Evlənmədən əvvəl görüşmənin ölçüsü nədir?
Dear Brother / Sister,
Bu hədislər baxmanın lazımlılığını, faydasını və hikmətlərini izah edir. Baxma və görüşmə əsnasında bəzi məhdudlaşdırmalar da vardır. Birincisi görüşmə yeri ilə əlaqəlidir. Bu məsələyə bu hədisi şərif işıq tutur:
"Sizdən kim Allaha və axirət gününə inanırsa, yanında məhrəmi olmayan bir qadınla baş-başa qalmasın. Çünki bunu etsə üçüncüləri şeytan olacaq. "5
Bunun üçün evlənmək düşüncəsi ilə görüşəcək olan tərəflərin yanında mütləq üçüncü bir şəxs hazır olmalıdır. Əks halda "baş-başa tək qalma" söz mövzusu olar ki, bu caiz deyil. Bu görüşmənin içinə danışma, söhbət etmə, tərəflərin bir-birlərindən tələb və istəklərini dilə gətirmələri də mümkündür.
Bu görüşmə və danışmalardan bir müddət sonra tərəflərin bir-birləri haqqındakı qənaət və intibaları müəyyən olar. Çox keçmədən qərarlarını bildirərlər. Dini icazə bir dəfəlik görüşmə üçün vardır. Üç-beş dəfə görüşmə həm ciddilikdən uzaqdır, həm də qurulacaq ailənin sağlamlığı baxımından bir faydası yoxdur.
1 Hakim, əl-Müstedrek, 2: 166.
2 Neylul-Evtar, 6: 110.
3 Nəsəi, Nigah: 17.
4 Hakim, əl-Müstedrek, 2: 165.
5 Buxari, Nigah: 111.
Məmməd Paksu Ailəyə Xüsusi Fətvalar
Suallarla İslam

