Namazın gecikdirilməsi.
Dear Brother / Sister,
Və aleykum Salam.
Sualınızı tam anlamadıq. Amma belə deyə bilərik.Hər namazın öz vaxtı var və o vaxt içərisində qılınmalıdır.Məsələn, indi(07.07.2014) axşam namazı 21:22-də girir və 23:07-yə qədər davam edir.Axşam namazı bu zaman aralığında istənilən vaxt qılına bilər (23:00-da da qılına bilər). Amma ən gözəli vaxtı girən kimi qulluq vəzifəmizi əda etməkdir.
Hz. Peyğəmbər aleyhissalatu vəssalam, ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə: "Vaxtında və ya vaxtının başlanğıcında qılınan namazdır." buyurmuşdur. (Buxari, Məvâkît 162)
"Namazların ilk vaxtında Allah`ın rizası, son vaxtında isə Allah'ın əfvi vardır." (Tirmizi, Məvâkît 13)
Yatsı (işa) namazı da bu günə görə 23:07-dən 04:14-ə qədər olan zaman müddətində istənilən vaxt qılına bilər.
Gecikdirilən namazın həm savabı azalar, həm də namazın qəza olma təhlükəsi olduğundan ən gözəl əməl namazın vaxtında qılınmasıdır.
Suallarla İslam

