"Cümə qüslü hər həddi büluğa çatana vacibdir. Misvaklanması, tapdığı halda qoxu sürtməsi də belədir." Bu hədisə görə sayılan şeyləri etmək vacibdir?
Share
The Details of the Question
Cümə günü qüsl almaq vacibdir yoxsa sünnə? The Answer
Dear Brother / Sister,
Alimlərin cumhuruna görə, sözü gedən hədisdə zikr edilən "qüsl etmək, misvak istifadə
etmək, gözəl qoxu sürtmək" kimi şeylərin yerinə yetirilməsi vacib deyil, sünnədir. Onlara
görə, buradakı "vacib" anlayışı, gücləndirilmiş sünnə mənasında istifadə edilmişdir.
Necə ki,
"Kim cümə günü dəstəmaz alarsa, nə gözəl! Kim qüsl alarsa bu daha dafəzilətlidir." (Bax. Zuxeyli, əl-Fiqhul-İslami, I / 387; II / 301-302).
tərcüməsindəki hədis bunu göstərir. Bundan başqa İmam Buxari də bunu ifadə etmək
üçün, "Cümə günündə qüsl etmək həddi buluğa çatan hər kəsə vacibdir." hədisinin
də yer aldığı Cümə kitabının ikinci babının başlığını "Cümə günü qüsl almağın
fəziləti" şəklində qoymağı uyğun görmüşdür.
Ümmətin bu günə kimi gələn davranışları da bu istiqamətdədir. Digər tərəfdən sözü
edilən hədisdə keçən "vacib" anlayışının "sünnə" mənasında istifadə edildiyini göstərən
müxtəlif hədislər və izahlar da vardır. (Bax. İbn Həcər, Fəthul-Bəri, II / 357-365).
Suallarla İslam
Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 2.122 times
OXŞAR SUALLAR
