Fələstin üçün edilən dualar niyə qəbul olmur?
Submitted by on Fri, 02/12/2016 - 11:20
Dear Brother / Sister,
1) "Bütün bu dualar olmasaydı da yenə eyni şəkildə nəticələnərdi?" sualının cavabı
insanlar tərəfindən qəti olaraq bilinən bir şey deyildir. Bunun necə olacağını qəti olaraq
bilməyimizə imkan yoxdur. Bu qədər çox və davamlı edilən dualar, əlbəttə duaların
məqbul olmasının əhəmiyyətli bir vəsiləsidir.
Buna görə demək olar ki, Fələstin haqqında edilən bu dualar olmasaydı, bəlkə bu
çətinliklər daha da çox olacaqdı.
- Bu andakı vəziyyət, edilən duaların məqbul olmadığını göstərməz. Çünki De: "Əgər
yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi." (Furqan, 25/77)
tərcüməsindəki ayədə ifadə edildiyi üzrə, dua bir qulluq nişanəsidir, bir ibadətdir, bir
qulluqdur. İbadətlərin əsl nəticəsi axirətə baxar. Dünyadakı faydalar da sözün
mövzusudursa bu ayrıca ilahi bir ikramdır.
Dua etmək bir ibadət olduğuna görə namaz kimi etdiyimiz bir ibadətin qəbul edilmədiyini
bilmədiyimiz kimi, duanın da qəbul edilmədiyini bilmirik.
- Qaldı ki, ibadət və duanın qəbul olması -digər bəzi qəbul şərtləriylə bərabər- o ibadət
və dua edənin Allah qatındakı məqbul bir insan olub olmamasıyla mütənasibdir.
Bugünkü Müsəlmanların feli dua olan güc və qüvvətə, texnika və texnologiyaya
sahib olmamaları, halalı haramla qarışdırmaları, gecə-gündüz Allaha qarşı
hörmətsizlik etmələri, üsyan etmələri inkar edilə bilməyən bir gerçəkdir.
Bu üsyankar ağızlardan çıxan duaların məqbul olmasını gözləməmək lazımdır. Qəbul
edilsə bu Allahın bir lütfü; qəbul edilməzsə ilahi ədalətin bir təzahürü olur. "Bir müsibət
min nəsihətdən üstündür" düsturunda ifadə edilən bu gerçək müsibətin davam etməsinə
verilən qərarın əhəmiyyətli bir hikməti kimi görünür.
- Bədiüzzaman həzrətlərinin ifadə etdiyi kimi şifahi olaraq etdiyimiz duaların qəbul
edilməsi iki cəhətlədir: Ya arzu etdiyimiz istəklərimizin eynisi verilir, yaxud da daha gözəl
bir şəkildə qəbul edilir.
"Məsələn: Biri özünə bir oğul övladı istəyər. Cənabı-Haqq, Həzrəti Məryəm kimi bir
qız övladı verər. "Duası qəbul olunmadı" deyilməz. "Daha üstün bir surətdə qəbul
edildi" deyilər. Həm bəzən öz dünyasının səadəti üçün dua edər. Duası axirət üçün
qəbul olunar. "Duası rədd edildi" deyilməz, bəlkə "Daha enfa '(faydalı) bir surətdə
qəbul edildi" deyilər. Və bunun kimi ... Madam Cənabı-Haqq Hakimdir; biz ondan
istəyirik, o da bizə cavab verir. Fəqət hikmətinə görə bizimlə rəftar edir. Xəstə təbibin
hikmətini ittiham etməməlidir. Xəstə bal istər; mahir təbib isə qızdırması üçün sulfat
turşusu verər. "Təbib məni dinləmədi" deyilməz. Bəlkə ah-naləsini dinlədi, eşitdi, cəvab
da verdi; İstənilənin yaxşısını yerinə yetirdi. "(Məktubat, 301)
"Həm dua bir ibadətdir.İbadət isə axirət səmərələridir. Dünyəvi məqsədlər isə, o cür
dua və ibadətin vaxtlarının. O məqsədlər qayələri deyildir.
Məsələn: Yağmur namazı və duası bir ibadətdir. Quraqlıq o ibadətin vaxtıdır. Yoxsa o
ibadət və o dua, yağışı gətirmək üçün deyildir. Əgər sırf o niyyət ilə olsa; o dua, o ibadət
xalis olmadığından qəbula layiq olmaz.
Necə ki, günəşin qürubu axşam namazının vaxtıdır. Həm Günəşin və Ayın tutulmaları,
küsuf və husuf namazları deyilən iki məxsusi ibadətin vaxtlarıdır. Yəni gecə və gündüzün
nurani ayələrinin niqablanmasıyla (pərdələnməsiylə) bir ilahi əzəməti elanına vəsilə
olduğundan, Cənabı-Haqq qulunu o vaxtda bir növ ibadətə dəvət edir. Yoxsa o
namaz, (açılması və nə qədər davam etməsi münəccim hesabıyla müəyyən olan) Ay və
Günəşin husuf və küsuflarının inkişafları üçün deyildir. (Sözler, 23. Söz, 1. Mebhas)
2) Şübhəsiz ki, Allah hər şeydən xəbərdardır. Lakin Allah insanlar üçün açdığı imtahanı
hər şeyi əhatə edən əzəli elminə görə deyil, insanların öz azad iradələri ilə etdikləri
işlərin vəziyyətinə görə qiymətləndirir. Çünki belə olması imtahanın adil olmasının
gərəyidir.
Elə isə, Allah imtahanı qazandıran işlərin edilməsinə icazə verdiyi kimi, uduzduran işlərə
də icazə verir. Əgər Allah qatilin əlindən tutsa, oğrunun əlindən tutsa; dedi-qodu
edən, qeybət edən, fitnə fəsada təşviq edən insanların ağzına kilid vursa, bu
təqdirdə açılan imtahanın uduzanı olmaz və imtahan olmaqdan çıxar.
O halda, gözəl işlər görən kəslərə fürsət verildiyi kimi, pis işlər görən kəslərə də
fürsət verilməsi ədalətin gərəyidir.
Suallarla İslam
- Fələstin üçün edilən dualar nə üçün qəbul olunmur?
- DUA
- Dua hansı dildə oxunmalıdır?
- Dua zamanı əllərin vəziyyəti necə olmalıdır? Duada əllər bitişməli yoxsa aralı tutulmalı?
- Peyğəmbərimizin Ramazan dua və zikrləri
- Yağış duası yağışın yağması üçün edilir?
- Duanın quruluş şəkli necə olmalıdır, məqbul dualar hansılardır və nə zaman dua edilməlidir?
- İqamədən sonra oxunan əzan duası?
- Haram yeyənlərin duası qəbul olunmazmı? Tövbə edəcəyi təqdirdə qəbul olarmı?
- Üç aylarda tutulan orucların və edilən ibadətlərin fəziləti haqqında məlumat verərsinizmi?