Qadınlar səcdə edərkən qolların və dirsəklərin vəziyyəti necə olmalıdır?

The Details of the Question
salam namazda dirsekler yere deymelidirmi?? qadinlarda??sunni qadinlarin bezisinde gormuwem dirsekler yere deymir,bunu uzr isteyirem bir heyvanin oturandada dirsekleri yere deyir,ona gore qoymuruq deyirler bu ne derecede duzgundur??
The Answer

Dear Brother / Sister,

Və aleykumussalam.

İbadətlərimizdə tabe olacağımız mənbə öz mülahizələrimiz yox, dörd məzhəb İmamıdır.

Örtünməsi lazım olan övrət yerləri və namazda saf (sıra) nizamı xaric, əsas olaraq namazın fərz və vaciblərində qadınla kişinin namazı eynidir, dəyişən bir şey yoxdur. Dəyişikliklər namazın səhhətinə mane olmayan bəzi sünnə və müstəhəblərdədir.

Məsələn, qadın səcdəyə çatdığında kişilər kimi qollarını yana açmaz, yan tərəflərinə yaxşıca yapışdırar, dirsəklərini də yerə qoyarlar, kişilərə nisbətlə bir az daha əyilərlər.

Səcdədə həm alının, həm də burnun yerə dəyməsi lazımdır. Bir narahatlığı yoxdursa təkcə alnı yerə qoymaq məkruhdur. Çünki burnun yerə təması vacibdir.

İki ayağın və ya bir ayağının barmaqlarını yerə qoymadıqca səcdə caiz olmaz. Səcdə müddətində hər iki ayaq yerdən kəsilərsə namaz pozular. Bir üzr yoxkən yalnız bir ayağını yerə təmas etdirib digərini qaldırmaq məkruhdur. Yenə, təkcə bir ayağının bir barmağını və ya ayağının üstünü yerə qoymaq səcdə üçün kafi gəlməz.

Səcdənin necə ediləcəyi barəsində Peyğəmbər Əfəndimizin (s.ə.s.) vermiş olduğu ölçü budur:

"Mən yeddi sümük üzərinə səcdə etməklə əmr olundum: Alın, iki əl, iki diz və iki ayağın barmaq ucları üzərinə ..." (Müslim, Salat: 231.)

Məmməd Paksu

Ailəyə Xüsusi Fətvalar

Qadınların namaz qılma şəkli necədir ?

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 8.055 times
In order to make a comment, please login or register