Hz. Peyğəmbərin (sav) Hz Həsən və Hüseyin (R.A) və uşaqlar üçün necə dua edərdi?
Submitted by on Sat, 27/06/2015 - 12:19
Dear Brother / Sister,
Va aleykumusSalam va rahmətullah
Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) nəvələri üçün belə dua edirdi.
أعيذكما بكلمات الله التامة من كل شيطان وهامة ومن كل عين لامة
"Uizukumə Bi Kəlimətilləhi't-tâmməti Min Külli Şeytanin və Həmmətin və min kulli aynin Lâmməh."
Rəsulullah (Sallallahu Əleyhi və Səlləm), Həsən və Hüseyn (ra) 'ə:
"Sizi, hər şeytan və həşəratlardan, hər pis gözdən Allah'ın nöqsansız kəlimələrinə sığındırıram (tapşırıram)" deyərək dua edərdi. (Buxari 4/119)
Uşaqların böyüklərindən alacaqları xeyr duanın, onların sevildiyinə bir işarə olacağını ifadə etməliyik. Bu, onları həm psixoloji mənada güclü etməkdə həm də sevildiklərini düşünmələrinə səbəb olmaqdadır. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm 'in duasını alan bir çox səhabə uşaq, bunun mənəvi həzzini həmişə hiss etdikləri kimi, maddi mənada da ayrıcalığını həyatları boyunca yaşamışlardır.
Söz gəlişi, Hz. Peyğəmbər (sav) 'in, "mal və övladının çox, ömrünün uzun və özünə verilənlərin xeyirli və mübarək olması üçün Allah'a dua etdiyi" Hz. Ənəs, yüz ildən çox bir müddət yaşamış və bu duanın bərəkətiylə çox nemətə məzhər olmuşdur. (Buxârî, Dəavat, 47; Müslim, Fəzailu-Səhabə, 141-144.)
"Atanın övladı üçün duasının qəbul edilən (müstəcâb) dualardan olduğunu" ifadə edərək [Buxârî, əl-Ədəbül-Müfrəd, s.169] bunu ətrafına da tövsiyə edən Hz. Peyğəmbər (sav), Hz. Aişə (ra)'nın ifadə etdiyi kimi, ona gətirilən uşaqlara müxtəlif vəsilələrlə xeyr dualar edərmiş [Buxârî, Dəavât, 30; Əbu Davud, Ədəb108.].
İndi bunun örnəklərini təqdim etmək istəyirik.
Üsamə b. Zeyd nəql edir:
"Hz. Peyğəmbər (Aleyhissalatu Vassəlam) bir dizinə məni, bir dizinə də nəvəsi Həsəni oturdar və ikimizi birdən bağrına basaraq 'Ey Rəbbim! Bunlara rəhmətinlə rəftar eyle.Çünkü mən də bunlara qarşı mərhəmətliyəm' deyərdi." [ Buxârî, Ədəb 21.]
Abdullah ət-Təmîmî'nin qızı Cəmrə nəql edir:
"Atam məni Hz. Peyğəmbər (sav) 'ə apardı və mənim üçün xeyir dua etməsini tələb etdi. Bunun üzərinə Hz. Peyğəmbər (sav), məni qucağına aldı və sonra əlini başımın üzərinə qoyaraq mənə xeyir dua etdi. "[ Askalanî, İbn Həcər; əl-İsâbə, IV, 260.]
Amr b. Hureys nəql edir:
"Anam məni Hz. Peyğəmbər (sav) 'in yanına apardı. Hz. Peyğəmbər (sav) başımı sığallayıb bol ruziyə qovuşmağım üçün mənə dua etdi. "[ Buxârî, əl-Ədəb'ul-Müfrəd, s.221.]
