Haram yeyənlərin duası qəbul olunmazmı? Tövbə edəcəyi təqdirdə qəbul olarmı?
Submitted by on Wed, 09/11/2016 - 22:07
Dear Brother / Sister,
Allah edilən heç bir yaxşılığı zay etməz. Şam işığından günəş işığına qədər işığın dərəcələri olduğu kimi, duaların da dərəcələri vardır. Haram işləyən kəslər işlədikləri haramların böyüklüyünə görə bu duaların dərəcəsini aşağı salırlar.
Hz. Əbu Hureyrə deyir: Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurdu:
"Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm! "(Muminun, 23/51),
" Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin! "(Bəqərə, 2/172). Sonra belə dedi:
"Bir kəs (Haqq yolunda) uzun səfərə çıxar, saçları dağılmış, toza torpağa batmış bir halda əllərini səmaya uzadaraq: Ya Rəbbi, ya Rəbbi! deyə dua edər. Halbuki yediyi haram, içdiyi haram, geydiyi haram (xülasə) özü haramla qidalanmış olarsa, belə bir kəsin duası necə qəbul edilər? "(Muslim, Zəkat, 19; Tirmizi, Təfsir, 3; Əhməd ibni Hənbəl, 2/328)
Tirmizi bu hədis rəvayəti üçün "həsən-qərib" ifadəsini istifadə etmişdir. (a.k.ə). Burada əhəmiyyətli bir nöqtə də budur: Dua edən adam haramların hovuzunda üzür. Tövbə etmir. Bir tərəfdən Allaha üsyan edir, digər tərəfdən O`ndan nə isə istəyir. Bu həqiqətən çirkin bir davranışdır, bir utanmazlıq nümunəsidir.
Bu mövzuda bir digər əhəmiyyətli nöqtə də budur: Qüsur işləməklə itaət etmək arasında tərs mütənasib bir əlaqə vardır. Bu iki zidd qütbün davamlı olaraq yan-yana olması, bir problemin varlığına işarədir. Hər nə qədər peyğəmbərlərdən başqa heç kəs məsum deyilsə də, davamlı olaraq qüsur işləmək, Allaha qarşı üsyan etmək, Allaha səmimi olaraq iman edən, onun böyüklüyünü könlünə yerləşdirən bir kəsin bu səmimiyyəti ilə uyğun gəlmir. Onda adamın bu səmimiyyətini sorğulaması gərəkdir. Bir hədisdə Peyğəmbərimiz (a.s.v) belə buyurmuşdur:
"Allah qatında işlərin ən sevimlisi, az da olsa davamlı olanıdır." (Buxari, İman, 43)
Burada vurğulanan xüsus davamlılıqdır. Çünki bir işdə davamlılıq, işi edən kəsin daxili aləmindəki dəyərini, onunla əlaqədar qərarlılığını və niyyətini göstərir. Bu hədislə hərəkət etsək belə bir nəticəyə varmaq da mümkündür: "Əməllərin ən pisi az da olsa davamlı olanıdır." Çünki davamlılıq çox şeyi ifadə edir. İnsanın sistemi, niyyəti, baxış tərzi, mühakiməsi, daxili dünyası, xarakteri, prinsiplərinin hamısını əks etdirən bir aynadır. Necə ki, digər bir hədisi-şərifdə
"İsrarla davam etdirilən / davamlı işlənən bir günah -kiçik də olsa kiçik olaraq qalmaz. Və səmimi olaraq özündən peşmanlıq duyulan, tövbə və istiğfarla qarşısına dikilən bir günah isə -böyük də olsa artıq böyük sayılmaz. "(Acluni, II / 364) şəklində bir dəyərləndirmə edilmişdir.
Xüsusilə yemək, içki kimi bədənin bütün hüceyrələrinə yayılan haram bir qidanın mənfi təsiri inkar edilə bilməz. Çünki bədən ilə ruhun qarşılıqlı təsiri elmi olaraq da sübut edilmiş bir həqiqətdir. Necə ki, bir hədisdə bu xüsusa diqqət çəkilmişdir:
"Mömin bir günah işlədiyi zaman qəlbində (mənəvi pasdan) qara bir nöqtə meydana gələr. Adam tövbə edər, günahdan uzaqlaşar, istiğfar edərsə, ürəyi -təkrar- cilalanmış olar. Əgər belə etməyib günah işləməyə davam edərsə, ürəyindəki qara ləkələr də artmağa davam edəcəkdir. "Etdikləri günahlar səbəbiylə qəlbləri olduqca paslanmışdır, cilalanma xüsusiyyətini itirmişdir. - Mutəffifin, 83 / 14- ayəsinin işarə etdiyi paslanma budur. "(İbn Macə, Zühd, 29).
Əlavə məlumat üçün klikləyin:
Günaha Qarşı Tövbə
Suallarla İslam
- Fələstin üçün edilən dualar nə üçün qəbul olunmur?
- Fələstin üçün edilən dualar niyə qəbul olmur?
- Ərəfə günü oruc tutmağın hökmü və fəziləti nədir? Ərəfə gününü necə dəyərləndirmək lazımdır?
- Günaha israr edənlər...
- "Qara it, şeytandır."-2
- Duanın quruluş şəkli necə olmalıdır, məqbul dualar hansılardır və nə zaman dua edilməlidir?
- Cənnətlik və ya cəhənnəmlik olan kimsələri necə bilə bilərik?
- Əlfaz-ı küfr söyləyən şəxs kafir olarmı? Bir kimsənin bəzi sözlərindən dolayı ona kafir demək, təkfir etmək doğrudurmu?..
- Günah işləyənlərə qarşı Allahın rəhməti haqqında məlumat verərsiniz?
- Günahın zərərləri