinin əzəmətlilərindən biri idi.
وَمِمَّنِ انْقَرَضَتْ مَذَاهِبُهُمْ،
(O), məzhəbləri ortadan qalxmış kimsələrdən idi.
وَلَهُ انْفِرَادَاتٌ فِي الْفِقْهِ ذَكَرَهَا الطَّحَاوِيُّ فِي اخْتِلَافِ الْعُلَمَاءِ،
~ Tahavi'nin, "İxtilafu'l-Üləma" (adlı əsərin)'də zikr etdiyinə görə, Onun, fiqhdə, infiradat (yəni, təfərrüd etdiyi; digərlərindən ayrıldığı görüşlər)'i var idi.
وَأَبُو بَكْرٍ الرَّازِيُّ فِي مُخْتَصَرِهِ،
~ (Bunu, eyni zamanda), əbu Bəkr ər-Razi, "Muxtasar"ında;
وَابْنُ الْمُنْذِرِ فِي الْإِشْرَافِ،
~ ibnu'l-Munzir (də), "Əşraf"ında
(zikr etmişdir).
لَكِنْ أَهْمَلَهَا ابْنُ جَرِيرٍ فِي اخْتِلَافِ الْفُقَهَاءِ لَهُ،
Lakin, ibn Cərir, "İxtilafu'l-Fuqaha"sında, bunu ehmal etmişdir.
رَضِيَ اللَّهُ عَنْهُ وَعَنْ سَائِرِ الْأَئِمَّةِ،
Allah, ondan və sair imamlardan razı olsun.
وَنَفَعَنَا بِبَرَكَاتِ عُلُومِهِمْ. (ز)
Və bizi, elmlərinin bərəkətlərindən faydalandırsın. (Zahid əl-Kəvsəri)
-----------------------------
-----------------------------
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ، وَالصَّلَاةُ وَالسَّلَامُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ وَصَحْبِهِ أَجْمَعِينَ.
Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salat və salam, seyyidimiz Muhamməd'ə, ailəsinə və bütün səhabələri üzərinə olsun.
رَوَى الْإِمَامُ حُسَامُ الدِّينِ الْحُسَيْنُ بْنُ عَلِيٍّ الْحَجَّاجُ السُّغْنَاقِيُّ، عَنْ حَافِظِ الدِّينِ مُحَمَّدِ بْنِ مُحَمَّدِ بْنِ نَصْرٍ الْبُخَارِيِّ، عَنْ شَمْسِ الْأَئِمَّةِ مُحَمَّدِ بْنِ عَبْدِ السَّتَّارِ الْكَرْدَرِيِّ، عَنْ بُرْهَانِ الدِّينِ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ أَبِي بَكْرِ بْنِ عَبْدِ الْجَلِيلِ الْمَرْغِينَانِيِّ، عَنْ ضِيَاءِ الدِّينِ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ بْنِ نَاصِرٍ الْيَرْسُوخِيِّ، عَنْ عَلَاءِ الدِّينِ أَبِي بَكْرٍ مُحَمَّدِ بْنِ أَحْمَدَ السَّمَرْقَنْدِيِّ، عَنْ أَبِي الْمُعِينِ مَيْمُونِ بْنِ مُحَمَّدٍ الْمَكْحُولِيِّ النَّسَفِيِّ، عَنْ أَبِي زَكَرِيَّا يَحْيَى بْنِ مُطَرِّفٍ الْبَلْخِيِّ، عَنْ أَبِي صَالِحٍ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ السَّمَرْقَنْدِيِّ، عَنْ أَبِي سَعِيدٍ مُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ الْبُسْتِيِّ، عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ أَحْمَدَ الْفَارِسِيِّ، عَنْ نَصِيرِ بْنِ يَحْيَى الْفَقِيهِ، عَنْ أَبِي عَبْدِ اللَّهِ مُحَمَّدِ بْنِ سَمَاعَةَ التَّمِيمِيِّ، عَنِ الْإِمَامِ أَبِي يُوسُفَ يَعْقُوبَ بْنِ إِبْرَاهِيمَ الْأَنْصَارِيِّ، عَنِ الْإِمَامِ الْأَعْظَمِ أَبِي حَنِيفَةَ رَضِيَ اللَّهُ عَنْهُ وَعَنْهُمْ أَنَّهُ قَالَ:
İmam Husamu'd-din əl-Hüseyn b. Əli əl-Haccac əs-Suğnəqi, Hafizu'd-din Muhamməd b. Muhamməd b. Nasr əl-Buxari'dən; o ---> şəmsu'l-əimmə (imamların günəşi) Muhamməd b. Abdi's-Səttar əl-Kərdəri'dən; o ---> Burhanu'd-din əbi'l-Həsən Əli b. əbi Bəkr b. Abdi'l-Cəlil ər-Mərğinani'dən; o ---> Ziyau'd-din Muhamməd b. Hüseyn b. Nasr əl-Yərsuxi'dən; o ---> Alau'd-din əbi Bəkr Muhamməd b. Əhməd əs-Səmərqəndi'dən; o ---> əbu'l-Muin Meymun b. Muhamməd əl-Məkhuli ən-Nəsəfi'dən; o ---> əbu Zəkəriyyə Yəhya b. Mutarrif əl-Bəlxi'dən; o ---> əbu Salih Muhamməd b. Hüseyn əs-Səmərqəndi'dən; o ---> əbu Səid Muhamməd b. əbi Bəkr əl-Busti'dən; o ---> əbu'l-Həsən Əli b. Əhməd əl-Farisi'dən; o ---> fəqih Nasir b. Yəhya'dan; o ---> əbu Abdullah Muhamməd b. Səməa ət-Təmimi'dən; o ---> imam əbu Yusuf Yaqub b. İbrahim əl-Ənsari'dən; o da ---> imam ə'zəm əbu Hənifə (radiyallahu anhu və anhum)
rəvayət etdiyinə görə, O (yəni, əbu Hənifə), (belə) dedi:
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ
مِنْ أَبِي حَنِيفَةَ إِلَى عُثْمَانَ الْبَتِّيِّ:
əbu Hənifə'dən, Osman əl-Bətti'yə:
سَلَامٌ عَلَيْكَ،
Salam olsun sənə.
فَإِنِّي أَحْمَدُ إِلَيْكَ اللهَ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ.
Şübhəsiz Mən, Özündən başqa ilah olmayan Allaha, səninlə bərabər həmd edirəm.
أَمَّا بَعْدُ،
Bundan sonra,
فَإِنِّي أُوصِيكَ بِتَقْوَى اللهِ وَطَاعَتِهِ،
Sənə, Allahdan qorxmağı və Ona itaət etməyi tövsiyyə edirəm.
وَكَفَى بِاللهِ حَسِيبًا وَجَازِيًا.
Hesaba çəkən və qarşılıq verən olaraq, Allah kifayət edər.
بَلَغَنِي كِتَابُكَ،
Məktubun, Mənə çatdı.
وَفَهِمْتُ الَّذِي فِيهِ مِنْ نَصِيحَتِكَ،
Onda (yəni, məktubda), sənin nəsihətindən olan şeyləri başa düşdüm.
وَقَدْ كَتَبْتَ أَنَّهُ دَعَاكَ إِلَى الْكِتَابِ بِمَا كَتَبْتَ حِرْصُكَ عَلَى الْخَيْرِ وَالنَّصِيحَةِ،
Sən yazmısan ki, səni (o) məktubu yazmağa sövq edən şey, xeyr və nəsihətə olan hərisliyindir.
وَعَلَى ذَلِكَ كَانَ مَوْضِعُهُ عِنْدَنَا.
Bizim nəzdimizdə (də), onun mövqeyi, belədir. (Yəni, biz də, xeyr və nəsihətə hərisik.)
كَتَبْتَ تَذْكُرُ أَنَّهُ بَلَغَكَ أَنِّي مِنَ الْمُرْجِئَةِ (1)، وَأَنِّي أَقُولُ: مُؤْمِنٌ ضَالٌّ،
Mənə yazıb zikr edirsən ki, sənə,
~ Mənim, murciə'dən olduğum;
~ Və Mənim: "dəlalətdə olan mömin" dediyim
(xəbəri) çatıb.
