Cinlərin və Şeytanın yaşadığı yerlər haralardır?
Submitted by on Sat, 04/09/2010 - 20:01
Dear Brother / Sister,
İslama görə cinlər; ağıl, idrak, iradə və şüur sahibi varlıqlardır. Bu səbəblə Allah`a iman etməklə, Onun əmrlərinə itaət və ibadət etməklə mükəlləf olduqları da qaçınılmaz olacaq. Bu Qur`an-i Kərimdə Cin Surəsində və digər ayələrdə, gərəksə hədis-i şəriflərdə bildirilməkdədir. (1) Necə ki həm Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) həm də Hz. Musa (Aleyhissalam) və digər peyğəmbərlərlə həmsöhbət olub təbliğlərini dinləmişlər və bir qismi iman edib bir qismi də inkar etmişlər. (2)
Evlənib Çoxalmaları və Ömürləri
Cinlər, erkək və dişi olan, və Qur`an-i Kərimdə, cinsi istiqamətlərinə işarə edildiyinə görə də, insanlar kimi nikah yoluyla evlənən(3), insanlar kimi törəyib çoxalan, doğulub böyüyən və ölən varlıqlardır. (4) Ancaq nə var ki ömürləri insanlarınkından çox uzundur. Bu mövzuda cinlərin 1000 ilə 1500 ilə qədər yaşaya biləcəkləri deyilməkdədir. (5) Çünki cinlər fərqli bir zaman ölçüsündə yaşamaqdadırlar. Orada zamanın axışı da fərqlidir. Buna bağlı olaraq, cinlər yoluyla alındığı iddia edilən xəbərlərin qeybi məlumatlar deyil, yaşa və təcrübəyə dayanan məlumatlar olduğu ortadadır. Çünki bizə bağlı olan qeyb aləmi onlara da bağlıdır.
İman və Küfr Baxımından Vəziyyətləri
Mömin, münafiq və kafirləri olan cinlərin, kafirlərinə şeytan deyilməkdədir. (6) Cinlər də bu dünyada imtahan vermək və axirətdə hesaba çəkilib, cənnətə ya da cəhənnəmə gedə biləcəklər. İnsanlarda olduğu kimi, iman edib saleh əməl edən, xeyirli işlər işləyənlər cənnətə, inkar edib kafir olanlar, iman və tövbə etmədən ölənlər də cəhənnəmə gedəcəklər və cəza görəcəklər. Necə ki Qur`an-i Kərimdə belə buyurulmaqdadır:
"And olsun ki, Cəhənnəm üçün də bir çox cin və insan yaratdıq. Onların ürəkləri vardır amma anlamazlar, gözləri vardır görməzlər, qulaqları vardır amma eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox zəlalətdədirlər. Onlar əsl qafillərdir! " (7)
Başqa bir ayə də belədir:
" Onların hamısını toplayacağı gün (Allah deyəcək): “Ey cin tayfası, insanların bir çoxunu azdırdınız”.Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik, və bizim üçün müəyyən etdiyin əcəlimiz çatdı!”. (Allah) deyəcək: “Atəş, içində əbədi qalacağınız yerinizdir. Ancaq Allah`ın istədiyi istisnadır!” Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir!"(8)
Cinlər Yer üzünün Sakinləridir
Yuxarıda tərcüməsini verdiyimiz ayə və digər bəzi ayələrə görə gərək kafir cinlərdən olan şeytanlar, gərəksə cinlər, insanlara görünmədən onları müşahidə edə bilər. Sağından solundan, ardından və qarşısından soxularaq onlara vəsvəsə verib azdıra bilər və səhv yollara sövq edə bilərlər. (9) Yenə cinlərin də insanlar kimi yer üzünün sakinlərindən olduğu, varlıqları Qur`an və Sünnə ilə sabit olduğu üçün, varlıqlarını inkar etmək küfr sayılmışdır. (10)
İnsanların onları görə bilməməsi yox olduqlarına dəlil olmaz. Çünki insan, yalnız cinləri deyil, daha bir çox şeyi də görə bilməməkdədir. İnsanın görməsi, eşitməsi, anlaması da məhduddur. Xüsusilə varlıqların milyonda beşini ancaq görə bildiyimiz və ağrı, sızı, sevgi, nifrət, qorxu, ağıl, elektrik, külək vs. kimi, görmədiyimiz şeylərin bir çoxuna inandığımız da düşünülsə, mövzu daha rahat aydın olacaq.
Cinlər Yalançıdır?
Qur`an-i Kərim və hədis-i şəriflərdə cinlərin yalançı olduqları və Allah`a qarşı yalan uydurduqları bildirilməkdədir. (11) Ancaq bunun yenə iman və təqva ilə əlaqəsi olmalıdır. Çünki möminin yalan danışması qadağan olduğu kimi, cinlərin möminlərinin də eyni vəziyyətdə olmaları söz mövzusudur. Beləliklə yalançılar, ya kafir, ya da münafiq cinlər olmalı ya da imanda kamala çatmamış cinlərə məxsus olmalıdır.
