Ənbiya surəsi 47-ci ayə

وَنَضَعُ ٱلْمَوَ‌ٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَـٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْـًٔا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَـٰسِبِينَ

Və nədau'l-məvəzinə'l-qista li yəvmi'l-qiyəmə

=

Qiyamət günü üçün, ədalət tərəziləri qoyarıq.

Fə lə tuzləmu nəfsun şəyən

=

Beləliklə, (kiçik) bir şey (belə), heç kimə zülm edilməz.

Və in kənə misqalə habbətin min xardalin ətəynə bihə

=

Xardal dənəsi ağırlığında olsa belə, onu (yəni, o əməli) gətirərik.

Və kəfə binə həsibin

=

Hesaba çəkənlər olaraq, Biz kifayət edərik.

(×):

"Qiyamət günü üçün, ədalət tərəziləri qoyarıq. Beləliklə, (kiçik) bir şey (belə), heç kimə zülm edilməz. Xardal dənəsi ağırlığında olsa belə, onu (yəni, o əməli) gətirərik. Hesaba çəkənlər olaraq, Biz kifayət edərik." (Ənbiya/47)

-------------------------

Təfsiri:

Allah Taala, bu tərəziləri, "ədalət" ilə vəsf etmişdir. Çünki, tərəzilər, bəzən doğru, bəzən yalnış olur. Beləcə, Haqq Taala, o tərəzilərin, ədalət və doğruluq üzərə olduqlarını bəyan etmiş və bu xüsusu, "Beləliklə, (kiçik) bir şey (belə), heç kimə zülm edilməz." deyə ifadə etmişdir.

Burda, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

"...Ədalət tərəziləri qoyarıq..." (demək): "onları hazırlamaq" deməkdir.

Fərra, (belə) deyir:

Burdakı "qist/ədalət" kəliməsi, müfrəd (tək halda) isə də, "məvazin/tərəzilər" (kəliməsi)'nin sifətidir. Bu, sənin, bir topluluq haqqında, "əntum adlun = sizlər, ədalətsiniz" deməyin kimidir.

Zəccac isə, (belə) demişdir:

Bu ifadənin mənası, "Biz, adil olan tərəzilər quracağıq." şəklindədir.

Ayədəki, "qiyamət günü üçün" ifadəsi haqqında, Fərra: "Bu, 'qiyamət günündə' mənasındadır." deyərkən;

Bunun, "qiyamət günü xalqı üçün" mənasında olduğu da deyilmişdir.

----------------------------------

✓ İkinci məsələ:

Bu tərəzilərin qurulması haqqında, 2 görüş vardır:

1. Mücahid, belə deyir:

"Bu, bir təmsildir. Tərəzilərlə bildirilmək istənilən, Allahın ədalətidir."

Bu görüşün bir bənzəri, Qatadə və Dahhak'dan da rəvayət edilmişdir.

"Vəzn" (tərəzi ilə çəkmə) ilə bildirilmək istənilən: insanlar arasında, onların əməlləri xüsusunda, ədalətlə davranmaqdır. Buna görə, kimin həsənatı (gözəl əməlləri), səyyiatı (pis əməlləri)'ni aşmış olarsa, onun tərəziləri ağır gələr; yəni, onun yaxşılıqları, pisliklərini silib aparar; kimin də pislikləri yaxşılıqlarını keçərsə, onun çəkiləri də, xəfif gələr, deməkdir. Yəni, pislikləri, yaxşılıqlarını aparar.

ibn Cərir (ət-Tabəri), ibn Abbas'dan belə rəvayət etmişdir.

2. Sələf imamlarının görüşünə görə, Haqq Taala, həqiqi mənada tərəzilər qoyar; və əməllər, bunlarla çəkilər (ölçülər).

Həsən əl-Basri'nin, belə dediyi rəvayət edilmişdir:

"Bu tərəzi, iki gözü, bir əqrəbi olan bir tərəzi olub, Cəbrayılın əlindədir."

Rəvayət edildiyinə görə, Davud (əleyhissəlam), Rəbb'indən, özünə o tərəzinin göstərilməsini istəmiş; onu görüncə də, özündən getmiş; gəlincə də: "Allahım! Onun gözünü, kim doldura bilər?" deyincə, Haqq Taala: "Ey Davud! Mən, qulumdan razı olduğumda; onu bir xurma (nın mükafatı belə) doldurar." deyə buyurmuşdur.