Mövzuyla əlaqədar bildirəcəklərimizə, xüsusilə Hz. Peyğəmbər (sav) 'in bir tətbiqini bildirmək istəyirik. Belə ki, O, nəvələri Həsən və Hüseyn üçün mütəmadi olaraq bir dua okumaxdaydı. Hz. Peyğəmbər (sav) 'in ifadə etdiyi kimi bu duanı, Hz. İbrahim, oğulları Hz. İsmail və Hz. İshaq (asm) üçün oxumuşdur [Bax. Əbu Davud, Sünnə 22.].
Hz. Peyğəmbərin Həsən və Hüseyni sevməsi və insanların da onları sevmələrini istəməsi ilə onlar üçün etdiyi dua bir çox rəvayətə mövzu olmuşdur. Əbu Hureyrədən nəql edilən bir hədisdə, Hz. Peyğəmbər Hz. Həsəni axtarmaq üçün Əbu Hüreyrənin əlindən tutaraq Bəni Qaynuqə bazarına getmiş, dolaşmış baxmış onu tapa bilməmiş, sonra oradan ayrılaraq məscidə gəlmiş və Hz. Həsəni ona tapmalarını istəmişdir. Hz. Həsən gəlincə dərhal onu otağına aparmış, onun əlini saqqalına toxundurmuş, sonra üzünü ona yaxşıca yaxınlaşdıraraq "Allah'ım mən onu sevirəm, sən də onu və onu sevəni sev." demişdir. Yenə onun "Kim Həsən və Hüseyni sevərsə məni sevər, kim də onlara buğz (nifrət) edərsə mənə buğz edər." dediyi nəql edilmişdir. (İbn Sad, VI, 360, 362.) Bir dəfə Rasulullah (sav) məsciddə onların birini sağ, digərini sol dizinə oturtmuş, bir ona bir digərinə sevgi göstərir idi.
İbn-u Abbas (ra)'dan rəvayət edildiyinə görə, Rəsulullah (sav) nəvələri Həsən və Hüseyni bu şəkildə dua edərək müalicə edər və İbrahim (Aleyhisalam) də oğlu İsmail və İshaqı eyni şəkildə dua edərk müalicə edərdi buyururdular.
"Hər ikinizi də Allah'ın nöqsansız bütün kəlmələriylə hər cür şeytan, zərərli heyvanlar və göz dəyməsinə qarşı Allah'a sığınıram." (Ibn Macə: Tibb: 38; Əbu Davud, Tibb: 19)
"Əuzu bikəliməti'llahi't-təmməti min şərri mə halaqa və zəraə va bəraə."
Buxarin'nin rəvayət etdiyi bir hədisdə Hz.Aişə anamız, Rəsulullah (sav) xəstələndiyi vaxt ona Cəbrayılın aşağıdakı şəkildə dua etdiyini söylədi.
"Səni bəri qılan, hər xəstəlikdən sənə şəfa verən, həsədliyi qabardığı vaxt hər həsədçinin şərindən və hər nəzəri dəyənin şərindən əmin eyləyən Allah'ın adıyla."
Mənbə: Dua ilə gələn şəfa (Dr.Arif Arslan)
əl-Həsən b. AIi b. Əbi Talib əl-Haşimi əl-Quraşi, Hz. Peyğəmbərin ən çox sevdiyi nəvələrindən və O'nun "Reyhânəsi", Hz. Ali'nin, Hz. Fatimədən doğan böyük oğlu. Xuləfâ-i Raşidinin beşincisi qəbul edilir. Imamiyyə'yə görə isə on iki imamın ikincisidir.