وَأَنَّ ذَلِكَ يَشُقُّ عَلَيْكَ.
O (da), sənə ağır gəlir...
--------------------
(1) و قد عد المقبلي من غلطات الخواص جعل المرجئ اسما لمن قال: إن صاحب الكبيرة إذا لم يتب تحت المشيئة, و صرف أحاديث ذم المرجئة إلى ذلك و إنما هم من قال: لا وعيد لأهل الصلاة فأخرهم عن الوعيد رأسا, و أما الدخول تحت المشيئة فصريح الكتاب و السنة لفظا و معلوم تواترا. ذكر ذلك في (الأبحاث) فَيَكُونُ إِرْجَاءُ أَبِي حَنِيفَةَ مَحْضَ السُّنَّةِ و نبزه به على المعنى البدعى محض فرية (ز).
Muqbili, "murciə" adını:
~ "Şübhəsiz, kəbirə (böyük günah) sahibi tövbə etməzsə, (Allahın) məşiəti altındadır." deyən kimsəyə verməyi; və
~ murciəni zəmm edən hədisləri buna sərf etməyi,
xass'ların xətalarından saymışdır.
(Halbuki), onlar (murciə), ancaq: "Namaz əhli üçün, vəid (təhdid) yoxdur." deyən kimsələrdir.
Beləliklə, onları (böyük günah sahiblərini), tamamilə təxirə saldılar.
Amma, (Allahın) məşiəti altına daxil olmaq, ləfzən Kitab və sünnətin sarahatı (açıqca bəyan etdiyi) və təvatürlə məlumdur.
O, bunu, "əl-Əbhas" (əsərin)'də zikr etmişdir.
Beləliklə, əbu Hənifə'nin ircası, sünnətin məhz özü olur.
Onu, bununla bidət mənası üzərinə ləqəbləndirmək, böhtandır. (Zahid əl-Kəvsəri)
------------------------
------------------------
وَلَعَمْرِي، مَا فِي شَيْءٍ بَاعَدَ عَنِ اللهِ تَعَالَى عُذْرٌ لِأَهْلِهِ،
Ömrümə and olsun ki (haşiyə), Allah Taala'dan uzaqlaşdıran şeylərdə, əhli üçün üzr yoxdur.
-----------------------
(Haşiyə:
ibn Abidin, belə deyir:
• (قَوْلُهُ: وَلَعَمْرِي)
Onun (yəni, Haskəfinin): "lə amri" sözü(nə gəlincə):
قَالَ فِي الْمُغْرِبِ:
(əbu'l-Fəth əl-Mutərrizi), "əl-Muğrib" (əsərin)'də deyir:
الْعُمُرُ بِالضَّمِّ وَالْفَتْحِ الْبَقَاءُ
"əl-Umuru", damma (yəni, "u") və fəthə (yəni, "ə") ilədir; və "bəqa=davam etmək" deməkdir.
إِلَّا أَنَّ الْفَتْحَ غَلَبَ فِي الْقَسَمِ
Lakin, fəthə (yəni, "ə" ilə işlənməsi), qəsəm (yəni, and)'da qalib oldu.
حَتَّى لَا يَجُوزَ فِيهِ الضَّمُّ،
Hətta, onda (yəni, bu kəlimədə) damma (yəni, bu sözü "əl-umuru" şəklində istifadə etmək), caiz deyildir.
يُقَالُ: لَعَمْرُكَ وَلَعَمْرُ اللَّهِ لَأَفْعَلَنَّ،
(Belə) deyilir: "lə amrukə və lə amrullahi lə əfələnnə = sənin ömrünə and olsun və Allahın ömrünə and olsun ki, (bunu) mütləq edəcəyəm."
وَارْتِفَاعُهُ عَلَى الِابْتِدَاءِ وَخَبَرُهُ مَحْذُوفٌ،
Onun irtifası (yəni, mərfu olması), mubtəda olmasına görədir; və onun xəbəri, məhzuf (düşürülmüş)'dür.
أَيْ: قَسَمِي أَوْ يَمِينِي،
Yəni: "qasəmi = mənim andım" və ya "yəmini = mənim andım".
وَالْوَاوُ فِيهِ لِلِاسْتِئْنَافِ وَاللَّامُ لِلِابْتِدَاءِ.
"Vav", burda, "istinaf" üçündür; və "lam" isə, ibtida lamıdır.
• قَالَ فِي الْقَامُوسِ:
(Firuzabadi), "əl-Qamus" (adlı əsərin)'də, deyir:
وَإِذَا سَقَطَتِ اللَّامُ نُصِبَ انْتِصَابَ الْمَصَادِرِ،
"Lam" (hərfi) düşdükdə, məsdərlərin intisabı (nəsb edildiyi kimi) nəsb edilir.
وَجَاءَ فِي الْحَدِيثِ النَّهْيُ عَنْ قَوْلِ: لَعَمْرُ اللَّهِ. اهـ.
Hədisdə, "lə amrullah = Allahın ömrünə and olsun" sözündən nəhy gəlmişdir.
• قَالَ الْحَمَوِيُّ فِي حَاشِيَةِ الْأَشْبَاهِ:
Həməvi, "Haşiyətu'l-Əşbəh"də, (belə) deyir:
فَعَلَى هَذَا مَا كَانَ يَنْبَغِي لِلْمُصَنِّفِ أَنْ يَأْتِيَ بِهَذَا الْقَسَمِ الْجَاهِلِيِّ الْمَنْهِيِّ عَنْهُ. اهـ.
Buna görə də, musannif üçün münasib olan, özündən nəhy edilən bu cahiliyyə andını gətirməməsi idi. İntəha (son)!
• وَفِي شَرْحِ النُّقَايَةِ لِلْقُهسْتَانِيِّ:
Quhistani'nin "Şərh'un-Nuqayə"sində, (belə deyilir):
لَا يَجُوزُ أَنْ يَحْلِفَ بِغَيْرِ اللَّهِ تَعَالَى،
Allah Taala'dan başqasına and içmək, caiz deyildir.
وَيُقَالُ لَعَمْرِ فُلَانٍ،
Və deyilir: "Filankəsin ömrünə and olsun."
وَإِذَا حَلَفَ لَيْسَ لَهُ أَنْ يَبَرَّ،
(Belə) and içdiyində, onun üçün, andını yerinə yetirməsi lazım deyildir.
بَلْ يَجِبُ أَنْ يَحْنَثَ،
Əksinə, andını pozması, vacibdir.
فَإِنَّ الْبِرَّ فِيهِ كُفْرٌ عِنْدَ بَعْضِهِمْ كَمَا فِي كِفَايَةِ الشَّعْبِيِّ. اهـ.
Şübhəsiz, bəziləri nəzdində, (belə) bir andı yerinə yetirmək, küfrdür. Şabi'nin "Kifayə"sində (də), belədir. Son!
• أَقُولُ:
(Mən, ibn Abidin) deyirəm:
لَكِنْ قَالَ فَاضِلُ الرُّومِ حَسَنٌ جَلَبِي فِي حَاشِيَةِ الْمُطَوَّلِ:
Lakin, Fadilu'r-Rum Həsən Çələbi, "Haşiyətu'l-Mutavvəl" (adlı əsər)'də, (belə) deyir:
قَوْلُهُ: لَعَمْرِي يُمْكِنُ أَنْ يُحْمَلَ عَلَى حَذْفِ الْمُضَافِ،
Onun: "lə amri" sözü(nə gəlincə): bunun, mudafın hazfına (haşiyə) həml edilməsi, mümkündür.
-------------------------
(Haşiyə:
• Mudaf və Mudafun ileyh, nədir?
İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "insanın əli".
~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.
~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.
Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.
• Hazf, nə deməkdir?
Lüğətdə, "atmaq, salmaq, çıxarmaq, bir şeyin bir tərəfini kəsib atmaq" mənalarına gələn "hazf" kəliməsi, "müəyyən hərfləri istifadə etmədən söz söyləmək sənəti"ni ifadə edir.
Hazf: “söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsi”dir.
Məsələn, birini yola salarkən, "gülə-gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın anlaşılmasına əngəl olmadığından, hazf edilmişdir.
