Səhv səcdəsi (1)
Dear Brother / Sister,
On ikinci bab: Səhv səcdələri
• Səhv səcdələri, vacibdir. "Təbyin"də də belədir. Bu, səhihdir. "Xülasə"də də belədir.
Səhv səcdələrinin vacib olması, vaxtın əlverişli olması şərtinə bağlıdır. Məsələn:
Bir kimsə, sübh namazı qılmaqda ikən, səhv səcdəsi etməsi lazım gəlsə, bu kimsə, birinci salamdan əvvəl, günəş doğana qədər səhv səcdəsini etməzsə, səhv səcdələri, özündən düşər.
Yenə, qəzaya qalmış olan bir namazı qılmaqda olan bir kimsə, günəş qızarana qədər səcdə etməmişdirsə, səhv səcdələri, üzərindən düşər.
Bina'ya mane olan halların hamısı, salamdan sonra, səhv səcdələrini düşürər. "Bahru'r-Raiq"də də belədir.
• "Qunyə"də: "Bir kimsə, nafilə bir namazı, fərz bir namazın üzərinə bina etmiş olsa, onda səhv etsə, səcdə etməz." "Nəhru'l-Faiq"də də belədir.
• Səhv səcdələrinin yeri, salamdan sonradır. Əlavə və ya nöqsan olması, eynidir. Bizə görə, bir kimsənin, salamdan əvvəl səhv səcdəsi etməsi, caizdir. 2 salamla etmək də, caizdir. Bu, səhihdir. "Hidayə"də də belədir.
• Doğrusu isə, 1 salam verməkdir. Cumhur, bunun üzərinədir. "Asl"da da, buna işarət edilmişdir. "Kafi"də də belədir.
• -Səhv səcdəsi edəcək kimsə- sağına salam verər. "Zahidi"də də belədir.
• Səhv səcdələrinin ediliş şəkli:
Səhv səcdəsi edəcək kimsə, sağına salam verdikdən sonra, təkbir gətirərək, səcdəyə gedər. Səcdə əsnasında, təsbih edər; təkbir gətirib oturar və yenə təkbir gətirərək ikinci səcdəyə gedər. Sonra təşəhhüdü oxuyar və ikinci dəfə salam verər. "Muhit"də də belədir.
• Səhv səcdəsi edəcək kimsə, salavatları və duaları, səhv üçün oturduğu vaxt oxuyar. Səhih olan, budur. "Bunları, birinci oturuşda oxuyar." deyənlər də olmuşdur. "Təbyin"də də belədir.
Uyğun olanı isə, hər 2 oturuşda da, bunları oxumaqdır. "Fətəva Qadıxan"da da belədir.
• Fərz namazlarda da, nafilə namazlarda da səhv səcdəsinin hökmü, eynidir. "Muhit"də də belədir.
• "Fətəva"da: "Səhv səcdələrindən sonrakı oturuş, rükn deyildir. Əslində, səhv səcdəsindən sonra oturmaq, namaz, oturmaqla sonlansın deyə əmr edilmişdir. Hətta bir kimsə, səhv səcdəsindən sonra oturmağı tərk edib qalxsa və getsə, yenə, o kimsənin namazı, pozulmaz." deyilmişdir. Halvani də, belə demişdir. "Siracu'l-Vəhhac"da da belədir.
• "Vəlvəliciyyə"də:
"Əslində, namazda, 3 şey tərk edilə bilər:
Fərz, vacib və sünnət namaz qılarkən, fərzi tərk etmiş olan kimsə, onu, qəza ilə tədarük edə bilmək imkanına sahibdirsə, qəza edər. Bu imkan yoxdursa, namazı, pozulmuş olar.
Namaz qılan bir kimsənin, sünnəti tərk etməsilə, namazı pozulmaz. Çünki, onun qiyamı, rüknləri ilədir. O da, şübhəsiz mövcuddur. Bu kimsə, səhv səcdəsi etsin deyə məcbur edilməz.
Namaz qılarkən, vacibi tərk edən kimsəyə gəlincə, əgər bu kimsə, vacibi, səhvən tərk etmişdirsə, səhv səcdələrini etməyə məcbur edilər. Qəsdən tərk etmişdirsə, belə etməyə məcbur edilməz." "Tatarxaniyyə"də də belədir.
Bu sözün açıq mənası, budur:
Həqiqətən, namazda bir vacibi qəsdən tərk edən kimsəyə, səhv səcdəsi lazım gəlməz. Bu kimsənin, namazdakı nöqsanından dolayı, namazın cəbrən iadə etməsi (yenidən qılınması) lazım olar. "Bahru'r-Raiq"də də belədir.
• Səhv səcdəsi, ancaq:
1. Vacibin tərki və ya təxiri (ertələnməsi);
2. Fərzin təxiri və ya təqdimi (iləri alınması) və ya təkrarı;
3. Vacibin təğyiri (dəyişdirilməsi)
kimi hallarda vacib olar. Vacibin dəyişdirilməsi, gizli oxunacaq yerlərdə açıqdan oxumaq; açıqdan oxunacaq yerlərdə, gizli oxumaq kimi hallardır və görüldüyü kimi, bu da, bir növ vacibi tərkdir. "Kafi"də də belədir.
• Birinci rükətdə, əuzunu, bəsmələni, subhanəkəni və intiqal (keçid) əsnasında gətirilən təkbirləri tərk edən kimsəyə, səhv səcdəsi lazım gəlməz. Ancaq, bayram namazlarının ikinci rükətlərinin ruku təkbiri, bu hökmün xaricindədir.
Bayram namazlarında olsun, digər namazlarda olsun, əlləri qaldırmağı tərk etməkdən dolayı da, səhv səcdəsi edilməz.
İlk əvvəl, sol tərəfinə -səhvən- salam verən; və səhvən qavməni (2 səcdə arasında oturmağı) tərk edən; və rukudan səcdəyə əyilən kimsəyə də, səhv səcdəsi lazım gəlməz. "Fətəva Qadıxan"da isə:
"Belə hallarda, imam əbu Hənifə və imam Muhamməd'ə görə, səhv səcdələri lazım gəlir." deyilmişdir. "Fəthu'l-Qadir"də də belədir.
--------------------------
Namazın vacibləri:
1. Namazda, fatihə və surə oxumaq, vacibdir.
• İlk 2 rükətdə və ya bunların birində, fatihəni oxumayan kimsənin, səhv səcdəsi etməsi lazımdır. Lakin, bunlarda, fatihənin çoxunu oxuyar, azını unudarsa, səhv səcdəsi etməsi, lazım gəlməz. Lakin yarıdan çoxunu unudarsa, səhv səcdəsi etməsi lazımdır. Bu hökmlərdə, imamla muqtədi arasında, bir fərq yoxdur. "Fətəva Qadıxan"da da belədir.