Hz. Həsən, Hz. Peyğəmbərin tərbiyəsində yetişdi. Səhih hədis kitabları daxil bir çox İslami ədəbiyyatda, Hz. Peyğəmbərin nəvəsi ilə nə qədər maraqlandığını və onu nə qədər çox sevdiyini ifadə edən rəvayətlər bu həqiqəti göstərir. Onunla hər an maraqlandığını, dərhal dərhal yanından heç ayırmadığını; xüsusilə namazlarda belə nəvəsinin gəlib üzərinə çıxdığından ötəri, Hz. Peyğəmbərin sırf onu incitməmək üçün səcdəsini uzatdığını ifadə edən hədislər, ilahî vəhyə məzhər dede ilə, onun "reyhanəsi" arasındakı sevgini anlatmaqdadırlar (Əhməd b. Hənbəl, III, 493, 494; Nəsâî, Talbîk, 82). Hətta Hz. Peyğəmbər Rükuda ikən nəvəsi gələr, ayaqlarını açar bir yöndən girər, o biri tərəfdən çıxar (əl-Haysəmi, Məcmau'z-Zəvâid, Beyrut 1967, IX, 175; Təhzîbü't-Tənzîb, II, 296) və Hz. Peyğəmbər səs çıxarmazdı.
Bəzən səcdə edərkən üzərinə mindiyini, onu yavaşca kürəyindən endirərdi. Hətta bir dəfə Hz. Peyğəmbər xütbə oxuyarkən Hz. Həsən ilə qardaşı Hz. Hüseyn üzərlərindəki uzun və qırmızı paltarları ilə düşə qalxa gəldiklərini görüncə, xütbəsinə ara verib, minbərdən enərək, nəvələrin qucağına aldığı və önünə oturtduğu, daha sonra da "Allah Təâla, "Mal-dövlətiniz və övladlarınız sizin üçün bir imtahan vəsiləsidir." (Ət-Təğabun, 64/15 ) deyərkən doğru söyləmişdir. Bu ikisini bu şəkildə görüncə səbr edə bilmədim." deyərək xütbəsinə davam etdiyi qaynaq hədis kitablarında anlatılmaqdadır (Əhməd b. Hənbəl, V, 254; Əbu Davud, Salat, 233; Tirmizî, Mənaqib, 31; İbn Macə, Libas, 20; Nəsai, Salatu'l-İdeyn, 27; Zəhəbî, a.k.ə, III, 256).
Hz. Peyğəmbər (s.ə.s.) zaman zaman hər iki nəvəsini da kürəyinə alıb namaza gəldiyinə (Əhməd b. Hənbəl, III, 493), Hz. Həsəni çiyninə alaraq çöldə gəzdirdiyinə dair (Tirmizî, Mənaqib, 31) bir çox hədis bunu göstərir ki, Hz. Peyğəmbər hər iki nəvəsiylə davamlı maraqlanmış, hər cür ehtiyaclarını aradan qaldırmağa çalışmışlar. Qızı Hz. Fatiməni ziyarətə gedəndə, nəvəsi Həsən yuxu arasında su istədiyi zaman şəxsən özü qalxıb su gətirərək, həm ona, həm də qardaşına içirmələri (Əhməd b. Hənbəl, I, 101; Tayalisi, II, 129-130) və s. hərəkətləri baba şəfqəti və mərhəmətinin əməli işarələridir. Yenə Hz. Peyğəmbərin bu iki nəvəsini çox sevdiyi və "Allah'ım mən bu ikisini sevirəm, sən də sev." deyə dua etmələri (Tirmizî, Mənaqib, 31) bu sevgi və diqqətin dil ilə ifadəsini göstərmişdir (Buxârî, Ədəb, 18; Müslim, Fədailit's-Səhabə, 56-60).
Digər tərəfdən Hz. Peyğəmbər nəvələrini öpər (Əhməd b. Hənbəl, IV, 93; Tabarani, hədis no: 2658) və hər iki nəvəsinin cənnət əhli gənclərinin əfəndiləri olduğunu da söyləyərdi (Tirmizî, Mənâkıti, 31; Əhməd b. Hənbəl, III, 3; əl-Xətib əl-Bağdadî, Tarixi Bağdad, Beyrut (ty), I, 140), hətta onları sevənləri Allah'ın sevməsini dilədiyi duaları da rəvayətlər arasında yer almışdır (Əhməd b. Hənbəl, II, 249, 331; Təhzîbü't-Təhzib, II, 297 vd.).
