Şura surəsi 52-ci ayə
مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ
"Sən, kitab nədir, iman nədir, bilməzdin." (Şura/52)
------------------------
Təfsiri:
(Haqq) Taala, bundan əvvəl, Peyğəmbərlərinə olan vəhyinin qisim və keyfiyyətlərini bəyan edincə --->
"Beləcə, Sənə də, əmirimizdən bir ruh vəhy etdik."
buyurdu ki, burdakı "ruh" kəliməsilə, Quran qəsd edilmişdir. Qurana "ruh" vəsfi, O, cəhalət və ya küfr ölümlərinə qarşı həyatı təmin etdiyi üçün verilmişdir.
Haqq Taala, daha sonra --->
"Sən, kitab nədir, iman nədir, bilməzdin."
buyurmuşdur.
Alimlər, "Peyğəmbərlər, Özlərinə vəhy gəlməzdən əvvəl, küfr üzərə idilər." deyilə bilməyəcəyi xüsusunda, icma etmişlərdir. Bununla bərabər, bu ayətin nə demək istədiyi xüsusunda, ixtilaf etmiş və buna cavab olmaq üzərə, bu izahları vermişlərdir:
a. "Kitab, yəni, Quran nədir? İman, yəni, namaz nədir, bilməzdin." deməkdir.
Bu görüşə görə, burdakı "iman" kəliməsi, ...وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَـٰنَكُمْ... = Və mə kənəllahu li yudia imənəkum = Allah, imanınızı zay edəcək deyildir." (Bəqərə/143) ayətindən dolayı, "namaz" mənasındadır.
b. Burda, bir mudaf hazf edilmiş (haşiyə); kəlamın təqdiri, "Sən, kitab nədir, iman əhli kimlərdir; yəni, iman edəcəklər və iman etməyəcəklər kimlərdir, bilməzdin." şəklindədir.
-----------------------------
(Haşiyə:
• Hazf nədir?
Hazf: "söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsi"dir.
Məsələn, birini yola salarkən, "gülə-gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın anlaşılmasına əngəl olmadığından, hazf edilmişdir.
Quranda da, bir çox hazf nümunələri vardır. Məsələn, surə başlarında bismillah, yəni "Bismillah = Allahın adı ilə" dediyimizdə, əslində cümlə, tam deyildir. Ancaq bundan, "Allahın adı ilə başlayıram." mənası asanlıqla anlaşıldığından, "başlayıram" qismi hazf edilmişdir.)
• Mudaf və Mudafun ileyh, nədir?
İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "insanın əli".
~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.
~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.
Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.
-----------------------------
c. "Sən, beşikdə bir uşaq ikən, kitab nədir, iman nədir, bilməzdin." deməkdir.
d. İman, Allah Taala'nın, özü ilə mükəlləf tutduğu bütün şeyləri iqrar etməkdən ibarətdir. Halbuki, Muhamməd (sallallahu aleyhi və səlləm), Peyğəmbərliyindən əvvəl, O, sadəcə Allahı tanıyıb bilirdi. Bu isə, bizim bəhs etdiyimiz şeyə zidd deyildir.
e. Allahın sifətləri, ikiyə ayrılır:
1. Sırf əqli dəlillərlə bilinə bilənlər;
2. Sadəcə nəqli dəlillərlə bilinə bilənlər.
Bundan dolayı, bu ikinci qismin, Peyğəmbərlikdən əvvəl bilinməsi, mümkün deyildir.
Haqq Taala, daha sonra --->
"Lakin Biz, onu, bir nur qıldıq və onunla, qullarımızdan istədiyimizi hidayət edirik."
buyurmuşdur.
Alimlər, ayədəki "cəalnəhu / onu qıldıq" kəliməsindəki "onu" damiri (şəxs əvəzliyi)'nin nəyə raci olduğu (qayıtdığı) xüsusunda, ixtilaf etmişlərdir.
