Heyvanların ruhu var? Varsa, onların ruhunu kim alır?
Submitted by on Sun, 26/07/2015 - 11:42
Dear Brother / Sister,
Və aleykum Salam və Rahmətullah.
Heyvanların və bitkilərin ruhu var mıdır?
Cavab 1:
Bilindiyi kimi canlılar üç yerə ayrılır. Bitkilər, heyvanlar və insanlar. Bu səbəbdən burada üç həyat mərtəbəsi vardır. Birincisi bitki həyatı, ikincisi heyvan ən yüksəyi də insanın həyat mərtəbəsidir.
Bitkilərdə ruhun yerini bir sıra qanunlar alır. Böyümək, inkişaf və fərqləndirmə qanunları kimi. Bitkilər kimi yarı canlıların -inkişafına vəsilə olan- bu qanuna bir növ bioloji ruh deyilə bilər. Böyümə, inkişaf və fərqləndirmə qanunları kimi.
Əslində bu qanunlar heyvanlar və insanlarda da mövcuddur. Heyvanların ruh mərtəbələri, yəni ruhun sahib olduğu bəzi duyğular və dərk etmə insanlara görə daha aşağı səviyyədədir.
Heyvanların şüursuz -lakin xüsusi və öz sahələriylə bağlı- bir növ ilhama olunan bir ruhları vardır.
İnsanların ruhu isə, başına şüur qoyulmuş, özünə zahiri bir bədən paltarı geyindirilmiş bir qanun əmridir.
Cavab 2:
Biologiyanın mövzusunu təşkil edən canlılar aləminin ruh strukturları baxımından üç yerə ayrılması doğrudur. Bitkilər, heyvanlar və insanlar.
Göbələklər, bitkilər aləmi içərisindədir.
Bakteriyalar və daha aşağı strukturlu canlılar, bitki və heyvanlara daxil olunmursa, ikisinin arasında qəbul edilirlər.
İnsan, hər nə qədər hüceyrə quruluşu baxımından heyvanlar aləmində yer alsa da ruh, şüur və his baxımından onlardan tamamilə fərqlidir. İnsan, sahib olduğu xəyal, yaddaş, maraq, narahatlıq, mühakimə, təsəvvür, təxəyyül və təfəkkür istiqamətiylə əşrəfi məxluqat; varlıqların ən üstünü və ən şərəflisidir.
Biologiyanın mövzusuna daxil olmayan, amma var olduğuna inandığımız ruh və şüur sahibi cinlər, mələklər və ruhaniyyət də əlbəttə canlıların içərisində ruh sahibi olaraq iştirak alırlar.
Heyvanlardakı ruh ilə insandakı ruhun fərqləri vardırmı?
- Bütün canlılarda ruh deyilən bir həyat cövhəri vardır. Ancaq, heyvanlardakı ruh ilə insanlardakı ruh arasındakı fərq, insanlarla heyvanlar arasındakı fərq qədər aşkardır.
Allah sözlərində israf etmədiyi kimi, yaratmaqda da israf etməz. Quran necə çox yığcam ifadələrlə çox geniş mənalar ifadə etməkdədir, eyni şəkildə varlıqlar da -hər biri öz yaradılış qayəsinə uyğun- yığcam bir təchizata sahibdir. Filin özünə məxsus təchizatı, qarışqanın özünə məxsus təchizatından daha sənətli deyildir.
Məhz bu aspektdən baxıldığında ,rahatlıqla deyilə bilər ki, insan və heyvan deyilən varlıqlar RUH ortaq məxrəcə sahibdir. Fəqət İnsanın ruhu, insana yaraşan, heyvanın ruhu da heyvana yaraşan bir xüsusiyyətə malikdir. Hər iki ruh da əmr aləmindən olmaqla yanaşı özlərinə xarici bir bədən paltarı geydirilmişdir. İnsan ruhu isə bir çox üstünlükləri ilə ayrıca, başına şüur da qoyulmuşdur. İnsanlar ilə heyvanlar arasındakı fərq, bu iki ruhun fərqliliyinin göstəricisidir.
Quranda ruhun aləm-i əmrdən olduğu və haqqında insanların çox məlumatlarının olmadığına və ola bilməyəcəyinə işarə edilmişdir.
"Bir də səndən" ruh "haqqında sual soruşarlar. De ki: "Ruh Rəbbimin əmrindədir, Onun biləcəyi işlərdəndir. Sizə yalnız az bir elm verilmişdir. "(İsra, 17/85).