• Namaz qılan kimsə, son 2 rükətdə, fatihə oxumağı tərk edərsə və bu namaz, fərz bir namazdırsa, səhv səcdəsi lazım gəlməz. Ancaq bu namaz, nafilə və ya vitrdirsə, bu kimsənin səhv səcdəsi etməsi, vacib olar. "Bahru'r-Raiq"də də belədir.
• Namaz qılan kimsə, ilk 2 rükətdə fatihəni təkrarlamış olarsa, səhv səcdəsi etməsi lazımdır. Bu kimsə, fatihəni surədən sonra və ya son 2 rükətdə təkrar-təkrar oxuyarsa, bir şey lazım gəlməz. "Təbyin"də də belədir.
• Fatihəni oxuyub 1 hərfini oxumayan kimsə və ya fatihənin çoxunu oxuyan kimsə, bunu unudaraq, sonra fatihəni təkrar oxusa, bu kimsə, fatihəni 2 dəfə oxuma mənziləsindədir. "Zahiriyyə"də də belədir.
• Bir kimsə, fatihədən sonra 2 ayət oxusa və səhvən rukuya getsə, sonra bu halı xatırlayıb qayıtsa və 3 ayətə tamamlasa, bu kimsəyə, səhv səcdəsi lazımdır. "Zahiriyyə"də də belədir.
• Fatihəni, damm-u surədən sonra oxuyan kimsənin, səhv səcdəsi etməsi lazımdır. "Təbyin"də də belədir.
• Son rükətlərdə, fatihəni və damm-u surəni oxumuş olan kimsələrə, səhv səcdəsi lazım gəlməz. Əsahh (ən doğru) olan da, budur.
Bir kimsə, fatihəni, rukuda, səcdələrdə və ya təşəhhüd üçün oturduğu vaxt oxuyarsa, səhv səcdəsi etməsi lazımdır. Bu hökm, o kimsənin, əvvəl fatihəyə başlayıb sonra təşəhhüdü oxuduğu hallardadır. Bu kimsə, əgər əvvəl təşəhhüdü oxuyar, sonra da fatihəni oxuyarsa, səhv səcdəsi lazım gəlməz. Səraxsi'nin "Muhit"ində də belədir.
• Bir kimsə, ikinci 2 rükətdə Qurandan bir şey oxumasa və təsbih etməsə, imam əbu Hənifə'dən belə dediyi nəql edilmişdir:
"Əgər bu kimsə, qəsdən oxumamışdırsa, yalnış etmiş olar. Lakin səhvən oxumamışdırsa, səhv səcdəsi lazım gəlir."
• Bir kimsə, birinci və ya ikinci rükətdə fatihəni oxumağı unutsa, bir qismini oxuyunca da bu halı xatırlasa, dərhal fatihəni oxumağa başlayar; sonra da surəni oxuyar. Fəqih əbu'l-Leys: "Bu halda, surədən 1 tək hərf oxumuş olsa belə, səhv səcdəsi lazım gəlir." demişdir.
Yenə, bir kimsə, fatihə oxumadığını, surəni oxuduqdan sonra xatırlasa və ya rukuda xatırlasa və ya rukudan başını qaldırdıqdan sonra xatırlasa, bu kimsə, fatihəni oxuyar; sonra surəni yenidən oxuyar. Namazın sonunda da, səhvindən dolayı səcdə edər.
"Xülasə"də də: "Bir kimsə, ruku etdiyi əsnada, surə oxumamış olduğunu xatırladığında, başını qaldırıb surə oxuyar və rukunu yenidən edərsə, o kimsənin, səhv səcdəsi etməsi lazım gəlir." deyilmişdir. Səhih olan qövl də, budur. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsə, birinci rükətdə, 1 surə oxusa; ikinci rükətdə də, ondan əvvəl olan 1 surə oxusa, bu kimsənin, səhv səcdəsi etməsi lazım gəlməz. "Muhit"də də belədir.
• "Vəlvəliciyyə"də: "Bir kimsə, namaz əsnasında səcdə ayətlərindən birini oxusa və bundan dolayı səcdə etməyi unutsa; sonradan da bu halı xatırlayıb səcdə etsə, bu kimsənin, səhv səcdəsi etməsi lazımdır. Çünki bu şəxs, vacib olan vəsli (yəni, səcdə ayətinin arxasınca səcdə etməyi) tərk etmiş olmaqdadır."
"Bu kimsənin, səhv səcdəsi etməsi lazım gəlməz." deyənlər də olmuşdur.
Lakin, birinci görüş, əsahhdır. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsə, namazda bir surə oxumaq istədiyi vaxt, o surədə yanılar və oxuya bilməz və bu səbəblə də başqa bir surə oxuyarsa, bu kimsənin, səhv səcdəsi etməsi lazım gəlməz. "Fətəva Qadıxan"da da belədir.
2. Qiraəti ilk 2 rükətə təyin etmək də, namazın vaciblərindəndir. "Bahru'r-Raiq"də də belədir.
• Mükərrər (təkrarlanan) fellərdə, tərtibə (sıraya) riayət etmək də, namazın vaciblərindəndir.
Bu kimsə, əgər bir rükətdəki 2 səcdədən 1-ini tərk etmiş olsa və bu halı, namazın sonunda xatırlasa; o kimsə, həm o səcdəni, həm də səhvdən dolayı, səhv səcdəsi edər. Bu halda, tərtibi tərk etmiş olduğu üçün, namazın, o səcdədən əvvəlki hissəsini yenidən qılmaz.
Ancaq, rukunu, qiraətə təqdim etsə (yəni, qiraətdən əvvəl ruku etmişdirsə), bu kimsənin, səhv səcdəsi etməsi lazım gəlir. Lakin o ruku, sayılmaz və bu kimsənin, qiraətdən sonra təkrar ruku etməsi lazımdır. "Bahru'r-Raiq"də də belədir.
3. Tə'dilu'l-ərkan də, namazın vaciblərindəndir.
Tə'dilu'l-ərkan: Ruku və səcdələrdə, bütün üzvlərin hərəkətlərinin dayanması və sakitləşməsidir.
Bunun tərk edilməsi halında, səhv səcdəsi lazım gəlib-gəlməyəcəyi xüsusunda, ixtilaf vardır.
Tədilu'l-ərkan'ın vacibmi, sünnətmi olduğu xüsusunda da, ixtilaf vardır. Vacib olduğunu qəbul edənlər, tərkindən dolayı səhv səcdəsinin lazım olduğunu söyləmişlərdir. "Bədai"də də, bu görüş, səhih qəbul edilmişdir. "Bahru'r-Raiq"də də belədir.
