Səhv səcdəsi (2)
Dear Brother / Sister,
327. Səhv səcdələri, bir namazın vaciblərindən birini səhv edərək tərk etməkdən və ya gecikdirməkdən dolayı, o namazın sonunda edilməsi lazım gələn 2 səcdə ilə təşəhhüddən, salavat və duaları oxumaqdan ibarətdir.
Səhv səcdələri, belə edilir:
Son oturuşda, yalnız ət-təhiyyətu oxunduqdan sonra 2 tərəfə salam verilir. Ondan sonra, "Allahu əkbər" deyilərək, səcdəyə gedilib 3 dəfə "Subhanə Rabbiyə'l-Ə'lə" oxunur. Ondan sonra, "Allahu əkbər" deyilərək qalxılır. Bir təsbih miqdarı dayandıqdan sonra, təkrar "Allahu əkbər" deyib ikinci səcdəyə gedilir. Yenə, 3 dəfə "Subhanə Rabbiyə'l-Ə'lə" oxunduqdan sonra, "Allahu əkbər" deyilərək qalxılır və oturulur. Ət-təhiyyətu və salavatlarla, "Rabbənə ətinə" duası oxunub ilk əvvəl, sağ tərəfə; sonra da, sol tərəfə salam verilir.
Yalnız, sağ tərəfə salam verdikdən sonra səhv səcdələrinin edilməsi, daha fəzilətlidir, daha uyğundur. Bundan dolayı, camaatla qılınan namazlarda, camaatın yalnışlıqla dağılmaması üçün, yalnız sağ tərəfə salam verdikdən sonra səhv səcdəsi edilməsi, tərcih edilmişdir.
328. Səhv səcdələri, vacibdir. Bilindiyi kimi, gərək fərz, gərəksə də vacib və ya sünnət olan hər hansı bir namazın:
~ qiraət, ruku və səcdələr kimi, fərzləri; və
~ fatihə, damm-u surə, sıraya riayət etmək kimi, vacibləri;
~ qa'dələrdə (oturuşlarda) salavatları oxumaq kimi, sünnətləri
vardır.
Bunun üçün, bunlara riayət etmək lazımdır ki, namaz, tam olaraq qılınmış olsun.
O halda, fərz olsun və ya olmasın, hər hansı bir namazda, bir fərzin qəsdən və ya səhvən tərk edilməsi, o namazın yenidən qılınmasını gərəkdirir. Belə böyük bir nöqsanı ortadan qaldırmaq üçün, səhv səcdələri kifayət deyildir.
Bir vacibin qəsdən tərki və ya gecikdirilməsi, bir günahdır. Bundan dolayı, səhv səcdələri lazım gəlməz. Belə bir namazı yenidən qılmaq, daha uyğundur. O nöqsan, bu şəkildə düzəldilmiş olar.
Bir sünnətin qəsdən və ya səhvən tərk edilməsi, səhv səcdələrini gərəkdirməz. Lakin, qəsdən tərk edilməsi, bir qüsurdur. Savab və fəzilətdən məhrum olmağı gərəkdirir.
329. Bir namazın tam bir rüknünü, bir fərzini iləri almaq və ya sonraya buraxmaq, səhv səcdələrini gərəkdirir. Çünki bu iləri alma və sonraya buraxma işi, vacibi tərk etməkdən sayılır. Qiyamda "Subhanəkə"dən sonra, hələ qiraət etmədən rukuya gedib ondan sonra qiraətin tərk edildiyi xatırlanaraq qiyama qayıtmaqla fərz olan qiraətin yerinə yetirilməsi, buna bir nümunədir. Bu halda, əvvəlki ruku, qeyr-i məqbuldur. Qiraətdən sonra yeni bir ruku edilər. Qayıdıb qiraət etmədən və ondan sonra da rukuya getmədən qılınan namaz, pozular. Çünki, belə bir rükətdə ruku kimi təkrarlanmayan rüknlər arasında, sıraya riayət edilməsi, fərzdir.