Necə ki bu gün də elm çevrələrində ruhun mahiyyəti haqqında elə də bir məlumat yoxdur. Ruhdan bəhs edənlər tez-tez onun bədəndəki işini diqqətə alaraq onu əksiklik olmadan açıqlayarlar. Lakin elmi araşdırmalar bədən üzərində hakim olan və bədəndən ayrı bir ünsürün varlığını qəbul edir. Necə ki ölən bir insanın və ya hər hansı bir canlının bədənindən bir şeyin əksilmədiyi təsbit edilmişdir. Bununla bərabər, ölüm hadisəsiylə birlikdə insanın iradəsi və - beyin daxil olmaqla- digər təchizatları funksiyalarını icra edə bilmədikləri görülməkdədir. Bu da cismani bədəndən ayrı bir ruhun varlığına işarə etməkdədir. (Krş. İbn Aşur, əlaqədar ayənin təfsiri)
- Ruh vardır və bədəndən azaddır, müstəqildir. Ancaq, hərəkətləri bədənin orqanlarıyla uyğunluq içindədir. Məsələn, beynin bir bölgəsi ziyan gördüyü zaman, ruh o bölgənin fəaliyyətlərini ləğv edir.
Bunu bir örnəklə bir az daha yaxşı anlaya bilərik. Ruhun bədəndəki vəziyyəti, sanki bir otağın içindəki insanın vəziyyəti kimidir. Siz bir otaqdan çölü ancaq bir pəncərə vasitəsilə görə bilərsiniz. Burada görən pəncərə deyil, otağın içindəki insandır. Ruh da bu aləmi göz vasitəsiylə görməkdədir. Yəni görən göz deyil, ruhdur. Necə ki, otaqdan çölü görmək üçün pəncərə lazımdırsa, ruhun da çölü görməsi üçün göz lazımlıdır.
Gözləri bağlanan birinin bu aləmi görməsi mümkün deyildir. Ancaq, onun ruhunda bir problem yoxdur. Biz otaqdan və hətta binadan çölə çıxdığımız zaman, artıq pəncərə hadisəsi yoxdur. Hər tərəfi görə bilərik. Ruh da belədir. Bədəni tərk etdiyi zaman, öz lətafətinə uyğun bir libas geyinər və görmək üçün gözə, eşitmək üçün qulağa, düşünmək üçün beynə ehtiyacı qalmamışdır.
Digər tərəfdən divarların kərpiclərinin dəyişməsi kimi, hüceyrələrimiz də dayanmadan dəyişib yeniləndiyi halda, bu orqanların gördüyü işlər eynilə davam etməkdədir. Məsələn gözlərimizin hüceyrələri davamlı dəyişməkdə, ancaq görmə xüsusiyyətimiz davam etməkdədir.
Eyni şey, digər orqanlarımız üçün də keçərlidir. Bu da ruhun varlığına ayrı bir dəlildir. Demək ki, iş görən bədən deyil, ruh dediyimiz bir varlıqdır.
Mövzumuza işıq tutacaq belə bir hadisə izah edilir:
Bir zamanlar bir Bədəvi səhrada yol alıb gedərkən, dəvəsi birdən xəstələnib ölür. Bədəvi təəccüb edərək dəvəsinə belə deyir; "Demək səndə, səndən başqa bir şey var ki, o həm səni, həm məni, həm də yükümü aparırdı. Görəsən, səni, məni və yükümü aparan o qüvvət nə idi?"
Bədəvi haqlı idi. Çünki o bədən bir az əvvəl gedir, görür və yük daşıyırdı. Demək o bədəndən, bədəvinin görə bilmədiyi bir şey çıxıb getmişdi. Məhz o, ruhdan başqası deyil.
Müntəzəm idarə edilən bir məmləkət bir sultanı göstərdiyi kimi, bədən də, onda fəaliyyət göstərən və hökm edən bir ruhu göstərir. Bir ölkəni idarə edən nəzarətçinin özünü inkar etməsi nə qədər qəribədirsə, bir bədəni idarə edən ruhun da öz varlığını inkar etməsi ondan minlər dərəcə daha qəribədir ...
Suallarla İslam
- İnsan bədənində fəaliyyət göstərənin ruh olmadığını, beyin olduğunu; yəni insanın beyindən ibarət olduğunu iddia edənlərə necə cavab vermək lazımdır?
- Ruh nədir, ruhun mahiyyəti aydın ola bilər? Ruh beyindən ibarətdir? Ruh ilə bədən arasındakı əlaqə necədir?
- Cismaniyyəti buraxmaq, ruhun və qəlbin həyat dərəcəsinə çıxmaq necə olur?
- Ruh məxluqdur?
- Cənnətdə Allahı görmək olacaq? Allahı görmək haqqında İslam alimlərinin fikri necədir?
- Ölüncə nələrlə qarşılaşacayıq? Qəbir həyatı haqqında bir az məlumat verərsiniz?
- Axirətin İsbatı
- Ruh ilə bədən arasındakı əlaqə necədir?
- Ruhlar gözə görunə bilərmi?
- Heyvanlar öldükdən sonra ruhları nə olar və bu heyvanlar cənnətə gedəcəklər?