İşlərim düz gətirmir
Submitted by on Mon, 21/05/2018 - 10:40
Dear Brother / Sister,
Cavab: Əvvəla, hər şey imtahandır. Bunu heç vaxt unutmayın.
İkincisi, hadisələrə baxış bucağınızı dəyişməyə çalışın. Məsələn, hər şeyi gözəl görməyə və haqqında gözəl düşünməyə çalışın. Onda görəcəksiniz ki, dünya daha gözəldir və rəngarəngdir.
Üçüncü olaraq da,
Fətih və İnşirah surələrini,
“Ya Fəttah” ismini (489 dəfə)
“Rabbişrahli sadri” duasını oxuya bilərsiniz. Bundan əlavə, Rəsulullahın (s.ə.s) səhabələrindən birinə öyrətdiyi üzüntü, yoxsulluq və tənbəlliyə qarşı tövsiyə edilən duanı səhər və axşam namazlarından sonra oxuyun. Allahın iznilə işlərinizin düzələr, bəxtiniz açılar.
Bir gün Rəsulullah (sallallahu aleyhi və səlləm) məscidə girdikdə, orada ənsardan olan Əbu Ümamənin kədərli şəkildə oturduğunu gördü və soruşdu: “Namaz vaxtı deyil, nə üçün burdasan?” Əbu Ümamə, “Ya Rəsulullah içimdə bir sıxıntı var və borclarımı ödəyə bilmirəm” − dedi. Bunu eşidən Allah Rəsulu (sallallahu aleyhi və səlləm), “Sənə sıxıntını yox edəcək, borcunu ödəməyinə vəsilə olacaq dua öyrədimmi?” − buyurdu. “Bəli” − deyən Əbu Ümaməyə aşağıdakı duanı sabah və axşam namazlarından sonra oxumasını tövsiyə etdi.
اَلَّلهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَأَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ، وَأَعُوذُ بِكَ مِنَ الْجُبْنِ وَالْبُخْلِ، وَأَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ وَقَهْرِ الرِّجَالِ
Mənası: Allahım sıxıntıdan, kədərdən, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, xəsislikdən, borc altında qalıb əzilməkdən və insanların məni əzməsindən sənə sığınıram.[1]
Dördüncüsü, yaxşılıq etməyə davam edin. Unutmayın ki, edilən hər yaxşılıq əməl dəftərimizə qeyd olunur. Şeytan insana vəsvəsə verərək xeyirli işlərdən uzaqlaşdırmağa çalışır. Bununla yanaşı yaxşılığı yalnız Allah rizası üçün etmək lazımdır. İnsan qohum-əqrəbasına Allah rizasından başqa düşüncə ilə yaxşılıq etdikdə ummadığı nəticələrlə qarşılaşar. Onlardan umduğunu ala bilmədikdə isə xəyal qırıqlığına uğrayar. Atalar sözüdür, “Yaxşılıq elə at dəryaya, balıq bilməsə də Xaliq bilər”. İnşəallah bu yaxşılıqlar axirətdə mükafat olaraq qarşınıza çıxacaqdır.
Beşincisi, saleh insanlarla oturub-durmağa çalışın. Söhbəti-canan məclislərinə davam edin. O məclislər, söhbətlər, müzəkirələr həqiqətən sizi rahatladacaqdır.
Altıncısı, valideynlər bizim başımızın tacıdır. Heç bri valideyn övladının pisliyini arzu eləməz. Ancaq anlamaqda çətinlik çəkdikləri məsələlər varsa bunu onlara izah etmək lazımdır.
Nəticə olaraq, imtahan dünyasında yaşadığımızı və başımıza gələn hər bir hadisənin bizim üçün bir imtahan olduğunu unutmamalıyıq.
[1] Buxari, Dəavat 36; Əbu Davud, Səlat, 367.
Suallarla İslam
- Sağlam və xoşbəxt olmaq üçün nə tövsiyə edirsiniz?
- 2. Bəqərə ('İnək') surəsi
- 140 Xeyir Qapısı
- Peyğəmbər Əfəndimizin bir duası
- Allahın yaratma sənətinin təcəllisi: Pətək.
- İslamda Peyğəmbərə Qurandan Əlavə Verilmiş Möcüzələr Vardırmı?
- İstixarə Namazı
- İqamədən sonra oxunan əzan duası?
- Ölülərin ardından nələr edə bilərik? Qur`an-i Kərim oxunula bilərmi?
- Namazdakı hərəkətlərin hikməti və mənaları