Qızılbaş istilası və Darul-İslam

Sualın detalları

Öncələri İslam diyarı olmuş bəzi yerlər işğala məruz qaldıqdan sonra darul-hərbə çevrilrimi

The Answer

Dear Brother / Sister,

    Şafi fəqihlərdən Fazlullah b. Ruzihanım (v.927/1521), Şiənin İmamiyyə qolu tərəfdarlarından ifrat bir qrubun əlində olan bəzi bölgələr haqqında verdiyi fətva.

   "Faktiki olaraq Əcəm və Ərəb İraqları (İsfahan və Bağdad), Xorasan bölgəsi və Fars torpaqları, Azərbaycan və Diyarbəkir uzun bir müddət darul-islam olaraq qəbul edilmişdir. Xorasan da daxil olmaqla oraya qədər olan bölgələr Raşid Xəlifələr zamanında fəth edilərək İslam qanunları icra və tətbiq edilmişdir. Bu günlərdə asi bir Qızılbaş tayfası bu ölkədə hökm sürməkdədir. Bütün İslam məzhəb fəqih və alimlərinə görə buralar darul-hərb deyil darul-İslamdır."

   Fazlullah b. Ruzbihan fikrini belə davam etdirir:

"Əbu Hənifəyə görə darul-islamın darul-hərb ola bilməsi üçün 3 şərt tələb edilir.  

(a. İşğal altında olan yerdə qeyri-islami hökmlərinin icra və tətbiqi. 

b. Orada ilk əmanları üzrə olan bir müsəlman və ya zimminin qalmaması. 

c. O yerin darul-hərbə bitişik olması)

   Bu şərtlə də orada hələ mövcud deyildir. Yuxarıda qeyd edildiyi kimi ölkə Ceyhun çayı, Fırat, Hind okuyanı və Ağdənizlə əhatələnmişdir. Bunların hamısı müsəlmanların əlində olduğundan sərhədlərin heç biri darul-hərbə bitişik deyildir. Əbu Hənifəyə görə 3 şərtdən biri həyata keçməzsə darul-İslam darul-hərbə çevrilməz və buna görə də bu ölkə darul-hərb deyildir. 

   Əbu Yusuf və Şeybaniyə görə də məsələyə baxsaq, şirk qanunları ölkədə tətbiq edilmir. Bu səbəblə burası yenə darul-İslamdır. Şübhə yoxdur ki, İmamiyyə Şiəsi İslam firqələrindən biridir. Cümə və bayram namazları qılınır və Şiə firqəsinin qazi və müftüləri təyin edilir. Bəllidir ki, bu ölkənin sakinləri İslama tabedir. Ancaq bidətlərlə əlaqələri səbəbiylə zəlalətə düşmüşdürlər. Hər nə qədər radikal şiələr Əbubəkr və Ömərə (r.a) söyürsə də, hansı ki bu böyük bir günahdır, yenə də madam Şiə firqəsinin qaziləri Şiə firqəsinə görə hökm verirlər, kimsə deyə bilməz ki ölkələrində şirk əhkamı tətbiq edilməkdədir. Buna görə Əbu Yusuf və İmam Muhammedə görə də bu ölkəyə darul hərb nəzəri ilə baxılmaz. 

    İbn Ruzbihan daha sonra Şeyhülislam Əbubəkr, İsbicabi, İmam Lamişi və Naaıruddin əs-Səmərqəndinin daha öncə təmas edilən görüşlərini zikr edərək bunları əlavə edir: "Sözü gedən ölkədə daha bir çox İslam əhkamı olduğuna görə bura darul-hərb olmaz. Şübhəsiz bunlar Əhli sünnə vəl camaat etiqadına zidd olan bidətlərə sapmışdırlar. Buna rəğmən ölkələri darul-İslamdır. Radikal bidətçilərin höküm və təsiri altında olan bu diyarın bütün əhalisini müsəlman olaraq qəbul edirik. Bu səbəblə ölkələrinə darul-hərb nəzəri ilə baxılmaz. Bu İmam Əzəm və bütün digər Hənəfi alimlərinin fətvasıdır. Şafi fiqhinə görə də darul-İslam küffar işğalı ilə darul-hərb halına gəlməz. 

   Bundan çıxan nəticəyə görə, Qızılbaşlar tərəfindən işğal edilən Xorasan, İsfahan, Bağdad və Azərbaycana müxtəlif məzhəb fəqihlərinin ortaq hökmünə görə darul-hərb nəzəri ilə baxılmaz. Bu yerlər darul-islam olduğuna görə sakinlərinin qanını tökmək, mallarını qənimət, qadınlarını kölə almaq, uşaqlarını da həps etmək haramdır. Bu diyarın əhalisinə digər bütün ölkələrdəki müsəlman xalq kimi münasibət göstərilməlidir. Amma müsəlmanların üsyançı Qızılbaş tayfasına qarşı savaşması lazımdır. Çünkü onlar bütlərə səcdə etmək və hz Əbubəkr və Ömərə lənət etməklə kafir olmuşlardır. Onların (şiələrin) qanlarını tökmək, mallarını qənimət və qadınlarını kölə almağın məşru olduğunu söyləyən kimsə isə axmaq bir cahildir və cəzalandırılmalıdır.."  Suluku'l-Mulul ( Muslim Conduct of State), s. 459-461.

   Ahmet Özel, İslam hukukuna göre ülke kavramı, iz yayıncılık, Darulislamın darulherbe dönüşmesi/ tatbikatta örnekler / Kızılbaş istilası, sh 119

Suallarla İslam

In order to make a comment, please login or register