İş yerində islama (namaza) qarşı çıxan və ya namaz qılmağa etiraz edərlərsə o halda nə etməliyəm?

The Details of the Question
Salam. Əgər işin xarakteri daim nəzarət tələb edirsə, (misal: daim serverlərdə çıxa biləcək problemi müəyyən etmək və lazimi yerləri xəbərdar etmək.) və bu şəraitdə sənin 10-15 dəq. aralanıb namaza getməyə icazə vermirlərsə bu işdən çıxmaq nə qədər düzgündür. Burda sual yaradan məsələ budur ki, mene çörək verən şəxsin haqqını taptalamaq olmaz, ailəmi ac qoymaq da olmaz, amma , 2-ci məsələ Allah haqqıdır, ən yüksək haqq. Onu da unutmaq olmaz... Sizin köməyiniz yerinə düşərdi.
The Answer

Dear Brother / Sister,

     İş yerindəki müdir məmurların cümə namazına getmələrinə və ya digər fərz namazlarını qılmalarına icazə verməzsə, əvvəl müdiri mənfi rəftardan imtina etdirməyə çalışarlar. İmkan olmadığı təqdirdə məmur ya öz nəqlini başqa yerə etdirəcək, yaxud da maddi vəziyyəti uyğun olması halında istefa verəcək. Vəziyyəti uyğun olmazsa vəzifəsinə davam edib cümə namazına getmədən günorta namazını qılar, günah da müdirə aid olar, işçinin və müəllimin də vəziyyəti belədir. Ancaq cümə xaricindəki digər fərz namazları bir şəkildə vaxtı içində qılacaq.
       İbn Qasım Şəbramilisi belə deyirlər: Cümə namazına icazə verməyən bir işə götürənin yanında bir işçinin işləməsi üçün, möhtac olması lazımdır. Möhtac olmadığı təqdirdə cümə namazını qılmayaraq yanında çalışması haramdır. (Şebramilisi: c. 2, s. 134). Hənəfi üləmasından əl-İmam Abi Hafs kimi zat; işə götürənin icazəsi olmadan işçinin cümə namazına getməsi caiz deyil, demişlər isə də işçi və məmurun cümə namazına getmələrinə mane olmaq böyük bir günahdır. (əl-Fətava'l Hindi: c. l, s. 144) Ağlı yetkin hər müsəlmana normal vaxt namazlarını qılması da farzdir. Buna görə əgər işə götürən namaz qılmanıza icazə verməz və siz də orada işə məcbur deyilsinizsə işi buraxarsınız. Əgər məcbursunuzsa namazınızı zamanında qılmaya çalışarsınız.
      İş üçün də olsa namazın qəzaya buraxılması əsla doğru deyil. Bu səbəblə işə götürənin xəbəri olmadan və icazə də almadan namaz qılına bilər. Çünki Allah haqqı, hər haqqdan daha üstündür. Buna görə, hər vaxt dəstəmazlı olmaq və yalnız fərzlərini də olsa, namazları qəzaya buraxmadan qılmaq lazımdır.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 2.436 times
In order to make a comment, please login or register