Bu dünyada zülm görənlərin haqqı qəbir və axirətdə Allah tərəfindən rəhmətlə əskiksiz ödənəcəkmi?
Share
The Details of the Question
Haqqı tapdalananlar qiyamət günü haqlarını alacaqlarmı? The Answer
Dear Brother / Sister,
Hədislərdə də "zülmün böyük günah olduğu, Allahın zülmü özünə haram etdiyi kimi, insanlar arasında
da haram qıldığı" bildirilmişdir.
Allah zalıma bu dünyada müəyyən bir müddət verdiyi halda, məzlumu himayəsində saxlayar, onun
duasını qəbul edər, qiyamət günü haqqını zalımdan alar.
1. "Allah zalıma (bir zaman) möhlət verər. Onu bir dəfə yaxaladığı vaxt da qurtuluşverməz."2. "Məzlumun duası (ı almaq)dan çəkin. Çünki onun duası ilə Allah arasında (heçbir) pərdə yoxdur."3. "Haqları qiyamət günü əlbəttə sahiblərinə veriləcəkdir. Hətta buynuzsuz qoyunüçün buynuzlu qoyundan qisas alınacaqdır."4. "Kimin yanında qardaşının ciddiyyətini ( sarsıdan xüsus)dan və ya (dəyəri olan)bir şeydən zülm (ilə əldə edilmiş bir haqq) varsa, qızıl və gümüşün olmayacağı gün(gəlmə) dən əvvəl bu gün (dünyada ikən) onunla halallaşsın. (Yoxsa ) əgər yaxşı işivarsa on (un savabın) dan (etdiyi haqsızlıq qədəralınacaq) haqq sahibinə veriləcək; əgər onun üçün (edilmiş) yaxşılıqlar yoxdursa(haqq) sahibinin günahlarından alınıb onun üzərinə yüklənəcək. " (Riyazus-Salihin,s.186 vd).
Suallarla İslam
Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 1.810 times
OXŞAR SUALLAR