Quranda da, bir çox hazf nümunələri vardır. Məsələn, surə başlarında bismillah, yəni "Allahın adı ilə" dediyimizdə, əslində cümlə, tam deyildir. Ancaq bundan, "Allahın adı ilə başlayıram." mənası asanlıqla anlaşıldığından, "başlayıram" qismi hazf edilmişdir.
Əlavələr üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-niy%C9%99-and-icir)
-------------------------
أَيْ: لِوَاهِبِ عُمْرِي،
Yəni (onun "ömrümə and olsun" sözünün mənası): "ömrümü bəxş edənə and olsun" deməkdir.
وَكَذَا أَمْثَالُهُ مِمَّا أُقْسِمَ فِيهِ بِغَيْرِ اللَّهِ تَعَالَى،
Allah Taala'dan qeyrisinə içilən andların bənzərləri də, belədir.
كَقَوْلِهِ تَعَالَى:
(Allah) Taala'nın (bu) söz(lər)'i kimi:
﴿وَالشَّمْسِ﴾
~ "Günəşə and olsun."
وَ﴿اللَّيْلِ﴾
~ "Gecəyə and olsun."
وَ﴿الْقَمَرِ﴾
~ "Aya and olsun."
وَنَظَائِرِهِ،
və bunların bənzərləri.
أَيْ: وَرَبِّ الشَّمْسِ إِلَخْ.
Yəni: "Günəşin Rəbb'inə and olsun." (deməkdir).
• وَيُمْكِنُ أَنْ يَكُونَ الْمُرَادُ بِقَوْلِهِمْ لَعَمْرِي وَأَمْثَالِهِ ذِكْرُ صُورَةِ الْقَسَمِ لِتَأْكِيدِ مَضْمُونِ الْكَلَامِ وَتَرْوِيجِهِ فَقَطْ،
Onların "ömrümə and olsun" və bənzəri sözlərilə murad olunan, yalnız, kəlamın məzmununu təkid; və onu tərvic üçün, qəsəmin surətini zikr etməkdir.
لِأَنَّهُ أَقْوَى مِنْ سَائِرِ الْمُؤَكِّدَاتِ،
Çünki o, sair müəkkidat (təkid vasitələri)'ndən, daha qüvvətlidir;
وَأَسْلَمُ مِنَ التَّأْكِيدِ بِالْقَسَمِ بِاللَّهِ تَعَالَى لِوُجُوبِ الْبِرِّ بِهِ،
Və Ona içilən andı yerinə yetirmək vacib olduğu üçün, Allah Taala'ya and içməklə təkid etməkdən, daha salamatdır.
وَلَيْسَ الْغَرَضُ الْيَمِينَ الشَّرْعِيَّ وَتَشْبِيهَ غَيْرِ اللَّهِ تَعَالَى بِهِ فِي التَّعْظِيمِ،
Və (burdakı) məqsəd:
~ şəri (mənadakı) and; və
~ təzimdə, Allah'dan qeyrisini Ona bənzətmək
deyildir.
حَتَّى يَرِدَ عَلَيْهِ أَنَّ الْحَلِفَ بِغَيْرِ اسْمِهِ تَعَالَى وَصِفَاتِهِ عَزَّ وَجَلَّ مَكْرُوهٌ
(Elə isə), ona, "Allah Taala'nın isimləri və (Allah) azzə və cəllə'nin sifətlərinə and içmək, məkruhdur." (şəklində) bir etiraz gətirilməsin.
كَمَا صَرَّحَ بِهِ النَّوَوِيُّ فِي شَرْحِ مُسْلِمٍ،
Necə ki, Nəvəvi, "Muslim şərhi"ndə, onu açıqlamışdır.
بَلِ الظَّاهِرُ مِنْ كَلَامِ مَشَايِخِنَا أَنَّهُ كُفْرٌ إِنْ كَانَ بِاعْتِقَادِهِ أَنَّهُ حَلَفَ يَجِبُ الْبِرُّ بِهِ،
Əksinə, şeyxlərimizin kəlamından zahir olan budur ki, əgər onun etiqadı, and içmək (və həmin) andı yerinə yetirmək vacibdir (şəklində) olarsa, küfr (olan, məhz bu)'dur.
وَحَرَامٌ إِنْ كَانَ بِدُونِهِ كَمَا صَرَّحَ بِهِ بَعْضُ الْفُضَلَاءِ،
Bəzi fəzilətli şəxslərin açıqladığı kimi, əgər o (yəni, belə bir etiqad) olmazsa, haramdır.
وَذِكْرُ صُورَةِ الْقَسَمِ عَلَى الْوَجْهِ الْمَذْكُورِ لَا بَأْسَ بِهِ،
Məzkur (yuxarıda zikr edilən) cəhət üzərə qəsəmin surətini zikr etmək(də) isə, bir beis yoxdur.
وَلِهَذَا شَاعَ بَيْنَ الْعُلَمَاءِ،
Buna görə də, alimlər arasında, (bu fikir), (geniş) yayılmışdır.
كَيْفَ وَقَدْ قَالَ عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ: «قَدْ أَفْلَحَ وَأَبِيهِ»،
Necə (belə olmasın ki), (Allah rəsulu) aleyhi's-salatu və's-sələm, (belə) buyurmuşdur:
"Atasına and olsun ki, nicat tapdı." (Muslim, "Səhih", "Kitabu'l-İman", hədis no: 11; əbu Davud, "Sünən", hədis no: 3252)
وَقَالَ عَزَّ مِنْ قَائِلٍ:
Və (yenə, Allah) azzə, (belə) buyurmuşdur:
﴿لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ﴾،
Lə amrukə innəhum lə fi səkratihim yə'məhun.
(Yəni):
"Sənin ömrünə and olsun ki, şübhəsiz, onlar, öz sərxoşluqları içində, veyl-veyl gəzirlər." (Hicr/72) (haşiyə)
-------------------
(Haşiyə:
Təfsiri üçün bax:
https://suallarlaislam.com/.../hicr-sur%C9%99si-72-ci-ay...
Əlavələr üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-niy%C9%99-and-icir)
"Ömrümə and olsun." kəliməsinin haşiyəsi, burda bitir.
-----------------------
-----------------------
وَلَا فِيمَا أَحْدَثَ النَّاسُ وَابْتَدَعُوا أَمْرٌ يُهْتَدَى بِهِ،
Və insanların ihdas etdiyi və bidət olaraq ortaya çıxardığı şeylərdə, özü ilə hidayət tapılan bir şey yoxdur.
وَلَا الْأَمْرُ إِلَّا مَا جَاءَ بِهِ الْقُرْآنُ، وَدَعَا إِلَيْهِ مُحَمَّدٌ ﷺ، وَكَانَ عَلَيْهِ أَصْحَابُهُ حَتَّى تَفَرَّقَ النَّاسُ.
İş (məsələ), yalnız:
~ Quranın gətirdiyindən;
~ Muhamməd (sallallahu aleyhi və səlləm)'in özünə dəvət etdiyindən; və
~ insanlar (bir-birindən) ayrılana qədər də, səhabələrinin üzərində olduğu şeydən
ibarətdir.
وَأَمَّا مَا سِوَى ذَلِكَ فَمُبْتَدَعٌ وَمُحْدَثٌ.
Amma, bunlardan başqa şeylərə gəlincə, (o), bidət və muhdəs (sonradan ihdas edilmiş, ortaya çıxarılmış)'dır.
فَافهمْ كِتَابِي إِلَيْكَ،
Mənim sənə olan məktubumu, (yaxşı) başa düş;
فَاحْذَرْ رَأْيَكَ عَلَى نَفْسِكَ،
Özün barəsindəki rəyindən həzər et;
وَتَخَوَّفْ أَنْ يَدْخُلَ الشَّيْطَانُ عَلَيْكَ،
Və şeytanın sən(in qəlbi)'nə daxil olmasından qorx.
عَصَمَنَا اللهُ وَإِيَّاكَ بِطَاعَتِهِ،
Allah, bizi və səni, Özünə itaət ilə qorusun.
