Öz ana dilimdə namaz qıla bilərəm ?

The Details of the Question
Öz dilimizde yeni danışdıgim ana dilimde namaz qıla bileremmi? Yəni ərəb dilinde men sözleri duaları başa düşmüremse azerbaycan dilinde öyrenib qılmaq olar? Bu günahdır? Mene çox çetin gelir erebce.
The Answer

Dear Brother / Sister,

           Salam aleykum.

Namazı öz dilində qılmaq olmaz. Namazda Qur`andan oxumaq fərzdir. Tərcümə isə Qur`an sayılmır. Ayə və ya surələri öz ana dilimizdəki mənalarına baxaraq oxusanız daha asanlıqla yadda saxlayıb öyrənə bilərsiniz. Bunun sizə çətin gəlməyi imtahandı. İlk öyrənməyə cəhd edəndə şeytan "bunu sən öyrənə bilmərsən " deyə vəsvəsə verir. Bir də ki "mənə çətin gəlir " yazmısınız, "qeyri-mümkündür" yazmamısınız.

Əlbəttə çətinliklə bərabər şübhəsiz bir asanlıq vardır"  (Şərh ('Açma') surəsi, 5)

İmam Ə`zəm Əbu Hənifə belə bir fətva verib. Amma bu o dördə, islamın yeni yayıldığı dönəmlərdə, insanların ərəb dili ilə yeni tanış olduqları dövrdə idi. Bu da surələri ərəbcə əzbərləyənə, öyrənənə qədər caiz görülən bir məsələ idi. Yoxsa ərəbcəni heç öyrənmə öz dilində namazını qıl deyə Əbu Hənifə bir fətva verməyib. Sonra Hənəfi alimləri də bunun caiz olmadığına dair fətva verdilər. 

Buna baxsanız çətin gəlməz.!

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 11.185 times
In order to make a comment, please login or register