4. Namazda, qa'dətu'l-ulə (ilk oturuş) da, vacibdir.
Bir kimsə, namazda, birinci oturuşu tərk edərsə, o kimsəyə, səhv səcdəsi lazımdır. "Təbyin"də də belədir.
5. Təşəhhüd də, namazın vaciblərindəndir.
Bir kimsə, birinci və ya ikinci oturuşda təşəhhüdü tərk edərsə, o kimsənin, səhv səcdəsi etməsi vacib olar.
Yenə, təşəhhüdün bir qismini tərk edən kimsəyə də, səhv səcdəsi, vacib olar. "Təbyin"də də belədir.
• Təşəhhüdün hamısının və ya bir qisminin tərk edilməsi halında, səhv səcdəsinin vacib olacağı xüsusunda, namazın fərz namaz olması ilə nafilə namaz olması arasında, bir fərq yoxdur. "Bahru'r-Raiq"də də belədir.
• Namaz qılan kimsə, təşəhhüdü, birinci rükətdə, ayaqda oxuyarsa, özünə bir şey lazım gəlməz. Lakin təşəhhüdü, ikinci rükətdə, ayaqda oxuması halında, alimlər arasında ixtilaf vardır. Səhih olan, bu halda da səhv səcdəsi lazım olmadığıdır. "Zahiriyyə"də də belədir.
• Təşəhhüdü ayaqda oxuyan kimsə, bunu, fatihədən əvvəl oxumuş olsa, üzərinə, səhv səcdəsi lazım olmaz. Fatihədən sonra oxuyarsa, səhv səcdəsi lazım olar. Əsahh olan, bu görüşdür. Çünki, fatihənin sonu, surənin oxunacağı yerdir. Bir kimsə, burda təşəhhüdü oxuyunca, həqiqətən vacibi təxir etmiş (ertələmiş) olmaqdadır. Fatihənin əvvəli isə, səna (tərif) yeridir. "Təbyin"də də belədir.
• Namaz qılan kimsə, ikinci 2 rükətdə, təşəhhüd oxuyarsa, özünə, səhv səcdəsi lazım olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
• Bir kimsə, təşəhhüdü oxuduqdan sonra, fatihəni oxumuş olsa, səhv səcdələri lazım gəlməz.
Lakin, fatihəni, təşəhhüdü oxuyacağı yerdə oxuyan kimsəyə, səhv səcdələri vacib olar.
Yenə, bu halda, əvvəl, fatihəni; sonra da, təşəhhüdü oxuyarsa, üzərinə səhv səcdəsi lazım gəlir.
• "Vaqiətu'n-Natifiyyə"də, əbu Hənifə'dən rəvayət edilərək, belə deyilmişdir:
"Bir kimsə, təşəhhüd məhəllində, qiraətə başlamış olsa; sonra da, təşəhhüdü oxusa, səhv səcdəsi laızm gəlir. Təşəhhüdü oxuduqdan sonra, fatihəni oxusa, bu halda, səhv səcdəsi lazım gəlməz. Bir kimsə, təşəhhüdü, ayaqda və ya rukuda və ya səcdədə oxumuş olsa, səhv səcdəsi lazım gəlməz." "Muhit"də də belədir.
• Bir kimsə, ilk oturuşda, təşəhhüdü təkrar oxumuş olsa, üzərinə, səhv səcdəsi lazım olar.
Yenə, bir kimsə, ilk oturuşda, təşəhhüddən sonra, salavatları da oxumuş olsa, özünə, səhv səcdələri lazım olar. "Təbyin"də də belədir. Fətva da, bunun üzərinədir.
• Salavatların nə qədərinin oxunması halında, səhv səcdəsinin lazım gələcəyi xüsusunda, ixtilaf edilmişdir. (Belə ki):
~ Bəziləri: "Allahummə, salli alə Muhamməd' desə, səhv səcdələri, vacib olar." dedilər.
~ Bəziləri isə: "Allahummə, salli alə Muhammədin və alə al-i Muhamməd' deyənə qədər, səhv səcdələri lazım olmaz." dedilər.
Birinci qövl, əsahh (ən doğru olan)'dır.
Təşəhhüdü, son qa'də (oturuş)'da təkrar edən kimsənin, səhv səcdəsi etməsi lazım gəlməz. "Təbyin"də də belədir.
• imam əbu Hənifə və imam əbu Yusuf'a görə, namaz qılan kimsə, salam verənə qədər təşəhhüd oxumağı unutmuş olsa, sonra da xatırlasa, təşəhhüdü oxuyar və səhv səcdələrini edər. "Muhit"də də belədir.
• Camaata namaz qıldırmaqda olan imam və ya tək başına namaz qılan kimsə, oturacağı yerdə, qalxar; qalxacağı yerdə, oturar; ayağa qalxmaq istədiyi vaxt, tam düzələr və ya tam düzəlməyə yaxın bir hal alarsa, bu halda, geri qayıdıb -birinci oturuşda- oturmaz. Bu, "Fətəva Qadıxan"da da belədir. Bu halda, bu kimsəyə, səhv səcdələri vacib olar. Bu kimsə, oturuşa qayıdarsa, namazı pozular. Səhih olan da, budur. "Təbyin"də də belədir.
Əgər belə olmazsa (yəni, qiyama yaxın bir şəkildə qalxmış olmadan oturarsa), səhv səcdələri etməz. "Fətəva Qadıxan"da da belədir.
• Düz dayanmış olma xüsusunda, hər insanın, aşağı qisminin yarısına etibar olunur. Yəni, bir qismin aşağı yarısı düzələrsə, qiyama yaxın sayılır. Əks təqdirdə, qiyama yaxın sayılmaz. "Kafi"də də belədir.
• Bir rəvayətdə isə, namaz qılan kimsə, dizlərinin üzərinə qalxdığı vaxt, geri oturarsa, səhv səcdələrini edər. Burda, birinci oturuşla ikinci oturuş, eynidir. Etimad, bu qövlədir.
Bu kimsə, budlarını qaldırar, lakin dizləri yerdə olar, onları qaldırmazsa, bu halda, əbu Yusuf'dan gələn bir rəvayətə görə, səhv səcdələri lazım gəlməz. "Fətəva Qadıxan"da da belədir.
• Yenə, bir kimsə, ruku yerinə, səcdə; səcdə yerinə də, ruku edər və ya bunları təkrar edərsə və ya bir fərzi iləri və ya geri alarsa, bu halların hamısında da, səhv səcdələri lazım gəlir.
