Namazın maddi və mənəvi fəziləti haqqında məlumat verə bilərsinizmi? Namazın faydaları, insana qazandırdıqları nələrdir? ..
Submitted by on Tue, 29/07/2014 - 10:15
Dear Brother / Sister,
Və aleykummussalam və rahmətullahi və bərakətuhu
Kəlmeyi-i şəhadətdən sonra İslam`ın ən önəmli şərti olan namaz, gündə beş ayrı zaman dilimində olmaq üzrə qadın və kişi hər bir Müsəlman üçün bir vəzifədir.
Qur'anda Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) 'dən əvvəlki peyğəmbərlərin namaz qılmaqla əmr olunduqları fərqli vəsilələrlə ifadə edilməkdədir. Bundan aydın olduğu kimi, namaz ibadəti yalnız Hz. Muhəmməd (sallallahu əleyhi vəsəlləm)'in ümmətinə məxsus olmayıb öncəki dinlərdə də vardır.
Namazın daha öncəki dinlərdə də əmr edilmiş olduğu xatırlanınca, namazın saysız hikmətinin yanında, çətinliklərə müqavimət göstərməkdə bir funksiyası olduğu aydın olmaqdadır. Necə ki bir ayədə
"Ey iman edənlər, səbr və namaz ilə kömək istəyin." (Bəqərə, 2/153) buyurulmaqdadır.
Namaz Allah'ı davamlı xatırlamağın ən böyük vəsiləsidir. Necə ki ayədə,
"... Mənə ibadət et; məni xatırlamaq / anmaq üçün namaz qıl." (Tâhâ, 20/14)
buyurulmaqdadır. Namaz əmrini Allah Təâlâ'nın yer üzünə mələk vasitəsilə göndərməyib Mirac gecəsi Allah Rəsulu (əleyhissalatu vəssalam) hüzuruna çıxdığında ona şəxsən təbliğ etməsi də , bu ibadətin müsəlmanın dinî və ruhani həyatı baxımından önəm və anlamını göstərməkdədir. Bu səbəblə də dini ədəbiyyatda namaz ibadətinin bu yönünü, namazın qulun Allah'a çatması, qovuşması yolunda önəmli bir vasitə olduğunu izah etmək üçün "Namaz möminin meracıdır." deyilmiş; ümmətin namazla əlaqədar ortaq şüur və qiymətləndirməsi sanki bu cümləylə ümumiləşdirilmişdir.
Namaz, Möminin Həyatını İntizamlı Eder
Gündə beş dəfə qılınan namaz, möminin həyatını intizamlı etməkdə böyük rol oynayar. Davamlı müəyyən vaxtlarda yerinə yetirilməsi, onu ruhən və bədənən, maddi və mənən intizama alışdırar, öyrədər. Camaatla qılınan namazlarda xüsusilə imama iqtida; möminləri əsgər kimi bir intizama qovuşdurar. İmam "Allahu Əkbər" dediyində artıq, danışan və Rəbb`ə yüksək səslə iltica edən o olar. Möminlərə eyni zamanda vəkalət etmiş olar. İmamın təkbirləri bir direktiv, tapşırıq halında bütün camaatı oturdar-qaldırar. Bu baxımdan camaatda mənəvî, ruhî, yüksək və uca bir intizam vardır. İdeal bir camaatın və inanmış topluluğun irəli dərəcədə intizamlı formalarını, ancaq gündə beş dəfə qılınan namazda görmək mümkündür. Şübhəsiz ki, bu intizam hər şeydən əvvəl ruhî, fikri və mənəvî bir intizamdır. Digər bəzi nzam-intizamların soyuqluğu da onda yoxdur. Hər ibadət hərəkəti imisti bir duyğu və intizam verir insana. Və bu hərəkət, bütün ömür boyu davam edər.