Bu cümlədən olaraq:
~ bəziləri: bunun, ayədəki "iman" ləfzinə deyil; "kitab"a, yəni, Qurana raci olduğunu; çünki, sayəsində hökmlərin bilindiyi şeyin, Quran olduğunu; dolayısı ilə də, heç şübhəsiz, beləcə, sayəsində hidayətə çatılan, yol tapılan nura bənzədildiyini söyləyərkən;
~ bəziləri də: bu damirin, həm kitab, həm iman ləfzinə ikisinə birdən raci olduğunu söyləmişlərdir. Bu, gözəldir. Çünki, bunların ikisi də, eyni şey demək olub, tək damirin, eyni anda iki şeyə raci olması, eynilə, وَإِذَا رَأَوْا۟ تِجَـٰرَةً أَوْ لَهْوًا ٱنفَضُّوٓا۟ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِمًا / və izə raəv ticəratən əv ləhvən infəddu ileyhə və tərakukə = Onlar, bir ticarət və ya əyləncə gördükləri zaman, ona tərəf dağılışıb getdilər və səni ayaq üstə durmuş halda tərk etdilər." (Cümə/11) (ki, burda, ileyhimə deyil; ileyhə buyurulmuşdur)- ayətində olduğu kimidir. (haşiyə)
---------------------------
(Haşiyə:
Əslində, "ileyhimə" şəklində olmalı idi. Çünki onların iki şey gördüklərində dağılışıb getmələrindən bəhs edilir. Halbuki, ayədə, damir, ileyhə şəklində gətirilmişdir.
İmam, bunu, tək şəxs əvəzliyinin, iki şeyə qayıda bilməsinə misal olaraq zikr edir. Yəni, Quranda, belə istifadə vardır. Elə isə, "onu qıldıq" kəliməsindəki onu əvəzliyini də, həm kitaba, həm imana aid etmək, mümkündür.)
--------------------------
Haqq Taala, daha sonra --->
"Bununla, qullarımızdan istədiyimizi hidayət edərik."
buyurmuşdur.
Bu, Allah Taala'nın, Quranın şəxsən Özünü, hidayətin məhz özü qıldıqdan sonra, -necə ki, bir ayədə, "O, müttəqilər üçün hidayətdir." (Bəqərə/2) buyurmuşdur- Onun, bu Quran sayəsində, bəzilərini hidayət edib bəzilərini etmədiyinə dəlalət edir.
Bu ayədə ələ alınan hidayət, ancaq, "dəvət" və "dəlillərin izahı"ndan ibarətdir. Çünki, Allah Taala, Muhamməd (sallallahu aleyhi və səlləm)'i vəsf edərkən, "Şübhəsiz Sən, doğru yola hidayət edirsən." (Şura/52) buyurmuşdur. Ki, bu, hər kəs və hər şeyə nisbətlə, ümumilik ifadə edir.
Halbuki, "Bununla, qullarımızdan istədiyimizə hidayət edirik." cümləsi isə, xüsusilik ifadə edir.
Beləcə:
~ "dəvət" mənasında olan hidayətin, ümumilik;
~ "və bununla, qullarımızdan istədiyimizə hidayət edirik" cümləsindəki hidayətin isə, xüsusilik
ifadə etdiyi sabit olur.
Xüsusi olan hidayət isə, ümumi olan hidayətdən, başqadır.
Bundan dolayı, Haqq Taala'nın, "Bununla, qullarımızdan istədiyimizi hidayət edirik." cümləsində qəsd edilən şeyin: dəlillərin ortaya qoyulması və üzrlərin ortadan qaldırılması (mənasına gələn) hidayətdən başqa bir şey mənasına gəlməsi lazımdır.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
--------------------------
--------------------------
"Sən, kitab nədir, iman nədir, bilməzdin."
Haqq Taala, özünə bildirib öyrədincəyə qədər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, kitabın nə olduğunu bilmədiyində, şübhə yoxdur.
İmanın nə olduğunu bilmədiyi ifadəsində isə, bir neçə ehtimal vardır. (Belə ki):
(1) Dil ilə söylənməsi lazım gələn sözlər etibarı ilə; və ya
(2) İmanın gərəyi olaraq ediləcək işlər cəhətilə; ya da
(3) Allah qatındakı dəyəri, yeri və mövqeyi etibarı ilə,
imanın nə olduğunu bilmirdin, mənasına gələ bilər.