Buna görə, əməllərin necə çəkildiyi xüsusunda da, bu 2 görüş iləri sürülmüşdür:

a. Əməl dəftərinin çəkilməsi surətilə;

b. (Tərəzinin) həsənat gözünə: bəyaz ağlıq, nurlu cövhərlər; səyyiat gözünə də: qara cövhərlər qoyulmaq surətilə.

İndi, əgər:

"Qiyamətdəkilər, Haqq Taala'nın, adil olduğunu, zalım olmadığını, ya bilməkdədirlər, ya da bilməməkdə.

Bundan dolayı, əgər onlar, Haqq Taala'nın:

~ adil olub zalım olmadığını bilirlərsə, Onun sadəcə hökm verməsi, ağır gələn şeyin, ya həsənat, ya da səyyiat olduğunu bilmədə, kifayət edir. Bundan dolayı, tərəzinin qoyulmasında, qətiliklə bir fayda olmur.

Yox əgər, onlar,

~ bunu (yəni, adil olub zalım olmadığını) bilmirlərsə, yenə, Haqq Taala'nın, zülm edərək, 2 səhifədən birini daha ağır, ya da daha xəfif qılması ehtimalı olduğu üçün, yenə dəftərlərin çəkilməsindən bir fayda əldə edilməz.

Bundan dolayı, hər iki hala görə də, tərəzi qurmağın faydasız olduğu, faydadan xali və uzaq olduğu sabit olur."

deyilərsə, bizim görüşümüzə görə, bunun cavabı:

~ Haqq Taala'nın, etdiyindən mühakimə edilməməsi; ancaq onlarınsa, etdiklərindən sorğu-sual ediləcəkləridir.

~ Həm, bu tərəzi qurma işində, bütün məxluqatın hüzurunda, dostun halının, düşməninkindən ayırd edilərək ortaya qoyulması işi mövcuddur. Beləcə, bu iki tərəfdən biri, ən böyük səadət və süruru; digəri isə, ən böyük kədəri əldə etmiş olur ki, beləcə, bu, səhifələrin və başqa şeylərin iç üzlərinin ortaya tökülərək nəşr edilməsi kimi olur.

Bunun belə olduğu sabit olduğuna görə, indi, biz deyirik ki:

Axirətdə, həqiqi mənada bir tərəzinin qurulacağına dair dəlil, budur:

Bu ləfzi, sırf ədalət mənasına həml etmək (yükləmək), məcazi bir yoldur. Halbuki, ləfzi, hər hansı bir zərurət olmadan həqiqi mənasından alıb məcazi mənaya həml etmək isə, -hələ, bu mövzuda səhih sənədlərlə gəlmiş bir çox hədis də mövcuddursa- caiz deyildir.

(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər bir şəkildə-)

------------------------

------------------------

Əlavələr:

Təvil nədir? Şərtləri hansılardır?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vil-n%C9%99dir

-------------------

-------------------

٥٨ - بَاب قَوْلِ اللَّهِ تَعَالَى: ﴿وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ﴾

58. Allah Taala'nın: "Və qiyamət günü üçün, ədalət tərəziləri qoyarıq." sözü babı:

وَأَنَّ أَعْمَالَ بَنِي آدَمَ وَقَوْلَهُمْ يُوزَنُ،

Şübhəsiz, Bən-i Adəm'in əməlləri və sözləri, çəkilər.

وَقَالَ مُجَاهِدٌ:

Mücahid dedi:

الْقُسْطَاسُ الْعَدْلُ بِالرُّومِيَّةِ،

"Qistas", rumca, "ədalət" deməkdir.

وَيُقَالُ: الْقِسْطُ مَصْدَرُ الْمُقْسِطِ وَهُوَ الْعَادِلُ، وَأَمَّا الْقَاسِطُ فَهُوَ الْجَائِرُ.

Və deyilir ki: Qistas, muqsit (sözü)'nün məsdəridir. Və o, adil (deməkdir). Ancaq "qasit", cair (zülm edən)'dir.