وَنَسْأَلُهُ التَّوْفِيقَ لَنَا وَلَكَ بِرَحْمَتِهِ.
Rəhmətilə, bizə və sənə, Ondan tövfiq istəyirik.
ثُمَّ أُخْبِرُكَ أَنَّ النَّاسَ كَانُوا أَهْلَ شِرْكٍ قَبْلَ أَنْ يَبْعَثَ اللهُ تَعَالَى مُحَمَّدًا ﷺ،
Sonra, sənə xəbər verirəm ki, insanlar, Allah Taala Muhamməd (sallallahu aleyhi və səlləm)'i göndərməmişdən qabaq, şirk əhli idilər.
فَبَعَثَ مُحَمَّدًا يَدْعُوهُمْ إِلَى الْإِسْلَامِ،
Beləliklə, Muhammədi göndərdi; və O (da), onları, İslama dəvət edirdi.
فَدَعَاهُمْ إِلَى أَنْ يَشْهَدُوا أَنَّهُ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَالْإِقْرَارِ بِمَا جَاءَ بِهِ مِنَ اللهِ تَعَالَى.
O, onları, Allahdan başqa ilah olmadığına; Onun bir olduğuna; şəriki olmadığına şəhadət etməyə; Allah Taala'dan gətirdiyi şeyləri iqrar etməyə dəvət edirdi.
وَكَانَ الدَّاخِلُ فِي الْإِسْلَامِ مُؤْمِنًا، بَرِيئًا مِنَ الشِّرْكِ، حَرَامًا مَالُهُ وَدَمُهُ، لَهُ حَقُّ الْمُسْلِمِينَ وَحُرْمَتُهُمْ.
İslama daxil olan:
~ mömin;
~ şirkdən bəri;
~ malı və qanı, haram;
~ müsəlmanların haqq və hörmətlərinə (toxunulmazlıqlarına sahib)
olurdu.
وَكَانَ التَّارِكُ لِذَلِكَ حِينَ دُعِيَ إِلَيْهِ كَافِرًا، بَرِيئًا مِنَ الْإِيمَانِ، حَلَالًا مَالُهُ وَدَمُهُ، لَا يُقْبَلُ مِنْهُ إِلَّا الدُّخُولُ فِي الْإِسْلَامِ أَوِ الْقَتْلُ، إِلَّا مَا ذَكَرَ اللهُ سُبْحَانَهُ وَتَعَالَى فِي أَهْلِ الْكِتَابِ مِنْ إِعْطَاءِ الْجِزْيَةِ.
Ona (yəni, İslama) dəvət edildiyində Onu tərk edən (isə):
~ kafir;
~ imandan bəri;
~ malı və qanı halal;
~ [Allah (subhənəhu və taala)'nın, kitab əhli haqqında zikr etdiyi cizyə vermək xaric] İslama daxil olmaq və ya qətldən başqa bir şey özündən qəbul edilməyən
olurdu.
ثُمَّ نَزَلَتِ الْفَرَائِضُ بَعْدَ ذَلِكَ عَلَى أَهْلِ التَّصْدِيقِ.
Sonra, təsdiq əhli üzərinə, bundan sonra, fərzlər nazil oldu.
فَكَانَ الْأَخْذُ بِهَا عَمَلًا مَعَ الْإِيمَانِ،
Sonra, onları (yəni, fərzləri) imanla əxz etmək (götürüb işləmək), əməl oldu.
وَلِذَلِكَ يَقُولُ اللهُ عَزَّ وَجَلَّ:
Bundan dolayı, Allah (azzə və cəllə), (belə) buyurur:
﴿الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ﴾
"İman edənlər və saleh əməl işləyənlər..."
وَقَالَ:
Və (yenə, belə) buyurmuşdur:
﴿وَمَنْ يُؤْمِنْ بِاللهِ وَيَعْمَلْ صَالِحًا﴾
"Kim Allaha iman edər və saleh əməl işləyərsə..." (Talaq/11)
وَأَشْبَاهُ ذَلِكَ مِنَ الْقُرْآنِ.
Və Qurandan, onun bənzəri (başqa ayə)'lər...
فَلَمْ يَكُنِ الْمُضَيِّعُ لِلْعَمَلِ مُضَيِّعًا لِلتَّصْدِيقِ،
Beləliklə, əməli zay edən, təsdiqi (də) zay etmiş olmadı.
وَقَدْ أَصَابَ التَّصْدِيقَ بِغَيْرِ عَمَلٍ.
Və o, əməl olmadan da təsdiqə nail (və ya sahib) oldu.
وَلَوْ كَانَ الْمُضَيِّعُ لِلْعَمَلِ مُضَيِّعًا لِلتَّصْدِيقِ،
Əgər əməli zay edən, təsdiqi (də) zay etmiş olsaydı:
لَانْتَقَلُوا بِتَضْيِيعِهِ مِنِ اسْمِ الْإِيمَانِ وَحُرْمَتِهِ وَحَقِّهِ،
~ onu (yəni, əməli) zay etməklə, "iman" ismi (adı)'ndan, onun hörmətindən və haqqından da çıxmış olar;
وَرَجَعُوا إِلَى حَالِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا مِنَ الشِّرْكِ.
~ və şirkdən üzərində olduqları (əvvəlki) hallarına rücu edər (qayıdar)'dılar.
وَمِمَّا يُعْرَفُ بِهِ اخْتِلَافُهُمَا
(Bu) ikisinin (yəni, təsdiq və əməlin) müxtəlifliyinin özü ilə bilindiyi şeylər, (bunlardır):
أَنَّ النَّاسَ لَا يَخْتَلِفُونَ فِي التَّصْدِيقِ،
• İnsanlar, təsdiqdə, (bir-birilərindən) fərqlənmirlər;
وَلَا يَتَفَاضَلُونَ فِيهِ،
• (insanlar), onda, (bir-birilərindən) üstün olmurlar;
وَقَدْ يَتَفَاضَلُونَ فِي الْعَمَلِ،
~ (Lakin), əməldə (bir-birilərindən) üstün olurlar;
وَتَخْتَلِفُ فَرَائِضُهُمْ.
~ və fərzlərdə (bir-birilərindən) fərqlənirlər.
وَدِينُ أَهْلِ السَّمَاءِ وَدِينُ الرَّسُولِ وَاحِدٌ.
• Səma əhlinin və Rəsulun dini, birdir.
فَلِذَلِكَ يَقُولُ اللهُ تَعَالَى:
Bundan dolayı, Allah Taala, (belə) buyurur:
﴿شَرَعَ لَكُمْ مِنَ الدِّينِ مَا وَصَّى بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ﴾.
"Allah, Nuha tövsiyə etdiyini; Sənə vəhy etdiyimizi; İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi, sizin üçün dində şəriət qıldı: 'Dini iqamə edin və onda firqələrə ayrılmayın." (Şura/13)
وَاعْلَمْ أَنَّ الْهُدَى فِي التَّصْدِيقِ بِاللهِ وَبِرَسُولِهِ لَيْسَ كَالْهُدَى فِيمَا افْتُرِضَ مِنَ الْأَعْمَالِ.
Bil ki, Allah və rəsulunu təsdiqdəki hidayət; əməllərdən fərz qılınmış şeylərdəki hidayət kimi deyil.
وَمِنْ أَيْنَ يُشْكِلُ ذَلِكَ عَلَيْكَ؟
O, sənin üçün necə müşkil ola bilər?!
وَأَنْتَ تُسَمِّيهِ مُؤْمِنًا بِتَصْدِيقِهِ كَمَا سَمَّاهُ اللهُ تَعَالَى فِي كِتَابِهِ،
Allah Taala, necə ki, onu, Öz kitabında "mömin" adlandırıbsa; sən (də), təsdiqindən dolayı, onu "mömin" adlandırırsan.
وَتُسَمِّيهِ جَاهِلًا بِمَا لَا يَعْلَمُ مِنَ الْفَرَائِضِ،
Və sən, onu, fərzlərdən bilmədiyi şeylərdən dolayı da, "cahil" adlandırırsan.
وَهُوَ إِنَّمَا يَتَعَلَّمُ مَا يَجْهَلُ.