"Quduri"də: "Bir kimsə, özündə zikr edilməsi lazım gələn namaz fellərindən birini tərk edərsə, bu kimsənin, səhv səcdəsi etməsi lazım gəlir." deyilmişdir. Çünki, içində zikr olan bir namaz felinin əmr edilmiş olması, bu felin edilməsinin məqsud (qəsd edilən) olduğuna -şəxsən- bir dəlildir. Bu felin tərk edilmiş olması səbəbilə, namazda nöqsanlıq qüvvətlənmiş olar. Bu halda da, səhv səcdəsi etmək məcburiyyəti yaranır.
İçində, zikr olan bir namaz felinin tərki yoxdursa, səhv səcdəsi də yoxdur. Sağ əli, sol əlin üzərinə qoymaq kimi...Və ruku və səcdələrin qavmələri kimi...
• Namaz qılan bir kimsə, oturub təşəhhüd oxuduqdan sonra, 3 rükətmi, yoxsa 4 rükətmi qıldığı xüsusunda şübhəyə düşdüyündə, bu şübhə ilə salam vermə zamanına qədər məşğul olar; sonra da, 4 rükət qıldığına qənaət gətirərsə, namazını tamamlayar və səhv səcdələrini edər. Lakin, bu şübhəyə, bir tərəfinə salam verdikdən sonra düşərsə, səhv səcdələrini etməsi, lazım gəlməz.
Bir kimsə, namaz qıldığı vaxt, dəstəmazı pozular və dəstəmaz almağa gedincə də, yuxarıdakı kimi bir şübhəyə düşər və bu şübhədən dolayı dəstəmaz almağı bir müddət ertələyərsə, o kimsənin, səhv səcdəsi etməsi lazımdır.
6. Vitr namazında qunut oxumaq da, namazın vaciblərindəndir.
• Bir kimsə, qunutu tərk edərsə, səhv səcdəsi edər.
Səhv səcdəsinin tərki, rukudan başın qaldırılması ilə gerçəkləşir.
7. Bayram namazlarındakı -əlavə- təkbirlər də, vacibdir.
• "Bədai"də: "Bir kimsə, bu təkbirləri tərk etdiyi və ya nöqsan və ya əlavə etdiyi və yaxud da gətirilməsi lazım gələn yerin xaricində etdiyi vaxt, bu kimsənin, səhv səcdəsi etməsi lazım gəlir." deyilmişdir. "Bahru'r-Raiq"də də belədir.
• Həsən'in, imam əbu Hənifə'dən rəvayət etdiyinə görə, bu xüsusda, nöqsan-əlavə, az-çox, eynidir. İmam, bayram namazları təkbirlərinin birinə belə unutmuş olsa, səhv səcdəsi edər. "Zəxirə"də də belədir.
• "Kəşfu'l-Əsrar"da: "İmam, bayram təkbirlərindən birini və ya bir neçəsini unutduğu vaxt, rukuya getmiş olsa belə, təkrar qiyama qayıdar. Məsbuq isə, belə deyildir. Bu halda, məsbuq, təkbirləri, rukuda gətirər." deyilmişdir. "Bahru'r-Raiq"də də belədir.
• Bir kimsə, bayram namazının ikinci rükətinin ruku təkbirini tərk edərsə, səhv səcdəsi etməsi lazımdır. Çünki bayram təkbirlərinə tabe olaraq, bu təkbir də, vacibdir. Lakin, birinci rükətin ruku təkbiri, belə deyildir. Çünki bu təkbir, bayram təkbirlərinə qatılmış deyildir. "Təbyin"də də belədir.
• Cümə, bayram, fərz və nafilə namazların hamısında, səhv səcdəsi (ilə bağlı hökmlər), eynidir. Ancaq, alimlərimiz: "Bayram və cümə namazlarında, səhv səcdəsi edilməz. Çünki, edilməsi halında, insanlar arasına fitnə düşər." demişlərdir. "Muhit"də də belədir.
• Bəzi namazlarda, cəhri (açıq bir şəkildə); bəzi namazlarda da, xafi (gizli bir şəkildə) oxumaq, vacibdir.
• Bir kimsə, gizli oxunacaq yerdə, açıqdan; açıqdan oxunacaq yerdə, gizli oxuyarsa, o kimsəyə, səhv səcdəsi vacib olar.
Açıq və ya gizli oxumağın miqdarında, ixtilaf edilmişdir. "Hər 2 halda da, özü ilə namazın caiz olduğu miqdarda oxumaqdır." deyilmişdir. Əsahh (ən doğru olan) da, budur. Bu xüsusda, fatihə ilə başqa surə və ayətlər arasında da, bir fərq yoxdur.
• Tək başına namaz qılan kimsənin, gizlidə də, açıqda da səhv səcdəsi etməsi lazım gəlməz. Çünki bunlar camaatın xüsusiyyətlərindəndir. "Təbyin"də də belədir.
• Namaz qılan kimsə, açıqdan əuzu bəsmələ desə; və ya amin desə, səhv səcdəsi etməsi, lazım gəlməz. "Fətəva Qadıxan"da da belədir.
------------------------------------
Fəsl: İmamın səhv etməsi
• İmamın səhv etməsi, özünün və arxasındakı camaatın da səhv etməsini gərəkdirir. "Muhit"də də belədir.
• İmama tabe olan kimsə, bu əsnada, özü bir səhv etsə, bundan dolayı səhv səcdəsi etməsi, lazım gəlməz.
İmama tabe olan kimsə, imamla birlikdə səhv səcdəsini edər. Hətta, bu kimsə, imama, imam səhv etdikdən sonra tabe olmuş olsa belə, yenə, onunla birlikdə səhv səcdəsi edər; ona tabe olar.
Bu kimsə, səhv səcdələrindən birini etdikdən sonra, imama tabe olmuş olsa, imama tabe olaraq, ikinci səcdəni də edər; birinci səcdəni isə, qəza etməz. Bu kimsə, səhv səcdəsinin hər ikisini də etdikdən sonra imama tabe olsa, sonradan bu 2 səcdəni də, qəza etməz. "Təbyin"də də belədir.
• İmama tabe olan kimsəyə, imamla qıldığı müddətcə, səhv səcdəsi lazım gəlməz. İmam, səhv səcdəsini tərk etmiş olsa belə, imama tabe olan kimsənin, səhv səcdəsi etməsi lazım gəlməz. "Muhit"də də belədir.
• Məsbuq (imama sonradan tabe olan kimsə), səhv səcdələrində, imama tabe olar; sonra da, imama çatmamış olduğu qismi, qəza edər.
• Lahiq (namaza imamla bərabər başladığı halda, yuxu və ya bənzəri bir səbəbdən dolayı dəstəmazı pozulub namazın hamısını və ya bir qismini imam ilə qıla bilməyən kimsə), imamla birlikdə qılarkən, səhv səcdələrini etsə, bu, sayılmaz. Səhv səcdələrini, namazının axırında edər.
