Çox uzun saçı olan bir insanın qüsul dəstəmazı alarkən saçının hər telinin ıslanması lazımdırmi; əgər ıslanmazsa qüsl etibarlı olarmı?

The Details of the Question
Salam, saclarim cox uzundu, qusl alanda basima mesh ceke bileremmi? Bileremse hansi sekilde ve nece defe edim?hem saci bagli yeni yigili ve ya horukle olarmi qusl almaq?
The Answer

Dear Brother / Sister,

Salam aleykum.

Vücud yuyularkən iynə ucu qədər bir yerin quru qalmamasına diqqət ediləcək, qulaqlar və göbək oyuğu yuyulacaq.

Su saçların, saqqalların, qaşların və bığların aralarına və altlarındakı dəriyə qədər keçəcək. Bunlar sıx olsa belə, suyun çatması təmin ediləcək. Bunların araları və dibləri quru qalsa, qüsl tamamlanmış olmaz.

Ancaq qadınların başlarından aşağıya sallanmış olan saçlarının yuyulması şərt deyil. Önəmli olan bunların diblərinə suyun keçməsidir. Kişilərdə bir zərurət olmadığı üçün, belə sallanmış olan saçlarının hər tərəfini yumaq lazımdır.

(Ömər Nəsuhi Bilmən, Böyük İslam Elmihalı)

 

Saçlar bağlı və hörüklü olduğu halda qüsl almaq olar. Amma suyun saçların dibinə gedilməsi təmin edilməlidir. Əks halda qüsl tam olmaz.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 4.023 times
In order to make a comment, please login or register