---------------------

٧٥٦٣ - حَدَّثَنا أَحْمَدُ بْنُ إِشْكَابٍ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ عَنْ أَبِي زُرْعَةَ عَنْ أَبِي هُرَيْرَةَ ﵁ قَالَ:

7563. Bizə, Əhməd b. İşkəb xəbər verdi; bizə, Muhamməd b. Fudayl,

Ömər b. Qa'qa'dan ---> əbu Zur'a'dan ---> əbu Hureyrə'dən

(belə) xəbər verdi:

(əbu Hureyrə) dedi:

قَالَ النَّبِيُّ ﷺ:

Nəbi (sallallahu aleyhi və səlləm), (belə) buyurmuşdur:

كَلِمَتَانِ حَبِيبَتَانِ إِلَى الرَّحْمَنِ خَفِيفَتَانِ عَلَى اللِّسَانِ ثَقِيلَتَانِ فِي الْمِيزَانِ: سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ، سُبْحَانَ اللَّهِ الْعَظِيمِ.

"Rahmən (olan) Allaha sevimli; dildə xəfif; mizanda (tərəzidə) (isə) ağır 2 kəlimə vardır:

Subhanallahi və bi həmdihi; Subhanallahi'l-Azim."

-------------------

(Şərhi):

قَوْلُهُ: (بَابُ قَوْلِ اللَّهِ تَعَالَى: ﴿وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ﴾

Onun (yəni, Buxari'nin): "Allah Taala'nın: 'Qiyamət günü üçün, ədalət tərəziləri qoyarıq." sözü babı"

كَذَا لِأَبِي ذَرٍّ وَسَقَطَ لِأَكْثَرِهِمْ لِيَوْمِ الْقِيَامَةِ،

əbu Zərr (nüsxəsin)'də də belədir. "Qiyamət günü üçün" (ləfzi) isə, əksər (nüsxələr)'də düşmüşdür.

وَالْمَوَازِينُ جَمْعُ مِيزَانٍ وَأَصْلُهُ مِوْزَانٌ فَقُلِبَتِ الْوَاوُ يَاءً لِكِسْرَةِ مَا قَبْلَهَا،

"Məvəzin", "mizan" (kəliməsi)'nin cəmidir. Əsli, "mivzən"dir. Özündən əvvəlki (hərf) kəsrə olduğu üçün, "vav" (hərfi), "yə" (hərfi)'nə çevrilmişdir.

وَاخْتُلِفَ فِي ذِكْرِهِ هُنَا بِلَفْظِ الْجَمْعِ،

Burda, cəm ləfzilə zikr edilməsi haqqında, ixtilaf edilmişdir.

هَلِ الْمُرَادُ أَنَّ لِكُلِّ شَخْصٍ مِيزَانًا أَوْ لِكُلِّ عَمَلٍ مِيزَانٌ؟

✓ (Bununla) murad olunan:

~ hər bir şəxs üçün, bir mizan (tərəzi)'nin olmasıdır?

yoxsa

~ hər bir əməl üçün, bir mizanın olmasıdır?

فَيَكُونُ الْجَمْعُ حَقِيقَةً، أَوْ لَيْسَ هُنَاكَ إِلَّا مِيزَانٌ وَاحِدٌ؟

✓ Cəm, həqiqi (mənada) olur (yəni, çoxlu tərəzilər var)? Yoxsa, orda, yalnız bir mizan vardır?

وَالْجَمْعُ بِاعْتِبَارِ تَعَدُّدِ الْأَعْمَالِ أَوِ الْأَشْخَاصِ؟

✓ Və cəm (yəni, sözün cəmdə gəlməsi):

~ əməllərin; yoxsa

~ şəxslərin

çoxluğuna etibarəndir?

وَيَدُلُّ عَلَى تَعَدُّدِ الْأَعْمَالِ قَوْلُهُ تَعَالَى: ﴿وَمَنْ خَفَّتْ مَوَازِينُهُ﴾

Əməllərin çoxluğuna,

(Haqq) Taala'nın: "və mən xəffət məvəzinuhu = mizanları xəfif/yüngül gələn" (Qariə/8)

sözü dəlalət edir.

وَيَحْتَمِلُ أَنْ يَكُونَ الْجَمْعُ لِلتَّفْخِيمِ،

(Sözün) cəm (formasında gətirilməsinin), əzəmət bildirmək üçün olması ehtimal olunur.

كَمَا فِي قَوْلِهِ تَعَالَى: ﴿كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ﴾

(Haqq) Taala'nın: "Nuh qövmü, Elçiləri yalançı saydılar." (Şuəra/105) sözündə olduğu kimi...