• Məsbuqun, imamın salam verməsindən sonra, az bir müddət gözləməsi, uyğun olar. Beləcə, imamın üzərində səhv səcdəsi vardırsa, özünün də onları etməsi, caiz olar. Səraxsi'nin "Muhit"ində də belədir.
• Məsbuq, əgər imama tabe olmayıb imamla birlikdə səhv səcdələrini etməzsə, o səcdələr, üzərindən düşməz. Bu halda, məsbuq, səhv səcdələrini, namazının sonunda özü edər.
• İmam, salam verincə, məsbuq, dərhal ayağa qalxar; imam da, bir az sonra, üzərində səhv səcdələri olduğunu xatırlayıb səcdəyə gedər və bu halda da, məsbuq, rükətini, səcdə ilə qeydləməmişdirsə, imamın ardından, ona tabe olaraq səcdəyə gedər. İmam, salam verincə də, qalan namazını qılmağa başlayar. Bu vaxt, qiyam, qiraət, ruku kimi fellərdən etmiş olduqları, sayılmaz. Sonra, namazının qalan qismini qılmağa davam edər. İmama tabe olaraq qıldığı hissəni, qəza etməz.
Əgər imama tabe olub onunla birlikdə səhv səcdələrini etməmişdirsə, namazı, caiz olar; namazın sonunda, səhv səcdələrini edər. Bu, müstəhsəndir.
Əgər imam, səhv səcdələrini, məsbuq, rükətini səcdə ilə qeydlədikdən sonra edərsə, məsbuq, qayıdıb imamla birlikdə o səcdələri edə bilməz. Bu halda, qayıdıb imamla birlikdə səhv səcdələrini edərsə, namazı pozular. "Siracu'l-Vəhhac"da da belədir.
• Bir imam, qorxu namazında, səhv səcdəsi edərsə, bu halda, özünə, ikinci camaat tabe olar. Birinci camaat isə, namazlarının tamamlanmasından sonra, o səhv səcdələrini edərlər. "Bahru'r-Raiq"də də belədir.
• Lahiq, öz səhvindən dolayı, səhv səcdəsi etməz.
İmam səhv etmiş olsa; məsbuq, onunla birlikdə səhv səcdələrini etməsə; məsbuqun özü də, namazının çata bilməmiş olduğu qismini qəza edərkən səhv etsə, bir dəfə səhv səcdələrini etməsi, kifayət edər. Səfəriyə tabe olan muqimin bu halı da, məsbuqdakı kimidir.
• Bir imam səhv etsə; sonra da dəstəmazı pozulsa və yerinə bir məsbuqu keçirsə; bu məsbuq, namazı tamamlayar. Yalnız, salam verməsi üçün, yerinə bir mudriki (imama, ilk rükətdən etibarən tabe olan kimsəni) keçirər. Bu mudrik də, salam verər və səhv səcdələrini edər. Məsbuq da, onunla birlikdə, o səcdələri edər. Əgər heç bir mudrik yoxdursa, hamısı da ayağa qalxıb, çata bilmədikləri rükətləri qəza edərlər və namazlarının sonunda da, səhv səcdələrini edərlər. Səraxsi'nin "Muhit"ində də belədir.
• Bir kimsə, zöhr namazını 5 rükət qılsa, 4-cü rükətdə, təşəhhüd miqdarı otursa; əgər 5-ci rükəti səcdə ilə qeydləməmişdirsə, xatırlayar-xatırlamaz, oturar və salam verər. Bu səhvindən dolayı da, səhv səcdəsi edər.
Əgər 5-ci rükəti səcdə ilə qeydləmişdirsə, oturub salam verməz. Əksinə, 1 rükət daha qılaraq, o tək rükəti də, cütləyər; oturar; təşəhhüdü və duaları oxuyar və salam verər. Gözəl olsun deyə də, səhv səcdələrini edər. "Hidayə"də də belədir. Muxtar olan görüş, budur. "Kifayə"də də belədir. "Muhit"də isə: "Sonra, təşəhhüd edər və salam verər." deyilmişdir.
• -Əlavə edilməmiş olan- o 2 rükət nafilə, səhih olan qövlə görə, zöhr namazının sünnəti sayılmaz. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• "Əsr namazında, rükət əlavə edilməz." deyilmişdir. Bu xüsusda, "...əlavə edilməz." deyənlərin görüşü deyil; "...əlavə edilər." deyənlərin görüşü əsahddır. "Təbyin"də də belədir. Etimad, bunun üzərinədir. Çünki, əsrdən sonra, istəyərək nafilə qılmaq, məkruhdur. Öz istəyilə qılmayınca da, məkruh olmaz. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, sübh namazında, oturduqdan sonra üçüncü rükətə qalxar və onu da səcdə ilə qeydləyərsə, dördüncü rükəti əlavə etməz. "Təbyin"də də belədir.
• "Təcnis"də: "Fətva, Hişam'ın bu rəvayəti üzərinədir: Əlavə etmədə kərahət olmaması cəhətindən, əsr namazı ilə sübh namazının arasında, fərq yoxdur." şəklində bir açıqlama vardır. "Bahru'r-Raiq"də də belədir.
• Lakin, sübh namazında, təşəhhüd miqdarı oturmamış olan şəxs, fərz olan qa'də'ni tərk etmiş olacağından, bu şəxsin qıldığı namaz, məkruhdur. Çünki, sübh namazında, fərzdən əvvəl, 2 rükət sünnətdən başqa nafilə namaz qılmaq, məkruhdur.
Əsrin 4-cü rükətində oturmadan qalxmaq isə, belə deyildir. Çünki, bu 5-cü rükətə, 6-cı rükəti əlavə etmək, caizdir. Və əsr namazından əvvəl nafilə qılmaq da, məkruh deyildir. "Təbyin"də də belədir.
• Əsr namazında, 4 rükəti tamamladıqdan sonra oturmayan kimsə, bu halı, 5-ci rükətin səcdəsinə çatana qədər xatırlayarsa, dərhal oturar. "Muhit"də də belədir.
"Xülasə"də: "Bu halda, təşəhhüd edər; salam verər və səhv üçün də səcdə edər." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsə, son oturuşu etmədən qalxar və 5-ci rükəti səcdə ilə qeydləyərsə, bizə görə, o kimsənin zöhr namazı, pozular. "Muhit"də də belədir.
• Bu halda, imam əbu Hənifə və imam əbu Yusuf'a görə, bu şəxsin namazı, nafiləyə çevrilər. Əlavə etməsə belə, o kimsənin üzərinə, bir şey lazım gəlməz. "Hidayə"də də belədir.