O (cahil isə), bilmədiyi şeyləri öyrənir. (haşiyə)
-----------------------
(Haşiyə:
Yəni, imamın qəsdi, budur:
Əgər təsdiq və əməl eyni şey olsaydılar, bir insan, həm “mömin”; həm də “fərzlərdən cahil" ola bilməzdi. Halbuki biz, onun mömin olduğunu qəbul edir və eyni zamanda bilmədiyi fərzlərdə cahil olduğunu deyirik. Elə isə, təsdiq ilə əməl, eyni şeylər deyildirlər.
-----------------------
فَهَلْ يَكُونُ الضَّالُّ عَنْ مَعْرِفَةِ اللهِ تَعَالَى وَمَعْرِفَةِ رَسُولِهِ كَالضَّالِّ عَنْ مَعْرِفَةِ مَا يَتَعَلَّمُهُ النَّاسُ وَهُمْ مُؤْمِنُونَ؟!
Allah Taala və rəsulunun mərifətindən (yəni, Onları tanımaqdan) azmış olan şəxs; -insanların mömin olduqları halda- öyrəndiyi şeylərin mərifətindən azmış olan şəxs kimi olarmı?!
وَقَدْ قَالَ اللهُ تَعَالَى فِي تَعْلِيمِهِ الْفَرَائِضَ:
~ Allah Taala, fərzlərin təlimi haqqında, (belə) buyurmuşdur:
﴿يُبَيِّنُ اللهُ لَكُمْ أَنْ تَضِلُّوا وَاللهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾
Yubəyyinullahu lə kum ən tədillu. Vallahu bi kulli şeyin alim.
Yəni:
"Allah, azmayasınız deyə, sizə bəyan edir. Allah, hər şeyi biləndir." (Nisa/176)
وَقَالَ:
~ (Yenə, belə) buyurmuşdur:
﴿أَنْ تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الْأُخْرَى﴾
Ən tədillə ihdəhumə, fə tuzəkkira ihdəhumə'l-uxra.
Yəni:
"Onlardan biri unutduqda (və ya səhv etdikdə), digəri ona xatırlatsın." (Bəqərə/282)
وَقَالَ:
~ (Yenə, belə) buyurmuşdur:
﴿فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ﴾
Fəəltuhə izən və Ənə minə'd-dallin.
Yəni:
"(Musa dedi): 'Mən, onu, o vaxt etmişdim. Və Mən, azmışlardan idim." (Şüəra/20)
يَعْنِي مِنَ الْجَاهِلِينَ.
Yəni: "cahillərdən".
وَالْحُجَّةُ مِنْ كِتَابِ اللهِ تَعَالَى وَالسُّنَّةِ عَلَى تَصْدِيقِ ذَلِكَ أَبْيَنُ وَأَوْضَحُ مِنْ أَنْ تَشْكُلَ عَلَى مِثْلِكَ.
Bu (görüş)'ün doğruluğuna dair Allah Taala'nın kitabından və sünnətdən olan hüccətlər, -sənin kimi birinə qarışıq olmaqdan- daha açıq və daha vazehdir.
أَوَلَسْتَ تَقُولُ: مُؤْمِنٌ ظَالِمٌ، وَمُؤْمِنٌ مُذْنِبٌ، وَمُؤْمِنٌ مُخْطِئٌ، وَمُؤْمِنٌ عَاصٍ، وَمُؤْمِنٌ جَائِرٌ؟
Məgər: "Zalım mömin, günahkar mömin, xətalı mömin, asi mömin, haqsızlıq edən mömin." demirsənmi?
هَلْ يَكُونُ فِيمَا ظَلَمَ وَأَخْطَأَ مُهْتَدِيًا فِيهِ مَعَ هُدَاهُ فِي الْإِيمَانِ، أَوْ يَكُونُ ضَالًّا عَنِ الْحَقِّ الَّذِي أَخْطَأَهُ؟
O, -imandakı hidayətilə bərabər- zülm edib xəta etdiyi şeydə, muhtədi (hidayətə üzərə)mi olur? Və ya xəta etdiyi haqdan azmışmı olur?
وَقَوْلُ بَنِي يَعْقُوبَ عَلَى نَبِيِّنَا وَعَلَيْهِمُ السَّلَامُ لِأَبِيهِمْ،:
Yaqub oğullarının, -(Nəbimizə və Onlara salam olsun)- Atalarına (dedikləri bu) söz:
﴿إِنَّكَ لَفِي ضَلَالِكَ الْقَدِيمِ﴾
İnnəkə lə fi daləlikə'l-qadim.
Yəni:
"Şübhəsiz Sən (Yaqub), əvvəlki dəlalətindəsən." (Yusuf/95)
أَتَظُنُّ أَنَّهُمْ عَنَوْا أَنَّكَ لَفِي كُفْرِكَ الْقَدِيمِ؟
Sən, onların: "Şübhəsiz Sən (Yaqub), əvvəlki küfründəsən." qəsd etdiklərinimi zənn edirsən?
حَاشَا لِلَّهِ أَنْ تَفْهَمَ هَذَا،
Haşa, Allah eləməsin, bunu belə fəhm edəsən.
وَأَنْتَ بِالْقُرْآنِ عَالِمٌ.
(Halbuki) sən, Quranı bilən (kimsə)'sən.
وَاعْلَمْ أَنَّ الْأَمْرَ لَوْ كَانَ كَمَا كَتَبْتَ بِهِ إِلَيْنَا، أَنَّ النَّاسَ كَانُوا أَهْلَ تَصْدِيقٍ قَبْلَ الْفَرَائِضِ، ثُمَّ جَاءَتِ الْفَرَائِضُ،
Bil ki, iş, -sənin bizə yazdığın kimi- : "İnsanlar, fərzlərdən əvvəl, təsdiq əhli idilər. Fərzlər, sonra gəldi." (şəklində) olsaydı,
لَكَانَ يَنْبَغِي لِأَهْلِ التَّصْدِيقِ أَنْ يَسْتَحِقُّوا (اسْمَ) التَّصْدِيقِ بِالْعَمَلِ حِينَ كُلِّفُوا بِهِ.
Təsdiq əhlinin, əməl ilə mükəlləf edildikləri zaman "təsdiq" adına haqq qazanmaları lazım gələrdi.
وَلَمْ تُفَسِّرْ لِي مَا هُمْ وَمَا دِينُهُمْ وَمَا مُسْتَقَرُّهُمْ عِنْدَكَ (قَبْلَ ذَلِكَ)؟
(Ancaq, sən), (bundan əvvəl), onların, dinlərinin, sənin nəzdində qərarlaşdıqları şeyin nə olduğunu, Mənim üçün təfsir etmədin.
إِذَا هُمْ لَمْ يَسْتَحِقُّوا الِاسْمَ إِلَّا بِالْعَمَلِ حِينَ كُلِّفُوا،
(O halda), onlar, o ("təsdiq") adına, yalnız əməl ilə mükəlləf edildikləri zaman haqq qazanmayıblar.
فَإِنْ زَعَمْتَ أَنَّهُمْ مُؤْمِنُونَ تَجْرِي عَلَيْهِمْ أَحْكَامُ الْمُسْلِمِينَ وَحُرْمَتُهُمْ صَدَقْتَ،
Əgər, onların “möminlər” olduğunu; və müsəlmanların hökmləri və hörmətlərinin (onlar haqqında da) cərəyan etdiyini iddia edərsənsə, doğru söyləmiş olarsan.
وَكَانَ صَوَابًا لِمَا كَتَبْتُ بِهِ إِلَيْكَ.
Və sənə yazdığım şeyə görə, (bu), doğru idi.
وَإِنْ زَعَمْتَ أَنَّهُمْ كُفَّارٌ فَقَدِ ابْتَدَعْتَ وَخَالَفْتَ النَّبِيَّ وَالْقُرْآنَ.
Əgər sən, onların “kafirlər” olduğunu iddia edərsənsə; bidət çıxarmış və Nəbi və Qurana müxalifət etmiş olarsan.