Hər Ölkədə və Hər Şəhərdə Yaşayarlar
Cinlər, insanların məskun olduğu yerlərdə yaşadıqları kimi, yer üzünün digər yerlərində də yaşaya bilərlər. Asiya, Avropa, Amerika, Ərəbistan, Türkistan, Rusiya vs. kimi ölkələrdə yaşadıqları və buralara mənsub olduqları kimi, bu ölkələrin şəhərlərində yaşayıb oralara da mənsub ola bilərlər və Bakılı, Sumqayıtlı, Gəncəli, Gədəbəyli, Qubalı vs. deyə adlandırıla bilərlər. Necə ki Rəsulullah sallallahu aleyhi və səlləm`i dinləməyə gələn bir qisim cinlərin Diyarbəkir ətrafında olan Nusaybin`dən olduqları bildirilmişdir. (12) Ayrıca Hz. Peyğəmbərə (Aleyhissalatu Vəssalam) gələn başqa bir cin heyətinin, Cəzirəli (13) olduğu və Hz. Peyğəmbərin, Mədinədə Müsəlman olmuş bir qrup cin olduğunu (14) xəbər verdiyi də yenə hədislərlə bildirilən xüsuslardandır. Buna əlavə olaraq, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`i dinləməyə gələn bəzi cinlərin də Yəmənli və o ətrafda olan Nəsibinli (və ya Nusaybin) cinlər olduqları da bildirilməkdədir. (15)
Hər İnsanın Bir Cini Vardır
Cinlərin insanlarla birlikdə yaşadıqları da həmişə bilinən xüsuslardan biridir. Buna görə onların da insanlar kimi təşkilatlanması, əsgəri, polisi və bunların rütbələrinin olması, hər cür İslami və İslami olmayan ictimai, siyasi qrupların və partiyaların da olması, insanlarda qalib olan zehniyyət və düşüncənin onlarda da qalib və ya məğlub olması, inkişaf və ya geri qalmışlığın olması mümkündür. Yəni onlardakı həyat nizamı və idarə sisteminin də insanları bir növ təqlid etməkdən ibarət ola bilər. Necə ki Müslimin rəvayət etdiyi bir hədisi şərifdə, "Hər insanın mələklərdən və cinlərdən bir yoldaşı olduğu." bildirilmişdir. (16) Cabirdən nəql edilən bir hədisi şərifdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm); "Yanlarında ərləri olmayan qadınları ziyarət etməyin. Çünki şeytan, hər hansı birinizin damarlarında, qan necə axırsa o şəkildə gəzməkdədir." Buyurmuşdur. Bunun üzərinə səhabələr: "Sənindəmi?" deyə soruşdular. Hz. Peyğəmbər: "Mənim də, lakin Allah, şeytana qarşı mənə kömək etdi, o mənə təslim oldu (və ya Müsəlman oldu)" buyurmuşdur. (17) Hədisdə mötərizə içində verdiyimiz "Müsəlman oldu" ifadəsi seçilən bir başqa mənadır. Ancaq hədisçilər, şeytanın Müsəlman olmasının söz mövzusu olmadığını söyləyərək, "təslim oldu, boyun əydi" mənasında istifadə etmənin daha doğru olacağını söyləmişlər. (18) Burada nəzərdə tutulanın kafir bir cin olduğunu düşünmək, problemi həll edər. Necə ki cinlərin kafirlərinə şeytan deyildiyini söyləmişdik.
Mənbələr:
(1) Yazar, Haqq Dini, VIII, 360; Ənam, 6/130; Zariyat, 51/56
(2) Ənam, 6/130; Əhqaf, 46/29-30; Cin, 72/1-2; Buxari, Təfsir, 72/1; Azan, 105; Müslim, Salat, 149-150, 153; Tirmizi, Təfsir, 72/2-3, Nömrə: 3323-3324; A. H. Müsned, I, 252.
(3) Rəhman, 55/56; Əbu Yala əl-Ferra, əl-Mutemed, s. 174. Atəş
(4) Buxari, Tövhid, 7; Zikr, 67; Karş. A. H. Müsned, I, 302.
(5) İmam Şibli, Cinlərin Sirri, s. 32.
(6) Kəhf, 18/50; İ. Malik, Muvatta, Şaar, 4/10; A. H. Müsned, III, 419; İbn Cevzi, Telbis, s. 35-36; Müslim, Münafiqin, 69.
(7) Əraf, 7/179; Cin, 72/5.
(8) Ənam, 6/128.
(9) Ə'RAF, 7/27; Zuxruf, 43/36-39; Nisa, 4/38; Qaf, 50/27.
(10) A. Naim, Təcridi Sarih Terc., II, 403.
(11) Əraf, 7/27; Cin, 72/5; Tirmizi, S. Quran 3, (2883); Yazar, A. g. e., IV, 29.
(12) Buxari, Mənakıbu'l-Ənsar, 32.
(13) Müslim, Salat, 150.
(14) Müslim, Salam, 141; İ. Malik, Muvatta, İsti'zan, 13/33.
(15) Tirmizi, Təharət, 14/18. Cinn, 72/6; Yazar, A. k. ə., VII, 118; VIII, 369-371.
(16) Müslim, Münafiqin, 69.
(17) Tirmizi, Rada, 17/1172; A. H. Müsned, III, 309; Darımı, Sünen, II, 320, Rikak, 66.
(18) Tirmizi, Rada, 17/1172; İ. Cevzi, Telbisü İblis, s. 34.
Suallarla İslam
- Cahiliyyə adət ənənəsi və Hz. Peyğəmbər.
- Cinlər insan şəklinə girə bilərlər?
- Hz. Adəm (ə)-dən əvvəl insan sivilizasiyaları olubmu?
- Yuxuda və ya oyaq ikən qorxudan xilas olmaq üçün xüsusi dualar varmıdır?..
- Cinlər qeybi bilirlər?
- Nəzər / göz dəyməsi insanı öldürər mi? Nəzərə / göz dəyməsinə qarşı nə kimi tədbirlər alına bilər? Göz dəyməsinin səbəbləri nələrdir?Nəzər dəyməsindən Sonra, xəbərdarlıqlar!
- İslamdan əvvəl, Ərəblərin Allah inancı necə idi?
- Cinlərdən peyğəmbər gəlmişdir?
- Cinlər (Üç Hərflilər) haqqında...
- Cinlər insan şəklinə girə bilərlər?