• Namazın nə vaxt fasid olacağı xüsusunda, imam əbu Yusuf ilə imam Muhamməd, görüş ayrılığındadırlar. (Belə ki):
~ İmam əbu Yusuf: "O kimsə, başını səcdəyə qoyar-qoymaz, namazı ifsad olar." demişdir.
~ imam Muhamməd isə: "Bu kimsə, başını səcdədən qaldırmadıqca, namazı fasid olmaz." demişdir.
İmam əbu Yusuf'a görə, səcdənin fərzi, başı yeri qoymaqla başlayır. İmam Muhamməd'ə görə isə, səcdənin fərzi, başı yerə qoymaq və qaldırmaqla başlayır. "Muhit"də də belədir.
• Fəxru'l-İslam, "Camiu's-Sağir"də: "Fətvada muxtar olan, imam Muhamməd'in qövlüdür." demişdir. "Nihayə"də də belədir.
• Bu ixtilafın faydası, burda üzə çıxmaqdadır:
Bir kimsənin dəstəmazı pozulduğu vaxt, imam əbu Yusuf'a görə, o kimsənin namazının islahı, mümkün olmaz. İmam Muhamməd'ə görə isə, namazının islahı, mümkündür. Bu kimsə, gedib dəstəmaz alar; oturar; təşəhhüdünü oxuyar və salam verər. "Fəthu'l-Qadir"də də belədir. Əsahh olan qövlə görə, bu halda, səhv səcdəsi edilməz. "Nihayə"də də belədir.
Bir kimsə, üzərində səhv səcdəsi olduğu halda, namazını saxlamaq niyyətilə salam vermiş olar və bu halda da, səhvi üçün səcdə edərsə, hələ namazdadır; səhv səcdəsi etməzsə, namazda deyildir. İmam əbu Hənifə ilə imam Züfər'ə görə isə, bu kimsə, səhvi üçün səcdə etməmişdirsə, namazdadır. İmam Muhamməd'ə görə isə, salamdan sonra bu şəxsə bir kimsə iqtida etsə; iqtidası, səhihdir. Digər 2 imama görə də səhihdir.
Bir kimsə, səhvi üçün səcdə etdiyi vaxt, gülsə, imam Muhamməd'ə görə, dəstəmazı pozular. Digər imamlar, buna müxalifdirlər.
Bu kimsənin namazı isə, icma ilə tamdır və bu kimsədən, səhv səcdələri düşər. Əgər iqaməyə niyyət edərsə, imam Muhammədə görə, fərzi, 4 rükətə çevrilər və namazın sonunda da, -səhv üçün- səcdə edər. Digər 2 imama görə isə, namazı, 4 rükətə çevrilməz və ondan, səhv səcdələri düşər. İcabət etdiyi vaxt, bu kimsənin namazı, batil olar. Şeyx əbu'l-Məkarim'in "Niqayə şərhi"ndə də belədir.
• Bir kimsə, 2 rükət nafilə namaz qılsa və namazda səhv etsə, səhvi üçün, səcdə edər. Sonra, 2 rükət daha nafilə qılmaq istəsə, bu namazı, əvvəl qılmış olduğu o namazın üzərinə bina edə bilməz. "Hidayə"də də belədir.
Bu kimsə, bina etmiş olsa, yenə namazı, səhih olar. Çünki, bu halda, təhrimə (iftitəh təkbiri) davam etməkdədir. Muxtar olan görüşə görə, bu kimsə, səhv səcdələrini yenidən edər. Səfəri də, belədir. İqaməyə niyyət etmiş olsa, səhv səcdələrini etdikdən sonra, özünə, 4 rükət qılmaq lazım gəlir. Və səhv səcdələrini, yenidən edər. "Təbyin"də də belədir.
• Bir kimsə, işa namazını qılarkən səhv edib, tilavət səcdəsi olan 1 ayət oxusa və bu səcdəni də etməsə, rükətlərdən birinin də səcdəsini etməmiş olsa, sonra salam versə, bu halda, məsələ, 4 vəch/cəhət üzərinədir:
Bu kimsə, bunların hamısını,
1. Ya unudaraq etmişdir,
2. Ya qəsdən etmişdir.
3. Və ya tilavət səcdəsini unudaraq, rükətin səcdəsini qəsdən etmişdir.
4. Və yaxud da, bunun əksini etmişdir.
~ Birinci halda, ittifaq ilə namaz pozulmaz. Çünki, bu salam, səhv salamıdır.
~ İkinci və üçüncü cəhətlər də, namazı, ittifaqla ifsad edərlər. Çünki, qəsdən salam vermək, o kimsəni, namazın həddindən çıxarar.
~ Dördüncü cəhət isə, Zahiru'r-Rivayə'yə görə, namazı fasid olar. "Muhit"də də belədir.
• Səhv səcdələrində səhv etmək, səhvi gərəkdirməz. Çünki bu, sonu gəlməyən bir işdir. "Təhzib"də də belədir.
Səhv səcdəiərində səhv edən kimsə, təhərri (araşdırmaq) ilə əməl edər. Əgər namazda dəfələrlə səhv etmişdirsə, 2 səcdə, kifayət edər. "Xülasə"də də belədir.
• Gecə qılınan nafilə bir namaza imam olan kimsə, qəsdən gizli oxumuş olsa, günahkar olar. Səhvən belə olarsa, səhv səcdəsi edər. "Fətəva Qadıxan"da da belədir.
• "Yetimə"də: "İmam, vitr və təravihdə açıqdan oxumağı tərk etmiş olsa, səhv səcdələri edər." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.
• Səhv etmiş olan bir imamın, -sonra da- dəstəmazı pozulmuş olsa, yerinə başqa birini keçirər. İmamın yerinə keçən kimsə, salamdan sonra, səhv səcdəsi edər. İmamın yerinə keçən kimsə də səhv etmiş olsa, əvvəlki imamın və özünün səhvlərindən dolayı, səhv səcdələrini 1 dəfə etməsi, kifayət edir. Necə ki, əvvəlki imam, 2 dəfə səhv etmiş olsaydı, səhv səcdələrini 1 dəfə edəcəkdi.
Əvvəlki imam, səhv etməmiş; lakin, yerinə keçirdiyi kimsə səhv etmiş olsa, bundan dolayı, əvvəlki imam da, səhv səcdəsi edər.
Əvvəlki imam, yerinə bir başqasını keçirdikdən sonda səhv etmiş olsa, bu səhvindən dolayı, heç bir şey lazım gəlməz. "Zəxirə"də də belədir.
• "Asl"da: "Bir kimsə, son oturuşda, təşəhhüd miqdarı oturduqdan, lakin təşəhhüdü oxumadan əvvəl salam vermiş olsa, təşəhhüdə qayıdar, onu oxuyar və sonra da, salam verər. Səhvindən dolayı da, səhv səcdəsi edər." deyilmişdir. "Muhit"də də belədir.