وَإِنْ قُلْتَ بِقَوْلِ مَنْ تَعَنَّتَ مِنْ أَهْلِ الْبِدَعِ وَزَعَمْتَ أَنَّهُ لَيْسَ بِكَافِرٍ وَلَا مُؤْمِنٍ،
Əgər, bidət əhlindən inadkarlıq edən kimsənin sözünü desən; və "O, nə mömin, nə də kafirdir." (deyə) iddia etsən,
فَاعْلَمْ أَنَّ هَذَا الْقَوْلَ بِدْعَةٌ وَخِلَافٌ لِلنَّبِيِّ ﷺ وَأَصْحَابِهِ.
Bil ki, bu qövl, bidət; və Nəbi (sallallahu aleyhi və səlləm) və Onun əshabına müxalifətdir.
وَقَدْ سُمِّيَ عَلِيٌّ رَضِيَ اللهُ عَنْهُ أَمِيرَ الْمُؤْمِنِينَ، وَعُمَرُ رَضِيَ اللهُ عَنْهُ أَمِيرَ الْمُؤْمِنِينَ. أَوْ أَمِيرَ الْمُطِيعِينَ فِي الْفَرَائِضِ كُلِّهَا يَعْنُونَ؟
Əli (radiyallahu anh), Ömər (radiyallahu anh), "möminlərin əmiri" (deyə) adlandırılmışdılar; yoxsa (əshab), (onların), "bütün fərzlərdə itaət edənlərin əmiri" (olmaqlarınımı) nəzərdə tutur(du)?
وَقَدْ سَمَّى عَلِيٌّ أَهْلَ حَرْبِهِ مِنْ أَهْلِ الشَّامِ مُؤْمِنِينَ فِي كِتَابِ الْقَضِيَّةِ.
Əli, Şam əhlindən olan hərb əhlini, "Kitabu'l-Qadiyyə"də, "möminlər" (deyə) adlandırmışdır.
أَوْ كَانُوا مُهْتَدِينَ وَهُوَ يَقْتُلُهُمْ؟
Yoxsa; O (yəni, Əli), onları öldürdüyü halda (onlar) muhtədi (hidayət üzərə olan kimsə)'lər idilər?
وَقَدِ اقْتَتَلَ أَصْحَابُ رَسُولِ اللهِ ﷺ،
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əshabı, (bir-birilərilə) döyüşmüşdülər. (haşiyə)
-------------------------------
(Haşiyə:
Aşağıdakı linkdə, -xüsusilə- "Yeddincisi" və bu qisim içindəki "2-ci Vəch" qismi oxunsun.
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99th-sur%C9%99si-27-28-...)
-------------------------------
وَلَمْ تَكُنِ الطَّائِفَتَانِ مُهْتَدِيَتَيْنِ جَمِيعًا.
(Lakin) hər 2 tayfa bərabər, muhtədi deyildilər.
فَمَا اسْمُ الْبَاغِيَةِ عِنْدَكَ؟
(Elə isə), sənin nəzdində, "bağiyə" ismi, nədir?
فَوَاللهِ مَا أَعْلَمُ مِنْ ذُنُوبِ أَهْلِ الْقِبْلَةِ ذَنْبًا أَعْظَمَ مِنَ الْقَتْلِ،
Allaha and olsun ki, qiblə əhlinin günahlarından, qətldən daha əzəmətli bir günah, bilmirəm.
ثُمَّ دِمَاءِ أَصْحَابِ مُحَمَّدٍ عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ خَاصَّةً.
Sonra isə, -xüsusilə- Muhamməd (aleyhi's-salatu və's-sələm)'in əshabının qanlarından (daha əzəmətlisini, tanımıram).
فَمَا اسْمُ الْفَرِيقَيْنِ عِنْدَكَ؟
Elə isə, sənin nəzdində, (bu) 2 firqənin adı, nədir?
وَلَيْسَا مُهْتَدِيَيْنِ جَمِيعًا.
(Ki), hər ikisi bərabər, muhtədi deyildir.
فَإِنْ زَعَمْتَ أَنَّهُمَا مُهْتَدِيَانِ جَمِيعًا ابْتَدَعْتَ.
~ Əgər, Onların hər ikisinin bərabər "muhtədilər" olduğunu iddia etsən, bidət etmiş olarsan.
وَإِنْ زَعَمْتَ أَنَّهُمَا ضَالَّانِ جَمِيعًا ابْتَدَعْتَ.
~ Əgər, Onların hər ikisinin bərabər "dallin/dəlalətdə olanlar" olduğunu iddia etsən, bidət etmiş olarsan.
وَإِنْ قُلْتَ إِنَّ أَحَدَهُمَا مُهْتَدٍ فَمَا الْآخَرُ؟
Əgər: "Muhtədi, O ikisindən biridir." desən, bəs digəri nədir?
فَإِنْ قُلْتَ: اللهُ أَعْلَمُ أَصَبْتَ.
Əgər: "Allah, daha gözəl bilir." desən, isabət edərsən.
تَفَهَّمْ هَذَا الَّذِي كَتَبْتُ بِهِ إِلَيْكَ.
Haqqında sənə yazmış olduğum şeyi, yaxşı fəhm et!
وَاعْلَمْ أَنِّي أَقُولُ:
Və bil ki, Mən, deyirəm ki:
أَهْلُ الْقِبْلَةِ مُؤْمِنُونَ،
Qiblə əhli, mömindir.
لَسْتُ أُخْرِجُهُمْ مِنَ الْإِيمَانِ بِتَضْيِيعِ شَيْءٍ مِنَ الْفَرَائِضِ.
Fərzlərdən bir şeyi zay etdiklərindən dolayı, onları imandan çıxaran kimsə deyiləm.
فَمَنْ أَطَاعَ اللهَ تَعَالَى فِي الْفَرَائِضِ كُلِّهَا مَعَ الْإِيمَانِ كَانَ مِنْ أَهْلِ الْجَنَّةِ عِنْدَنَا.
Kim, -imanla bərabər- bütün fərzlərdə Allah Taala'ya itaət edərsə, o, Bizim nəzdimizdə, cənnət əhlindən olar.
وَمَنْ تَرَكَ الْإِيمَانَ وَالْعَمَلَ كَانَ كَافِرًا مِنْ أَهْلِ النَّارِ.
Və kim də, iman və əməli tərk edərsə, cəhənnəm əhlindən bir kafir olar.
وَمَنْ أَصَابَ الْإِيمَانَ وَضَيَّعَ شَيْئًا مِنَ الْفَرَائِضِ كَانَ مُؤْمِنًا مُذْنِبًا،
Kim iman edər və fərzlərdən bir şeyi zay edərsə; günahkar mömin olar.
وَكَانَ لِلَّهِ تَعَالَى فِيهِ الْمَشِيئَةُ،
Onun barəsindəki məşiət, Allaha məxsusdur.
إِنْ شَاءَ عَذَّبَهُ وَإِنْ شَاءَ غَفَرَ لَهُ.
İstəsə, ona əzab verər; istəsə bağışlayar.
فَإِنْ عَذَّبَهُ عَلَى تَضْيِيعِهِ شَيْئًا فَعَلَى ذَنْبٍ يُعَذِّبُهُ،
Əgər ona bir şeyi zay etdiyindən dolayı əzab verərsə, bir günaha görə əzab vermiş olar.
وَإِنْ غَفَرَ لَهُ فَذَنْبًا يَغْفِرُ.
Əgər onu bağışlayarsa, (o) günahı bağışlamış olar.
وَإِنِّي أَقُولُ فِيمَا مَضَى مِنِ اخْتِلَافِ أَصْحَابِ رَسُولِ اللهِ ﷺ فِيمَا كَانَ بَيْنَهُمْ:
Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələri arasında keçmişdə baş verən şey haqqında, deyirəm:
اللهُ أَعْلَمُ.
Allah daha yaxşı bilir!
وَلَا أَظُنُّ هَذَا إِلَّا رَأْيَكَ فِي أَهْلِ الْقِبْلَةِ،
Və zənn etmirəm ki, bu, sənin qiblə əhli haqqındakı rəyindən başqadır.
لِأَنَّهُ أَمْرُ أَصْحَابِ رَسُولِ اللهِ ﷺ وَأَمْرُ (حَمَلَةِ) السُّنَّةِ وَالْفِقْهِ.