Namaz İnsanı Fuhşiyattan çəkindirər
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, "Kim sübh namazını qılarsa, Allah'ın zəmanəti altındadır." (Kutubu Sittə, c.17, s.541), Allah (sübhənəhu və təala), Qur'an-ı Kərim'də: ".. . Şübhəsiz namaz, həyasızlıqdan və pislikdən çəkindirir." (Ənkəbut, 29/45) buyurur. Fuhşiyat və munkərat, özlərinə məxsus o mənhus, uğursuz yönləriylə mömini miraciyəsindən və Allah'a kurbiyətindən (yaxınlığından) uzaqlaşdırar. Əslində "hər bir günah içində küfrə gedən bir yol vardır." Günah, işlənə-işlənə insana küfrü asanlaşdırar. Ancaq namaz, Allah'a bir yaxınlıq olduğu üçün, insanı hər cür günahdan qoruyar, eynilə bir paratoner kimi .. Təbii ki namaz, gerçək mənada bir namaz isə. Yuxarıdakı ayədə də ifadə edildiyi kimi gerçək mənasına və ruhuna uyğun olaraq yerinə yetirilən namaz, hər cür pislikdən, həyasızlıqdan, azğınlıqdan və daşqınlıqdan saxlayar, çəkindirər. Şüursuz şəkildə yerinə yetirilən bir ibadətdə isə bu qüvvətdə bir qoruyuculuq söz mövzusu olmaz.
Necə ki Maun surəsində Allah (cc) "... veyl olsun o namaz qılanlara! Onlar ki qıldıqları namazdan qafildirlər." (Maun, 107 / 4-5) buyurur. Demək ki namazda, insanı pisliklərdən qoruyan bir qüvvə var; var ki, haqqıyla əda edilmədiyi zaman qul özünü günahlara qarşı riskə atır deməkdir. Namaz kurbiyeti (yaxınlıq) təmsil etdiyi üçün, yüksək səviyyədə vəfa da istəyir. Bunun mənası budur; qulun, namaza qarşı göstərdiyi vəfa, diqqət və şövq nisbətində, namaz da ona qarşı vəfalı olar və ondakı fuhşiyata açılan duyğuları və pislik hisslərini kütləşdirər. Yəni namazda qarşılıqlı vəfa söz mövzusudur.
Namazın, Qəlbî Rahatlığı Təmin Etməsi
Möminin, namazlarını şüurlu olaraq əda etməsi, onun nizamsız həyatına bir nizam, dağınıq qəlbinə bir tarazlıq və uyğunluq gətirəcək, pərişan hisslərini ayağa qaldırıb bulanıq yönlərinə də bir işıq saçacaqdır. Və o, bu sayədə doğru görmə, doğru düşünmə, doğru danışma imkanını əldə edəcəkdir. Gündə beş dəfə Rəbbin hüzuruna gəlinib şüurla əda edilən namaz, Allah'ın izni ilə bütün bunları insana qazandıracaq mahiyyətdədir. Namaz, bu mənaları həm daşıyan həm də tekeffül etmiş, kəfil olmuş bir ibadətdir.
Bəli, möminin hudu və xüşu içində əda etdiyi namaz, gerçək namaz olacaqdır. Amma xuşunun təmin edilməsi üçün bir qisim şərtlər vardır; əvvəla hüzur-u qəlb lazımdır; sonra bir təfəhhüm, yəni məsələni qavrama; sonra da bir rəca və ümidlə Rəbbə bel bağlama ... Daha sonra da utanma və sıxılma havası içində Rəbbin hüzuruna gəlmə.
Əvvəla, hüzur-u qəlb nədir? Hüzur-u qəlb, namazda söylənib ifadə edilən bütün bu mənaların xaricinə çıkmamaqdır. Onsuz da "hüzur" Ərəb mənası etibarilə; "hazır olma", "hazır halda" deməkdir. Avamca ifadəsi ilə, bazara dükkana çıxarkən pul qabını yanınızda daşıdığınız kimi, namazda qəlbinizi yanınızda daşımanız deməkdir. Çünki Allah qatında dəyərli bir şey varsa, o da qəlbdir. Siz, qəlbinizi O`na verəcək, qarşılığında da O`nun rəhmət və razılığını alacaqsınız.
Namazın İctimai Bir İbadət Olması
Fərdi və ruhî bir ibadət olduğu qədər, namazın sosiallaşdırıcı bir yönü də vardır. Xüsusilə fərz namazların camaatla qılınmasının zəruriliyi, ondakı ictimai məzmunun ölçüsünü göstərməsi baxımından önəmlidir. İslam'da məscidlərin, tarix boyu müsəlman fərdlərin sosiallaşmasında böyük xidmətləri və rolu olmuşdur. Çünki məscidlər yalnızca fərdlərin namaz ibadətlərini iqamə etmələri üçün inşa edilmiş deyildir. Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm), Mədinə'yə hicrət etdikdən sonra orada məscidi inşa etdiyində, müsəlmanların bu günkü ifadə ilə plan və layihələri, fərdi, ailəvi, sosial və beynəlxalq (digər qəbilə və dövlətlərlə arasındakı) əlaqələri adına bütün problemləri məbəddə görüşülür, müşavirə edilir və qərara bağlanırdı. Bəlkə daha sonrakı yüzillərə damğasını vuracaq olan elmi fəaliyyətlərin və halqaların da mərkəzi mövqeyinə yüksələcəkdi. Elm və mədəniyyətin ilk toxumları, demək olar ki buralarda atıldı. İslâm mədəniyyətinə bir məbəd mədəniyyəti də deyilə bilər. Məbəd, ibadət edilən yer deməkdir, amma topluca, camaat halında icra edilən ibadət yerləri, eyni zamanda müsəlman fərdlərin sosiallaşmasında və ictimai bir şüur qazanmalarında təməl funksiyalar icra etmişdir. Bu baxımdan namaz, İslamda sadəcə bir ibadət deyildir. Rərdlərin ictimailəşməsində və ilk şəhər və kəndlərin formalaşmasında mərkəzi bir rol oynamışdır. Bilindiyi kimi İslamda ilk şəhərlər, məscidlər ətrafında qurulmuşdur.
Namaz İnsanlar Arası Bərabərliyi Təmin edər
İslâm-ibadət sisteminin məqsədlərindən birisi də insanlar arasındakı fərqli ictimai status qruplarını və sinfi strukturları rədd edərək, mahviyət və təvazö ətrafında bərabərləşdirən bir sosial model formalışdırmasıdır. Kasıb-zəngin, əfəndi-kölə, alim-cahil, aristokrat və ya orta səviyyəli, məmur-vətəndaş, dövlət başçısı və sıravi bir vətəndaşı eyni safda ipə düzülürcəsinə bərabər bir statusa qovuşturmasıdır. Sinifi qarşıdurmaları ilə əlaqədar müharibələr, insanlıq tarixində necə qanlı hadisələrə, siyasi, mədəni və etnik gettolar (avropa ölkələrində yəhudilərin könüllü olaraq və ya məcbur edilərək yerləşdirildikləri və hər cür ehtiyaclarını başqa yerə getmədən təmin edə bildikləri məhəllə, yəhudi məhəlləsi.) formalaşmasına xidmət etmişdir? Bunu Qərbin tarixindən bilirik. İslâm tarixində bu mənada bir qarşıdurmadan və fərqliləşmədən söz edilə bilməz. Bunun səbəblərindən biri və bəlkə də ən önəmlisi, camaat halında qılınan namazların fərdlərə qazandırdığı qardaşlıq və bərabərlik ruhudur. Çünki hər inanmış, mədəni və sosial mövqeyi nə olursa olsun, birlik, bərabərlik, ortaq düşüncə və həzzi bu namazlar sayəsində əldə edər.
Namaz Möminin Meracıdır.
Namaz, insanı həqiqi insanlığa götürən nurani bir həlqədir. Namaz möminin meracıdır. Namazın həqiqətini, bir Müsəlmanın həyatındakı yerini, önəmini, namaz öncəsi konsentrasiyanı və necə bir merac olduğunu anlamaq üçün bu açıqlamalardaki namaz üfüqünə bizləri çatdırmasını Rəbbimizdən niyaz edirik.
Namaz Qılanın Bütün Etdikləri İbadətdir
Əgər namaz qılarsqa, bütün ömürümüzü ibadətlə keçirə bilərik. Bundan daha böyük müjdə ola bilər mi?
Rəbbimizin bizə bəxş etdiyi nemətlər sayıla bilməyəcək qədər çox. Buna qarşılıq qısa bir ömürdə etdiyimiz məhdud ibadətlərin, şükür üçün nə qədər yetərsiz olduğu açıq. Ayrıca burada ibadətlərimizlə əbədi bir Cənnəti qazanacağıq.
Məhz saysız nemətlərə şükr etmək və sonsuz Cənnəti qazanmaq üçün ibadetimizin nə qədər yetərsiz olduğunu bilən Rəbbimiz, bizə möhtəşəm bir fürsət təqdim etmişdir. Əgər namazınızı dosdoğru qılarsaq, digər dünyəvi mübah əməlləriniz gözəl bir niyyətlə ibadət hökmünə keçə bilər.
Bəli, bütün həyatınızı ibadətlə doldurmağa gücümüz çatmaz. Amma Rəbbimiz bunun üçün qızıl fürsətlər təqdim edir. Bunun üç şərti var:
1. Namaza Heç Etinasızlıq Göstərmədən Dosdoğru Qılmaq,
2. Dində qadağan edilməmiş mübah əməllər işləmək,
3. Bu dünyəvi əməlləri yaxşı bir niyyətlə etmək.
Deyək ki, beş vaxt namazı qılan birisiniz. Yemək yeməyiniz, təmizlik etməniz, ruziniz üçün çalışmanız, məşru söhbətləriniz, təbəssümünüz, yatmanız bir növ ibadətdir. Çünki, bunların hamısı həyatımız üçün lazımlıdır və həyatımızı davam etdirməmiz üçün bunları etmək məcburiyyətindəyik. Etdiyimiz hər davranışımızı ayə və hədislərə dayandırmamız mümkündür.
Söz gəlişi, ifrata getmədən, tam ehtiyacımız qədər yatsaq, yuxunun Rəbbimizin bir neməti olduğunu düşünərək, Bəsmələylə və sünnə olan duaları oxuyaraq yatıb, yenə Bəsmələylə oyansaq ibadət etmiş olarıq. Təbii ki namaz qılmaq şərtiylə ...
Bu cəhətdən baxdığımızda namaz bənzərsiz bir ibadət xəzinəsidir.
Namaz Ən Böyük Qoruyucudur
Namaz möminləri təhlükələrdən qoruyar. Məhz bununla əlaqədar yaşanmış bir örnək:
Bir universitet tələbəsi, bir səfərdə, vaxtı keçməkdə olan axşam namazını qılmaq üçün çarələr düşünür. Tam bu sırada avtobus benzin almaq üçün bir yanacaq stansiyasında dayanar. Tələbə başcıdan icazə alaraq birisinə qibləni soruşub, çəmənlərin üzərində namaza durar.
İçində tərifsiz bir xoşbəxtlik vardır. Artıq sıxıntısı itmiş, Aləmlərin Rəbbinin hüzurunda, vəzifəsini yerinə yetirmənin doyumsuz ləzzətini yaşamaqdadır.
Üçüncü rükəti qılarkən, ömür boyu unuda bilməyəcəyi bir şey olar. Fatihə`ni oxumuş, tam rükuya əyilərkən, irəlidə daxmasında duran stansiyanın iti, hürərək üzərinə gəlir.
Tələbə saniyəlik bir tərəddüd keçirər. İndi nə etməlidir? Namazı buraxıb qaçmalı mı, yoxsa davam mı etməlidir? Allah'ın hüzurundan ayrılmağı heç cür düşünə bilməz və "Allahu əkbər" deyərək rükuya gedər.
Məhz tam o anda, nə oldusa olar. Özünə hücum etmək üzrə hürərək gələn it, sanki birisi arxasından çəkirmişçəsinə, tam yanına gəlmişkən əyləcinə basılan bir avtobus kimi dayanar. Hürməsini kəsmiş, xəfif bir hırıltıyla namaz qılan gəncə baxmağa başlamış, o səcdəyə gedincə də daxmasının yolunu tutmuşdur. (Ürəkdən Hekayələr, s.53, Çingiz Tan, Nəsil Nəşrləri)
Bəli, hər şeyin sahibi, O`na səcdə edən bir gənci, açıq bir təhlükədən qorumuşdu.
Kim namaz qılma yolunda istəkli və ciddi cəhd göstərsə, Allah ona asanlıqlar yaradar və təhlükələrdən qoruyar. Bunun nümunələri minlərlədir.
NAMAZ
Namazın bədən sağlamlığına olan faydaları iki nöqtə üzərində toplanır: Birincisi namazın təmizlik yönü, ikincisi də hərəkət, yəni namazın idman yönüdür.
NAMAZIN TƏMİZLİK YÖNÜ
Bədənin kiri ilə Cənab-ı Haqq`ın qarşısına çıxılmayacağı kimi, namaz dəstəmazı almadan namaza durmaq da mümkün deyil. Namaz qılan insanın vücudu tərtəmizdir və bu təmizlik gündə beş dəfə təkrar edilir. Namaz qılan insan ən yaxşı şəkildə təharətlənməyə (təmizlənməyə) məcburdur. Onun qulaqlarında, burnunda, göbəyində çirk tapılmaz. Madam ki namaz möminin mi'racıdır və Cənab-ı Haqqın hüzuruna yüksəlidtir, o halda hüzura çıxan bir şəxsin gərək cismən, gərək fikrən və gərəksə ruhən tərtəmiz olması şərtdir.
NAMAZIN İDMAN YÖNÜ
Hər rükətdə iki dəfə səcdəyə gedən mömin, gündəlik qırx rükət namazda səksən dəfə yəyilib qalxar. Heç bir gimnast, bu hərəkətləri müntəzəm olaraq gündə səksən dəfə təkrarlaya bilməz. Gimnastikaçılar, adətən yalnız səhərlər olmaq üzrə, gündə iyirmi və ya otuz dəfə hərəkət edərlər. Etdikləri hərəkətlər sürətli olduğundan, əksəriyyətlə qəlblərini yorar və onları yorğun salar. Bütün gün də hərəkət etmədiklərindən, bədənlərində kalori toplanmasının və yağlanılmanın önünə keçə bilməzlər. Namazda isə hərəkətlər yavaşdır. Hərəkətlər qəlbi yormaz və günün müxtəlif saatlarında olduğu üçün insanı davamlı dinc tutar. Yağlanılmağa və kalori toplanmasına mane olar.
"Maye halındakı orqanımız" deyə biləcəyimiz qan, ağciyərlərdə və böyrəklərdə təmizlənər, oksigen ilə yüklənər və bütün vücuda yayılmaq üzrə ürəyə gəlir. Qəlb, qanı bədənin ən ucqar yerlərinə qədər çatdırmaq üzrə nasoslayar. Ancaq bu qan göndərmə işində ürəyə köməkçi olunabilməsi üçün, insanın bəzi hərəkətlər etməsi lazımdır. Orqanizmdəki hüceyrələrin yaşaması və bədənin dinc qalması üçün, o hüceyrələrin qan ilə yaxşıca sulanması yaxud qanlanması lazımdır.
Namaz qılmadan bütün gün çubuq kimi gəzişən bir insanın ürəyindən başına doğru nasosla vurulan qan ilə, namaz qılan və gündə başını səksən dəfə yerə qoyan bir kimsənin başına gələcək qan miqdarı, şübhəsiz ki, eyni deyil. Beynin üzərindəki zər təbəqəsi (kapsula), namaz qılan şəxslərdə, qılmayanlara nəzərən gündə səksən dəfə daha çox qanla qidalana bilir deməkdir.
Yaddaş və şəxsiyyət ilə əlaqədar frontal pay, yəni beynin ön payı da, eyni şəkildə səksən dəfə çox qan qəbul etməkdədir.