مَعَ أَنَّهُ لَمْ يُرْسَلْ إِلَيْهِمْ إِلَّا وَاحِدٌ،

Halbuki, onlara, yalnız bir (Elçi) göndərilmişdi.

وَالَّذِي يَتَرَجَّحُ أَنَّهُ مِيزَانٌ وَاحِدٌ وَلَا يُشْكِلُ بِكَثْرَةِ مَنْ يُوزَنُ عَمَلُهُ؛

Tərcih edilən, bir mizanın olmasıdır. Əməlləri çəkiləcək şəxslərin çoxluğu ilə, işkəl yaranmır.

لِأَنَّ أَحْوَالَ الْقِيَامَةِ لَا تُكَيَّفُ بِأَحْوَالِ الدُّنْيَا،

Çünki, qiyamət halları, dünya halları ilə ölçülməz.

وَالْقِسْطُ الْعَدْلُ وَهُوَ نَعْتُ الْمَوَازِينِ وَإِنْ كَانَ مُفْرَدًا وَهِيَ جَمْعٌ؛ لِأَنَّهُ مَصْدَرٌ،

"Qist", "ədalət" deməkdir. O, "məvəzin/mizanlar" (kəliməsinin) sifətidir. Müfrəd (tək halda) olsa da, o, cəmdədir. Çünki, məsdərdir.

قَالَ الطَّبَرِيُّ: الْقِسْطُ الْعَدْلُ، وَجُعِلَ وَهُوَ مُفْرَدٌ مِنْ نَعْتِ الْمَوَازِينِ وَهِيَ جَمْعٌ؛ لِأَنَّهُ كَقَوْلِكَ عَدْلٌ وَرِضًا.

Tabəri dedi: qist, ədalət deməkdir. O, müfrəd olduğu halda, cəm olan "məvəzin" (kəliməsinin) sifəti kimi işlədilmişdir. Çünki o, "adl" və "rida" sözləri kimidir.

وَحَكَى حَنْبَلُ بْنُ إِسْحَاقَ فِي كِتَابِ السُّنَّةِ عَنْ أَحْمَدَ بْنِ حَنْبَلٍ أَنَّهُ قَالَ رَدًّا عَلَى مَنْ أَنْكَرَ الْمِيزَانَ مَا مَعْنَاهُ:

...Hənbəl b. İshaq, "Kitabu's-Sünnə"də, Əhməd b. Hənbəl'dən, mizanı inkar edən kimsələr haqqında, rədd olaraq, mənası (aşağıdakı kimi olan sözlər) nəql etmişdir:

قَالَ اللَّهُ تَعَالَى: ﴿وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ﴾

~ Allah Taala, (belə buyurmuşdur):

"Qiyamət günü üçün, ədalət tərəziləri qoyarıq."

وَذَكَرَ النَّبِيُّ ﷺ الْمِيزَانُ يَوْمَ الْقِيَامَةِ

~ Nəbi (sallallahu aleyhi və səlləm), qiyamət gününün mizanını zikr etmişdir.

فَمَنْ رَدَّ عَلَى النَّبِيِّ ﷺ فَقَدْ رَدَّ عَلَى اللَّهِ.

Kim, Nəbi (sallallahu aleyhi və səlləm)'i rədd edərsə, Allahı rədd etmiş olar.

------------------------------

قَوْلُهُ: (وَإِنَّ أَعْمَالَ بَنِي آدَمَ وَقَوْلَهُمْ يُوزَنُ)

Onun: "Şübhəsiz, Bən-i Adəmin əməlləri və sözləri, çəkilər."

كَذَا لِلْأَكْثَرِ وَلِلْقَابِسِيِّ وَطَائِفَةٍ،

Əksər (nüsxələr)'də, Qabisi(nin nüsxəsin)'də və bir qrup da da belədir.

وَأَقْوَالَهُمْ بِصِيغَةِ الْجَمْعِ وَهُوَ الْمُنَاسِبُ لِلْأَعْمَالِ

Onların qövlləri, cəm siğası ilədir. Və o, əməllər üçün münasibdir.