Çünki o, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrinin; və sünnət və fiqh daşıyıcılarının işidir.
زَعَمَ (1) أَخُوكَ عَطَاءُ بْنُ أَبِي رَبَاحٍ ـ وَنَحْنُ نَصِفُ لَهُ هَذَا ـ أَنَّ هَذَا أَمْرُ أَصْحَابِ رَسُولِ اللهِ ﷺ.
~ Sənin qardaşın Ata b. əbi Rabah (da), (bunu) iddia etmişdir; və Biz (də), onun üçün, bunu vəsf edirik:
"Şübhəsiz, bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrinin işidir."
-----------------------
(1) أو الزعم هنا بمعنى القول الحق بقرينة المقام. و هو من الأضداد فيعين المقام المراد. فكل هؤلاء لا يرون نفي الإيمان عن مرتكب الكبيرة (ز)
Və ya, burda, "zə'mu", məqam qərinəsilə, "haqq qövl" mənasındadır. Və o, əddad (zidd mənalı sözlər)'dəndir. Beləliklə, məqam, muradı müəyyən edir.
Demək ki, bütün bunlar, kəbirə işləyəndən, imanın nəfyini qəbul etmirlər. (Zahid əl-Kəvsəri)
------------------------
وَزَعَمَ أَخُوكَ نَافِعٌ هَذَا،
~ Qardaşın Nafi (də), bunu iddia etmişdir.
وَأَنَّهُ فَارَقَ (ابْنَ عُمَرَ) عَلَى هَذَا.
(Lakin o), bunda, (ibn Ömər)'dən ayrılmışdır.
وَزَعَمَ سَالِمٌ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ: هَذَا أَمْرُ أَصْحَابِ مُحَمَّدٍ ﷺ.
~ Salim, Səid b. Cubeyr'dən (nəql edərək, belə) demişdir:
"Bu, Muhamməd (sallallahu aleyhi və səlləm)'in səhabələrinin işidir."
وَزَعَمَ أَخُوكَ نَافِعٌ أَنَّ هَذَا أَمْرُ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللهُ عَنْهُمَا.
~ Və qardaşın Nafi (b. Hürmüz əl-Adəvi əl-Mədini, ibn Ömərin mövlası), iddia etmişdir ki, "Bu, Abdullah b. Ömər (radiyallahu anhuma)'nın işidir."
وَزَعَمَ ذَلِكَ أَيْضًا عَبْدُ الْكَرِيمِ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا: أَنَّ هَذَا أَمْرُهُ.
~ (Yenə), bunu, həmçinin, Abdu'l-Kərim, Tavus'dan; o da, ibn Abbas (radiyallahu anhuma)'dan (nəql edərək, belə) demişdir: "Bu, Onların işidir."
وَقَدْ بَلَغَنِي عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللهُ تَعَالَى عَنْهُ حِينَ كَتَبَ الْقَضِيَّةَ أَنَّهُ يُسَمِّي الطَّائِفَتَيْنِ مُؤْمِنَيْنِ جَمِيعًا.
Mənə, Əli b. əbi Talib (radiyallahu Taala anhu)'dan (belə) çatıb ki, O, qəziyyə (iki tərəf arasındakı hökmü) yazarkən, hər iki tayfanı bərabər "möminlər" (deyə) adlandırmışdır.
وَزَعَمَ ذَلِكَ أَيْضًا عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ، كَمَا رَوَاهُ مَنْ لَقِيَنِي مِنْ إِخْوَانِكَ فِيمَا بَلَغَنِي عَنْكَ.
Sənin qardaşlarından Mənimlə görüşən birinin, səndən Mənə çatdırdığına görə, Ömər b. Abdi'l-Aziz də, bunu iddia etmişdir.
ثُمَّ قَالَ: ضَعُوا لِي فِي هَذَا كِتَابًا،
Sonra O, (belə) demişdir: "Bu haqda, Mənim üçün bir kitab yazın."
ثُمَّ أَنْشَأَ يُعَلِّمُهُ وَلَدَهُ، وَيَأْمُرُهُمْ بِتَعْلِيمِهِ.
Sonra, onu, övladına öyrətməyə başladı; və onlara, onun təlimini (başqalarına öyrədilməsini) əmr etdi.
عَليه جُلَسَاءَكَ رَحِمَكَ اللهُ تَعَالَى.
Səninlə oturanlar (Allah Taala sənə rəhmət etsin), onun üzərinə (birləşdilər).
فَكَانَ بِمَكَانٍ مِنَ الْمُسْلِمِينَ.
Və beləliklə, (bu görüş), müsəlmanlar arasında, (mühim) bir məqama (sahib) oldu.
وَاعْلَمْ أَنَّ أَفْضَلَ مَا عَلَّمْتُمْ وَمَا تُعَلِّمُونَ النَّاسَ السُّنَّةَ،
Bil ki, sizin (keçmişdə və indi) öyrətdiyiniz şeylərin ən fəzilətlisi, sünnət'dir.
وَأَنْتَ يَنْبَغِي لَكَ أَنْ تَعْرِفَ أَهْلَهَا الَّذِينَ يَنْبَغِي أَنْ يَتَعَلَّمُوهَا.
Sənə yaraşan, (sünnəti) öyrənmələri lazım olan (sünnət) əhlini tanımağındır.
وَأَمَّا مَا ذَكَرْتَ مِنْ اسْمِ الْمُرْجِئَةِ (1)،
Amma, "murciə" ismi (adın)'dan zikr etdiyin şeyə gəlincə:
فَمَا ذَنْبُ قَوْمٍ تَكَلَّمُوا بِعَدْلٍ وَسَمَّاهُمُ أَهْلُ الْبِدعِ بِهَذَا الِاسْمِ؟
Ədalətlə danışan və bu adla bidət əhli olaraq adlandırılan qövmün, nə günahı var?
وَلَكِنَّهُمْ أَهْلُ الْعَدْلِ وَأَهْلُ السُّنَّةِ،
Lakin onlar, ədalət və sünnət əhlidirlər.
وَإِنَّمَا هَذَا اسْمٌ سَمَّاهُمْ بِهِ أَهْلُ شَنَآنٍ.
Onunla (yəni, bu adla) onları adlandıranlar, ancaq (onlara) kin bəsləyənlərdir.
وَلَعَمْرِي مَا يُهَجِّنُ عَدْلًا لَوْ دَعَوْتَ إِلَيْهِ النَّاسَ فَوَافَقُوكَ عَلَيْهِ أَنْ سَمَّيْتَهُمْ أَهْلَ شَنَآنٍ الْبَتَّةَ.
Ömrümə and olsun ki, əgər insanları ona (yəni, ədalətə) dəvət etsəydin və onları (yəni, bu murciə böhtanını atanları) kin əhli adlandırmağın üzərinə (insanlar) səninlə müvafiq olsaydılar, (bu), əsla, ədaləti ləkələməzdi.
فَلَوْ فَعَلُوا ذَلِكَ كَانَ هَذَا الِاسْمُ بِدْعَةً.
Və onlar bunu etsəydilər, bu isim, bidət olardı.
فَهَلْ يُهَجِّنُ ذَلِكَ مَا أَخَذْتَ بِهِ مِنْ أَهْلِ الْعَدْلِ,
Və o, ədalət əhlindən əxz etdiyin şeyi, çirkinləşdirərmi?
------------------
(1) و عد من جعل مرتكب الكبيرة تحت مشيئة الله إن شاء عفا عنه و إن شاء عذبه بها من أهل الضلال لا يكون إلا من المعتزلة أو الخوارج أو ممن سار سيرهم و هو غير شاعر
~ Böyük günah işləyni, Allahın məşiəti altında qılanı;
~ "Əgər istəsə, əfv edər; istəsə də, ona görə, ona əzab verər." (deyən) kimsəni,
dəlalət əhlindən sayan, -fərqində olmadan- mötəzilənin və ya xavaricin və ya onların yolundan gedənlərdən başqası olmaz.