Namaz qılan insanlarda yaddaş və şəxsiyyət pozuqluqlarına, çox az rast gəlinir. Bu insanlar daha uzun ömürlü olar və ağlını itirməyə uğramazlar. Erkən ağlını itirmənin cərrahi müalicəsində bu frontal pay, yəni beynin ön qisimi kəsilib çıxardılar. Bir insanın beyni gündə səksən dəfə qanla yuyulsa, o insan nə erkən nə də gec ağlını itirməyə tutular. Onun üçün namaz qılan və çox yaşayan qocalar asan asan bunamazlar, ağılların itirməzlər. Çox qocalmadığı halda yataqlara yapışıb altlarını pisleyen və əksərən ağlını itirmə əlamətləri göstərənlər, namaz qılmayan kəslərdir.
Digər tərəfdən, insanın iradəsinə bağlı hərəkətlərini və gəzməsini təmin edən mərkəzlərin olduğu ənsə (parietal) pay ilə görmə, eşitmə, hiss etmə, iyləmə və dadma mərkəzlərinin olduğu arxa pay da səksən dəfə çox qanla bəslənir deməkdir. Beynin içindəki "Capsula interna" dediyimiz nöqtəli çəyirdəyin içində də, insanın qeyri-iradi hərəkətlərini təmin edən (ekstrapramidal) mərkəzlər olduğu üçün, namaz qılanların capsula internaları da, qan ilə səksən dəfə təmas etməkdədir. İnsanın tarazlığını təmin edən beyinciyin və baş cütlərinin çıxdığı beyin kökünün qidalanmasının nə qədər qiymətli bir şey olduğunu anlamaq üçün həkim olmaq lazım deyil.
Namaz qılanların gözləri də qüvvətli bir qan dövranına malik olur. Beləcə göz içi təziqdə artma olmaz və ön kameradaki mayenin davamlı şəkildə dəyişməsi təmin edilmiş olar. Qlaukoma və buna bənzər dəhşətli göz xəstəliklərinin namaz qılanlarda daha az görülməsi bu üzdəndir.
Qulaqların yaxşı qanla təmin olunması da sinüzitlərin meydana gəlməsinə böyük ölçüdə mane olmaqdadır.
Namazın ritmik hərəkətləri, bağırsaq peristaltizmini artırdığından, bağırsaqların asan boşalmasında və qəbizlik xəstəliyindən qorunmasında böyük rol oynayar. Namaz qılan insanların gərək omba, gərək diz və gərəksə ayaq biləkləri ilə yanaşı qol çiyini, dirsək və əl biləyi mafsalları da davamlı işləyən bir maşın kimi olduğundan, mafsallarda meydana gələcək bütün romatizm və degeneratif xəstəliklərdən qorunduğu açıq-aşkar ortadadır. Onsuz da bu xəstəliklər, İslâm dini ilə yaxından uzaqdan əlaqəsi olmayan xristianlarda və namaz qılmayan insanlarda daha çox görülər. Ən son bəhs etdiyimiz bu oynaq xəstəliklərindən insanı qoruması belə, namazın möcüzəvi istiqamətlərindən birini təşkil edir.
Namazın, orqanizmimiz üzərindəki faydalarını yazmaq, cildlərlə bir əsər tələb etdiyindən, bunu hər üzvün mütəxəssisinə buraxmağı uyğun görürəm. Bu mövzuda edilən hər araşdırma, namazın "dinin dirəyi" olduğu gerçəyini bir dəfə daha ispatlayacaqdır.
Digər dinlərdə namaz ibadəti var?
Suallarla İslam
- Namazın insana qazandırdıqları nələrdir?
- İbadətlərin Xülasəsi Namaz
- "Namaz Mömin 'in miracıdır." nə deməkdir?
- Bəzi ibadətləri edib də təsəttür (hicab) əmrini yerinə yetirməyən birisinin cənnətə düşmə ehtimalı varmı?
- NAMAZIN HƏQİQİ MƏNASI
- Şüursuzca qılınan namaz batildirmi?
- Məzhəbləri birləşdirmək mümkündürmü?
- Namaz qılmağı tərk etdim; təkrar necə başlaya bilərəm? Namazlarımı axsatmadan qılmağım üçün nələr tövsiyə edərsiniz?
- Hud surəsi 114-cü ayətin təfsirini verə bilərsinizmi?
- Namazın surələrin öyrənənə qədər surələr yazılmış kagıza baxaraq namaz qılmaq olar?