وَظَاهِرُهُ التَّعْمِيمُ لَكِنْ خَصَّ مِنْهُ طَائِفَتَانِ

(Ləfzin, yəni, Bən-i Adəm kəliməsinin) zahiri, ümum ifadə edir (yəni, bu ləfzlə, bütün insanlar qəsd edilmişdir). Lakin, 2 tayfa, bundan təxsis edilmişdir:

فَمِنَ الْكُفَّارِ مَنْ لَا ذَنْبَ لَهُ إِلَّا الْكُفْرَ، وَلَمْ يَعْمَلْ حَسَنَةً فَإِنَّهُ يَقَعُ فِي النَّارِ مِنْ غَيْرِ حِسَابٍ وَلَا مِيزَانٍ،

(1) Kafirlərdən (elələri) vardır ki, küfrdən başqa günahı yoxdur. Və saleh əməl (də) işləməmişdir. Bundan dolayı, o, -hesabsız və mizansız- atəşə düşər.

وَمِنَ الْمُؤْمِنِينَ مَنْ لَا سَيِّئَةَ لَهُ وَلَهُ حَسَنَاتٌ كَثِيرَةٌ زَائِدَةٌ عَلَى مَحْضِ الْإِيمَانِ فَهَذَا يَدْخُلُ الْجَنَّةَ بِغَيْرِ حِسَابٍ كَمَا فِي قِصَّةِ السَّبْعِينَ أَلْفًا، وَمَنْ شَاءَ اللَّهُ أَنْ يُلْحِقَهُ بِهِمْ،

(2) Möminlərdən (elələri) vardır ki, onun, pis əməlləri yoxdur. Sırf imanına zaid olaraq, çoxlu saleh əməlləri var. Beləliklə, o, 70.000 (nəfər rəvayətində olduğu) kimi, -hesabsız- cənnətə daxil olar. Allahın, onlara qatmaq istədiyi kimsələr (də, belədir).

وَهُمُ الَّذِينَ يَمُرُّونَ عَلَى الصِّرَاطِ كَالْبَرْقِ الْخَاطِفِ وَكَالرِّيحِ وَكَأَجَاوِيدِ الْخَيْلِ،

Onlar, sirat üzərindən, sürətli şimşək, külək və cins atlar kimi keçən kimsələrdir.

وَمَنْ عَدَا هَذَيْنِ مِنَ الْكُفَّارِ وَالْمُؤْمِنِينَ يُحَاسَبُونَ وَتُعْرَضُ أَعْمَالُهُمْ عَلَى الْمَوَازِينِ،

-Bu 2 (qrup)'dan başqaları- (istər) möminlərdən, (istərsə də) kafirlərdən (olsunlar), hesab çəkilərlər və əməlləri, mizanlara ərz edilər.

وَيَدُلُّ عَلَى مُحَاسَبَةِ الْكُفَّارِ وَوَزْنِ أَعْمَالِهِمْ قَوْلُهُ تَعَالَى فِي سُورَةِ الْمُؤْمِنِينَ:

Kafirlərin mühasibəsi və əməllərinin çəkilməsinə, (Allah) Taala'nın, Mu'minun surəsindəki (bu) sözləri dəlalət edir:

﴿فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ • وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ﴾ - إِلَى قَوْلِهِ - ﴿أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ﴾

~ "Kimin tərəziləri ağır gələrsə, qurtulanlar, məhz onlardır." (Mu'minun/102);

~ "Kimin tərəziləri yüngül gələrsə, nəfslərini ziyana uğradanlar, məhz onlardır." (Mu'minun/103);

(və aşağıdakı) sözə qədər:

~ "Mənim ayələrim, sizə oxunmurdumu? Siz isə, Onu təkzib edirdiniz." (Mu'minun/105).

وَنَقَلَ الْقُرْطُبِيُّ عَنْ بَعْضِ الْعُلَمَاءِ أَنَّهُ قَالَ:

Qurtubi, bəzi alimlərdən, (belə) nəql edir:

الْكَافِرُ لَا ثَوَابَ لَهُ وَعَمَلُهُ مُقَابَلٌ بِالْعَذَابِ فَلَا حَسَنَةَ لَهُ تُوزَنُ فِي مَوَازِينِ الْقِيَامَةِ، وَمَنْ لَا حَسَنَةَ لَهُ فَهُوَ فِي النَّارِ

"Kafirin, savabı yoxdur və onun əməli, əzaba müqabil (tutular). Bundan dolayı, qiyamət tərəzilərində çəkiləcək yaxşı əməlləri yoxdur. Kimin də yaxşı əməli yoxdursa, o, atəşdədir."

