Cümə günü Kəhf surəsini oxumağın fəziləti haqqında məlumat verə bilərsiniz?
Share
The Details of the Question
Cümə günü Kəhf surəsini oxumağın fəziləti... Submitted by on Fri, 21/10/2016 - 22:47
The Answer
Dear Brother / Sister,
Kəhf surəsini cümə gecəsi və gündüzü oxumağın çox fəzilətli olduğuyla əlaqədar hədislər vardır.
Məsələn:
"Cümə gecəsi Kəhf surəsini oxuyan, Qiyamətdə, yerdən göyə qədər bir nurla aydınlanar. İki
cümə arasında işlədiyi (kiçik) günahları da əfv olar." (Müxtəlif rəvayətlər üçün bax. Ət-Tərğib
vət-Tərhib, Kitabul-Cuma, 1 / 512-513)
Ancaq təşviq üçün edilən bu rəvayətləri qiymətləndirərkən bəzi nöqtələrə diqqət etmək gərəkdir.
Kəhf surəsi haqqında rəvayət edilən digər hədislərdən ikisinin mənası belədir:
"Səhabədən Useyd ibni Xudayr, Kəhf surəsini oxumuşdu. Evində də bir atı var idi. Bu əsnada at
ürkməyə, yerində hərəkət etməyə başladı. Bunun üzərinə (Useyd) 'Ya Rəbb! Sən afətdən əmin qıl.'
deyə dua etdi. Dərhal onu duman kimi bir şey, yaxud bir bulud əhatə etdi. Sonra (Useyd) bu
hadisəni Hz. Peyğəmbərə (asv-aleyhissalatu vəssalam) dedi. Rəsulullah (asv), "Oxu ey adam.
Çünki o bulud kimi görünən şey Səkinədir. Quran dinləmək üçün, yaxud Quranı ucaltmaq
üçün enmişdir. "buyurdu.(Buxari, Mənaqib, 25; Buxari, Fədailul-Quran, 11; Tirmizi, Fədailul
Quran,6).
Hz. Peyğəmbər (s.a.s) belə buyurmuşdur:
"Kim, Kəhf surəsinin əvvəlindən (bir rəvayətdə sonundan) on ayə əzbərləsə, Dəccaldan
qorunmuş olar." (Muslim, Müsafirun, 257; Əbu Davud, Mənahim, 14; Tirmizi, Fitən, 59; İbn Macə,
Fitən, 33).
Suallarla İslam
OXŞAR SUALLAR
- Kəhf surəsinin fəziləti
- ƏRƏFƏ GÜNÜ İXLAS SURƏSİNİ 1000 DƏFƏ OXUMAQLA ƏLAQƏLİ RƏVAYƏT VAR?
- İslamda cümə günü nədən çox qiymətlidir? Cümə gününün əhəmiyyəti nədir?
- Qədr surəsinin təfsirini verə bilərsinizmi?
- Ərəfə günü oruc tutmağın hökmü və fəziləti nədir? Ərəfə gününü necə dəyərləndirmək lazımdır?
- Hədislərdə Həşr surəsinin son üç ayəsinin oxunmasının fəziləti ifadə edilir. Təsbihatlarda "son beş ayə" yazılmasının hikməti nədir?
- Bəraət gecəsni önəmi və dəlillər
- Oruc borcumuz varsa, əvvəl qəza orucu mu yoxsa Şəvval orucunu mu tutmalıyıq?
- Ölüyə Yasin oxumaq olarmı?
- İslamda Ölüyə Oxunan Quranın Ona Fayda Verəcəyinə İnam Vardırmı?