330. Namazın rükətlərindən birindəki 2 səcdədən biri, səhvən tərk edilib ondan sonrakı rükətin və ya qa'dənin (oturuşun) sonunda xatırlansa, bunun gecikdirilməsindən dolayı, namazı yenidən qılmaq, lazım gəlməz və dərhal, o səcdə, qəza edilər. Əgər son oturuşda ikən xatırlansa, bu səcdə edilər və ondan sonra, bu oturuş, yenidən edilər. Ondan sonra da, səhv səcdələri edilər. Bu halda, son rükətdə, 5 səcdə ilə 3 qa'də olmuş olar. Çünki, bir rükətdə 2 səcdə vardır. Belə təkrarlanan bir rüknün qismən sonraya buraxılması, fərzi tərk etmək sayılmadığından, namazın yenidən qılınmasını gərəkdirməz.
Lakin, bir rükətdəki 2 səcdədən biri, səhvən iləri alınsa, əvvəl 2 səcdə və ondan sonra ruku edilmiş olsa, bu halda, fərz olan tərtibə riayət üçün, təkrar ruku və ondan sonra da səcdələrə gedilər. Bu təkrar və yenidən edilmələrdən dolayı da, namazın sonunda səhv səcdələri edilər.
331. Hər hansı bir namazın bir rüknünü təkrar etmək, səhv səcdələrini gərəkdirir. Bir rükətdə 2 dəfə ruku və ya 3 dəfə səcdə edilməsi kimi.
~ Birinci və ikinci rükətlərdə, fatihənin təkrarlanaraq oxunması və ya arxa-arxaya oxunması; və ya
~ Ruku, səcdə və təşəhhüddə Quran oxunması da,
belədir. Lakin,
~ Üçüncü və ya dördüncü rükətlərdə, Fatihənin 2 dəfə oxunması; və ya
~ Bunlarda, fatihə ilə bərabər başqa bir surənin də oxunması; yaxud
~ Yalnız başqa bir surənin oxunması,
səhv səcdələrini gərəkdirməz. Çünki, bu təqdirdə, bir vacib tərk edilmiş və ya gecikdirilmiş və Quran da, məşru olan bir yerin başqasında oxunmuş sayılmaz. Ancaq, bu halda, rükətlər, əvvəlki rükətlərdən daha çox uzadılmış və camaata da ağırlıq vermiş olarsa, kərahətdən qorunmuş olmaz.
332. Bir vacibi səhvən tərk etmək, səhv səcdələrini gərəkdirir.
~ Birinci oturuşu; və ya
~ Vitrdə qunutu; və ya
~ Bayram namazlarında əlavə təkbirləri; yaxud
~ Birinci və ikinci oturuşlarda ət-təhiyyətunu oxumağı
tərk etmək kimi.
Vitr namazında, rukudan sonra qunut duasının unudulduğu xatırlanmış olsa, artıq onu oxumaq üçün, qiyama geri qayıdılmaz. Rukudan sonra oxunması da lazım gəlməz. Çünki yeri, əldən verilmişdir. Rukuda xatırlandığı halda da, oxunması lazım gəlməz. Səhih olan rəvayət, belədir. Bununla bərabər, oxunsun və ya oxunmasın, hər iki halda da, səhv səcdələri lazımdır.
Qunut təkbirini unudaraq etməmək, bir görüşə görə, səhv səcdəsini gərəkdirir; bir görüşə görə də, gərəkdirməz.
333. Bir vacibin səhvən gecikdirilməsi də, səhv səcdəsini gərəkdirir.
~ Birinci və ya üçüncü rükətdən sonra bir az oturulması;
~ Dördüncü rükətdən sonra beşinci rükət üçün ayağa qalxılması;
~ Sübh namazının ikinci rükətindən sonra üçüncü bir rükətə və məğrib namazının üçüncü rükətindən sonra dördüncü bir rükətə qalxılması kimi...
~ Birinci oturuşda, təşəhhüd miqdarından çox oturulub üçüncü rükətə qalxmağın gecikdirilməsi də, belədir.