Əgər, məqsəd:
(1) Dildirsə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), imanın, təsdiq və ya tövhid olduğunu və ya başlanğıcda, nə mənaya gəldiyini, bilmirdi. Allah Taala, Özünə imanın nə olduğunu bildirincəyə qədər, dil ilə edilməsi lazım gələnin nə olduğunu bilmədiyi, məlumdur. Allah rəsulu (sallallahu aleyhi və səlləm) özlərinə bildirincəyə qədər, fərqli dili danışan insanların heç biri də, bunu bilmirdi. Cəbrail, yad bir insan surətində gəldi və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, (belə) soruşdu: "İman nədir? İslam nədir?" Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, belə buyurdu: "Bu gələn, Cəbrail idi. Sizə, dininizin əsaslarını öyrətməyə gəldi." (ibn Macə, hədis no: 63) (haşiyə)
-----------------------
(Haşiyə:
Hədis üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/iman-islam-v%C9%99-ihsan-h%C...
-----------------------
Allah, ən doğrusunu bilir...
Əgər ayədən məqsəd:
(2) İmanla bağlı fel və rüknlərdirsə, onları etməyə və sərhədlərini təyin etməyə qadir olmadığı zaman, nə olduğunu bilə bilməz. Onun nə olduğunu bilməsə də, cəhalətlə də vəsf edilə bilməz. Məgər görmürsənmi ki, kiçiklər bilmirlər; ancaq onlar üçün, "cahildirlər" deyilmir?! Düşünmə qabiliyyətinə və öyrənmə vəsilələrinə sahib olan biri, bu vasitələri tərk etdiyi zaman cahiliklə vəsf edilir. Bunlara sahib olmayan və bu səbəbdən o səviyyəyə çatmayan kimsəyə gəlincə, o, cahilliklə vəsf edilə bilməz. Məgər görmürsənmi ki, arazlar və cövhərlər üçün, "Onlar, (bunları) bilməzlər." deyilməkdə; ancaq, yenə də, cəhalətlə vəsf edilməzlər. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün, "O, bilmirdi." deyə vəsf edilməsi və haqqında belə deyilməsi, caizdir. Lakin, Onun, cahilliklə vəsf edilməsi isə, caiz deyildir.
Allah, ən doğrusunu bilir.
Məgər görmürsənmi ki, ana rəhmindəki uşaq, görmək və eşitməklə vəsf edilməz?! Çünki, onun gözü və qulağı, görmə və eşitmə mərtəbəsində deyildir. Ona, bu xüsusiyyət, ana qarnından çıxarıldığında verilməkdə; çünki, ancaq o vaxt görmə və eşitmə imkanına sahib olmaqdadır. Necə ki, Allah, bir ayədə, belə buyurur:
وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَـٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ
"Allah, sizi, analarınızın bətnindən heç nə bilmədiyiniz bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz." (Nəhl/78)
Yəni, ona, bu imkan verildiyində, görmə və eşitmə qabiliyyəti də var edildi.
Allah, ən doğrusunu bilir...
Əgər ayədən məqsəd:
(3) Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Allah qatındakı dəyəri, yeri və mövqeyi etibarı ilə imanın nə olduğunu bilməməsidirsə, Haqq Taala, özünə, qatındakı yerini və mövqeyini öyrədincəyə qədər, Peyğəmbər (sallallahu aleyhi və səlləm), imanın yerini və dəyərini, heç şübhəsiz bilmirdi.
(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran")
------------------------
------------------------
Əlavələr:
Ayədəki "Sən, kitab nədir, iman nədir, bilməzdin." sözünün xüsusi vurğulanması haqqında, ibn Aşur, belə deyir:
Ayədə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əvvəllər, bu kitabı və onun gətirdiyi dini hökmləri bilmədiyi bildirilməkdədir. Bununla, müşriklərin, Quranın, başqa kitablardan öyrənilməsi iddiası rədd edilmişdir.
Geniş izahları üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/quranin-dig%C9%99r-kitablard...