و قد روى ابن أبي العوام الحافظ عن إبراهيم بن أحمد بن سهل الترمذي عن القاسم بن غسان المروزي القاضي عن أبيه عن محمد بن يعلى زنبور عن أبي حنيفة
Hafiz ibn əbi'l-Avvam, İbrahim b. Əhməd b. Səhl ət-Tirmizi'dən; o ---> qadı Qasım b. Ğassan əl-Mərvəzi'dən; o ---> atasından; o ---> Muhamməd b. Ya'la Zənbur'dan; o da ---> əbu Hənifə'dən
rəvayət etdi.
(ح) قال إبراهيم ثنا عبدالواحد بن أحمد الرازي بمكة ثنا موسى بن سهل الرازي أنبأنا بشار بن قيراط عن أبي حنيفة:
(Başqa bir isnadla), İbrahim dedi: Abdu'l-Vahid b. Əhməd ər-Razi, Məkkə'də rəvayət etdi; Musa b. Səhl ər-Razi rəvayət etdi; Bəşşar b. Qayrat, əbu Hənifə'dən, bizə (belə) xəbər verdi:
دخلت أنا و علقمه بن مرثد على عطاء بن أبي رباح
Mən və Alqamə b. Mərsəd, Ata b. əbi Rabah'ın (yanına) daxil olduq.
فقلنا له يا أبا محمد إن ببلادنا قوما يكرهون أن يقولوا إنا مؤمنون
- Ona, (belə) dedik: "Ey əbu Muhamməd! Bizim diyarımızda bir qövm var ki, 'Mən, möminəm.' deməyi, məkruh görürlər.”
ثم قالا: قال عطاء: و لم ذاك؟
Sonra, (o ikisi) dedilər:
- Ata (belə) dedi: "O, nə üçün elədir?"
قال يقولون إن قلنا نحن مؤمنون قلنا نحن من أهل الجنة
- Dedi: "Onlar: 'Əgər: 'Biz, möminik.' desək, 'Biz, cənnət əhlindənik.' demiş olarıq.' deyirlər."
فقال عطاء فليقولوا نحن مؤمنون و لا يقولون نحن من أهل الجنة فإنه ليس من ملك مقرب و لا نبي مرسل إلا و لله عز و جل عليه الحجة إن شاء عذبه و إن شاء غفر له
- Ata, (belə) dedi: "Qoy onlar: 'Biz, möminlərik.' desinlər; (ancaq), 'Biz, cənnət əhlindənik.' deməsinlər. Çünki, elə bir muqarrəb mələk və mürsəl bir nəbi yoxdur ki, Allah (azzə və cəllə)'nin, onun üzərində bir hüccəti olmasın. İstəsə, ona əzab verər; istəsə də onu bağışlayar."
ثم قال عطاء: يا علقمة إن أصحابك كانوا يسمون أهل الجماعة حتى كان نافع بن الأزرق فهو الذي سماهم المرجئة
- Sonra Ata, (belə) dedi: "Ey Alqamə! Sənin əshabın, Nafi b. Əzraq gələnə qədər, 'camaat əhli' (deyə) adlandırılırdılar. O (yəni, Nafi b. Əzraq əl-Xarici), onları murciə adlandıran kimsədir."
قال القاسم قال أبي و إنما سماهم المرجئة فيما بلغنا
Qasım deyir: Atam dedi:
Bizə çatan (xəbər)'ə görə, o, onları, (buna görə) murciə adlandırmışdı:
أنه كلم رجلا من أهل السنة
O, əhl-i sünnətdən bir adam ilə danışır;
فقال له أين تنزل الكفار في الآخرة؟
- Və ona: "Axirətdə, kafirləri hara endirirsən (yəni, hara daxil edirsən)?" (deyə) soruşur.
قال: النار.
- (Əhl-i Sünnət şəxs): "Atəşə." (deyə) cavab verir.
قال: فأين تنزل المؤمنين
- (Nafi): "(Bəs) möminləri hara endirirsən?" (deyə) soruşur.
قال: المؤمنون على ضربين: مؤمن بر تقي فهو في الجنة. و مؤمن فاجر ردئ فأمره إلى الله عز و جل إن شاء عذبه بذنوبه و إن شاء غفر له بإيمانه.
- (Əhl-i sünnət), (belə) cavab verir: "Möminlər, 2 qisimdirlər:
(1) yaxşı əməl sahibi və təqvalı mömin; (ki), o, cənnətdədir;
(2) facir və pis əməl sahibi mömin; (ki) onun işi də, Allah (azzə və cəllə)'yə qalmışdır. İstəsə ona əzab verər; istəsə də -imanından dolayı- onu məğfirət edər."
قال: فأين تنزله؟
- (Nafi, belə) soruşur: "Bəs yaxşı, onu hara endirirsən?"
قال: لا أنزله و لكني أرجئ أمره إلى الله عز و جل.
- (Əhl-i sünnət, belə) cavab verir: "Onu, (hər hansı bir yerə) endirmirəm. Lakin, (urciu əmrahu iləllahi azzə və cəllə = Onun işini, Allah azzə və cəlləyə ertələyirəm (və ya həvalə edirəm)."
فقال: فأنت مرجئ ١ ه
- Bunun üzərinə, (Nafi, belə) deyir: "Sən, murciə'sən." (*)
Son!
فمن سمى أهل السنة بالمرجئة فقد تابع نافع بن الأزرق الخارجي الذي يرى تخليد مرتكب الكبيرة في النار. (ز).
Kim, əhl-i sünnəti "murciə" adlandırarsa, böyük günah işləyəni atəşdə görən Nafi b. Əzraq əl-Xarici'yə tabe olmuşdur. (Zahid əl-Kəvsəri)
(*) Qaynaq:
ibn əbi'l-Avvam, "Fədail-u əbi Hənifə və əxbaruhu və mənəqibuhu", 224-225-ci xəbərlər
-------------------
ثُمَّ إِنَّهُ لَوْلَا كَرَاهِيَةُ التَّطْوِيلِ وَأَنْ يَكْثُرَ التَّفْسِيرُ لَشَرَحْتُ لَكَ الْأُمُورَ الَّتِي أَجَبْتُكَ بِهَا فِيمَا كَتَبْتَ بِهِ.
Sonra, (özü) uzatmağın kərahiyyəti; və təfsirin (yəni, izahın) sənin üçün çoxalması olmasaydı, sənin üçün, yazdığın şeylər barəsində, özü ilə sənə cavab verdiyim şeyləri şərh edərdim.
ثُمَّ إِنْ أَشْكَلَ عَلَيْكَ شَيْءٌ أَوْ أَدْخَلَ عَلَيْكَ أَهْلُ الْبِدعِ شَيْئًا، فَأَعْلِمْنِي أُجِبْكَ فِيهِ إِنْ شَاءَ اللهُ تَعَالَى،
Sonra, əgər bir şey sənin üçün qaranlıq qalsa; və ya bidət əhli sən(in qəlbin)'ə bir (şübhə) daxil etsə, Mənə bildir. İnşallah onun haqqında, sənə cavab verərəm.
ثُمَّ لَا آلُوكَ وَنَفْسِي خَيْرًا،
Sonra, sənə və öz nəfsimə, xeyir olaraq, (heç nəyi) əsirgəmərəm.
وَاللهُ الْمُسْتَعَانُ.
Allah, Mustəan (Özündən kömək istənilən)'dir.
لَا تَدَعِ الْكِتَابَ إِلى بِسَلَامِكَ وَحَاجَتِكَ.
Salam (çatdırmaq) və ehtiyacın üçün məktub (yazma)'ğı tərk etmə.
رَزَقَنَا اللهُ مُنْقَلَبًا كَرِيمًا وَحَيَاةً طَيِّبَةً.
Allah, bizi, kərim bir dönüş yeri və gözəl bir həyat ilə ruziləndirsin.
وَسَلَامُ اللهِ عَلَيْكَ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ.
Allahın salamı, rəhməti və bərəkəti üzərinə olsun.
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ،
Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur.
وَصَلَّى اللهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلَى آلِهِ وَصَحْبِهِ أَجْمَعِينَ.
Allah, seyyidimiz Muhamməd'ə, ailəsinə və bütün səhabələri salat etsin.
https://archive.org/details/alim-ve-muteallim-fikhi-ekbsat/page/n40/mode/1up