334. Bir vacibin vəsfini dəyişdirmək, səhv səcdəsini gərəkdirir. İmamın, aşkar oxunması lazım gələn ayətləri, gizlicə oxuması; və ya gizlicə oxunacaq ayətləri, aşkar oxuması kimi. Bu oxuma miqdarı, namaz səhih olacaq qədər oxumaqdır. Fatihə surəsinin ilk ayətlərini oxumaq, bu qisimdəndir. Bununla bərabər, qısa bir ayət oxunması da, imam əbu Hənifə'yə görə, bu hökmdədir. İki imama görə isə, bu hökmdə deyildir.
Aşkar oxumağın ən az dərəcəsi, başqasının eşidəcəyi miqdardır. Gizli oxumağın ən aşağı dərəcəsi də, yalnız, oxuyanın eşidəcəyi miqdardır.
335. Gizli oxunacaq yerdə, Fatihənin çoxu, səhvən aşkar oxunsa, geri qalanı, yenə gizli oxunar. Əksinə, aşkar olaraq oxunacaq bir namazda, Fatihənin bir qismi gizli oxunub, ondan sonra aşkar oxunacağı xatırlansa, Fatihə, yenə başdan aşkar oxunar. Beləcə, bir rükətdə, həm aşkar, həm də gizli oxumaq, toplanmış olmaz. Lakin, bir digər görüşə görə, Fatihə, yenidən oxunmaz; yalnız, geri qalan qism, aşkar oxunar.
336. Tək başına namaz qılanın, aşkar və ya gizli oxumasından dolayı, tərcih edilən görüşə görə, səhv səcdəsi lazım gəlməz. Ancaq, zöhr namazı kimi gizli oxunacaq yerdə qəsdən aşkar oxunarsa, günah işlənmiş olar.
Tək başına namaz qılanın, gündüz qılacağı nafilə namazlarda aşkar oxuması, məkruhdur.
337. İmam, sübh namazında, Fatihə surəsini səhvən gizli oxuyub sonra xatırlayarsa, damm-u surəni, aşkar oxuyar; Fatihəni isə, yenidən oxumaz.
338. Camaat halında aşkar Quran oxunacaq bir namaza başlamış olan və Fatihəni, gizli oxumuş olan bir kimsəyə, başqası gəlib namazda tabe olsa, o kimsə, imam olmağı arzu edərsə, surəni aşkar oxuyar; arzu etməzsə, aşkar oxuması lazım gəlməz.
339. Fərz bir namazda, ikinci rükətdən sonra oturulmayıb üçüncü rükətə səhvən qalxan kimsə:
~ Əgər qalxması, oturmağa yaxındırsa, otuar; səhv səcdəsi də lazım gəlməz.
~ Lakin qalxması, qiyama yaxındırsa, qalxar və ondan sonra da səhv səcdələrini edər. Çünki, bu halda, vacib olan birinci oturuş, tərk edilmişdir.
Bununla bərabər, bir rəvayətə görə, namaz qılan, hələ tam qiyama qalxmamışdırsa, qa'dəyə qayıdar; vacibi tərk etməz. İmam tam ayağa qalxdıqdan sonra, qa'dəyə qayıdarsa, namazı pozular. Çünki, bu təqdirdə, fərz olan qiyam, pozulmuş və namazın sırası, bütünü ilə dəyişdirilmiş olar. Digər bir görüşə görə, bu halda, namazı pozulmaz; günah işləmiş olar və səhv səcdələri lazım gələr.
340. Sünnət namazlarda, ikinci rükətin arxasında oturulub ət-təhiyyətu oxunmadığı, üçüncü rükətdə xatırlanarsa, baxılar:
~ Əgər bu üçüncü rükət, hələ səcdə ilə qeydlənməmiş (bağlanmamış)'dırsa, oturuşa qayıdılar;
~ Əgər səcdə ilə bağlanmışdırsa, qayıdılmaz.
Digər bir görüşə görə, səcdə ilə bağlansın və ya bağlanmasın, artıq, oturuşa qayıdılmaz. Hər iki halda da, səhv səcdələri etmək lazımdır.