Hz. Həsən, Hz. Peyğəmbərin axirətə köçdüyü sıralarda səkkiz yaşlarında idi. Hələ çox kiçik olduğu üçün, Hz. Peyğəmbərdən birbaşa rəvayət etdiyi hədislərin sayı olduqca azdır. Bunlardan biri Əbu'l Havrâ'nın rəvayət etdiyi bu hədisdir:
"Hz. Həsənə, "Hz. Peyğəmbərdən eşitdiyin hansı hədisi xatırlayırsan? " deyə soruşdum. O da bunu danışdı:
"Bu hadisəni xatırlayıram: Zəkat xurmalarından bir xurma götürüb, ağzıma atmışdım. Hz. Peyğəmbər o xurmanı ağzımdan tüpürcək ilə çıxardı. Oradakılar" Ya Rəsulallah, bu uşağın ağzına atdığı tək bir xurmanı, nə üçün geri çıxartdın? "dedilər. O da "Biz Əhl-i Muhamməd'ə sədəqə (zəkat) halal deyildir. "buyurdu."
"Xatırladığım digər bir hədis də "Səni əlaqələndirməyən (aidiyyatı olmayan) şeyləri burax, əlaqələndirən şeylərə bax ... "hədisidir.
Yenə babam Hz. Peyğəmbər mənə bu duanı da öyrətmişdi:
"Ey Allah'ım! Məni hidayət nəsib etdiyin kimsələrdən eylə, âfiyət verdiyin kəslərdən eylə, dost seçdiyin qullarının arasına qat! Verdiyin şeyləri mənim haqqımda mübarək eylə və hökm verdiyin (təqdir etdiyin) şeylərin şərindən də qoru. Sənin dost seçdiyin bir insan əsla zəlil olmaz."(Əhməd b. Hənbəl, I, 200; Əbu Dâvûd, Salat, 340; Tirmizî, Əbvâbu's-Salat, 341 Nəsai, Qıyamü'lləyl, 50; Üsdü'l-Ğâbə, II, I1).
Buna müqabil Hz. Həsənin bu hədislərin xaricində başda atası Hz. Ali olmaq üzrə bir çox səhabələrdən rəvayət etdiyi hədisləri vardır.
Peyğəmbər Əfəndimiz (asm), bir hədis-i şəriflərində, belə buyurmuşdur:
"Göydən daha əvvəl heç enməmiş olan bir mələk gəldi, salam verdi. Sonra Həsən və Hüseyin'in Cənnət gənclərinin, Həzrəti-i Fâtimə'nin da Cənnət qadınlarının əfəndisi olduğunu müjdələdi." (Tirmizî, Mənâqib: 31)
Yenə bənzər bir hədisdə isə, "Cənnət əhlinin gəncləri bu beş adamdır: Həsən, Hüseyn, Abdullah ibni Ömər, Səd bin Muaz, Übey bin Kab" (Camiussağir: 4858) buyuran Rəsulullah (asm), bir baxıma gəncləri də, onların həyatını nümunə almağa təşviq etmiş olurdu.
Çünki, Cənnətdə gənclərin əfəndisi olmaq böyük bir məqamdır. Bu məqama çatan insanların həyatlarını, əxlaqlarını, İslâma xidmət edişlərini nümunə alan gənclər onlara yaxınlaşmış olarlar. Onları sevən, onlar kimi yaşayan gənclər, Allah'ın inayəti ilə Cənnətdə o əfəndilərə qonşu olarlar.
Peyğəmbərimizin (asm) "Cənnət gənclərinin əfəndisi" olaraq müjdələdiyi səhabələr, gəncliklərini Allah'a ibadət və Onun dininə xidmət yolunda keçirmişlər, yaşayışlarıyla bütün gənclərə nümunə olmuşlar.
Bunların ibrət verici həyatlarından qısa hissələr verərək, onları çox xülasə də olsa tanıtmış olaq.
Hz. Həsən (r.a.)
Peyğəmbərimiz (asm), Allah'ın əmri üzərinə sevimli qızı Hz. Fatiməni (r.a.) Hz. Əliylə (r.a.) nikâhladı. Bu evlilikdən Hicrətin üçüncü ildə Hz. Həsən (r.a.) Əfəndimiz dünyaya gəldi.
Peyğəmbərimiz (asm) sevimli nəvəsini çox sevərdi. Onu qoxlayar, öpər, çiyininə alar daşıyardı. Ümmətinə də onu sevməyi tövsiyə etmişdi. "Allah'ım, mən onu sevirəm, Sən də sev. Onu sevəni də sev" deyərək, onu sevəni Allah'ın sevəcəyini bildirmişdi. Peyğəmbərimizin (asm) ona olan sevgisi, sadece qohumluq hisslərindən qaynaqlanmırdı. Onun sevgisi, Hz. Həsənlə (ra) davam edəcək mübarək soyundan gəlib İslâma xidmət edəcək nuranî silsilə idi.
Hz. Həsən (ra) səkkiz yaşında babasını, altı ay sonra da anasını itirmiş, hüznə boğulmuşdu.
O, mərdliyi ilə tanınmış bir sahabeydi. İki dəfə malının hamısını, üç dəfə yarısını sədəqə olaraq verdi. Sədəqəyə o qədər düşkün ki, iki ayaqqabısı olsa birini bağışlayardı.
İbadətə çox düşkün idi. Çox namaz qılar, çoxu günlər oruc tutardı. Mədinədən Məkkəyə piyada olaraq tam 25 dəfə həccə getmişdi.
Hz. Hüseyn (r.a.)
Peyğəmbərimizin (asm) mübarək nəslini davam etdirəcək olan ikinci nəvəsi Hz. Hüseyn (ra) Hicrətin dördüncü ilində dünyanı şərəfləndirdi. Bundan sonra Peyğəmbərimiz (a.s.m.), qızı Hz. Fâtimə'nin evinə daha tez gedir, onları sevib oxşayırdı. Onlar haqqında, "Həsən və Hüseyn mənim dünyada qoxladığım iki reyhânımdır" buyurmuşdu.
Bir gün Peyğəmbər Əfəndimiz onun haqqında, "Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah'ı sevən Hüseyni sevər. Hüseyn nəvələrdən bir nəvədir" demişdir. Peyğəmbərimizin vəfatından sonra atası Hz. Ali'nin (r.a.) tərbiyəsi altında böyüyən Hz. Hüseyin'in bütün həyatı sadəlik içərisində keçdi. Bütün insanlığa nümunə olacaq bir həyat yaşadı.
Suallarla İslam
- Nəzər / göz dəyməsi insanı öldürər mi? Nəzərə / göz dəyməsinə qarşı nə kimi tədbirlər alına bilər? Göz dəyməsinin səbəbləri nələrdir?Nəzər dəyməsindən Sonra, xəbərdarlıqlar!
- Hz. Həsən ilə Hz. Hüseynin qısaca həyatı.
- Uşaqlara ad vermə və ad verərkən diqqət edilməsi lazım olanlar nələrdir? Aleyna və Keziban adları nə mənaya gəlir?
- Cihada getmək üçün ana atadan icazə almaq şərtdirmi?
- İnsanların Qafil Olduğ Ay
- Namaz qılmamağın üxrəvi (axirət) cəzası nədir?
- İFTAR
- Dua zamanı əllərin vəziyyəti necə olmalıdır? Duada əllər bitişməli yoxsa aralı tutulmalı?
- Hz Ömərin Peyğəmbər (s.a.s) vəsiət yazmağa mane olmasını necə qəbul edək?
- Qur`anda beş vaxt namaz əmr olunub, vitr namazı yoxdur?