Cənnətlə müjdələnilən səhabələr kimlərdir?

The Details of the Question
Cənnətlə müjdələnilən səhabələr kimlərdir?
The Answer

Dear Brother / Sister,

Rəsulullahın səhih hədisləri ilə sabit olan səhabələrin Cənnətlik oluşları, İslamın ümumi prinsipləri daxilində çox təbii bir hadisədir. Aşireyi Mübaşirə təbirinin yanında "əl-mubeşşirun bil-Cenneh" təbiri də bu səhabələr haqqında istifadə edilmişdir. Bu məşhur on səhabə bunlardır: Hz. Əbu Bəkr (ö. 634), Hz. Ömər (ö. 643), Hz. Osman (ö. 655). Hz. Əli (ö. 660), Hz. Əbdürrəhman b. Avf (ö. 652), Hz. Əbu Ubeyde b. əl-Cərrah (ö. 639), Hz. Talha b. Ubeydullah (ö. 656), Hz. Zubeyr b. Avvam (ö. 656), Hz. Sad b. Əbi Vakkas (ö. 674), Hz. Səid b. Zeyd (ö. 671).

 

Bu böyük səhabələrin özlərinə xas xüsusiyyətləri vardır. Məsələn: Məkkədə ilk müsəlman olan bu şəxsiyyətlər Hz. Peyğəmbərə və İslam iddiasına böyük qatqıları olan kəslərdir. Bu böyük səhabələrin hamısı İslam dövlətinin müşriklərə qarşı girişdiyi ilk böyük cihad hərəkəti olan Bədir döyüşündə olduqları kimi, Hz. Peyğəmbərə, Onu və İslamı sonuna qədər qoruyacaqlarına dair Hudeybiyə günündə ağac altında Beyət etmişlər. İslam əqidəsi üçün Allah yolunda ən yaxın qohumlarına qarşı vuruşmaqdan geri qalmamışlar. Hədis alimlərindən bəziləri əsərlərinə bu on səhabənin rəvayət etdikləri hədislərlə başlamışlar. Ayrıca sırf Aşireyi Mübaşirənin həyatlarını mövzu alan müstəqil əsərlər qələmə alınmışdır. Bunların fəzilətləri və Rəsulullah tərəfindən Cənnətlə müjdələnildikləri səhih hədis qaynaqlarında sabitdir. (Tirmizi, Menakıb, 25; Əhməd b. Hənbəl, I, 193)

 

 

Əhməd Kurucan

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 3.065 times
In order to make a comment, please login or register