341. Dörd rükətli fərzlərdə, ikinci oturuş edilmədən beşinci rükətə qalxılacaq olsa, hələ beşinci rükət üçün səcdə edilmədikcə, oturuşa qayıdılar. Təşəhhüddən sonra salam verilib səhv səcdələri edilər. Çünki, fərz olan son oturuş, gecikdirilmişdir. Bu gecikdirmə isə, vacibi tərk sayılır.
Lakin, beşinci rükət üçün səcdə edilmiş olarsa, bu namaz, nafiləyə çevrilmiş olar. Artıq buna, 1 rükət də əlavə edilər və tam 6 rükətli nafilə bir namaz qılınmış olar.
Səhih olan görüşə görə, bu halda, səhv səcdəsi lazım gəlməz. Bu məsələ, imam əbu Hənifə ilə imam əbu Yusuf'a görədir. İmam Muhamməd'ə görə isə, beşinci rükətin səcdəsindən baş qaldırılınca, namaz, tamamilə batil olar.
342. Dörd rükətli bir fərz namazın son oturuşunda salam vermədən səhvən ayağa qalxılsa, dərhal oturuşa qayıdılıb salam verilər və səhv səcdəsi edilər. Lakin beşinci rükət üçün səcdəyə gedilmiş olsa, buna, 1 rükət daha əlavə edilər. Bu halda, əvvəlki 4 rükət ilə, fərz tamamlanmış olar. Digər 2 rükət də, nafilə sayılar. İstihsən (haşiyə) olaraq da, səhv səcdələri edilər.
--------------------------
(Haşiyə:
İstihsən, nədir?
https://suallarlaislam.com/m%C9.../istihs%C9%99n-n%C9%99dir)
---------------------------
~ Məğrib namazında, ikinci oturuşdan sonra 4-cü rükətə;
~ Sübh namazında da, oturuşdan sonra 3-cü rükətə
qalxılması da, bu hökmdədir. Onun üçün, bunlara əlavə edilən 2 rükət də, nafilə olur. Bu hərəkətlər, məqsədli olaraq edilmədiyi üçün, məkruh sayılmaz. Tərcih edilən görüş də, budur.
343. Dörd və ya üç rükətli fərz və vitr namazlarında, birinci oturuşdan sonra səhvən: "Allahummə salli alə Muhammədin və alə əli Muhamməd" deyilməsi, imam əbu Hənifə'dən bir rəvayətə görə, bu təşəhhüddən sonra bir hərf belə əlavə edilməsi, səhv səcdələrini gərəkdirir. Lakin, son oturuşlarda, təşəhhüddən sonra Quran oxunması, dua edilməsi isə, səhv səcdələrini gərəkdirməz. Çünki bu oturuş, dua və həmd yeridir. Quran isə, həm duanı, həm də həmdi özündə toplayır.
Namazda, zikrlərin, duaların və təşəhhüdün (ət-təhiyyətunun) aşkar oxunması da, səhv səcdələrini gərəkdirməz.
344. Fərz namazların son üçüncü və dördüncü rükətlərində, qəsdən susaraq Fatihə və ya digər bir surə oxunmaması da, bir xətadır. Lakin, bu, səhv səcdələrini gərəkdirməz. Səhvən sükut edilib Fatihə və ya başqa bir surə oxunmaması, səhv səcdələrini gərəkdirir. İmam əbu Yusuf'a görə, hər iki halda da, səhv səcdələrini etmək lazımdır.
345. Namaz içində bir rükn yerinə yetiriləcək qədər düşüncəyə dalınsa, (məsələn, "İftitəh təkbiri gətirdim, yoxsa yox?" kimi) deyə o qədər düşünülsə, sonra təkbir gətirildiyi xatırlansa; və ya gətiriməmiş olması zənn edilərək təkrar bir təkbir də gətirilsə, səhv səcdəsi lazımdır.
Yenə, 3 rükətmi, 4 rükətmi qılındığı xüsusunda şübhələnib dayanılsa və ya Fatihə oxunduqdan sonra hansı surənin oxunacağı üzərində düşünülsə, yenə səhv səcdələri lazımdır. Çünki, bu hallarda, vacib gecikdirilmiş sayılır.
Bir rüknü və ya bir vacibi yerinə yetirərkən meydana gələcək bir dalğınlıq və bir düşüncə isə, səhv səcdələrini gərəkdirməz. Tam bir qəlb rahatı ilə namaz qılmaq, hər kəsə nəsib olacaq bir fəzilət deyildir.
346. Bir kimsə, qıldığı bir namazın rükətlərində şübhələnsə, baxılar:
~ Əgər bu şübhə, özündə, ömründə ilk dəfə baş vermişdirsə, o namazı, yenidən qılar.
~ Lakin bir neçə dəfə baş vermişdirsə, araşdırar və qənaətinə görə hökm verər. Namazı yenidən qılması da, lazım gəlməz. Araşdırmasında, qəlbinin şahidliyi kifayət edir.
Məsələn: bir kimsə, sübh namazını qılarkən, 1 rükətmi, 2 rükətmi qıldığı xüsusunda şübhələnib 1 rükət qılmış olduğuna qəlbən hökm versə, ehtiyat gərəyi, buna, 1 rükət də əlavə edər. Bu xüsusdakı tərəddüdlərindən dolayı da, səhv səcdələri edər. Əksinə olaraq, 2 rükət qılmış olduğuna hökm verdiyi təqdirdə, oturar. Təşəhhüddən və salamdan sonra səhv səcdələrini edər. Heç birinə qərar verə bilmədiyi təqdirdə də, az olanı əsas alar. Çünki, az olanda, qətilik vardır. Bu halda, 1 rükət daha qılar; ancaq, bu təqdirdə şübhələndiyi rükətin sonunda oturar. Ondan sonra da, qalxıb o 1 rükəti qılar. Çünki, əvvəl, 2 rükət qılmış olması ehtimalı vardır. Bu təqdirdə də, namazın sonunda səhv səcdələrini edər.
347. Dörd rükətli bir namaza başlamış olan kimsə, qıldığı rükətin birinci, yoxsa ikinci rükət olduğu xüsusunda şübhə edib bir tərəfi seçə bilməzsə, özünü, 1 rükət qılmış sayar və hər bir rükətin sonunda, ehtiyat gərəyi 1 dəfə təşəhhüd miqdarı oturar; bu şəkildə, 4 dəfə qa'də etmiş (oturmuş) olar. Çünki, birinci sayılan rükətin, ikinci; və üçüncü sayılan rükətin, dördüncü rükət olması ehtimalı vardır.
348. Bir kimsə, qıldığı rükətin ikinci və ya üçüncü rükət olduğunda şübhələnsə, səhih olan görüşə görə, bu rükətin sonunda oturmaz. Bir tərəfi tərcih edə bilməzsə, bunu, ikinci rükət sayar. Geri qalan rükətləri də, tamamlayar.
Məğrib və vitr namazları, bu hökmün xaricindədirlər. Bu şübhə, bu namazlardan birində olsa, oturmaq lazımdır. Çünki, şübhələnilən rükətin üçüncü rükət olması, möhtəməldir. Bu halda, təşəhhüddən sonra 1 rükət daha əlavə edilər. Çünki, şübhələnilən rükətin ikinci rükət olması da mümkündür. Bunların sonunda da, səhv səcdələri edilər.
349. Dörd rükətli namazlarda, qılınan rükətin dördüncü yoxsa beşinci rükət olduğu xüsusunda; və sübh namazında qılınan rükətin ikinci yoxsa üçüncü rükət olduğunda; məğrib ilə vitr namazlarında da qılınan rükətin üçüncü rükətmi yoxsa dördüncü rükətmi olduğu xüsusunda şübhəyə düşülsə, sonunda oturular və təşəhhüddən sonra qalxılıb 1 rükət daha qılınar. O halda, əlavə edilən 1 rükət ilə əlavə olan miqdar, nafilə olmuş sayılır. Sonunda da səhv səcdələri edilər. Bu şübhə, qiyam və ruku və ya rukudan qiyama keçid halında olduğuna görədir.
İlk səcdə edildikdən sonra şübhələnmə olsa, ittifaqla namaz batil olar. Çünki, şübhə edilən rükətin əlavə olub son oturuşun tərk edilmiş olması, möhtəməldir. İlk səcdə halında şübhə olarsa, yalnız imam Muhammədə görə, namaz, batil olmaz.
350. Namazda, Fatihədən əvvəl başqa bir surə, bir hərf olaraq da səhvən oxunsa, yenidən fatihə, sonra da o surə oxunar. Namazın sonunda da, səhv səcdələri edilər. Bu vaxt, edilən nöqsan, ruku halında belə xatırlansa, qiyama qayıdılaraq, yenidən (doğru bir şəkildə) edilər. Belə bir səhv, çox olmaz. Onun üçün, bunun az miqdarı da, bağışlana bilməz. Lakin, bir namazda oxunan bir surənin altında olan surə oxunmaq istənilərkən, üstündəki surə oxunsa, bundan dolayı səhv səcdəsi lazım gəlməz.
351. Bir kimsə, namazda, Fatihə oxuyub-oxumadığında şübhə etsə, baxılar:
~ Əgər hələ başqa surə oxumamışdırsa, fatihə oxuyar.
~ Lakin başqa surə oxumuş isə, artıq fatihə oxumaz. Çünki, surənin Fatihədən sonra oxunması, meydandadır. Bununla bərabər, namaz qılanın bir görüşü varsa, ona görə hərəkət edər.
352. Bir kimsə, ilk rükətlərdə bir surə oxuyub fatihəni oxumamış olduğunu səcdəyə getdikdən sonra xatırlasa, son rükətlərdə, fatihəni yenidən oxumaz. Çünki, son rükətlərdə, zatən fatihə oxunacaqdır. Bir rükətdə iki fatihə oxunması isə, məşru deyildir. Yalnız Həsən b. Ziyad'a görə, son rükətlərdə, fatihə qəza edilər.
353. Dörd və ya üç rükətli fərz namazların ilk iki rükətində fatihədən sonra bir surə və ya bir miqdar ayət əlavə edilməmiş olsa, bu surə və ya ayətlər, üçüncü və dördüncü rükətlərdə, fatihədən sonra əlavə edilərsə, bu namaz, camaatla qılınan bir məğrib və ya işa namazıdırsa, üçüncü və dördüncü rükətlərdə, həm fatihə, həm də əlavə ediləcək surə, aşkar olaraq oxunar. Çünki, bir qiyamda olan qiraət, birdir. Bunun bir qismi, gizli olaraq; bir qismi də, aşkar olaraq oxuna bilməz. Yalnız, surənin aşkar oxunacağını söyləyənlər də vardır. İmam əbu Yusuf'a görə, ikisi də gizlicə oxunar. Çünki, son rükətlərdə gizlicə oxumaq, sünnətdir. İmam əbu Yusuf'dan digər bir rəvayətə görə də, artıq son rükətlərdə, bu surə oxunmaz. Çünki, bunun yeri, artıq keçmişdir. Bununla bərabər, hər halda da, səhv səcdələri edilər.
354. İmamın səhvi, özü haqqında, asalətən (öz işini, öz naminə, şəxsən özü etmək üzərə; öz naminə olmaq üzərə); və camaat haqqında da tabe olma cəhətindən səhv səcdələrini gərəkdirir. Lakin imama tabe olan camaatdan birinin səhvilə, nə özünə, nə də imama, səhv səcdəsi etməsi, lazım gəlməz.
355. Səhv səcdələrini etməkdə olan bir imama tabe olmaq, səhihdir. Gərək səhv səcdələrinin hər hansı birində və gərəksə də təşəhhüdündə olsun, bərabərdir. Səhv səcdələrinin ikincisində, imama tabe olan kimsəyə, birinci səcdəni; və təşəhhüdündə tabe olana, hər iki səcdəni qəza etmək, lazım gəlməz.
356. Məsbuq, imamla bərabər səhv səcdələrini edər. İmamın yanılması, məsbuqun imama tabe olmasından əvvəl də olsa, hökm, eynidir. Çünki, məsbuq, imama bağlıdır.
İmam təşəhhüddə ikən, hələ salam vermədən əvvəl, məsbuq qalxaraq qirat və ya ruku etdikdən sonra imam salam verib səhv səcdələrinə gedəcək olsa, məsbuq da, dərhal bu səcdələrə tabe olar və əvvəlcə etdiyi qiraətlə, ruku, aradan çıxar; bunları, soradan qalxıb yerinə yetirər. Bununla bərabər, məsbuq, bu səcdələrdə imama tabe olmasa, namazı pozulmaz. Namazı bitirincə, bu səhv səcdələrini öz başına edər.
Yenə məsbuq, səcdə getdikdən sonra, imam səhv səcdələrini edəcək olsa, imamına tabe olmaz, namazını bitirər və sonra səhv səcdələrini edər. Əgər bu halda imama tabe olarsa, namazı pozular.
357. İmam, salam verdikdən sonra, nöqsan qalan rükətlərini tamamlamaq üçün ayağa qalxan bir məsbuq, bu rükətlərdə yanılmış olarsa, səhv səcdələrini etməsi lazımdır. Əvvəldən imamla bərabər səhv səcdələri etmiş olsa belə, bu hökm, dəyişməz. Çünki məsbuq, nöqsan qalan rükətləri tamamlayarkən, tək başına namaz qılan biri kimidir.
358. Məsbuq, imamla bərabər səhv edərək salam versə, ona səhv səcdələri etmək lazım gəlməz. Lakin, imamın salamından sonra salam verəcək olsa, səhv səcdəsi lazım gələr. Çünki, birinci halda, hələ muqtədi; ikinci halda isə, münfərid (tək başına namaz qılan) olmuşdur. Muqtədiyə, öz səhvindən dolayı, səhv səcdəsi lazım gəlməz.
359. Bir namazda, səhvlərin bir neçə olması ilə səhv səcdələrinin də o qədər edilməsi, lazım gəlməz. Bunlar üçün, tək bir səhv səcdəsini etmək, kifayətdir. Onun üçün, bir kimsə, bir namaz içində 2 və ya 3 dəfə səhv etsə, bunlar üçün, namazın sonunda yalnız 1 dəfə səhv səcdələrini etmək, kifayət edir. Səhv səcdələrindəki bir səhv də, başqa səhv səcdələrini gərəkdirməz.
360. Səhv səcdələri, qəsdən və ya səhvən tərk edilsə, namaza müxalif bir hal olmadıqca, yenə bunlar edilər. Lakin təşəhhüddən sonra gülmək, danışmaq kimi namaza müxalif bir hal meydana gələrsə və ya kərahət vaxtı girərsə, səhv səcdələri düşər. Sübh namazında salamın arxasından günəşin doğması və ya əsr namazında yenə salamdan sonra günəşin (saralaraq) dəyişməsi kimi...
361. Bir imam, səhv səcdəsini tərk edəcək olsa, camaat da tərk edər. Cümə və bayram namazlarında da, izdihamdan dolayı bir qarışıqlığa meydan verməmək üçün, bu səhv səcdələri tərk edilər.
362. Səhv səcdəsindəki 2 səcdə ilə təhiyyət və salam, vacibdir. Təhiyyətdən sonra salavat və dua oxunması, bu səcdələrdəki təkbirlər, səcdə halındakı təsbihlər və 2 səcdə arasında oturuş, sünnətdir.
363. Bir kimsə, namazını tam olaraq qıldığını qətiliklə bildiyi halda, sözünə inanılan bir adam, ona əskik qıldığını xəbər versə, onun sözünü qəbul etməz. Lakin 2 güvənilən adamın xəbər verməsinə tabe olunar. Çünki belə bir xəbər (2 nəfərin şəhadətilə doğruluğu reallaşan) bir haldır. Belə bir xəbər, çox yerlərdə məqbul və bağlayıcıdır. İmam və camaat, ixtilaf etdikləri halda, imamın bildiyi varsa, camaatın sözü ilə hərəkət etməz. Bildiyi qəti deyilsə, camaatın sözünü qəbul edər.
(Ömər Nasuhi Bilmən, "Böyük İslam Elmihalı")
Suallarla İslam

