Gecə dırnaq kəsmək caizdir?
Submitted by on Sat, 26/11/2016 - 15:07
Dear Brother / Sister,
Dırnaq kəsmək yalnız həcc və ya ümrə ehramı müddətində yasaqdır. Bunun xaricində hər zaman
kəsilə bilər. Xalq arasında bəzi gün və zamanlarda, məsələn "gecə dırnaq kəsilməz" şəklində səhv
bir inanc vardır. Elektrikin olmadığı zamanlarda kəsilən dırnağın hara sıçradığının görülə bilmədiyi
düşüncəsindən qaynaqlanan bu fikir belə hallar üçün etibarlı sayıla bilər. Lakin bu gün elektrikin
işıqlandırdığı mühitlərdə gecə dırnaq kəsməyin heç bir qorxusu yoxdur.
Kəsilən dırnaqlar olduğu kimi buraxılmamalı, uyğun bir şəkildə ortalıqdan götürülməli, yox
edilməlidir. Bu səbəblə dırnaq gecə və ya gündüz hər zaman kəsilə bilər. Həftənin hər günü kəsilə
bilər. Cümə günü kəsmək daha yaxşı olar.
Dırnağı uzun olanın ruzisi məşəqqət ilə, sıxıntı ilə əldə edilər. Cümə namazı üçün qüsl almaq, gözəl
ətir sürtmək, yeni, təmiz geyinmək, saç, dırnaq kəsmək sünnədir. Dırnaqları cümə namazından
əvvəl və ya sonra kəsmək sünnədir. Namazdan sonra kəsmək daha yaxşıdır. (Dürrül-muxtar)
Hədisi-şərifdə, "Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir." buyuruldu. (E.Şeyh)
Başqa bir hədisi-şərifdə, Peyğəmbər Əfəndimiz (s.ə.s) cümə günü namaza getməzdən əvvəl
dırnaqlarını kəsərdi. Cümə axşamı günü də dırnaq kəsmək caizdir.
Kəsilən dırnaqları basdırmaq yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:
"Saç və dırnağınızı torpağa basdırın, cadu edənlər onlarla sehr etməsin !." [Deyləmi]
Suallarla İslam
- Qüsulsuz ikən və ya aybaşılı ikən tükləri kəsmək caizdir?
- Qurban kəsməklə bağlı tez-tez soruşulan suallar...
- Gecə dırnaq kəsmək ölü əti yemək kimidir, deyilir. Bu sözün əsli var?
- Qurban haqqında məlumat verərsinizmi?
- Hamiləlikdə saç kəsməyin bir qorxusu var?
- Cənazə və Cümə namazından əvvəl niyə sela verilir?
- Bayram və Bayram Namazları
- Məscidlərin bəzənilməsi caizdir?
- Rəğâib Gecəsi
- Qurban bayramı.