وَاسْتَدَلَّ بِقَوْلِهِ تَعَالَى: ﴿فَلا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا﴾

Və O, (Haqq) Taala'nın (bu) sözü ilə istidlal etdi:

"Biz, qiyamət günü, onlar üçün tərəzi iqamə etmərik." (Kəhf/105)

وَبِحَدِيثِ أَبِي هُرَيْرَةَ وَهُوَ فِي الصَّحِيحِ فِي الْكَافِرِ: لَا يَزِنُ عِنْدَ اللَّهِ جَنَاحَ بَعُوضَةٍ،

(Yenə) O, "Səhih"də (keçən) kafir haqqındakı əbu Hureyrə hədisilə (istidlal etdi):

"Allah qatında, ağcaqanadın qanadı (qədər) ağırlığı olmaz." (hədis no: 4729)

وَتُعُقِّبَ أَنَّهُ مَجَازٌ عَنْ حَقَارَةِ قَدْرِهِ وَلَا يَلْزَمُ مِنْهُ عَدَمُ الْوَزْنِ،

(Buna da, belə) etiraz edilmişdir: "O, qədrinin (yəni, dəyərinin) həqirliyindən bir məcazdır; və ondan, vəzn'in yoxluğu lazım gəlmir."

وَحَكَى الْقُرْطُبِيُّ فِي صِفَةِ وَزْنِ عَمَلِ الْكَافِرِ وَجْهَيْنِ:

Qurtubi, kafirin əməlinin vəzninin sifəti haqqında, 2 (görüş) nəql edir:

أَحَدُهُمَا: أَنَّ كُفْرَهُ يُوضَعُ فِي الْكِفَّةِ وَلَا يَجِدُ لَهُ حَسَنَةً يَضَعُهَا فِي الْأُخْرَى فَتَطِيشُ الَّتِي لَا شَيْءَ فِيهَا،

Onlardan:

(1) Onun küfrü, (tərəzinin) bir gözünə qoyular; digər gözə qoymağa isə, bir yaxşı əməl tapmaz. Özündə bir şey olmayan (göz də), yüngül qalaraq yuxarı qalxar.

قَالَ: وَهَذَا ظَاهِرُ الْآيَةِ؛ لِأَنَّهُ وَصَفَ الْمِيزَانَ بِالْخِفَّةِ لَا الْمَوْزُونَ.

(Sonra, Qurtubi) deyir:

"Bu, ayənin zahiridir. Çünki O, mizanı, xiffətlə vəsf etmişdir; məvzun (çəkilən şey)'i yox."

ثَانِيهُمَا: قَدْ يَقَعُ مِنْهُ الْعِتْقُ وَالْبِرُّ وَالصِّلَةُ وَسَائِرُ أَنْوَاعِ الْخَيْرِ الْمَالِيَّةِ مِمَّا لَوْ فَعَلَهَا الْمُسْلِمُ لَكَانَتْ حَسَنَاتٍ،

(2) Ondan (yəni, kafirdən):

~ itq (nökər azad etmək),

~ birr (yaxşılıq),

~ sila (qohum-əqrəba əlaqələrinə riayət etmək) və

~ sair maliyyəvi xeyir növləri

vaqe ola bilər; (və bunlar, elə) şeylərdəndir ki, əgər onu bir Müsəlman etsəydi, (onun üçün) həsənat olardı.

فَمَنْ كَانَتْ لَهُ حَسَنَاتٌ جُمِعَتْ وَوُضِعَتْ،

Beləliklə, kimin həsənatı varsa, (məhz onlar) cəm edilər və (tərəziyə) qoyular.

غَيْرَ أَنَّ الْكُفْرَ إِذَا قَابَلَهَا رَجَحَ بِهَا.

Buna baxmayaraq, küfr onunla qarşılaşdığında, ona racih olar.

قُلْتُ: وَيَحْتَمِلُ أَنْ يُجَازَى بِهَا عَمَّا يَقَعُ مِنْهُ مِنْ ظُلْمِ الْعِبَادِ مَثَلًا،

Deyirəm ki:

(Belə də) ehtimal (edilə bilər):

Onun vasitəsilə (yəni, həmin şey ilə), ondan bəndələrə qarşı vaqe olan zülmlərə görə, məsələn, cəzalandırılsın.