-----------------------------------------
Neçə rükət qılındığı haqqında, imam ilə muqtədi arasında çıxan şübhə və ixtilaf
• Bir kimsə, 3 rükətmi, yoxsa 4 rükətmi qıldığı xüsusunda şübhəyə düşdüyündə, əgər bu şübhə, o kimsəyə ilk dəfə ariz olursa, bu kimsə, yenidən namaza başlayar. "Siracu'l-Vəhhac"da da belədir.
• Namaza yenidən başlamaq, əvvəlki namazdan, salam vermək, danışmaq və ya başqa bir əməllə çıxmaqla mümkün olur. Belə bir səbəblə, əvvəlki namazdan çıxmadıqca, yeni bir namaza başlamaq, təsəvvür edilə bilməz. Namazdan, ancaq, namazı ifsad edən bir əməllə çıxıla bilər. "Təbyin"də də belədir.
• Yuxarıdakı "ilk dəfə ariz olursa" ləfzinin izahı xüsusunda da, alimlərimiz arasında, görüş ayrılığı vardır. Bəziləri: "Həqiqətən səhv etmək, o kimsənin heç adəti deyilsə və ömründə ilk dəfə səhv etmişdirsə...deməkdir." demişlərdir. "Muhit"də də belədir.
• Əgər bu xüsusda şübhəsi çox olarsa, təhərri edər. Və rəyinin böyük olanın götürüb qəbul edər. "Təbyin"də də belədir.
• Əgər təhərri nəticəsində də, tərcih edilə biləcək şeylər zühur etməzsə, bu halda olan kimsə, -zamanın- az olduğu cəhət üzərinə, namazın qalan qismini bina edər.
Şübhə, 2 rükətmi, yoxsa 1 rükətmi şəklindədirsə, bu halda, namazın qalan qismi, 1 rükət üzərinə bina edilir.
Bu halda, az üzərinə bina edilincə, hər rükət başında, oturular. Çünki, bu, oturuşların, fərz olan oturuşun yerində edilmək ehtimalıdır. Vacib olan oturuşun məqamında edilmiş olma ehtimalı da vardır. Görüldüyü kimi, bu hökm, fərz və ya vacib olan oturuşların tərk edilməsinin qarşısını almaq üçündür.
• Bir kimsə, 4 rükətli bir namazda, "Bu, 1-ci rükətdirmi, yoxsa 2-ci rükətdirmi?" deyə şübhəyə düşərsə, onu, 1-ci rükət qəbul edər; sonra da oturar. Sonra, qalxıb 1 rükət daha qılar və oturar. Sonra, yenə qalxıb 1 rükət daha qılar və oturar. Bu 4 oturuşun, 3-cü və 4-cüləri, fərz; 1-ci və 2-ciləri isə, vacibdir. "Bahru'r-Raiq"də də belədir.
• Bir kimsə, salamdan əvvəl və ya salamdan sonra, lakin təşəhhüddən sonra şübhəyə düşmüş olsa, bu şəklə, etibar edilməz və namazın cəvazına hökm edilər. "Xülasə"də də belədir.
• Bir kimsə, namazı qılıb-qılmadığı xüsusunda şübhəyə düşsə, əgər vaxt vardırsa, bu namazı, yenidən qılar. Vaxtı çıxdıqdan sonra, bu şəkildə bir şübhəyə düşən kimsənin, edəcəyi heç bir şey yoxdur. "Muhit"də də belədir.
• Bir kimsə, qiyamda olduğu halda, sübh namazında, 1-ci rükətdəmi, yoxsa 3-cü rükətdəmi olduğu xüsusunda şübhəyə düşsə, o rükəti, tamamlamaz. Təşəhhüd miqdarı oturub ayağa qalxar. Və 2 rükət daha qılar. Hər rükətdə, fatihə və surə oxuyar. Oturub təşəhhüdü oxuyar və sonra da, səhvindən dolayı səcdə edər.
Bir kimsə, səcdədə ikən, 1-ci səcdədəmi, yoxsa 2-ci səcdədəmi olduğu xüsusunda şübhəyə düşsə, etdiyi səcdəyə davam edər. 1-ci səcdədə və ya 2-ci səcdədə olmasının, bir fərqi yoxdur, bunlar, eynidir. Çünki, əgər o, 1-ci səcdədirsə, ona davam etmək lazım gəlir. Əgər 2-ci səcdədirsə, tamamlanması lazım gəlir. 2-ci səcdədən başını qaldırdığı vaxt, təşəhhüd miqdarı oturar. Sonra, qalxar, 1 rükət də qılar.
• Bir kimsə, sübh namazının səcdələrini etdiyi vaxt, 2-ci rükətdəmi, yoxsa 3-cü rükətdəmi olduğu xüsusunda şübhəyə düşərsə, əgər 1-ci səcdədədirsə, namazının islahı, mümkündür. Çünki o, əgər iki rükət qılmışdırsa, bu rükəti tamamlamaq imkanı vardır. Çünki ikinci rükət olduğu üçün, caizdir.
Əgər 3-cü rükətdədirsə, imam Muhamməd'ə görə, bir cəhətdən, namazı ifsad olmaz. Çünki, o kimsə, 1-ci səcdədə xatırladığı vaxt, qalxar və sanki heç səcdə etməmiş kimi olar. Bu məsələ, 5-ci rükətin səcdəsində ikən, dəstəmazın pozulmasında olduğu kimidir.
Namaz qılan kimsə, əgər 2-ci səcdədədirsə, bu halda, namazı ifsad olar.
• Bir kimsə, sübh namazında 2-ci rükətmi, yoxsa 3-cü rükətmi olduğu xüsusunda şübhəyə düşər və araşdırması da, bir nəticə verməzsə, bu halda, əgər ayaqdadırsa, dərhal oturar. Sonra da, qalxıb 2 rükət daha qılar və oturar. Əgər otururdusa, məsələ, öz halı üzərədir. Araşdırar, əgər araşdırması ilə 2-ci rükətdə olduğu qənaətinə gələrsə, namazına davam edər. Araşdırması, üçüncü rükətdə olduğu qənaəti yaradarsa, oturuşlarını araşdırar. Nəticədə, 2 rükətin sonunda oturmadığını başa düşsə, namazı fasid olar. Araşdırması bir nəticə verməzsə, yenə namazı, fasid olar.
4 rükətli bir namazda, 4-cü rükətmi, yoxsa 5-ci rükətmi olduğu xüsusunda şübhəyə düşmüş olan kimsənin halı da, yuxarıdakı kimidir.
