Min Əsma (ad) nədir?
Submitted by on Tue, 17/08/2010 - 02:43
Dear Brother / Sister,
Cəvşən duasında min ad (əsma) var.
Allahın feili adlarının miqdarı və sərhədi yoxdur. Bu feili sifətlərin çoxluğu və sərhədsizliyi, Allahın qüdrət sifətinin müxtəlif varlıqlardakı müxtəlif təcəlliyatından irəli gəlir. Məsələn; Allahın qüdrət sifəti bir nüvənin açılmasında təcəlli edərkən Fəttah adını alır, bir canlının ölümündə Mumit adını alır, bir həyat bəxş edərkən Muhyi adını alır, canlılara ruzi verərkən Rəzzaq adını alır, xəstəyə şəfa verdiyi zaman Şafi adını alır və s.
Bu sərhədi və həddi olmayan adları Allaha izafə etmək səlahiyyəti, yalnız və yalnız Allah və Rəsulundadır. Yəni hər insan, hər hərəkəti və icranı göstərərək Allaha ad qoya bilməz, Allahın adları; ancaq şəriət ilə təyin edilər. Cəvşənin də əsli vəhyə söykəndiyi üçün, oradakı feili adlar haqqdır. Nəhayət cəvşən Peyğəmbər Əfəndimizin bir duasıdır, əlbəttə orada keçən adlar məqbul və səhihdir.
Xülasə olaraq Allahın feili adlarını doxsan doqquz ilə məhdudlaşdırmaq doğru deyil. Bunun xaricində hədis və ayələrə söykənən adlar da vardır. Cəvşən də bu adlardandır.
Suallarla İslam
- İslamda, Sehr və Cadunun olduğu və təsir etdiyi qəbul edilirmi?
- Evlənmək istədiyim qızla nişanlı və ya sözlü deyilimsə islami cəhətdən görüşməyimizə icazə vardırmı?
- ƏL-XALİQ / ƏL-BARİ
- Uca Allaha nəşə, sevinc, fərəh, məmnunluq kimi adları aid edə bilərik? Allah mərhəmətlidir, dediyimiz kimi, Allah sevinclidir, məmnundur... deyilə bilər?
- əş-Şəkur
- Qüsl olmadan namaz qılmaq olar?
- Əsmaül Hüsna, Allahın bütün adları gözəldir.
- Səlmanı Farsi (r.ə.) haqqında məlumat verərsiniz?
- ƏS-SAMƏD
- Qadınlara Məxsus Hallar (Heyz və Zahılıq)