Axirəti heç eşitməyən psixoloji olaraq necə xoşbəxt qala bilər?
Dear Brother / Sister,
- Əvvəlcə fərz edək ki, sualdakı məntiq doğrudur.
Lakin bir şeyin var olub-olmamasını bizim kədərlənib kədərlənməyəcəyimizlə
əlaqələndirməyin bir məntiqi varmı?
- Düşünün ki, bir adam aydan dünyaya yeni gəlib, qışdan heç bir xəbəri yoxdur. Bu
adam, qışı bilmədiyi üçün "evim-eşiyim, odunum, yanacağım yoxdur" deyə heç
kədərlənməz. Ancaq qış gəlib çatdı .. və hazırsızlıq yaxalandığı üçün pərişan olmuşdur ..
Görəsən bu adam qışın varlığından xəbərdar olub üzülməklə bərabər, qış hazırlığını
etsəydi min qat daha yaxşı olmazdımı? Biri verən mini qazanan zərər etməz.
- Əvvəla axirətin varlığı bizim üzüntülərimizə görə dəyişməz. Eşitsək də var, eşitməsək
də var .. üzülsək də var, üzülməsək də var ..
- Fətrət əhlinə qibtə etmək mümkünsüz / qeyri-mümkün bir şeylə məşğul olmaq
deməkdir. Çünki fətrət dövrü çox kiçik bir zaman kəsiyindən ibarətdir. İnsanlıq ailəsinin
varlığından indiyə qədər minlərlə il keçmişdir. Bütün insanları fətrət dövrünə sığışdırmaq
mümkün olmadığı kimi, fətrət dövrünü bütün insanlıq tarixinə yaymaq da mümkün
deyildir ..
- Fətrət xəyalıyla başımızı qatacağımızdansa axirət reallığına görə hazırlıq etmək
daha ağıllı olmaz?
- Yekunlaşdırsaq:
Allah bizimlə məsləhətləşmədən bizi yaratmış, bizi imtahana tabe tutmuş, bu dünya
imtahanı sonsuz ədalətinin ölçüsünə görə nizamlanmış və bu imtahanı qazananlara
mükafat, uduzanlara cəza verəcəyi bir yer olaraq axirət aləmini yaratmışdır.
Allaha itaət etmək məcburiyyətindəyik. Cənnət və cəhənnəm xəyal deyil, həqiqətin
özüdür. Ona görə bu imtahanı qazanmaq məcburiyyətindəyik ..
Suallarla İslam