• Bir kimsə, 3-cü rükətdəmi, yoxsa 5-ci rükətdəmi olduğu xüsusunda şübhəyə düşərsə, sübh namazı haqqında dediklərimiz kimi hərəkət edər: Oturar, sonra da 1 rükət də qılar; təşəhhüd oxuyar; sonra, ayağa qalxar; 1 rükət də qılıb oturar. Səhvi üçün də, səcdə edər.
• Bir kimsə, vitr namazında, qiyamda ikən 2-ci rükətdəmi, yoxsa 3-cü rükətdəmi olduğu haqqında şübhəyə düşərsə, qılmaqda olduğu rükəti tamamlayıb qunut duasını oxuyar və oturar. Sonra qalxıb, 1 rükət də qılar və o rükətdə də, qunutu oxuyar. Muxtar olan görüş, budur. Bura qədər deyilənlər, "Xülasə"nin ibarəsidir.
• Bu məsələlərdən qafil olmaq, uyğun olmaz. Çünki bunlar, səhv səcdəsini gərəkdirən hallardır. Bu şəkillər, istər, təhərri ilə olsun; istərsə az üzərinə bina etməklə olsun, eynidir. "Fəthu'l-Qadir"dən nəqlən, "Bahru'r-Raiq"də də belədir.
• Bir kimsə, namazı, 3 rükətmi, yoxsa 4 rükətmi qıldığı xüsusunda şübhəyə düşsə və uzun müddət düşündükdən sonra qəti olaraq 3 rükət qılmış olduğunu bilsə, bu halda, düşünməsi, özünü, 1 rükn əda edəcək qədər geri qoymamışdırsa, səhv səcdəsi etməsi lazım gəlməz.
Lakin, düşünməsi, uzun çəkər və özünü, 1 rükətdən və ya 1 səcdədən geri qoymuş olarsa; və ya rukuda və səcdələrdə belə bir düşünmə halına girər və bu hal, uzun davam edər və bu səbəblə halında bir dəyişiklik olarsa, istihsən gərəyi, səhv səcdələri etməsi lazımdır. "Muhit"də də belədir.
• Namaz qılarkən, dəstəmazının olmadığını zənn edən və ya həqiqətən məstləri üzərinə məsh etməmiş olduğu üzə çıxan bir kimsə üçün, sonradan qəti olaraq dəstəmazının pozulmadığına və ya məstləri üzərinə məsh etdiyinə qənaəti hasil olması halında, şübhəyə mahal yoxdur.
Əbu Bəkr: "Əgər bu kimsə, dəstəmazının olmadığını və ya məstləri üzərinə məsh etmədiyini bildiyi halda ikən, 1 rükn əda etmişdirsə, artıq o namazı, yenidən başdan qılar. Əgər belə deyilsə, namazına davam edər." demişdir. "Fətəva Qadıxan"da da belədir.
• Bir rükn əda etdiyini qətiliklə bilən, lakin iftitəh təkbirini gətirib-gətirmədiyi; dəstəmazının pozulub-pozulmadığı; üzərinə nəcasət bulaşıb-bulaşmadığı; və ya başına məsh edib-etmədiyi xüsusunda şübhəyə düşən kimsə, əgər bu şübhə, ilk şübhəsidirsə, namazı, yenidən başlayar; belə deyildirsə, namazına davam edər; dəstəmaz alması və ya paltarını yuması, lazım gəlməz. "Fəthu'l-Qadir"də də belədir.
• "Fətəva İtabiyyə"də: "Bir kimsə, namaz qılmaqda ikən, səfərimi, yoxda muqimmi olduğu xüsusunda şübhəyə düşsə, namazı, 4 rükət qılar və ehtiyat gərəyi, 2-ci rükətdə də oturar." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.
• Camaata namaz qıldırmaqda olan kimsə, iki rükətini qıldıqdan sonra, 2-ci səcdədə, 1 rükətmi, yoxsa 2 rükətmi qıldığı xüsusunda və ya 4 rükətmi, yoxsa 3 rükətmi qıldığı xüsusunda şübhəyə düşərsə, arxasındakı camaata mülahizə edər (yəni, nəzər salar).
Əgər onlar qalxarlarsa, özü də qalxar; əgər onlar oturarlarsa, özü də oturar. Bu halda, onlara etimad etməsində, bir beis yoxdur. Bu halda, səhv səcdələri də lazım gəlməz. "Muhit"də də belədir.
• İmam, namazda şübhəyə düşdüyü vaxt, sözünə güvənilən 2 nəfərin sözünü qəbul edər.
• Tək başına və ya camaatla namaz qılan kimsə, salam verdikdən sonra, güvənilən bir kimsə: "Sən, zöhr namazını 3 rükət qıldın." desə; alimlərimizin bəyanına görə, əgər namaz qılan kimsə, 4 rükət qıldığını, -qəti olaraq- bilirsə, özünə 3 rükət qıldığını xəbər verən kimsənin xəbərinə iltifat etməz, dəyər verməz. "Muhit"də də belədir.
• "Zahiriyyə"də nəql edildiyinə görə, imam Muhamməd b. Həsən: "Mən, 1 nəfərin sözü ilə də, bütün hallarda, namazı yenidən qılaram." demişdir. "Tatarxaniyyə"də də belədir.
• Namaz qılan kimsə, xəbər verənin doğru sözlümü, yoxda yalançımı olduğu xüsusunda şübhəyə düşərsə, imam Muhamməd'ə görə, o şəxs, ehtiyat gərəyi, namazını yenidən qılar.
Bu kimsə, 2 adil nəfərin sözləri xüsusunda şübhəyə düşərsə, yenə, namazını yenidən qılar. Xəbər verən kimsə, güvənilən bir nəfər deyilsə, onun sözü, qəbul edilməz.
• Bir camaata namaz qıldıran imam, namazından dərhal sonra getdiyində, camaatın
~ bir qismi: "Bu, zöhr namazıdır." ;
~ bir qismi də: "Bu, əsr namazıdır."
desələr, əgər vaxt, zöhr vaxtıdırsa, qılınan namaz, zöhr namazıdır. Vaxt, əsr vaxtıdırsa, qılınan namaz, əsr namazıdır. Çünki burda, vaxtın müvafiq olduğunu iddia edən üçün, -vaxt- açıq bir şahiddir.
Əgər hansı vaxtda olduğu bilinməzsə, hər 2 topluluğun sözü də, caizdir. Qiyas da, belədir. "Muhit"də də belədir.
(əl-Fətəva əl-Hindiyyə)
---------------------------------
Əlavələr:
Səhv səcdəsi (2)
https://suallarlaislam.com/sual/s%C9%99hv-s%C9%99cd%C9%99si-2
Suallarla İslam

