Ölkəmizdə kreditlə məhsul satan yerlərdə işləməyin İslam hüququ baxımından hökmü nədir?

Sualın detalları

Ölkəmizdə telefon satan maqazinlərin demək olar hamısı məhsullarını hər hansı bank vasitəsiylə müştərilərinə kreditlə satır. Bu kredit müqaviləsində isə aylıq ödənişlərin gecikəcəyi təqdirdə əlavə faizlərin gələcəyi şərti qoyulur. Burda iki sual ortaya çıxır. 1. Biz aylıq ödənişlərimizi vaxtında ödəyəcəyimizə əmin olsaq və ya olmasaq, bu kimi ticari əməliyyatlar caizdirmi? 2. Bu şəkildə satışlar həyata keçirən bir yerdə işləmək olarmı.?

The Answer

Dear Brother / Sister,

  Birincisi: Hər hansı yerdə işləməyin hökmünü müəyyənləşdirərkən satılan məhsul və ya xidmət baxılar. Əgər mal və xidmət mübah olarsa, orada işləmək caizdir.

  İkinci: Bir şeyin fasid olması onun haramalığına dəlalət etməz. Bu bəzən haram olar bəzən məkruh olar.

  Üçüncü: məsələ Hənəfi məzhəbinə görə əqd əsnasında faizin şərt qoyulması əqdi fasid edər. Amma Hənbəli məzhəbinə görə müqavilə əsnasında bu tipli şərt qoşularsa müqavilə səhih, şərt isə batil olar. 

   Muamələt məsələləri günümüzdə artıq o qədər qarışıqdır ki, bəzən bir məzhəblə işin içindən çıxmaq olmur təəssüf ki. Ona görə günümüzdə iqtisadi məsələlərdə bəzən bir məsələ haqqında bir neçə məzhəbin fərqli görüşlərini ələ alaraq hökm verirlər. Bəli bu klassik fətva üsulu baxımından düz deyil. Amma günümüzdə müsəlmanların məsələləri həll edilməlidir.
Qeyd edək ki, məcəllə yazılarkən sadəcə Hənəfi məzhəbi yox günün şərtlərindən dolayı digər 3 məzhəb də diqqətə alınmışdı.

   Həmçinin burda başqa suallar da ortaya çıxmaqdadır.
1) Müştəri kreditlə hər hansı məhsul və ya xidmət alarkən müqavilədə qoyulan gecikdirdiyi təqdirdə əlavə pul ödəməsinə razı olmaq şərtinə əsasən, ödəməni gecikdirdiyi təqdirdə o əlavə pulu verməyə razı olduğunu bildirmək.
2) Gecikdirdiyi təqdirdə o pulu vermək.
   Hənəfilərə görə bu şərt fasid olsa da, gecikdirmədən ödəsə, ödədiyi təqdirdə fasidlik aradan qalxır. Amma bu şərtə imza atmaq özlüyündə günah olur. Hənbəlilərdə belə bir şərtin özü fasiddir. Yəni keçərsiz sayılır. Bu durumda isə yenə zamanında ödəsə problem olmadığı kimi, buna imza atarkən o müqavilənin  bu hissəsi yox hökmündə olur.
    Burdakı faizin cahiliyyə fazindən bəzi fərqli cəhətləri vardır. belə ki, cahiliyə faizində mücərrəd borc almaq var. Müzakirə etdiyimiz bu məsələdə isə satış var. Bu faiz isə ancaq gecikdiyi zaman ödənən şeydir. İmza atmağın hökmü isə ayrıdır. Əsas fərq ödəmə məsələsindədir. Ödədiyi zaman riba olur (cahiliyyə olsun ya da olmasın, fərqi yoxdur). Ödəməsə və ya zamanında ödəsə, riba olmaz ümumiyyətlə. 
Küveyt Fiqh Ensiklopediyası və Tağı Osmani xoca hənəfilərdən Cəssasın "cahiliyyə ribası" tərifini əsasən bu şəkildə nəql edib. Amma "Mu'cəmü'-Şəriə" sahibi iki növə bölür. Biri yenə yuxarıda dediyimiz kimi, digəri isə bunun alış-veriş nəticəsində olsa belə yenə "cahiliyyə ribası" olduğunu qeyd edir. 

Suallarla İslam

Subject Categories:
Read 86 times
In order to make a comment, please login or register