Pul qarşılığında Qurani-Kərim oxumaq, oxutmaq, həmçinin öyrətmək caizdir?

The Details of the Question
Allahın kəlamın' pul qarşılığında oxumaq, öyrətmək olar?
The Answer

Dear Brother / Sister,

     Quran öyrətmək müqabilində ödəniş almaq barəsində üləma ixtilaf etmişsə də, ümumiyyətlə haram olmadığına hökm etmişdir.

     Buxarinin qeydinə görə, Şabi: "Müəllim müəyyən bir şey verilməsini şərt qoymasın, nə verilərsə, onu alsın." deyər. əl-Hakim: "Müəllimin ödəniş almasını məkruh hesab edən heç kimsə görmədim." demişdir. Hz. Muâviyə'yə bu barədə soruşulduqda: "Onun əmək haqqı almaq hüququnun olduğu fikirindəyəm." deyər.

     Həsəni-Bəsrî özünü yetişdirən müəllimə on dirhəm ödəmişdir. Bir başqa rəvayətdə Hasan-ı Basrî'nin, əvvəlcədən ödəniş şərti qoymağı məkruh hesab etməklə yanaşı: "Müəllimin yazı öyrətməsi müqabilində ödəniş almasında bir günah yoxdur." dediyi rəvayət edilmişdir.

     Qatadənin: "İnsanlar üç şey ortaya çıxardılar ki, bunların üzərinə ödəniş alınmaz: Damazlıq aşırtma, mal bölgüsü, tə'lîm." dediyi qeyd olunur.

     Hənəfilər isə rukyə üçün ödənişi caiz görsələr də tə'lîm üçün caiz görməmişlər: "Çünki demişlər, Quranın öyrədilməsi ibadətdir, onun ödənişi Allah 'a aiddir." (bax. İbrahim Canan, Kutubu-u Sitə Müxtəsəri və Tərcümə şərhi Akçağ Nəşrləri, III / 349)

    Qurâni-Kərîm'i tilavət etmək böyük ibadətlərdən biridir.Cənâb-ı Haqq müxtəlif ayələrdə Qur`an-ı Kərîm'i tilavət edən kimsələri mədh və səna edərək böyük mükafatlarla mükafatlandıracağını vəd edir. Hz.Peyğəmbər (s.ə.s.) də Qur'ân-ı Kərîm'in hər hərfi üçün on həsənə olduğunu müjdələyir. Yalnız başqası üçün Qur'ân-ı Kərîm'i tilavət etmək barəsində ixtilaf vardır. İmam Şâfi'î ilə bir çox səhabələr; namaz, oruc və zəkat kimi ibadətlər başqası üçün caiz olmadığı kimi, tilavət də başqası üçün caiz olmaz deyirlər .( Muğni'l-Muhtac, III / 70.)

    Hənəfi üləması ilə Şâfi uləmasının bir qisimi, duaya qiyas etmək surətiylə başqası üçün Qurân;-Kərîm'i oxumaq caizdir deyirlər.

     Ancaq Şafii məzhəbinə görəQəbristanlıqda və meyidin yanında Qurâni-Kərîmi oxumaq rəhmətin enməsinə səbəb olduğu kimi, birisini ürəkdən xatırlayıb oxunan "Qurâni-Kərîmin savabı qədər filan adama ver." deyərək, dua etmək də xatırlanan adamın (kimsənin) rəhmətə nail olmasına vəsilə olar. Və bu halda tilavət ödənişi alına bilər .( Tuhfətü'l-Muhtac, Bİ / 158.)

     Qur'an'ın oxunması ölüyə getməz; oxumadan dolayı Allah'ın lütf etdiyi savab ölüyə hədiyyə edilər. Bu səbəblə məqsədi pul almaq olan bir insan pul üçün Qur'an oxusa ibadət olmayacağından savab gözləmək də doğru deyildir. Bu səbəblə alimlər Qur'an pul üçün oxunmaz demişlər.

    Amma Hənəfi məzhəbində isə ta'at və ibadət qarşılığında ödəniş almaq haram olduğundan Qur'ân-ı Kərîm'i mənfəət qarşılığı oxumaq caiz deyildir.

     Ödəniş alan da məsul, verən də məsuldur. Hz Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur:

     "Qurâni-Kərîm'i tilavət edin. Lakin qarşılığında ödəniş alıb mənfəət təmin etməyin."

Tirmizinin İmran b. Husayn'dan rəvayət etdiyi:

"Qur'an oxuyan onunla Allah'dan istəsin. Çünki bir sıra insanlar gələcək, Qur'anı oxuyacaqlar və onunla insanlardan mənfəət təmin edəcəklər." (Sünən-i Tirmizi, (Misir, 1975 (I395) VI / 79 (K.46 B. 20 H. 2917) Şövqani, age. V / 322; eyni, age. XN / 96.)

"Qur'ân-ı Kərimi oxuyun; onunla əməl edin; ondan əsla uzaqlaşmayın, onun haqqında həddi də aşmayın; onun tilavəti qarşılığında ödəniş alıb verməyin, onunla dünya malını çoxaltma yoluna girməyin." (Əhməd b. Hənbəl, Müsnəd, Qahirə, I3l3. NI / 428.)

    Ancaq Hənəfi məzhəbinin son alimləri azan, imamət, vəz və Qur'ân-ı Kərim öyrətmək müqabilində ödəniş almağa icazə vermişlər və haram olmadığını söyləmişlər. Çünki ödəniş müqabilində müəyyən kimsələrə bu vəzifə etdirilməzsə, vəzifə çatışmazlığı olacaq və İslâm şəriətinin ortadan qalxmasına səbəb olacaq. (Əl-Fiqh "alal-Mezahib əl-Ərba'a, III / 127; Rəsail İbni Abidin, s. 158-171)

    Bu məlumatlardan əsasən, əgər Xoca pul almaq istəmirsə, çox təkid etməmək daha uyğundur.

 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 5.025 times
In order to make a comment, please login or register