Quran necə xətm edilməlidir?

The Answer

Dear Brother / Sister,

• Xətm günü oruc tutmaq, sünnətdir.

 

• ibn əbi Davud'un, tabiundan bir camaatdan rəvayət etdiyinə görə, Xətmdə, ailə fərdləri və yaxınları, hazır olmalıdırlar. (Nəvəvi, "Tibyan", 156)

Taberani'nin Ənəs (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Ənəs, Quranı xətm edərkən, ailə fərdlərini toplayar; bərabər dua edərlərdi. ("Mu'cəmu'l-Kəbir", 1/242; Heysəmi, "Məcmau'z-Zəvaid"də, 7/172: "Ricalı, siqadır." Beyhaqi, "Şuabu'l-İman", 2/368)

ibn əbi Davud, Hakim b. Uteybə'nin belə dediyini rəvayət edir:

"Mücahid, bir gün məni çağırtdı. Yanında, ibn əbi Umamə var idi. İkisi də mənə:

'Quranı xətm etmək istədik. Səni, bunun üçün çağırdıq.' dedilər. Xətmdən sonra edilən dua, müstəcəbdir." (Nəvəvi, "Tibyan", 158)

ibn əbi Davud, Mücahid'in belə dediyini rəvayət edir: "Quran xətmində, bir araya toplanılardı. Üzərimizə, Allahın rəhməti enərdi." (Nəvəvi, "Tibyan", 158)

 

• Duha surəsindən etibarən Quranın sonuna qədər hər surə arasında təkbir gətirmək, müstəhəbdir. Bu adət, Məkkəli'lərin adətidir.

Beyhaqi və ibn Xuzeymə, ibn əbi Bəzzi təriqilə, İkrimə b. Süleyman'ın belə dediyini rəvayət edirlər:

İsmayıl b. Abdullah əl-Məkki'dən Quran öyrənirdim. Duha surəsinə gəlincə, sonuna qədər təkbir gətirməyimi dedi. Abdullah b. Kəsir və Mücahid'in yanında oxuduğum vaxt, onlar da mənə, eyni şeyi əmr etdilər. (Beyhaqi, "Şuabu'l-İman", 2/370-371)

Mücahid, ibn Abbas'ın yanında Quran oxuduğunda, eyni şəkildə əmr etdiyi kimi; Ubeyy b. Ka'b da, ibn Abbasa, eyni şəkildə əmr etmişdir.

Bu rəvayəti, məvquf olaraq təxric etdik.

Beyhaqi, eyni rəvayəti, bir başqa təriq ilə, ibn əbi Bəzzi'dən mərfu olaraq təxric etmişdir.

Hakim, "əl-Müstədrək"ində (3/304), eyni rəvayəti, mərfu olaraq təxric etmişdir. Bu hədis, Bəzzi'dən bir çox təriq ilə rəvayət edilmişdir.

Musa b. Harun, Bəzzi'nin belə dediyini nəql edir:

Mənə, Muhamməd b. İdris əş-Şafi belə dedi: "Əgər təkbiri tərk edərsənsə, Peyğəmbərin sünnətindən birini itirmiş olarsan."

əbu'l-Ala əl-Həmədani, Bəzzi'dən belə rəvayət edir:

Bu xüsusda əsas olan, budur:

Nəbi (sallallahu aleyhi və səlləm)'ə, bir ara vəhy gəlməyincə, müşriklər, "Rəbbi, Muhammədi tərk etdi." dedilər. Bunun üzərinə, Duha surəsi nazil oldu Allah rəsulu (sallallahu aleyhi və səlləm), dərhal təkbir gətirdi.

Həlimi deyir:

"Təkbir gətirməyin hikməti, Quran xətmini, Ramazan orucuna bənzətməkdədir. Oruc bitimində təkbir gətirildiyi kimi; xətm edərkən də hər surədə təkbir gətirilər. Bunun şəkli isə, hər surədən sonra dayanıb 'Allahu əkbər' deyərək təkbir gətirməkdir." ("Minhac", 2/222)

Əshabımızdan (yəni, Şafii məzhəbindən) Süleyman ər-Razi, "Təfsir"ində belə deyir:

"Hər surə arasında, təkbir gətirilər. Oxunan surənin sonu, təkbirlə birləşdirilməz. İkisi arasında, bir az dayanılar. Qurradan təkbir gətirməyənlərin dəlili, təkbirin Qurandan olduğu vəhminə səbəb olmasından dolayıdır." ("əl-Burhan", 2/104)

ibnu'l-Cəzəri, "ən-Nəşr" adlı əsərində (2/417), belə deyir:

Təkbirin hansı surədən başlanacağı haqqında, qurra, ixtilaf etmişlərdir. Ancaq:

~ ilk təkbir: Duha surəsinin başındamı, yoxsa bitimindəmi;

~ son təkbir: Nas surəsinin başındamı, yoxsa bitimindəmi;

~ təkbir, bitən surə iləmi başlayacaq, yoxsa başlayacaq surə iləmi birləşəcək; yoxsa hər iki surədən ayrı olaraqmı gətiriləcəkdir?

Bu ixtilafın hamısı, bir əsasda toplanır. Bu da:

Təkbirin, surənin başında və ya sonunda gətirilməsi məsələsidir."

Təkbir ləfzi olaraq, bunlar deyilir: "Allahu əkbər, lə iləhə illəllahu vallahu əkbər."

Namaz daxilindəki və xaricindəki təkbirlər arasında, bir fərq yoxdur. Bunu, Səxavi və əbu Şamə təsrih etmiş/açıqlamışlardır.

--------------------------

• Xətmin sonunda dua etmək, sünnətdir.

Taberani ("Mu'cəmu'l-Kəbir", 18/259) və digərləri, İrbad b. Səriyə'dən mərfu olaraq bu hədisi rəvayət edirlər: "Quranı xətm edənin duası, müstəcəbdir."

Beyhaqi, "Şuabu'l-İman"da (2/373), Ənəs (radiyallahu anh)'dan mərfu olaraq bu hədisi rəvayət edir: "Quranı xətm edən, Rəbbinə həmd edən, Allah rəsuluna salavat gətirən, Rəbbinə istiğfar edən, xeyr istəmiş olar."

-----------------------------

Tirmizi (hədis no: 2948) və digərlərinin rəvayət etdiyi bu hədisə görə:

• Bir xətmin ardından digər birinə başlamaq, sünnətdir.

Hədis, belədir: "Allah üçün edilən əməllərin ən sevimlisi, Quranı başdan sonuna qədər oxuyub bitirincə, (dərhal) yenisinə başlamaqdır."

Darimi, həsən bir sənədlə, ibn Abbas və Ubeyy b. Ka'b (radiyallahu anhumə)'dən belə rəvayət edir:

"Allah rəsulu, xətmində, Nas surəsini bitirincə, duasına Fatihə ilə başlayar; Bəqərə surəsinin 'və uləikə humu'l-muflihun' ayətinə qədər oxuyar; sonra xətm duası edərək bitirərdi." (Cəzəri, "Nəşr", 2/440-444)

 

İmam Əhməd'dən rəvayət edildiyinə görə, xətm əsnasında İxlas surəsinin təkrarı, əngəllənmişdir. Lakin müsəlmanlar, bunun əksini edirlər. (ibn Muflih, "əl-Ədəbu'ş-Şəriyyə", 2/296)

Bəziləri, 3 dəfə təkrar edilməsindəki hikməti, ixlas surəsinin, Quranın 1/3-inə bərabər olduğunu söyləyən hədisə istinad etmişlərdir. Beləcə, 3 dəfə oxununca, Quran xətm edilmiş olar. ("əl-Burhan", 2/104)

Əgər: "2 xətm yerinə keçməsi üçün İxlas surəsinin 4 dəfə oxunması lazım gəlir." deyilərsə, buna, belə cavab verərik: "Burdakı məqsəd, istər xətm sırasında oxuduğu ixlas olsun; istər ixlasın təkrarı ilə hasil olan savabdan olsun, xətmin, yəqin üzərə hasil olmasıdır."

Mən (Suyuti) deyirəm:

Bunun əsli, xətm əsnasında edilən xətanı ortadan qaldırmaq ümidinə söykənir. Həlimi'nin, xətm edilərkən gətirilən təkbirləri ramazan bitimindəki təkbirlərə qiyası kimi; ixlas surəsinin təkrarı, ramazanın bitimində tutulan 6 günlük şəvval orucu ilə qiyaslanmalıdır.

(Cəlaləddin Suyuti, "əl-İtqan fi Ulumi'l-Quran", s. 707-716

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 6.009 times
In order to make a comment, please login or register