فَإِنِ اسْتَوَتْ عُذِّبَ بِكُفْرِهِ مَثَلًا فَقَطْ،

Əgər (xeyir və şər əməlləri) bərabər olarlarsa, məsələn, (ona), yalnız küfrünə görə əzab edilər.

وَإِلَّا زِيدَ عَذَابُهُ بِكُفْرِهِ أَوْ خُفِّفَ عَنْهُ كَمَا فِي قِصَّةِ أَبِي طَالِبٍ،

Əks halda, küfründən dolayı, əzabı artırılar; və ya -əbu Talib qissəsində olduğu kimi- ondan (əzabı) xəfiflədilər.

قَالَ أَبُو إِسْحَاقَ الزَّجَّاجُ:

əbu İshaq əz-Zəccac, deyir:

أَجْمَعَ أَهْلُ السُّنَّةِ عَلَى الْإِيمَانِ بِالْمِيزَانِ،

Əhl-i Sünnət, mizana iman üzərinə, icma etmişlərdir.

وَأَنَّ أَعْمَالَ الْعِبَادِ تُوزَنُ يَوْمَ الْقِيَامَةِ،

Və şübhəsiz, qulların əməlləri, qiyamət günü, çəkilər.

وَأَنَّ الْمِيزَانَ لَهُ لِسَانٌ وَكِفَّتَانِ وَيَمِيلُ بِالْأَعْمَالِ،

Mizanın, bir dili və iki gözü vardır; və əməllərlə (bir tərəfə doğru) meyl edər.

وَأَنْكَرَتِ الْمُعْتَزِلَةُ الْمِيزَانَ وَقَالُوا:

Mötəzilə isə, mizanı inkar edərək, (belə) demişlərdir:

هُوَ عِبَارَةٌ عَنِ الْعَدْلِ

"O (yəni, mizan), ədalətdən ibarətdir."

فَخَالَفُوا الْكِتَابَ وَالسُّنَّةَ؛

Beləliklə, Kitab və Sünnətə müxalifət etdilər.

لِأَنَّ اللَّهَ أَخْبَرَ أَنَّهُ يَضَعُ الْمَوَازِينَ لِوَزْنِ الْأَعْمَالِ لِيَرَى الْعِبَادُ أَعْمَالَهُمْ مُمَثَّلَةً لِيَكُونُوا عَلَى أَنْفُسِهِمْ شَاهِدِينَ،

Çünki, Allah:

~ əməlləri çəkmək;

~ qullar, öz əməllərini təməssül etdirilmiş şəkildə görmələri;

~ özlərinə şahidlər olması

üçün, tərəzilər qoyacağını xəbər vermişdir.

وَقَالَ ابْنُ فَورَكٍ:

ibn Furek (əl-Maliki), (belə) deyir:

أَنْكَرَتِ الْمُعْتَزِلَةُ الْمِيزَانَ بِنَاءً مِنْهُمْ عَلَى أَنَّ الْأَعْرَاضَ يَسْتَحِيلُ وَزْنُهَا إِذْ لَا تَقُومُ بِأَنْفُسِهَا،

Mötəzilə, arazların çəkilməsinin mümkün olmamasından dolayı, tərəzini inkar etdilər. Çünki, arazlar, öz nəfslərilə qaim deyillərdir.

قَالَ: وَقَدْ رَوَى بَعْضُ الْمُتَكَلِّمِينَ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ اللَّهَ تَعَالَى يَقْلِبُ الْأَعْرَاضَ أَجْسَامًا فَيَزِنُهَا انْتَهَى.

Dedi: Bəzi mütəkəllimlər (yəni, kəlam alimləri), ibn Abbas'dan, (belə) rəvayət etdilər ki, Allah Taala, arazları, cisimlərə çevirər və onları ölçər. Son!

(ibn Həcər Asqalani, "Fəthu'l-Bari bi şərhi'l-Buxari", 97-ci Kitab: "Kitabu't-Tövhid")

 

https://shamela.ws/book/1673/7969#p1

 

Not: Dəyərli oxuyucu! Burda, sadəcə, Asqalaninin, “əməllərin çəkilməsi” ilə bağlı zikr etdiklərini nəql etdim. Yəni, şərhi, müxtəsər olaraq paylaşdım.

 

 

 

Read 6 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR